Текст книги "Meqrenin qəlyanı"
Автор книги: Жорж Сименон
Жанр: Современная зарубежная литература, Современная проза
Возрастные ограничения: +16
сообщить о неприемлемом содержимом
Текущая страница: 1 (всего у книги 5 страниц) [доступный отрывок для чтения: 1 страниц]
Meqrenin qəlyanı
Jorj Simenon
Tərcüməçi: Həmid Piriyev
Hər dəfə sən kitab oxuyanda
əlindəki kitaba görə ağaclar sevinir və
ölümdən sonrakı həyata inanırlar.
Köhlən nəşriyyatı
Buraxılışa məsul: Nizami Əlisoy
Tərcüməçi: Həmid Piriyev
Redaktor: Günel Haşımlı
Jorj Simenon. Miqrenin qəlyanı.
Bakı, “Köhlən” nəşriyaytı, 2019, .... səh.
© Köhlən Nəşriyyatı / 2019 ISBN
facebook.com/kohlanpress
instagram.com/kohlanpress
twitter.com/kohlanpress
055 3599923 / 050 2229511
Bütün hüquqlar qorunur.
İcazəsiz olaraq hər hansı
şəkildə yayımlanması
QADAĞANDIR.
İÇİNDƏKİLƏR
roman
Yazıqları öldürmürlər.................................................
Meqrenin qəlyanı........................................
hekayə
Jomon – 51 dəqiqəlik dayanacaq........................................
Bomarşe bulvarında drama..............................................
Yazıqları öldürmürlər
roman
I. Alt paltarlı adamın ölümü
“Yazıqları öldürmürlər…”
İki saat idi ki, bu gicgici fraza Meqredən əl çəkmir-di. Qəfil eşidilmiş mahnının nəqarəti kimi onun beynin-də fırlanırdı və Meqre hətta bir-iki dəfə onu bərkdən də demişdi. Sonra təzə variant peyda oldu:
“Adamları alt paltarında öldürmürlər…”
Avqust ayı idi. Camaatın əksəriyyəti məzuniyyətdə idi. Paris bomboş görünürdü. Səhər doqquz olmağına baxmayaraq yaman isti idi. İdarədə sakitlik hökm sü-rürdü. Sahilə baxan bütün pəncərələr açıq idi. Meqre kabinetinə girən kimi pencəyini çıxartdı. Elə həmin də-qiqə hakim Kamello zəng vurdu.
– Zəhmət olmasa De-Dam küçəsinə gedin. Bu gecə orda qətl törədilib. Polis şöbəsinin komissarı mənə uzun və dolaşıq əhvalat danışdı. O indi hadisə yerindədir. Prokurorluqdan ora on birdən tez gəlməyəcəklər.
Həmişə belə olur: sakit bir gün keçirmək istəyirsən – gup! – nəsə peyda olur!..
– Gedək Lüka?
Əlbəttə artıq əməliyyat maşınını göndərməyə yer tapıblar. Xlor iyi verən metroda getmək lazım gəldi və üstəlik Meqre qəlyanını söndürməli oldu.
…De-Dam küçəsinin aşağı tərəfi Batinol küçəsinə çıxır. Günəş yandırır. Səkidəki xırda satış məntəqələrin-də tərəvəz, meyvə və balıq qalaqlarının dalında satıcılar oturub. Yəqin ki, qətl törədilən evə xeyli adam yığılıb, fürsətdən istifadə edən uşaqlar qaçışır, qışqırır. Adi yed-di mərtəbəli ev. Qapıda polis dayanıb.
– Komissar sizi yuxarıda gözləyir, müsyö Meqre… Dördüncücü mərtəbədə. Ay camaat nə dayanmısınız? Baxmalı nə var ki… Heç olmasa yolu kəsməyin, çəkilin!
Balaca, diqqət çəkməyən, belə desək vicdanlı adamların yaşadığı evdə nə cinayət ola bilər? Hansısa sevgi və qısqanclıq dramı? Axı görünüş bunun üçün də əlverişli deyil.
Dördüncü mərtəbə. Böyük qapı, dalınca mətbəx. Orda xeyli uşaq qışqırışır. Ya üç, ya da dörd nəfərdirlər – on iki, on altı yaş arası uşaqlar. O biri otaqdan qadın səsi:
– Jerar, bacınla işin olmasın, eşidirsən!..
Səs əsəbi və eyni zamanda yorğundur, həyatını heç nə üçün mücadilədə çürütmüş qadının səsi kimi.
Qapı açıldı və Meqre öldürülənin arvadını gördü. İndi Jerara qışqıran bu idi. Qadın Meqreyə baxdı və “bi-ri də gəldi” mənasında köks ötürdü.
Onun yanında sahə müvəkkili dayanmışdı. Meqre onun əlini sıxdı.
– Bu komissar Meqredir, – sahə müvəkkili izahat verdi. – Tədqiqatı o aparacaq.
– Hər şeyi təzədən danışım?
Həm qonaq otağı, həm də yemək otağı rolunu oy-nayan otağın bir küncündə radio, o biri küncündə pal-tartikən maşın qoyulmuşdu. Açıq pəncərədən küçədəki səslər eşidilir, mətbəx qapısı da açıqdır və ordan uşaqla-rın qışqırıq səsləri gəlir. Qadın qapını bağladı və səs kə-sildi, elə bil radionu söndürdülər.
– Belə şey ancaq mənim başıma gələ bilərdi. Otu-run, müsyö. Bəlkə nəsə içmək istəyirsiniz? Verim. Heç bilmirəm…
– Sadə və anlaşılan dillə baş verənləri danışın.
– Mən axı heç nə görməmişəm, nə danışacağam? Hələ də mənə elə gəlir ki, heç nə olmayıb. Həmişəki ki-mi, yeddinin yarısında o evə gəldi. Heç vaxt gecikməz-di. Gələn kimi də stola oturmağı sevirdi.
O ərindən danışırdı. Onların bir yerdə çəkilib böyü-dülmüş şəkilləri divardan asılmışdı. Qadının belə əzgin, yazıq görünməsi ərinin tragik ölümüylə bağlı deyildi. Şəkildə də elə görünürdü, elə bil bütün dünyanın yükü onun çiynində idi.
Ərinin isə bığları, kirşanlı yaxalığı diqqət çəkirdi. Onun üzü o qədər maraqsız idi ki, yüz dəfə görsəniz də ona fikir verməzdiniz.
– O yeddinin yarısı gəldi, pencəyini çıxartıb şkaf-dan asdı. Düzünü deyim ki, o, öz əşyaları ilə həmişə sə-liqəli davranardı… Səkkizdə Fransina gəldi, o işləyir, mən stolun üstündə onunçün yemək də qoymuşdum…
Yəqin ki, o bunları polis komissarı üçün danışıb. Amma lazım olsaydı, öz hekayəsini yeknəsəq səsilə və nəyisə unutmaq qorxusuyla yenə və yenə danışardı.
Onun qırx beş yaşı vardı, cavanlıqda yəqin ki, gö-zəgəlimli olub, amma o vaxtdan illər keçib, onu isə hər gün səhərdən axşamacan ev işləri məşğul edib…
– Moris sevimli yerində, pəncərənin qabağında oturdu… İndi sizin oturduğunuz yerdə. Bu onun kreslo-sudur… O kitab oxuyurdu, hərdən də radionun dalğası-nı tutmaq üçün dururdu…
Axşam saatlarında De-Dam küçəsində eyni işlə məşğul olan yüzlərlə kişi tapmaq olar – bütün günü iş-ləyən və indi pəncərə qabağında oturub kitab, ya da qə-zet oxuyan kişilər…
– Deməliyəm ki, o axşamlar heç yerə getmirdi. Yə-ni tək, bizsiz. Həftədə bir dəfə kinoya gedirdik, hamı-mız bir yerdə… Bazar günləri isə…
Hərdən danışığına ara verib mətbəxə tərəf boyla-nırdı. Bəlkə uşaqlar dava edir, ya da plitənin üstündə heç nə qalmayıb ki, yansın…
– Harda qalmışdım? Hə… Fransina – onun on yed-di yaşı var, Fransina gəzməyə getdi və on birin yarısı qa-yıtdı. Qalanları yatmışdı… Mən nahar hazırlayırdım, bu gün üçün, çünki bu gün dərziyə getməliydim… Aman Tanrı! Yadımdan çıxıb ona xəbər göndərim ki, gəlmə-yəcəyəm… O isə məni gözləyir…
Bunun özü də onun üçün faciə idi.
– Biz uzandıq… Daha doğrusu, biz yataq otağına girdik, mən çarpayıya uzandım… Moris həmişə məndən gec soyunurdu. Pəncərə açıq idi… Pərdələri də salma-mışdıq, bürkü idi… Üzbəüz evdən bizə heç kim baxmır-dı… Ora mehmanxanadır… Ora gələnlər tez yatır… On-lar pəncərədən baxmırlar…
Meqre elə sakit oturmuşdu ki, Lüka onun indicə yatacağından qorxurdu. Eyni zamanda Meqrenin qəlya-nı sıxmış dodaqlarının arasından hərdən tüstü çıxırdı.
– Nə danışım ki… Belə şey ancaq mənim başıma gələ bilərdi… Biz onunla danışdıq… Nədən danışdığı-mız yadımda deyil, amma o şalvarını çıxartıb qoyanacan danışdı… Onun əynində təkcə alt paltarı qaldı… Sonra corabını çıxardıb pəncəsini qaşımağa başladı, onun pən-cələri həmişə ağrıyırdı… Mən küçədən səs eşitdim… bi-lirsiniz necə… maşın səsinə oxşayırdı… yox, belə yox, belə, belə: f-r-r-f-r-r… Hə, hə, belə: f-r-r-f-r-r… Su krantından hava çıxanda gələn səs kimi… Burda fikir-ləşdim ki, Moris nə üçün sözünü yarımçıq kəsdi?.. Gün ərzində çox yorulduğum üçün beynim dumanlı idi… Deməli, o səsini kəsdi, sonra sakit və qəribə səslə dedi: “Əclaf!”. Mən çox təəccübləndim, çünki o, demək olar heç vaxt söymürdü… O elə deyildi. Mən soruşdum: “Nə olub sənə?” Bu vaxt gözlərimi açdım, axı bayaqdan göz-lərim bağlı idi və gördüm ki, o döşəməyə yıxıldı. Mən qışqırdım: “Moris!” Başa düşürsünüz, o heç vaxt özün-dən getməmişdi… Tam sağlam olmasa da heç vaxt xəs-tələnmirdi… Mən durdum… onu çağırıram… O isə xal-çanın üstündə uzanıb və tərpənmir… Mən onu qaldır-maq istəyəndə gördüm ki, onun köynəyində qan var… Mən Fransinanı çağırdım, böyük uşağımızı. Sizcə, atası-nı belə görəndə mənə nə desə yaxşıdır? “Ana, sən nə et-din?” – və aşağı qaçdı ki, zəng etsin. O qapıçını oyat-malı oldu.
– Fransina hardadır? – deyə Meqre soruşdu.
– Öz otağındadır… Geyinir… Gecə özümüzdə de-yildik, ona görə geyinməmişdik… Bağışlayın ki, bu gör-kəmdəyəm… Əvvəl həkim gəldi, sonra polis, sonra ko-missar…
– Bizi tək qoya bilərsiniz?
O əvvəlcə başa düşmədi.
– Gedin!
O mətbəxə getdi və yeknəsəq səslə uşaqların üstünə qışqırmağı eşidildi.
– Əgər on beş dəqiqə də belə keçsəydi, mən gic olacaqdım. – deyən Meqre pəncərəyə yaxınlaşdı ki, tə-miz hava udsun.
Bu qadında qəribə bir şey var idi ki, nə olduğunu izah etmək çətindir. O, əhatə dairəsinə pis təsir edirdi və hətta pəncərədən düşən gün işığı da onun təsirindən solğunlaşmışdı.
– Yazıq!..
Öldüyü üçün yox, yaşadığı üçün!
– Onun adı nə idi?
– Tramble… Moris Tramble… Qırx səkkiz yaş… Arvadı dedi ki, Santye küçəsindəki hansısa ticarət fir-masında kassir işləyib… Hə… Yazmışam… “Kuvrer və Belşas”… Bilirsiniz… – polis komissarı davam edirdi. – Əvvəl elə fikirləşdim ki, onu arvadı öldürüb… Amma qarışdırdım, məni axı yerimdən durğuzmuşdular, elə tə-zə yatmışdım… Burda isə… Uşaqlar hamısı birdən danı-şır, o onların üstünə qışqırır ki, səslərini kəssinlər, eyni şeyi iyirmi dəfə təkrar edir – hamısı da demək olar ki, sizinçün danışdığı kimi. Mən də bu qərara gəldim ki, ya onda bir az çatışmır, ya da tamamilə dəlidir. Bu yandan da mənim briqadirim onu sorğu-sual etməyə başladı, dolaşdırmaq istəyirdi. O deyir: “Mən onu soruşmuram, soruşuram ki, ərinizi nə üçün öldürmüsünüz?” O deyir: “Nə üçün?.. Mən onu nə üçün öldürməliydim ki?..” Pil-ləkanda qonşular yığışdı… Həkim tezliklə rəyini yazıb gətirəcək. O məni inandırdı ki, üzbəüz pəncərələrin bi-rindən atəş açıblar… Mən əməkdaşlarımızı “Ekselsior” mehmanxanasına göndərdim.
Meqreninsə beynində eyni sözlər fırlanır:
“Yazıqları öldürmürlər…”
Həm də ikinəfərlik çarpayının qırağında, əynində alt paltarı oturub ağrıyan pəncəsini qaşıyan yazıqları!
– Orda nəsə aşkarlaya bildiniz?
Meqre diqqətlə “Ekselsior” mehmanxanasının pən-cərəsinə baxırdı. Aşağıda asılmış qara lövhədə yazılmış-dı: “Aylıq, həftəlik, günlük nömrələr. İsti və soyuq su.”
Yazıqlıq orda da var idi. Eynilə Tramblenin evində, yaşadığı mənzildəki kimi. Amma bu hər hansı dram üçün əlverişli yazıqlıq deyildi.
– Mən dördüncü mərtəbədən başladım, ordakılar yatmışdılar. Onları narahat etməli olduq. Təsəvvür edirsiniz, necə səs-küy yarandı? Oranın sahibi bizi təh-did edirdi ki, şikayət edəcək. Bu vaxt ağlıma gəldi ki, beşinci mərtəbəyə də baxım, o üzbəüz pəncərəyə. Orda heç kim yox idi, amma otaq bir həftədir ki, Jozef Dam-bua adlı biri tərəfindən kirayələnib. Qapıçıdan soruşan-da dedi ki, gecəyarısından bir az əvvəl qapıdan birini buraxıb. Amma kim olduğunu bilmir…
Meqre nəhayət ki, yataq otağına girmək qərarına gəldi. Meyit hələ də yerdə idi, başı xalçanın üstündə, ayaqları boş döşəmədə…
– Belə görünür, güllə düz ürəyinə dəyib və dəyən kimi də ölüb… Məncə həkimi gözləmək daha yaxşı olar, gülləni o çıxartmalıdır. O prokuraturanın əməkdaşları ilə deyilən vaxtda gəlməlidir…
– Saat on birdə… – Meqre hirslə dilləndi. Hələ on birə on beş dəqiqə işləyirdi.
Küçədə alverçilər alver eləyirdi, bürkülü havada isə meyvə və göyərti iyi hiss olunurdu.
“Yazıqları…”
– Ciblərini yoxlamısınız?
Onsuz da görünürdü ki, yoxlayıb – stolun üstünə səliqəsiz şəkildə kişi paltarları tökülmüşdü, amma arva-dı deyirdi ki, o öz əşyaları ilə səliqəli davranırdı.
– Hər şey burdadır… Portmanat… Siqaret… Alış-qan… Açarlar… Portmanatda yüz frank və uşaqların şəkli var…
– Qonşular nə deyir?
– Uşaqlar evdəkilərin hamısını sorğu-sual ediblər… Tramblelər bu mənzildə iyirmi altı ildir ki, yaşayırlar… Uşaqlar olandan sonra daha iki otaq tutublar… Başqa deməli heç nə yoxdur da… Adi, sakit həyat sürüblər… Heç bir əhəmiyyətli hadisə olmayıb… Hər il məzuniy-yətdə iki həftəlik Tramblenin vətəninə, Kantala gedib-lər… Tramblenin bacısının nadir gəlişləri sayılmazsa, onlara heç kim gəlib getmirmiş… Tramble evdən hər gün eyni vaxtda çıxırdı. İşə metronun Vilyer stansiya-sından gedirdi. Birin yarısı qayıdırdı, bir saat sonra yenə gedirdi və axşam yeddinin yarısı qayıdırdı…
– Yalandır! – Meqre istəmədən dedi. Doğrudan da yalandır. Heç bir mənası olmayan cinayət. Heç nə oğur-lamayıblar… Heç oğurlamağa da çalışmayıblar… Amma təsadüfi ölüm də deyildi. Əksinə. Onu dəqiqliklə hazır-layıblar: üzbəüz mehmanxanada otaq kirayələyiblər, sil-ah tapıblar, çox güman ki, pnevmatik silah…
Bu təsadüf deyildi. Və heç bir yazığa görə belə işə getmirlər… Hə, amma Tramble elə yazıqlardan idi ki, haqqında danışanda adını da çəkmirlər, “kimsə” deyir-lər…
– Siz prokuraturadan gələn adamları gözləmirsiniz?
– Onlar gələnəcən mütləq qayıdacağam. Xahiş edi-rəm qalın, onları işlə tanış edin…
Divarın dalında yenə qışqırdılar, təxmin etmək çə-tin deyildi: madam Tramble uşaqlarıyla mübarizə apa-rırdı.
– Onun neçə uşağı var?
– Beş… Üç oğlan, iki qız… Oğlanlardan biri bu qış plevrit olmuşdu, indi kənddədir, babasıgildə… Onun bu yaxınlarda on dörd yaşı olacaq…
– Gedək, Lüka?
Meqre indi madam Trambleni görməyi və “belə şey ancaq mənim başıma gələ bilərdi” sözlərini eşitməyi heç istəmirdi.
Meqre bir-birinin dalınca açılan və pıçıltı eşidilən qapıların yanından keçə-keçə ağır-ağır pilləkanları dü-şürdü. Meqre istədi ki, tindəki bara girib şərab içsin, amma ora prokurorluqdan gələcək məmurları maraqla gözləyən adamlarla dolu idi və o, Batinol küçəsinə get-məyi üstün tutdu, orda hələ heç kim gecəki hadisədən xəbərdar deyildi.
– Nə içəcəksən?
– Sən “Ekselsior”dakı adamla maraqlan… Yəqin ki, orda çox şey öyrənə bilməyəcəksən, çünki belə hadisəni onun törətdiyi kimi törətmək, bu… Ey, taksi!..
Mühasibatlıqda daha pisdir. Metroda bişmək və ya dayanacaqda avtobus gözləmək üçün çox isti idi.
– De-Dam küçəsində görüşərik… Ya da, yaxşısı na-hardan sonra sahil küçəsində…
Yazıqları öldürmürlər, lənət şeytana! Öldürəndə də tək-tək yox, dəstə-dəstə, müharibə və ya qırğın törət-məklə öldürürlər. Əgər yazıq biri intihar etmək istəsə, çətin ki, bunun üçün pnevmatik silah tapar və özünü əynində alt paltarı, çarpayıda oturub pəncəsini qaşıyan-da vurar.
Əgər Tramble Kantaldan olmasaydı, hansısa çoxiş-lədilən xarici adlardan birini daşısaydı, onda fikirləşmək olardı ki, o, hansısa təxribat qrupunun üzvüdür…
Amma o öldürülməli adama da oxşamırdı. Siması uyğun deyil, tapmaca da elə bundadır! Bəs quruluş? Bu mənzil, arvad, beş uşaq, əynində alt paltarı olan ər, “f-r-r-f-r-r” səsiylə uçan güllə…
Taksinin üstü açıq idi və Meqre hərdənbir çiyinləri-ni çəkə-çəkə qəlyanını tüstülədirdi. Bir anlıq madam Meqreni fikirləşdi. “Yazıq!” deyəcək və köks ötürəcək. Kişi öləndə qadın qadının halına acıyır.
– Yox, nömrəni bilmirəm… Hə, Santye küçəsi… “Kuvrer və Belşas”…
Yəqin ki, gözəgəlimli bina olar. Min səkkiz yüz ne-çənci ildəsə tikilmiş ticarət evi…
O başa düşə bilmirdi və bu da onu hirsləndirirdi. Hirslənirdi, çünki anlaşılmazlıqlara dözə bilmirdi…
Santye küçəsi adamlarla və maşınlarla dolu idi. Sü-rücü piyadalardan ünvanı soruşmaq üçün maşını saxladı və həmin dəqiqə Meqre evlərdən birinin qabağında qızı-lı hərflərlə yazılmış “Kuvrer və Belşas” sözlərini gördü.
– Məni gözləyin. Tez qayıdacağam.
Əslində heç bilmirdi tez qayıdacaq, ya gec, isti onu lap çaşdırmışdı. Demək olar bütün iş yoldaşlarının mə-zuniyyətdə olduğu vaxtda və günü rahat kabinetində keçirtmək planının baş tutmadığı halda necə də çaşdır-mayaydı!
İkinci mərtəbə.
– Müsyö Kuvrer ilə görüşə bilərəm?
– Şəxsi məsələdir?
– Olduqca.
– Çox təəssüf, müsyö Kuvrer beş ildir ki, vəfat edib.
– Bəs müsyö Belşas?
– Müsyö Belşas Normandiyaya gedib. İstəsəniz, müsyö Movr ilə danışa bilərsiniz.
– O kimdir?
– Firmanın inanılmış adamıdır. O indi bankdadır, tezliklə qayıdacaq…
– Bəs müsyö Tramble burdadır?
Deyəsən başa düşmədi.
– Kim dediniz?
– Müsyö Tramble… Moris Tramble…
– Elə adamı tanımıram.
– Sizin kassir…
– Bizim kassirin adı Majindir, Qaston Majin…
“Demək belə…” – Meqre öz-özlüyündə fikirləşdi.
– Müsyö Movru gözləyəcəksiniz?
– Hə, gərək gözləyim.
Oturub qalantereya mallarının və karton qutuların iyini çəkmək. Xoşbəxtlikdən, bu çox uzun çəkmədi.
Müsyö Movr altmış yaşlarında, başdan-ayağacan qara geyinmiş biri idi.
– Siz mənimlə danışmaq istəyirsiniz?
– Meqre, axtarış polisinin komissarı…
Əgər bu sözləri təsir göstərmək üçün demişdisə, onda Meqre səhv etmişdi.
– Necə kömək edə bilərəm?
– Səhv etmirəmsə, Tramble adlı biri sizdə kassir iş-ləyir.
– İşləyib… Çoxdan… Bir dəqiqə… Bu, biz Kambre-də şöbə açanda olub… Hə… Yeddi il əvvəl… Bəlkə də bir az çox, o burdan baharın ortalarında çıxmışdı… – Müsyö Movr pensnesini düzəltdi. – Bir sözlə, müsyö Tramble yeddi ildir ki, burda işləmir.
– O vaxtdan onu daha görməmisiniz?
– Şəxsən mən, yox.
– Siz ondan işçi kimi razı idiniz?
– Sözsüz… Mən onu çox yaxşı tanıyırdım, çünki o bura məndən bir neçə il sonra gəlmişdi… O çox vicdanlı adam idi… Əgər yaddaşım məni aldatmırsa, o burdan üzrlü səbəblərə görə, qanunlara riayət edərək ayrılmış-dı… Hə, hə, ailə vəziyyətinə görə. Ərizəsində yazmışdı ki, vətəninə qayıtmaq istəyir: Overniyə, ya da Kantala, indi dəqiq xatırlamıram…
– Onun hesabları düz olurdu?
Müsyö Movr bir az dala çəkildi, elə bil onu təhqir eləmişdilər.
– Bağışlayın, bizdə elə şeylər olmur.
– Bəs heç eşitməmişdiniz ki, müsyö Tramblenin sevgilisi var və ya hansısa pis işlərlə məşğuldur?
– Yox, müsyö, heç vaxt. Mən əminəm ki, o elə adamlardan deyildi.
Qısa və aydın. Meqre başa düşmək istəmir ki, hətta axtarış polis komissarının səlahiyyətlərini də aşır… Am-ma Meqre təslim olmurdu:
– Qəribədir… İş orasındadılr ki, dünənki günəcən müsyö Tramble hər gün səhər evdən çıxıb bura işə gə-lirdi və hər ay maaşını arvadına verirdi…
– Bağışlayın, amma bu ola bilməz.
Ona birmənalı olaraq qapını göstərirdilər.
– Deməli o nümunəvi işçi idi?
– Gözəl işçi idi.
– Davranışlarında da qəribə heç nə yox idi?
– Yox, müsyö, yox. Xahiş edirəm bağışlayasınız, iki alıcı məni gözləyir və…
Uf! Yaman bürküdür! De-Dam küçəsindəki otaq-lardakı kimi. Yenə də təmiz hava udmaq, həmin taksini və imkan tapıb qonşu bistroda bir stəkan mineral su içən, indi də bığlarını silən sürücünü görmək necə də xoş idi.
– Hara sürüm, müsyö Meqre? – Bütün sürücülər onu tanıyırdılar, bunun özü də xoş idi.
– De-Dam küçəsinə, dostum…
Belə, deməli yeddi il bu Moris Tramble hər gün ev-dən çıxıb öz işinə gedirdi və yeddi il dalbadal…
– Yolda hardasa saxlayarsınız, bir şey içmək istəyi-rəm…
Madam Tramble və indi De-Dam küçəsindəki evdə qurdalanan prokuraturadan gəlmiş cənablarla görüş-məzdən qabaq…
“Yazıqları…”
Bəs o necə yazıq idi, sual budur, bu.
II. Qara ciyəri xəstə qatil və sarıköynək aşiqi
– Sənə nə olub, Meqre? Yatmamısan?
Hardasa gecə saat üç olardı. Meqre isə hələ də yata bilmirdi, çarpayıda o yandan bu yana fırlanırdı, Reşar Lenuar bulvarına baxan hər iki pəncərənin açıq olmağı-na baxayaraq, onu tər basmışdı. Bir neçə dəfə yuxuya getsə də yenə ayılmış və Tramble haqqında, özü demiş-kən, bu yazıq haqqında fikirləşməyə başlamışdı. Nəsə çatışmırdı – dumanlı şəkildə görülən yuxulardakı kimi. Meqre təzədən başlanğıca qayıdırdı. Səhər doqquzun yarısı. De-Dam küçəsindəki mənzildə Moris Tramble geyinib qurtarıb. Yanında madam Tramble – indi Meq-re bilirdi ki, onun adı Jülyettadır, yəni ona heç yaraşma-yan ad – peyda olur, uşaqları sakitləşdirmək üçün qışqı-rır, amma səs daha da çoxalır.
“O səs-küyü sevmirdi, cənab komissar…”
Nə üçün bu sözlər Meqreni orda eşitdiyi başqa söz-lərdən daha çox düşündürürdü? Nə üçün onun yarıyu-xulu yaddaşına yenə və yenə qayıdırdı? Səs-küyə dayana bilməyə-bilməyə De-Dam kimi çoxadamlı, səs-küylü küçədə beş davakar, qara-qışqırıqçı uşaqla və onları sa-kitləşdirə bilməyən Jülyetta ilə yaşamaq.
“O geyinir… Yaxşı, sonra… Jülyettanın dediyinə görə bir gündən bir üzünü qırxır… Bir fincan südlü kofe içir və iki kökə yeyir… Küçəyə çıxır, Batinol bulvarına gedir və Vilyer stansiyasında metroya minir…”
“Kuvrer və Belşas” firmasından qayıdandan sonra günün qalanını Meqre öz kabinetində keçirtdi. Axşam qəzetləri artıq polisin xahişi ilə Moris Tramblenin şəkili-ni birinci səhifədə çap etmişdilər.
Briqadir Lüka isə onlar üçün təsvir olunmuş qatilə, yəni Jozef Dambuaya oxşayan bütün şəkilləri yığıb “Ekselsior” mehmanxanasına getmişdi.
Mehmanxana sahibi şəkillərə baxandan sonra başını yellədi:
– Düzdür, onu az görmüşəm, amma o belələrindən deyildi.
Lüka xeyli hövsələ göstərəndən sonra öyrəndi ki, sahib pnevmatik silahlı kirayənişinin qətiyyən cinayət-kara oxşamadığını, əksinə, çox yazıq və zərərsiz görkə-mə malik olduğunu demək istəyirmiş.
– O gəlib həftəlik nömrə istəyəndə elə bildim ki, gecə gözətçisidir…
Qeyri-müəyyən simalı, orta yaşlı adam. Onu az adam görmüşdü, səhər tezdən gedib gecə gəlirdi.
– Özüylə əşya götürmüşdü?
– Balaca çamadanı var idi, futbolçulardakı kimi.
Bığları da var idi. Sahibin deməyinə görə – kürən, gecə xidmətçisinin deməyinə görə – boz. Düzdür, onu günün başqa vaxtında görmüşdü.
– Çox pis geyinmişdi. Yox, çirkli deyildi, köhnə idi. Portmanatı da köhnə idi, pulu da az…
Beşinci mərtəbənin xadiməsinin dedikləri:
– Mən onu görməmişəm, çünki bu otağı o birilər-dən sonra yığışdırmışam, 42-ciylə 43-cüdən sonra. Am-ma mənə inana bilərsiniz, bilinir ki, o subaydır.
Lüka bu otaqdakı hər şeyi diqqətlə yoxladı, otağın hər metrini gözdən keçirtdi. Balışın üstündə üç dənə tük gördü: ikisi saçdan, biri bığdan. Ayaqyolundan de-mək olar ki, qurtarmış odekolon qabı, komodun üstün-dən isə dişlərinin yarısı sınmış daraq tapdı.
Qurtardı. Kasıbyana tapıntı. Amma laboratoriyada bəzi şeyləri öyrənə bildilər. Bir neçə saat tükləri və dara-ğı yoxlayan ekspertlərin rəyincə qatil qırx altı-qırx sək-kiz yaş arasında idi. O kürən idi, amma saçları ağarma-ğa başlamışdı. Qara ciyəri xəstə idi.
Amma Meqre çarpayıda fırlananda bunları fikirləş-mirdi.
“O geyinir, səhər yeməyini yeyir, şlyapasını götü-rüb küçəyə çıxır… Batinol bulvarındakı metroya ge-dir…”
Əlbəttə ki, yeddi ildir heç kimin onu orda görmədi-yi Santye küçəsində yerləşən “Kuvrer və Belşas” firması-nın kontoruna yox, tamam başqa yerə…
Nə üçün Meqre fikirləşirdi ki, Tramble “Kuvrer və Belşas” firmasında işləyəndə metroyla getmək onun üçün daha rahat idi? Çox sadə. Port-de-Şampre – Pre-Sen-Jerve xətti birbaşadır, keçidsizdir. Tramble düz Santye küçəsinə çıxırdı.
Bu yerdə Meqre xatırladı ki, dünən ötəri gördüyü və əməlli-başlı baxmağa imkan tapmadığı Fransina, Tramblenin qızı, bir ilə yaxındır ki, Reomür küçəsində-ki standart qiymətlər mağazasında işləyir. Reomür kü-çəsilə Santye küçəsi kəsişir. O da eyni metro xəttində-dir.
– Sən yatmırsan? – deyə madam Meqre soruşdu.
– Mən bir şeyi aydınlaşdırmalıyam – dedi. – Bəlkə sən bilirsən… Deyəsən bütün standart qiymətlər mağa-zaları eyni trestə məxsusdur və vahid sistemlə işləyir. Sən deyəsən belə mağazalara getmisən…
– Səni nə maraqlandırır?
– Onlar saat neçədə açılır?
– Doqquzda…
– Dəqiq bilirsən?
Deyəsən cavab ona ləzzət elədi və Meqre yatma-mışdan qabaq hansısa mahnını dodaqaltı zümzümə elə-di.
– Anası heç nə demədi?
Səhər ona on beş dəqiqə işləmişdi, Meqre kabine-tində oturub təzəcə qayıtmış, heç şlyapasını da çıxart-mağa macal tapmamış Lükaya qulaq asırdı.
– Mən ona başa saldım ki, siz daha nələrisə öyrən-mək istəyirsiniz və belə ağır dəqiqələrdə onu daha çox narahat etməməkçün qızı ilə görüşməyi məqsədəuyğun saymısınız.
– Bəs qız?
– Tapşırdığınız kimi biz avtobusla gəldik. Mənə elə gəldi ki, o bir az həyəcanlanırdı. Elə hey sizin onu nə üçün çağırdığınızı öyrənməyə çalışırdı.
– De ki, gəlsin.
– Orda sizi görmək istəyən yaşlı cənab da var.
– Sonra… De ki, gözləsin… Kimdir ki?
– Luvr küçəsindən bir ticarətçidir… Sizə nəsə de-mək istəyir, şəxsən sizə…
Yenə də bürkü idi. Senanın üstündə buxarlanma-dan yaranmış nazik duman qatı sezilirdi.
Ağ köynək və ciddi görkəmli tünd göy rəngli kost-yum geyinmiş Fransina içəri girdi. Xoşagəlimli, cavan bir qız. Qırmızı şlyapasının altında görünən daranmış birçəkləri, hündür boyu, mütənasib bədəni. Yəqin ki, dünəndən bu yana Fransinanın matəm paltarı almağa vaxtı olmayıb.
– Oturun, madmazel… Əgər istidirsə jaketinizi çıxarda bilərsiniz…
Onun dodağının üstündə tər damcıları görünürdü.
– Dünən ananız dedi ki, Reomür küçəsindəki stan-dart qiymətlər mağazasında işləyirsiniz. Səhv etmirəmsə bu mağaza Sevastopol bulvarındadır, solda. Elədir?
– Bəli, müsyö…
Onun dodaqları əsdi və Meqreyə elə gəldi ki, o nəsə demək istəyir, amma bir qərara gələ bilmir.
– Mağaza saat doqquzda açılır, doğrudur? …və o atanızın hər gün səhər işə getdiyi – hamı belə fikirləşirdi – Santye küçəsinin yaxınlığındadır. Yəqin ki, tez-tez bu yolu bir yerdə gedirdiniz…
– Cəmi bir neçə dəfə…
– Əminsiniz?
– Əlbəttə, hərdən olurdu…
– Siz atanızla onun iş yerinin yanında ayrılırdınız?
– Hə, yaxınlıqda, tində…
– Bəs heç vaxt sizdə şübhə yaranmırdı?
O sakitcə qəlyanını tüstülədərək məsum nəzərlərlə artıq həyəcan əks elətdirməyə başlamış bu cavan sifətə baxırdı.
– Mən əminəm ki, sizin kimi gənc xanım polisə ya-lan danışmağı özünə yaraşdırmaz… Özünüz də yaxşı bi-lirsiniz ki, bu sizinçün yaxşı qurtarmaz. Özü də indi elə vaxtdır ki, atanızın qatilini tapmaq üçün bacardığımızı edirik.
– Bəli, müsyö…
O çantasından yaylıq çıxartdı və ağlamağa məqam axtaran gözlərinin nəmini sildi.
– Sizin gözəl sırğalarınız var…
– Ah, müsyö…
– Yox, doğrudan çox gözəldir. İcazə verirsiniz? Doğ-rusu, artıq sizin heyranınızın oluğunu fikirləşmək olar.
– O, nə danışırsınız, müsyö!
– Onlar qızıldır və üstündəki daşlar da həqiqidir.
– Yox, müsyö… Anam da əvvəl elə bildi həqiqidir, amma…
– Amma?
– Mən ona dedim ki, yox…
– Ona görə ki, bu sırğaları özünüz almısınız?
– Bəli, müsyö…
– Deməli siz maaşınızı validenlərinizə vermirdiniz.
– Verirdim, müsyö… Amma danışmışdıq ki, əlavə pulları özümə saxlayacağam.
– Çantanı da özünüz almısınız?
– Bəli, müsyö.
– Deyin görək, əzizim…
Qız başını qaldırdı və Meqre güldü.
– Daha bəsdir.
– Nə bəsdir, müsyö?
– Mənim başımı aldatmaq!
– Düz sözümdür…
– Bir dəqiqə bağışlayın… Alo… Komutator? Reo-mür küçəsindəki standart qiymətlər mağazasını calaşdı-rın… Hə…
– Dayanın, müsyö…
O əliylə susmaq işarəsi verdi və qızın gözlərindən yaş süzülməyə başladı.
– Alo… Mağazadır? Məni direktorla calaşdıra bilər-siniz? Ah, bu sizsiniz? Axtarış polisindən narahat edi-rəm… Satıcılarınızdan biri haqqında məlumat almaq is-təyirdim… Madmazel Fransina Tramble… Necə? Artıq üç aydır? Təşəkkür edirəm… Ola bilsin bu gün mağazaya gəlim…
O qıza tərəf çevrildi.
– Buyurun, madmazel!
– Mən onsuz da deyəcəkdim…
– Haçan?
– Bir az cəsarətlənmək istəyirdim…
– Bu necə oldu?
– Anama deməyəcəksiniz?.. Mən axı ona görə danış-maq istəmirdim… Yenə ağlayacaq və şikayətlənəcək… Əgər anamı tanısaydınız!.. Dedim ki, hərdən metroda atamla bir yerdə gedirdik… O əvvəldən mənim işləməyi-mə, xüsusilə də bu mağazada işləməyimə razı deyildi… Başa düşürsünüz? Anamsa israr edirdi: biz varlı deyilik, güclə dolanırıq, bu əla şansdır… O özü məni direktorun yanına apardı… Belə… Üç ay qabaq evdən çıxanda pu-lum yox idi və bunu Santye küçəsinin tinində xatırla-dım… O gün anam tapşırmışdı ki, bir neçə mağazaya gi-rim… Atamın dalınca qaçdım… Amma o “Kuvrer və Bel-şas”ın yanından keçdi və kütləyə qarışdı… Fikirləşdim ki, yəqin siqareti qurtarıb, ya da başqa nəsə alacaq… Çox tə-ləsirdim… İşə getdim… Gündüz boş vaxt tapan kimi ata-mın iş yerinə qaçdım… Orda mənə dedilər ki, atam çox-dan ordan çıxıb…
– Axşam ondan nəsə soruşdunuz?
– Yox… Səhər onun dalınca düşdüm… O Senaya tə-rəf gedirdi… Elə oldu ki, o dala baxdı və məni gördü… Onda dedi: “Bu daha yaxşıdır”…
– “Daha yaxşıdır”nə deməkdir?
– Mənim mağazada işləməyim onun xoşuna gəlmir-di. Dedi ki, çoxdan məni ordan çıxartmaq istəyirmiş… Dedi ki, indi başqa yerdə işləyir, əvvəlkindən daha yaxşı yerdə, çünki burda bütün günü dörd divar arasında otur-malı deyil… Sonra məni mağazaya apardı və bu sırğaları aldı… “Əgər anan soruşsa ki, hardandır, yalançı olduğu-nu deyərsən”.
– Bəs sonra?
– İşdən çıxdım, amma anama heç nə demədim. Ma-aş günü atam mənə aldığım maaş qədər pul verirdi. Hər-dən şəhərdə atamla görüşüb kinoya, ya da botanika bağı-na gedirdik…
– Bəs atanız nə ilə məşğul idi? Bilmirsiniz?
– Yox… Amma anama nə üçün demədiyini yaxşı ba-şa düşürdüm… Əgər ona çox pul versəydi də heç nə də-yişməyəcəkdi… Evdə həmin səliqəsizlik davam edəcək-di… Bunu izah etmək çətindir, əgər siz bizdə yaşasaydı-nız görərdiniz… Anam pis adam deyil, amma…
– Təşəkkür edirəm, madmazel.
– Anama heç nə deməyəcəksiniz?
– Hələ ki, bilmirəm… Zəhmət olmasa deyin görüm, atanızı başqa adamla görməmişdiniz?
– Heç vaxt.
– O sizə ünvan verməmişdi?
– Biz həmişə Sena tərəfdə görüşürdük. Ya Yeni kör-pünün, ya da İncəsənət körpüsünün yanında…
– Axırıncı sual: görüşlər zamanı o həmişəki geyimin-də olurdu, yəni De-Dam küçəsindəki mənzilinizdə oldu-ğu geyimlərdə?
– Bir dəfə, iki həftə əvvəl, o boz kostyum geyinmiş-di. Bu kostyumu heç görməmişdim, çünki onunla evə gəlməmişdi.
– Təşəkkür edirəm… Yəqin ki, başqa heç kimlə bu barədə danışmamısınız?
– Heç kimlə.
– Bəs qonşuluqda-filanda dostunuz yoxdur?
– And içirəm…
Sevinməyə səbəb olmasa da o razı idi: iş aydınlan-maq yerinə daha da qaranlıqlaşırdı. Bəlkə o sevinirdi ki, intuisiyası onu aldatmayıb və gecəki tapıntısı düz çıxıb?
– Lüka, o cənaba de ki, gəlsin…
Teodor Jüsom, Parisdəki sahil küçəsi Luvrda quş sa-tıcısı.
– Mən şəkillə bağlı gəlmişəm…
– Öldürüləni tanımısınız?
– Əlbəttə ki, müsyö. O mənim ən yaxşı müştərilə-rimdən idi…
Budur, Moris Tramblenin həyatının başqa bir tərəfi də açıldı. Həftədə azı bir dəfə Teodor Jüsomun mağazası-na gəlib saatlarla quşların oxumağına qulaq asırdı. Ən çox sarıköynəkləri sevirdi, xeyli alırdı.
– Mən ona azı iki yüz sarıköynək satmışam.
– Onları onun evinə aparmısınız?
– Yox, müsyö. Özü aparırdı, taksi ilə.
– Ünvanı bilmirdiniz?
– Heç soyadını da bilmirəm. Bizə demişdi ki, ona müsyö Şarle deyək. Onu hamı belə çağırırdı, tək arva-dımla mən yox, elə satıcılarımız da. O qədirbilən idi, əsil qədirbilən. Başa düşə bilmirdim ki, nə üçün quşlarını müsabiqələrə aparmır. Bəziləri əla oxuyurdular və müt-ləq birinci yeri tutardılar.
– Sizcə o varlı adam idi?
– Varlı? Yox, müsyö… Təmin olunmuş… Bir az bəd-xərc olsa da, pulla davranmağı yaxşı bilirdi.
– Bir sözlə, yaşamağı bacaran adam?
– Çox gözəl adam və gözəl müştəri. Elələri çox de-yil…
– Onun yanında heç kim olmurdu ki?
– Heç vaxt…
– Təşəkkür edirəm, müsyö Jüsom…
Amma müsyö Jüsom getmirdi.
– Bir şey də var ki, məni düşündürür və narahat edir… Qəzetlərə inansaq, De-Dam küçəsindəki evdə quş olmayıb. Əgər məndən aldığı sarıköynəklər orda olsaydı mütləq yazardılar, düzdür? İki yüzdən artıq quşu vardı, axı eləsi hər gün…
– Qısası, siz qorxursunuz ki, onlar…
– …Hə, elə yerdədirlər ki, müsyö Şarldan başqa qul-luq edənləri yoxdur…
– Yaxşı, müsyö Jüsom, söz verirəm: əgər biz onları tapsaq, sizə mütləq bildirəcəyik ki, onlara lazım olduğu kimi qulluq edəsiniz, əgər gec olmasa.
– Təşəkkür edirəm… Ən əsas da arvadım narahat-dır…
Внимание! Это не конец книги.
Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?