Электронная библиотека » Şəmil Sadiq » » онлайн чтение - страница 1

Текст книги "Yuxu maşını"


  • Текст добавлен: 15 декабря 2022, 10:41


Автор книги: Şəmil Sadiq


Жанр: Приключения: прочее, Приключения


сообщить о неприемлемом содержимом

Текущая страница: 1 (всего у книги 3 страниц) [доступный отрывок для чтения: 1 страниц]

Шрифт:
- 100% +

ŞƏMİL SADİQ


YUXU MAŞINI

Roman kimi hekayə

B u n d a n s o n r a n ə v a x t k ö m ə k l a z ı m o l s a,

b ü t ü n c i n l ə r ö l k ə s i s ə n i n

a r x a n d a d ı r .


H a d i s ə l ə r

2050– c i i l d ə

c ə r ə y a n e d i r . . .

“Mən arvadımı çox sevirdim. Həm də çox istəyirdim. Sevməyim istəməyimi, istə-məyim də sevməyimi elə qucaqlayırdı ki, bəzən ona qarşı olan münasibətimin adını tapa bilmirdim. Onu özüm bilirdim. İndi fi-kirləşirəm ki, bir zamanlar heç bir halda onun mənə xəyanət edəcəyini, edə biləcə-yini ürəyimə gətirməmişdim. Heç bu fikir ağlımın ucundan belə keçməmişdi. Kasıbçı-lıqla keçirdiyimiz günlərdə elə xoşbəxt idik ki… Sanki heç bir dərdimiz yox idi. Özüm-dən boylu-buxunlu, yaraşıqlı, cüssəli, mən-dən daha imkanlı, daha qabiliyyətli kişilər görəndə ağlıma gəlməzdi ki, görəsən, arva-dım buna baxdımı, buna qarşı hansısa bir hissi ürəyindən keçirdimi? Bu fikirlər qəlbi-min dərinliklərində, heç kimin eşitməməsi üçün gizlətdiyim qaranlıq otağımda belə cücərməzdi. Heç bir zaman onun gözlərinə uzun-uzadı baxıb, “mənə xəyanət edərmi?” sualına cavab da axtarmamışdım. İndi fikir-ləşirəm ki, görəsən, onda ağılsız idim, yoxsa ürəyimi şübhələrin yeyib dağıtdığı indiki halımda?

Bu sualın cavabını hərdən tapıram. Hərdən də düzgün cavabı tapdığıma inan-mayıb yenidən axtarır və sadəcə ölümümü gözləyirəm. Tapdığım cavab, adətən, bu olur ki, insan o zaman ətrafındakıları xəya-nətkar görür ki, özü xəyanətə bulaşır, insan o zaman ətrafındakılarda saxtakarlıq axtarır ki, özü saxtakarlıq edir, insan yanındakılar-dan o zaman utanır ki, özü utancverici olur. Elə mən də bu gün eləyəm.

Dərindən düşünəndə yoldaşıma qarşı inamımın başqa qadınla görüşdüyüm za-man bitdiyini indi anlayıram. O qadın evli idi. Hətta onunla görüşənə qədər namuslu bir qadın olduğunu düşünürdüm. Təsəvvü-rümdə siması o qədər saf və aydın idi ki, onunla yatağa girəndən sonra bütün qadın-lara qarşı inamım qırıldı. Elə həyatımın ən böyük faciəsi də bundan sonra başladı.

Hər axşam evə gələndə vicdan əzabın-dan qurtulmaq və azad olmaq üçün düşdü-yüm çirkabın içində arvadımı da axtarmağa başlayırdım. Ona qarşı inamım azalmış, etibarım itmişdi. Çünki artıq insana – qadı-na qarşı inamım yox idi. Mənə görə, evli qadın xəyanət edə bilməzdi. Düzdür, görüş-düyüm Yeganə bunu xəyanət adlandırmır-dı. Deyirdi ki, bu, xəyanət deyil.

– Sadəcə, ürəyim istəyəni edirəm. Çün-ki ərimi sevmirəm. İki uşağımız var, amma bu gün də onunla günlərlə yaxınlığımız ol-mur. Ərim də bunu bilir. Yaxşı bilir ki, on-dan xoşum gəlmir. Buna o zaman xəyanət demək olardı ki, onu sevim. Sevmirəmsə, deməli, xəyanət də etmirəm. Ərim heç bir zaman ürəyimdə olmayıb.

Bütün bunları eşidəndə öz-özümə sual verirdim: “Axı mən sevirəm… Deməli, xəya-nəti mən edirəm?”

Bir dəfə Yeganənin də yanında bunu di-lə gətirdim və münasibətimizə son qoymaq istədiyimi bildirdim. Bu şən və şıltaq qadın mənə maraqlı bir məntiqi izahat verdi: ”Sən kişisən, sev. Burda nə var ki? Hərdən fərqli bir münasibət də yaşa. Sənə kim deyir ki, arvadını mənə dəyiş?! Onun yeri başqa, mə-nim yerim başqa. Qorxma, sənə yük olma-ram. İstədiyin zaman görüşərik, dərdləşə-rik. Nə zaman ki, istəməsən, “yox” deyər-sən, bitirərik. Biz sadəcə müəyyən bir müd-dətdə zamanımızı fərqli və mara

Внимание! Это не конец книги.

Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!

Страницы книги >> 1
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации