Электронная библиотека » Meyxoş Abdullah » » онлайн чтение - страница 1

Текст книги "Tarix müəlliminin etirafları"


  • Текст добавлен: 29 октября 2022, 11:40


Автор книги: Meyxoş Abdullah


Жанр: Современная зарубежная литература, Современная проза


Возрастные ограничения: +16

сообщить о неприемлемом содержимом

Текущая страница: 1 (всего у книги 3 страниц) [доступный отрывок для чтения: 1 страниц]

Шрифт:
- 100% +

Meyxoş Abdullah


Tarix müəlliminin

etirafları

Hekayələr


1

2


Buraxılışa məsul:


Nizami Əlisoy

Mətn tərtibatı:


Yusif Əsgər


Yekun oxunuş:


Günel Haşımlı


Meyxoş Abdullah. Tarix müəlliminin etirafları.

Bakı, “Köhlən” nəşriyyatı, 2022, 82 səh.


© Meyxoş Abdullah / 2022

© Köhlən Nəşriyyatı / 2022

İSBN: 978-9952-****-*-

*


Müəl ifin və ya “Köhlən” nəşriyyatının rəsmi razılığı olmadan kitabın və ya onun hər hansı hissəsinin təkrar çapı, yayılması, elektron və ya mexaniki üsul a surətinin çıxarılması və çoxaldılması Azərbaycan Respublikasının müəl iflik hüququ qanunvericiliyinə əsasən qadağandır!


3

Tarix müəlliminin etirafı…

(hekayə)


Arıq, taqəti kəsilmiş ağsaçlı müəllimə, ağır addımlarla kəndin kənarındakı qəbristanlığa doğru irəliləyirdi. Bir-iki gün olardı, canındakı o müdhiş

ağrılar birazca azlamışdı. Başqa vaxt olsaydı bu uzun yolu xəstə canıyla piyada getmək ona zor gələrdi.

Amma bu gün, o, qəti qərara gəlmişdi ki, kənd qəbristanlığına gedib, vaxtilə dərs dediyi, indi isə el-obanın sevimlisi olan şəhid əsgər, İbrahim Lələyevin məzarını ziyarət etsin.

Müəlliminin şagirdinə deyiləsi ürək sözləri vardı.

Neçə gün idi ki, o, bu barədə fikirləşirdi. Ürəyində

yığılıb qalmış sözləri ona elə əzab verirdi ki…

Qəbristanlığın qapısına çatanda bir azca dayanıb nəfəsini dərdi. Ayaqlarındakı ağrılar ona şiddətli əzab verdiyindən, canını dişinə tutub birtəhər dözürdü.

Əlindəki əsa, elə bil, onun son ümid yeri idi. Bütün vücudunu əsaya etibar edirmiş kimi bərk-bərk ona söykənmişdi.

Müəllimə qəbristanlığın qapısından içəri girib, sol tərəfdə, qara mərmərlərlə əhatə olunmuş məzara sarı irəlilədi. Həyəcanlandığından, soyuq dəymiş adamlar kimi tir-tir titrəyirdi.

4

O, qəbrin önünə çatanda dayandı. Başını astaca qaldırıb, qocalıqdan heydən düşməkdə olan bulanıq gözlərini, mərmər daşına həkk olunmuş şəkilə dikdi.

Şəkildəki hərbi geyimdə olan cavan oğlanın gülümsər gözləri o dəqiqə müəlliminin gözləriylə toqquşdu.

– Hə… Sənsən, İbrahim, oğlum? – deyə müəllimə, uzun illərdən bəri görmədiyi şagirdini şəklindən tanıdığına görə sevindi.

İbrahim onun neçə illər bundan qabaq tarix fənnindən dərs keçdiyi şagirdi idi. İllər, onun boy-buxununun, sir-sifətinin cizgilərini dəyişsə də, gözləri həmin gözlər idi, lap uşaqlıqda olduğu kimi, saf, məsum.

Mərmər daşın parıltısı igid əsgərin çöhvrəsini bir az da işıqlandırdığı üçün, oradan gözlərinə düşən nur atəşinə

bənzər

şüalar

müəllimənin

gözlərini

qamaşdırdı.

Müəllimə dərindən nəfəs aldı və güclə eşidiləcək səslə pıçıldadı:

– Xoş gördük səni, oğlum… Şəhid adın mübarək!..

Sonra o, titrək əlləriylə qara mərmərin üzərində

həkk olunmuş şəkili sığalladı. Daşın soyuqluğu, elə bil, onun xəstə canına işlədi, bədənindən soyuq bir gizilti keçdi.

Müəllimə başını qaldlrıb şəkilə baxanda, yenə onun gözləri, qara mərmər daşın üzərinə həkk olunmuş

5

şagirdinin gülümsər gözləriylə toqquşdu. Gözlər bir anlıq da olsun nəzərlərini müəllimindən çəkmək istəmirdi. Müəllimə hansı səmtə dönürdüsə, o gözlər yenə də onu axtarırdı.

– Oğul, bilirsən niyə gəlmişəm?! – deyə, müəllimə

titrək səslə dilləndi. – Şəhadətə qovuşduğunu bir müddət

bundan

qabaq

eşitdim.

Onda

bərk

xəstələnmişdim, yataqdan qalxmağa hey-hərəkətim yox idi. Bir azca özümə gələndən sonra, evinizə gəlib, ata-anana başsağlığı vermək istədim. Amma nədənsə, fikrimdən daşındım. Qərara gəldim ki, əvvəlcə gəlim sənin özünü ziyarət edim, sonra onları. Axı, ürəyimdə

sənə deyiləsi çox sözlərim var. Xəstələnəndə Allahıma yalvarırdım ki, tanrı mənə bir az da möhlət versin, ürəyimdəki sözlərimi sənə çatdıra bilim. – Əziz oğlum, xatırlayıram ki, o vaxtlar mən sizə tarix fənnindən dərs keçəndə sən mənim dərslərimi o qədər də yaxşı oxumurdun. Hətta, bir az da nadinclik edərdin, elə

deyilmi?! – deyə müəllimə, nəmli gözlərini qara mərmərdəki şəklin gözlərinin içinə dikdi.

Qara mərmərdəki şəkil yenə də gülümsəyirdi. Sanki ağsaçlı müəlliməsinin fikrini təsdiq edirmiş kimi; – hə, elədir müəllimə!… – demək istəyirdi.

– Mən onda əsəbləşirdim. Səni və sinifdə zəif oxuyan uşaqları danlardım, – deyə, müəllimə astaca sözlərinə

davam etdi. Əlaçı şagirdləri isə sizə nümüunə göstərib: 6

– Bunlara baxın və onlardan ibrət götürün! – söylərdim.

Deyərdim ki, bu yaxşı oxuyan şagirdlər ağıllı uşaqlardırlar. Gələcəkdə vətənə namusla xidmət edəcəklər. Vətən üçün insanlarçün xeyirli işlər görəcəklər. Onların ad-sanları dünyanın hər yerindən eşidiləcəkdir. Biz onlarla fəxr edəcəyik! – deyə, yaxşı oxuyan uşaqları tərifləyərdim. – Amma siz tənbəllər, bəs sizdən nə olacaq?! – deyərək, sizi bərk qınayırdım. -

Yadındadırmı, oğlum? – deyə müəllim dərindən ah çəkdi. Məni başa düş, oğlum, bir müəllim kimi, bir ana kimi sizin gələcəyinizdən çox narahat idim, ona görə

belə edirdim. Sizləri düşünürdüm. Düşünürdüm ki, bu uşaqlar həyatda nə edəcəklər, necə yaşayacaqlar, görəsən?! Geyim-keciminizə, pırtlaşıq saçlarınıza, dəli-dolu hərəkətlərinizə baxıb yaman fikir edirdim.

Fikirləşərdim ki, bizim gələcəyimiz olan siz gənclər, axı, vətən üçün, bizlər üçün nə gün ağlayacaqsınız?!

Bu fikirlər məni yaman narahat edirdi. Bir müəllim kimi, bir ziyalı kimi gecə-gündüz bu barədə fikirləşib, bərk narahat olurdum. Amma gör, nə qədər yanılmışam, oğul. Sən demə, yaxşı oxumaq, ziyalı olmaq, hələ vətən təəssübü, vətən qeyrəti çəkmək deyilmiş… Doğrudur, həmin öyünə-öyünə təriflədiyim əlaçı şagirdlərim ali məktəblərə qəbul olub tələbə adı qazandılar. Oxuyub böyük vəzifə sahibi də oldular.

Onların arasında mənim davamçılarım da var. Amma 7

fikirləşirəm, həyatda nələr dəyişdi, onlar bu dünyanın hansı axarını dəyişə bildilər? Onların heç biri sənin kimi ad-san, şan-şöhrət qazanıb ucalmadılar. Onları olsa-olsa bu kənd, el-oba tanıdı. Sən isə öz igidliyinlə, vətənsevərliyinlə onların hamısından üstün oldun. Sən şəhid olmağınla vətəni sevməyi, torpağına bağlılığı, nəinki, dostlarına, hətta, mən ağsaçlı müəlliminə də

öyrətdin.

Mən orta məktəbi qızıl medalla, universiteti isə

qırmızı diplomla bitirib, 40 il tarix müəllimi işləmişəm.

Sən demə, həyatda savadlı olmaq, dünyanın bütün tarixini əzbərləmək, ölkələrin tarixi keçmişini bir-bir sadalamaq, eraları; – buz dövrünü, daş dövrünü, dəmir dövrünü, nə bilim daha nə dövrünü şagirdlərin yaddaşına yeritmək tarixi anlatmaq deyilmiş. Bunlar yalnız kitabda yazılanları şagirdlərin beyninə zorla yeritməkdən başqa bir işə yaramırmış. Tarixi əzbərləmək yox, tarix yazmaq lazımış, sənin kimi, oğul.

Bağışla məni, oğlum, bilirsən, necə peşimanam. Bu gün mən səndən çox şey öyrəndim. Sən mənə tarix dərsi keçdin, tarix dərsi öyrətdin, oğlum. Yadımdan heç vaxt çıxmayan bir tarix dərsi.

Kaş, bu həyata bir də dönə biləydik… Onda, səndən öyrəndiyim, sənin yazdığın tarix dərsini, bilirsən şagirdlərimə necə həvəslə öyrədərdim?!

8

… Müəllimə sözlərini bitirib bir azca rahatlaşdı.

Sonra o, cib dəsmalına büküb gətirdiyi tabaşirlə şəhid şagirdinin mərmər baş daşının aşağı tərəfində, ona heç vaxt vermədiyi "5"(əla) qiymətini yazaraq, tabaşirli dəsmalla gözlərinin yaşını silə-silə asta-asta oradan uzaqlaşdı…

Soyuq mərmər daşlardan boylanan bircüt gülümsər baxışlar ağsaçlı tarix müəllimini yola salırdı…

9

Əsgər anasının borc dəftəri…

(hekayə)


Əsgərin cənazasi axşamçağı, gün qürbə enəndə, hərbiçi yoldaşlarının çiynində evlərinə gətirildi.

Qapı ağzında oturmuş anası oturduğu yerdən dartınıb ayağa qalxmaq istədi, amma bacarmadı.

Çiyinlərinə ağır bir yük qoyulmuş adamlar kimi inlədi.

Oğlunun ölüm xəbərini eşidəndən sonra bədəninin taqətiylə yanaşı, elə bil, ürəyinin təpəri də çəkilmişdi, canında hey-hərəkət qalmamışdı onun. O, havadan aslı qalmış titrək əllərini irəli uzadaraq: – Gəldinmi, oğlum?!.. Sənin hələ xidmətinin bitməyinə üç ay qalıb axı… Sən payızda, hava sərinnəşəndə qayıdacaqdın.

Niyə səni belə tez buraxdılar? Beləmi qayıtdın üstümə, ay insafsız? Mən səni beləmi yola salmışdım?!

Ana başını dizlərinə söykəyib hönkürdü.

Əsgər dostları şəhid olmuş döyüşçünün tabutunu həyətin ortasına qoyub, farağat vəziyyət aldılar. Onlar müharibə görmüş döyüşçülər idi. Bu müharibədə çoxlu əsgər dostlarını itirmişdilər. Əslində, şəhid olmuş

döyüşçü dostlarının itkisi nə qədər ağır olsa da, onların ata-analarıyla belə vəziyyətdə qarşılaşmaq bir o qədər də ağır gəlirdi onlara. Sanki şəhid olmuş əsgərin 10

yaxınları gözlərini onların gözlərinin içinə dikərək: -

Axı, bizim oğlumuz da, sənin kimi bir əsgər idi. Ona nə

oldu? Niyə o öldü?.. Bəs, sən niyə sağsan? – soruşmaq istəyirdilər.

Bu çox dəhşətli və cavabı tapılmayan bir sual idi onlar üçün. Belə anlarda, nə qədər ağır da olsa, onların ürəyindən bir istək keçirdi; – Kaş, mən də şəhid olaydım, bu sual mənə verilməyəydi.

Əsgərlər bir-bir ananın əllərindən öpərək ona təsəlli verməyə çalışırdılar. Od-alov görmüş, heç nədən qorxub-çəkinməyən bu döyüşçülər, nədənsə, ananın gözlərinin içinə baxmağa çətinlik çəkirdilər. Bu ölümdə

sanki özlərini də günahkar bilirdilər.

Ana sakit görünürdü. Amma əslinə baxsan, dünən axşam oğlunun ölüm xəbərini alandan sonra dünyası dağılmış, ürəyi param-parça olmuşdu. Oğlunun şəhid olması xəbərini televizorda demişdilər. Dünən birdən-birə qonum-qonşunun onun həyətinə axışması və

gələnlərin

kədərli

baxışları

Mədinə

ananı

təəccübləndirmişdi. Qonşulardan kiminsə: – Evimiz yıxıldı, ay Mədinə xala, oğlun şəhid olub! – deməsi, onu kökündən qopmuş ağac kimi yerə sərmişdi. Arvad dünəndən bu günə kimi canında nə qədər hey-hərəkəti var sızldamışdı. İndi onun nə ağlamağa, nə də bir söz deməyə gücü qalmamışdı.

11

Bir anın içində həyət adamlarla doldu. Kənd camaatından başqa yaxın-uzaq kəndlərdən, rayondan da

adamlar

axışıb

gəlmişdilər.

Hamı

kədər

içərisindəydi. Ananın gözünün ağı-qarası olan bircə

oğlunun ölümü hamıya çox pis təsir etmişdi. Müharıbə

başlanandan beşinci şəhid idi ki, bu kəndə gətirilirdi.

Ananın qoluna girib oğlunun cənazəsinə tərəf gətirdilər. Bayrağa bükülmüş cənazə çox əzəmətli görünürdü. Hamı başını aşağı salıb, dərin sükut içərisində anaya baxırdılar. Taqəti kəsilmiş ana ayaqüstə güclə dayanırdı. Halsızlıqdan, o, əsim-əsim əsirdi.

Elə bu vaxt hərbi geyimli, yaşlı bir zabit anaya yaxınlaşıb baş endirdi və üzünü əsgərin cənazəsinin ətrafında toplaşanlara tutdu.

Zabiti hamı tanıyırdı, istefada olan polkovnik idi.

Son vaxtlar onun işi cəbhə bölgəsində həlak olmuş

əsgərlərin cənazəsini yaxınlarına çatdırmaq idi. Bu kəndə beşinci dəfə idi ki, gəlirdi. O, bu işdə çox səriştəli idi. “Özgə ölüsü adama yatmış kimi görünər” məsəli, elə bil, bu adam üçün deyilmişdi.

O, bu dəfə də şəhid olmuş qəhrəman barədə

danışdı.

Onun

igidliyindən,

döyüş

bölgəsində

göstərdiyi şücaətdən söz açdı. Zabitin bu çıxışı təsəllidən çox ürəklərdə ikrah hissi yaratdı. Hamı bilirdi ki, o boğazdan yuxarı danışır. Sonda zabit 12

əsgərin Vətən yolunda, öz xidməti borcunu yerinə

yetirərkən şəhid olduğunu dedi.

Zabitin bu son sözləri, deyəsən, ananın xoşuna gəlməmişdi. Ana bir qədər duruxdu. Sonra başını qaldırıb bu qoca zabitin üzünə baxdı. Zabit ananın bu baxışları qarşısında tablaşmayıb başını aşağı saldı.

İndiyə kimi çoxlu belə mərasimlərdə olmuşdu.

Övladları həlak olmuş valideylərlə qarşılaşmışdı, amma bu ananın baxışları qədər insanı xofa salan baxışlar görməmişdi.

Ana üzünü zabitə tutub sakit səslə:

– Qardaş, o mənim bircə balam idi, aman-zaman bircə oğlum. Onu atasız böyütmüşdüm, diş-dırnaqla.

Sən başa düşürsən diş-dırnaqla övlad böyütmək necə

olur? Mən gözümün yaşını o uşağın çörəyinə yavanlıq etmişəm, bilirsən? O uşaq bir qarın ac, bir qarın tox böyüdü. Yaşından böyük, gücü çatmayan işlərin qulpundan yapışırdı ki, biz ac qalmayaq. Çünki köməksiz idik, böyüksüz idik, başsız idik. O uşağı mən namusla böyütdüm, ona şərəfli olmağı öyrətdim. Ali təhsil aldı, Bir dəst paltarı vardı balamın gecə yuyub qurudar, səhər də geyinib dərsə gedərdi.

Vətən borcu deyirsən? Nədi o Vətən borcu, qardaş?

Oğlum dünyaya gələndə atası iki ay olardı ki, vəfat etmişdi. Fəhlə idi, daş karxanasında maşınlara daş

yükləyirdi. Axırda da daşdoğrayan mişar daşına düşüb 13

doğram-doğram oldu. Başsız qaldıq. Heç kəs bizə əl tutmadı, sənin dediyin o Vətəndə yad kimi yaşadıq.

Oğlum dünyaya gələndə xəstəxanada həkimlər məni evə buraxmırdılar. Ona görə ki, onlara verməyə

pulum yox idi. Axırda, elə orada işləyən tibb bacılarının biri, guya mənim halıma ürəyi yanaraq, əvəzimdə onlara pul payladı. Evə qayıdandan sonra qonum-qonşudan borc alıb, o xanımın pulunu ödədim.

Oğlum bir yaşına çatanda açımızdan ölməyək deyə, işləmək məcburiyyətində qaldım. Uşaqla harada işləməliydim, onu saxlayan bir kimsəm yox idi. Çarəsiz qalıb uşağı xahiş-minnətlə bağçaya qoydum ki, özüm işləyə bilim. Bilirsən də, xahiş-minnət nədir? Puldur, qardaş, filan qədər borc alıb oğlumun bağça pulunu düzəltdim. Sonra məktəb vaxtı çatdı onun. Kitab pulu, fond pulu, sinif pulu, müəllimlərin ad günləri, nələr, nələr… Allah üzünü ağ eləsin oğlumun, yaxşı oxudu, ali məktəbə qəbul oldu. Amma ödənişli fakultəyə

düşdü. Gündüzlər oxudu, gecələr işlədi. Ana, bala institutun ödəniş pulunu ödəyirdik. Ali məktəbi bitirdi, bir il iş tapa bilmədi, hara getdi pul istədilər. Axırda uşaq çarəsiz qalıb, ərizə yazaraq əsgər getdi.

Hər dəfə də yanına gedəndə dükan-bazardan nisyə

bir şeylər götürürdüm ki, oğlum dostlarının yanında utanmasın. İnanmırsan, göstərərəm sənə o brc dəftərini? Qonşumuz Kərəmin dükanına min yeddi 14

yüz manat borcumuz var. Dedim uşaq əsgərlikdən qayıdar, işləyər, yavaş-yavaş borcumuzu ödəyərik.

İndi sən hansı borcdan danışırsan, qardaş?! Nə

borc?!.. Kim-kimə borcludur, mənə deyə bilərsən? Hərə

bir cür alver edir bu məmləkətdə… Sən də, deyəsən, Şəhid oğulların qanıyla alver edirsən?! Yaxşı iş

görmürsən, qardaş. Çıx, bu həyətdən, təhqir etmə bizi!..

Gedin, siz və sizin kimilər, qoy öz vətən borclarını ödəsinlər. Sizin vətənə daha çox borcunuz var. Özü də

çox, lap çox… Çünki, bu Vətənin xeyirini görən sizlərsiniz. Bizi rahat buraxın. Qoy, heç olmasa oğlumun Şəhid ruhu rahat olsun… Ana-bala, onsuz da bir-birimizə borcumuzu biz halal edəcəyik!..

15

Komandirin yuxusu…

(hekayə)


Səhər yenicə açılırdı… Döyüşən əsgərlərə tutduqları mövqeylərdən aşağı enmək əmr verilmişdi. Əsgərlər yavaş-yavaş dağdöşüylə aşağı, dünən gəldikləri istiqamətdə hərəkət edirdilər.

Ara-sıra atəş səsləri eşidilsə də, axşamkı vəziyyətə

nisbətən indi bir az sakitlik hökm sürürdü. Amma uzaqdan toplardan atılan mərmilərin səsi hələ də

eşidilməkdəydi.

Tutduqları mövqeylərini itirmiş düşmən, elə

indilərdə əlavə qüvvələr toplayaraq, yenidən onlara hücum edəcəyini bilən təcrübəli komandir, dərhal oradan uzaqlaşmaq üçün döyüşçülərini tələsdirirdi.

… Onlar xüsusi təyinatlılar idı. Bir gün bundan qabaq məxvi əmr almışdılar. Hava qaralanda “Ala qaya” deyilən zirvəyə qalxıb, neçə gün bundan qabaq orada mövqe tutmuş və döyüşçülərimizin irəliliməsinə

mane olan düşmən əsgərlərini zərəsizləşdirmək əmri.

Dünən hava qaralan vaxtı döyüşə yollananda səkkiz nəfər idilər. Komandirləri və yeddi cəsur döyüşçü. İndi isə, yorğun və heysiz halda ayaqlarını sürüyə-sürüyə

alatoranlıqda bir-birinin ardınca dağdan enirdilər.

Onlar öz vəzifələrini igidliklə yerinə yetirmişdilər.

16

Səkkiz nəfər olsalar da, əlli nəfərə yaxın düşmən əsgərinə qarşı vuruşaraq, tapşırılan sahəni düşməndən tamamilə təmizləmişdilər.

Komandir haqlı idi. Onlar dağın ətəyinə enən kimi, düşmən tərəfindən “Ala qaya” zirvəsi güclü top və

qrad

atəşinə

tutuldu.

Mərmilər

ulaya-ulaya

yaxınlıqdakı qayaların boşluğuna düşərək, daş-kəsəyi havaya sovururdu. Bir saata yaxın həmin mövqeylər düşmən tərəfindən atəş altında saxlanıldı.

Komandir geriyə boylanaraq: – Əclaflar!.. Biz sizin düşündüyünüz qədər də aciz deyilik! – deyə, gülümsədi və düşmənin qarasınca söydü.

Aralarında iki yaralı, bir nəfər də itkin düşmüş

əsgərin olması komandiri bərk narahat edirdi.

Əsgərlərin biri çiynindən, o biri isə qarnından yaralanmışdı. Hər ikisinin yarası ağır olsa da, əsgər yoldaşlarının köməkliyi ilə irəliləyirdilər.

İtkin düşmüş döyüşçü Vasif Abiyevin isə harada olması, hələlik məlum deyildi. Gecə döyüşçü dostları onu çox axtardılar, amma nə ölüsündən, nə də

dirisindən bir xəbər yox idi. – “O, əsir düşə bilməzdi!” –

deyə, komandir öz-özünə fikirləşdi. Çünki xüsusi təyinatlıların son məqamda nə edəcəkləri ancaq özlərinə məlum idi. – Bəs, o, harada ola bilərdi?! –

komandir narahatçılıq keçirtdi.

Axı, gecə olmasına

baxmayaraq

öldürülmüş

düşmən

əsgərlərinin

17

cəsədlərini komandir özü bir-bir nəzərdən keçirmişdi.

Tam yəqin etmişdi ki, Vasif Abiyev meyiti onların arasında yoxdur.

Güclü yağış yağırdı. Əslində, bu yağış yox, sulu qara bənzəyirdi. Çünki göydən ələnən iri yağış

damlaları əsgərlərin sifətinə buzlu su kimi çilənirdi.

Komandir çox həyəcanlı idi, özünə yer tapa bilmirdi.

İtkin düşmüş cəsur döyüşçüsünün tapılmaması onu bərk narahat edirdi.

Bu hadisənin üstündən bir neçə gün keçdi. Vasifin itkin düşməsi onun dostlarını da bərk üzürdü.

Komandir isə, bu itkidə özünü günahkar hesab edirdi.

… Bir gecə itkin düşmüş döyüşçü komandirin yuxusuna girir. – “Komandir yuxuda görür ki, Vasif həmin gecə onlardan bir qədər aralı, qayaların arasında özünə yer seçərək düşmənlə vuruşur. Birdən, o, boynundan güllə yarası alır. Yerə yıxılmasın deyə, yaxınlıqdakı qayaya söykənir. Ağır yaralı olmasına baxmayaraq, düşmənələ döyüşməkdə davam edir.

Yaralı halda atəş açaraq, ona yaxınlaşan üç düşmən əsgərini də yerə sərir. Birdən, yaxınlıqdakı düşmən snayperi onu görür və Vasifin başından nişan alır…

Vasif yerə yıxılır… O, bir neçə dəfə ayaqüstə

qalxmağa cəhd edir. Amma yarası ağır olduğundan yavaş-yavaş hüşunu itirməyə başlayır. Vasif heysiz halda torpağın üstündə düşüb qalır. Nəmli torpaq 18

onun soyumaqda olan bədənini bir az da üşüdür. O, bir neçə dəfə astaca döyüşçü dostlarını səsləyir. Amma onun xırıltılı səsi, vıyıltıyla ötüb-keçən güllə səsləri arasında it-bata düşərək, döyüşçü dostlarına çatmır.

Vasif son gücünü toplayaraq əlini qoynuna salır.

Qoynundan üçrəngli al bayrağı çıxararaq, ona bürünür və soyuqdan titrəyə-titrəyə: – “Komandir, mən üşüyürəm, gəl məni buradan götür!” – deyir…”

… Komandir hövlank yuxudan ayılır və son dəfə

döyüşdükləri yerə gedir. Qayaların arasına çatanda baxıb görür ki, Vasifin cansız bədəni albayrağa bükülmüş halda qayaların arasındakı boşluqda düşüb qalıbdır. Gözləri açıq olduğundan, sanki komandirinin yolunu gözləyirmiş…

Komandir

şəhid

olmuş

əsgərinin

qarşısında

dizləriüstə

yerə

çökür.

Gözyaşlarını

saxlaya

bilməyərək, onun soyumuş bədənini qucaqlayıb bağrına basır və: – Üşümə əsgərim!.. Sən Vətən torpağna qovuşdun!.. – deyir.

19

Mininci erməni qadını…

(hekayə)


… Gecənin qaranlığında, boynumun ardına dəyən avtomat qundağının zərbəsindən səndələyib, ağzıüstə

yerə yıxılanda ölümün, artıq, bir addımlığında olduğunu zənn edərək taleyimə acıdım. – Demək mənimki bura qədərmiş! – düşündüm. Bəlkə, yenə də

nə haqdasa fikirləşəcəkdim, ancaq böyürümə dəyən təpik zərbələrindən içim elə silkələndi ki, sancıdan az qala

nəfəsim

kəsiləcəkdi.

Əllərimlə

sifətimi

qapatmışdım ki, vurulan zərbələr baş-gözümə dəyib, dağıtmasın.

Əsir düşdüyümü yəqin bildiyimdən, içimi qorxu hissi bürüdü. Elə bu an acılacaq atəşin səsini eşitmək xofu altında, ötəri də olsa gözucu ətrafa nəzər saldım.

Burnumun lap ucunda ağappaq, qarın üzərində

qaralan bircüt əsgər çəkmələri gözümə dəydi.

Uzandığım yerdəcə üzüyuxarı dartınıb, başımın üstündə duran adamın sifətini görməyə çalışdım.

Qar işığında boz-bulanıq şəkildə əlində avtomat tutmuş əsgəri görəndə, tam yəqin etdim ki, artıq, mənim işim bitmişdir. Qorxmağın xeyiri yox idi, onsuz da güllələyəcəkdilər, – fikirləşdim.

20

Başımın üstündə dayanan əsgər, əvvəl ermənicə, sonra da ləng tərpəndiyimi görüb, rusca: – “Qalx ayağa!” – əmri verdi.

Yerə dirsəklənib zorla da olsa ayağa qalxdım.

Boynumun ardındakı küt ağrıdan başqa, bədənimin heç bir yerində əyir-əskik yox idi. Bayaq böyürümə

dəyən təpik zərbələrinin ağrısı da, ötüb keçmişdi.

Qarşısında dayandığım düşmən əsgərinin acıqlı sifəti, ay işığında apaydınca görünürdü. Əsgər mənim ayağa qalxdığımı görüb, bir-iki addım geri çəkildi və

avtomatının lüləsini üzümə tuşlayaraq: – “Əllərini boynunun ardına qoy!..” – deyə bağırdı.

Əllərimi boynumun ardında daraqladım. O, tək idi.

Ətrafda da səs-səmir eşidilmirdi. Necə oldu ki, mən əsir düşdüm? Yəqin, bu erməni əsgəri kəşfiyyatçıdır? –

düşündüm. Çünki kəşfiyyatçıların işi günlərlə künc-bucaqda dayanıb, hörümçək kimi səssiz-səmirsiz, öz

“ovunu” gözləməkdir.

Əslinə qalsa, mən də kəşfiyyata göndərilmişdim.

Ancaq görünür sayıqsızlığım başıma bu oyunu açdı. –

İndi nə edim? – düşündüm. Əgər bu oğlan təkdirsə

məni əsir alıb aparmaq, ona o qədər də asan başa gəlməyəcəkdi. Çünki yanımda o çox cılız görünürdü.

Bir dəqiqənin içində onu şil-küt eləmək mənim üçün çətin olmayacaqdı. Üç illik cəbhə həyatı məni çox 21

zülmlərlə qarşı-qarşıya qoymuşdu. Bir neçə dəfə ağır yaralansam da, kəfəni cırıb çıxmışdım.

Ətrafa gözucu nəzər saldım, hər tərəf sakitlik idi.

Əgər bu cavan oğlanın ağlından məni güllələmək keçirdisə, yəqin ki, elə indilərdə avtomatın tətiyini çəkib, sinəmı dəlmədeşik edəcəkdir, – deyə düşündüm.

Yox, məqsədi əsir aparmaqdısa, onda öz məharətimi ona göstərməliydim.

Dəqiqələr uzandıqca fikrimi bir yerə toplaya bilmirdim. Avtomat silahım da çoxdan erməni əsgərinin çiynindən asılmışdı. Ondan başqa üstümdə

əlavə bir şey yox idi. – Eybi yoxdur, çəmləyib yalın əllə

onun nəfəsini kəsərəm! – deyə öz-özümə təskinlik verdim.

Oğrun-oğrun ətrafa nəzər salmağım, əsgəri bir azca şübhələndirdi. O, mənim qaşacağımı, yaxud da, ona hücum edəcəyimi zənn etdiyindən, avtomatının lüləsini göyə tuşlayıb tətiyi çəkdi. Meşənin sakitliyi bir anın içindəcə pozuldu. Açılan güllələr başımızın üstünü çətirləmiş ağacların budaqlarını biçib, qarın üstünə tökdü. Onun niyə belə etdiyini başa düşməkdə

çətinlik çəksəm də, hiss etdim ki, “dostum” qorxur.

Üstündən beşcə dəqiqə keçməmiş, yaxınlıqdan ağız-ağıza verib ulaşan atəş səsləri meşəyə qorxunc bir vahimə saldı. Hiss etdim ki, əsgər tək deyildir. Bayaq ürəyimdən keçirtdiyim xilas olmaq istəyim bir anın 22

içindəcə silinib getdi. Elə bu an yaxınlıqdan qarma-qarışıq səslər eşidilməyə başladı. Düşmənlər idi, yaxınlıqdakı dərədən qalxırdılar. İndi anladım ki, bu sısqa erməni əsgərinin boynumun kökünə avtomat qundağını zollayıb, məni yerə yıxmasına cəsarət verən nə imiş?

Dörd

nəfər

idilər,

məni

dövrəyə

aldılar.

İçərilərindən uzundurazının biri lap burnumun ucunda dayanmışdı. Qəhrəmanlıq göstərməkdən söhbət gedə

bilməzdi. Sakitcə dayanıb ölümümü gözləməkdən başqa əlimdən bir iş gəlmirdi. Onlar isə mənı öldürməyə tələsmirdilər. Yəqin ki, öldürməyəcəkdilər də…

Qarşıda dayanan erməni əsgəri rusca ana söyüşü söyərək, dirsəyi ilə ağzımın üstünə ilişdirdi. Zərbə

güclü olsa da, birtəhər duruş gətirib yıxılmadım.

Burnumdan axan isti qan, çənəmdən üzüaşağı süzülərək, don vurmuş qarın üzərinə damcılayırdı.

Onlar dartıb əyinimdən pambıq gödəkçəmi çıxartdılar.

Sonra da ayağımdakı çəkmələri tələb etdilər.

Ayaqyalın, başaçıq soyuq qarın üzərində qalanda hiss etdim ki, bundan sonra müsibətlı günlərim başlayır.

Kiçik bir kəndə çatıb, mal tövləsinə salınınca, cəhənnəmin nə olduğunu yəqin ki, məndən yaxşı dərk edən olmazdı. Soyuqdan ayaqlarım şişib tuluğa dönmüşdü. Mənə elə gəlirdi ki, ayaqlarım hansısa iti 23

bir alətə toxunan kimi qan fışqıracaqdır. Bədənim donmaq üzrə idi.

Onlar məni mal tövləsinə salanda, qollarımı arxadan möhkəm-möhkəm bağladılar. Yaxşı ki, tövlədə iki baş

inək, bir baş da balaca buzov vardı. Qapı qıfıllananda bildim ki, gecəni bu dördayaqlı “dostlarımla” birilikdə

keçirməli olacağam. Hər halda bunlarla “dil tapmaq”

düşmənlərlə dil tapmaqdan çətin olmayacaqdı mənə, -

düşündüm.

İçəri girən anda tövlənin ilıq, bir az da nəmqarışıq qoxulu havası canıma yayıldı. Bədənim sızıldamağa başladı, illahkı ayaqlarım. Ayaqlarımın ətini, elə bil sümükdən maqqaşla qoparıb ayırırdılar. Ayaqüstə

zorla dayanırdım. Əslində, tövlənin divarına söykənib durmasaydım, çoxdan yıxılıb baş-gözümü əzəcəkdim.

Uzun müddət belə də qalmaq olmazdı, çünki taqətim kəsilməkdəydi.

Yavaş-yavaş dizə çöküb tövlənin küncünə uzandım.

Üzüm nəm və çirkab döşəməyə söykəndiyi üçün burnumu mal peyininin kəsif qoxusu qıcıqlandırdı.

Gözlərim isə möhkəmcə göynəyirdi. Bədənim get-gedə

istiləşdikcə

ayaqlarımdakı

sızıltı

da

çoxalırdı.

Ayaqlarımı uzadıb, təzə mal peyininin altına soxdum, sızıltı bir azca kəsilən kimi oldu. Səhərə qədər o böyür, bu böyürü üstə aşaraq, ölümlə çənə-boğazda oldum.

Gözümə bircə anlıq da olsun yuxu getmirdi. Saat neçə

24

idi bilmirəm, tövlənin qapısı açıldı. Dünən məni buraya gətirən əsgərlərdən biri tövləyə girib, əvvəlcə

məni o ki var təpiklədi. Yəqin sağ olub, olmamağımı yoxlamaq istəyirdi. Azacıq boyunumu döndərib başımı yuxarı qovzamağımdan, salamat olduğumu görən əsgər, qolumdan yapışaraq dartıb məni ayağa qaldırdı.

Sonra itələyə-itələyə tövlədən çıxartdı. Eşiyə çıxan kimi, günəşin qarın üzərinə düşən parlaq şüası gözlərimi qamaşdırdı. Bir müddət heç nəyi görmədim.

Arxadan, əsgərin məni dürtmələyərək, irəli getməyimi tələb etməsi olmasaydı, yəqin ki, əlimi qaşlarımın üstünə qoyub, gic toyuq kimi bir yerdə hələ xeyli fırlanacaqdım.

Gecə ayazlı-şaxtalı olduğundan, hava çox soyuq idi.

Soyuqluğu parlayan günəşin al şəfəqləri də qızdıra bilmirdi.

Əsgər məni qabağına qatıb irəli getməyimi əmr etdi.

Buz bağlamış qar cığırı yalın ayaqlarımı bıçaq kimi doğrayırdı. Qəfildən köz üstünə çıxmış adamlar kimi ufuldaya-ufuldaya yeriyirdim.

Kənd balaca idi. Evlər bir-birindən o qədər aralı tikilmişdi ki, ağ kağızın üzərinə səpələnmiş qara günəbaxan toxumuna bənzəyirdilər.

Üstündə düşmən bayrağı asılmış kiçik bir binanın qabağına çatıb dayandıq. Əsgərin içəri girib çıxması bir an oldu. O, qolumdan yapışıb məni otağa apardı.

25

Bayırdan gəldiyim üçün otağa girən kimi canıma xoş bir istilik yayıldı. Otağın bir küncünə odun peçi qoyulmuşdu. Peçin alt və böyür tərəfində təzəcə

mişarlanıb, doğranmış yaş odun qalaqlanmışdı. Bir az aralıda

pəncərənin

qırağına

qoyulmuş

stolun

arxasında, əyinində hərbi paltar olan bir erməni zabiti oturmuşdu. Geyimindən adi hərbiçilərə bənzəmirdi.

Əyinindəki matros köynəyi, yaxasız kiteli və

dimdiksiz əyri papağı, onun xüsusu təlim görmüş

əsgərlər bölməsinə aid olduğunu göstərirdi. Bizdə

belələrinə “desant” və yaxud da “adamyeyənlər”

deyirdilər.

Məni erməni zabiti ilə üzbəüz oturtdular. Zabit oturduğu yerdəcə başını aşağı salaraq, nə iləsə

qurdalanırdı. Hiss etmək olurdu ki, onun əlində

oynatdığı tapançasıdır. Zənnim məni aldatmamışdı, bir azdan o, əlindəki tapançanı stolun üstünə qoyub, başını qaldırdı və düz gözlərimin içinə baxdı.

Mən onun sifətini görəndə diksindim. Bu, qarayanız erməni zabitinin suyu mənə o qədər şirin gəldi ki…

Qonur gözləri, qalın, qara qaşları bir azca kobud sifəti və bu kobud sifətə yaraşan enli burunu eynən oğlum Kərəmi xatırlatdı mənə. İllah ki, burununun sol tərəfindəki xırdaca ət xalı… Onlar bir-birlərinə nə qədər oxşayırdılar.

Ayrı-ayrı

adamların

bir-birlərinə

bənzədiklərinin çox şahidi olmuşdum. Amma ağlıma 26

gətirməzdim ki, düşmən olan iki millətin nümayəndəsi də bu qədər oxşar olsunlar.

Zabit məni sorğu-suala tutaraq, hansı hissədə

döyüşdüyümü, mövqeylərimizdəki canlı və texniki qüvvələrin sayını öyrənmək istəyirdi. Əlbəttə ki, ona cavab verirdim, cavab verməmək mümkün deyildi.

Amma istər əsgəri qüvvənin, istərsə də texnikanın sayını həddən artıq şişirdərək sayca çox deyirdim.

Postumuzda iyirmi əsgər olduğu halda, mən onların sayını artıraraq, qırx nəfər olduğunu bildirirdim.

Əlimizdə olan silahların sayını da ikiqat artırırdım.

Zabitin dodaqaltı gülümsəməsindən və birdən-birə

qəzəblənərək, ayağa qalxıb tapançasının dəstəyi ilə

başıma vurmasından anladım ki, bizim mövqeylər barədə onun dəqiq məlumatı vardır.

Qərərgahdan çıxanda mənə dabanları əzik və burnu qopub sıradan çıxmış, bir cüt əsgər çəkmələri verdilər.

Bunlar azacıq da olsa, yalın ayaqlarımı buzdan, şaxtadan qoruyurdu.

Günorta vaxtı mənə iki ədəd kartof soyutması, bir əlcə boyat çörək və bir stəkan da soyuq su verdilər.

Dünəndən ac olduğum üçün verilən ərzaqları acgözlülüklə yedim. Yemək qarnımın bir küncündə

ilişib qaldı. Nə etməli, bunlara da şükür, – dedim.

Günbatanacan mənə odun doğratdırdılar, əllərimin içi suluq bağlamışdı. Taqətsizlikdən ayaq üstə zorla 27

dayanırdım. Axşam yenə də məni həmin mal tövləsinə

saldılar. Acımdan qarnım curuldayırdı. Tövlədə də nə

vardı ki, inəkləri diri-diri yeməyəcəkdim ha… Eləcə, nəm tutmayan bir yerdə oturub fikrə dalmışdım.

Fikirləşirdim ki, indi əsgər yoldaşlarım məni ölmüş

bilirlər. Yəqin evimə də xəbər vermiş olardılar. Arvad-uşağımın halını gözlərimin önünə gətirəndə kövrəldim.

Ha, fikir, xəyalla başımı qatmağa çalışsam da, gündüz gördüyüm o erməni zabitini bir an da olsun yaddaşımdan silə bilmirdim. – Onu harada görmüşəm?

– düşünürdüm. Bu adam mənə çox tanış gəlirdi.

Tövlənin içində azacıq mürgqləmişdim ki, aclıq çanıma ləlöyün qurd kimi daraşdı. Mədəm elə sancırdı ki, əlimə daşdan yumuşaq nə keçsəydi yeməyə hazır idim, təki aclığım ötüb keçəydi.

Get-gedə vəziyyətim ağırlaşırdı. Tövlənin içində

ora-bura sürünürdüm. Aclıq mənə o qədər təsir etmişdi ki, axtarırdım, əlimə heyvanların təzə peyinindən-zaddan bir şey keçsin, onu da basım yeyim.

Bu vaxt qəribə bir hadisə baş verdi. Tövlənin küncündə bağlanmış buzov dartınıb, ipdən açıldı və o, anasının altına cumub əmməyə başladı. Tövlənin pəncərəsindən düşən ay işığında, buzovun ağzının kənarlarında, getdikcə qabarıb köpüklənən ag südü görəndə acımdan udqundum. Bu mənim üçün gözlənilməz idi. Birtəhər dikəlib dizin-dizin süründüm.

28

İnəyə çatıb, iri, uzun məməsinin birini ağzıma saldım və acgözlülüklə əmməyə başladım.

Süd ılıq və dadlıydı. Xoşbəxtlikdən inək çox fağır heyvandı, yerindən tərpənməyərək aradabir mənə

baxıb mələyirdi. Dana ilə birlikdə şirin süddən doyunca içdik. Qarınqululuq edib qarnımı çiy süd ilə o ki var doldurmuşdum. Ürəyimin bulanmasından bunu hiss edirdim.

Çəkilib yenə də tövlənin küncünə öz yerimə gəldim və kürəyimi divara söykəyib mürgüləməyə başladım.

Səhərə yaxın qarnımın gurultusuna ayıldım. Çiy süd ola, nəm tövlə, elə bil, qarnımda bir bölük əsgər təbil çalırdı, aləm dəymişdi bir-birinə. Bir yandan qarnımın ağrısı, bir yandan da ürəyimin aramsız olaraq bulanması, məni haldan çıxarmışdı.

Səhəri dirigözlü açdım. Yaxşı ki, içdiyim çiy süd başıma əlavə oyunlar açmadı. Səhər açılandan sonra məni yenə də tövlədən çıxarıb apardılar. Axşamacan bu balaca kəndin bütün evlərinin həyətində eşşək kimi işlədim. Odun yarırdım, qar təmizləyirdim, tövlə

Внимание! Это не конец книги.

Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!

Страницы книги >> 1
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации