Электронная библиотека » Jeroen Brouwers » » онлайн чтение - страница 2

Текст книги "Qırmızı batıq"


  • Текст добавлен: 29 ноября 2022, 15:41


Автор книги: Jeroen Brouwers


Жанр: Современная зарубежная литература, Современная проза


Возрастные ограничения: +16

сообщить о неприемлемом содержимом

Текущая страница: 2 (всего у книги 6 страниц) [доступный отрывок для чтения: 2 страниц]

Шрифт:
- 100% +

III
BAŞQA HAVAYLA NƏQL EDILƏN EYNI ƏHVALAT

Müharibədən sonra Niderlanda geri göndərildikdən sonra mən, demək olar, dərhal uşaqlığımın qalan dövrü ərzində monastır tipli internat məktəbdən yox oldum. Çünki düşərgədə yaşadıqlarım və İndoneziyada postmüharibə dövründə baş verən digər olaylar məni “vəhşiləşdirmişdi”. Mənim “mənəvi hisslərim”, “doğru olana”, “səhv olana” qarşı “hisslərim” yox idi və heç bir səlahiyyət, hakimiyyət tanımırdım.

(Həqiqətən də həmin günlər mən son dərəcə xoşbəxt idim, heç vaxt qorxmazdım, heç vaxt, heç vaxt nə iləsə bağlı şübhə içində olmazdım, heç vaxt kədərlənməzdim

Yəqin, onlar məni belə eləmişdi. Mən ən azından Roma papası, yaxud da baş nazir olacaqdım və valideynlərim də mənimlə fəxr edəcəklərdi).

Məni internat məktəbə verdikləri gün anam boz rəngli sombrero – kənarından bir qədər sallanan duvağı olan şlyapa – başında əyilib “Xudahafiz” deyib məni ağzımdan öpdüyündə həmin duvağ üzümün qarşısına düşür. Bu hadisə həyatımın qalan hissəsi üçün də xarakterik idi – biz bir-birimizi hörümçək toru maneəsinin arasından öpürdük.

O vaxtdan mənimlə xəyanətkar qadınlar arasındakı maneə heç zaman qalxmadı – o andan anama olan nifrət mənim həyata baxışıma damğasını vurdu.

Mən itaətkar olmalıyam. Beş həftə ərzində həftəsonları evə gələcəkdim və həmin beş həftə tez ötüb keçəcəkdi. Cüzdanımı itirməməliydim, onun içində vacib sənədlər (xaç suyuna salınmağım haqda sertifikat, şəxsiyyət vəsiqəsi, kofe talonları, şəkər tozu talonları) vardı.

Ketemu lagi, ana!

Addımlamaq əmri – mən bu əmri çox gec anlamışdım – verildiyində üzərimə gələn şagirdlərin cərgəsində öz yerimi aldım. Mən oyun meydançasının kənarında, bütün oğlan internatında rahatlıq tapdığım şabalıd ağacının altında dayanıb anama baxırdım. Bizə marş əmri verən təlimatçıya baxıb gülürdü (Onun özünəməxsus gülüşü vardı). Təlimatçının belindəki ipdən yarım metrlik çubuq sallanmışdı. Məncə, belə bir çubuqla yaxşı adam çırpmaq olardı. Yapon düşərgə qarovulçusu ilə təlimatçı arasındakı fərqi başa düşmürəm. İndi, 1950-ci ildə qeyri-ixtiyari addımladığım cərgə ilə beş il öncə – onda da anamdan uzaqda – addımladığım cərgə arasındakı fərqi də başa düşə bilmirəm. Onda, heç olmasa, başımda papağım olurdu, anam məni papağıma görə dərhal başqa oğlanların arasında tanıyırdı. İndi isə həmin papaq başımda yoxdur və onun cərgəni nəzərdən keçirən gözlərinə görə deyə bilərəm ki, məni artıq başqa oğlanların arasında seçə bilmir. Amma digər tərəfdən, bu ana ilə beş il öncəki ana arasındakı fərqi başa düşə bilirəm.

Onlar anamı yapon düşərgəsində niyə ölümünə döyməmişdilər?

İllər keçirdi, anamla mən küləkli stansiyalarda qatar cırıltı ilə stansiya zalına daxil olduğunda, qatar məni içinə alıb oranı tərk etdiyində, stansiyanı tərk edib gurultu ilə qaranlığa daxil olduğunda bir-birimizlə xudahafizləşirdik. Qatar burulardı və dərhal da platformada dayanıb yaylığını mənə yelləyən anam qatarın təkərlərinin taqqıltısının arxasında yox olurdu.

Biz bir-birimizə heç kimin başa düşmədiyi şeylər qışqırırıq.

Biz gülürük.

Özümü o yerə qoymuram.

Danni səfərini davam etdirir

İllər ötüb keçir. Anam daha məni stansiyadan ötürmür.

Valideynlərim dəmir yolunun arxasında yerləşən evə köçüb orada yaşayır. Ötən qatarın içindən bir saniyədən də az müddətdə yuxarı mərtəbədə lampanın işıqlandırdığı pəncərə kənarında dayanıb dəsmal yelləyən anamı görürəm. Mən kitab oxuyuram.

Внимание! Это не конец книги.

Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!

Страницы книги >> Предыдущая | 1 2
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации