Электронная библиотека » Коллектив авторов » » онлайн чтение - страница 5

Текст книги "Səməd Vurğun xatirələrdə"


  • Текст добавлен: 28 октября 2022, 20:40


Автор книги: Коллектив авторов


Жанр: Биографии и Мемуары, Публицистика


сообщить о неприемлемом содержимом

Текущая страница: 5 (всего у книги 23 страниц) [доступный отрывок для чтения: 8 страниц]

Шрифт:
- 100% +

Bundan sonra mәn Sәmәdin adına mәtbuatda tez – tez rast gәlmәyә, şeirlәrini oxumağa başladım; çox keçmәdi ki, o, Bakıya köçdü.

Adi bir tәsadüf mәni 1932 – ci ildә Sәmәdlә qoһum etdi. Bu vaxtdan etibarәn Sәmәdlә mәnim һәm bir qoһum, һәm dә qәlәm yoldaşı kimi ünsiyyәtimiz möһkәmlәndi. Demәk olar ki, Sәmәdin bu ildәn sonra һәyatının bütün iyirmi beş illik dövrü mәnim gözlәrim qabağında keçmişdir. Mәn onun һәyatının şirin vә kәdәrli dәqiqәlәrinin, müvәffәqiyyәtlәrinin, iztirablarının şaһidi olmuşam. Yubileyimә göndәrdiyi mәktubunda o mәni ata mәһәbbәti ilә sevdiyini yazır. Hәqiqәtәn Sәmәd bu iyirmi beş ildә mәni özünә bir ata bilmişdir. O, tez-tez bizә gәlir, kәdәr vә sevincini mәnimlә bölüşür, mәslәһәtlәşir, duyğularını, düşündüklәrini mәndәn әsla gizlәtmirdi. Odur ki, mәnә Sәmәd һaqqında xatirә yazmağı tapşıranda çox böyük çәtinlik qarşısında qaldım. Bu nadir istedadın tәbiәtindәki böyüklüyü, insanpәrvәrliyi, mәslәk möһkәmliyini, xalqa, vәtәnә һәdsiz mәһәbbәtini, dostluqda sәdaqәt vә etibarını, һәqiqәtpәrәstliyini, aydın müһakimәsini, qüvvәtli mәntiqini vә onlarla belә yüksәk mәnәvi sifәtlәr haqqında olan xatirәlәri yazıya köçürmәk mümkündürmü?

Sәmәdin yaradıcılığında, ictimai fәaliyyətində nәzәrә çarpan әn müһüm vә qüvvәtli cәһәt onun xalqla, xalq ruһu ilә çox möһkәm bağlı olmasıdır.

Bu görkәmli xalq şairinin һeç bir әsәrini, һeç bir misrasını, һeç bir tәdbirini xalq mәnafeyindәn ayrı düşünmәk mümkün deyildir. Sәmәdin özü kimi əsәrlәri dә, düşüncә vә arzuları da qırılmaz tellәrlә xalqa bağlıdır. Bu mәnada da o, bizim әn böyük adamlarımızın әnәnәlәrini mәһarәtlә davam etdirәni, bu әnәnәlәrin әn yaxşı varisidir. M. F. Axundov, H. Zәrdabi, C. Mәmmәdquluzadә, M. Ә. Sabir, N. Nәrimanov vә onlarla belә qabaqcıl adamlarımız һәr şeydәn әvvәl bir xalq xadimi olmaları ilә böyümüşdülәr, sevilmişdilәr, mәşһurlaşmışdılar. Onlar xalqa xidmәt etmәyin әn gözәl yolunu göstәrmişdilәr. Sәmәd dә belә bir ruһda böyümüş, әdәbiyyata belә bir mәqsәdlə gәlәn bir şair, xadim olmuşdur. Sәmәdi Azәrbaycan xalqının әnәnәlәrindәn, musiqisindәn, әdәbiyyatından ayrı düşünmәk mümkün deyil. Onun dastanlarımızdan, nağıllarımızdan, Aşıq Әlәsgәrdәn, ümumiyyәtlә, xalq әdәbiyyatından özünәmәxsus tәmkin vә eһtirasla danışmadığı çox az vaxt olur. Sәmәd klassik әdәbiyyatımıza vurğun bir şairdir. O, Füzulini, Vaqifi, Sabiri, Hadini, Cavidi vә onlarla belә mәşһur şairimizi әzbәrdәn bilir. Mәn dәfәlәrlә onun bu şairlәrin әsәrlәrindәn ayrı-ayrı parçaları әzbәrdәn deyib tәһlil etmәsinin, onlara öz valeһliyini bildirmәsinin şaһidi olmuşam. Sәmәdi özü tar çalıb pәsdәn muğamat oxumasını, sinәsinә saz sıxıb qoşma demәsini görmәyәn, onun milli Azәrbaycan musiqisini nә qәdәr gözәl bildiyini, ona nә qәdәr bağlı olduğunu tәyin edә bilmәz! Azәrbaycanda elә bir guşә, elә bir kәnd vә qәza yoxdur ki, Sәmәd orada olmamış olsun; elәcә dә Azәrbaycanda elә bir kolxozçu, elә bir fәһlә, elә bir ziyalı yoxdur ki, Sәmәdi tanımasın. Bu, şairin xalqla çox doğma, әnfüsi bir dil tapa bilmәsinin nәticәsidir. Sәmәd Azәrbaycan torpağına, onun zәngin tәbiәtinә vurğun bir sәnәtkardır. Bu mәһәbbәt onun onlarla әsәrinin mövzusu olmuşdur. “Dilican dәrәsi” һәlә Sәmәd cavan olanda dillәr әzbәri idi. “Azәrbaycan” şeiri onun vәtәn torpağına vә tәbiәtinә mәһәbbәtinin әn gözәl nümunәsidir.

Bütün bunlar vә indi saya, deyә bilmәdiyimiz başqa belә cәһәtlәr, xüsusiyyәtlәr Sәmәdi әsil xalq şairi, xalq xadimi etmişdir. Onun adı xalqımızın böyük iftixar һissilә qeyd etdiyi әn mәşһur adlardan biri olmuşdur. Buna görәdir ki, Azәrbaycanın һansı kәndinә, һansı qәzasına gedirsәn, һansı evә qonaq düşürsәn Sәmәdin adı ilә bağlı onlarla xatirә danışırlar, onun adına xalq öz arzuları ilә bağlı lәtifәlәr düzәldir, һekayәlәr qoşur. Bunların һamısı vәtәnpәrvәr bir adamın sәxavәtinә, sadәliyinә, mәrdliyinә, ürәkaçıqlığına, һazırcavablığına vә bu kimi başqa sifәtlәrә һәsr olunmuş xatirәlәrdir. Mәsәlәn, һәlә Sәmәd cavan müәllim ikәn çox sevdiyi vә çәtinliklә әldә etdiyi atını uzaq bir sәfәrә gedәn kasıb bir kәndliyә bağışlaması kimi onlarla belә һadisәlәri xalq öz zeһnindәn silә bilәrmi?

Sәmәdin bədii әsәrlәrindәki һumanizm, başqa xalqların mәdәniyyәtinә, әdәbiyyatına mәһәbbәt dә onun vәtәnpәrvәrliyilә bağlıdır. Sәmәdin Puşkin kimi milli şairә dәrin rәğbәtini tәsadüfi saymaq olmaz. Yadımdadır, 1936 – cı ildә Sәmәdin ailәsi ilә mәnim ailәm birlikdә Novxanı bağlarına köçmüşdük. Otaqlarımız bir – birinә bitişik idi. Sәmәd bu vaxt Puşkinin mәşһur “Yevgeni Onegin” mәnzum romanını tәrcümә edirdi. O, bәzәn bu romanın ayrı-ayrı parçalarından elә tәsirlәnirdi ki, tәrcümәnin üstündәn dik durur, bizim otağa keçir, Puşkinin sәnәtkarlıq qüdrәti, onun böyüklüyü һaqqında uzun-uzun danışırdı. Bәzәn o, poemanın һәm ruscasını, һәm öz tәrcümәsini oxuyur, “Mirzә, necәdir, bәyәnirsәnmi?” – deyә soruşurdu. Sәmәd һәqiqәtәn poemanı çox böyük ustalıqla tәrcümә edirdi. O öz tәrcümәsinә bir yaradıcı kimi yanaşır, elә vaxt olurdu ki, ayrı – ayrı misraları dәfәlәrlә tәrcümә edir, poemanın özünü dәrindәn dәrk etmәk mәqsәdilә onu dәfәlәrlә oxuyurdu. Sәmәd Novxanıda olduğu zaman, һәm dә Vaqifә һәsr olunmuş әsәr yazmaq һaqqında düşünürdü. Ara bir eyvanda oturub söһbәt etdiyimiz zaman: “Mirzә, bu tәrcümәni qurtarandan sonra Vaqif һaqqında әsәr yazmaq fikrindәyəm” – deyirdi. Bu, Sәmәdin Azәrbaycan dramaturgiyasının әn gözәl әsәrlәrindәn olan “Vaqif” pyesi idi.

Sәmәd Vurğun Azәrbaycan xalqının yeni әsrdә yetirdiyi әn qüdrәtli әdәbi simalarından biridir. Mәn xalqımızın bu böyük oğluna yenә әvvәlki kimi yazıb yaratmaq әzmi, yaradıcılıq müvәffәqiyyәtlәri arzulayıram. Onun can sağlığı, xalqın sәadәti yolunda çalışması indi һamımızın arzusudur.

Qalacaqdır dünyada…(S.Vurğun haqqında xatirələr).(Tərtib edəni: Cavid Məmmədbəyov; Redaktoru: prof. Kamal Talıbzadə).B., “Azərnəşr”, 1973, s.7-11.

Osman Sarıvəlli

“Mən “qospadin Vekilov” yox, Səməd Vurğunam”…

Müharibədən azacıq sonra Yazıçılar İttifaqının ətrafında söz-söhbət çoxalmışdı. Səmədi sədrlikdən çıxarmaq istəyirdilər. Mərkəzi Komitəni İttifaqın əleyhinə qaldırmışdılar. Səməd başını götürüb Kislovodskiyə qaçmışdı. Yola düşməzdən əvvəl mənə tapşırmışdı ki, “Osman, bir şey olsa teleqram vurarsan: “Bakıda havalar pisdir, orda necədir? Özüm başa düşəcəm və harda olsam gəlib çıxacam”. Aradan on gün keçməmiş Mərkəzi Komitədə məsələyə baxası oldular. Xəbər verdilər ki, sabah saat onda, yuxarıda olun. Bilirdim ki, vəziyyət pisdir, Səməd Vurğunda sağ yer qoymayacaqlar. Teleqram vurdum. Gecə yarıyacan gözlədim. Gəlmədi. Səhər tezdən də bir soraq çıxmadı. Ümidimi üzdüm. Ürəyimdən qara qanlar axa-axa, qurbanlıq qoyun kimi Mərkəzi Komitəyə getdim. Hamı yığışmışdı. “Dostlar”ın üzü gülürdü.

İclas başladı. Çıxan-çıxan İttifaqın işini, onun rəhbəri Səməd Vurğunu tənqid etdi. Elə danışırdılar ki, elə bil cəlladdılar. Birdən Mircəfər Bağırov hirslə soruşdu:

– Qde qospodin Vekilov?

Arxadan səs gəldi.

– Əvvəla, mən “qospodin Vekilov” yox, Səməd Vurğunam. İkincisi də gəlmişəm, burdayam.

Elə bil “dostlar”ın üstünə su ələndi. Çaşıb qaldılar. Axı meydanı boş görüb sevinirdilər. Mən dərindən nəfəs alıb sakitləşdim. Demək teleqramı alıbmış. Görünür, qatardan düşüb birbaşa iclasa gəlmişdi.

Bağırov da çaşdı. Əlindəki topa qələmləri şaqqıldatdı.

– Qərar layihəsini oxuyun! Birdən nəyisə xatırlamış kimi üzünü Səmədə tutdu:

– Bəlkə sözün var?

– Var.

O, ayağa durdu. Qəti addımlarla kürsüyə qalxdı. Mir Cəfər Bağırov ikrah hissi ilə onu süzdü.

– Qərar layihəsi ilə tanışsanmı?

– Yox!

– Verin, baxsın.

Səməd Vurğun bir-iki dəqiqə susub, qərar layihəsini gözdən keçirdi və əsəbiliklə rəyasət heyəti əyləşən stolun üstünə atdı.

– Qərar siyasi cəhətdən çox savadsız yazılmışdır! – Onun qəti və amiranə şəkildə dediyi bu sözlər bomba kimi partladı. Belə bir cavabı gözləmədiklərindən çaşdılar. Səməd qamətini düzəltdi. – Bu, partiya sənədidir, tarixdir. Belə sənədlərin əvvəlində mütləq görülən işlər göstərilməli, nailiyyətlərdən danışılmalı, sonra nöqsanlara keçilməlidir. Amma, bu nədir? Elə birinci cümlədən hər şey inkar edilir. “Yazıçılar İttifaqında millətçilik hökm sürür”. Onda deməzlərmi, partiya hara baxırdı?!

– Tənəffüs!

Çaşıb qalsaq da bir-bir bayıra çıxdıq. Amma Səməd Vurğun içəridə qaldı. Məni fikir götürmüşdü. Bağırovun xasiyyətini bilirdim. Əgər fikrini sübut etsən, onu inandıra bilsən, qərarından dönürdü. Əleyhdarın olduğu halda müdafiəçisinə çevrilirdi. İndi görəsən Səməd onu fikrindən döndərə biləcəkdimi? Çətin idi. Kişinin qulağını yaman doldurmuşdular. Onun bir xasiyyəti də vardı. Əgər yanına çağırdığı adamla söhbəti tutsa, mütləq salmaçay verərdi.

Gözləmə otağında gəzinirdik. “Dostlar” çaşbaş qalmışdılar. Aralarında pıçıltı düşmüşdü. Deyəsən, hiss etmişdilər ki, kələkləri baş tutmayacaq.

On beş dəqiqədən sonra bizi çağırdılar. İçəri girən kimi gözümlə Səmədi axtardım. Gördüm ki, stulda çəpəki oturub salma çay qarışdırır. Arxayınlaşdım. Bağırovun rəngi açılmışdı. Özü də, yanındakılar da şirin çay içirdilər.

– İclas təxirə salınır. Gedə bilərsiniz!

Dağılışdıq. Mən evə gəldim. Bütün gecə yatmadığımdan yuxu məni basırdı. Ağzıma bir tikə çörək alıb uzanmaq istədim. Elə bu vaxt telefonun zəngi çalındı. Səksəkə içində dəstəyi götürdüm. Danışan Səməddi.

– Ayə, evdəsənmi?

– Səməd, hardan danışırsan?

– Hardan danışacağam, Mərkəzi Komitədən.

– Orda neyləyirsən?

– Neyləyəcəm, qərar yazıram.

– Ə, nə qərar?

– Necə nə qərar ə, bayaqkı layihəni təzədən özüm yazıram. Bir qulaq as, “Yazıçılar İttifaqında millətçilik hökm sürür”. Yalançının anasını, üstündən qələm çəkib yazıram. “Yazıçılar İttifaqında beynəlmiləlçilik hökm sürür”. Necədir, xoşuna gəlirmi?

Gördüm kefi kökdür. Gah söyüş söyür, gah zarafat edir, gah da təshihlərini oxuyurdu…

“Azərbaycan” j., 1990,№5, səh.54-55.


Nəsib Əfəndiyev

ALOVLU ŞAİRİ XATIRLARKƏN…

“Yenə gördüm səni, Dilcan dərəsi,

Yadıma çox köhnə zamanlar gəlir”.

Səməd Vurğunla ilk tanışlığım Dilcandan başladı. Onda o, hələ Səməd idi, Vurğun deyildi. Qazax seminariyasında oxuyurdu.

1923-cü il iyun ayının ortaları idi. Dilcan Qəza Komsomol komitəsinə gəlmişdim. Birinci katibin kabinetində qara, qıvrım saçları alnına tökülmüş, buğdayi sifət bir gənc oturmuşdu. Onun əynində nimdaş köynək-şalvar, ayağında köhnə botinka, belində enli qayış vardı. Ayaqlarını bir-birinin üstünə aşırıb, əllərini dizində daraqlamışdı. Dalğın və düşüncəli idi. Qara, iti gözləri döşəməyə dikilmişdi. İşimi qurtarıb getmək istəyirdim ki, katib başının işarəsi ilə divanda əyləşən oğlanı göstərdi:

– Tanış olun, yoldaş Vəkilovdur. Bir yerdə işləyəcəksiniz. Krasnıda. Komsomol işində, – dedi.

Əl verib tanış olduq və birlikdə küçəyə çıxdıq. Şəhərin dar küçələri adam, araba, at, eşşəklə dolu idi. Qatıq satan, qarpız alan bir-birinə qarışmışdı. Qoyun sürüləri çəkilib yaylağa gedir, çobanların hay-küyündən qulaq tutulurdu.

Səmədin ilk sualı bu oldu:

– Uzaqdımı kəndiniz?

– 18 verst olar, – dedim.

– Piyadamı gedəcəyik?

– Piyada gəlmişəm, – dedim.

– Onda gedək evdə kağız-kuğuz var, onu da götürək, deyə Səməd qolumdan yapışdı.

– Mən üç gün əvvəl getməli idim, sizin rayona. Yaxşı oldu görüşdük, – dedi.

Səmədgilin evləri şəhərin ucqarında kasıb bir daxmada yerləşirdi. Bizi eyvanda ortayaşlı, dolubədənli, sifəti bənövşəyə çalan bir qadın qarşıladı. O, ciddi nəzərlə məni süzürdü:

– Xoş gəlmisən, – dedi.

– Ana, biz getdik, – deyə Səməd gülümsündü.

– Hara, a bala? – Qara, iti gözlərində sual gəzən bu qadın Səmədin bibisi idi.

Səməd: – Aşıq Qərib kimi gedər-gəlməzə, – dedi.

– Zayıllama, heç yana qoyan deyiləm.

Səməd:

– Bu oğlangilin kəndinə. Heç bilirsən Qaraqoyunlu haradı?

– Niyə bilmirəm, a bala, orda qohumlarım da var.

Ananın ürəyi sakit oldu.

– Kimlərdənsən, dərdin alem, – dedi. Şübhəsiz ki, ana Səmədin kimə qoşulub hara gedəciyini bilmək istəyirdi.

Öz haqqımda qısaca məlumat verdim.

– Ananı da tanıyıram, babanı da. Gedin, uğurunuz xeyir olsun, ancaq mənim oğlum bir az dəcəldir, dəli-doludur. Çayda çiməcək, itə daş atıb, çobanla dalaşacaq, gərək qoymayasan.

– Ana, arxayın ol, nə itə daş ataram, nə də çobanla dalaşaram, amma çayda çimmək olacaq. Səməd qara gözlərini anasına dikib gülümsündü. Ana sınayıcı nəzərlə Səmədi süzdü.

– Gör nəyin var çaydan-çörəkdən. Ananın baxışından məlum oldu ki, evdə yeməyə bir şey yoxdur.

– Ev bazardan uzaq, özüm də qoca. Qalmışıq göydən asılı, – deyə ana gileyləndi. Təzə xiyar, qatıq, göy-göyərti gətirdi. Biz doğramac qayırıb doyunca yedik. Səməd kitabları xurcuna qoyub yola hazırlaşanda ana çörək də gətirdi.

– Qoy xurcuna, yolda ajarsınız, – dedi.

Ana fikirli idi, girib-çıxır, yenə nəsə demək istəyirdi. Səməddən çəkinirdi. Biz xurcunu götürüb yola düzələndə, ana bir cüt geyilmiş uzunboğaz çəkmə gətirib xurcuna qoydu. Üzünü mənə tutaraq:

– Sənə ümid olub bu çəkmələri qoyuram xurcuna. Kənddə yavanlığa dəyişərsən, – dedi.

Qaş qaralanda, dağ başını duman alıb, quşlar yuvasına çəkiləndə bizim kəndə çatdıq. Kəndimizin axar-baxarlı, zəngin təbiəti, mənzərəsi Səmədi valeh etdi. O, ayaq saxlayıb gözüdolusu boylandı. Dağ ətəyində salınmış Qaraqaya kəndinin ayağını Tərsəçay yuyur, başı üzərinə Soyuqbulaq dağı kölgə salır, əlvan meşənin yaşıl yarpaqları pıçıldaşır, büllur bulaqların şəffaf suyu, bağ-bağat, bülbül nəğməsi…

– Ayə, bu kənd sənət əsərinə oxşayır.

Anam qonağımı hörmətlə qarşılayıb əhval tutdu. Kənd xörəkləri bişirdi, xəngəl, xaşıl, çolpa qızartması. Səmədin xəngəl xoşuna gəlirdi.

Hər gün bişsə, hər gün yeyərəm, – deyirdi…

O ili Səməd Vurğun iki aydan artıq bizim kənddə qaldı. O, tez-tez kəndlilərə qonaq gedir, zarafatlaşır, yeri gələndə onlara kömək əlini əsirgəmirdi. Istirahət günləri cavanları toplayıb savad öyrədir, hökumətin qanunlarını onlara başa salırdı. Kasıblara kömək edirdi. Bir də görürdün yolun tən ortasında varlı kəndlinin arabasından öküzləri açıb, qatıb kasıbın qabağına…

Səməd Vurğunla 1932-ci ildə Bakıda görüşdük. İnstitutda oxuyurdum. Səməd Moskvadan qayıtmışdı. Osman Sarıvəlli ilə bir mənzildə qalırdı. O, tar çaldı. Çay içib keçmişi xatırladıq.

O, yoxsulluqla keçirdiyi günləri yada salıb, üzünü Osmana tutdu, məni göstərib:

– Nəsib kəndlərindən Qazaxa gəlmişdi. Furqondan düşəndə gördüm. Ürəyimdən keçdi ki, gedim, qucaqlayım öpüm, evimizə aparım, amma evdə bir parça çörək də yox idi ki, dostumun üzünə çıxam. Divarın dalına keçdim ki, məni görməsin. Mən iki ay bunlarda qalmışam, komsomol vaxtımda, – dedi.

1938-ci ildə “Vaqif”in səhnəyə gəlməsi böyük ədəbi hadisə kimi qarşılandı. Uzun illər Cavidin səhnə dilinə adət etmiş tamaşaçılar “Vaqif”ə baxdıqda onun vüsətinə, canlı dilinə, şeiriyyətinə bələd olduqda heyrətini gizlədə bilmədilər.

“Vaqif” əsəri Səməd Vurğunu daha yüksəklərə qaldırdığı kimi, o da XVIII əsrdə itirdiyimiz şair Vaqifi elə bil dirildib səhnəmizə, xalqımıza qaytardı. İndi elə kənd, elə oba tapılmaz ki, orada balaca Vaqiflər doğulub boy atmasın.

Həmin il “Vaqif”in müzakirəsi keçirildi. Dram teatrının geniş salonu adamla dolu idi. Məmməd Arifin məruzəsindən sonra çıxışlar başladı. Ilk söz mənə verildi. Əsərin ilk variantında kürd Musa Balakənə qaçan İbrahim xanı tutub qaçaqların düşərgəsinə gətirir və onu qayadan salıb öldürürdü. Mən buradan başladım. Əsərin bədii dəyərinə yük olub, onu ağırlaşdıran həmin epizodu təndiq etdim.

Səməd sağ çiyni üzərindən qanrılıb mənalı nəzərlə mənə baxırdı. Müzakirədən sonra əsəri nəzərdən keçirən müəllif, həmin epizodu ixtisar edib deyişmişdi.

Səməd kimi sadə, səmimi, genişürəkli, xalqının şən gününə şənlənib, ağır gününə alışıb yanan həqiqi insana az-az rast gəlmək olar. Onun sinəsində döyünən ürəyin çırpıntısı xalqımızın nəbzində vururdu.

Qırxıncı ilin günəşli bir günü idi. Səhər tezdən qapımız döyüldü.

– Buyurun, – dedim.

Siması mənə tanış görünən bir oğlan içəri girib:

– Mən Aqiləm, Göyçə mahalından, Ağbulaq kəndindənəm, -dedi.

– Təxminən tanıdım, xoş gördük, buyurun içəri, – dedim.

Səməd Vurğunla Ağbulaq kəndində tanış olduğumuz gənclərdən biri idi. Gərək ki, adı da Niftalı idi. Şeir yazdığı üçün özünə “Aqil” təxəllüsü götürmüşdü.

Qonağa çay-çörək gəldi. O çay içə-içə soruşdu:

– Səməd Vurğun haralıdır?

– Sənin üçün bunun nə fərqi var ki?

– Eşitdiyimizə görə o da Göyçədəndir. O vaxt ata-babası köçüb gəlib Qazaxa. Çox şirin yazır, lap Ələsgər kimi. O ya Ələsgərə qulluq edib, ya da ki, vergisi var, haqq vergisi.

Qonağımdan soruşdum ki, haranı qurtarıbsan?

– Kəndin üç klasını qurtarmışam, onu da gecə kursunda, – dedi.

Məsələ məlum idi, dostumun suallarına təəccüb etmədən dedim:

– Səni sabah Səmədin yanına aparacağam, ancaq orda nə haqq vergisindən söhbət aç, nə də Ələsgərdən.

– Ələsgərdən acığı gəlir şairin?

– Yox, şair, Ələsgəri çox istəyir, lap çox, şeirlərini də əzbər bilir. Ancaq Ələsgər başqa yazır, Səmədin özünün şeir yolu, özünəməxsus üslubu, məktəbi var, – dedim.

Biz küçəyə bərabər çıxdıq. Qonağım bulvara buruldu. Xəzərin ayna qoynunda qayıqlar üzüşür, sahilində körpələr oynaşır, ləpələr şahə qalxıb sahili vururdu. Bu aləmi ilk dəfə görən dostum dondurma satana yan alanda, mən atılıb tramvaya mindim.

Axşam işdən qayıdanda ev adamlarını pərt gördüm. Hamı qaşqabaqlı, qonaq pərişan idi. Arvad məni görcək dedi:

– Nabələd qonağı niyə tək buraxmısan Bakının küçələrinə?

– Nə olub ki… – təəccüblə soruşdum.

– Bakıda nə olmaz ki, soyublar yazıq uşağı, paçka basıblar cigəri yanmışlar…

Qalxıb Səmədə zəng çaldım, xoş-beşdən sonra qonağımın başına gələn əhvalatı ona danışdım. O, sözümü yarımçıq kəsib soruşdu:

– Hansı kənddəndi dedin?

– Ağbulaq kəndindən.

– Biz o kənddə olmuşduqmu?

– Quzu da kəsmişdilər bizə. İclasın axırına aşıq da gəlib çıxdı. Hamısı da çalmağa başladı. Sən də bir məsəl çəkdin ki, “İtin suya düşəni üzən kimi, cavanların hamısı saz çalır”.

– Adam da qonağına paçka basdırarmı?

– Xata gələndə xəbər vermir ha…

O yenə də sözümü kəsdi:

– Sabah saat on ikidə qonağını da götür gəl İttifaqa, – dedi.

Deyilən vaxt şairin qapısını döydük. O, kabinetində tək idi. Papiros çəkir, qəzetləri gözdən keçirirdi. Bizi görcək gülümsündü, qalxıb görüşdü, oturmaq üçün yer göstərdi.

– Səni gördüm, kəndiniz yadıma düşdü. Sevanın sahilində, qənşərdə, başı üstə də Bozdağ. – O, üzünü mənə tutub, qaşları çatılı soruşdu. – Orda kimin evində qalmışdıq? – dedi.

– Kəbleyi Aslanın.

– Anamın çəkmələri də qaldı onlarda, arvad indi də yavanlıq gözləyir, – dedi.

Şairin gözəl sifəti təbəssümə qərq olmuşdu. O papirosuna qullab vurub:

– Səni də komsomola yazmışdıqmı? – deyə o, kəndi və kəndlilərin vəziyyətini, məktəbi, kalxozu soruşdu.

Aqil utanır və kəsik-kəsik cavab verirdi.

Şair zarafatla dedi:

– Pulunu da oğurladıbsan, şeirlərindən oxu görək nə təhər şairsən?

– Şair deyiləm, – deyə Aqil iki qoşma oxudu. Qoşmalar Vurğunun xoşuna gəldi.

– Ələsgərin şagirdi olubsanmı?

– Xeyr.

– Saz çalırsanmı?

Aqil başının işarəsiylə bəli dedi.

“Xəngəl” satirasını o, şairin təkidilə iki dəfə oxudu.

Satira şairin xoşuna gəldi, gülümsəyərək zəngi basıb katibəni çağırdı, onu ayaq üstə saxlayıb, Ədəbiyyat fonduna zəng çaldı:

– Yanına bir yoldaş göndərirəm, şairdir, ona dörd yüz manat yaz. Mən qol çəkərəm – dedi.

– Bu yoldaşın şeirlərini al oxu, çap olunmasına kömək edək, – dedi.

– Şairdi? – Zeynal kinayə ilə soruşdu.

– Üzünün unnu olmağına baxma, dəyirmançı deyil, ikimizdən də yaxşı şairdir, – dedi və ayağa qalxıb qonağa əl verdi.

– Get ordan pulunu al, Zeynal da şeirlərini capa hazırlayar.

Səməd Vurğun yalnız şair deyil, həm də alovlu tribun, mahir natiq idi. Qırx birinci ilin baharı idi. Natəvan klubunda şeir gecəsi keçirilirdi. Səməd danışırdı. O, Azərbaycan poeziyasının milli xüsusiyyətindən söz açmışdı. Vaqif, Sabir, Ələsgər irsindən misallar çəkərək zalı ələ almışdı.

– Sərbəst şeirə necə baxırsınız? – deyə kimsə yerindən sual verdi.

– Sərbəst formada mən də yazmışam, deyə o öz fikrini izah etməyə başlarkən Rəsul Rza yerdən replika atdı:

– Səməd, sənin ən yaxşı əsərlərin sərbəst formada yazılan şeirlərdir, -dedi.

Səməd dikəldi, barmaqları ilə gur saçlarını geri atıb:

– Ay Rəsul, onlar mənim ən yaxşı əsərim olsaydı, özümü dünyada ən bədbəxt şair hesab edərdim, – dedi.

Gülüş zalı bürüdü. Alqış səsləri altında Səməd kürsüdən aşağı endi.

… 1955-ci ilin baharı idi. Səmədin iş yerinə – akademiyaya gəldim. Kabinetində tək idi. Məni görcək gülümsündü, çəkib yanında əyləşdirdi, gəncliyimizdən söhbət açmışdı ki, katibə qız içəri girib:

– Sizi bir uşaq görmək istəyir, – deyə gözünü Səmədə dikdi.

– Nə uşaqdı, çağır gəlsin. – Səməd siqaret alışdırıb tüstünü havaya buraxdı. İçəri utancaq bir oğlan uşağı girib, qapının ağzında dayandı. 15 yaşı ancaq olardı. Şair onu gülərüzlə qarşıladı:

– A bala, de görüm haralısan, nə istəyirsən?

Uşaq Astraxanbazardan texniki peşə məktəbinə göndərilmiş, gecikdiyi üçün məktəbə götürmürdülər, geri qayıtmağa da pulu yox idi.

– Ata-anan varmı?

– Oğlan başını aşağı saldı:

– Yetiməm, xalamın yanında yaşayıram, – dedi.

Uşağın görkəmi, gözlərindəki kədər şairin ala gözlərinə qüssə çökdürdü.

O, dəstəyi götürüb harasa zəng çaldı. Alnağı adlı birisi ilə danışıb oğlanın üzünə baxdı:

– Yaxın gəl, – dedi. – Səni məktəbə götürəcəklər, iki ay sonra, yer açılacaq, – Səməd danışa-danışa stolun yeşiyini çəkib pul çıxartdı:

– Al, bu pulları, özünə paltar al, iki aydan sonra gələrsən bura, göndərərəm o adamın yanına.

Uşaq pulu aldı.

– İtirmə, 500 manatdır. Xalana da vermə, özünə paltar al, – deyə güldü və gülə-gülə uşağı yola saldı.

Uşaq çıxandan sonra:

– Üzü qara olsun yetimliyin, – dedi.

1955-ci ilin yayı şair bizə gəldi. O, Mirqasım müəllimlə gəlmişdi. İçəri girəndə özünəməxsus bir ahənglə dedi:

– Gör sənə kimi qonaq gətirmişəm?

– Çox gözəl iş görübsən, öz əmioğlumu gətirmisən, bəs Aybəniz?

– İstədim özümüz oturaq, – deyə Səməd soyundu, yuyunub gəldi, qurulana-qurulana:

– A Mirqasım, deyimmi? – dedi.

– Yox yeri deyil.

– Başın üçün yeridi, deyəcəyəm – dedi, gülə-gülə bir əhvalat başladı. Hamımız gülüşdük.

Qonaqlıq uzun çəkdi, saat on ikiyə qədər uzandı.

Səməd Vurğunu yola saldım, qayıdıb gələndən az sonra Aybəniz zəng elədi. Dəstəyi özüm götürdüm.

– Nəsib əmi, atama nə eləmisən ki, gələndən tutub Vaqiflə, Ələsgərin yaxasından, əzbərdən de ki, deyəsən.

… Səməd Vurğun xəstə idi. Şəhəri qəm buludu bürümüş, adamlar qüssələnmiş, hamı ondan danışır, onun səhhətilə maraqlanırdı. Heç kim kədərini gizlədə bilmirdi. Səmədi Moskvaya aparırdılar. Mənə kənddən bir cüt kəklik gətirmişdilər. İnsaf xanımla kəklikləri götürüb şairin görüşünə getdik. Evdə adam çox idi. Hamının qanı qara, kefi pozğun idi. Şair tutqun görünürdü. Elə bir nurani çöhrəsinə duman çökmüşdü. Mən içəri girəndə şair deyirdi:

– Mən tez gedib qayıtmalıyam. Fadeyev gələcək, onu gərək özüm gəzdirəm rayonlarda.

Məni görcək gözlərindən gülüb:

– Bəs kəkliklər hanı? – deyə mənalı nəzərlə üzümə baxdı.

Alnından öpdüm, – gətirmişəm, – deyə qəfəsi kürsünün üstünə qoydum. Şair kəkliklərə baxdı, qüssəli simasına baxmayaraq qarabəniz çöhrəsinə təbəssüm yayıldı. Kəkliklər boylaşır, bir-birinə sıxılır, atılıb qəfəsdən çıxmaq istəyirdilər. Səməd Vurğun göy damarlı əlini uzadıb quşları oxşamaq istədi. Onlar çırpındılar.

– Kəklik ürkək olur, kəklik kür olur, – dedi.

Şair gözdolusu quşlara baxıb, köksünü ötürdü:

– Burada bunlara baxan olmayacaq, mən Moskvadan qayıdanacan apar. Özün saxla, – dedi.

Səməd Moskvadan ağır qayıtdı. Bir daha nə mən onu gördüm, nə də o, xınalı kəklikləri. Sanki ağır itkidən quşlar da yasa batmışdı, matəm keçirir, oxumurdular.

Quşların görkəmi də, baxışları, nəğməsi də dəyişmişdi. Onlara baxdıqca dəfn mərasiminin qəmli musiqisini xatırlayır, ağlar gözyaşları gözlərimdə canlanırdı.

… Evdə dedilər ki, quşları azad edim. Mən də şairin çox sevdiyi xınalı kəklikləri şəhərin kənarına aparıb qəfəsin qapısını açdım. Quşlar tələsik çıxdılar. Qanadlarını şaqqıldadıb şairin başı üzərindən uçdular. Şairi axtarmağa getdilər…

“Azərbaycan” j., 1976 №9, 109-118.

Mirpaşa Nәsibov

UNUDA BİLMİRӘM

Bәzәn һәyatda elә anlar olur ki, onları ömrün boyu unuda bilmirsәn, qәlbindә ömürlük yuva salır, möһkәmlәnir, adamlar, yerlәr, bәzәn dә әşyalarla elә sıx bağlanır ki, onlar һәr an sәnә tәzә görünür.

Xalqımızın sevimli şairi Sәmәd Vurğunla bağlı günlәrim qәlbimdә belә yuva qurub. Onunla tanışlığım 55 il bundan әvvәl olub. 1919-cu il, sentyabrın әvvәllәriydi. O vaxt mәn Qazax müәllimlәr seminariyasının aşağı eһtiyat sinfinә qәbul olunmuşdum, Sәmәd isә mәndәn bir sinif yuxarıda oxuyurdu. İlk dәfә ona dәrsdәn sonra mәktәbin һәyәtindә rast gәldim. Әlindә bir şey vardı. Çevik bir һərәkәtlә mәnә tәrәf dönüb, әlindәkini yuxarı qaldırdı, dairәvi tәrәfini sol çiyninә qoyub çәnәsi ilә sıxdı, sağ әlindәki çubuğu onun üzәrindә gәzdirib, sol әli ilә pәrdәlәri qurdalayaraq “Tәrәkәmә” çaldı. Heyrətimdәn donub qaldım. İzaһ etdi ki, bu alәt “skripka”, çubuq isә “smıçok” adlanır. O, cәld sola burulub sinfә girdi. Mәn bu balaca vә çәlimsiz oğlanın mәһarәtinә һeyran qalmışdım.

Sәn demә, ikinci mәrtәbәnin eyvanında oturan növbәtçi müәllim Mәmiş Hüseynov bizә kәnardan göz qoyurmuş. O mәni yanına çağırıb dedi:

– Vәkilov Sәmәdin skripka çalmağı xoşuna gәldimi?

– Bәli, – dedim

– Keçәn il o da ilk günlәr bu һәyәtdә çox sakit dolanırdı. Görürsәnmi, indi musiqi çalmağı da öyrәnib. Diribaş oğlandır. Onunla dost ol, sәnә һәr şeydә kömәk edәr.

Elә bu zaman seminariyanın müdiri Firidunbәy Köçәrli iş otağından çıxıb bizimlә salamlaşdı:

– Görürәm söһbәt Sәmәddәn gedir, – deyә sözә başladı, – od parçasıdır.

Firidunbәy kәtil üzәrindә әyləşib әlavә etdi:

– 1918-ci il avqustun ortaları idi. Gördüyünüz bu Sәmәdi nәnәsi Ayişә qarı yanıma gәtirib xaһiş etdi ki, seminariyaya qәbul edim. Uşağa baxdım, o, çox zәif idi. Ayişә qarıya dedim ki, cansızdır, oxuya bilmәz. İlk nәzәrdә çәlimsiz görünәn bu uşaq dik gözümün içinә baxdı. Nә desә yaxşıdır? “Firidunbəy! Bәdәnә baxma, ürәyә bax!” Elә bilirdim ki, o, indicә nәnәsinin әtәyinә qısılıb ağlayacaq, lakin daһa da dikәldi, sinәsini qabardaraq әlavә etdi: “Siz mәni seminariyaya götürün, görәrsiniz papaq altında necә oğullar yatır”. Onu imtaһana buraxdıq. İmtaһanları әla qiymәtlәrlә verdi. Budur, o artıq müәllimlәrin sevimlisi olub. Sonra Firidunbәy әlini çiynimә qoyub dedi: – Sәn dә onun kimi oxumağa sәy elә.

Firidunbəy iş otağına keçdi. Mәn isә aşağı endim. Öz-özümә “bədənə bax, ürәyә bax” sözlәrini tәkrar edirdim. Haradan bilәydim ki, kiçik bәdәndә yerlәşәn bu ürәk gәlәcәyin böyük sәnәtkarının ürәyi imiş.

Sәmәd sadiq bir yoldaş, gözәl bir insan idi. O zaman mәktәbdә belә bir qayda vardı: һәr axşam yuxarı sinif şagirdlәrindәn biri aşağı sinfә nәzarәt edәrdi. Bununla әlaqәdar Sәmәd bizim sinfә tez-tez gәlәrdi. Sәmәdin növbәsini ürәk çırpıntıları ilә gözlәyirdik. Çünki һәmin gecәlәri şәn keçirirdik.

Sәməd Puşkindən, Lermontovdan, Vaqif vә Zakirdәn şeirlәr söylәyәrdi, maraqlı һesab mәsәlәlәri seçib bizә һәll etdirәrdi.

Komsomol iclaslarında Sәmәdi dinlәmәk bizә xüsusi bir zövq verirdi. Onun danışığında tutarlı mәntiq vә incә yumor var idi. Yaxşı yadımdadır, kiçik bir saһәdә pomidor әkmişdik. Kim isә bu mәһsuldan müәllim Yusif Әfәndiyevin evinә aparıldığını söylәmişdi. Müәllimi komsomol iclasına dәvәt etdik. Onu ciddi tәnqid etmәyә başladıq: “Bu adam sabiq ruһanidir, xalq malına çoxdan dadanmışdır”. “Kontradır”. “Müәllimliyә yaramaz!”, “Desin görәk, niyә bizi işlәdib, özü yeyir?”. “Üç inqilab”da belә şey yazılmayıb”. “Onun zatını yoxlamaq lazımdır!”.

Müәllim pis vәziyyәtdә qalmışdı. Nәһayәt o, cavab vermәli oldu:

– Mәn özüm sosialistәm. İnqilab zamanı iki vaqon nal-mismarımı da һökumәtә bağışladım. Vallaһ, istismarçı deyilәm.

Sәmәd icazә alıb ayağa qalxdı.

– Müәllimә qarşı belә çılğınlıq yaramaz. Axı, bunu kim görüb? – dedi. Dinәn olmadığını görüb başını buladı. – Mәn tәklif edirәm ki, әvvәlcә yoxlanılsın, sonra müzakirә edilsin.

Tәklif yekdilliklә qәbul olundu.

Sәmәd ictimai işlәrdә dә qabaqcıllıq göstәrirdi. Onun iştirak etmәdiyi bir tәdbir yadıma düşmür. O vaxtlar divar qәzetinә mәqalә yazmaq bir problemә çevrilmişdi. Çünki divar qәzeti bizim üçün tәzә iş idi. Nәdәn başlamağı, necә yazmağı һәlә bilmirdik. Xüsusən baş mәqalә mәsәlәsi, doğrudan da, problem olmuşdu. O zaman baş mәqalәyә “dünya masştabında mәqalә” deyәrdik. Bunu isә çox vaxt Sәmәd yazardı. Adәtәn, baş mәqalәlәrə Lozann konfransında İngiltәrә naziri Kerzonun Sovet һökumәtinә qarşı düşmәncәsinә çıxışından bәһs edәr, onu tәrs-köndәlәn söyәrdik. Belә һallarda Sәmәd bizi başına toplayıb deyәrdi: “Sәn Kerzonu quru sözlәrlә söymә, tәpәsinә faktlar yağdır”.

Bir dəfә baş mәqaləni götürüb Sәmәdin yanına, getdim. Mәnә belә gәlirdi ki, bu dәfә Kerzonu lap rüsvay etmişәm, Sәmәd, şübһәsiz, razı qalacaq. Lakin o, yenә dә fakt olmadığını dedi: “Hә, qoçaq, qәlәmi götür, görüm”. Sәmәd diktә etdi: “Lozann konfransında Kerzon Şura һökumәtinә böһtan atır. O deyir ki, motal-papaqdan һökumәt olmaz. Xeyr, cәnab Kerzon, sәһv edirsiniz, bәs, Qazax qәzasının Aslanbәyli kәnd Şurası sәdri Aşuroğlu Şәrif kimdir? – motalpapaq, Kәsәmәnli Sәfiqulu oğlu Mәmmәd Kәrim Bakıda oturur. O kimdir? – motalpapaq. Qazax Qәza İcraiyyә Komitәsinin sәdri kimdir? – Dәmirçi Abdal. Bәs, Qazax Qәza Partiya Komitәsinin katibi kimdir? – papaqçı İsmayıl.

Cәnab Kerzon, sәһv edirsiniz, bizim motalpapaqlar һökumәtimizi mәһarәtlә idarә edirlәr. Bu da bizim üçün xoşdur”.

Mәn qurtardığımızı güman edib qәləmi yerә qoydum. Sәmәd isә üzümә baxıb dedi:

– Həlә qurtarmamışıq. Görmürsәn, konsovka axtarıram. – Gözlәrimi döyürdüm. Hәmişә һәssas olan Sәmәd “konsovka” sözünü başa düşmәdiyimi һiss etdi: – Hә, “konsovka”, yәni son cümlә… Bu cümlә elә olmalıdır ki, Kerzonun canına od düşsün, gözlәri kәllәsinə çıxsın, İngiltәrәni titrәmә tutsun.

Sәmәdin inamla dediyi bu sözlәr mәni belә bir qәnaәtә gәtirmişdi ki, bizim divar qәzetindә yazılan hәr bir cümlә xarici ölkәlәrdә ildırım sürәti ilә yayılır. Nәһayәt, Sәmәdin gur sәsi mәni xәyalımdan ayırdı.

– Hә, һarada qaldıq? – Mәn yazdıqlarımın son cümlәsini oxudum, o, yenidәn diktә etdi: “Qoy bütün dünya kommunizm inqilabı qarşısında lәrzәdar olsun!”.

… Sәmәd Londona Sülһ konfransına gedәndә fikirlәşirdim ki, görәsәn Kerzon һaqqındakı mәqalә onun yadına düşәcәkmi? Bu səfәrdәn qayıdandan sonra şairlә Ağstafada görüşdüm. Uşaq vaxtlarımızda olduğu kimi mәni gülәrüzlә qarşılayan S.Vurğun ağzımı açmağa macal vermәdәn dedi

– Hә, qardaş Kerzon ömrünü sәnә bağışladığı üçün onu görә bilmәdim. Amma Çörçillә ötәri toqqaşdıq. Elә o da Kerzonun bir tayıdır.

“Ziyafәt” şeirini oxuyanda isә bu mübariz şairin “konsovka” sözünü bir daһa xatırladım. Bu “konsovka” sözü mәnә elә qüvvәtli tәsir bağışlamışdı ki, bu gün dә әlimә һansı bir mәqalә, һansı bir elmi-әdәbi, pedaqoji, metodiki әsәr keçirsә, onun son cümlәsini daһa diqqәtlә oxuyuram.


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации