Электронная библиотека » Allahverdi Eminov » » онлайн чтение - страница 3

Текст книги "Payıza qədər"


  • Текст добавлен: 28 октября 2022, 21:00


Автор книги: Allahverdi Eminov


Жанр: Современная зарубежная литература, Современная проза


сообщить о неприемлемом содержимом

Текущая страница: 3 (всего у книги 13 страниц) [доступный отрывок для чтения: 4 страниц]

Шрифт:
- 100% +

Məktubun arxası uzun idi və romantik, amma real mətləbdən yazmışdı. Son məqsədinə tezliklə nail olduğu üçün həmin məktuba qayıtmağı lazım bilmədim.

Oğlanın qızın belinə, əsasən göbəyinə toxunması və hətta gözləriylə (bunu da yazıb) qızın döşlərinə, sinəsinə… diqqət yetirməsi əsas amilə çevrilmişdir. Qadında (qızda) coşqunluq, ehtiraslıq… əmələ gətirən hissə elmi ədəbiyyatda erogen zona adlanır. Və bu gün xüsusilə qızın cinsi akta meyilliyində bu zonanın nə dərəcədə sosial məna daşıdığını qeyd etməmək olmaz. Yəqin ki, oxucum mənim üslubuma – söhbətimə elmilik yağışı damcıladığını bağışlayar.

“Erogen” yunan sözüdür, məhəbbət, çılğınlıq deməkdir. Bu söz elmi mənasını təsadüfi almayıb. Cinsi çılğınlıq (ehtiras) təkcə harmoniyadan nəşət eləmir; ayrıca hissi coşqunluq mərhələsinə qədər erogen zonasında tapır. Bu zonada istilik və ağrıdıcı üzvlər yerləşdiyindən xüsusi reseptorlar cinsi hissetməni şərtləndirir və hərarəti gücləndirir. Qadında belə bir fizioloji üzvlərə: kiçik dodaq və uşaqlıq yolu, dodaq nahiyyəsi, dil, boyun, göbəyin aşağı tərəfi (hissəsi) və s. daxildir. Əgər kişi qadının dodaqlarının dadını isti öpüşlə, həmçinin dilinin hənirtisini dodağı ilə çəkirsə… qadında hissi oyanma baş verir, coşqunluq yaranır və cinsi əlaqə həvəsinə yaxınlaşır. Birdən qadının bu prosesə meyli o zaman qüvvətlənir ki, kişinin əli digər erogen zonasını oxşayır.

Təsəvvür edin ki, yorğun bir quş budaqda oturub. Bahar qönçələrdə çərtib, yaşıl yarpaqlar budaqdan çıxıb. Bir quş isə tənhalığı barədə düşünür. Elə bu vaxt Allah onun arzusunu yerinə yetirir, bir erkək quş onun budağına qonur. Dişi quş bu gəlişə dərhal reaksiya verir və onun gözlərində tərpəniş olur. Erkək quş dişi quşa yanaşır, dimdiyilə toxunur, qanadlarını açır, cüzi də olsa ona toxunur. Dişi quş dirçəlir və bədənində erkək quşa qarşı ünsiyyət yaranır…

Qadında öpüş daha həssas reaksiya oyadır. Öpüşün məna dəyəri müxtəlifdir. Həyatda çox qarşılaşmışıq öpüşlə. Biri ən doğmasını, o biri dostunu, tanışını öpür. Belə öpüş soyuq, informatikdir; yəni: “Biz çoxdandır, görüşmürük”, “Harada idin bu vaxtadək” və s. Adətən bu cür öpüşlər məhrəm sayılır, nə qadında, nə də kişidə qısqanclıq yaratmır.

İki sevgilinin öpüşü də məhrəmdir. Onlar adətən, bir-birinə məhəbbəti ifadə eləyirlər. Hissi coşqunluq və qorxulu öpüş isə qadının ünvanına yol alır və onu… Öpüş o qədər kütləvi və həzzverici vasitədir ki, mütəxəsislər onun 200-ə qədər növünü hesaba almışlar!

Öpüş sadəcə xoşa gəlmir; hətta o, kişinin cinsi profilaktikasında böyük rol oynayır. Qadın ürəyinə yatan kişinin dadını indiyədək (öpüşə qədər) hiss eləmədiyi, haradansa bədəninə axan ilğım-cərəyanın səbəbkarını-öpüşü yüksək emosiya ilə qarşılayır. Və belə dəqiqələrdə qadın hər şeyi-ən yüksək hesab elədiyi təbiəti də unudur. Onun üçün təbiət kişinin damla-damla dodaqlarına süzülən qayğı və ehtiras təmasıdır. Bu anlarda kişi qolları ilə qadının erogen zonasına toxunmamalıdır. Bu, iki cəhətdən əhəmiyyətlidir: a) kişi əlləriylə yalnız qadının saçını, yaxud boynunu oxşayırsa, qadın öpüşün davam etməsini arzulayır, çünki kişinin dodaqları onun dodaqlarındakı artıq qanı sanki sovurur, təzələyir; b) kişi əlləriylə qadının digər erogen zonasına toxunursa, qadında coşqunluq peyda olur və o, daha öpüşdən həzz almağa çalışmır, istəyir İntim oyuna qoşulsun. Beləliklə, hər iki halın ayrılıqda mənaları vardır.

Erogen zonanın cinsi yaxınlaşmada funksiyaları eyni deyildir. Bu sahədə uzun illər aparılan müşahidələr təsdiq etmişdir ki, qadının cinsi kontakta güclü meyil göstərməsində ayrı-ayrı üzvlərin öz yeri vardır. Bəzi qadında bu funksiyanı boyun, qulaq, bəzi qadında dil, döş, boğaz ödəyir. Əlbəttə, bunun fizioloji izahı mütəxəsislərindir…

Bir az da kişinin erogen zonası barədə. Münasibətlər labirintində kişinin özünə xas təsiredici–impulsiv rolunu inkar etməməliyik. Hərçənd bu, nisbətən qadında xeyli dərəcədə güclüdür. Kişidə, eləcə də onun sinəsi, dodaqları, göbəyi, penisi xüsusilə seçilir. Lakin qadın kimi, hər bir kişinin özünəməxsus cinsi yaxınlaşma aktına çəkən erogen üzvü mövcuddur. Bunlar sırasında mücərrəd bir vasitə vardır: Kişinin baxışları.

Qadın etirafı şəhadət verir ki, fikrimizin həqiqiliyinə və səmimiliyinə inansın oxucu.

Baxış qadına eyni dərəcədə əllə toxunma qədər təsir eləyir. Ola bilsin bu, fiziki qanunauyğunluqla əlaqəlidir. Lakin kişi intim ovqatla qadının gözlərini “nişan” alırsa və bu nişangahın qadın üçün heç də yaxşı qurtarmayacağını fəhmən duyursa… bu qələbə kişiyə layiqdir. Ona görə ki, həssas qadın “oxuyur” sətiraltı misraları. Şübhəsiz, söhbət o baxışların “oyunundan” gedir ki, qadın İntim oyuna özünü hər vaxt hazır eləyir. Xüsusilə, güclü temperamentli kişidə baxışların impulsiv gücü dəqiqdir və o, hədəfi düzgün nişanlayır.

Erogen zonada qadın sinəsi və döşü ən “sürüşkən” üzvdür, -desək yanılmarıq. Döşün hissi oyatması qadında kişiyə nisbətən güclüdür. Əlbəttə, döşün “sürüşkənliyi” qadın bədəninin simmetriyasını qorumasında daha çox günahkardır. Acı da olsa, həqiqətdir. Kişi döşün sığallamasından… yüksək həzz alır, təbiidir ki, qadın da həmçinin. Burada, adətən, qələbə kişinin tərəfində olur. O, qadında ən incə nöqtəni “ələ keçirməyə” çalışır. Qadın isə güzəştə gedir; çünki ona da zövq verir döşünün əzizlənməsi, sorulması. Mən bu məqamda qadını qınamıram; axı o, məhəbbət elminə yad qala bilməz. Lakin həqiqət budur ki, qadın öz bədən quruluşunun vüqarını (!) qorumaq istəyirsə… güzəştə getməməlidir. Bir sıra qadın bu baxımdan “sürüşkənlikdən” qaçmağı bacarır…

Bir xoşagəlməz hal da müşahidə olunur. Təəssüf, elə qadın yaşayır o, anadan olmuş uşağına döş südü verməkdən imtina eləyir. Guya bədənini hifz eləyir. Döşün quruluş yönümündən də çox şey asılıdır; yəni hər döş kişidə həzz doğurmur. Sivri uclu, şiş döş daha çox ehtiras – həzz oyadır kişidə. Və bunu hiss eləyən qadın kişiləri hakimiyyətinin fəthinə səsləyir!

Qadın sinəsi qadınlığın simvoludur. Bu bənzətmə yeni olmasa da, köhnə kimi də səslənmir. Bu simvol ilk növbədə Analıq haqqı üçün zəmanət verir. Döşün qadın sinəsində par-par yanması qaranlıq gecədə bədirlənmiş ayın saçdığı işıq tonqalına bənzəyir. Döş sinədən ayrı götürülməməlidir. Qeyd edək ki, döşün cinsi yaxınlıqda oynadığı rol bütün qadınlarda eyni dərəcədə olmur. Bir qrup qadında ehtiras doğurmur; bu isə qadının orqanizmindən asılıdır. Digər qrup qadında bu, güclü həvəs oyadır və onu partnyoruna sıx yaxınlaşdırır. Qadın ehtirasa gəlmirsə, onda cinsi üzv olan klitor sakitləşir; əks halda klitor cuşa gəlir və erektik prosesə cəlb edir: Burda toxunaq ki, bütün qadınlarda klitor ehtiras doğurmur: ümumən erogen zona rejissor roluna girir.

Hətta elə xalqlar (Afrikada bir qrup zəncilər) mövcuddur ki, onlar qız dünyaya gələn kimi uşağın klitorunu kəsirlər. Bu adət təəccüblü olsa da, haradasa mənası var; qız bir növ həddi-buluğa çatanda cinsi ehtirasın səviyyəsi aşağı düşür. Adətən, digər əxlaqi tərəfi ondadır ki, qızlığını–namusunu qorumaq üçün bunun faydası az deyil. Oğlanla yaxın ünsiyyətdə belə qız nisbətən ehtirasını cilovlamağı bacarır.

Bir qadın-kişi münasibətində hələlik kənardan müşahidəçiyik. Bu da gərəklidir; axı, hər gün təmasda olan bu iki simanın İntim oyuna girməsində seksual xaosun mahiyyəti qaranlıq qalır. Halbuki hər şeyi qələmə gətirməkdən daima çəkinmişik. Əslində kitabı vərəqləyən oxucuya aydın olmalıdır ki, intim yaxınlaşmanı şərtləndirən amillərdən “utanmağa” dəyərmi? Məni başa düşməyə çalışın.

Kişi və qadın əsəb gərginliyinin tüğyan nöqtəsində daha uca zirvə gərginliyində dayanır: Orqazm. Huşun-ağılın və hissin-emosiyanın–cinsi akt uğrunda ölüm-dirim mübarizəsinin son həddi –həzz prosesi. Bu müqayisəni təkrar oxuyanda söz qüdrətimin acizliyinə acıdım. Yox, qələm təsvirdə gücsüzdür; bəlkə də buna görədir ki, alimlər buna bənzər anlayışların mənasını elmi dildə ifadə eləməklə canlarını qurtarmışlar. Mən düzü, azca onlara söykəncək edəcəyəm. Sonra üzbəüz söhbətimin davamını izləyərsən, oxucum.

Ehtirasın maddi-fizioloji məhsulu orqazm adlanır. Bu, həm də cinsi akt prosesində cinsi orqanların iştirakilə yaranan hissi coşqunluğu özündə ehtiva eləyir və qanın köçürülməsi funksiyasını yerinə yetirir. Genetik davamı şərtləndirir.

Bir sıra qadın orqazma qoşulanda bütün psixi prosesləri dayanır, coşqunluq bədəninə yayılır, şüurunu itirir və sonra güclü hissi təkanla hərarəti artır, klitoru hərəkətə gətirir və seksual ehtiras bədəninə tam yayılır. Bu prosesin ekspressiv hərəkəti qadınlarda müxtəlif şəkildə təzahür edir və burada qadının öz partnyoru ilə fərdi gərdişindən–münasibətindən çox şey asılıdır. Sağ olsunlar mütəxəssis–ixtisasçılar ki, bir damla da olsa müşahidələrinə istinad etmişlər. Məsələn, Q.C.Vasilçenkoya görə orqazm–mürəkkəb qarşılıqlı struktur əmələ gəlməsidir, müxtəlif mənbələrlə ölçülür.

Məşhur seksoloq A.M.Cvyadoşa görə, orqazm cinsi akt prosesində həm kontal, həm də ekstraktoitalsız təzahür edə bilir. Ekstraktoital orqazm, adətən, yuxugörmədə baş verir, xüsusilə erotik yuxugörmədə. Kişidə isə bu, toxum (sperma) axıtma zamanı özünü göstərir. Kişidə orqazm, adətən, bir neçə saniyə davam edir və yüksək həzzalmanın səviyyəsi tez qalxır və düşür. Bəzi qadında bu, xeyli çəkir, hətta 20-60 san. Xeyli saylı qadında və kişidə təkrar orqazm 15-20 dəqiqəlik fasilədən sonra alınır; bəzisində daha çox. Elə qadın müşahidə olunur ki, o, təkrar orqazm qabiliyyətinə malikdir və 1-2 dəqiqəyə bir-birini əvəz edir. Hətta 3-4 dəfəyə çatdırma qabiliyyətli qadına da təsadüf olunur.

Müşahidələrə qayıdaq. Orqazm coşqunluğu hansı tip qabiliyyətli qadında necə həzz oyadır?

Birinci tip qadının söyləməsi: Mən tibb ədəbiyyatı oxumamışam. Amma klinikaya gələndə verilmiş anket sorğusuna cavabımda onu qeyd edərdim ki, şəxsən mən bir kərə orqazmda olanda bu, mənə bəs eləyir. Ən əvvəl, deyim ki, bu, ürəyimə yatan kişiyə münasibətimdən asılıdır. Cinsi akta (bu müəllifin ifadəsidir) qədər özümü hazırlayıram, daha doğrusu, kişi məni hala gətirir. Bu elə anım olur, Dünyanı, yaxşı Adamı-hər şeyi unuduram, yalnız özüm qalıram, bir də partnyorum… Sual verəndə ki, təkrar orqazma necə baxırsan? Ətim ürpəşir, bir cinsi aktda qadın bir kərə orqazmı yaşamalıdır. Vəssalam.

İkinci tip qadının söyləməsi: Anketin sualı məni açmadı; qadın üçün yalnız bir dəfə orqazm? Başqası ilə işim yoxdur; mən düzdür, ilk orqazmda özümü idarə etməyi bacarmıram. Asılı deyil məndən. Bilirsiz, necə coşqunluqdur bu? O anları qadın fizioloji-psixioloji gərginliklə keçirməkdə müxtəlifdir. Əksəri sosial qiymətlə ölçülür. Amma hər halda bir akt vardır: Orqazm Dünyanı təlatümdən xilas edər!

Hər iki təəssuratda (elmi informasiya vermir bu qeydlər) həqiqət güclüdür, baxmayaraq şəxsi-intim hisslərlə əlaqəlidir. Fikrimi izah etməzdən əvvəl, deyərdim ki, elə qadın tipi mövcuddur; o, cinsi aktda iştirak edirsə – orqazm halından məhrumdur, lakin o, həzz alır intim oyundan. Onun üçün bioloji-fizioloji proses kimi bunun fərqi yoxdur. Bir şərtlə: kişi onun erogen zonasını oxşasın. Mən bir maraqlı araşdırmalar aparmış psixiator–həkimlə söhbət elədim. Və o, təbii olaraq bu məsələyə toxundu.

Seksoloqun dediklərindən yadımda qalanlar: Bir qadın mənə müraciət eləmişdi. Yaşı 25-30 arasında. Açıq danışacağını qabaqcadan bildirdim: – Mənim peşəm bunu tələb edir. –Qəti dedim sözümü. – Gülümsündü, dodaqlarında təbəssüm göründü: -Mən daxilən kasıb qadın deyiləm, bir qadın kimi İntim münasibətlərdən həzz alıram. Onsuz qadın ağacından qoparılmış yaşıl, canlı budaqdır, amma onu suya atsan da cücərib inkişaf etməz. Kişisiz qadına bu gözlə baxıram. Faciəm odur ki, (o, bu sözü deyəndə gözləriylə az qaldı oyansın) cinsi akt prosesində orqazm məndə əmələ gəlmir. Ancaq əvəzində, partnyorum mənim erogen zonamı əliylə hey oxşayır, oxşayır. Sanki həyatım oradadır. Xüsusilə, boynum, saçımın örtdüyü hissə. İlahi, bütün varlığım oradan nəfəs alır, mən oradan yaşayıram özüm üçün. Bunu xeyli illər gizlin saxladım, ən nəhayət dözə bilmədim. Partnyoruma açdım… Mən neçə ayda bir dəfə orqazm halını keçirsəm kifayətdir… Bunun səbəbləri yox deyildir. Hər bir qadının hər bir kişiylə İntim oyunundan asılıdır. A.M.Svyadoşun məşhur laboratoriyasında belə qadınlar az qeydə alınmayıb. Belə ki, bir qadın sanki bu eksperimenti öz üzərində aparıb. O, başqa kişiylə cinsi yaxınlığa qədər bildirmişdir ki, onun erogen zonasına əl gəzdirsin, xoşallanır. Təklif qəbul olunmuşdur. İntim oyuna qədər erogen zona partnyoru tərəfindən oxşanmışdır. Və nəhayətdə partnyorun əli onun klitorunda toxtamışdır. Bir neçə dəqiqədən sonra qadının bədəni titrəmiş, uçunmuşdur. Kişi fərqinə varmamış, onda anlamışdır ki, partnyoru cinsi aktı həsrətlə gözləyir. Orqazm dərhal baş tutmuşdur. Bu fakt ona görə maraqlıdır ki, bioloji-fizioloji səbəblərdən orqazm alınmayan qadın partnyoruna (hətta ərinə) zəif cəhətini bildirməlidir.

Cinsi akt. Bu sözün sinonimi kimi koitus də işlənir. İnsanın yeganə qoşa fizioloji aktıdır. Davranışın etik və əxlaqi normalarının tarixən mürəkkəbləşməsi gücləndikcə intim şərait yaranmışdır. Cinsi akt əsasən hazırlıq mərhələsi tələb edir və coşqunluğun dinamikası orqazm fazası və əksinə, adi faza ilə ölçülür. Cinsi coşqunluq fazasından sonra cinsi stimul –qanın köçürülməsi güclənir və cinsi orqan böyüyür, buradan da ereksiya meydana gəlmişdir. Yalnız ereksiya alınanda kişi İntim oyuna özünü hazırlaya bilir. Və dünya onun üçün bir qəpiyə dəyər!

İntim oyunun gedişində yaranan ehtiras, həzz, xüsusilə orqazmdan doğan eyakulyasiya hər qadında müxtəlif tempdə və səviyyədə olur. Elə qadın var ki, onun üçün yaxınlığın heç bir əhəmiyyəti yoxdur, yəni fərqinə varmır. Digərində xoş təsir oyadır, yüksək həzz alır. Əgər yaxınlıq zamanı qadında yüksək coşqunluq (ehtiras) yaranır, amma son nəticə alınmırsa – deməli, cinsi akt sürətlə qurtarmışdır. Hətta onun bədən üzvlərində-erogen zonasında ağrılar əmələ gəlir; göz yaşı da müşahidə olunur.

Cinsi aktdan sonra bəzi qadın əzab çəkir, özünütəhqir sayır, onu həya hissi alır, fiziki və mənəvi cəhətdən özündə gücsüzlük hiss edir; bu o momentlərdə olur, kişi İntim oyundan sonra qadına qarşı laqeydləşir, arxasını çevirir. Qadın oxşamanı, əzizləməni umur kişidən və bu diqqətdən hədsiz zövq alır. Deməli kişi mavi, gömgöy Kosmosdan imtina etmirmi?!

Cinsi aktivliklə hər iki tərəf üçün nazlanmanın və gözəlliyin üstünlüyü çoxdur. Kişidə cinsi aktivlik, eləcə də qadında – əhəmiyyətli dərəcədə yaşla bağlı olub, fərdi xarakter daşıyır. A.Kinziyə görə, cinsi akt kişilərdə 30 yaşına qədər bir həftə ərzində orta hesabla 3,2 dəfə, 30 yaşından keçəndə 2,2 dəfə və 60 yaşında 0,8 dəfədir. 60 yaşlı kişilər arasında cinsi akta qabiliyyətsizlik 96 faizdir. Amma istisnalar yox deyil…

Qadında cinsi aktivlik kişiyə nisbətən güclüdür. 16-18 yaşlı ərə getmiş qadınlarda ilk vaxtlarda cinsi akt orta hesabla 2,8; 30 yaşında 0,5 dəfə baş tutub bir həftə ərzində. A. M.Svyadoşun hesablamasına görə, 20-40 yaşlarında ərli qadın bir həftədə cinsi akta 3-4; 50 yaşında 2; 60 yaşında 1 dəfə; 70 yaşında nadir halda qoşulur. Amma istisnalar yox deyil…

Qadının özünü cinsi akta hazırlaması da sükütla qarşılanmamalıdır. Bəzən, bəlkə də əsasən belə bir ənənə yaşayır ki, qadın elə məxluqdur kişidən fərqli olaraq o, həmişə İntim oyunun iştirakçısıdır. Mən və qeyriləri bu qənaətlə razılaşmırıq. Cinsi yaxınlıq təkcə ruhi tələbatla ölçülmür, hərçənd, son nəticəsiz də bu təlabat heçdir. Lakin cinsi akta qədər qadın əlaqədə olduğu kişi barədə ciddi götür-qoy etməlidir; bu baxımdan ki, İntim oyunda orqazm prosesi hansı səviyyədə baş tutur. Ola bilir qadın ərə getdiyinin ilk həyatında orqazmı aşılamır, hətta 32%-i ilk orqazmdan uzaqdır, anorqazm halı isə orqanizmin potensiallığını keyləşdirir. Ərə getmiş 20 yaşlılar arasında anorqazm 2 dəfə artıq olur, nəinki 30 yaşlılar arasında. Bir sıra qadınlarda müvəqqəti anorqazm cinsi hisslərini tərbiyə etməməklə bağlıdır. Lakin sağlam, bədəncə yaxşı inkişaf etmiş qadında anorqazm ikinci cinsi aktda aradan qalxır. Və bu halın-anorqazmın büruzə verməsində qadının temperamentinin fərdililiyi rol oynayır. Hədsiz ciddilik, yaxud utancaqlıq cinsi hissin inkişafını məhdudlaşdırır, xüsusilə ərli günlərin ilkinliyində. Belə bir soyuqluğu etiraf edən qadın təəssüf ki, az deyil. Və ərə gedənə qədər cinsi çılğınlıq hiss etməmişdir, hətta ərliyin birinci ilində özünü soyuq aparmışdır – cinsi yaxınlıq zamanı. Bir dəfə qadın cinsi aktda gözlənilmədən özündə orqazmı yaşamış və başlamışdır bunu özündə alışdırmağa.

Hallar olmuşdur, qadın əriylə aktda orqazmı yaşaya bilməmişdir. Qeyd edək ki, belə vəziyyətdə qəribə bir təsadüfi ya şüurlu, ya da şüursuz xidmətinin üstündən yan keçməyək.

… 31 yaşındayam. On ildir ərə getmişəm. Məndən 4 yaş böyükdür. Söhbət mənim 3 il ərli vaxtımdan gedir… Ərim cinsi aktı normal keçirir, bundan şikayətim yoxdur. Məsələ ondadır ki, ərə gedənə qədər özümü cinsi yaxınlığa hazırlamamışam. Hətta erotik yuxugörmə ilə də qarşılaşmamışam… Ərli günlərimin təxminən 2 ilində cinsi soyuqluğumu duydum. Cinsi akta başlayarkən hiperemik hal baş verdi, cinsi orqanlarımda hətta koitus prosesindən razı qalmadım, ovqatımdan və cinsi coşqunluğumun soyuqluğundan. Cinsi akt təxminən 3 dəqiqə sürdü. Nə sirdi bu! Bir təsadüf, acıdır demək, ancaq elm xatirinə bir qadının müşahidəsi kimi gərəksiz olmaz. İş yerimdə təzə adama toxundum təsadüfən, bədənim gizildədi, özümdən asılı olmadan mənim təsəvvürümdə bu adamla cinsi yaxınlıq xülyası oyandı. Şübhəsiz, hisslərimi faş eləyə bilməzdim, buna heç bir haqqım çatmırdı. Dəhşət. Ərimlə yanaşı çarpayıya uzanmışam. Ani sinəmə əlini toxundurur… Və ərimlə cinsi akta girməli oldum və təsəvvür elədim ki, o adamlayam (ağırdır, nə eləyim, həqiqətdir), həzz alıram, orqazm baş tutur… Bundan sonra hər cinsi yaxınlaşmada 2 dəqiqəyə orqazm baş tutur… (elə olur bir gecədə 2 dəfə). Ərimi indi daha çox sevməli oldum. Mən nə dərəcədə haqlıyam?

Kişiyə cinsi münasibətində göründüyü kimi, psixoloji-hissi faktorun rolunu qiymətləndirməmək yaramaz. Bu amillər sırasında psixogen anorqazm da mövcuddur. Bu, seksual tormozlanmadan asılıdır və bir sıra səbəbələrlə sıx əlaqəlidir. Məsələn: qadın ərini ideal hesab etmir, ona qarşı hissi cəlbedici deyil, istəmədiyilə evlənmişdir, ailə münasibətlərində narazılıq vardır və s. Bu da çox vaxt cinsi aktın müvəqqəti məhdudlaşdırılması ilə, kişinin cinsi qabiliyyətinin aşağı düşməsiylə müşayiət olunur. Bəzən də əksinə. Kəbinə-evlənməyə qədər güclü məhəbbət hissi ümidsizliklə əvəzlənir ərinin cinsi qabiliyyəti onu qane eləmir və qadın cinsi həzz ala bilmir. Bu kədərli də olsa kişi və qadın arasındakı məhəbbət hisslərinə kölgə salır, soyuqluq yaradır, vay o xasiyyətə ki, ortada sərt ciddiyyət meydan oxusun! Güclü psixi həyəcan keçirmə həyatın intim tərəfinə istiqamət alırsa, cinsi soyuqluq kişi və qadın arasında at oynadır. Beləliklə, Dünyanı nurlandıran, İnsanı xeyirxahlaşdıran İntim oyun atın tərkində oğurlanır! Sonra isə o günlərə qayıdanda acı və həzin, kədər kənardan boylanır. Ötən gün isə bir daha qayıtmır.

Qadının cinsi akta qoşulması onun psixi əhvalından, psixoerotik hazırlığın dərəcəsindən, klitorik cinsi coşqunluqdan, cinsi orqanın həcmindən asılıdırmı? A.M.Vayadoşun laboratoriyasına müraciət edən bir qadın üzərində aparılan müşahidədən: Onun 40 yaşı var, orqazmın baş tutmaması ucbatından bir neçə kişiylə cinsi həyata qoşulmuşdur. Erotik fantaziyasız onda son illər güclü vaginal orqazm təzahür etmişdir. Son illər erotik fantaziyaya tələbat meydana gəlmişdir. Həmçinin, erogen zonasını əllə oxşamaq həvəsi də yaranmışdır.

Ərini sevmişdir, baxmayaraq onunla heç vaxt orqazm baş tutmamışdır. Onunla boşanandan sonra daha 3 kişiylə cinsi həyata qoşulmuşdur. Üç kişiylə cinsi aktdan ona görə razı qalmışdı ki, cinsi orqanları onu qane eləmişdi. Sonuncu ilə ereksiya halı 15 dəqiqə çəkir. Daha bir növbəti kişiylə yaxınlıq… Bunun cinsi orqanı əslində həcmiylə seçilmirsə… 5-6 dəfə friksiyaya girir, özü də cinsi akta ayrıca hazırlıq görmür, onda güclü vaginal orqazm yaranır.

Biz seksual söhbətimizin istiqamətini dərinləşdirməyə cəhd göstərmirik. Bu dərya dibi görünməz sahələr və onun dərinliyində nələrin üzdüyünün fərqinə varmaq çətindir. Hərçənd, biz kənarın, haradasa özümüzün yaddaş-xatirələrini çözələyirik, amma kənardan boylanmaqla hər şeyi görmək olmur. Axı, bəzən də (bəlkə də daha çox) elmə söykənmək lazım gəlir və bu dəfə də seksual nəzəriyyə ilə məşğul olanların qələmi önündə baş əyirəm. Ədəbiyyatları vərəqlədim, müəlliflərin qənaətlərini götür-qoy elədim. Və qadın psixologiyasının yuxarıda təsvir elədiyim dəryadan da dərin və mürəkkəb olduğuna kövrək nöqtə qoydum.

Münasibətlər xaosunda “seksual davranış” deyilən bir anlam vardır. Bu, hansı məqamlarda və necə özünü biruzə verir? Seksual davranış eyni zamanda ilkin yozumunda hansı tələbatları ödəyə biləcəyi məqamından çıxış etməklə əsaslı şəkildə dəyişir. Qəbul olunmuş “Eyni” intim yaxınlıq aşağıdakı (əlbəttə, şərtidir) məsələləri özündə cəmləşdirir:

1) Taqətdəndüşmə (relaksasiya) cinsi gərginliyin azalması vasitəsi ola bilir. Bəllidir ki, seksual məmnunluq, razıqalma halları mövcuddur: yəni qadın və kişi cinsi aktda bir-birindən razı qalır. Bu yönümdən cinsi gərginliyin azalması seksual məmnunluğun adi forması kimi çıxış edir və burada subyektin fizioloji tələbatı aparıcı faktordur.

2) Uşaqdoğma vasitəsi – burada prosesin özü bir o qədər vacib deyil, nəinki onun son nəticəsi. Əsaslandırmanın bu növü həqiqi şəkildə varisə ehtiyacı olan hökmdarın sülalə nigahında və ya uşaq qazanmaq üçün kişini şüurlu olaraq istifadə edən tənha qadının davranışında meydana çıxır. Adətən, belə prosesdə şəhvanilik, aşiqanəlik kənardan “boynunu bükmür”, amma nə edəsən ki, şəhvani mülahizələr cüzi rol oynayır; bir şərtlə, “törədənin”(baiskarın) sosial, yaxud anadangəlmə keyfiyyətləri zəruridir.

3) Qüvvələrin toplanması, bərpası –rekreasiyası – məqsəd kimi meydana çıxan hissi məmnunluq vasitəsi. Rekreativ əsaslandırma seksin əyləncəli cəhətlərini tez gözə soxur; bu vaxt erotik – (seksual hiss) texnikanın yeniliyinə və müxtəlifliyinə xüsusi fikir verilir. Burada psixoloji yaxınlıq, təmas vacib sayılmır (amma sayıla da bilər), tərəf müqabilin seksual məmnunluğu, həzzi “oyun qaydalarına” yalnız şəxsi ləzzətartırma vasitəsi kimi daxil olur.

4) Dərketmə -cinsi marağın ödənilməsi vasitəsi kimi. Biz “dərketməni” fəlsəfi, linqvistik, pedaqoji, psixoloji və qeyri anlamda götürməməliyik. Düzdür, təbiətdə o şeyə qayıdırıq: o şeyi duyuruq, o şeyi qəbul edirik, anlayırıq, başa düşürük. Əgər kişi qadını, qadın kişini dərk edirsə – onlarda cinsi yaxınlığa impuls yaranır, hər iki tərəf bir-birini çəkir.

Bibliyada və qədim mənbələrdə “qadını dərk etmək” ifadəsi əbəs yerə cinsi əlaqəni şərtrləndirmir. Və “qadını dərk etmək” –demək qadınla əlaqədə olmaqdır.

Yaş prizmasından bu qədim ifadəyə yanaşsaq, qoyuluşunda fərqlər yox deyil. Məsələn: yeniyetmə üçün: – Ümumiyyətlə, bu necə ola bilər? – sualı səciyyəvidir, ənənəvidir.

Yaşlı üçün: – Bu adam seksual planda nə cür ola bilər? – sualı konkretdir. Buna baxmayaraq, hər iki sualın məzmununda bir ideya dayanır: Qadın və kişinin bir-birini anlaması.

5) Ünsiyyət vasitəsi. Qadın, yaxud kişi yaxınlığa qədər şəxsi-psixoloji kontaktda olmalıdır. Tənhalıqdan çıxma, intim uyuşma qadın və kişini vahid varlıqda birləşdirməlidir. Münasibətlərdə sadə tərəf deyil bu; intim yaxınlıq motivləri tabeli komponentlər kimi çıxış eləyir. Ünsiyyət seksuallığı yüksək fərdi seçiciliyə laqeyd qalmır.

6) Seksual özünütəsdiq vasitəsi. Fərdin, Qadının, Kişinin cəlb eləmək, xoşa gəlmək, seksual cəhətdən qane eləmək qabiliyyəti və sairəni yoxlamaq məqsədiylə sübutetmə tələbatı meydana çıxır. Yaşlıda bunun elə bir ciddi əhəmiyyəti yoxdur; və hipertrofiyası (böyümə) həyəcan və inamsızlıqlada bağlıdır.

7) Qeyri-seksual məqsədlərə nail olunması. Tutalım: maddi sərvət naminə ərə getmə, mikromühit naminə özünün sosial-psixoloji statusunu qaldırmaq vasitəsi. Bu qanunauyğunluğu (olmaya da bilir) dərk edən kişi gözəl, cazibədar qadınla cinsi həyata qoşulanda ətrafında müsbət emosiya yaranır, pərəstişkarların sayı çoxalır və beləliklə, qadının özünün nüfuzu artır.

8) Müəyyən mərasimi, adəti saxlamaq vasitəsi. Sadə və ümumi halda ərlə arvadın öpüşü əsasən şəhvət hissindən uzaqdır, çünki burda artıq sosial adaptasiya güclüdür, lakin mövcud münasibətlərin sabitliyinə zəmanət verir.

9) Fəaliyyətin başqa, çatışmayan formalarının, yaxud emosional məmnunluq üsullarının əvəzolunması vasitəsi. Yeniyetmələrdə anonizm, yaşlılarda şorgözlük (Donjuanlıq) çox vaxt emosional həyatın kasıblığına dəlalət eləyir. Müvazinəti saxlayan seksuallığın səciyyəvi cəhəti onun cəbri, kompulsiv (nəbzvurma) xarakteri və subyektin onun nəticələrindən narazılığı (təmin olunmaması) hissidir.

Müvazinəti saxlayan davranışın digər formalarının öyrənilməsində də başlıca odur ki, fərdin (qadın və ya kişinin) şüurlu, yaxud şüursuz surətdə əvəz eləməyə, daha aydın desək, emosional hərarətin, ehtirasın qıtlığını ödəməyə, təcavüz meyillərini aradan qaldırmağa çalışmasını başa düşəsən.

Seksual labirint niyə bu qədər maraq dairəsi almışdır? Həqiqətənmi, bu barədə yazmağa dəyməz? Səbəbləri çoxdur. Başlıcası odur ki, seksualizm gizli “sərvət” kimi saxlanılmış, geniş mətbuat orqanları nadir hallarda məsələyə müdaxilə etmişdir. Baxmayaraq İttifaqda A.M.Sayyadoş, İ.S.Koi, N.M.Xodakov kimi seksualizmlə məşğul olan mütəxəsislər vardır. Maraqlıdır ki, İttifaqda hər halda kitablar çapdan çıxmışdır; respublikamızda isə seks məsələlərinin tədqiqinə, cinsi tərbiyənin bioloji-tibbi və pedaqoji-psixoloji aspektlərinin öyrənilməsinə əhəmiyyət verilməmişdir. Halbuki respublikamızda bu sahədə məşğul olan gözəl mütəxəsislər yox deyildir.

Seks deyəndə Məhəbbət, Nikah və Tale anlayışları xatırlanır. Həyata atılmış yeniyetmə və gənclər sanki (əslində) instinktiv bu yola qədəm basırlar. Anadangəlmə orqanizmdə tələbat yaranır, amma heç bir söhbət eşitmir, heç bir məqalə, kitab oxumur, hətta yaşlılar tərəfindən “ayıbdır” qadağanı meydanda olur. Gənclik seksuallığı özlüyündə xüsusi şəkildə qadağan edilmir əslində onun devianit davranışla (inkişaf normasından kənaraçıxma) əlaqəsi zəifləyir, hətta tamamilə yox olur, itir bir növ. Cinsi həyata qədəmqoyma o deməkdir gənclərin yaşlılardan, xüsusilə valideynlərindən təcrid olmaları vəziyyəti meydana çıxır. Ona görə ki, bu proses kamilliyin universal əlamətlərindən biridir. Lakin cinsi başlanğıc heç də həmişə sosial nəticə vermir.

Aparılan tədqiqatlar, o cümlədən mütəxəssislərin şəhadətinə görə, 17 və 18 yaş arasında cinsi həyata başlayan gənclər orta hesabla bunu tez və ya gec başlayanlarla müqayisədə təhsildə daha yaxşı “oxuyurlar”. Cinsi həyata 16 yaşına qədər başlayan qızlar buna 17 və 19 yaş arasında qoşulanlardan pis “oxuyurlar”. Belə ki, cinsi həyat özünün kövrək və ürpədici səsini çıxaranda gənclərin təlimi mənimsəmə psixologiyası dəyişir. Orta məktəbi “əla” qiymətlərlə bitirən məzunlar cinsi həyata orta hesabla 17,6 yaşında başlayırlar. “Yaxşı” oxuyanlar isə 17,3 yaşında, “kafi” ilə kifayətlənənlər 16,9 yaşında qoşulurlar.

Seksual tərəf–müqabillərin tez-tez dəyişməsi də az rol oynamır. Belələri (qızlar) əsasən seksual münasibətləri sabit olanlara nisbətən bir az pis oxuyurlar. Bundan o nəticə çıxır ki, gənc oğlan üçün cinsi həyata həddindən artıq tez başlama və hər iki cins üçün ekstensiv və ötəri seksual əlaqələr sosial baxımdan əlverişsiz amildir. Yaşlı gənclərə, cavan yaşlılara cinsi həyat müsbət təsir göstərir. Həm sağlamlığa, həm də sosial fəallığa.

Seksual təbliğatdan, maarifçilikdən qaçmamalıyıq. Bunun sistemi yaradılmalıdır və seks tərbiyəsini boş, axmaq bir şey düşünənlər səhv edirlər. Təkcə kəbin qeydiyyatı hüququna malik olmaq azdır. Seksuallığın bir forması da petinq–cinsi aktsız oxşamadır. Belə halla qarşılaşan qadınlar kişilərə nisbətən cinsi akta 2 il tez başlayırlar. Şübhəsiz, belə vəziyyət “qadın təbiətiylə” bağlı olmaya bilməz. Elə qadın var, seksual harmoniyanı saxlamaq naminə, zahirən gözəgəlimliyini qorumağa çalışır, kosmetikadan dördəlli yapışır. Burada kişi zövqü başlıca rol oynayır. Kişi cinsi aktı qadının görkəmində, zahiri cəlbediciliyində görür. Qadın var nisbətən gözəgəlimliyini itirsə də, cinsi aktı fəal keçirir və seksual stimula cavab verir. Əksinə, zahirən xoşagəlimli qadın olur-cinsi aktı son dərəcə sönük keçirir və beləliklə, kişinin nəzərində birtərəfli təsirlə qalır.

… Seksuallıq insanları bir-birinə bağlayan və onların birgə çoxcəhətli həyatını ipə-sapa yatızdıran, bioloji-sosial mənada formalaşdıran həyatverici qüvvə kimi şahlığını hələ qoruyur və qoruyacaq da! Bioloji mənada götürsək əlaqəni insanın öz fərdiyyətindən kənaraçıxma və ətraf mühitlə birləşmək meylinin həyata keçməsi kimi qiymətləndirməliyik və bu, mütəxəssislər tərəfindən sübuta yetirilmişdir. Başqası ilə əsl əlaqənin – bağlılığın yaradılmasında meydana çıxan çətinliklər seksual pozğunluq və seksual zəminində adamlararası münaqişə səbəbinə də çevrilə bilir. Kişi və qadının seksual əlaqəsi öz növbəsində cəmiyyətdə onların bir şəxsiyyət bütövlüyünü, fəaliyyətin məzmununu dəyişərək hər iki tərəfə təsirsiz qalmır.

Beləliklə, seksuallıq, seksual harmoniya ilk növbədə tərəf-müqabillər arasında müəyyən münasibətlərin və əlaqələrin yaradılması, kişi və qadının vəhdətdə olmasını şərtləndirən – amil kimi çıxış edir. Lakin seksuallığın bu cür yolu bir çox vəziyyətlərdə ən sonuncuda axıra qədər çatdırılmır; qadın və kişi arasındakı seksual tarazlıq pozulur, nəticədə ailə dağılır. Kişi və ya qadın ayrılıqda “özüm üçün yaşayıram” prinsipinə sığınırlar. Seksual təmasda kişi və qadın arasındakı ikimənalılıq, hisslərin ikitərəfliliyi və s. komponentlər vardır. Belə prosesdə seksuallıq həzzalma mənbəyindən daha çox eşqbazlıq, aşiqanəlik münasibətlərinin reallığı vasitəsinə çevrilir. Amma burada mühüm şərti – qadına (kişiyə) zahiri meyillilik, bağlılıq yox deyildir. Əgər hər iki tərəfin cinsi yaxınlığında bu, baş tutursa və müvəqqəti olmursa – seksual əlaqə keçici xarakter daşımır, sosial möhkəmliyə dəlalət eləyir.

Seksual ekstaz (cuşagəlmə, vəcdəgəlmə) qadın və kişi arasındakı erotik (şəhvət) əlaqənin ən son həddidir və “özündənkənar” mövcudatın dərki, kainatın harmonik qavranılması hissiylə nəticələnir. Bədii dildə bunun ifadəsi əbədiliklə təmasda olmaq kimi müəyyənləşdirilir.

Seksual proses. Dahi Z.Freydin kəşfi, bu kəşfin ətrafındakılar və ondan sonra yarananlar həqiqəti inkar etsələr də, dünyanın əzəli bir nöqtəsində öz işıqlarını yandırdılar, amma kölgələrdən də qaça bilmədilər. Yenə də Dünyanın adət elədiyi fenomen: İşıqların, kölgələrin mübarizəsi. Bircə o qalır – qadın da, kişi də özünü bu ilğım və sərt mübarizəyə hazır eləsinlər.


Страницы книги >> Предыдущая | 1 2 3 4 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации