Электронная библиотека » Hüseyn Cavid » » онлайн чтение - страница 2

Текст книги "Azər"


  • Текст добавлен: 13 января 2023, 17:52


Автор книги: Hüseyn Cavid


Жанр: Зарубежные стихи, Зарубежная литература


Возрастные ограничения: +16

сообщить о неприемлемом содержимом

Текущая страница: 2 (всего у книги 6 страниц) [доступный отрывок для чтения: 2 страниц]

Шрифт:
- 100% +

RƏSSAMIN QIZI

“H”
 
Çiçəkli bir bağçada qos-qoca bir yapının
Geniş salonlarında binlərcə erkək-qadın
Qapdırmışdı sənətə bütün xəyalı, hissi,
Hənuz görülməmişdi böylə “rəsim sərgisi”.
İncə-dilbər tablolar, parlaq-zəngin levhələr
Məraqla seyrə dalmış nəzərləri cəzb eylər.
Salonları keçdikcə parlar yeni mənzərə,
Hər levhə ərz edərdi keçmişdən bir xatirə.
Baş salonda gözləri _ulanma bir madonna;
Rafaelin əl işi!.. Heyrandı hər kəs ona.
Həftələrcə, aylarca bu _ulanmad əsərin
Qarşısında dalmışlar rəssamlar dərin-dərin.
Bir az sola sapınca söndü bütün levhələr,
Canlı bir levhə saçdı gönüllərə nəşələr.
Elza, bohemyalı bir adlı rəssamın qızı,
Mavi tülə bürünmüş o bir ilham yıldızı!..
Təsvirə yeltənirdi onu üç fırça birdən,
Qız xəbərsiz kibiydi hüsnündəki təsirdən.
Onun süzgün və məğrur ahu baqışlarında
Gülümsərdi möhtəşəm, həzin bir rəngi-sevda.
 
 
… Bir gün Azər aqşamlayın
Şəhər kənarına çıqdı.
Bağları süsləyən Ayın
Solğun nuru pək ılıqdı.
Böyük-küçük, qadın-erkək
Təbiətdən feyz umardı.
Hər gözdə bir sevgi, dilək,
Hər qəlbin bir eşi vardı.
Yalnız iki tip Azəri
Bir köşəyə cəlb etmişdi.
Biri Elza, eşsiz pəri,
Biri sevdalı bir gəncdi.
Elza yeşil balkonunda
Çiçəklərə gömülmüşdü,
Aqşam qəribliyi onda
Halə kibi örülmüşdü.
İncə rüzgar qızın ipək
Tellərilə əylənirkən,
Bir ney kibi inləyərək,
Gənc mülazim coşdu həmən:
 
ʻʻƏʼʼ
 
Çıq bulutlardan, ey əfsanəli qız!
Gəl avut ruhumu, ey şən yıldız!
Bana dünyada təsəlli yalınız,
               Gözəlim, həp sənsin.
Sən nə nazəndə mələksin, bilsən!?
Sənsiz avarə bir öksüzdüm bən.
Nəşəsiz ömrümə sevda sərpən
               Gözəlim, həp sənsin
Gəncliyim, iştə bütünduyğularım,
Sənin _ulanma gülümsər, yavrım!
Bənim ən sevgili, eşsiz Tanrım
               Gözəlim, həp sənsin.
 
“H”
 
Qız yaralı qəlbə qarşı
Mərhəmətsiz davranırdı.
Dinlədiyi yalvarışı
Çocuqca bir hal sanırdı.
Hətta bir az gülümsədi,
Sonra pəmbə rəngi soldu.
Qəlbində bir şey titrədi,
Gözlərinə matəm doldu.
Şaşqın kibi baqıb duran
Vurğun gənci bu hal sıqdı.
Bu sırada yan qapıdan
Vüqarlı bir qadın çıqdı.
“Oğlum!” dedi: “dərtli qəlbi
Sən bir daha dərdə saldın.
Qız çəkildi kölgə kibi,
Sən cavabsız, məyus qaldın”.
“Səbəb, səbəb!” deyə gəncin
Alev sardı gözlərini:
“O gülüş, o nifrət niçin?
Niçin atıb getdi bəni?”
 
Qadın
 
Üç gün oldu, izlər durursun onu;
Yazıq ki, bir yana çıqılmaz sonu,
Çünki o dilsizdir, eş deyil sana!
 
Zabit
 
Dilsiz olsa da bən vuruldum ona.
 
Qadın
 
Vurulsan da heyhat! O sevməz səni,
Hərb əhlinə qarşı az deyil kini.
 
Zabit
 
Səbəb! Ah, bu kinə səbəb nə? Söylə!
 
Qadın
 
Bu kin ona gəlmiş cihan hərbiylə.
O zaman ki, dünya bir məzbəh oldu,
Hüdud boyu əskər leşiylə doldu.
Tilki diplomatlar dönüb qaplana,
Boyadılar yer yüzünü al qana.
Hər tərəfdə ölüm dalğası vardı,
Göydən dolu kibi _ulanm yağardı.
Ah, o zaman kinli bir səs bağırdı:
“İsyan! İsyan! İsyan!” deyə hayqırdı.
O səs “hərbə qarşı hərb” istiyordu.
“Qılıclardan oraq yapın!” diyordu.
Elzanın babası, o coşqun rəssam
Bohemya xalqına verirdi ilham.
Hökumət ərkanı ona qızdılar,
O gün edamına fərman yazdılar.
O gün Elza səkiz yaşa dolmuşdu,
Doğuş bayramına hazır olmuşdu.
Babasının ölüm xəbəri gəldi,
Zəhərli oq kibi beynini dəldi.
“Eyvah!” deyə qızı bir dəhşət aldı,
O gündən bəridir ki, dilsiz qaldı.
Artıq duyulmadı o şaqraq səsi,
Fənnə sorduq, _ulanmadı çarəsi.
Ah, o gündən bəri Elza nerdə bir
Hərb adamı görsə ürküb diksinir.
Düşmandır gözünə hərbi qiyafət,
Qardaşı olsa da duymaz mərhəmət.
 
 
Qadın susdu… Gənci bir şölə yaqdı,
Vicdanında acı bir iz bıraqdı.
Azər duyub onu yaqan şöləyi,
“Əvət, dedi, hərbə qarşı hərb! Eyi.
Gərçi bu gün hər qan içən “sülh” arar66
  Bu misra ʻʻGərçi bu gün kapitalizm sülh ararʼʼ şəklində də oquna bilir.


[Закрыть]
,
Hər salondan doğar yeni bir şiar.
“Tərki-silah” nəğmələriylə ancaq
Məzlumlara qarşı qurulur tuzaq.
Kəşf olunur hər gün zəhərli qazlar,
Yarın bilinməz kim kimi boğazlar.
Hənuz dünkü qanlar qurumamışkən,
Yeni bir hərb için planlar çəkən
Vəhşi diplomatlar, quduz nazırlar
Azadlıq yerinə zəncir hazırlar.
O paslı zəncirlər qırılmadıqca
Dar gələcək insanlara bu dünya”.
 
 
… Zavallı gənc vida etdi qadına,
Döndü qışlasına başda fırtına.
Gözündə canlandı qanlı səhnələr,
Bütün gecə sandı cihanı məqbər.
Gülümsərkən ona səhər yıldızı,
Uyquya dalmışdı rəssamın qızı.
 

KÖMÜR MƏDƏNİNDƏ

(Almaniyada, Rur civarında yazılmışdır)
 
Yağmurlu bir sabah idi, hər yeri sis almışdı,
Güləryüzlü Günəş xəzan uyqusuna dalmışdı.
Azər qoşdu dumanlı dağların yanıq bağrına,
İsyan dolu ocaqlardan is yağardı hər yana.
Hər mağara ölüm tütən məzarlığa bənzərdi,
O məzarın qurbanları həp nasırlı əllərdi.
Kirdən, çamurdan bunalmış gözlərdə kin çaqardı,
Bir az ətmək çıqar deyə gülən yüzlər də vardı.
Hətta çoqu bu dirliyi bayram sanır, oynardı,
Şarqı söylər də bir yigit öz yurdunu anardı:
 
Ş arqı
 
Səfalıdır bizim dağlar, bizim ellər,
Qayğı bilməz bizim bağlar, bizim güllər,
Çağlayan bir yanda çağlar, orman gülər,
Bulutlar bir yanda ağlar, çoban dinlər,
Səfalıdır bizim dağlar, bizim ellər.
 
 
Bizim dağlar mayıs röyasına bənzər,
Yamaclarda sürü-sürü ceyran gəzər,
Ceyran baqışlı yosmalar həp can üzər.
İşvə, əda bilməz, bilmədən göz süzər,
Bizim dağlar mayıs röyasına bənzər.
 
 
Sevdalıdır bizim dağlar, bizim ellər,
Sevimlidir, şəndir bizim incəbellər.
Nerdə o hər gün duyduğum şirin dillər?
Hər gün öpüb oqşadığım ipək tellər?
Sevdalıdır bizim dağlar, bizim ellər.
 
 
Şu bəxtiyar gəncin tatlı sözləri
Düşündürüb durdu yorğun Azəri.
Gönlündə bir yığın dumanlı isyan,
Keçdi qorqunc, əyri, sapa yollardan,
– Yoqsullar məzarı şu kirli mədən
Seçilməz Dantenin cəhənnəmindən.
Azər aydınlıqda işdən qovulmuş
Bir ixtiyar gördü, bənizi solmuş…
Müdirə yalvarıb diyor: “Yoq yerim,
Ölsəm belə burda ölmək istərim”.
Şişman müdir aldırmıyordu əsla,
O halda bir vəkil girdi ortaya.
Dedilər ki: “İşçi nümayəndəsi!..”
İxtiyarı açdı onun gəlməsi.
O, pək “sol” tanınmış “sosyalist” ikən,
Müdirə haq verib getdi bilmədən.
Bu hal ixtiyarı qarsıb-qavurdu,
Şu xain arqaya söyüb-savurdu.
               Azər içindən titrədi,
                              “Hey!…” dedi:
“Hey zavallı, saqın, yorma kəndini!
Qüvvətdən düşüncə titrək əllərin,
Düşmanların deyil, hətta rəhbərin,
Arqaların belə satarlar səni.
Sən bir makinasın: qırıq və miskin…
Çəkməlisin yükləndiyin hər başı,
Bu baş olsa belə xırsız oynaşı -
Çarə nədir, kəndin öyüb bəyəndin.
Əvət, sən acından ölüm dilərkən,
O çapqınlar saraylarda əylənir,
Saçmalar söylənir, sazlar köklənir,
Fəqət həp əzilən, həp qəhr olan sən!..”
                       İxtiyar çıldırdı,
                       Müdir şaşırdı.
“Xayır, getməm, dedi acım, yoq yerim,
Ölsəm belə burda ölmək istərim”.
Kinli gözlərində atəş parladı,
O çökmüş iskelet həmən fırladı.
Bir parça daş kömür alıb da yerdən,
Sayğısız müdirə hücum edərkən,
“Mücrim” deyə kirli yalan satdılar,
Çılğın ixtiyarı həbsə atdılar.
 

MÜHACİRLƏR YUVASI

“Ə”
 
Azər yürürdü əldə ufaq yolçu çantası,
Birdən göründü qarşıda “Moskof lokantası”.
Yorğundu, acdı, girdi də azcıq “yemək”, dedi,
Dolğunca bir qadın ona “xoş gəldin” eylədi.
Parlardı çöhrəsində sönən köhnə ehtişam,
Xidmətçilər də eyni çamurdan: əsil madam.
Dün “şanlı xanədanlara” mənsub ikən, bu gün
Bir parça ətmək olsa səadətli bir dügün!..
Yoq hiç birində dünkü təhəkküm satan qürur,
Hər kəs əməklə kəndini təmin edib durur.
Yoqsul, bir az da kirli salon gərçi can sıqar,
Lakin nədənsə müştərilər çoq girib çıqar.
Bir qısmı bəlli, iştə mühacirdi pək səfil,
Avropa xalqı, yerli camaat də az deyil.
“İsa”ya bənzəyən sarı bir çöhrə Azərin
Dalmışdı qarşısında xəyalata pək dərin.
Azər məraq edib onu söylətmək istədi,
Dalğın mühacir ah çəkərək “Arqadaş! dedi
Tam səkiz yıldır iştə biz burada,
Qalmışız kimsəsiz, səfil, arada.
İnqilab atəşilə ürküşdük,
Dağılıb böylə dərbədər düşdük.
Nə bəla varsa Tanrıdan bulduq,
Nə “rəzalət” desən düçar olduq.
Ah, əvət, bən, zavallı sərsəm bən!..
Yeni darülfünun bitirmiş ikən,
Bəni qandırdı baq, şu abdallar,
Çoq şükür, şimdi həpsi at nallar”.
Kimdir onlar? Sorunca… Dalğın adam
Dedi: Baq, gördüyün şu nazlı madam,
Ki seçilməz semiz inəklərdən,
Bir qraf zevcəsiydi zəngin, şən.
Bu!.. Saraydan yetişmə bir afət,
Şimdi çökmüş zavallı bir əzəmət…
Şuracıqdan keçən somurtqan da
Bir prensesdi, namı hər yanda
Duyulurkən edərdilər səcdə,
Ona əlan ölüm də bir müjdə…
Şu qopuq, iştə əski bir ceneral!..
Pək uzun sərgüzəşti var, xəbər al.
Ona rəhmətli, gorbagor Nikola
Çoq nişan verdi, gərçi pək budala…
Miralaymış!.. Keçən soluq çöhrə,
Bu gün artıq o bir qırıq cəhrə…
 
(Səhnədəkiləri göstərir)
 
Şu həriflər də əski qarunlar,
Həpsinin şimdi başqa sənəti var.
Ac qarın verdi musiqi həvəsi,
İştə saz kökləyib durur həpsi.
Şu madamlar, əfəndilər o zaman
Kəsilib inqilaba həp düşman
Cibdə altın; qaçıb da qurtuldu,
Yeni bir zevq içində məst oldu.
Burda almanlar eyləmiş iflas,
Vardı hər evdə sanki bir qara yas.
Paralar həp kağız, kağızlar hiç…
Yoqsa altın, həyatdan vaz keç!
O zaman həp şu yadigarlar, əvət
Satıyorlardı başqa bir əzəmət;
Əldə pırlantalar və elmaslar
Həpsi şahanə bir əda taslar.
Qurulub hər salonda işrətlər,
Uzayıb getdi həp səfahətlər.
Hər kəsin çünki etiqadı qəvi:
İki-üç ayda inqilab alevi
Bitərək, həp gurultular sönəcək,
Bəxtiyarlar saraylara dönəcək.
Bir yığın ixtilalçı ac, çıplaq
Bəlli, beş gündə xurduxaş olacaq.
Çoq təəssüf ki, tatlı təxminlər
Bir yalan nəğmə oldu… kim dinlər!
Uzayıb durdu inqilab artıq,
Dünkü həşmətlər oldu beş paralıq.
Para bitdikcə bitdi bunlar da,
Qara iş buldular salonlarda.
Məhv olub getdi həp şərəf, namus,
Daha bilməm nələr!? Bu pək mənhus…
Canlanıb durdu müflis almanlar,
Qaldı ac gördüyün qudurğanlar…”
 
 
Rəqs etdi salon nəşəli bir çalğı səsindən,
Bir qız süzülüb çıqdı gövərçin qəfəsindən.
Rəqqasə!.. Qraf yavrusu, pək işvəli bir qız,
Moskofdan uçub Qərbə qavuşmuşdur o yıldız,
Heyrət!.. o nə halət, nə şətarət, nə qiyafət!
Dəhşət!.. o nə səfvət, nə təravət, nə lətafət…
Pək nazlı, şəfəq dalğalı, fəvvarəli bir nur,
Hər cilvəsi, hər halı edər gözləri məshur.
Rəqqasə deyil, xariqədir iştə o afət,
Hər qıvrılışından doğuyor başqa zərafət.
Məftun kibidir kəndinə, dünyaları saymaz,
Qoynunda böyütmüş onu bin ali heyi-naz.
Alqışladılar… güldü, çəkildi,
Alqışladılar… bir daha gəldi,
Məclis gəliyorkən həyəcanə,
Qız başladı bir başqa təranə.
 
Qızın təranəsi
“H”
 
Aydın bir gecəydi röyayə daldım,
Baqdım cənnətdəyim, heyrətdə qaldım,
Öpdü al qanatlı mələklər bəni.
 
 
Bilməm nə hal oldu, həmən bayıldım,
Bülbüllər ötərkən… səhər ayıldım,
Öpərdi xarəli ipəklər bəni.
 
 
Röya füsunilə o gün sərxoşdum,
Bir kələbək kibi gülzarə qoşdum,
Öpdü gözüyaşlı çiçəklər bəni.
 
 
Vurğun kibi gözü bəndə hər kəsin…
Uf, istəməm, xayır, xayır, öpməsin
Gözlərdə titrəşən bəbəklər bəni…
 
“Ə”
 
Bitirdi işvəli rəqqasə xoş təranəsini,
Öpüncə samiələr ruhu cəzb edən səsini,
Sönük gönüllərə sərpildi incə bir həycan,
Çəkildi, gəlmədi… alqış qopardı həp tufan.
 
 
Yenə “İsa”ya bənzəyən yüzdən
Bir təbəssüm bəlirdi… söylədi: “Ən
Çoq bəyəndim şu nazlı afəti bən,
Çünki hər kəs onun əsiri ikən
Enmək, alçalmaq istəməz əsla.
Ləkəsizdir çocuq qadar hala…
Yeni açmış şu qönçənin babası
Bir qraf… xasta, həm bozuq qafası.
Onu təmin için fəqət böylə
Rəqsə məcbur olur bin işvə ilə.
Baba dursun, şu gördüyün “həzərat!..”
O qızın sayəsində buldu həyat.
Şübhəsiz, rəğbət olmasaydı ona,
Kimsə gəlməzdi böylə bir salona”.
 
 
… Çəkilib getdi həp misafirlər,
Qaldı kin püskürən beş-altı nəfər.
Bunlar, işsiz qalan mühacirlər,
Etmək istərlər əski yurda səfər.
Bıraqırlarmı?.. Kim bilir, nə olur!?
Burda qalmaq da xeyli qorquludur.
Yaşamaq güc… çalışmaq istərsin,
İş bulunmaz, bulunsa… pək çirkin,
Pək ağır iş verirlər, ən kötüsü:
İşçilər bağlıyor səninlə küsü,
Kimi təhqir edib dodaq büzəcək,
Kimi binbir alayla göz süzəcək…
Sanki iş varmı, olsa şad oluruz,
Qara ətmək yeyib səfa buluruz.
Ah, bir az sönsə inqilab alevi!..
Hər kəsin kəndi yurdu, kəndi evi…
Orda insan acından ölsə belə
Yenə xoşdur… Fəqət şu eldən-elə
Qoşmanın sanki varmı mənası?
Adamın hər gün ağlıyor anası.
Ah, əvət ən böyük bəla, bilsən,
Para yoq, köçmək istəsən belə sən;
Hədər olmazmı çəkdiyin zəhmət?
Yaqalandınsa iştə son dəhşət!..
Deyəcəklər bu köhnə bir canavar,
Əski milyonçu… öl! Gəbər! Nə çıqar!?
 
 
Sardı ətrafı bir vərəmli sükut,
Baqışıb durdular bütün məbhut.
Şu sükut arqasınca iç odadan
İncə bir səs duyuldu, qopdu fəğan!..
Nazlı rəqqasə inliyordu… əvət,
Qraf etmişdi ansızın rehlət!
 

NİL YAVRUSU

 
Yığın-yığın aqışan avtolar, tramvaylar
Çiçəkli, süslü, təravətli bir cihana qoşar.
Bu ölkənin yazı şən bir mayıs qadar dilbər,
Səfalı mənzərələr ruha busələr sərpər.
Göz işlədikcə gülümsər yeşil xiyabanlar,
Yeşildi pəncərə, balkon… yeşildi meydanlar.
Çiçəklərin arasından yürürdü afətlər,
Uçardı qəhqəhələrdən qopan səadətlər.
Görülməmiş bu “çiçək sərgisi”ndə ən rəna
Gözəllər iştə gülümsərdi hər yeşil fidana.
Fəqət bir afəti izlər dururdu həp gözlər,
O gün həmən ona aiddi söylənən sözlər.
Adı Şəmsa, füsunlu bir xilqət,
Saçar ətrafa həp qürur, əzəmət…
O baqışlarda bir qıvılcım var,
Hanki bir qəlbə əks edərsə yaqar.
Şərqin əsmərcə bir bədiəsidir,
Yeni Mısrın öc izləyən səsidir.
Yedi yıldır ki, Nili tərk edərək,
Qərbə uçmuş o nazənin kələbək.
Başda hürriyyət aşqı, sevdası
Daşıyan bir ədib imiş babası.
Məhbəs olmuş gözündə həp yurdu;
“Haq”! dilərkən… bir ingiliz lordu
Sürgün etmiş ölümlü bir adaya.
Bu xəbərdən sönüb bitən Şəmsa
Köçərək əmcəsiylə bir yerdə,
Yaşıyor böylə qürbət ellərdə…
Isınıb şən mühitə getdikcə,
Hüsnü ətrafı sərxoş etdikcə
Onda həp parlar ehtişamü qürur,
Yüzü lakin nədənsə az gülüyor.
Düşünür… iştə, daima dalğın,
Çırpınan ruhu nəşəsiz, çılğın,
Daima kinli bir pəyam arıyor,
Anaraq Mısrı intiqam arıyor.
… Sönüyorkən Günəşin son işığı…
Sardı bir rəngü ziya ortalığı.
Keçdiyin yollara baqsan hər yer
Dürlü ahəngi-bədayelə gülər.
Soqulub şevq ilə erkək qadına,
Hər səfahət yapılır zevq adına.
Süslü kaşanələrin aləmi var,
Hər gönül bir yeni əyləncə arar.
Şu tuhaf mənzərələrdən Azər
Çoq da zevq almadı!… Yalnız dilbər,
Canlı bir levhəyə məftun olaraq,
Doğdu gönlündə bir atəşli məraq.
Baqdı Şəmsa keçiyor məsti-qürur,
Şimdi gündüzkünə hiç bənzəmiyor.
Pəmbə köksündəki tüldən duvağı,
Öpüyor bir krizantem dodağı.
Görsə hər kim onu Mısrın məşhur
Bir füsunkarını77
  Kleopatra


[Закрыть]
görmüş sanıyor.
O şətarətli, gülümsər yüzdə,
Al dodaqlarda, o qumral gözdə
Öylə bir incə təravət vardı
Ki, bütün gözləri əfsunlardı.
Baqaraq naz ilə həp sağ-soluna,
Girdi pək dalğalı, şən bir salona.
İki-üç xurmacığaz bir köşədən
İşvəkar afəti cəzb etdi həmən.
Sardı ətrafını bir qaç tələbə,
Həpsi bənzərdi yüzündən ərəbə,
Həpsinin umduğu bir tatlı xəyal:
Qurtuluş eşqi, geniş istiqlal.
… Keçdi azcıq… sırıtan bir məmur,
İngiliz lorduna bənzər, məğrur,
Əzəmət taslağı, bir tip gəldi,
Onu Şəmsa süzüyorkən, bildi.
Göstərib, baq! dedi yoldaşlarına,
Gəlsə hər təhlikə Mısrın başına,
Şu baqır çöhrəli insan yapıyor,
Vətənin ən qara cəlladı odur.
Görünür, “sərgi”yi seyr etmək için
Qərbə keçmişdir o qurnaz xain.
Dəyişib cümləsinin bət-bənizi,
Sardı hər çöhrəyi bir nifrət izi.
Biri qalqıb dedi: Artıq gedəlim.
Güldü Şəmsa, dedi: Yoq, rəqs edəlim,
Güləlim, əylənəlim bir saət…
Etdi hər kəs buna az-çoq heyrət.
Rəqsi əvvəldən o hiç sevməz ikən
Bu şətarət ona gəlmiş nerədən!?
Gözlərindən süzülən işvə, əda
Lordu cəzb etdi həmən bir anda.
Yanaşıb rəqsə edərkən dəvət,
Onu rədd etmədi Şəmsa… Fürsət!
Qoşdular rəqsə bərabər, məmnun…
Gənc ərəblər şaşırıb qaldı zəbun.
Həp yürəkdən qıza kin bəslədilər,
“İştə sapqın və şərəfsiz!” dedilər.
 
 
… Nəşə çılğınlığı lordun gözünü
Yapdı bir falçı daşı.
Mey qızıllatdı baqırdan yüzünü,
Sallanıb durdu başı.
Süzərək qız onu, qəlbindəki öc atəşini
Yeniyor qəhvə ilə,
Lorda tez-tez sunaraq badə bıraqmaz peşini
                            Yeni bir şivə ilə.
… Sallanıb durdu hərif əsnəyərək:
Yetişir söylədi gəl!
Süslü, şahanə odam var, gerçək,
                Gedəlim, baq, nə güzəl!..
Onu rədd etmədi Şəmsa, getdi
                 Bir misafir kibi şən.
İngiliz zevqini təbrik etdi
                Yolda hər qarşı gələn.
… Yarın erkən Günəşin tatlı, qızıl busələri
                 Azərin ruhuna gül sərpərkən,
Geyinib çıqdı bir az dinləyə bakir səhəri,
                Bir xəbər duydu həmən:
Qomşular bir yeni şey görmək için toplaşaraq,
                 Sardı hər çöhrəyi getdikcə məraq.
Görünüb qarşıda bir dəstə polis, ən arada
                Keçdi Şərq afəti əsmər Şəmsa.
“İştə, qatil şu gözəl qız!..” deyə erkək və qadın
                 Süzdülər həp onu şaşqın-şaşqın.
İki qurşunla bitirmiş gecə azğın lordu,
                Bəlki azcıq nəfəs alsın yurdu.
Bəlki azcıq nəfəs alsın əzilən insanlar,
                Aqmasın Nilə günahsız qanlar.
Dünkü yoldaşları nifrətlə atarkən salonu,
                Şimdi izlərdi onu.
Bir ilahəydi o, hürriyyəti təmsil edərək,
                Görmək istərdi dikənlikdə çiçək…
 
Berlin

TISBAĞANIN ZEVQİ

“H”
 
Avropanın yeşil bir yaylasında
Konsert için böyük hazırlıq vardı.
Seyrə gələn bütün erkək, qadında
Pək yeni bir şeyə məraq uçardı.
Orkestro çaldı, pərdə açıldı,
Məraqlı gözlərdən heyrət saçıldı.
Səhnə boşdu, yalnız ən orta yerdə
Yuvarlaqca, boz bir ləkə göründü.
Dəyişdi musiqi həp pərdə-pərdə,
Getdikcə incələn bir şerə döndü.
Bağanın qafası çıqıb qılıfdan,
O tatlı ahəngi dinlərdi heyran.
Zürafə boynuna bənzərdi boynu,
Məğrur, ədalı bir duruşu vardı.
Musiqidən sərxoş olurkən… onu
Kim seyr edərsə bir sevinc duyardı.
Birdən çalğı susdu, ahəng pozuldu,
İncə heyvancığaz görünməz oldu.
 
 
… Ağsaçlı bir professor, parisli bir lisancı
Azərin yanında gülümsüyordu.
O duymuşdu: Bu mühitə Azər bir az yabancı…
“Gördünmü? Levhə pək gözəl!” diyordu.
“Tısbağalar belə bizdə musiqidən zevq alır.
                Sizdə nasıl, bu sınaqlar varmıdır?”
Azər gülüb “Xayır!” dedi: “Bizdə deyil tısbağa,
                 İnsan belə görməz bu zevqi əsla!
Şərqin bir çoq ölkəsini bən gəzib də dolaşdım,
                Çoq ellərə yanaşdım.
Orda insan sürüləri yığın-yığın məhv olur,
                Ətməyini güc bulur.
Çoluq-çocuq ac-yalavac paçavraya bürünür,
                Çöplüklərdə sürünür.
Aşçıların atdıqları kəmikləri qırarlar,
                Bir az ilik ararlar.
 
 
O məhsullu Şərqin halı pək səfil…
Öylə yoqsul var ki, ot yeyib yaşar.
Fəqət burda yalnız insanlar deyil,
Tısbağalar belə eşqindən coşar.
Çoq düşündüm bunu dəmindən bəri,
Hər zevqi bir acı bəslər, düşünsən!
İştə Qərbin azğın səadətləri
Alır qida Şərqin fəlakətindən.”
 
Şərqə doğru
“Ə”
 
Qərbi sarmışdı dumanlar, sislər…
Acılar duydu içindən Azər.
Özləyib Şərqi, həmən çıqdı yola,
Bəlkə bir düşkünə yardımçı ola.
Bəlkə Şərqin o sıcaq qoynunda
Üşüyən gönlünü azcıq avuta.
Yoqdu yollarda tamaşaya məraq.
Tarlalar ölgün, ağaclar çıplaq…
Qəsvətindən uyuyan yolçulara
Ninni söylərdi uğultuyla bora.
Bir səhər Azər uyurkən, şaqraq
Bir səda sazla həmavaz olaraq,
Onu qaldırdı yataqdan erkən,
Bəlli… varmışdı o gün Şərqə tren.
 
Eşidilən türkü
“H”
 
Vəfalı yar ikən, bir düşman kibi
Qıydı bana heyran olduğum gözəl.
Saldı gözdən, yıllarca Sənan kibi
Qapısında çoban olduğum gözəl.
 
 
Dedim “Öldür bəni!” sallanıb keçdi,
Süzgün baqışları qəlbimi deşdi,
Bir kələbək kibi qanımı içdi
Dərdindən pərişan olduğum gözəl.
 
 
Ah, nə çıqılmaz yol imiş bu sevda,
Tən etdi hər görən, güldü hər gəda,
Xasta bir quş ikən bəni yuvamda
Dustaq etdi qurban olduğum gözəl.
 
ʻʻƏʼʼ
 
Türkü susmuşdu, gülümsərdi Günəş,
Hər gönül aldı Günəşdən atəş.
Ta uzaqdan çökən atəşkədələr,
Coşqun elmas dəniz inlər və gülər,
Düşünən Azərə eylərdi səlam,
Kəndisindən umaraq bir ilham.
 
 
Yeni varmışdı o, “Altın şəhir”ə,
Yanaşıb durdu bir ölgün çöhrə.
“Yardım et! söylədi azcıq para ver,
Yeyəcəksiz, geyəcəksiz bəklər
Yedi baş ailə qulbəmdə bəni,
Ölüdür həpsi, fəqət yoq kəfəni”.
 
 
Onu Azər süzüyorkən tanıdı,
Bir zaman hökmi-rəvan sultan idi.
Xeyli zəngindi şu miskin cahil,
Əski milyonçu ikən, şimdi səfil…
Öncə bənzərdi o bir torba ətə,
Şimdi bənzər diri bir iskeletə.
 
 
Əl açıb söylədi təkrar edərək:
“Görüyorsun ki, acım, eylə kömək”.
Dedi Azər: Bu dilənmək nə imiş,
Çalış, uğraş, bularaq sən də bir iş.
Yoq deyil işçiyə ətmək parası…
Hərifin döndü bu sözdən qafası,
Dedi: Hiç gəlməz əlimdən qara iş…
 
Azər
 
Ya!? Bu adət kötü… həm pək müdhiş!..
Səndə baş var ya!
 
O
(qafasına işarətlə)
 
Şaşırdınmı, bu nə?
 
Azər
 
Zahirindən nə çıqar, baq içinə,
Varmı elmin?
 
O
 
Xayır!..
 
Azər
 
Artıq yetişir,
Sana ölmək yaşamaqdan eyidir.
Çünki baş yoq, çalışan əllər yoq.
Ölüsün… Get, didinib söyləmə çoq.
 
O
 
Sus, yetər, sus! nə diyorsun bə, sənin
Allahın yoqmu? Bu həzyan nə için?
 
Azər
 
Allahın burda, əzizim, işi nə!?
O sürülmüş ki, vətən xaricinə…
 
O
 
Ya bu çanlar, bu əzanlar nə demək?
 
Azər
 
Yas tutar keçmişə həp inləyərək.
 
O
 
Sən də sapmış kibisin, bəsbəlli…
Sarsılıb getdimi dinin təməli!?
 
Azər
 
Gündə bir rəngə girirkən dünya,
Hanki şeydir ki, dəyişməz əcəba?
İnqilab!.. İştə dəyişdin belə sən,
Tilki oldun, qoca bir aslan ikən.
Sana bənzər bilirim binlərcə.
Güclü, sərsəm buğa həp oldu cücə.
 
O
 
Sən ki, bir əqrəb imişsin gerçək,
Bu zəhərlər, bu dikənlər nə demək!?
Sərvətim əldə bulunsaydı, saqın,
Bana gülməzdi bu gün hər sapqın.
 
Azər
 
Öyünüb durma, o sərvət əsla
Sana aid deyil, azğın, budala!
Ot satan, pambıq atan, halva qapan
Hər gələn bəhs ediyor milyondan.
Əcəba, sən onu nerdən aldın,
Şübhəsiz, başqalarından çaldın.
O sənin kəndi qazancınsa, niçin
Şimdi qur-qur ötər aclıqdan için?
Get qazan, şimdi də iş var, para var,
Çalışır şimdi də başlar, qollar.
Həp əməkdən çıqıyorkən ətmək,
Böylə arsızca dilənmək nə demək?
 
 
Bir də, yükləndiyiniz altınlar
Hanki bir xeyr işə olmuşdu mədar!?
Kiminiz oldu xurafata ənis,
Kiminiz yoqsula cəllad, iblis…
Sizi cəlb etdi sokak töhfələri,
Varınız süslədi aşüftələri.
Uyuturkən sizi qəflət və qürur
Qopdu tufan, əzilib hər məğrur,
Paralar getdi, cəhalət qaldı.
Eviniz ətməyə həsrət qaldı.
İştə, evladınız abdal, sərxoş,
Həpsi cahil, bəcəriksiz, başı boş.
Acırım bən sizə, lakin, eyi bil,
Mərhəmət çoq da gözəl töhfə deyil.
Bu səfalət batağından ancaq,
Sizi qurtarsa ölüm qurtaracaq.
 

Внимание! Это не конец книги.

Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!

Страницы книги >> Предыдущая | 1 2
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации