Электронная библиотека » Лоран Сексик » » онлайн чтение - страница 2

Текст книги "Albert Eynşteyn"


  • Текст добавлен: 19 декабря 2022, 09:00


Автор книги: Лоран Сексик


Жанр: Биографии и Мемуары, Публицистика


Возрастные ограничения: +12

сообщить о неприемлемом содержимом

Текущая страница: 2 (всего у книги 8 страниц) [доступный отрывок для чтения: 2 страниц]

Шрифт:
- 100% +

Dahinin oyanışı

İsveçrənin ən böyük şəhəri Sürix – Eynşteynin arzuladığı cənnətdir. Dərslərin yenilikçi metodlarla tədris edildiyi Ali Federal Politexnik Məktəbi – məşhur «Politexnikum». Bu məktəbin şöhrəti ölkənin sərhədlərini aşıb. Müəllimlər və tələbələr diqqətlə seçilir. Ancaq birinci kursa qəbul olunması üçün Eynşteynin yaşı çatmır. Deməli, iki il gözləmək lazım gələcək. Lakin ana tərəfdən qohumunun sayəsində Albert qəbul imtahanlarına buraxılır.

Qeyd edək ki, Albert Sürix vağzalına 1895-ci ilin oktyabrında düşmüşdü. O, yad şəhərdə, tanımadığı ölkədə yenə tək idi. Ancaq sanki bu vəziyyət artıq onu qorxutmurdu. Beləliklə, Albert mehmanxanada otaq götürür. Səhər məktəbə yollanır. Bu gün taleyi həll olunacaq. İmtahan – ən başlıca sınaqdır.

Riyaziyyatdan suallar onun üçün uşaq oyuncağı kimi bir şeydir. Texnologiya da həmçinin. Lakin əfsuslar olsun ki, burada fransız dilini mükəmməl bilmək tələb olunur, Eynşteyn isə bu dildə yalnız bir-iki söz bilir. Alman ədəbiyyatı? Bu onu xilas etməyəcək. Maraq dairəsinə daxil olmayan təbiət elmlərindən isə heç danışmağa dəyməz.

Bir neçə gündən sonra qəbul olunanların siyahısına həyəcanla göz gəzdirir. Lakin orada öz adını görə bilmir.

Şəhərdən getməyə hazırlaşdığı vaxt onu direktorun yanına çağırırlar. Direktor deyir ki, Albertin imtahandan aldığı qiymətlər başqa abituriyentlərin göstərdikləri nəticəni bir xeyli üstələyib. Onun yaşına görə bu, son dərəcə qeyri-adi hal hesab oluna bilər. Odur ki direktor Eynşteynə daha bir şans vermək istəyir. Sürix yaxınlığındakı Aarau qəsəbəsində orta məktəbə daxil olmasını məsləhət görür. Bu, dağların arasında yerləşən bələdiyyə məktəbidir. Albert fikirləşmədən razılıq verir.

Əlində çamadan qəsəbənin baş küçəsiylə ayaqlarını sürüyə-sürüyə gedir. İlk dəfədir gələcəyi sarıdan nigarandır. Başında cürbəcür suallar dolaşır.

Evlərində qalacağı ailə Alberti çox gözəl qarşılayır. Ailənin başçısı Yost Vinteler onu yanına oturdub, özü haqqında danışmasını xahiş edir. Nə danışsın? Ona otaq hazırlayıblar. Artıq Alberti də bu ailənin bir üzvü hesab edirlər. Vintelerin oğlu Paul onu qısqanmır. Kiçik qızları Mariya isə Alberti maraqla süzür: indiyə kimi hələ heç bir qız ona belə baxmayıb. Onların tez qurulan münasibəti zamanın sınağından keçməyəcək, Paul isə Albertin bacısı Maya ilə evlənəcəkdi.

Yost Vinteler yemək süfrəsi arxasında dünyadakı vəziyyətdən, siyasətdən uzun-uzadı söhbətlər eləyir. Müasir mütəfəkkirlərdən misal çəkir, Rusiyada baş verənlərdən danışır. Rus çarının taxt-tacı başqa dünya qurmağın mümkünlüyünə inanan gənclərin hərəkətləri nəticəsində laxlayıb. Marksın1313
  Karl Marks (1818–1883) – alman filosofu, siyasətçisi, sosioloqu, Marksizm nəzəriyyəsinin banisi


[Закрыть]
, Leninin1414
  Vladimir Lenin (1870–1924) – rus inqilabçısı, SSRİ-nin qurucusu


[Закрыть]
adları çəkilir. Albert ağzını açıb maraqla qulaq asır. Onda siyasətə həvəs məhz bu evdə yaşadığı vaxt yaranır. Söhbət bəzən gecə yarısına qədər uzanır. Albert vaxtilə Talmuddan Rusiya barədə eşitdiklərini söyləyir. Yost ona demokratiyanın, sosializmin prinsiplərini başa salır, Marksın kitablarını verir. Ən başlıcası da ona müstəqillik ruhu, siyasi şüur aşılayır. Yost bu mənada Albert üçün bütün həyatı boyu mənəvi ata olaraq qalacaq.

Bir sözlə, bu böyük evdə Eynşteyn öz ikinci ailəsini tapır. Bələdiyyə məktəbində tədris metodları Münhen gimnaziyası müəllimlərinin amiranə göstərişlərindən çox fərqlidir. Burada həqiqi mənada uşaqları maarifləndirir, elm öyrədirlər. Tədris olunan nəzəriyyələrin təcrübədə təsdiqi üçün Albertin ixtiyarına müxtəlif cihazlar verilir. Bəlkə də, Albert məhz burada özünü fizik kimi kəşf edir. Riyaziyyatı həmişə başlıca məqsədi hesab etsə də, artıq yolunun başqa olduğunu anlayır. Həndəsə və cəbr bu yolda yalnız vasitədir, fikirlərini cilalamaq üçün alətdir. Albert sövq-təbii olaraq hiss edir ki, ağlını kainat sirlərinin izahına sərf etməlidir.

Məktəbin kitabxanası çox zəngindir. O hər şeyi birnəfəsə oxuyur. Böyük fiziklərin əsərlərini daha çox xoşlayır. Kainatın sirlərinin indiyə qədər necə izah edildiyini bilmək istəyir. Fizikanın yaradıcısı Aristoteli özü üçün kəşf edir. Bu yunan filosofunun onun sevimli fənni barədə yazdıqlarının hamısını oxuyur. Sonra Kopernik, Nyuton, Leybnits… Nəhayət, özünün müasirləri olan Max1515
  Ernst Max (1838–1916) – Avstriya fiziki


[Закрыть]
, Plank1616
  Maks Plank (1858–1947) – alman fiziki, kvant nəzəriyyəsinin banisi


[Закрыть]
, Maksvell1717
  Ceyms Maksvell (1831–1879) – ingilis fiziki


[Закрыть]
, Hers1818
  Henrix Rudolf Hers (1857–1894) – alman fiziki


[Закрыть]
. O hər gün şər qarışana qədər bu kitabxanada elm dəryasına qərq olur.

Albertin on altı yaşı var. O, maqnit sahəsini öyrənir. Dağların arasında itib-batmış qəsəbədə yaşayan bu cavan oğlan artıq İsaak Nyutonun kəşflərinə, onun gəldiyi nəticələrə tənqidi yanaşır!

Bir il ötür. Albert bu bir ilini elmə, şəhərətrafı gəzintilərə, siyasi şüurunun yüksəlməsinə və Yost Vintelerin qızı Mariyaya həsr edir. Heç şübhəsiz bu zaman kəsiyini onun ömrünün ən gözəl dövrü hesab etmək olar.

1896-cı ilin sentyabr ayı. Sürix «Politexnikum»una qayıdış. Nəticələr onun gözləntilərini doğruldur. Albert «Politexnikum»a qəbul olunur. Bu məktəb riyaziyyat və fizika müəllimləri hazırlayır. On yeddi yaşlı Eynşteyn öz qrupunda ən gənc tələbədir. Təhsil müddəti dörd ildir. Sürixdə dolanışıq bahadır. Ana tərəfdən qohumlarının göndərdiyi pulla zorla dolanır. Valideynləri maddi cəhətdən ona kömək eləyə bilmirlər. Ailə çətin vəziyyətdədir. Germanın Milandakı müəssisəsi iflasa uğrayıb. O yalnız 1899-cu ildə özünə şəhər elektrik şəbəkəsində babat bir iş tapacaqdı. Lakin bundan cəmi üç il sonra vəfat edəcək və oğlunun hansı zirvələrə qalxdığını görməyəcəkdi…

Sürix onun Mariya Vintelerə olan sevgisinin üstündən xətt çəkir. Get-gedə məktubların arası kəsilir. Bu, Mariyanı depressiyaya salır. Ailələrin arzusu həyata keçmir. Paulina çox istəyirdi ki, Mariya onun gəlini olsun. Çünki qızın ailəsi yəhudi ənənələrinə sadiq idi. Bir də ki, yəhudilər yalnız yəhudi anadan doğula bilər. Övladlarından hansınınsa bu ənənəni pozacağı, başqa millətdən olan insanla ailə quracağı fikri Paulinanı əndişəyə salırdı. Necə yəni, Paulinanın nəvələri yəhudi olmayacaq?! O buna dözərmi? Nə etməli, həyatı proqnozlaşdırmaq mümkün deyil…

Albert təhsildən məmnundur: məktəbdəki müəllim heyəti ürəyincədir, tədrisin keyfiyyəti gələcəyin böyük aliminin tələblərinə cavab verir. Məktəbin direktoru Veber1919
  Henrix Veber (1843–1912) – alman fiziki


[Закрыть]
, eyni zamanda fizika kafedrasına rəhbərlik edir. Veber şagirdinin qabiliyyətinə heyran qalıb. Albert isə onun timsalında, axır ki, arzuladığı müəllimi tapıb! Nəzəriyyələrini Veberin laboratoriyasında sınaqdan keçirəcəkdi. Təcrübə vaxtı baş verən partlayışda əlini zədələyəcək və bir müddət skripka çala bilməyəcəkdi.

Həmin dövrdə fizika bir elm sahəsi kimi artıq riyaziyyatdan ayrı tədris olunmağa başlamışdı. Albert inkişaf dövrünü yaşayan bu elmi öyrənməyə girişir. Təcrübələrə getdikcə artan marağı, həvəsi onu nəzəriyyədən uzaqlaşdırır. Riyaziyyata həvəsi sönür. O deyirdi: «Nəzəriyyəni təcrübə ilə yoxlamaq olar, ancaq təcrübədən nəzəriyyəyə aparan yol yoxdur». Albertin bu yanaşması müəllimi, riyaziyyat dahisi Minkovskini2020
  German Minkovski (1864–1909) – alman riyaziyyatçısı və fiziki


[Закрыть]
razı salmır. Eynşteyn sonralar «elmlərin şahı»na etinasızlıq göstərdiyinə görə peşman olacaqdı. Riyaziyyata həvəsinin qəfil sönməsi onun elmi axtarışlarını ləngidəcəkdi. Lakin nisbilik nəzəriyyəsi üzərində işləməyə başlayanda riyaziyyatla əlaqəni yenidən bərpa edəcəkdi.

«Politexnikum»da böyük dostluqların da əsası qoyulur. Avstriya sosial-demokratlarının lideri Viktor Adlerin oğlu, 1879–1960-cı illərdə yaşamış Avstriya siyasətçisi və inqilabçısı Fridrix Adler ona inqilab nəzəriyyələrini aşılamağa çalışsa da, buna nail ola bilmir. Fridrix 1916-cı ildə Avstriya baş nazirini qətlə yetirəcəkdi. Eynşteyn isə I Dünya müharibəsindən (1914–1918) sonra Adlerin vaxtından əvvəl azad edilməsi üçün düzənlənəcək kampaniyaya qoşulacaqdı.

Albert həmçinin gələcəkdə böyük tədqiqatçı kimi yetişəcək Marsel Qrossmanla (1878–1936-cı illərdə yaşamış İsveçrə riyaziyyatçısı) birlikdə Sürix institutunun yanındakı «Metropol» kafesinin ab-havasını dəyişəcək, Mikele Ancello Bessonun (1873–1955-ci illərdə yaşamış italiyalı mühəndis) şəxsində isə ən sadiq dostunu tapacaqdı.

O dövrdə Sürixdə kimlər yox idi: sürgün olunanlar, qaçqınlar, casuslar… Trotskinin2121
  Lev Trotski (1879–1940) – inqilabçı, sovet siyasi xadimi


[Закрыть]
yolu Sürixdən keçmişdi, Lenin bu şəhərdə yaşayırdı. Hər kəs burada özünü tamamilə sərbəst hiss eləyə, müxtəlif ideoloji baxışlar, dünyagörüşlər barədə azad şəkildə mübahisə apara, mühakimə yürüdə bilərdi. Bir sözlə, Eynşteyn gəlib dünyanın yolayrıcına çıxmışdı…

***

Mileva Mariç. Deyilənlərə görə, bu qadında gözəllik adına heç nə yox idi. Üstəlik, bir ayağını da çəkirdi. Ağırxasiyyətli Mileva həm də qısqanc və depressiyaya meyilli idi. Albertdən də üç yaş böyükdü. Milliyyətcə serb olan bu qadın fizika və riyaziyyata böyük maraq göstərirdi. Eynşteyn Milevayla 1898-ci ildə tanış olmuşdu. Heç kim onları bir-birinə yaraşdırmır: oğlan uşaqlıq illərinin əksinə olaraq indi hədsiz dərəcədə ünsiyyətcil, qız isə qapalı və utancaqdır.

Dini mənşəyinə görə xristianlığın pravoslav qoluna mənsub olan Mileva qatı yəhudi Paulinanın kabusuna çevrilmişdi. Qız gözəl, zərif olsa yenə dərd yarı idi. Üstəlik, tez-tələsik toy eləmək istəyir! Cibində siçanlar oynayan, vətəndaşlığı belə olmayan oğlan serb qaçqını ilə evlənə bilərdimi?

Paulina oğlunun Mariya Vintelerdən ayrılmasına təəssüf eləyirdi. Digər tərəfdən, Albert öz başını dolandıra bilmədiyi halda necə ailə qurmaq istəyir?

Paulina oğlunun Mileva ilə nikahının əleyhinə olduğunu gizlətmirdi. O, Alberti bu niyyətindən çəkindirməyə çalışırdı. Hətta oğlu ilə münasibətini kəsəcəyini bildirirdi. Ancaq bütün bu məzəmmətlər, təhdidlər işə yaramadı. Eynşteyn yalnız ikinci evliliyində anasının arzuladığı kimi mehriban, təmkinli, zərif və ən başlıcası, yəhudi ənənələri ilə böyümüş qadınla ailə quracaqdı. Həm də bu qadın onun qan qohumu, öz əmisi qızı olacaqdı!

Hələliksə Albertlə Mileva, nəyin bahasına olursa olsun, bir yerdə yaşamaq istəyirlər. Albert atasının köməyinə ümid bağlayır və yanılmır. German onun xoşbəxtliyinə qarşı çıxmır. Lakin 1902-ci ildə ata ürək tutmasından vəfat edir. 1903-cü il yanvar ayının 6-da isə Albertlə Mileva ailə qururlar.

Son aylar Albert məktəbdə sanki özünü idarə eləyə bilmir. Onu Münhen gimnaziyasını atmağa məcbur edən şeytan yenə içinə girib. Müəllimlərlə yola getmir, onlara rişxənd eləyir. Nəticədə müdiriyyətin qəzəbinə tuş gəlir. Professor Minkovski ilə əlaqəni müvəqqəti olaraq kəsir, Veberlə arası dəyir. Bununla belə, Eynşteyn 1900-cü ildə məzun olur və diplom alır. Ancaq Albert yeganə tələbə idi ki, ona məktəbdə qalıb müəllim işləmək təklif olunmur. Professorlardan heç kim Eynşteyni öz assistenti olaraq görmək istəmir. Veber aralarında olan xətir-hörmətə baxmayaraq ona kömək etmir. Beləliklə, Eynşteyni bu nüfuzlu məktəbin qapısından boşluğa itələyirlər.

1900-cü il: Eynşteyn – cibində qara qəpiyi belə olmayan işsizdir. Düz bir əsr sonra 1999-cu ildə isə «Taym» jurnalı onu «Əsrin adamı» elan edəcək.

Lakin hələ ki əsrin ilk günləri yaşanmaqdadır. Gələcəyin alimi çətinliklə də olsa, Şafhauzen adlı qəsəbədə repetitorluğa başlayır. Milevadan ayrılıb həmin qəsəbəyə yollanır. Orada gənc bir ingilisə riyaziyyatdan dərs deməlidir. Ancaq bir neçə aydan sonra qovulur: Alberti işə götürən şəxs onun davranışını «biabırçı», pedaqoji metodlarını isə «yarıtmaz» hesab edir.

Mileva hamilədir. O, pulları olmadığından yaşamaq üçün valideynlərinin yanına – Serbiyaya qayıdır. Eynşteynin həyatının ən müəmmalı dövrü də elə bu zamana təsadüf edir…

Çox keçmədən Mileva ilə Albertin qızları dünyaya gəlir. Adını Lizerl qoyurlar. Məktublardan hər iki valideynin sevinc hissi keçirdiyini duymaq mümkündür. Lakin Albert yeni doğulan övladını görmək, onu qucağına almaq üçün gənc ananın yanına getmir. Niyə? Eynşteyn maddi problemlərin ağırlığı altında əzildiyi bir vaxtda atalıq yükünü öz çiyninə götürməkdən qorxurdu, yoxsa başqa bir səbəb vardı? Bu sualın cavabı indiyə kimi tapılmayıb.

Albertin qızının sonrakı taleyi də naməlumdur. Körpənin uşaq evinə verildiyini deyənlər də var, iki yaşında ikən skarlatindən2222
  Skarlatin – boğazda ağrı və bədəndə qırmızı səpgilər şəklində təzahür edən yoluxucu xəstəlik


[Закрыть]
öldüyünü söyləyənlər də. Bəziləri isə onun atasından sonra həyatdan köçdüyünü iddia edirlər. Sonralar dünyaya gələn digər iki uşağını ürəkdən sevən Eynşteynin ilk övladına qarşı niyə belə laqeydlik göstərdiyini bilən yoxdur. İstənilən halda «Lizerl məsələsi» böyük alimin parlaq bioqrafiyasına kölgə salır.

Müasir dövrümüzdə az qala bütün arxivlər açılandan sonra da Albertin ilk övladı ilə bağlı müəmmalara aydınlıq gətirmək mümkün olmayıb. Lakin bir şey dəqiqdir: insan hətta dahi şəxsiyyət olsa belə, gənc yaşında ağlasığmaz işlərə yol verə bilər!

1901-ci il fevralın 21-də Eynşteynə İsveçrə vətəndaşlığı verilir. Həmin ilin dekabrında isə dostu Qrossmanın köməyi ilə işə girir. Ancaq bu iş heç də onun arzuladığı müəllimlik peşəsi deyildi. Eynşteyn Berndəki patent bürosunda texniki ekspert kimi çalışır. Onun vəzifəsi ixtiralara rəy vermək idi. «Əsrin adamı»nın karyerası bu cür başlayır. Beləliklə, Prussiya Elmlər Akademiyasında, yaxud London Kral Cəmiyyətində işləmək onun üçün xəyal olaraq qalır. Buna baxmayaraq Eynşteyn özünü xoşbəxt hiss eləyir. O, Milevanı Serbiyadan yanına çağırır. 1904-cü ilin mayında isə onların oğlu – Hans Albert dünyaya gəlir.

İyirmi dörd yaşlı Eynşteyn ailəsinin əhatəsindədir, babat maaş alır, elmi işlə məşğul olmağa da kifayət qədər vaxtı var. O, rumıniyalı tələbə-filosof Moris Solovin və Şafhauzendə tanış olduğu alim Konrad Qabixtlə birlikdə «Olimpiya» akademiyasını yaradır. İddialı adı olan bu müəssisədə ən müxtəlif ideyalar coşub-daşır. Onlar gecələr bir yerə yığışıb Platon2323
  Platon – antik yunan filosofu (təxminən e.ə. 428/427 – e.ə. 348/347)


[Закрыть]
və Puankareni2424
  Anri Puankere (1854–1912) – fransız riyaziyyatçısı, fizik, astronom və filosof


[Закрыть]
, Spinoza2525
  Benedikt Spinoza (1632–1677) – yəhudi əsilli Niderland filosofu


[Закрыть]
və Maxı oxuyurlar. Tezliklə bu dəstəyə Albertin sadiq dostu Mikele Besso da qoşulur.

Eynşteyn dostları ilə görüşür, qəribə ixtiralarını sınaqdan keçirir, ailəsilə gəzməyə çıxır, Alp dağlarına qalxır, ən başlıcası isə – fikirləşir. Kantın fəlsəfi baxışları, Spinozanın determinizmə2626
  Determinizm – cəmiyyət və təbiətdə baş verən bütün hadisələrin obyektiv qanunlardan və səbəb-nəticə əlaqəsindən asılı olduğu haqqında elmi anlayış


[Закрыть]
dair fikirləri onun dünyagörüşünü genişləndirir. Ernst Maxın əsərləri onda dərin izlər buraxır. Max pozitivistlərin2727
  Pozitivist – idealist fəlsəfi cərəyan olan pozitivizmin tərəfdarı


[Закрыть]
rəhbəridir. Nyutonun nəzəriyyəsinə ilk hücum çəkən də odur. Max zaman və məkan konsepsiyasına yeni tərif verir.

1903–1904-cü illər Albert üçün intellektual oyanış dövrüdür. Həmin dövrdə o son dərəcə böyük tədqiqat işləri aparır, yeni fizika nəzəriyyəçilərinin tədqiqatları ilə tanış olur. Bu tanışlıq sonradan onun öz işlərinin inkişafına güclü təkan verəcəkdi. Plankın ideyaları onu heyran edir. Bir il sonra birlikdə işləyəcəyi bu adam hələ 1900-cü ildə kvant fizikasının əsasını qoymuşdu. O, eyni zamanda alman elmi jurnalı olan «Fizika salnaməsi»nin rəhbəri idi. Eynşteyn Lorensin2828
  Hendrik Lorens (1853–1928) – Niderland fiziki, fizika üzrə Nobel mükafatı laureatı


[Закрыть]
elmi işlərini təhlil edir, Boltsmanın tənliklərinin yeni həll yollarını tapır. Bütün bunlar kvant mexanikasına yenidən şərh verməsinə köməklik göstərir.

Eynşteyn 1903–1904-cü illərdə bütün diqqətini hərəkətdə olan cisimlərin statistik termodinamikasını və elektrodinamikasını dərk etməyə yönəldir, bir neçə məqalə və elmi əsər çap etdirir.

İşıq ili

1905-ci il. Eynşteyn «Fizika salnaməsi»ndə beş məqalə çap etdirir. Gənc alimin həmin məqalələri fizikada, ümumilikdə isə elm aləmində əməlli-başlı dönüş nöqtəsinə çevrilir. 1905-ci il mart ayının 17-də onun kvant nəzəriyyəsi haqqında birinci məqaləsi dərc olunur. Həmin məqalə işığın təbiəti haqqında təsəvvürləri büsbütün dəyişir. Sonrakı iki məqalə atomun mövcudluğunun sübutu və Avoqadro sabitinin hesablanması ilə nəticələnir ki, bu da atomla bağlı tədqiqatlarında irəliyə doğru atılmış nəhəng addım hesab olunur.

Həmin ilin iyun ayının 30-da jurnal hərəkət edən cisimlərin elektrodinamikasından bəhs edən yeni məqaləni çap edir. Sentyabrın 27-də isə gənc alim beşinci – sonuncu məqaləsində nüvə energetikasının əsasını təşkil edən düsturu açıqlayır. Kütlə və enerjinin qarşılıqlı əlaqəsini göstərən bu düstur indi hamıya məlumdur: E = mc2.

«Fizika salnaməsi»ndə çap olunan bu beş məqalə elmi yaradıcılıqda nadir hadisə sayılır. İyirmi beş yaşlı gənc vur-tut yarım il ərzində işığın yeni tərifini verir, atomun mövcudluğunu isbatlayır, molekulların hərəkətini açıqlayır, məkan və zaman konsepsiyasını kəşf edir.

Eynşteyn iyulun 20-də «Molekulun ölçüsünün yeni tərifi» adlı dissertasiyasını müdafiə edərək, nəhayət ki, Sürix Universitetinin professoru adını qazanır. Qəribədir ki, fakültə rəhbərliyi əvvəlki beş məqalədən heç birini namizədlik dissertasiyasına layiq görmür! Lakin həmin məqalələrin sonradan fizikada misli görünməmiş sarsıntılara yol açdığı birmənalıdır.

Bu yerdə Eynşteynə dünya şöhrəti gətirən nisbilik nəzəriyyəsinə bir qədər diqqət ayırmaq lazımdır.

Vaxtilə Nyuton işığın və zamanın sürətinin sabit olduğunu bildirmişdi. Eynşteyn isə zamanın sabit olmadığını göstərir. Onun fikrincə, işığın sürəti sabit qala bilər, ancaq zaman dəyişməz deyil. Nisbilik nəzəriyyəsinə görə, insan hərəkətdə olarkən zaman onun üçün yavaşıyır, sükunətdə olarkən isə daha sürətlə keçir.

Sonra gənc alim daha dəlisov bir fikir irəli sürür: zaman və məkan bir-birindən ayrı deyil, ən əsası isə keçmiş və gələcək bir illüziyadır, keçmişdə və gələcəkdə baş verən hadisələr, əslində, tamam fərqli bir zaman müstəvisində gerçəkləşir.

Eynşteyn köhnə fizika elminin təməlini sarsıdaraq müasir fizikanın əsasını qoyur. Beləcə, iyirmi beş yaşlı bu gənc dünya haqqında təsəvvürləri alt-üst edən yeni nəzəriyyəsini yaradır.

E = mc2. Bu ən məşhur düstur haqqında nə demək olar? Onun nisbilik nəzəriyyəsinə heç bir dəxli yoxdur. Həmin düsturla bağlı Albertin «Cismin ətaləti onun enerjisinin miqdarından asılıdırmı?» başlıqlı məqaləsi var. Eynşteyn belə bir fikrə gəlir ki, cismin kütləsi onun enerjisi ilə ölçülür. Alimlər sonralar bu qənaətə gələcəkdilər ki, əgər ən ağır nüvəli (uran) kütlə tapılsa, ondan çox böyük enerji əldə etmək olar. Bəli, ağır kütlə bölünmə zamanı son dərəcə böyük enerji yarada bilər. Lakin təqvim hələ 1905-ci ili göstərir və Eynşteyn dahi olsa da peyğəmbər deyil. Atom bombası yalnız qırx il sonra yaradılacaq. Kimlərsə Eynşteyni bu qorxunc, böyük fəlakətlərə yol açan icadın «xaç atası» hesab edəcək. Eyni zamanda bəşəriyyət elmi nailiyyətlərin heç də həmişə gələcək nəsillərə firavanlıq gətirmədiyi-ni anlayacaq.

Qısası, Albert bir-birinin ardınca heyrətamiz elmi yeniliklərə imza atır, məsələn, maddəni atomlara parçalayır. Onun etdikləri Heraklın qəhrəmanlıqlarına bərabərdir. Ancaq gənc alim özündən tam razı deyil: XX əsrin əvvəllərinə gəlib çatıblar, intəhası, insanlar hələ də işığın necə yarandığını izah edə bilməyiblər. Bu mənada fizika daş dövrünü yaşayır, alimlər isə qaranlıq aləmdə azıb qalıblar.

Eynşteyn əmindir ki, dünya işıqla bağlı sualların cavabından mütləq agah olmalıdır. Çünki işıq ilk mənbədir. Planetlərin yaşını, Qalaktikanın necə yarandığını yalnız onun sayəsində ortaya çıxarmaq mümkündür.

Nyuton işığın dalğalı təbiətə malik olduğunu deyirdi. Maks Plank XX əsrin əvvəllərində fizika elminin inkişaf istiqamətini müəyyənləşdirərək işığın kvantlardan ibarət olduğunu irəli sürür. Albert isə Plankın bu fikrinə söykənərək sübut edir ki, işıq davamlı yox, hissə-hissə, yəni fotonlarla paylanır və bununla da fotoelektrik effektini izah edir. Fotoelektrik effekti müəyyən materialların üzərinə işıq şüaları salmaqla həmin materiallardan elektronların sıxışdırılıb çıxarılması hadisəsidir.

Məhz bu elmi tədqiqat işinə görə Eynşteyn 1921-ci ildə Nobel mükafatına layiq görülür.

Berlindən Berlinə

1906-cı il. Elmdə edilən çevriliş, dünyanın aparıcı fizika jurnalında çap olunan beş məqalə… Eynşteyn göyün yeddinci qatındadır? Xoşbəxtlikdən məst olub? Qətiyyən! Albert hər səhər patent bürosuna piyada gedir və bu zaman onun üzündən nə yorğunluq, nə də sevinc oxunur.

Eynşteyn 1906-cı ilin yanvar ayının 15-də, nəhayət, Sürix Universitetində doktorluq dərəcəsi alır.

Əslində, onun həyatında çox şey dəyişməyib. Günləri əvvəlki qaydada ötüb-keçir. Gənc alimi hələ ki, tam başa düşə bilmirlər. Doğrudanmı həmişə belə olacaq? Bu sual onu narahat edir. Həmin narahatlıq içində Alberti sevindirən yeganə hadisə 1904-cü il mayın 14-də baş verir – oğlu Hans Albert dünyaya gəlir. Bu, cavan ər-arvadın yaddaşında ən xoşbəxt məqamlardan biri kimi qalacaq. Övladının doğum xəbərini eşidən Eynşteyn şəhərin küçələrilə qaçaraq özünü xəstəxanaya çatdırır, arvadının alnından öpür, körpəni sinəsinə sıxır. O harada olursa olsun, hansı çətinliklərlə üzləşirsə üzləşsin, övladlarından sevgisini heç vaxt əsirgəmir.

Həmin dövrdə Albertin həyatındakı xoşbəxt anların bir qismi də «Olimpiya» akademiyasının yığıncaqları ilə bağlı idi. Dostları Solovin, Qabixt və Besso ilə birgə Bern pivəxanasında keçirilən bu yığıncaqlarda elmi planlar qurulur, Eynşteynin məqalələrinin nə vaxt inqilab yaradacağı məsələsi müzakirə edilirdi. Sanki tezliklə fizikada böyük dönüşün baş verəcəyinə yalnız bu dörd nəfər inanırdı.

1908-ci ildə, nəhayət, ona Bern Universitetində dərs deməyə icazə verilir. Bir neçə ay mühazirələrini dinləməyə yalnız üç-dörd nəfər gəlir. Onlar da, əsasən, öz tanışlarıdır: Mikele Besso, bacısı Maya…

Eynşteyn şöhrətə çatmağı arzulayır və buna nail olacağına bütün varlığı ilə inanırdı. Odur ki tədqiqatlarını davam etdirirdi. Onun sevimli mühakimə metodu «Düşüncə eksperimenti» idi. Bir çox alimlərin sevmədiyi, ancaq Qalileylə Kopernikin çox bəyəndiyi bu metod dolaşıq nəzəri hesablamalara söykənmir. Onun əsasında xəyali eksperimentlər dayanır; bu cür eksperimentlər isə praqmatizmin, intuisiya və yaradıcı təxəyyülün məhsuludur.

Eynşteyn enerji ilə cazibə və enerji ilə hərəkət arasındakı əlaqəni araşdırır. Nəhayət, bir səhər yarıqaranlıq kabinetində onun beyninə «həyatının ən gözəl ideyası» gəlir.

Sərbəst düşmə vəziyyətində olan insan öz çəkisini hiss eləmir. Bu çox sadə həqiqətdir. Ancaq Aristotel ağırlıq qüvvəsi haqqında suala cavab verəndən sonra heç kim onun haqda düşünməyib. Bundan başqa, sərbəst düşmə vəziyyətində olan adam eyni vaxtda əlindəki daşı buraxarsa, o bu daşın düşməyini görməyəcək: onunla eyni sürətlə düşən daş insanın gözündə tərpənməz qalacaq. Ancaq kənar müşahidəçi bu daşın düşdüyünü görəcək. Deməli, cazibə qüvvəsi nisbidir! Zahirən bayağı görünən bu fikir onun daxilində təlatümlər yaradır. Eynşteyn hiss edir ki, kütlə ilə hərəkət arasındakı nisbəti tapıb. Evrika! Sürət və ağırlıq qüvvəsi bir-birinə mütənasibdir!

İdeyalar onun beynində sürətlə inkişaf edir. Üstəlik, onun bir neçə il öncə – 1905-ci ildə «Fizika salnaməsi»ndə çap etdirdiyi elmi məqalələr, tədricən də olsa, elm aləmini silkələməyə başlayıb…

Budur, Berndən çox-çox uzaqlarda, Prussiya paytaxtının mərkəzində, kitab şkafları ilə bəzənmiş kabinetdə bir adam jurnal oxuyur. O sanki ovsunlanıb. Jurnalı səhifələyir, bir an sonra əvvəl oxuduğuna qayıdır, başqa nömrəyə əl atır, onu da vərəqləyir. Hərdən gözünü səhifədən ayırmadan, mexaniki olaraq nəsə yazır. O həm bu jurnala, həm də Berlindəki Prussiya Akademiyasının fizika kafedrasına rəhbərlik eləyir. Həmin adam müasir fizikanın yaradıcısı, görkəmli alim, professor Plankdır. Artıq bir neçə həftədir adı hələ elm aləminə çox da məlum olmayan Eynşteynin məqalələrinin üstündə baş sındırır.

Albertin beş məqaləsi onun jurnalında çap olunandan sonra Plank qələmə əl atmaq qərarına gəlir. O, Prussiya Akademiyasının blankına qısa bir məqalə yazır və katibəyə verir ki, zərfə qoysun. Beləliklə, bu adam öz əli ilə başqa birini elm məbədinə daxil edir.

Plank nisbilik nəzəriyyəsinin kəşfini «böyük hadisə» adlandırır. Məqalədə Kopernik də xatırlanır, bununla belə, əlbəttə ki, ilk növbədə Eynşteynin adı ön plana çıxır.

Albert indi Bernin küçələrində vüqarla addımlayır. Çox keçmədən Plankla gənc alim məktublaşmağa başlayırlar. Bundan sonra Plank assistenti Layeni2929
  Maks fon Laye (1879–1960) – alman fiziki, Nobel mükafatı laureatı


[Закрыть]
Eynşteynin yanına göndərir. Görüşdən qayıdan Laye öz təəccübünü Plankla bölüşür: sən demə, bu böyük zəka sahibi Bernin hansısa patent bürosunda işləyir və mənasız həyat sürürmüş. Dərhal onunla görüş təyin olunur.

Münhendə, Höttingendə, Parisdə Plankın yazdığı məqaləni maraqla oxuyur, «Fizika salnaməsi»nin gözdən qaçan nömrələrini axtarırlar. Eynşteynin yazdıqları saf-çürük edilir: kimlərsə yazılanlardan şövqə gəlir, bir başqaları fırıldaqçılıqdan dəm vurur, üçüncülər isə gözləmə mövqeyi tutur. Lakin bu yeni nəzəriyyə haqqında öz tələbələrinə danışmağa cəsarət edənlər də tapılır.

Nəhayət, 1909-cu ildə Sürix Universitetinin rəhbərliyi iki addım aralıda ideyaları elm aləmini silkələyən gənc alimin yaşadığının fərqinə varır. Universitet Eynşteynə professor yeri təklif etmək barədə düşünür. Ancaq həmin vəzifəyə Fridrix Adler də namizəddir. Yuxarıda qeyd olunduğu kimi o, «Politexnikum»da oxuduğu vaxtdan Eynşteyni tanıyırdı. Fridrix bu xəbəri eşidən kimi öz namizədliyini geri götürür.

1909-cu ilin payızı: Eynşteynlər ailəsi Berndən Sürixə köçür. Oktyabr ayında Albert universitetdə professor vəzifəsinə qəbul olunur. Mileva çox sevdiyi Sürixi bir daha özü üçün kəşf edir. O, xoşbəxtdir, həyatının çox hissəsini burada yaşayacaq. 1910-cu il iyulun 28-də onların ikinci oğlu Eduard dünyaya gəlir.

Eynşteyn artıq tanınmağa başlayıb. Şöhrətin qapıları onun üzünə açılıb. Plank Berlin Universiteti qədər nüfuzlu Praqa Universitetinə məktub yazır. Eynşteyni XX əsrin Koperniki hesab edən alim öz həmkarına gənc tədqiqatçını himayəsinə almağı məsləhət görür. Beləliklə, Eynşteyn Mariya Küri3030
  Mariya Skladovskaya Küri (1867–1934) – polyak əsilli fransız kimyaçısı və fiziki, iki dəfə Nobel mükafatı laureatı


[Закрыть]
ilə eyni vaxtda Cenevrə Universitetinin fəxri doktoru titulunu alır.

Sentyabr. Albert elmi konqresdə Plankla qarşılaşır. Onlar ilk dəfə görüşürdülər.

Görüş çox yaxşı keçir, sanki köhnə dostlar uzun illərin ayrılığından sonra yenidən üz-üzə gəlmişdilər. Bu isti münasibət sonradan möhkəm dostluğa çevrilir, hətta keşməkeşli 30-cu illərin sınağından da çıxır.

Sürix Universitetində doktor Eynşteynin mühazirələri geniş auditoriya toplayır. Artıq Berndə üç-beş adamın yer aldığı mühazirələr geridə qalıb. Tələbələr «yeni Kopernik»i dinləməyə can atırlar. Bununla belə, onun mühazirələrinin xeyli mürəkkəb olduğunu hamı etiraf eləyir. Albert mühazirələrində özünü maraqlandırmayan mövzulara toxunmur. Müəllimin səsində hərdən yorğunluq, əsəbilik duyulur.

Ziyalı mühitində də Eynşteyni barmaqla göstərməyə başlayıblar. Sürixin kübar dairələrində onu həvəslə qəbul eləyirlər. Albert bir neçə dəfə Yunqla3131
  Karl Qustav Yunq (1875–1961) – İsveçrə psixoloqu, analitik psixologiyanın banisi


[Закрыть]
görüşüb. Eynşteynləri tez-tez ailəlikcə nahara dəvət edirlər. Onlar ömürboyu bu şəhərdə yaşaya bilərlər…

Lakin taleyin gedişatını dəyişmək olmaz. Eynşteyn şöhrət yolunda irəliləmək üçün rahat ailə həyatından ayrılmaq məcburiyyətindədir. Onun şöhrəti artıq İsveçrənin sərhədlərini aşıb.

1910-cu il: Avstriya imperatoru I Frans İosif maarif nazirinin vasitəsilə alimə Praqanın Karl-Ferdinand Universitetində Fizika kafedrasına rəhbərlik təklif edir. Ancaq burada da onun rəqibi var; intəhası, həmin rəqib – görkəmli alim Yuman3232
  Qustav Yuman (1863–1924) – Avstriya fiziki


[Закрыть]
o vaxt Eynşteyn qədər məşhur deyildi. İkisi arasında seçim universitetin nüfuzlu fiziki Lampa3333
  Anton Lamp (1868–1938) – Avstriya fiziki


[Закрыть]
həvalə olunur və o, Albertə üstünlük verir. Lampın arxasında Plank dayansa da, onun seçimi həyata keçmir və son qərar Yumanın xeyrinə olur. Yuxarıdan belə tapşırıq verilib. Səbəbi isə Eynşteynin milli mənsubiyyətində axtarmaq lazımdır.

Belədə Yuman namizədliyini geri götürür.

1911-ci ilin mart ayı: Albert Avropa fizikasının məbədlərindən birinə daxil olur. Söhbət Mərkəzi Avropanın qədim Praqa Universitetindən gedir. Həmin vaxt bu ali məktəbin rektoru fizikanın atası sayılan Ernst Max idi.

Beləliklə, Eynşteyn Sürixdən gedir. Ulm, Münhen, Aarau, Bern və nəhayət, Praqa… Lakin bu dəfə Albert tək deyil. Mileva göz yaşlarını saxlaya bilmir. O, Sürixi tərk etmək istəmir. Alberti fikrindən daşındırmağa isə gücü çatmır. Eynşteyn tezliklə onları öz yanına aparacağına söz verir. Gənc alim bir əlində yol çantası, digər əlində skripka qatara minir.

Praqada o, qəşəng evdə yaşayır. Qədim şəhərin küçələrini gəzir, binaların gözəlliyinə heyran olur, köhnə şəhərin başı üzərində ucalan Klimentinum rəsədxanasının əzəmətli qülləsinin yanından keçir. İşləyəcəyi laboratoriyaya da baş çəkir: məlum olur ki, kabinetinin pəncərəsi dəlixanaya açılır…

Eynşteyn ilk olaraq Ernst Maxla görüşür. Müasir fizikanı əhəmiyyətli şəkildə təkmilləşdirən bu adam artıq qocalıb. Eynşteyn onun evinin kandarına ayaq basanda həyəcandan ürəyi bərk-bərk çırpınır. O artıq canlı «ikona»nın3434
  İkona – xristianlıqda dini sitayiş obyekti


[Закрыть]
qarşısında oturub. Eynşteyn uzun-uzadı nitq söyləyir, Albert Maxı atomların mövcudluğuna inandırmağa çalışır. Hər şeyə şübhə ilə yanaşan bu adam haqqında söylənənlər düz çıxır. Max Albertin monoloqunu dinləyəndən sonra onu ötürmələrini tapşırır. Beləliklə, Eynşteyn Maxı tərk edir – həm məcazi, həm də həqiqi mənada.

Praqada tanışların sayı get-gedə artır. «Luvr» kafesində onun öz masası var. Bu kafedə yazıçılara da rast gəlmək olar. O, axşama qədər Maks Brodla3535
  Maks Brod (1884–1968) – yəhudi mənşəli Avstriya yazıçısı, filosof, publisist, yazıçı Frans Kafkanın yaxın dostu olub.


[Закрыть]
söhbət eləyir. Orada şlyapalı, solğun bənizli, qaraqabaq bir adam da var. Beləcə, Eynşteyn XX əsr ədəbiyyatının görkəmli nümayəndələrindən biri, almandilli yəhudi yazıçısı Frans Kafka (1883–1924) ilə tanış olur.

Həmin vaxt Alberti ilk dəfə öz mənşəyi maraqlandırmağa başlayır. Əvvəllər ona elə gəlirdi ki, bu məsələni 12 yaşında, hər cür dini ayinlərdən imtina etməyi qərarlaşdıran vaxt həll edib. Lakin Maks Brodla görüşdən tutmuş yeni yaranan İsrail dövlətinin baş naziri David Ben-Qurion3636
  David Ben-Qurion (1886–1973) – İsrail dövlətinin qurucusu və ilk baş naziri


[Закрыть]
ona prezidentlik təklif edənə qədər yəhudi problemi Eynşteynin yaxasını buraxmayacaqdı. O bunu məhz həmin Praqa kafesində dərk etmişdi.

Sonralar Eynşteyn Maks Brodun romanının prototipinə çevriləcəkdi. Eyni zamanda həmin vaxt hələ heç kimin tanımadığı Kafka ilə ünsiyyətdə olacaqdı. Kafkanın öz soy-kökünə, sionizm3737
  Sionizm – XIX əsrin sonlarında Avropada yəhudi burjuaziyası daxilində meydana gəlmiş millətçi cərəyan


[Закрыть]
ideyalarına bağlılığı romanları ilə müqayisədə «Gündəliklər»ində daha çox hiss edilir. Nəticədə, Eynşteyn də get-gedə yəhudi məsələsilə maraqlanmağa başlayır. 1919-cu ildə Kafka qarşıdan gələn fəlakəti əvvəlcədən hiss edibmiş kimi «Gündəliklər»ində yazır: «Yəhudiləri təhlükə gözləyir».

Bununla belə, Eynşteynin Praqada əsas məşğuliyyəti öz nəzəriyyələrini cilalamaq olur. Berlin Universitetində vaxtını müəllimlikdən çox tədqiqatlarına həsr edir.

O bütün elmi karyerası boyunca hansı universitetdə dərs deyirsə desin, mühazirələrinin ardıcıllığına, tələbələrin davamiyyətinə, çalışqanlığına fikir verməyən müəllim kimi tanınır. Ümumiyyətlə, Eynşteynin yüksək pedaqoji qabiliyyətə malik olduğunu söyləmək çətindir.

Alim Praqa Universitetində cazibə qüvvəsi nəzəriyyəsini təkmilləşdirir, beləliklə də, əsrin görkəmli fiziki kimi məşhurlaşır. 1911-ci ildə həmçinin «Ağırlıq qüvvəsinin işığın yayılmasına təsiri haqqında» adlı elmi məqaləsini yazır. 1912-ci ildə kvant nəzəriyyəsini inkişaf etdirərək fotokimyanın əsas qanununu kəşf edir.

1911-ci ilin oktyabrında fizika ilə yaxından maraqlanan belçikalı sənayeçi Ernest Solveyin Brüsseldə düzənlədiyi və dünyanın 20 fizikinin toplaşdığı elmi konfransa Eynşteyn də dəvət alır. Həmin il konfrans kvant probleminə həsr olunur. Budur, qapıçı ucadan onun adını səsləndirir və Albert zala daxil olur. Ondan əvvəl isə dünyanın ən görkəmli fiziklərinin adları elan edilib. Konfransda Rezerford3838
  Ernest Rezerford (1871–1937) – İngiltərə fiziki, Nobel mükafatı laureatı


[Закрыть]
Birləşmiş Krallığı, Anri Puankare və Pol Lanjevan Fransanı, kvant nəzəriyyəsinin pioneri

Внимание! Это не конец книги.

Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!

Страницы книги >> Предыдущая | 1 2
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации