Электронная библиотека » Eldar Məmmədov » » онлайн чтение - страница 3

Текст книги "Bizim gözəl dilimiz"


  • Текст добавлен: 27 декабря 2022, 12:21


Автор книги: Eldar Məmmədov


Жанр: Учебная литература, Детские книги


Возрастные ограничения: +16

сообщить о неприемлемом содержимом

Текущая страница: 3 (всего у книги 19 страниц) [доступный отрывок для чтения: 6 страниц]

Шрифт:
- 100% +

“OFİSİANT”, YOXSA “SÜFRƏÇİ”?

Başqa dillərdən aldığımız bə`zi sözləri çətin tələffüz etməyimizə baxmayaraq, fərqinə varmadan onlardan inadla istifadə edirik. Elə təsəvvür yaranır ki, həmin sözlər dilimizdə zorla saxlanılır. Əslində bu cür sözlərdən imtina etmək də mümkündür. Onlardan biri də “ofisiant” sözüdür. Çoxları onu “ofitsiant”, “ofiisyant”, “ofisyand”, “ofesyant”, “ofsyanka” və s. şəkillərdə tələffüz edirlər. Bu söz “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nə salınsa da izahlı lüğətimizə düşməyib. Bu da onun dilimizin lüğət tərkibində özünə möhkəm mövqe tutmadığını göstərir. Lakin Azərbaycan dilində həmin məfhumu ifadə etmək üçün başqa bir sözün olmaması təsəvvürü yaranmamalıdır.

Azərbaycandan uzaqlarda yerləşən Misirdə indi də restoran, yeməkxana işçilərini “süfrəçi” adlandırırlar. Misirlilərin fikrincə, bu söz türk yeniçərilərindən qalıb. Türkiyədə isə həmin peşə sahiblərini “qarson” (fransızca “oğlan” deməkdir) adlandırırlar. 40-50 il bundan əvvəl buraxılmış türk lüğətlərinidə həmin mə`nada “süfrəçi” sözü işlədilməsinə baxmayaraq, müasir türk lüğətlərində onun yerinə “qarson” sözü işlədilib. Qəribədir ki, “süfrəçi” sözü “Ərəb və fars sözləri lüğəti”ndə də öz əksini tapmayıb. Halbuki Səfəvilər dövründə şahların və xanların saraylarında mətbəx işçilərinin “süfrəçi” adlandırıldığı və hətta “süfrəçibaşi” vəzifəsinin də olduğu tarixi əsərlərdən və alimlərimizin tədqiqatlarından yaxşı mə`lumdur.

Bə`ziləri dilimizdə “ofisiant” əvəzinə “xörəkpaylayan” sözü işlədirlər. Lakin bu peşə sahiblərinin işi təkcə xörək paylamaqla məhdudlaşmır. Yemək mərasimi ilə əlaqədar bütün işləri yerinə yetirən həmin işçini “süfrəçi” adlandırmaq məntiqi cəhətdən daha düzgündür. Onun əsasında “süfrəçi qız”, “süfrəçi işləmək”, “baş süfrəçi”, “süfrəçilər kursu açmaq”, “süfrəçilər müsabiqəsi keçirmək” və s. söz birləşmələri yaratmaq olur və bu, dilimizdə heç bir ağırlıq yaratmır. Hazırda türk dilində işlədilən “qız qarson”, yə`ni “qız oğlan” (!) kimi məntiqə uyuşmayan bir ifadə ilə müqayisədə “süfrəçi qız” daha ürəyatımlı, məlahətli səslənmirmi?

Lakin bir çoxları irad tutub deyə bilərlər ki, “süfrəçi” dedikdə süfrə düzəldən adamı başa düşmək olar və bu, dilimizdə dolaşıqlıq yarada bilər. Birincisi, yalnız süfrə düzəlib satmaqla ailə dolandıran peşə sahibi yoxdur. İkincisi, biz “təyyarəçi”, “gəmiçi”, “arabaçı” dedikdə həmin şəxslərin təyyarədüzəldən, gəmidüzəldən, arabadüzəldən olduqlarını təsəvvürümüzə gətirmirik. “Süfrəçi” dedikdə isə süfrə açıb, bizi müxtəlif ne`mətlərlə yedirib-doyuran, xırda məsələlər üçün süfrə arxasından qalxmağa qoymayan restoran işçisi gözümüzün qarşısına gəlir. Kim bilir, bəlkə də bir vaxtlar “Süfrəçi qız” adlı gözəl bir mahnı yaranacaq və onun sədaları altında süfrəçi qız öz müştərilərini indikindən qat-qat razı yola salacaqdır.

“Həyat” qəzeti, 5 iyul 1991-ci il.

BELƏ KİTAB KİMƏ LAZIMDIR?

Bəşər sivilizasiyasının ən görkəmli şəxsiyyətlərindən olan Məhəmməd peyğəmbər haqqında respublikamızda buraxılan kitabların sayı son illər xeyli artmışdır. Lakin nəşriyyatlarımızın çap məhsullarının keyfiyyəti yaxşılaşmır, əksinə, getdikcə elə kitablar işıq üzü görür ki, onların redaktor və korrektor əlindən çıxdığına inana bilmirsən. Bunun səbəbini isə ictimaiyyətimizin, Qafqaz Müsəlmanları İdarəsinin


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации