Электронная библиотека » Cəlil Məmmədquluzadə » » онлайн чтение - страница 2

Текст книги "Hekayələr"


  • Текст добавлен: 6 декабря 2022, 08:00


Автор книги: Cəlil Məmmədquluzadə


Жанр: Современная русская литература, Современная проза


Возрастные ограничения: +12

сообщить о неприемлемом содержимом

Текущая страница: 2 (всего у книги 13 страниц) [доступный отрывок для чтения: 4 страниц]

Шрифт:
- 100% +

Saqqallı uşaq

Bu hekayəni nağıl eləməmişdən qabaq bunu istəyirəm deyəm ki, bir para uşaqlarda belə bir pis xasiyyət olur ki, əllərinə karandaş düşən kimi başlayırlar evin divarlarını yazmağa. Hələ çoxusu kömürnən də, təbaşirnən də yazır. Hələ sən kömürü və təbaşiri deyirsən, mən elə pis uşaq görmüşəm ki, əlinə mismarı, ya bıçağı alıb divarları cızıb xarab eləyir. Nədənsə, divar yazan uşaqlarnan mənim aram yoxdu, ondan ötrü ki, həyə sən yaxşı uşaqsan və könlün məşq eləmək istəyir, götür kağız-qələmi, bir yerdə otur və nə qədər kefindir, yaz.

İndi keçək nağılımıza.

Mən elə bilirdim ki, bizim uşaqlar özgə uşaqlar kimi o qədər də divar yazan deyillər, çünki çox nəsihət eləmişdim və onlar da mənə söz vermişdilər ki, divarları yazmayacaqlar. Amma axır vaxtlarda gördüm ki, balkonun divarında, qapının dalında bir xəlvət yerdə bir belə şəkil çəkilib; deyəsən, bir heyvan başıdır, qulaqları da, deyəsən, var, bir-iki ayağı da var, altında beş dəfə əlif yazılıb və bundan savayı beş-altı yumru şey çəkilib. Bunların hamısı karandaş ilə yazılıb, elə naşı, kobud yazılıb ki, bunu uşaqdan savayı heç kəs yaza bilməz.

Xoşuma gəlmədi, çağırdım uşaqları:

– Ədə, genə divarları yazırsınız?

Üçü gəldi durdu yazının qabağında.

– Hansınız yazmısınız?

Üçü də dandı.

– Elədə pəs şeytan yazıb?

– Dədə, vallah, mən yazmamışam.

– Dədə, mən də yazmamışam.

Balaca Qurban da: “Mən yazmamışam” – deyə-deyə əllərini üzünə qoyub ağlamağa başladı.

Mən deyinə-deyinə bir əsgi tapıb yazını təmizlədim və deyinə-deyinə çəkildim getdim. Amma bunu eşidirdim ki, Heydər Teymura deyirdi: – Sən yazmısan, Teymur da Heydərə deyirdi: – Sən özün yazmısan.

Burada ağlayan oğlum Qurban qaça-qaça gəldi yanıma, guya ki bir böyük xəbər gətirib.

– Dədə, o yazını Heydər yazıb, vallah, dədə, Heydər yazıb.

Heydər də acıqlı-acıqlı gəldi durdu Qurbanın qabağında və əllərini ata-ata elə hirsnən cavab verdi ki, az qalırdı, əllərini soxa uşağın gözünə. Mən acıqlandım və üçü də sakit olub istədilər gedələr, mən onları saxladım və bunu dedim:

– Mən sizdən o qədər divarı yazmağınızdan ötrü incimirəm, nə qədər ki sizin danmağınıza inciyirəm, sizin qorxudan yalan danışmağınıza inciyirəm. Ona inciyirəm ki, söz yox, divarı yazan üçünüzdən birinizdi, amma üçünüz də and-aman eləyirsiniz ki, siz yazmamısnız. Pəs sizdən savayı bu evdə uşaq ki yoxdu.

Genə uşaqlarım başladılar and-amanı, bir-biri ilə deyişməyi.

Aradan beş-on gün keçmişdi. Haman divarda, qapının dalında, haman davalı cızma-qara pozulan yerdə gördüm, genə haman yazı: heyvan kimi bir şeyə oxşayır, altında bir neçə əlif yazılıb, yanında bir neçə yumru yazıya oxşar bir şey çəkilib.

Hirsləndim. Uşaqları çağırdım. Genə haman and və qəsəm, genə bir-birinin üstünə atmaq, genə göz yaşı.

Mən bu dəfə o qədər incidim ki, o günü bidamağ oldum və çörək yeyə bilmədim. Ürəyim ona sıxılırdı ki, üç uşağımın biri başlayıb naxələflik göstərməyə; həmi mənim tərbiyəmi pozub divarı xarab edir, həmi and-aman ilə mənə bu qədər bərk-bərk yalan satır və beləliklə, öz qorxaqlığını açıq-açığına bildirir.

Bu da keçdi və bir iki aydan sonra bu giley-güzar başladı yaddan çıxmağa.

Amma bir gün mən gecə bərk dilxor oldum. Balkondan keçirdim, gördüm, divarda genə haman cızma-qara, haman heyvana oxşar bir şey, altında bir neçə əlif, yanında bir neçə yumru-yumru yazılar.

Bu dəfə uşaqlara bir söz dəxi demədim, öz-özümə fikir elədim ki, əgər mənim uşaqlarımın biri inada düşüb məni qəsd ilə incitmək istəyir, qoy burada bir söz deməyim, bəlkə, öz-özünə düşünə ki, bu iş özü hər babətdən pis işdir.

Digər tərəfdən də məni məşğul edən tərbiyə məsələsi idi ki, aya, görək mən uşaqlarıma verdiyim tərbiyənin hansı bir tərəfi yanlış yola düşüb; aya, görək mən kimi bir qoca mürəbbinin səhvi harada olub və bundan sonra uşaqlarım barəsində bəslədiyim rəftarın hansı tərəfinə təğyir1414
  Təğyir – dəyişmə, dəyişiklik etmə


[Закрыть]
verməliyəm…

Böyük şəhərdə yaşamaq çox babətdən rahatçılıqdır. Xüsusən bazar-dükanda cəm olan dünyanın hər bir neməti – yeməli və içməli qəbilindən – hamısı həməvəqt1515
  Həməvəqt – hər vaxt, həmişə


[Закрыть]
şəhər əhli üçün mühəyyadır1616
  Mühəyya – hazır


[Закрыть]
. Və bazar-dükandan əlavə heç bir məta1717
  Məta – satılan mal, ticarət malı, alınıb-satılan şey; əmtəə, mal.


[Закрыть]
yoxdur ki, onu əllərdə gəzdirməsinlər və, sənin öz qapına gətirib satmasınlar; meyvə, pencər1818
  Pencər – müxtəlif yeməli yabanı otların (əməköməci, gicitkən, cincilim və s.) ümumi adı


[Закрыть]
yağ, pendir və qeyriləri.

Bizim də bir müştərimiz var ki, ayda bir, həftədə bir sağ əlində bir vedrə yağ, sol əlində bir səbət yumurta, çiynində tərəzi hıqqına-hıqqına pilləkənləri çıxar yuxarı və bizə salam verəndən sonra həmişə belə deyər:

– Qab gətirin.

Ev adamı və uşaqlar və gahdan bir mən özüm də həməvəqt çıxarıq bunun qabağına, salamını alarıq, kefini soruşarıq və sonra gətirdiyi əşyaya tamaşa edib qiymətini xəbər alarıq. Bu da həmişə belə cavab verər:

– A kişi, qiymətini bilirsiniz, qab gətirin.

Və bu növ sual-cavabın nəticəsində müştərimiz bizə bir neçə girvənkə yağ çəkib verər, bir qədər yumurta sayıb verər. Pulumuz olanda alar, olmayanda da nisyə qoyar gedər ki, bir də yolu düşəndə gəlsin.

Bu kişinin adı Kəblə Əzimdir və yaşı qırx-qırx beş, ucaboy, bir kasıb və fağır İran əhlidir.

Dünən Kəblə Əzim yenə yağ və yumurta gətirmişdi. Yağı çox təriflədi ki, Dərbənd yağıdır, çıxarı çox az olacaq, özü də kəhrəba kimi, yeyəndə ətrindən doymaq olmayacaq; yumurtaları da guya Qurnaşın kəndindən gətirib, oranın toyuqları çəmənlərin otundan və çiçəyindən başqa bir şey yemirlər.

Yağdan beş-altı manat, yumurtadan da genə bir qədər borcumuz qaldı. Çünki o günü xırda pulumuz olmadı (yəni böyük pulumuz da yox idi). Kəblə Əzim şey-şüyünü götürdü və çıxdı dalana ki getsin, mən də girdim otağa. Birdən yadıma düşdü ki, Kəblə Əzimə tapşıra idim, Ərdəbildən təzəliklə gələn olsa, mənə xəbər versin. Ərdəbil fazili Mirzə Ələkbər ağa barəsində əhval bilmək istəyirdim (çünki Kəblə Əzim özü ərdəbilli idi).

Tez çıxdım dalana və gördüm ki, kişi yağı və yumurtanı qoyub yerə, keçib qapının dalına və bir gödək karandaşın ucunu ağzına soxub fikrə gedib. Divarda heyvana oxşar bir cızma-qara çəkilib, altından bir neçə əlif, yanında bir neçə girdə şey. Mən çox təəccüb elədim və əhvalım da birdən nədənsə dəyişildi. Kəblə Əzim mətləbi duydu və mən soruşmamış dedi:

– Molla əmi, doğrusu, mənim dərsim-zadım yoxdu, bu, bir yaddaşdı, yazdım ki, hesablar dolaşmasın.

Mən qəh-qəh çəkib güldüm. Kişi də bir az gülümsündü. Mən bircə bunu soruşdum ki, divara yazdığının mənası nədir?

Mənası bu imiş: Kəblə Əzim istəyirmiş, bir inək çəkə və inəyin altında yazdığı beş cızığın mənası bu imiş ki, mən ona beş manat inək yağından borclu qaldım. Girdə yazılar yumurtadan qalan borcumun hesabı imiş. Mən genə güldüm və uşaqlarımı çağırdım və onlara belə dedim:

– Uşaqlarım, uşaqlarım, gəlin, bura gəlin.

Uşaqlar doluşdular və gözləri divara sataşan kimi çox-çox təəccüb elədilər və məndən soruşmağa başladılar:

– Dədə, bunu kim yazıb?

Dedim:

– Balalarım, bu yazını yazan da sizin kimi uşaq idi, ancaq bircə təfavütünüz oradadır ki, onun saqqalı var, sizin hələ saqqalınız yoxdur.

Uşaqlar gülüşdülər və məlum ki, bunların gülüşüb şad olmalarına böyük bir səbəb var idi ki, hər bir oxucuya aşikar olsun gərək.

BƏLKƏ DƏ, QAYTARDILAR

Yay fəslini iki dəfə mən Bakıda keçirmişəm. Məlum ki, istidən yayda evdə oturmaq olmur, hamı tökülür bulvara. Mən də qeyri yaranmışlar kimi hər gün bulvara çıxmışam, çünki dəryanın sərin yerindən savayı Bakının istisindən qeyri bir nicat yoxdur.

Və hər gün bir vaxt bulvara gələndə gözüm o üzdə-bu üzdə olub ki, dost-aşnaya rast gəlib onlarla vaxt keçirim. Çox axşamlar qadınların vücudu ilə nə gəzməyə macal və nə əylənməyə yer tapmaq olur. Onun üçün də mən bulvara gündüzlər gələrdim və asudəliklə gəzib-dolanıb, axşamlar daha mənzilimə istirahətə qayıdardım. Bir surətdə ki, daha bağ və bağçalarda gecələr qadınlarla ovqat zay eləməyə məndə daha, vallah, hövsələ qalmayıb.

Gündüzlər bulvarda rast gəldiklərim özüm kimi qələm sahiblərindən və teatr xadimlərindən olurdu.

* * *

Dörd-beş il bundan qabaq Bakıda yay fəsli bulvarda gəzən vaxt tez-tez bir belə hala rast gəlirdim: bulvarın dalda yerində, Naberejni küçəyə tərəf, ağacların dibində dörd nəfər müsəlman görərdim və mən bunların qabağından keçəndə çox vaxt bunların birinin əlində ruznamə1919
  Ruznamə – köhn. qəzet


[Закрыть]
görərdim və qalan üç nəfəri bunun ruznamə oxumağına qulaq asan görərdim. Amma mənə bir şey burada qəribə görünərdi. Nəzərimə belə gələrdi ki, bunlar suçlu2020
  Suçlu – təqsirkar


[Закрыть]
adam kimi tez-tez otərəf-butərəfə zənn edirlər, guya bir kəsdən ehtiyatları var və ya bir adam gözləyirlər.

Axırda iş açıldı, mən bunları tanıdım, tanış da oldum və hətta müsahib də oldum. Və bunları tanımağım və dost olmağım bu minvalla əmələ gəldi.

Bir gün, hətta tarixi də yadımdadır ki, min doqquz yüz iyirmi üçüncü ilin iyun ayının 12-də Türk Tənqid-təbliğ Teatrında xidmətdə olan məşhur Azərbaycan artisti Balaqədəşi bir işdən ötrü axtarırdım. Evə getdim – yoxdur. Çıxdım bulvara ki, bəlkə, orada görəm. Cəmiyyət az idi, çünki qulluq vaxtı idi. Dərya kənarı ilə birbaş dolandım və çöndüm indiki Tramvay küçəsinə tərəf və uzaqdan gördüm ki, haman dalda yerdə dörd nəfər həmişə gördüyüm adamlar oturublar. Mən istədim, qayıdam, bulvardan çıxam, çünki, doğrusu, bunlardan daha bədgüman olmuşdum. Allah rast saldı, Balaqədəş uzaqdan məni görüb, gəldi yanıma. Mən hər bir danışıqdan qabaq Balaqədəşə haman dörd nəfəri nişan verib soruşdum ki, bəlkə, o, onları tanıdı (Balaqədəş bakılıdır). Balaqədəş o tərəfə diqqətlə baxandan sonra başladı gülməyə və mənə dedi:

– Aha… Molla əmi, yaxşı oldu. Səni gərək aparam onların yanına.

Dedim:

– Getmərəm.

Balaqədəş dik baxdı üzümə və genə dedi:

– Sən öləsən, onlarda qiyamət var. Gərək səni onlarla tanış eləyəm.

Əvvəl mən dayandım və getmək istəmədim, amma artist rəfiqim başladı əlimdən çəkməyə. Bir az yavuqlaşdıq. Oturanların biri ayağa durdu və Balaqədəşi səslədi. Yetişdik, salam verdik, hamısı qalxdılar ayağa və bizə öz yerlərini təklif etdilər. Əyləşdik.

Balaqədəş mənim barəmdə onlara belə müərriflik etdi2121
  Müərriflik etmək – tanıtmaq, tanış etmək


[Закрыть]
:

– Bu mənim əziz və qədim dostum Molla Nəsrəddin əmidir ki, hətta bunun o məzəli jurnalını neçə dəfələrlə gülə-gülə oxumusunuz və oxuya-oxuya gülmüsünüz.

Hamısı diqqətlə üzümə baxırdılar və: "Bəli, bəli", – deyirdilər. Bundan sonra Balaqədəş üzünü mənə tərəf tutub onları da bu cür başladı mənə tanıtmağa:

– Molla dadaş, sən bu namərd dünyanın işinə bax ki, bu əyləşən dostlarım bir-iki il bundan qabaq hərəsi bir neçə milyona pul demirdi. Amma indi allahdan gizli deyil, səndən niyə gizli olsun ki, Şura hökuməti indi bu biçarələri papiros puluna möhtac eləyibdi. Ay namərd dünya!

Və burada Balaqədəş başladı bu "bədbəxtlərin" adını bir-bir sadalamağa. Bunun rəvayətindən məlum oldu ki, bunların biri bakılı Hacı Həsəndir ki, Oktyabr inqilabından qabaq onun Bakıda 14 karvansarası və 137 tikilisi vardı ki, indi hökumət hamısını əlindən alıb və bu qoca kişini indi yovmiyyə2222
  Yovmiyyə – hər gün üçün verilən xərc, haqq, maaş; gündəlik


[Закрыть]
ruzusuna həsrət qoyub.

Onun yanında oturan sabunçulu Umudbəyovdur ki, eşitmiş olarsan, çünki onu tanımayan yoxdur. Onun qabaqlarda ildə yarım milyon tək bircə neftdən mədaxili olardı. Bu tərəfdə əyləşən və ruznamə oxuyan cavan məşhur milyonçu və un taciri Tələfxanbəy oğludur ki, bunu da gərək eşitmiş olasan. Rusiyanın hər bir böyük şəhərində bunun atasının böyük-böyük dəyirmanları vardı və neçə paraxodu. Bax, hələ bu dəryada işlədiyini mən özüm görmüşəm. Bax, mənim bu yanımda oturan da mənim köhnə dostum və Gəncə mülkədarı Hacı Sultandır ki, Nikolay vaxtında nər-nər nərildəyirdi və Martınov qradonaçalnikə küçədə elə bir şallağ vurdu ki, səsi düz Peterburğa getdi çatdı. Genə o vədə Hacı Sultan ağaya bata bilmədilər. Gərək axı eşitmiş olasan.

Balaqədəş bu sözləri deyib qurtardı və sonra oturanlara tərəf əyilib yavaşca onların birinə belə dedi:

– Hacı Həsən ağa, heç bir zərrə qədər fikir eləməyin. Siz öləsiniz, saxlaya bilməyəcəklər, hamısını qaytaracaqlar.

Mən burada Balaqədəşdən soruşdum ki, o nəyi deyir "saxlaya bilməyəcəklər" və kim saxlaya bilməyəcək?

Artist rəfiqim mənə belə cavab verdi:

– Molla əmi, bax bu gün ayın neçəsidir?" Bəli, on ikisi deyilmi? Yadında saxla, bax söz burada qalsın (səsini bir qədər alçaltdı). Dostlarımın işini xarab görürəm. İngilislər bərk yapışıblar Çiçerinin2323
  Çiçerin Georgi Vasilyeviç (1872-1936) – sovet diplomatı


[Закрыть]
yaxasından və deyirlər: “Ya borcunu ver, ya çəkil kənara!”

Mən burada gördüm ki, təzə tanışlarım Balaqədəşin sözlərinə elə ürəkdən şadlanırlar ki, guya bunlara bir böyük müjdə xəbəri gətiriblər.

Mən bir söz demədim, səbəb bu ki, bu təzə tanış olduğum adamları indi birinci dəfədir ki, görürdüm.

Balaqədəş genə üzünü oturanlara tərəf tutdu və dedi:

– Tələfxanbəyzadə! Deyəsən, səndə təzə xəbər var! Mən görürəm ki, qəzetə çox diqqətlə baxırsan. Hər nə sözün var, de və Molla əmidən yana arxayın ol. Oxu, görək nə var, nə yox.

Tələfxanbəy oğlu ətrafa baxandan sonra yavaşca məndən soruşdu:

– Molla əmi, bugünkü xəbəri sən eşitmisən?

Dedim:

– Hansı xəbəri?

Dedi:

– Bəs ingilis hökumətinin Moskvaya verdiyi notasından xəbərin yoxdu?

Dedim:

– Xeyr, xəbərim yoxdu.

Tələfxanbəy oğlu genə ətrafına diqqət edəndən sonra cibindən bir əzik qəzet çıxartdı. Baxdım ki, bu həmin Bakıda çıxan "Raboçi"2424
  “Bakinski raboçi” qəzeti nəzərdə tutulur


[Закрыть]
qəzetidir.

Balaqədəş Tələfxanbəy oğluna tərəf yavuqlaşıb yavaşca dedi:

– Qorxma, adam-zad yoxdu. Oxu görək, nə xəbər var?

Tələfxanbəy oğlu başladı qəzetin bir yerindən oxumağa. Orada belə yazılmışdı: İngilis parlamanında Lord Kerzondan2525
  Corc Nataniye Kerzon (1859-1925) – ingilis ictimai-siyasi xadimi və diplomatı. Sovet hökumətinin Yaxın Şərq siyasətinə qarşı çıxmışdır.


[Закрыть]
əmələlər2626
  Əmələ – fəhlə, işçi


[Закрыть]
nümayəndəsi Matruş sual edir ki, aya, hal-hazırda ingilis və Şura münasibəti nə surətdədir? Və Lord Kerzon Matruşa belə cavab verib: "Bir surətdə ki, Şuralar hökuməti çar hökumətinin borcu barəsində müəyyən bir vəziyyətdə bulunmağa yavuqlaşmır, ingilis və Şura münasibətinin də aydınlaşmaq ümidvarlığı hələ çox uzaq görünür".

Əyləşənlərin bir-ikisi sevincək dedi:

– Gördün? A kişi, vallah, çox çəkməyəcək!

Balaqədəş neçə ki həmişə teatr səhnəsində camaatın qabağında mükalimədə olubdur, burada da oturanlara üzünü tutub, şairanə bir halətdə deyirdi:

– Bax, mən vaxt qoymuşam: payızın orta ayına kimidir. Ondan artıq çəkməz.

Hamı yavaşcadan bir səslə dedi:

– İnşallah, inşallah!…

Bir yarım saata qədər burada əyləşdik və axırı bu növ söhbətlərdən sonra bir-birimizə "inşallah" deyə-deyə ayrıldıq.

Bu minvalla həmin dörd əks-inqilabçılarla mən müsahib oldum. Çün bunlar bilirdilər ki, mənim əyalımın2727
  Əyal – köhn. ailə, külfət


[Закрыть]
4 min desyatin sulu yerini hökumət alıbdır, bu səbəbdən məni özlərinə həmdərd qərar verib, heç bir sirri və heç bir təzə xəbəri məndən gizləmirdilər. Və hərdənbir, bulvarda mənə rast gələndə məni çox iltifatla saxlardılar, öz yanlarında əyləşdirərdilər və söhbətə tutardılar.

Mən bunu deyə bilmərəm ki, bu dörd nəfər müsahibin məclisi məndən ötrü o qədər də şirin idi, amma onlarda olan qəribə-qəribə xəbərlərdən də keçə bilmirdim; məsələn: Polşa hökumətinin qoşunu Şuralar torpağını keçib, bir neçə şəhərini alıbdır. İngilis gəmiləri gəlib dayanıb Arxangelski şəhərinə. Antanta hökumətləri müttəfiqən Şuraları əhatə ediblər. Moskvanın özündə çox böyük və pünhan2828
  Pünhan – gizli


[Закрыть]
daxili qarışıqlıqlar var…

Bir gün genə dostlarım bulvarda məni görüb öz yanlarına dəvət elədilər:

– Hə, Molla əmi, bəlkə, səndə bir təzə xəbərdən zaddan ola?..

Mən dedim ki, qəzetlərdə yazılandan savayı bir şey bilmirəm.

Umudbəyov istədi ki, bir söz desin, amma otərəf-butərəfə baxıb dayandı. Üç-dörd uşqol uşağı oynaşa-oynaşa keçirdilər. Umudbəyov genə ətrafa baxandan sonra məndən soruşdu:

– Bəs Molla əmi, sən bu qəzetləri ki oxuyursan, bəs o yazılardan heç bir işarə çıxartmırsan?

Dedim:

– Bilmirəm, nəyi deyirsən?

Umudbəyov genə cibindən bir əzik qəzet çıxartdı. Haman "Raboçi" qəzeti idi və başladı bir yerindən oxumağa:

– "Azərneft müdiri Serebrovski gedir Amerikaya, oradan təzə ixtira olunmuş buruğ maşınları alıb gətirsin".

Mən dedim ki, bundan mən bir işarə anlamıram. Umudbəyov bir az gülə-gülə məni belə başa saldı:

– Molla əmi, Serebrovski Amerikaya buruğdan ötrü getmir, gedir Bakı neft mədənlərini satsın Amerika milyonçusu Rokfellerə.

Qalan üç nəfər müsahib də bunu təsdiq elədilər və məndən soruşdular:

– Ağlın nə kəsir?

Dedim:

– Ağlım bir şey kəsmir.

* * *

Bəxtlərindən şikayətçi dörd nəfər müsahiblərimlə axırıncı görüşməyimiz yadımdan çıxmır.

Bir gün gəzə-gəzə mən də bulvara və artist rəfiqim Balaqədəş də bulvara çıxdıq. Biz orta xiyabanda görüşüb birbaş gəzdik və istədik, əyləşək burada. Uzaqdan gördük ki, politikaşünas həriflər haman dalda yerdə genə əyləşib söhbətdədirlər. Balaqədəş qah-qahla gülə-gülə məni genə onlara tərəf çəkməyə başladı və mən həvəslə tabe oldum və getdik. Həmişəki kimi xoş-beş… Əyləşdik.

Bugünkü təzə xəbər də bu idi ki, əvvəla, Lord Kerzon Çiçerinə genə təzə bir ultimatum verib və ikinci xəbər də bu idi ki, ingilis hərbi gəmiləri Batumun qabağında üzməkdədir və güman aparmaq olar ki, Batumu bu gün-sabah topa tutalar və əhali də qaçar osmanlı torpağına.

Bir qədər də bu növ danışıqlardan sonra mən durdum ayağa, Balaqədəş də mənə baxdı və hər ikimiz qalanlarla xudahafiz elədik və burada Hacı Həsən ağa mənim əlimi sıxanda belə dedi:

– Eh, Allah kərimdir, bəlkə də, qaytardılar.

Bu bir neçə söz ki, mən onu biçarə Hacı Həsəndən eşitdim, mənim üçün bir yadigar qaldı və bizlə onların mabeynində2929
  Mabeyn – köhn. ara, aralıq; orta, ortalıq


[Закрыть]
bir tarix oldu. Və dörd nəfər müsahiblərimizdən ayrılıb, bulvarın orta xiyabanına çönəndən sonra artist rəfiqim Balaqədəş – necə ki, həmişə səhnədə oxuyub oynamağa adət edibdir – öz-özünə çıtmığı tutdu və bir neçə yad adamın gözünün qabağında oxuya-oxuya və çıtmıq çala-çala düşdü oynamağa və oynaya-oynaya belə oxuyurdu:

 
Bəlkə də, qaytardılar,
Bəlkə də, qaytardılar.
 

Hər ikimiz gülə-gülə bulvardan çıxdıq və Parapet bağında ayrıldıq.

Balaqədəş daldan məni çağırdı, mən buna çönüb baxanda zalım oğlu burada da bir dəfə dedi: "Bəlkə də, qaytardılar". Mən də gülə-gülə getdim mənzilimə.

Axır söz

Daha mənim ümidim kəsilir və mənim kimilər də çoxları daha məyus olub, hərə yavaş-yavaş özünə iş axtarmağa başlayır. Yoxsa, bir vaxt vardı ki, mən də və mənim dörd nəfər həmsöhbətlərim də hər gün və hər saat müntəzir idik və qulağımız səsdə idi ki, bax bu gün-sabah iş bir təhər olacaq ki, mənim əyalımın da 4000 desyatin sulu torpağını özümə qaytaracaqlar və mənim bu dörd nəfər bulvar müsahiblərimin də milyonlara dəyən əmlakını və neft mədənlərini özlərinə qaytaracaqlar.

Gözlədik, gözlədik … axırı bir şey olmadı.

Hər gün görüşüb, danışırdıq, qəzetləri qurtdalayardıq ki, bəlkə, bir işarə tapaq. Avropadan və Türkiyədən gələnlərdən xəbər tutardıq ki, bəlkə, bir tərəfdən gələlər və işləri qaydaya qoyalar. Yoxsa, vallah, insaf və mürüvvətdən kənardır ki, Ağa bəyin, ya Cahangir xanın on min desyatinindən özünə barı min desyatin də verməyələr, ya Musa Nağıyevin3030
  Musa Nağıyev – məşhur Bakı milyonçusu


[Закрыть]
iki yüz otuz yeddi əla tikilisini əlindən alasan və onun varisinə barı 5-10 ev qaytarıb verməyəsən ki, zəhmətə adətkərdə olmamış o biçarə zəhmət çəkməyə məcbur olmasın və camaat içində xəcalət çəkməsin.

Və müxtəsər, həmin müsahiblərimlə tez-tez görüşüb danışardıq, dərdləşərdik, bir-birimizə ürək-dirək verərdik və həmişə ayrılanda da ümidvarlıqla ayrılardıq ki, inşallah, muradımıza çatarıq və inşallah, şayəd iş elə gətirdi ki, bəlkə, mülk və maaşımızı qaytardılar özümüzə.

"Bəlkə də, qaytardılar". – Bu idi gecə-gündüz bizim dilimizdə əzbər olan sözlər.

İndi də ki, Şura hökuməti öz yerində durub və indi daha mən və mənim sabiqdə dövlətmənd3131
  Dövlətmənd – dövlətli


[Закрыть]
dörd nəfər müsahiblərim dəxi hər yandan ümidimizi kəsdik və indi də 4 min desyatin sulu torpağın qədim sahiblərinə qaytarılmağını, 117 tikilinin öz sahibinə qaytarılmağını və 14 paraxodun və neft mədənlərinin köhnə sahiblərinə qaytarılmağını Vahid3232
  Əliağa Vahid (1895-1965) – Azərbaycan şairi, qəzəl ustadı


[Закрыть]
kimi şairlər nəzmə çəkiblər, musiqi bəstəkarları da haman şeirləri notaya düzüb musiqiyə salıblar və hər ziyafət məclisində və hər bir toyda və qonaqlıqda sazəndə və nəvazəndələr3333
  Nəvazəndə – köhn. çalğıçı, çalan


[Закрыть]
çalırlar və xanəndələr də oxuyurlar:

 
Bəlkə də, qaytardılar,
Bəlkə də, qaytardılar.
 

Cavanlar da çırtıq çırtırlar.

Qurbanəlİ bəy

 
Qoqol, Allah sənə rəhmət eləsin!
 

Xəbər çıxdı ki, bu gün naçalnik gəlir kəndə və sonra məlum oldu ki, pristavın arvadının ad qoyulan günüdür.

Kənddə şuriş düşdü. Kənd əhlindən bu gün çöl işinə gedən olmadı. Camaatın yarısı çıxmışdı kəndin kənarına və təpələrə dırmaşıb boyluyurdular ki, görsünlər gəlirmi naçalnik. Camaatın yarısı pristavın mənzilini əhatə edib durmuşdular. Qıraq kəndlərdən də camaat baxəbər olub yavaş-yavaş gəlirdilər.

Pristavın həyətinə adam əlindən girmək mümkün deyildi və katta, yasovul və qlava mirzələrindən savayı həyətə girmək heç kəsə izin verilmirdi.

Pristavın həyətində it yiyəsini tanımırdı. Səsdən və qiylü-qaldan qulaq tutulurdu: bir yanda quzular mələyirdi, bir yanda qıçları bağlı cücə və toyuqlar bağırırdılar, bir yanda qlavaların atları kişnəyirdilər. Bir tərəfdən pristavın qulaqları uzun tulaları gah qlavanın üstünə atılıb “haff” eləyirdilər. Hərdənbir pristavın arvadı balkona çıxıb nazik səslə çığırırdı: “tişe”, yəni “yavaş”. Və sonra genə girirdi içəri.

Pristavın aşpazları, bellərində ağ önlük hərdənbir həyətə çıxıb qlavanın birinə deyirdi:

– Tez yarım girvənkə zəfəran tap.

Qlava: “baş üstə” – deyib, əvvəl bir başını salırdı aşağı, sonra mirzəsinə üzünü tutub buyururdu:

– Ada, Mirzə Həsən, durma tez şəhərə adam gön-dər, yarım girvənkə zəfəran gətirsin.

Bir az keçirdi, bir ayrı aşpaz əlində katlet bıçağı qlavanın birinə üzünü tutub buyururdu:

– Qlava, dörd-beş yüz yumurta lazımdır.

Qlava sevincək əlini uzadırdı həyətdəki səbətlərə və cavab verirdi:

– Nə danışırsan? Burada mindən artıq yumurta var.

Birdən qaçaqaç düşdü, dedilər: “Naçalnik gəlir”. Qlavalar çıxdılar qapıya, xanım çıxdı balkona, tulalar hücum çəkdilər adamların üstünə və bir qədər keçdi, guya qurbağanın gölünə daş atdılar, çünki bu gələn naçalnik deyilmiş, özgə mahalın pristavı imiş. Pristav atdan yenib, girdi həyətə və balkona çıxıb xanıma rusca bir neçə söz deyib özü də güldü və xanımı da güldürdü. Və sonra hər ikisi girdi içəri.

Genə katlet bıçaqlarının taqqıltısı, adamların tappıltısı, atların kişnəməsi, cücə-toyuqların və qlavaların bağırtısı və tulaların hafıltısı qarışdı bir-birinə. Bir ucdan təzə gələn qlava və kattalar atdan yenib, dolu xurcunları doldururdular həyətə. Bir ucdan kəndlilər dallarında qab-qazan, xalı və palaz daşıyırdılar. Bir ucdan kəndlilər həyətin dibində quzuları və toyuq-cücələri yan-yana yığıb öldürüb təmizləyirdilər.

Birdən qaçaqaç düşdü; dedilər: “Naçalnik gəlir”. Qlavalar qaçdılar qapıya, xanım və qonaq çıxdılar balkona, tulalar tullandılar həyətə və bir qədər keçdi genə qurbağanın gölünə daş atdılar, çünki bu gələn naçalnik deyilmiş, kazak böyüyü bir əfsər3434
  “ofiser” sözünün təhrif olunmuş şəkildə tələffüzüdür, mənası zabit deməkdir.


[Закрыть]
imiş. Bu da atdan yendi, qaça-qaça çıxdı balkona və xanımın əlini öpüb kefini soruşdu və sonra girdilər otağa.

Bir qədər keçdi, genə qaçaqaç düşdü, genə dedilər: “Naçalnik gəlir”. Amma bu da yalan oldu. Adamları ara-ladılar, bu qonaq da girdi həyətə. Bu da Qapazlı kəndinin bəyi və mülkədarı məşhur Qurbanəli bəy idi.

Bəy həyətə girən kimi baxdı bir sağa, bir sola. Tulaların biri qaçıb gəldi Qurbanəli bəyin qabağına və başladı bəyin ayaqlarını yalamağa. Bəy əyilib itin başını tumarladı və dedi:

– Malades, sobak, – və sonra qalxıb, xanımı balkonda görüb çığırdı:

– İzdrasti! – və börkünü götürüb sağ əli ilə qalxızdı yuxarı və qışqırdı:

– Urra! – Sonra qalxdı balkona və xanıma baş əydi.

Xanım əlini uzatdı Qurbanəliyə. Bəy xanımın əlini alıb rusca dedi:

– Nə qədər mənim canım sağdı, sənə mən nökərəm, ay xanım.

Xanım bir az güldü və dedi:

– Spasibo.

Bəy bir ah çəkəndən sonra hər ikisi girdi içəri.

Bir az keçdi, mahal həkimi gəldi, sud pristavı gəldi, iki uçitel gəldi, genə bir əfsər arvadı ilə gəldi, genə bir özgə həkim arvadı ilə gəldi.

Bir az keçdi, genə qaçaqaç düşdü, dedilər: ”Naçalnik gəlir”. Qlavaların biri at üstə çaparaq gəlib özünü saldı yerə və həyətə soxulub qaçdı xanımın qabağına və çığırdı:

– Naçalnik idyot.

Xanım bir girdi içəri, bir çıxdı balkona. Qonaqlar da çıxdılar həyətə və qaçdılar qapıya. Tappıltı, şaqqıltı və çığır-bağır, qoyma, dinmə, çəkil, gəl, get… axırda bir yoğun çinovnik girdi həyətə, yeridi xanıma tərəf, sol əli ilə börkünü çıxardıb, sağ əlini uzatdı xanıma və xanımın əlini öpüb qonaqlarla bir-bir əl verib qalxdı balkona və girdi otağa.

Naçalnikdən sonra genə bir neçə qonaq gəldi. Bunların da bir neçəsi arvadları ilə gəlmişdilər.

Qonaqlar yığışmışdılar zal otağına. Ortaya düzülmüşdü stollar və stolların üstünə düzülmüşdü növ-növ şirin çörəklər, suxarılar, paxlavalar, halvalar, konfetlər, lumu-portağallar, quru yemişlər. Stolun üstünə qoyulmuşdu yekə samovar və qulluqçular çay töküb qoyurdular qonaqların qabağına.

Naçalnik oturmuşdu yumşaq divanın üstündə, pristavın arvadı oturmuşdu onun yanında, qonaqlardan da bir neçəsi düzülmüşdü bunların yanına və naçalnik qabağındakı stəkanın qəndini qarışdıra-qarışdıra pristavın arvadı ilə söhbət edirdi.

Bu heyndə küçədən açıq akoşkalardan bir at kişnəməsi qalxdı. Bundan sonra bir ayrı at daha da ucadan başladı kişnəməyə. Qonaqların bir neçəsi akoşkadan baxdılar küçəyə. Atlar daha da ucadan başladılar kişnəməyə. Qurbanəli bəy akoşkadan başını çıxartdı küçəyə və çığırdı:

– Ədə Kəblə Qasım, heyvan oğlu heyvan, atı kənarda dolandır, yoxsa əlindən qurtarıb qaçar.

Bir az keçdi, atlar daha da şiddətlə başladılar çığırmağa. Qurbanəli bəy atlardan bərk başladı nökərinə çığırmağa və qonaqların hamısı qaçdılar akoşkaların qabağına.

Küçədə tövlənin qabağında bir strajnik bir ağ atın cilovundan yapışıb dolandırırdı. Bu at naçalnikin atı idi.

Qurbanəli bəyin nökəri bir kəhər atın cilovundan yapışıb bir az kənarda dolandırırdı. Bir-iki kəndli də bir az kənarda bir ayrı atların cilovlarından yapışıb dolandırırdı. Akoşkanın qabağında kəndlilər düzülüb pristavın akoşkalarına baxırdılar.

Hərdənbir naçalnikin atı kişnəyə-kişnəyə qabaq ayaqlarını döyür yerə və Qurbanəli bəyin atına baxıb hirsindən cilovu gəmirtləyirdi. Qurbanəli bəyin atı hərdənbir nərə təpib, qabaq ayaqlarını qaldırırdı havaya və az qalırdı ki, Kərbəlayı Qasımı da göyə qaldırsın. Kərbəlayı Qasım da bərk-bərk cilovdan yapışıb çığırırdı:

– Buna bax ha!

Naçalnik gördü ki, kəhər at Qurbanəli bəyin atıdır və üzünü Qurbanəli bəyə tutub soruşdu ki, atı neçə yaşındadır? Qurbanəli bəy papirosunu yandırıb naçalnikə dedi ki, atı bu il təzə dörd yaşa ayaq qoyur.

Genə naçalnik akoşkaya tərəf yeriyib başladı Qurbanəli bəyin atına tamaşa eləməyə, sonra çönüb dedi:

– Nə gözəl atdı!

Doğrudan, Qurbanəli bəyin atı gözəl at idi.

Qurbanəli bəy hər iki əlini sinəsinə qoyub naçalnikə cavab verdi:

– Peşkəşdi.

Naçalnik Qurbanəli bəyə dedi:

– Sağ ol, – və genə başladı ata tamaşa eləməyə və genə Qurbanəli bəyə üzünü tutub soruşdu:

– Qaçmağı necədi? İti yüyürürmü?

Qurbanəli bəy naçalnikə dedi:

– Ay naçalnik, əgər sənin mahalında bir belə yüyürən at tapılsa, mən bığlarımı qırxdırmasam, qurumsağam.

Yarım saatdan sonra qonaqları çağırdılar xörək otağına. Otağın ortasında uzun xörək stolu, üstünə düzülmüşdü hər cür xörəklər və içkilər.

Pristavın arvadı oturdu stolun baş tərəfində. Xanımın sağ tərəfinə naçalnik əyləşdi və qeyri qonaqlar da hərə bir yer tutub oturdular.

Naçalnik araq şüşəsini əlinə götürüb əvvəl öz fincanını, sonra pristavın arvadının, sonra xanımların və sonra qeyri qonaqların fincanlarını doldurub, durdu ayağa və rumkasını xanımın rumkasına vurub dedi:

– Mübarək olsun xanımın ad bayramı.

Naçalnikdən sonra xanımlar və ağalar yerlərindən qalxıb, həmin sözləri dedilər və sonra naçalnik və qeyriləri şüşələri başlarına çəkib boşaltdılar.

Pristavın arvadı fincanı götürdü əlinə, qonaqlardan razılıq elədi, amma Qurbanəli bəyə baxıb gördü ki, bəy arağını hələ çəkməyib. Xanım bəydən soruşdu ki:

– Niyə içmirsiniz?

Bəy gülə-gülə başını saldı aşağa və dinmədi. Naçalnik Qurbanəli bəyə baxıb qəh-qəh çəkib dedi ki:

– Yoxsa sən də fanatik müsəlmanlardansan, onun üçün içmirsən?

Qonaqlardan bir neçəsi güldü və bir neçəsi də dedi ki:

– Götür iç!..

Axırda Qurbanəli bəy rumkasını götürdü əlinə və dedi:

– A kişi, siz allah bu nədi? Buna bizdə üskük deyərlər ki, arvadlar barmaqlarına geyib tikiş tikərlər, yoxsa bizlərdə bunnan araq içməzlər.

Qonaqlar bu sözləri eşidib genə qəh-qəh çəkib güldülər və pristavın xanımı dedi:

– Da, da, doğrudur. Günah məndədir. Qurbanəli bəy rumkaynan araq içməz.

Bu sözləri deyəndən sonra xanım bir çay stəkanı aparıb qoydu bəyin qabağına və araqla doldurub verdi bəyə. Qurbanəli bəy stəkanı götürüb dedi:

– Bax, buna nə demişəm?!. Yoxsa üsküyü qoyublar mənim qabağıma ki, nə var, nə yox…

Qonaqlar genə gülüşdülər və Qurbanəli bəy arağı çəkdi başına, stəkanı qoydu yerə və çörəkdən bir tikə götürüb tutdu burnunun qabağına.

Ağalar və xanımlar məşğul oldular yeməyə, içməyə və eşikdə də toy və zurnanın səsi ucaldı. İki saatdan sonra qonaqlar qalxdılar ayağa, düzüldülər akoşkanın qabağına və başladılar tamaşa eləməyə.

***

Baharın ikinci ayı idi. Çiçəklərin və otların ətri qarışmışdı bir-birinə, çeşmələrin səsi qarışmışdı quşların səsinə. Hərdənbir zurnanın səsi ucalıb özgə səslərin hamısını batil eləyirdi. Zurna sakit olan kimi adamların səsi ucalırdı. Evin qabağında, çayın kənarında, çəmənin üstündə bir neçə fərş döşənmişdi. Bir tərəfdə üç yekə samovar qoyulmuşdu və yanlarında otuz-qırx stəkan-nəlbəki, nimçələr, qəndlər, mürəbbələr, şirin çörəklər, lumu-portağallar, konfetlər, qurabiyələr və qeyri çay ilə və çaysız yeməli şeylər, yağlar, xamalar, qaymaqlar, quru yemişlər düzülmüşdü. Ətrafdan qoyulmuşdu yastıq və balışlar. Bir tərəfdə qlavalar tatarı əllərində kəndliləri döyə-döyə bir yerə yığırdılar ki, əl-ələ verib yallı getsinlər.

Ağalar və xanımlar akoşkalarda görünən kimi kəndlilər “urra” deyib papaqlarını atdılar göyə və yapışdılar yallı getməyə. Pristavın xanımı qonaqlara təklif elədi ki, buyursunlar, çayın kənarında başladılar yallı getməyə.

Ağalar və xanımlar yendilər. Kəndlilər genə “urra” çəkib qarışdılar bir-birinə və sonra genə başladılar yallı getməyə.

Qurbanəli bəyin nökəri Kərbəlayı Qasım kənarda durub, əllərini qoymuşdu ciblərinə, baxırdı və Qurbanəli bəyi görcək ikiqat əyildi. Bəy papirosunu ağzına alıb Kərbəlayı Qasıma işarə elədi. Kərbəlayı Qasım qaçıb gəldi ağasının yanına və spiçkanı cibindən çıxarıb yandırdı və tutdu ağasının qabağına. Bəy papirosu yandırıb dedi:

– Axmaq oğlu axmaq, bə sən niyə yallı getmirsən?

Kərbəlayı Qasım başını əydi aşağı və dedi:

– Ay ağa, mən qocalmışam. Daha mənə yallı getmək yaraşmaz.

Bəy papirosunu göyə üfləyib yapışdı Kərbəlayı Qasımın çiynindən və çəkə-çəkə apardı yallı gedənlərin yanına və dedi:

– Yapış, heyvan balası heyvan! Yoxsa, vallah, döyə-döyə səni öldürərəm!

Kərbəlayı Qasım yapışdı kəndlilərin əlindən və istər– istəməz başladı onlarla bir yerdə dolanmağa. Qurbanəli bəy özü də dəstənin başından yapışıb başladı atılıb-düşməyə. Pristavın arvadı Qurbanəli bəyə çəpik çaldı. Naçalnik də qəh-qəh çəkib güldü və başladı çəpik çalmağa. Özgə qonaqlar da çəpiyi tutub başladılar gülməyə. Qurbanəli bəy özü ağzını göyə açıb qəh-qəh elədi və çığırdı:


Страницы книги >> Предыдущая | 1 2 3 4 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации