Электронная библиотека » Джеймс Роллинс » » онлайн чтение - страница 2

Текст книги "Dərinlik"


  • Текст добавлен: 16 ноября 2022, 07:41


Автор книги: Джеймс Роллинс


Жанр: Современная зарубежная литература, Современная проза


сообщить о неприемлемом содержимом

Текущая страница: 2 (всего у книги 27 страниц) [доступный отрывок для чтения: 8 страниц]

Шрифт:
- 100% +

Alleut adaları, Alyaska


Gecə idi. Baş verən Cimmi Pamatuku okean sularına atılmışdı. O, ağacdan düzəldilmiş bütdən möhkəm yapıçaraq suyun üzərində durmağa çalışırdı.

Hələ suya düşməmişdən bir neçə saat əvvəl Cimi ağacdan düzəldilmiş bütü balta vasitəsilə bərkidilmiş

yerindən ayırıb suya atmışdı. İngilis turistləri isə Port-Roys istiqamətinə qaçırdılar, baxmayaraq ki, Cimmi onların ölümə

doğru getdiklərini xəbərdarlıq edirdi. Onlar düşdükləri təlaşdan heç nə eşitmirdilər.

Tək qalan Cimmi özünü suya atıb, əvvəlcədən suya atdığı bütdən yapışır. Sıldırım qaya üzərində yalnız nanuk qalmışdır. O, qayanın üstündə ora– Bura var-gəl edərək nə

edəcəyini bilmirdi. Cimmi onu xilas etmək üçün heç nə edə

bilmirdi. Hələ bir özü sağ-salamat qala bilsəydi!

Çox böyük çətinlikə bütün üstünə oturdu və əlləri ilə

avar çəkməyə başladı. O irəlidə salamat qalmış adalara doğru istiqamətlənmişdir.

Birdən möcüzə baş verdi. Qəfildən Cimmi Nanukun hürməyini eşitdi. Bu doğrudan da Nanuk idi. O, arxaya baxdı və ona doğru üzən iti gördü.

Hə Nanuk, gəl oğlum! – deyə Cimmi qışqırdı. Cimminin soyuqdan göyərmiş dodaqlarında gülüş əmələ gəldi.

Lakin birdən o, itin üzən qəribə bir şey gördü. Aman Tanrım! Bu ki, balinadır!

25


Cimmini ürəyi sıxıldı. O, əlini itə doğru uzatsa da, artıq gec idi. Cimmi dostunun xilas olması üçün əcdadlarının Tanrısına dua etməyə başladı.

Birdən it suda yoxa çıxdı və okean suları qırmızı rəngə

boyandı. Bu görüntü Cimmiyə çox pis təsir etdi. O an balina da oradan uzaqlaşdı.

Bir azdan göyün üzündə qeyri-təbii qırmızı içıq göründü.

Cimmi üzünü göyə qaldırdı. Bu işıq xüsusi xilasetmə

katerindən atılan siqnal atəşi idi. Cimmi əlini havada yellədərək qışqırdı:

– Kömək edin!

Qayıqdan fit səsi eşidildi. Onu görmüşdülər. Sonra qayıq tərəfdən meqafondan çıxan bir səs gəldi:

Biz sizi görürük! Tərpənməyin, olduğunuz yerdə qalın!

Əlini aşağı yendirərərk, daha rahat oturdu və arxayınçılıqdan dərin nəfəs aldı. Lakin birdən o, yanında hansısa bir varlıq olduğunu hiss etdi. Düz yanında qara uzun üzgəc göründü. Cimmi astaca ayaqlarını sudan çıxartdı.

Sonra suyun üzərində daha bir neçə üzgəc göründü. Bir sıra balina öz qurbanı, yəni Cimminin ətrafında fırlanaraq üzürdülər. Cimmi başa düşdü ki, qayıq onu xilas edə bilməyəcək. Balinalardan biri ağac bütə toxunaraq, Cimmini su-ya saldı.

Cimmi yavaş-yavaş dərinliyə qərq olurdu. Kəskin soyuq ucbatından o heç bir şey hiss etmirdi. Gözlərini açanda kölgə

şəklində ətrafında nəhəng balinaları gördü. O, tərpənməməyə

çalışırdı, lakin ağciyərləri elə bil od içində yanırdı və yavaş-yavaş suyun üzünə qalxmağa başladı. Başını sudan çıxarıb dərindən nəfəs aldı.

Xilasetmə qayığı tam sürətlə ona doğru üzürdü. Yəqin ki, komanda üzvləri nə baş verdiyini görürdü.

26


Cimmi gözlərini yumdu. onlar çox uzaqda idilər. Bu an onu ayağı elə bil sıxıldı. O, ağrı hiss etmirdi, sadəcə güclü təzyiq vardı. Ağrını və iti dişləri hiss etmirdi, çünki tamamilə

donmuşdur. Qayıq yaxınlaşsa da artıq gec idi, qədim tanrılar Cimmini okeanın dərinliklərinə doğru aparırdılar.


***


Sakit Okean qurşağı vaxtı ilə 22:56, (yerli vaxtla 18:15)

“Boinq-747-200B”

Hündürlük – 30.000 fut, istiqamət – Quam adalarından.


Təyyarə göyərtəsinin 1 nömrəli konfras zalında olan Hessmayer, prezidentin dünyada baş verən fövqaladə vəziyyətə münasibətini izləyirdi. Uzun stol ətrafında yüksək vəzifəli dövlət məmurları və həmçinin baş məsləhətçilər də

toplaşmışdılar.

– Tom, qısaca, zəlzələnin miqyası barədə bizə məlumat ver!

Dövlət katibi yaralanmış əli sarıqlı halda prezidentin sağ tərəfində əyləşmişdi. Cefri hiss elədi ki, ağrıkəsicinin təsirindən Eliotun gözləri axır, lakin həmişəki kimi enerjili və

qıvraq görünür. O, salamat olan digər əli ilə bilgisayarı yandırdı və məlumatlar olan səhifəyə daxil oldu.

– Hələ bu barədə danışmaq bir az tezdir, amma demək olar ki, sakit Okean ətrafındakı bütün regionlara zərər dəyib.

Cə-nub hissədən, yeni Zenlandiyadan, Şimaldan, Alyaskadan, həmçinin Çin və Yaponiyadan, Mərkəzi və Cənubi Ame-27


rikanın qərb sahillərindən də məlumatlar gəlməkdə davam edirdi.

– Bəs ABŞ? Oradan bir xəbər varmı?

Tomun üzü qaraldı.

– Oradan gələn xəbərlər dəhşətlidir. San-Fransiskoda hələ

də yeraltı təkanlar baş verməkdə davam edir, Los-An-jeles od içindədir. – Dövlət katibi qarşıda olan kağızlardan bi-rinə

baxdı. Orada olan məlumatı oxumaq istəməsə də, bunu etməliydi. – Aleut adaları tamamilə yox olub.

Zalda həyəcanlı səslər eşidildi.

– Məgər bu mümkündürmü? – prezident soruşdu.

– Bu peyklərdən gələn məlumatlarda təsdiq olunur –

deyə Tom yavaşca cavab verdi. – Biz nəhayət Havay adalarından da məlumat almağa başlamışıq. – Dövlət katibi bir topa sənədin içərisindən daha bir kağız çıxartdı. – Birinci təkandan 40 dəqiqə sonra sunami adalara ziyan vurub, Honalulu indiyə qədər su altındadır, Vaukikidəki otellər isə

tamamilə dağılıb.

Dünyada baş verən fəlakətləri eşitdikcə, prezidentin rəngi qaçır, üz cizgiləri dəyişirdi. Prezident Bişop indiyə

qədər belə əzabkeş, qoca görünməmişdi.

– Nə qədər insan cəsədi, nə qədər itki! – prezidentin bu sözləri güclə eşidildi. Tomun son məlumatı Siete yaxınlığında baş verən vulkan və bu vulkanın nəticəsində ətraf ərazilərin lava altında qalması idi.

– Alov dairəsi, – deyə Cefri öz-özünə dedi.

– Nə dediniz, cənab Hessmayer? – prezident soruşdu.

Cefri bütün baxışların ona yönəldiyini gördü.

– Sakit Okean ətrafındakı regionlar, ta qədim zamanlardan “Alov dairəsi” adını daşıyır – deyə həyəcanlı halda dili dolaşa-dolaşa cavab verdi. – Bu, həmin zonanın 28


yüksək geoloji aktivliyi ilə əlaqədardır və aktivlik özünü zəlzələlərdə, vulkan püskürmələri və sunamilərdə göstərir.

Prezident təsdiq mənasında başını tərpədib, Toma müraciət etdi:

– Bütün bunların birdən-birə başvermə səbəbi nədir?

Geoloji partlayışın səbəbi nə oldu?

– Bunu biz hələ bu tezliklə ayırd edə bilməyəcəyik. Hələlik isə biz ölkəmizi bu xarabalıqdan təmizləməliyik. Vitse-prezidentin sərəncamı ilə birləşmiş qərargahın komitə

rəhbərləri və hökumət birgə iclas üçün toplanıblar. Fövqaladə

hallar üzrə agentlik tam şəkildə səfərbər olub və bizim tə-limatları gözləyir.

– Onda iş başına, – prezident danışmağa başladı, lakin sözünü bitirə bilmədi. Təyyarə qəfil silkələndi və məmurlar oturacaqlarından yıxıldı. Amma prezident yerində möhkəm oturmağı bacardı.

– Lənət şeytana, bu nədir? – deyə Eliot qışqırdı. Suala cavab olaraq ekipaj komandirinin səsi gəldi.

Narahatlığa görə üzr istəyirəm, qəfildən burulğana düşdük. Ola bilər ki, yaxın dəqiqələrdə uçuş o qədər də sakit keç-məsin. Zəhmət olmasa təhlükəsizlik kəmərlərini bağlayın.

Cefri komandirin səsində əsl həqiqəti gizlətmə cəhdi hiss etdi. Deyəsən bunu tək o deyil, prezident də hiss etmişdi. O, gözlərini qıyaraq, dövlət katibinə baxdı.

– İndi hər şeyi araşdıraram, – Eliot kəmərini açıb dedi.

Dayan – deyə prezident onu saxladı. Sən yaralısan. Qoy Cefri ilə cangüdənlərdən biri araşdırsın nə olduğunu.

– Əlbəttə, – deyə Cefri cəld kəməri açıb ayağa qalxdı.

Cangüdənlə birlikdə pilot kabinəsinə tərəf getdilər. Kabinəyə

tərəf gedərkən, Cefri ilüminatorda işıq partlayışı gördü.

29


– Bu nədir? – heyrətlə dedi. Bu an təyyarə yana tərəf əyildi.

Cefrinin başı möhkəm zərbə ilə arakəsməyə dəydi və o yerə yıxıldı. Pilot kabinəsinin qapısı arxasından ağılasığmaz iniltilər eşidilirdi: kimsə əmr edir, kim isə qorxusundan çığırırdı. Cefri özünü durmağa məcbur etdi və ilüminatora tərəf yaxınlaşdı.

Aman Tanrım!


***


Sakit Okean qurşağı vaxtı ilə 23:18 (yerli vaxtla 18:15)

Komanda məntəqəsi BBC, hərbi-hava bazası Endryus,

Merilend ştatı.


Dispetçer növbəsinin serjantı Miç Klemens qırmızı telefonun dəstəyini götürüb, mühafizə xəttinin rəisi ilə əlaqə

istədi. Bu baza hər zaman yüksək hazırlıq vəziyyətində

olduğuna görə, onu o dəqiqə calaşdırdılar.

– Bəli? – deyə dəstəyin o tərəfində səs eşidildi.

– Ser, bizim problemimiz var.

– Nə problem?

Miç Klemensi qorxudan tər basmışdı. O, ekrana baxıb şərti olaraq “VC-25A” adlandırılan nöqtənin harada yer-ləşdiyinə baxırdı. Adətən bu nöqtə həmişə gur sarı işıqla yanırdı. Amma indi bu işıq qırmızı idi.

Növbəti dəfə dispetçer şöbəsinin serjantı danışanda artıq səsi əsirdi.

– Ser, biz bir nömrəli bortu itirdik.


30


1

Natilius


24 iyul 1535 dəqiqə. Ueyk adalarına 75 mil cənub qərbə doğru, Okeaniya


Cek Kirkland günəş tutulmasını izləməyi qaçırmışdır.

İndi onun üzdüyü yerdə günəş yox idi, yalnız zülmət var idi. Yeganə işıq mənbəyi kimi, tək yerli sualtı aparatın bu-run hissəsində iki güclü ksenon lampa quraşdırılmışdır. Onun yeni oyuncağı olan “Natilius 2000” dərinliyə enmə üzrə birinci sınağını keçirdi. Səkkiz futluq titan körpüsü olan bu kiçik sualtı qayıq nəhəng torpedanı xatırladırdı. Gəminin aşağı hissəsində gücləndirilmiş batareya və elektrik sürətləndirici bloku yerləşirdi.

Gəminin burun hissəsində yerləşən projektorları okean zülmətini yüz fut uzunluğunda işıqlandıra bilirdi. Cek düyməyə basaraq işığı bir tərəfdən, o biri tərəfə yönəldirdi. O, gözlərini qıyaraq, dərinliyi ölçən cihaza baxdı. Cihaz 1500 futluq dərinliyi göstərirdi. Çox güman ki, dənizin dibinə az qalmışdır. Bunu hətta, xüsusui dərinliyi göstərən düymənin artan civiltisi də təsdiq edirdi.

Cekin çiyinləri və başı şəffaf kalpakın içində olduğu üçün, ətrafda baş verənləri yaxşı görə bilirdi. Bir çoxları üçün bu gəminin kabinası geniş olsa da, 6 futdan artıq boyu olan Cek üçün bura darısqal idi. Bu darısqallıq ona idman avtomobili ilə idarəetməni xatırlatdı. Fərq yalnız onda idi ki, buradakı idarəetmə ayaqlarla baş verirdi.

Yerdəki iki pedal nəinki sürəti kontrol etmək üçün, hətta bu pedallar dörd gücləndiricinin hər birini bir at gücü qədər idarə edirdi. Bu, pilota hər 3 istiqamətdə müxtəlif manevrlər 31


etməyə imkan verirdi. Cek pedallardan birini yavaş-yavaş

buraxdı və gəmi astaca sola doğru əyildi. Nəhayət, çox zül-mətli qaranlıqdan okean dibi göründü.

Cek sürəti azaltdı və qayıq yavaş-yavaş əsl möcüzələr aləminə – qeyri-adi vahəyə daxil oldu.

Okeanın dərinliyində olan gözəl mənzərə Ceki valeh etmişdir. Cürbəcür balıqların o tərəf bu tərfə cəld hərəkətlərini izləyən Cek uşaqlığını xatırladı. Gənclik illərini Tennesi ştatının səhillərində keçirən Cek, elə o zamanlardan okeana vurulmuşdur. Onu okeanın sonsuz maviliyi və dəyişkən əhval-ruhiyyəsi cəlb etmişdir.

– Bu, inanılmazdır! – deyə Cek özü-özünə pıçıldadı.

Okean suları onu təəcübləndirməkdə davam edirdi.

Bu dediyinə cavab olaraq, qulağında olan qulaqcıqlardan bir səs canlandı:

– Cek, hər şey qaydasındadır?

O, öz içində deyindi: “hətta 1500 fut dərinlikdə belə tək qalmağa imkan vermirlər!”

– Hə, Liza, qaydasındadır, sadəcə sualtı mənzərədən zövq alıram.

– Qayıq necədir, sözünə baxır?

– Lap yaxşı, nöqsansız. Sən ötürücülərin məlumatını ala bilərsənmi? – deyə Cek xəbər almaq istədi və əli ilə qu-lağındakı qulaqcıqları yoxladı.

Doktor Liza Kamminqs sualtı gəmilərdə işlər zamanı insan orqanizminə fizioloji təsirin tədqiqi sahəsində ABŞ-da Milli Elmlər fondu tərəfindən qrant almışdı.

Hə, indi baxarıq. Nəfəs, hərarət, kabinadaxili təzyiq, kis-lorodun ötürülməsi… Bütün ötürücülər hər bir şeyin qaydasında olduğunu göstərir. Bəs sənin işlərin necədir? Seysmik aktivliyin hansısa əlamətləri varmı?

32


Yox, sakitlikdir.

Hələ “Natilius” suya enməmişdən 2 saat əvvəl geoloq Çarli Mollier Cekə seysmoloqların okean dərinliyindəki dağ

silsilələri ətrafında harmonik titrəyişin olacağı barədə məlumat vermişdi. Bu xoşagəlməz hadisənin baş verməməsi üçün, Cekə geriyə qayıtmağı tövsiyyə etmişdi.

– Gedək, bizimlə birgə Günəş tutulmasını izləyərsən. Bu çox maraqlı olacaq. Sualtı qayıqla isə sabah da üzə bilərsən.

Cek

razılaşmadı.

Günəş

tutulması

onu

maraq-

landırmırdı. Əgər təkanlar güclənsəydi, suyun üzünə qalxmağa vaxt tapa bilərdi. Uzunmüddətli suyaenmə zamanı qəribə seysmik siqnallar yox oldu və qulaqcıqdan gələn Çarlinin səsi daha aydın eşidilməyə başladı.

Cek çənəsinin yanındakı mikrofonu yoxlayıb dedi:

– Ey, yuxarıdakılar, siz hələ də narahat olmağa davam edirsiz?

Qısa fasilədən sonra mikrofondan həvəssiz bir cavab gəldi.

– Bəli.

– Çox sağ ol, Liza. Mən əlaqəni kəsirəm. Bir az da olsa özümlə baş-başa qalmaq istəyirəm.

Bu sözləri deyib, qulaqcıqları qulağından çıxartdı.

Kiçik də olsa, bu, onun üçün qələbə idi. Digər ötü-rücülər kabinədə baş verənlər haqda yuxarıya məlumat göndərəcək, amma onun özü haqda məlumat almaq imkansız olacaq. Sualtı qayıqda olduğu zaman, ən çox qiymətləndirdiyi, yuxarıdakı dünyadan təcrid olunmağı və rahatlıq hissi tapması idi.

Tənhalıq. Sakitlik. Rahatlıq. Okean dərinliklərinə qərq olan Cek hiss edirdi ki, keçmiş öz hökmünü itirir və daha onu izləyə bilməz.

33


Sualtı qayığın dinamiklərindən sualtı dünyanın qəribə

səsləri eşidilirdi: sanki xırıltılı səslərdən ibarət dəhşətli xor, ciyilti, uğultu. Bu sualtı dünya yer planetinin sakinlıri üçün yad, hətta öldürücü idi. Zülmət, dəhşətli təziq, toksik sular.

Lakin bütün bunlara baxmayaraq, həyat burada da özünəməxsus surətdə yol açmışdır. Buradakı həyat gücünü Günəş

işığından deyil, sualtı qeyzerlərin isti dəliklərdən çıxan zəhərli hidrogen-sulfiddən alırdı. Dəliklərdən çıxan bu tüstü siqaret çəkən adamı xatırladırdı.

Elə bu vaxt sualtı qayıq h


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации