Текст книги "Solovkidə gördüklərim"
Автор книги: Ağa oğlu
Жанр: Биографии и Мемуары, Публицистика
сообщить о неприемлемом содержимом
Текущая страница: 1 (всего у книги 5 страниц) [доступный отрывок для чтения: 1 страниц]
Ağa oğlu
Solovkidə gördüklərim
“BİLDİRİŞ” QƏZETİ AZƏRBAYCANA GƏTİRİLDİ
Osmanlı İmperiyası Birinci Dünya Savaşında məğlub oldu. Lakin xalq bununla razılaşmadı. Anadoluda Mustafa Kamalın başçılığıyla yeni bir hərəkat başladı. Türklər öz müstəqilliklərini qorumaq uğrunda Antanta və onun himayə etdiyi qüvvələrə qarşı ölümdirim savaşına atıl-dılar. Bu işdə özlərinə xarici ölkələrdə də dəstək axtarmağa başladılar. Savaşdan məğlubiyyətlə çıxmış, ölkədə vətəndaş qarşıdurmasını son həddə çatdırmış Sovet Rusiyası bu işdə gənc Türkiyəyə münasib müttəfiq oldu. Qara dənizdən Antanta qüvvələrinin təzyiqini azaltmaq üçün Rusiya Türkiyənin müvəqqəti də olsa güclənməsini istəyirdi. Bu ona çar Rusi-yasının işğal dairəsində olmuş, indi azadlıq əldə edərək öz dövlətlərini qurmaq istəyən xalqları yenidən əsarət boyun-duruğu altına salmaq, iqtisadi cəhətdən önəmli olan bölgələri yenidən tutmaq üçün lazım idi.
1920-ci ilin aprelində Rusiyanın XI Ordusu “Anadoluda dö-yüşən türklərə köməyə gedirik” adıyla Azərbaycan Xalq Cüm-huriyyətini işğal etdi. Azərbaycanla kifayətlənməyib qısa müd-dətdə Qafqazı bütövlükdə öz təsir dairəsinə saldı. Lakin burada möhkəmlənmək Rusiya üçün problemə çevrildi.
Avropa dövlətlərinin təzyiqi altında sıxılan gənc Türkiyə də Sovet Rusiyasının güclənməsini həm istəyirdi, həm də bundan ehtiyat edirdi. Rusiyanın Antanta blokundan çıxması Avropa dövlətlərinin diqqətini Türkiyədən yayındıraraq Sovet Rusi-yasına yönəldirdi. Türkiyə strateqləri nə qədər “Biz Osmanlı dövlətinin varisi deyilik, əksinə, onun düşməniyik” desələr də yaxşı bilirdilər ki, yeniləşən Rusiya gücləndikcə onları sıxış-dıracaq. Buna görə Türkiyə Sovet Rusiyasına ikili münasibət bəsləyirdi. Sözdə əbədi dostluqdan bəhs etsə də, altdan-altdan Rusiyaya təzyiq vasitələri hazırlayırdı. Keçmiş Rusiya ərazi-sindən Türkiyəyə qaçıb antisovet baxışlarını gizlətməyən ictimai-siyasi xadimlərin dərnək qurmalarına, qəzet-jurnal nəşr etmələrinə şərait yaradırdı. Azərbaycan Xalq Cümhuriyyətinin məğlubiyyətindən sonra Türkiyəyə mühacirət etmiş soydaşlarımız burada daha yaxşı təşkilatlanmışdılar.
İki ildən çox parakəndə fəaliyyət göstərən ictimai-siyasi xa-dimlərimiz M.Ə.Rəsulzadənin gəlişilə təşkilatlanmağa başla-dılar. 1922-ci ildə İstanbulda “Yeni Kafkasya” adlı jurnal nəş-rə hazırlandı. Ayda iki sayı çap olunan jurnalın fəaliyyəti 1927-ci ilədək, yəni 100 sayadək davam etdi. Mühacirətdə nəşr edilən əksər qəzet, jurnal və kitablara redaktorluq etmiş Mirzəbala Məmmədzadə “Yeni Kafkasya”nı “yalnız azərbay-canlıların deyil, rus əsarəti altındakı bütün türklərin” jurnalı11
Məmmədzadə Mirzə Bala, Milli Azərbaycan hərəkatı, Bakı, 1992, səh. 185.
[Закрыть] adlandırırdı.
İctimai-siyasi xadimlərimizin Türkiyədə çap etdirdikləri qə-zet və jurnallar haqqında son onillərdə xeyli araşdırma apa-rılıb. Lakin hələ çox qaranlıq məsələlər də qalır. Azərbaycanda mühacirət mətbuatından və ədəbiyyatından yazan araşdırıcı-larımız ara-sıra “Bildiriş” qəzetindən bəhs etsələr də, onun haqqında ciddi araşdırmaya rast gəlmirik. Xaləddin İbrahimli “Azərbaycan siyasi mühacirəti” kitabında yazır: “1930-cu il 7 avqustdan etibarən Azərbaycan mühacirləri ilk siyasi həftəlik qəzet olan “Bildiriş”in nəşrinə başladı. Bu qəzetin imtiyaz sahibi də A.Kazımzadə, məsul müdiri Kamal idi.(1931-ci ildən məsul müdir M.B.Məmmədzadə oldu)”22
İbrahimli Xaləddin. Azərbaycan siyasi mühacirəti.”Elm” nəşriyyatı, Bakı, 1996, s.120
[Закрыть]
Türkiyədə isə Səbahəttin Şimşir “Azərbaycanlıların Türkiyədə siyasi və kültürəl fəaliyyətləri” kitabında33
Şimşir Səbahəttin.Azerbaycanlıların Türkiyede siyasi ve kültürel fealiyyetleri.(1920-1991) . “Azerbaycan kültür dernegi yayınları № 49.” Ankara, s.57-61
[Закрыть] “Bildiriş” qəzetinə 4 səhifədən çox yer ayırıb. Bu kitab 1999-cu ildə müəllifin tarix elmləri doktoru adı alması üçün hazırladığı dissertasiya əsasında yazılıb. “Bildiriş” qəzetini Ankarada olarkən Mehmet Kəngərlinin ofisində görmüşdüm, amma onu diqqətlə oxumağa imkan tapmamışdım. 2003-cü ilin martında Mersində Novruz bayramına həsr olunmuş konfransda məruzə edənlər sırasında mən də vardım. Oradan qayıdarkən bir neçə gün Ankarada yubanmalı oldum Vüsalə Rauf qızı Mehmet Kəngərlinin gəlişimdən xəbər tutduğunu və məni görmək istədiyini bildirdi. Türkiyədə ali təhsil almış, mühacirət mət-buatımızın tarixindən doktorluq dissertasiyası yazmaq üçün Qazi Universitetində təhsilini davam etdirən Vüsalə Rauf qızı və “Türkiyənin səsi” radiosunun Azərbaycan redaksiyasının rəhbəri Seyfəddin Altaylı ilə birlikdə M.Kəngərlinin görüşünə getdik. Söhbətimiz həmişəki kimi çox uzaqlardan başladı. Xatirələr dilə gəldi. Söz gəlib ömrün vəfasızlığına çatanda mən M.Kəngərlidən onda olan əlyazmaları və sənədləri Azər-baycan arxivlərinə bağışlamasını xahiş etdim . Həmişəki kimi “yox” demədi.
Biz getməyə hazırlaşanda “Bildiriş” qəzetinin səliqə ilə sax-lanmış dəstini gətirtdirdi və “Azərbaycana apar” dedi. Onun bu fikrə düşməsinin səbəbkarı V.Rauf qızı olmuşdu. Lakin S.Altaylı buna imkan vermədi. Qəzetin ona da lazım oldu-ğunu, CD-yə köçürmək istədiyini bildirdi. M.Kəngərli qəzet dəstini saxladı və mənə: “Sonra Vüsalədən yollayaram” dedi.
O, sözünə sadiq qaldı. 2003-cü ilin qışında “Bildiriş” qəze-tinin dəstini Vüsalə xanımdan yolladı. Qəzeti AMEA Əlyaz-malar İnstitutuna bağışlamağı qərarlaşdırsaq da oradakı yazılar diqqətimi çəkdi. Xüsusən də “Solovkidə gördüklərim” adlı xatirələr.
Mövzu mənə tanış idi. Rus yazıçısı Oleq Volkovun 1980-ci illərdə qəzet və jurnallara verdiyi müsahibələrdə, 1989-cu ildə Moskvada çap etdirdiyi “Zülmətdə” romanında müsavat-çıların aclıq aksiyasını təsvir etməklə, soydaşlarımızın hünə-rindən yazmaqla çoxlarımızı heyrətləndirmişdi.
Amma mən də əksər oxucular kimi Oleq Volkovdan 53 il əvvəl N.İ.Kiselyov-Qromovun Şanxayda 200 səhifəlik “Lageri smerti v SSSR”44
Mehmetzade M.B. Kahramanlarımızın esaret dastanları. “Qurtuluş”(Berlin), 1937, sayı 28, s. 752
[Закрыть] kitabının və B.E.Ağa oğlunun 1930-cu ildə “Bildiriş” qəzeti səhifələrində “Solovkidə gördüklərim” adlı xatirəsinin çap etdirdiyini bilmirdim. Onu da bilmirdim ki, N.İ.Kiselyov-Qromov Rusiyadakı vətəndaş müharibəsində Novorossiyskidə yaralı halda bolşeviklərə əsir düşüb. Həqiqi ad və familiyasını gizlədərək özünü Qızıl əsgər Karpov kimi təqdim edib. Sovet hökuməti ona inanıb vəzifə verib. O da əvvəl Quzey Qafqazın müxtəlif bölgələrində, sonra da Solovki sürgün düşərgəsində rəhbər vəzifələrdə çalışıb. Oradan da xaricə qaçaraq bolşeviklərə qarşı mübarizəyə başlayıb.
N.İ.Kiselyov-Qromovun kitabında da müsavatçıların aclıq aksiyası, xüsusən həkim Cahangir Ağayevin faciəli taleyi geniş təsvir edilib. Həmin hadisələrin iştirakçısı olmuş bir soydaşımız – B.E.Ağa oğlu da başlarına gələni qələmə alaraq 1930-cu ildə “Bildiriş” qəzetinin 14 sayında “Solovkidə gördüklərim” adı altında çap etdirib.
Öncə “Solovkidə gördüklərim”in müəllifi B.E.Ağa oğlunun şəxsiyyəti ilə maraqlandım. Axtarışım bir nəticə vermədi. Oxuduğum qaynaqlarda Solovkidə həbsdə olmuş yazıçı, jurnalist və ictimai-siyasi xadimlər sırasında B.E.Ağa oğlu imzasıyla yazıb-yaradana rast gəlmədim.
Solovki haqqında oxuduqlarım isə bişkin bir qələmin məhsulu, yetkin və mübariz bir siyasi xadimin xatirələridir. Mühacirət mətbuatımızın və ədəbiyyatımızın araşdırıcısı olan tanışlarım da bu işdə köməyimə çata bilmədilər. Məcbur qalıb Mehmet Kəngərli ilə əlaqə saxladım. O da, “dəfələrlə bu sualı mən də vermişəm. Amma bir cavab ala bilməmişəm” dedi.
Azərbaycan mühacirlərinin fəaliyyətləri ilə bağlı bir neçə kitab yazmış, Türkiyədəki Balıkəsir Universitetinin müəllimi, Doç.Dr.Səbahəttin Şimşir də B.E.Ağa oğlunun şəxsiyyətini müəyyənləşdirməkdə bizə yardımçı ola bilməsə də “Solovkidə gördüklərim”i kitabça kimi nəşrə hazırlamaq qərarına gəldim. Qəzeti səhifələyərkən Solovki ilə bağlı 4-5 kiçik yazı da diq-qətimi çəkmişdi. Mövzuca yaxın olduqlarından onları da kitab-çaya əlavə etməyi lazım bildim. Düşündüm ki, bu həm araşdı-rıcılarımızın diqqətini özünə çəkər, həm də gənclərin vətənpərvərlik tərbiyəsinə təsir göstərər.
Xatirələri çapa hazırlayarkən müəllifin dil və üslubuna toxunmamağa çalışsam da buna tam əməl edə bilmədim. Oxu-cularımızın əhval-ruhiyyəsini nəzərə alaraq bəzi sözləri və şəkilçiləri bugünkü ədəbi dilimizin yazı qaydalarına uyğun-laşdırdım. Çətin anlaşılan sözlərə isə səhifənin aşağısında – ətəkyazıda izah verdim. Belə sözlər mətində dəfələrlə təkrar-lansa da, kitabçanın kiçikliyini nəzərə alaraq hər sözün izahını bir dəfə verməklə kifayətləndim. Əslində ötən yüzilliyin əvvəl-lərindəki yazı üslubumuz “Solovkidə gördüklərim” müəllifinin yazı üslubundan o qədər də fərqlənmir. Həmin illərdə elə Tür-kiyədə də təxminən bu cür yazıblar. Dediyim odur ki, bu gün “Solovkidə gördüklərim”i Türkiyədə çapa hazırlamalı olsalar, bəlkə məndən çox ətəkyazısı verməli olardılar.
“Bildiriş” qəzetinin dəsti səliqəli saxlanılıb. Lakin zaman öz işini görüb. Qəzeti səhifələdikdə və ya əl vurduqda kağız qırılıb tökülür. Respublikamızda qəzetin nüsxələrinin çox olmadığını nəzərə alaraq orada gedən yazılar haqqında oxuculara geniş bilgi verməyə çalışdım. Bu bəlkə bir qədər də qəzeti səhifələməyə ehtiyacı azaldar.
Qəzet 1930-cu ilin 7 avqustundan həftənin pərşənbə55
cümə axşamı
[Закрыть] gün-ləri çap olunmağa başlayıb. İlk saydakı baş məqalə adsızdır. Məqalənin sonunda isə “Bildiriş” yazılıb. İkinci saydan baş-layaraq baş məqalələrə ad qoyulub. 1930-cu ilin Birinci Kanun66
Birinci Kanun və ya Kanuni Əvvəl hicri təqvimində ay adı. Miladi ilə dekabra uyğun gəlir. Kanuni Sani-İkinci Kanun, eləsə də Tişrini Əvvəl-Birinci Teşrin, Tişrini Sani-İkinci Teşrin kimi də yazılır
[Закрыть] 18-də çap olunan 20-ci sayındakı “Vandervelde və Rusiya” adlı baş məqaləsinə M.B. imzası qoyulub və sonadək də bu qaydaya əməl edilib. Əlimizdəki dəstdə sonuncu qəzet – 58-ci sayıdır. O da 1931-ci ilin Eylülün77
sentyabr
[Закрыть] 10-da çap olunub. Burada qəzetin bağlanacağına dair heç bir qeyd yoxdur. Qəze-tin 1931-ci il Temmuzun88
iyul
[Закрыть] 30-da çap olunan 52-ci sayından başlayaraq 1931-ci il Eylülün 10-da çıxan 58-ci sayınadək ardıcıl M.B.Məmmədzadənin “Lenin milli siyasəti. Azərbay-canda nə nəticələr verdi?” məqaləsinin səkkiz parçası verilib. Məqalənin sonuncu parçasının altında “arkası var” yazılıb. Buna əsaslanıb əlimizdəki qəzetin tam dəsti olmadığını söyləsək yəqin ki, yanlışlığa yol vermiş olarıq. Çünki, “1931-ci ildə Türkiyədəki Azərbaycan siyasi mühacirləri SSRİ-nin təzyiqi ilə ölkədən çıxarıldığından” və orada nəşr edilən “siyasi mətbuatın da fəaliyyətinə uzun müddət fasilə verildiyi”99
İbrahimli Xaləddin Azərbaycan siyasi mühacirəti.”Elm” nəşriyyatı, Bakı, 1996, s.120
[Закрыть]ndən xeyli yazılıb.
Latın əlifbasıyla, A-2 formatda çıxan qəzetin baş məqaləsində deyilir: “Bu gündən etibarən hər həftə müntəzəm intişar1010
yayılma, yayılacaq, çap ediləcək
[Закрыть] edəcək olan “Bildiriş” qəzetəsi yakın, uzak və orta Şərqdə, bilhassa1111
xüsusən
[Закрыть] Türk dünyasında cəriyan edən siyasi, milli harsi1212
mədəniyyət
[Закрыть] və ictimai hərəkətlər haqqında mövsuk1313
inanılan, mötəbər
[Закрыть] məlumat verməklə türk əfkari ümumiyyəsini1414
içtimaiyyətin fikri
[Закрыть] tənvirə1515
aydınlışdırma, işıqlandırma
[Закрыть] çalışacaqdır.
Türk dünyasının yeganə müstəqil dövləti və Şərqin yeganə cümhuriyyəti olan Türkiyədəki aləmşumul1616
dünya üçün əhəmiyyətli
[Закрыть] islahat hərəkətini tərviçlə1717
işə salma, keçirmə
[Закрыть] “Bildiriş” bu xüsusda və Türkiyənin aləlumum1818
umumiyyətlə
[Закрыть] iktisadi harsı, ədəbi və ictimai yenilikləri haqqında oxucularına məlumat verəcəkdir.
“Bildiriş” Azərbaycan, Türküstan, Edil1919
Edil və ya İdil-Volqa sayının adları
[Закрыть]-Ural, Şimali Kafkasya, Krım, Gürcüstan və Ukraynada cərəyan edən hadisələri bildirməklə bərabər Sovet Rusiyasına aid siyasi, iqtisadi, ictimai hayat safhalarını gösteren vakalar2020
hadisələr
[Закрыть] haqqında dahi karilərini2121
oxucuların
[Закрыть] tənvir edəcəkdir.
“Bildiriş” İran, Afqan, Hint gibi şark məmləkətləri haqqında məlumat verəcəyi gibi, Misir, Suriyə, Filistin, Hicaz gibi ərəb dünyasındakı vekayia ait dahi kendi sütunlarında yer verəcək və Avrupada ceryan edən mühüm havadisi kaydetməyə çalışacaqdır”2222
“Bildiriş” 1930, 7 Ağustos, sayı 1,s.1
[Закрыть].
Qəzet elə ilk sayından verdiyi vədə sadiq qalır. Birinci səhifəsində “Sovyet Rusiyasında”, “Amerikada QPU2323
QPU– qısaldılmış şəklidir. Bütövlükdə Obyediniyonnoye Qosudarstvenneye Politiçeskoye Upravleniyedir.Baş Dövlət Siyasi İdarə deməkdir.Sonralar KQB kimi tanınan və məşhurlaşan təşkilat dəfələrlə adını dəyişmişdir.1930-cu illərdə bu təşkilət qısaca olaraq QPU kimi deyilir və yazılırdı
[Закрыть]” “Kafkasyada siyasi vəziyyət”, “Son xəbərlər”, “Yeni Rus-Çin ihtilafımı?”, “İki ayda 18000 mevkuf”2424
tutuklk, məhbus
[Закрыть] yazıları və bir elan verilmişdir. Elanda yazılıb: “Solovkidə gördüklərim… Solovki mənfasında2525
sürgün yeri, həbisxana
[Закрыть] bulunmuş Azərbaycan istiqlalçılarından bir gencin maraqlı xatirələrini gələcək nüsxəmizdə okuyunuz!”
Qəzetin verdiyi elanlar da maraqlıdır. İlk sayından sonadək axırıncı səhifəsində “Odlu yurt” jurnalı üçün abunə kam-paniyası aparılıb. Lakin “Azərbaycan, Gürcüstan, Şimali Kaf-kasya, Türküstan və Ukrayına istiqlalçıları tərəfindən ayda bir dəfə fransızca nəşr edilən “Prometey”, “Ayaz İshaki bəyin baş mühərrirliyi ilə çıxan, Edil-Ural və Krımın istiqlalına yardım edən “ Milli yol” və “Krım türklügü istiqlal fikrini tervic edən “Emel” məcmuəsinə ilk saydan başlayan abunə kampaniyası 1930-cu il Eylülün 18-dək davam etmişdir.
Qəzetin redaksiyası İstanbuldakı “Panqaltı şafak sokağı, No 60”da yerləşir və Orhaniyyə mətbəəsində cap olunurmuş. İlk sayından “imtiyaz sahibi: A.Kazımzadə, məsul müdiri:Kamal” olduğu göstərilir. 1931-ci ilin Haziranın2626
iyun
[Закрыть] 11-dən həmin ilin Avqustosun 13-dək məsul müdür B. Süleyman, sonrakı saylarda isə “umumu nəşriyyat və yazı işləri müdiri: Mirzə Bala” olduğu yazılır.
“Mirzə Bala”, “M.B.” və b. imzalar M.B.Məmmədzadənin olduğu araşdırıcılara yaxşı məlumdur. “Bildiriş”də də əsas imzalar “M.B.Məmmədzadə”, “Mirzə Bala”, “M.B.”dır. Bu onu göstərir ki, qəzetin əsas ağırlıq yükünü o daşımışdır. Hətta qəzet “məsul müdüri: B.Süleyman” yazanda belə baş məqalələrin altındakı imza “M.B” olmuş və M.B.Məmmədzadə imzasıyla silsilə məqalələr çap edilmişdir. O, qəzet nəşrə başlayandan fəal əməkdaşlıq etsə də, bir ara müvəqqəti “məsul müdir: B.Süleyman” olmuşdur.
Qəzetin əsas rubrikaları bunlardır: “Azərbaycanda”, “Sov-yet Rusiyasında”, “Türkiyə daxilində”, “Kırımda”, “Şimali Kafkasyada”, “Edil-Ural elində”, “Kazak-Kırğız elində”, “Tür-küstanda”, “İranda”, “Ukraynada”, “Rusiyada”, “Sovyet-lərdə”, “Son xəbərlər”, “Müxtəlif xəbərlər”, “Beynəlmiləl həyat”.
M.B.Məmmədzadə “Bildiriş” qəzetini M.Ə.Rəsulzadə nəşr etdirdiyini yazır. Lakin qəzetdə M.Ə.Rəsulzadənin imzasına rast gəlinmir. Bir neçə silsilə yazını çıxmaqla məqalələrin əksəriyyəti imzasızdır. “Beynəlmiləl həyat”(1930, 7 Ağustos, sayı 1), “İran parlamentosu”(1930, 18 Eylul, sayı 7), “Afqa-nıstanda”(1930, 25 Eylul, sayı 8), “Sovyetlər və Avropa arasında hərb olacaqmı? (Sovyet dövləti bu xususda nələr düşünür və nasıl hazırlaşır?)” (1931,12 Mart, sayı 32), “Qızıl Ordunun bugünkü vəziyyəti”(1931, 19 Mart, sayı 34), “Rusiyanın ixracatı və Türkiyə”(1931, 2 Nisan, sayı 35), “Azərbaycanda və Gürcüstanda milliyət mücadiləsi”(1931, 14 Mayıs, sayı 41 ) və başqa məqalələrin həcmi böyük olsa da sonunda imza qoyulmayıb.
Qəzetdə ən çox imzası görünən müəllif M.B.Məmmədzadədir. Hər nömrədəki baş məqalədən başqa “Ədəbiyyat cəbhəsində”( 1930, 14 Ağustos, sayı 2), “Ərzaq nədən verilmiyor?”(1930, 28 Ağustos, sayı 4), “Ukrayna və istiqlal mücadiləsi” (1930, 25 Birinci Kanun2727
yanvar
[Закрыть], sayı 21), “Sağ, sol, orta” (1931, 8 İkinci Kanun, sayı 23), “Kalanizator” (1931, 15 İkinci Kanun, №24), “Pantürkizmi təhlükəlidirmi?” (1931, 21 Mayıs, sayı 42), “Azərbaycan kommunist firqəsində (yeni milliyətçilik)” (1931, 2 Temmuz, sayı 48) və b. böyük həcmli məqalələri ilə yanaşı “Azərbaycanda köylü hərəkatı” və “ Lenin milli siyasəti. Azərbaycana nə nəticələr verdi?” kimi irihəcmli əsərlərini də burada çar etdirmişdir. Yaxın keçmişimizi öyrənmək baxımından bu gün də aktuallığını itirməyən “Azərbaycanda köylü hərəkatı” əsəri qəzetin 1931-ci il İkinci Kanun 15-dəki 24-cü sayından başlayaraq ara vermədən, 1931-ci il Nisanın2828
aprel
[Закрыть] 9-dakı 36-cı sayınadək davam etmişdir.
Qəzetdə Kırım haqqında yazılar yalnız sayca çoxluğuna görə deyil, mövzu aktuallığı və faktların zənginliyi ilə diqqəti çəkir. Onlardan “Kırımın qara günü”(1930, 27 İkinci Teşrin2929
noyabr
[Закрыть], sayı 17 və 1930, Birinci Kanun, sayı 18), “Sovyet Rusiyasının son vəziyyəti və bolşeviklər nədən hərbə gediyorlar?” (1931, 26 Şubat3030
fevral
[Закрыть], sayı 30 və 1931, 5 Mart, sayı 31), “Kırım istiklal davasının səbəbləri və əsasları” (1931, 9 Nisan, №36 və 1931, 16 Nisan, sayı 37) məqalələri Kırımlı Cafer Seyit Ahmet, “Kırımda vəziyyət” (1931, 19 Şubat, sayı 29) məqaləsi isə H.Avcı köylü imzasıyla çap olunmuşdur.
“Çin şark şimendiferləri3131
dəmir yolu
[Закрыть] məsələsi”(1930, 11 Eylul, sayı 6), “Rus-Yapon itilafının3232
anlaşma
[Закрыть] hedefi”(1930, 2 Teşrini evvel, sayı 9) məqalələrinin altından H. D. və 1931-ci il 4 Haziranındakı 44-cü sayından başlayıb 1931-ci il 25 Hazirinındakı 47-ci sayında bitən “Başkurtıstan məsələsi və başkurt hərəkatı (Şamson Tipeyefin əsəri münasibətiylə)” məqaləsindəki “Yazan: Başkurtıstanlı Abdülkadir” imzalarının olması onu göstərir ki, qəzetin çapında maddi sıxıntıları olmasına baxmayaraq redaksiyanın yüksək səviyyəli müəllifləri varmış.
“Bildiriş”in 10-cu sayından (1930, 9 Teşrini əvvəl) baş-layaraq 28-ci sayınadək (1931, 12 Şubat) ikinci və üçüncü səhifələrin padvalını əhatə edən “ Çekist Ağabekofun ifşaatı” məqaləsi çap olunub. Bu əslində həmin il xaricdə ingilis, fransız və alman dillərində çap olunmuş bir kitabın tərcü-məsindən parçalardır. Kitabın müəllifi Ağabekof 1918-ci ildə kommunist partıyasına daxil olub, “1920-dən 1930-un Hazira-nına kadar Moskvada QPU-nun xarici şöbəsinin Şərq qismi rəisligində bulunmuş və ahirən Türkiyə, Yunanıstan, Suriyə, Filistin və Mısırdakı QPU işlərini yoklamak və idarə etmək için sureti mahsusda3333
хцсуси олараг
[Закрыть] xaricə göndərilmişdir. Bir müddət Tür-kiyədə qaldıqdan sonra Sovyetlərə qəti münasibətini alenen3434
ачыг шякилдя
[Закрыть] bildirmək və Besedovski gibi siyasi “avdet etmeyen”lərlə təşriki3535
ortaq etmə
[Закрыть] məsai3636
çalışma
[Закрыть] edərək Stalin rejimi ilə mücadilə etmək məq-sədilə Haziranın 26-da İstanbuldan Parisə hərəkət edən Ağa-bekof, kendi xatiratını, on senəlik QPU-dakı fəaliyyətini və əcnəbi məmləkətlərdəki QPU-nun metod və sistemini” faktların dililə ifşa etmişdir.
Redaksiya kitabı tərcimə edərək qəzet səhifələrində hissə-hissə verməsinin səbəbəni belə izah edir: “Sovyetlərin gərək daxili və gərək xarici siyasətlərini, bilxassa Şərq məmləkətlərindəki fəaliyyətlərinin iç yüzünü göstərməsi etibirilə şayan dikkat3737
diqqəti çəkən
[Закрыть] olan bu əsərdən istifadə etməyə başlarkən şunu da qeyd etməliyiz ki, əsli erməni olan və Şərq lisanlarını, o cümlədən, mükəmməl Türkcə bilən Ağabekof Pa-risə gitmədən səkkiz ay İstanbulda ticarət odası azası3838
nümayəndə, üzv
[Закрыть] sıfa-tıyla çalışmış, buradan Türkiyə, Surya, Mısır və s. Yakın Şərq məmləkətləri işlərini idarə etmişdir.
QPU haqqında Ağabekof tərəfindən verilən məlumatda Rusiyada yaşayan türklərə, Kafkasyaya, Türkiyəyə, İrana, ərəb məmləkətlərinə ait çox enteresan məlumat görüləcəkdir. Bu məlumat içərisində Ənvər Paşa ilə Leninin gizli planı, Türküstan üsyanı və Ənvər Paşanın şəhadəti daha vardır”
Ənvər Paşanın “Leninlə gizli planı” və ölümü ilə bağlı məsələlər oxucularımız üçün maraq doğuracağını düşündüyümüzdən bü məsələyə daha çox diqqət yetirəcəyik. “Ural çeka-sından 1921 senesinde Moskovaya gələrək Əfqan və İran səfirlərinin,….Türkiyə səfarətinin əvraqlarını3939
yazılı kağızlar, sənədlər
[Закрыть] tədqiqə məmur edildiyindən, bu səfarətlərə aid fəaliyyətləri qeyri-kafi gördüyü üçün QPU-ya bir proje tatbiqi üçün xariciyyə komissarlığının Yaxıın və Orta Şərq şöbəsinə təyin edildiyindən, fəqət orada QPU-nun əmrinə itaət etməyincə Türküstanda olan əqrabası nəzdinə getmək fikrinə düşdüyündən” söz açan Ağabekof 1922-ci ildən Daşkənd çekasında fəaliyyətə başlayır. Türküs-tanda Cahangir ləqəbilə tanınan Kurşirmatdan, Fuzail Mak-sumdan və Lokayların hökümdarı İbrahim bəyin fəaliyyə-tindən söz açdıqdan sonra Ağabekof Ənvər Paşa haqqında yazır: “Ənvər Paşa Bakıda vukubulan Birinci Şərq Millətləri Konfransından4040
Bakıda 1920-ci ilin sentyabrında keçirilən Şərq Xalqlarının Birinci Qurultayı nəzərdə tutulur
[Закрыть] sonra Türküstana gedərək basmaçıları təşkil edəcək, onları bir qüvvət halında birləşdirdikdən sonra Əfqanıstan tarikiylə və Şərk millətlərinin xilası şüarı altında Hindistan üzərinə sövq edəcəkdir.
Ənvər Şərq millətləri arasında olan nüfuzuna istinadən Lenindən rica etmişdi ki, Türklərlə həmirq olan Türküstan xalqını təşkil edərək Hindistan üzərinə sevketməsinə müsa-adə4141
komək
[Закрыть] eyləsin. Lenin razı olmuşdu. Fəqət Lenin və Ənvər başqa-başqa qayələr təqib ediyorlardı. Ənvər təşkil edəcəyi hərəkətlə müttəfiqləri qorxutmaq və Türkiyənin təqsiminə4242
bölünmə, hissələrə ayrılma
[Закрыть] mane olmak istəmişdi. Lenin bu hərəkətdən bolşevikliyin genişlənməsini və İngiltərə iqtidarının kırılmasını ümid etməkdə idi. Bu surətlə hərakat Avropanın nəzər diqqətini cəlb edərək Sovyet hökümətinə cahan ihtilalına girişmək imkanı verəcəkdir.
Ənvər Buxarada hərarətlə qarşılandı. Ənvər Buxara sokaklarından keçərkən Buxara qadınları hörmət əlaməti olaraq çarşaflarını başlarından atıyorlardı. Buxarada türkiyəli zabitlərdən ibarət əski dostlarını bulan və Buxaranın istiqbalından ümid alan Ənvər vəziyyətdən istifadə etmək fikrinə düşdü.”4343
Çekist Ağabekofun ifşaatı. “Bildiriş” qəzeti,1930, 23 Teşrini Əvvəl,sayı 12, səh.3
[Закрыть]
Ənvər Paşanın Bakıda qarşılanması və Sovet xüsusi xidmət orqanlarının qurduqları tələlər haqqında da Ağabekofun xatirələrində olduqca maraqlı məlumatlar var. Ağabekof Reysihin xatirələrinə əsaslanır. Reysih də 1920-ci ilin sen-tyabrında Bakıda keçirilən Şərq Xalqlarının Birinci Qurul-tayında iştirak etmişdi. Sonralar Sovet höküməti tərəfindən həbs olunmuş və Ənvər Paşanın yardımı ilə həbsdən azad edilmişdir. Bundan sonra çekada işə girib Türküstanda milli düşüncəli insanlara olmazın divanını tutmuşdur. Ağabekof da belə bir adamın xatirələrinə əsaslanaraq yazır: “Moskvadan Bakıya gələn Ənvər ümumi mənzili ziyarət etdi. Ənvəri görüncə bütün Şərq Kommunistləri üzü üstə yerə qapandılar. Ənvərin əlini və əlbisəsini öpməyə başladılar.”4444
Çekist Ağabekofun ifşaatı. “Bildiriş” qəzeti,1930, 30 Teşrini Əvvəl,sayı 13, səh.2
[Закрыть] Bu kiçik parça onu göstərir ki, Ənvər Paşa yalnız millətçilər arasında deyil hətta onlara əks cəbhədə dayanan kommunistlər arasında da böyük nüfuza malik imiş.
Çekanın tapşırığı ilə Ağabekofa kağız pul və saxta pasport verib Buxaraya yola salırlar. Çar Rusiyası ordusunun istefada olan zabiti Azadof pasportuyla Buxaraya gələn və orada işə düzələn Ağabekof fəaliyyətini belə təsvir edir: “Buxara höku-mətinin hərbiyyə naziri, gənc buxaralı Arif idi. Bu adam Buxara inqilabından sonra kommunist fırkasına daxil olmuşdu. Onun müavini, sabiq çar ordusu zabitlərindən tatar Tamarındı. Ərkanı hərb komissarı olan kommunist Kutsner ilə dost oldum və OQUP üçün çalışacağına dair imza verdim. Bu komissarın yardımı və mənim çalışmam sayəsində məni kəşfiyyat qismini təşkil etməyə məmur etdilər. Gizli olaraq çeka məmurlarından gətirdərək Buxaranın müxtəlif şəhərlərinə (işə-Ə.Ş.) təyin elətdim. Bu vasitə ilə xoşbaxt bir təsadüf əsəri olaraq Buxara hökümətinin bütün istixbarat4545
xəbər bilmə
[Закрыть] və kəşfiyyat təşkilatı əlimə keçdi. Buxara höküməti adıyla biz artıq istədiyimizi yapmağa müqtədirdik”4646
Çekist Ağabekofun ifşaatı. “Bildiriş” qəzeti,1930, 30 Teşrini Əvvəl,sayı 13, səh.2
[Закрыть]
Ənvər Paşanı məhv etmək üçün Sovet çekistlərinin planı əsasında Ağabekof saxta Rəsulof pasportuyla tacir kimi kəndləri dolaşıb onun yerini müəyyənləşdirməli olur. İstədiyinə nail olan Ağabekof yazır: “…İki gün sonra Ənvər Paşanın bulunduğu qışlağa yetişmişdik. Biz basmaçıların toplandıqları, yeyib-içib, yatdıqları bir çayxanada yerləşdik… Hərəkət etmək lazım idi. Osipofla Əbdurrəhmanı mal gətirmək bəhanəsiylə Dennauyə göndərdim. Onlar verdiyim məlumatı yerinə götürəcəkdilər. Beş gün təkbaşına basmaçılar arasında qaldım. Əbdürrəhman gəldi və xəbər gətirdi ki, Ənvəri tutmaq üçün Dennauyə süvari divizyon dəvət edilmişdir. Divizyon gəlincəyədək Ənvəri gözdən kayb etməmək lazım idi.
…Ertəsi gün Ənvər Paşanın öldürüldüyü haqqında xəbər gəldi. Mənim vəzifəm artıq bitdi.
…Budenof nəfəri qılınc darbəsiylə Ənvər Paşanın başını və omuzunun bir kısmını qoparmışdı. Onun yanında bir də Quran düşüyordu. Ehtimal Ənvər Paşa taarruza4747
hücum
[Закрыть] keçərkən Quranı əlində tutuyormuş.
Quran Taşkent OQPU-suna göndərilərək “Ənvər Paşa işi”nə talik olundu.”4848
Çekist Ağabekofun ifşaatı. “Bildiriş” qəzeti,1930, 30 Teşrini Əvvəl,sayı 13, səh.3
[Закрыть]
1926-cı ildə Bakı-Ənzəli yoluyla Tehrana gedən və orada fəaliyyətə başlayan Ağabekofun Azərbaycanla bağlı söylədiyi fikirlər bu gün də Rusiya siyasətində aparıcıdır. O, Təbrizdə işləyən müsavatçıların məktublarını ələ keçirmək üçün İran poçt məmuru Minasyanı ruşvətlə ələ aldığını təfsilatıyla təsvir etdikdən sonra yazır: “Kürtlər ümumiyyətlə İrakdan Kafkasyaya gedən yol üzərində oturmuşlardır, gələcək İngilis Rusiya müsademesində4949
çarpışma
[Закрыть] hər iki tərəf üçün kürtlərin pozisyonu böyük əhəmiyyəti haiz5050
sahib, yiyə
[Закрыть] olacaqdır.
Bunu da əlavə edəlim ki, kürt milləti mükəmməl bir hərb materialıdır….1927 sənəsində Sovyet ərazisində bulunan bir ovuc kürtlər üçün ”müstəqil cumhuriyyət” elan etmək qərarına gəldi. Bu vasitə ilə digər kürtlərin dahi təvəccühünü5151
rəğbət, meyil
[Закрыть] Sovyetlərə tərəf çəkmək düşünülmüşdü.
…Azərbaycan Avropa ilə başqa yol bulunca (müəllif söhbət açdığı dövrdə Təbrizdən Trabzona yol, rabitə xətti çəkilməsi, eləcə də İrakda olan İngilis müstəmləkəçilərinin oradan Urmiyaya yol çəkməyi planlaşdırdıqlarını nəzərdə tutur – Ə.Ş.) Rusiyadan asılı olmamaya başlayacaqdır. Bu iqtisadi nüfuzumuz qaybolunca şübhəsizdir ki, siyasi nüfuzumuzu dahi kayb edəcəkdi5252
Çekist Ağabekofun ifşaatı. “Bildiriş” qəzeti,1930, 11 Birinci Kanun,sayı 19, səh.3
[Закрыть].”
“Bildiriş” qəzetinin 74 il önçə kitabdan ixtisarla verdiyi bir çox məsələlər hələ də aktuallığını itirməmişdir. Onun indiyə-dək dilimizə çevrilməməsi və çap olunmaması təəssüf doğurur.
“Bildiriş”in 72 il öncə çəkdiyi harayı nə yazıq ki, milləti-mizə rəhbərlik etmək iddasında olan (əslində Rusiyanın tapşırıqlarını canla-başla yerinə yetirən-Ə.Ş.) kommunistlərimiz nə eşitmək istədilər, nə də yazdıqlarını oxuyub nəticə çıxardılar. Qəzet 1931-ci il avqustun 6-da “Azərbaycan hesabına böyük Ermənistan” məqaləsində yazırdı: “Lenin milli siyasətinin” bir eseri tecellesi olaraq Ermənistana ilhaq edilən Zəngəzurdan sonra sıra şimdi Qarabağla Gəncəyə gəlmişdir….İki Ermənistan, biri Suriyada digəri Erivanda…Ortadakı ərazi üzərində də kürt hərəkəti. Sonra Erivanla Kilikya, Kürdüstanı qolaylıkla yutabilir…
Sovet höküməti Azəri kommunistlərinin tam bir cəhalət, aciz və korluklarından bilistifadə Azərbaycanın Zəngəzur vilayətini, Göyçə ətrafıyla Qazax qəzasından bir çox əraziyi ermənilərə vermişdir. Bu yetmiyormuş gibi Azərbaycanın müqəddəs bir parçasını təşkil edən Qarabağda muxtar bir erməni cumhuriyyəti təşkil eylədi. Sovyet hökuməti Kafkasya xaricində olan ermənilərin Azərbaycandan ayrılıb bu yerlərə toplanmasına var qüvvəsiylə yardım etdi və hələ də etmək-dədir. İrandan, İrakdan, Avropadan və Rusiyadan bu türk yurduna dolmağa başladılar.”
Vətəninin gözəl bir guşəsinin də əldən gedəcəyini görən müəllif fikirlərini isbatlamaq üçün başqa mənbələrə deyil, məhz kommunistlərin öz yazdıqlarına istinad edərək “Zarya Vostok” qəzetinin 140-cı sayından aşağıdakı parçanı stat gətirir: “Muxtar Dağlıq Qarabağ əyalətində daşnaklar hakim vəziyyətdə olub erməni kommunistləri tərəfindən himayə edil-mişlərdir.” Müəllif narahatlıqla bildirir ki, Qarabağ erməni təşkilatını idarə edən Qaragözov və tərəfdarları Qarabağın Ermənistana ilhaqını tələb edirsə, kommunist liderlərindən Tevadros, Mirzəbekyan və tərəfdarları isə daha irəli gedərək Qarabağla yanaşı Gəncənin də Ermənistana ilhaq edilməsini istəyirlər.
Müəllif yazır: “Erevan ilə Kilikyanın təşriki mesai etdiyi sahə yalnız burası deyildir. Erevanda kürt institutu, kürt məktəbləri, kürt qəzeti təsis olunduğu nəzərə alınarsa Kilikya ilə Erevanı ayıran sahə məsələsində dahi müştərək olduqları anlaşılmış olur.”
Ermənilərin Azərbaycan ərazilərini müxtəlif vastələrlə işğal etmələri ilə kifayətlənməyib yerli sakinləri sıxışdırıb ata-baba yurdlarından çıxarmaları, onların tarixi abidələrini məhv et-mələri də qəzetin diqqətindən yayınmayıb. Belə ki, “Erevanda mühüm hadisələr” başlıqlı yazıda İrəvandakı Göy məscidi sökmək istəyərkən müsəlmanlarn buna qarşı çıxdığını, nüma-işçiləri dağıtmaq üçün silahlı qüvvələrdən istifadə edildiyini və toqquşma zamanı qan axıdıldığını xəbər verir.
Təbrizdə 400 bolşevikin yaydığı bəyannaməyə imza atan-ların əksəriyyətinin erməni olduğunu yazan5353
İranda bolşevik fəaliyyəti. “Bildiriş” qəzeti, 1931, 13 Ağustos, səh.1.
[Закрыть] qəzet Sovet irticasından qaçıb İrana sığınan soydaşlarımızın faciəsini də daim diqqət mərkəzində saxlayır. Gah 1918-1920-ci illərdə Naxçıvanın erməni basqınlarından qorunmasının təşkilatçı-larından olan miralay Kəlbalı xanın5454
K. Əli xan Naxçıvanlı (İranda bir Azəri miralayı şəhit düşdü və cənazəsi Təbrizdə mərasimlə qaldırıldı.) “Bildiriş” qəzeti, 1931, 20 Ağustos, sayı 55, səh. 3.
[Закрыть] öldürüldüyündən və Təbriz şəhərində dəfn edildiyindən, gah da Təbrizdə 24 saat ərzində 800 kafkasyalı mühacirin silah gücünə bir yerə toplanılaraq ölkədən çıxarıldığından, bu işə Rus konsulunun nəzarət etdiyindən5555
İranda olan mültecilər. “Bildiriş” qəzeti, 1931, 3 Eylul, sayı 57, səh. 1.
[Закрыть] yazır.
Qəzetin “Azərbaycandakı vəziyyət” rubrikası altında verdiyi məlumatlar da olduqca diqqətiçəkəndir. Burada üsyanlar, partizan dəstələrinin fəaliyyətləri, Sovet irticasından qaçıb qurtulmaq istəyənlərin çəkdikləri zillətlərdən geniş bəhs edilir. 1930-cu ilin Birinci Kanunun 18-də çap olunan 20-ci sayında yazır: “Sarı Qafar Gəncənin dağlıq Qabaq köyündən cəsarəti ilə maruf Pirverdinin və Göyçəli Qurbanın qrupuyla birləşdikdən sonra 100-dən fazla bir qüvvətə malik olmuşdur… Sarı Qafarın qorxusundan kommunistlər, komsomollar, kolxoz məmurları ilə kolxoz təşkilatına mənsub olanlar köydən harice çıkmıyorlar… Digər partizanlardan aktiv fəaliyyetlerində davam edən maruf Molla Əhmədin(Hacı Axundun) qrupudur.”
Azərbaycanın ayrı-ayrı bölgələrində gah güclənən, gah zəyifləyən kəndli hərəkatını diqqət mərkəzində saxlayan qəzet yazır ki, yerli hərbi qüvvələr və milis aciz qaldığından Rusiyadan əlavə qüvvələr gətirir. Bu qüvvələr də yerli əhalini qəddarlıqla öldürür. Qəzet öldürülənlərin adlarını da dərc edir.
“Azərbaycanda bolşevik vəhşəti”5656
“Bildiriş” qəzeti, 1931, 22 İkinci Kanun, sayı 25, səh. 1.
[Закрыть] məqaləsində Cəbrayıl qəzasının Hacı kəndindən Müzəffər, Alış, Eliş və Bahadur bəyin, Qaraxanbəyli kəndindən Emin və Əlinin, Xalfeşə kəndindən Sarı xanın və başqalarının güllələndiyini, meyidlərinin quyuya atılaraq üzərlərinə neft töküb yandırdıqlarını, Naxçıvanın Keçil kəndindən 17 qadın olmaqla 70 nəfərin güllələndiyini və 30 nəfərin qaçıb Təbrizə gələ bildiyini yazır. Gəncə vilayətinin Ziyatlı kəndində isə səyyar cəza məmurları Əlibaba Zeynalabdin oğlunu, Atakişi Məşədi Həsən oğlunu, İbrahim Yusif oğlunu, Həsən Məmməd oğlunu, Qazi Həsən Əli oğlunu, Yusif Məşədi Məmməd oğlunu, Yusif Hüseyin oğlunu güllələtdiklərini qəzet soydaşlarına ürək ağrısıyla xəbər verirdi.5757
“Bildiriş” qəzeti, 1931, 16 Temmuz, sayı 50, səh.1.
[Закрыть]
Naxçıvanı bürümüş və yerli höküməti iflic vəziyyətinə salmış kəndli üsyanı haqqında qəzet yazırdı: “Təslihatca qızılların (Qızıl Ordu adlandırılan Sovet Ordu hissələri nəzərdə tutulur-Ə.Ş.) mükəmməl olduqlarına və köylünün paslı tüfənglə müsəlləh olduqlarına baxmayaraq bir neçə şiddətli müsademədən sonra bütün Naxçıvan vilayəti asilər əlinə keçdi.
Nəhayət, Kafkasyanın müxtəlif şəhərlərindən Qızıl Ordu top, mitraliyoz, tank və zəhərli qaz cəlbinə ehtiyac hiss olundu.
Köylülər dağlara çəkilməyə məcbur olurlar. Fəqət məmləkət terrorizə edilmişdi. Hər yerdə və hər köydə komu-nistlər amansızcasına imha edilməkdədir.
Belə bir zamanda Qızıl Orduda olan Azəri, gürcü, erməni əsgərlərləri köylülər əleyhinə getməkdən imtina edirlər. Qızıl Ordu ricata başlayır. Sovet hökuməti təcili olaraq komunistlərdən, rus ameledən, milislərdən mürəkkəb bir qüvvət vücuda gətirir. Bu zaman başalyan ərzaq hazırlığı yoxsul, ortabab və s. köylüləri də müqavimətə sövq edir. Asilərin miqdarı artır və qızıllar Şahbuz; Nurkiyad-Qala (ad yanlışdır. Hansı kənd nəzərdə tutulduğunu müəyyənləşdirə bilmədik.-Ə.Ş.), Tivi, Keçili kimi köyləri asilərə verəmyə məcbur olurlar. Hal-hazırda mahallı komunistlər köylərə qarşı çıxmaqdan tamamilə imtina etmiş olduqlarından Rusiyadan yeni rus qüvvəti və çekstlər gətirilmişdir”5858
“Bildiriş” qəzeti, 1930, 13 İkinci Təşrin, sayı 15, səh.1.
[Закрыть]
Sovet xüsusi xidmət orqanları yerli kommunistlərdən üçlüklər və beşliklər təşkil edərək əhalidən silahları toplayırdı. Silahlarını könüllü verənlər də cəzalandırılırdı. Onlar bu silahtoplama kampaniyası ilə kifayətlənmir daha kütləvi cəza tədbirlər həyata keçirirdilər. Bu tədbirlər kütləvi həbslər və güllələnmələrlə başa çatırdı. Qəzet belə tədbirlərin biri haqqında yazır: “Azərbaycandan Rusyaya 50 vaqon köylü sürüldü. Partizanlar 5 vaqonu qurtardılar.”5959
“Bildiriş” qəzeti, 1931, 27 Ağustos, sayı 56, səh.1.
[Закрыть]
Внимание! Это не конец книги.
Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?