Электронная библиотека » Meyxoş Abdullah » » онлайн чтение - страница 2

Текст книги "Yağışla gələn dualar"


  • Текст добавлен: 29 октября 2022, 11:40


Автор книги: Meyxoş Abdullah


Жанр: Современная зарубежная литература, Современная проза


Возрастные ограничения: +16

сообщить о неприемлемом содержимом

Текущая страница: 2 (всего у книги 6 страниц) [доступный отрывок для чтения: 2 страниц]

Шрифт:
- 100% +

Bundan da böyük məclislər, qonaqlıqlar yola salmışdı.

Amma iş olanda olur da, bir də gördün, yeməyin içindən nə bilim, andıra qalmış nataraz bir şey çıxdı. Onda da, keçi qalardı çaydan o tərəfə… Ona görə də, yemək yeyilib 29

qurtarıncaya qədər arvadın nigarançılığı davam etdi. O

vaxtacan ki, böyük oğlu Firdovsi boş qab-qacağı məcməyidə gətirib onun qabağına qoyana kimi. Necə ki, qab-qacaq qonaqların qabağından yığışdırılıb gətirildi, arvad dərindən nəfəs alıb Allahına şükür etdi ki, xata sovuşdu.

Yatmaq vaxtı gələndə əri Qasım arvadını eyvanın bir küncünə çəkib, pıçıltıyla:

– O, məxmərüzlü yorğan-döşəyi bəri ver görüm! -

deyəndə, arvad tam əmin oldu ki, doğurdan da, bu qonaqlar o biriləri kimi adi qonaqlar deyillərmiş. Çünki evdə

xüsusi

səliqəylə

hazırlanmış,

iki-üç

dəst

məxmərüzlü yorğan-döşək var idı ki, onlar ancaq əziz qonaqlar üçün nəzərdə tutulmuşdu. Həmin yorğan-döşəkdən indiyə kimi bir dəfə də olsun ev adamları özləri üçün istifadə etməmişdilər.

Xırdaxanım arvad yan otaqdan yorğan-döşəyi daşıyıb ərinə verdi. Əri Qasım kişi də onları qoltuğuna vurub qonaq otağına daşıdı və evin adəti üzrə yad adamların yatacaq yerlərini evin kişisi özü birtəhər səhmanladı. Bir azdan evin işığı söndürüldü.

Qonaqlar yuxuya gedəndən sonra, Xırdaxanım arvad həyətə düşüb, bayaqdan ağzını evə tətəf tutaraq səfeh-səfeh hürən itin qabağına süfrədən qayıdan artıq-urtuqdan bir şey atdı. Sonra isə bulaşıq qabları aparıb evin qabağındakı su quyusunun yanında düzəldilmiş

xırda hovuzun başında yudu.

30

İşini görüb qurtarandan sonra yadına düşdü ki, uşaqlar bayaq cücə tutarkən hinin ağzını açıq qoyublar, gedib onu bərkitdi. Darvazanın kilidini vurub evə

qalxmaq istərkən, baxıb gördü ki, ərinin və qonaqların ayaqqabıları çirklidir. Dəmir ləyənə su alıb, əvvəlcə ərinin ayaqqabılarını yuyub kənara qoydu. Sonra qonaqların ayaqqabılarını yumağa başladı. Ayaqqabıları yuduqca cütləyib kənara qoyurdu. Arvad birdən döyüküb qaldı.

Ayaqqabılardan biri yox idi. Ayaqqabıları təkrarən cütləyib bu dəfə gözünün qabağına qoydu. Bəs, ayaqqabının bir tayı hanı? – deyə, o düşündü. Özü də

qonaqlardan birinin ayaqqabısının bir tayı yox idi. Arvadı təlaş bürüdü. Yan-yörəsinə göz gəzdirdi, orda da yox idi.

Arvad ev adamlarının ayaqqabılarının arasına baxdı, yenə də gözünə yad bir şey dəymədi. Evin böyüründəki ayaqyolunun, hamamın yan-yörəsinə hərlənib baxdı.

Düşündü ki, bəlkə kimsə səhvən ayağına alıb aparıb oralarda atıbdır. Ayaqqabı oralarda da yox idi. Əlacı kəsilən Xırdaxanım arvad tövlənin böyüründəki itin gecələr uzandığı şax-şəvəlin altına da göz gəzdirdi.

Onsuz da, qaranlıqda göz-gözü görməyən bu yerdə bir şey tapa bilməyəcəyini zənn etdiyindən geri döndü.

Çox həyəcanlanmışdı. Əgər qonağın ayaqqabısı tapılmasaydı, səhər bu evdə əmməlli-başlı bir mərəkə

qopacaqdı, bunu o yəqin bilirdi. Əri Qasımın qorxusundan arvadın ürəyi titrəməyə başladı. Bu ayaqqabı hara yox ola bilərdi? Olmaya, oğrudan-zaddan 31

kimsə gəlib oğurlayıbdır? – fikirləşdi. Tezcə də, fikrindən vaz keçi; – oğru aparsaydı iki tayını da aparardı, bir tayını gözünə soxmur ki… – deyə düşündü. Bəlkə, qonşu-bacanın iti aparıb? Arada belə hallar olur, axı… Bir də

görürsən,

kiminsə

paltarı,

ayaqqabısı

qonşunun

həyətindən tapılırdı. Kənddə sülək itlər vardı ki, gecə

düşən kimi qonşu-bacanın ayaqqabılarını, nə bilim rastlarına çıxan aftahadan-zaddan nə keçsə idi ağızlarına alıb, hara gəldi daşıyıb atardılar. Gümanı min yerə

yozulsa da, yazıq arvadın fikri, qərarı bir yerdə toxtaqlıq tapa bilmirdi. Sabah ərinə nə cavab verəcəkdi? Hələ

qonaqlar nə fikirləşəcəkdi onlar barəsində? Deməyəcək-dilər ki, gör bunlar nə təhər adamlardır, evlərinə gələn qonağın ayaqqabılarını oğurlayırlar? Arvad bunları düşünə-düşünə hölündən ağlamağa başladı.

Gecə yarısı olsa da, o, hələ də həyət-bacada ora-bura vurxunub, itmiş bir tay ayaqqabını axtarırdı. Ayaqqabı isə, elə bil, bir iynə olub qara şumda itmişdi, tapılmırdı ki, tapılmırdı.

Səhəri dirigözlü açan Xırdaxanım arvad ərinin oyanmasını gözləyirdi. Gözləyirdi ki, heç olmasa, bu eviyıxılmamışın oğlu yuxudan ayılsın və baş verən hadisədən xəbərdar olsun. Necə olsa kişi xeylağıydı, bu işin töhür-təhərin bilməmiş olmazdı. Ondan sonra ona nə

deyir desin, təki canı bu intizardan qurtarsın. Evdəkilər isə hələ də şirin yuxudaydılar.

32

Səhər artıq açılmışdı. Xırdaxanım arvadın qəlbi isə

qara-qura fikirlərlə doluydu. Görəsən, bu andıra qalmış

ayaqqabı hara yoxa çıxa bilərdi? – deyə o, öz-özünə sual verirdi.

Səhər açıldığına görə tövlədən ala inəyin böyürtüsü eşidilirdi. Bu vaxtlar onun sağılan vaxtı idi. Arvad əlinə

vedrəni alıb tövləyə tərəf getdi və inəyi tövlədən çıxarıb saray deyilən yerdə dirəyə bağladı. Sonra uzun tumanının ətəyini dürgələyib diziüstə çömbəldi və inəyi sağmağa başladı. İnəyi sağa-sağa fikri-zikri hələ də itmiş

ayaqqabının yanında idi. Axı, o hara yox ola bilərdi? –

düşünürdü.

Elə bu vaxt evin qapılarından hansısa cırıldayıb açıldı.

– Nə mağıl durdun? – deyə ərinin oyandığını zənn etdiyindən onun qarasınca deyindi. Amma qonağın ayaqqabısının itməsini yadına salanda yenidən canını qara-qayda aldı və fikirləşdi ki, indi əri ayaqqabının itməsindən xəbər tutan kimi onun üstünə ağzını açıb, gözünü yumacaqdır. Ona görə də, fikirli-fikirli yenidən inəyi sağmağına davam etdi.

Bu vaxt həyətdən kal öskürək səsi eşidildi. Adətən, belə öskürək səsini həyət-bacaya girən yad adamlar edirdilər ki, ev yiyəsi duyuq düşüb bilsin həyətə adam gəlibdir.

Xırdaxanım arvad başını qovzayıb həyətə, səs gələn tərəfə boylandı.

33

Qonaqlardan ən yaşlısı idi, pencəyini çiyninə salıb həyətə düşmüşdü. Arvad diqqətlə qonağa baxdı və

gördüyü mənzərədən az qaldı ki, ağlını itirsin. O, gördüyünə inanmırmış kimi, bir neçə dəfə əllərinin arxasıyla gözlərini ova-ova qonağa diqqətlə baxdı. Sonra sevindiyindən göz yaşlarını saxlaya bilməyərək, əllərini göyə qaldırıb: – Şükür sənə, İlahi! – dedi.

Həyətə düşən qonaq isə, baş vermiş hadisədən xəbərsiz halda əl ağacına söykənə-söykənə həyətdəki əl-üz yuyulan tərəfə gedirdi. Qonağın bir qıçı dizdən yuxarı yox idi…

34

Daş karxanası…


Hər dəfə evə dönəndə söz verirdi ki, bir daha bu lənətə

gəlmiş karxanaya getməyəcək, özünə başqa bir iş

tapacaqdır. Amma borc sahiblərinin ona verdiyi vaxtın tamamı gələndə gözünü açıb görürdü ki, toz-torpaq içində yenə də daş karxanasında daş yükləyir.

Borcu günbəgün artib çoxalırdı. Borc da elə şeydir ki,

“pəncərədən girər o qədər şişər böyüyər ki, axırda qapıdan da çıxa bilməz” – deyiblər.

Onun borcu başqalarının bir gecədə kefə xərclədiyi pulların heç yarıdan yarısı deyildi. Ancaq ona görə, düşdüyü borcun altından çıxmaq cəhənnəm əzabından qurtulmaq kimi bir şeydi. Bilirdi ki, bu borcları qaytarmaq üçün daş karxanasına hələ xeyli ayaq döyməli olacaqdi. Ürəyində yalvarırdı ki, nə olaydı birdən-birə

əlinə çoxlu pul gələydi borclarının hamısını birdəfəlik ödəyə biləydi. Arada inciyib canı boğazına yığılanda isə, özünə ölüm arzulayırdı. Ölmək onu bu əzablardan qurtarardı, – düşünürdü. Amma balalarını, həyat yoldaşını yadına salanda özünü qınayıb bu fikrindən daşınardı. Ailəsi elə də böyük deyildi, iki azyaşlı qızı, bir də həyat yoldaşı. Özündən başqa işləyəni olmasa da, amma hamısının ağzı işləyirdi. Yemək-içməkləri bir yana, hələ geyim-kecimləri, qohum-əqrabanın xeyir-şərini hesablayanda onun gözlərindən yuxusu da çəkilərdi.

35

Yaşadığı ətrafda qazanclı iş-güc olsa da, nədənsə

onun-bunun qapısında işləməyi özünə sığışdırmırdı, -

“adamla adam kimi rəftar etmirlər” – deyirdi. Daş

karxanası beləydi ki, orada həmişə iş olurdu, həm də

hansı sənətin sahibinə desən orada rast gəlinərdi, fəhləsindən tutmuş müəlliminə kimi. Daş karxanasında hər kəsin çörəyi daşdan çıxırdı.

… Bu dəfəki gedişində daş karxanasındakı işi yaxşı gətirmişdi. Havasat yağışlı-yağmurlu olduğundan daş

yükləməyə gələnlərin sayı az idi. Bəxti gətirsəydi iki-üç maşın yükləyəcəkdi. Yamanca sevinirdi, günün sonunda alacağı pulların haqq-hesabını ağlına gətirəndə qollarına bir az da qüvvət gəlirdi. İşdir arvad-uşağı qəsəbədəki ərzaq dükanından əlavə bir şey götürməsələr, bəlkə bu dəfə aparacağı pulla borclarının yarısını qaytara biləcəkdi

– düşündü.

Günün sonuna az qalırdı. Yüklədiyi iki maşının pulunu almışdı. Üçüncü maşın da dolmaqdaydı, axırıncı sıraların daşını atırdı. Çox işlədiyindən qolları tamam keyləşmişdi, ayaq üstə zorla dayanırdı, amma işləməliydi, zarafat deyil bu gün yüz manata qədər pul qazanacaqdı.

Neçə müddətdi buraya ayaq döyürdü, amma heç vaxt bir günkü kimi əli gətirməmişdi.

Axırıncı sıranın da daşlarını atıb qurtardıqdan sonra əlinin arxasıyla toz-torpağa bulaşmış boyun-boğazının tərini sildi. Hava soyuq olduğundan tərdən islanmış

paltarları bədəninə buz kimi yapışmışdı. Havadan 36

ciyərlərinə dolan toz-torpağın nəmqarışıq qoxusu ürəyini bulandırırdı. Amma kefikök görünürdü, bu günkü zəhməti hədər getməmişdi.

Dərindən nəfəs alaraq əlini cibinə salıb papiros çıxartdı, yandırmağıyla, tüstünü acgözlülüklə ciyərlərinə

çəkməyi bir oldu. Soyuqladığından papiros tüstüsü döşünə düşmədi, bir-iki dəfə bərkdən öskürdükdən sonra, əlindəki papirosu ayağının altına atıb əzdi. Elə bu vaxt daş yüklədiyi maşının sürücüsü ona yaxınlaşdı:

– Səid, onsuz da axşam tərəfidir, yolda heç kəs olmur, burayla da razılaşmışam, nə olar, yüz dənə də əlavə daş

at, al, bu da sənin beş manatın, kasıb adamsan, dərdivün birinə xərclərsən – deyib pulu onun tozlu şalvarının cibinə

dürtdü.

Səid yazıq-yazıq sürücünün üzünə baxdı. Bu baxışlarıyla demək istədi ki, vallah ölürəm, yorulmuşam, gücüm çatmaz. Amma borclarını yadına salanda razılaşmaqdan savayı çarəsi qalmadı. Əlcəklərini əlinə

keçirtdi və yerdən bir daş götürüb maşındakı daşların üstünə atdı. Sonra yenə də bir neçə daş qovzadı.

Yorulduğundan atdığı daşlar ona çox ağır gəlirdi, həm də, maşındakı daşların sırası qalxdıqca, yerlə maşın arasındakı məsafə bir az da uzaqlaşırdı. Ayaqlarının altına daş düzdü ki, bir az hündürə qalxa bilsin.

Pəncələrinin

üzərinə

qovzanmaqdan

ayaqlarının

damarları rezin kimi dartılaraq onu incidirdi. Möhkəmcə

yorulmuşdu, halı özündə deyildi, bunu maşının sürücüsü 37

də hiss edirdi. Odur ki, əlini onun çiyninə toxundurub: -

az qalıb, üç-dörd dənə də atsan daha bəsdir – deməsini də

güclə eşitdi.

Səidin gözlərinə qaranlıq çökdü, başının üzərinə

qaldırdığı daş əlində səndələdi. O, son gücünü toplayıb daşı maşının kuzovuna tullamağa çalışdı. Elə bu vaxt ayağının altında üst-üstə çinlədiyi daşlar tərpəndi.

Əllərini yanına salmağa macal tapmamış başına düşən ağır daşın təsirindən dizləri üstə çöküb xırıldadı. Bir anın içindəcə üst-başındakı ağappaq daş unu al-qırmızı rəngə

boyandı… Səidin sir-sifəti al-qanın içərisindəydi. Ağzı torpağa qapananda son dəfə gözlərini dolandırıb sürücünü axtardı. Sürücü isə dizə çöküb əlindəki cibdəsmalıyla onun başından axan qanı dayandırmağa çalışırdı. Çaşqın və qorxu içində Səidə yalvarırdı:

– Heç nə olmayıb, qorxma, azacıq başın qanayıb, indi səni xəstəxanaya çatdıraram, bir az möhkəm ol, qardaş.

Səidin isə başından axan qan dayanmaq əvəzinə bir az da gurlaşırdı. O, get-gedə haldan düşərək xırıldayırdı.

Sürücü isə çaşqın halda ona yalvarmaqda davam edirdi.

Səid son dəfə gücünü toplayıb əlini şalvarının cibinə

saldı və oradan kağıza bükülü bir şey çıxarıb sürücüyə

uzatdı və zarıya-zarıya dedi:

– Bu, bayaq yüklədiyim iki maşın daşın puludur.

İmkanın olsa sən də maşınının pulunu qoy bu borc 38

siyahısının arasına verərsən bizimkilərə, deyərsən borclarını qaytarsınlar.

Səidin cansız bədəni sürücünün qolları arasından sürüşüb toz-torpaqlı yerə düşəndə onun köksündən güclə

eşidiləcək bir inilti qopdu.

… Bərk yağış yağırdı. Maşın qəsəbənin lap qurtaracağında məftillə çəpərlənmiş balaca bir komanın qarşısında dayandı. Qəsəbənin işıqları da sönmüşdü. Hər tərəf zülmət qaranlığa büründüyündən sürücü maşının işıqlarını söndürmədi. Göz-gözü görməyən zülmət qaranlıqda bu güclü işıq seli gecənin bağrından qopan alova bənzəyirdi. Bu alovun şöləsi yaxınlıqdakı komanın miskin görkəmini bir anlıq da olsa nura boyamışdı. Güclü yağış damlaları gur işığın altında göydən yerə səpələnən, sanki gümüşü rəngli oxlara bənzəyirdi. Bu oxlar ardı-arası kəsilmədən elə hey göydən səpələnərək yerə

sancılırdı.

Bir azdan komanın qapısı açıldı. İçəridən qucağında uşaq olan gənc bir qadın çıxıb qapıda dayandı. O, əlini gözlərinin üstünə qoyaraq komadan bir az adalıda dayanmış maşına tərəf baxdı. Az keçməmiş bir qızcığaz da yuxulu gözlərini ova-ova qapıda göründü. Gözlərinə

düşən güclü işıqdan qorunmaq üçün anasının arxasına keçib ona sığındı.

Maşının gur işığında onların kasıb və üzgün çöhrələri apaydın görünürdü. Hər şeydən xəbərsiz olan bu 39

biçarələr, yəqin ki, daş karxanasından geri dönən əzizlərinin qayıtdığını zənn etmişdilər…

40

Əqrəb xislətli…


“Əqrəbin ən böyük uğuru, özünü sancıb

öldürməkdir!..”


O mənim yaxın tanışım idi. Özü də çox yaxın. Neçə

illərdi ki, onu tanıyırdım. Amma ondan heç xoşum gəlməzdi. Çünki paxıl adam idi. Onun bu xasiyyətinə

görə, çoxları onu sevmirdi. Ailə üzvləri də onun bu hərəkətlərinin xəcalətını çəkirdilər. Mənim isə ona yazığım gəlirdi. Başqasının uğurlarını görəndə, onun necə

bir hala düşdüyünü və daxilən necə əzab çəkdiyini təsəvvür etmək çox çətin idi.

Bu adam gündə, bəlkə də, neçə dəfə ölüb dirilirdi.

Onun çuxura düşmüş gözlərinin dərinliklərində sarı çayana oxşar bir işartı dolaşırdı. O, sarı işartı, sanki sönməkdə olan zəif bir işığın son öləzimiş halına bənzəyirdi.

Gümrah olsa da, canından həmişə şikayətlənirdi. Bu adam, elə bil, öz canına qənim kəsilmişdi. Sanki bütün əzalarının xəstə olduğunu bəyan etməklə, hamını bu sirrli xəstəliyə yoluxdurub, həyatdan küsdürmək istəyirdi.

Amma bilmirdi ki, bu müəmmalı xəstəlikdən əziyyət çəkən yalnız onun özüdür.

Şəhərdə yaşayırdım. Ona görə də, kəndə az-az yolum düşürdü. Amma hər dəfə kəndə gedəndə ona baş

41

çəkirdim. Necə olsa, yaxın tanış idik, həm də, məndən böyük idi. Hər dəfə də məndən soruşardı: – Yenədəmi kirayədə qalırsan?!

Həmişə də, bu sualı mənə verəndə gözlərini gözlərimin içinə dikər və bir müddət beləcə donuq baxışlrını

gözlərimdən

çəkməzdi.

Gözlərinin

dərinliklərindəki o sarı çayana oxşar işartı belə vaxtlarda, elə bil, at çapardı onun gözlərinin bəbəklərində.

Şəhərdə ev-eşiyim vardı. Dolanışığım da pis deyildi.

Amma bu yazıq adamı öldürməmək üçün özümü zorla toplayıb:

– Hə, yenə də kirayədə yaşayıram! – deyirdim.

Deyirdim ki, qoy, könlü xoş olsun.

Mənim bu sözlərimdən sonra onun bir azca qırışığı açılar və:

– Yəqin, çətin olar sənin üçün? – deyə, qımışırdı.

– Çətin nədir?! Lap, it zülmünü çəkirəm! – deyirdim.

Gülümsəyərdi. Gülümsəyəndə gözlərindəki parıltılıq, gecənin qaranlığında parlayan, pişiyin gözündəki işığa bənzəyirdi.

Bu adama yazığım gəldiyi üçün başqa bir söz tapıb deyə bilmirdim. Amma bir sual həmişə mənim beynimdə

dolaşardı. Axı, mən bu adama nə etmişəm ki, bu adam mənim yaxşı olmağımı istəmir?!

Bir gün eşitdim ki, o bərk xəstə yatır. Dedilər ki, vəziyyəti çox ağırdır, bir-iki günlük ömrü qalıbdır.

42

Onu yoluxmaq üçün kəndə getdim. Qaranlıq bir otaqda çarpayıda uzanmışdı. Tək idi. Otaqdan kəsif qoxu iyi gəlirdi. Elə bil, aylarla otağın havası dəyişilməmişdi.

Sanki hamı ondan iyrənirmiş kimi kənar gəzirdi.

Otağa girib, onun uzandığı çarpayının qırağında oturdum. Yatmışdı. Ağzı açıq qaldığından çox qorxunc görünürdü. Əslində, o, belə vəziyyətdə çoxdan ölmüş

adama bənzəyirdi. Güclə nəfəs alırdı. Nəfəs alanda, sanki boğazından asılmış adam kimi xırıldayırdı.

Əlimi ehmalca alnına qoydum. Diksinib oyandı.

Bulanıq gözlərini dolandırıb ətrafa boylandı. Sonra nəzərlərini üzümə dikdi. Huşu özündə idi, məni o dəqiqə

tanıdı.

– Sənsən?! – soruşdu.

– Hə, mənəm! – dedim.

– Yəqin, öləcəyəmi bilirsən? Ona görə gəlmisən?!

– Yox!.. Elə belə… Ürəyim istədi. Dedim, gəlim sənə baş

çəkim, – dedim.

Dodaqları əsdi və qırıq-qırıq səslə:

– Ölmək istəmirəm! – dedi.

Əlimi onun buza dönmüş əlinin üstünə qoyaraq:

– Nə ölmək?! Ölmək nədi? Sən hələ yaşayacaqsan! –

dedim.

Gülümsəmək istədi, amma bacarmadı. Sifətini acı bir təbəssüm çulğaladı və xırıltılı səslə:

– Yenədəmi, kirayədə qalırsan?! – soruşdu 43

Onun bu sualı məni diksindirdi. Bədənimdən bir gizilti keçdi. – Ölüm ayağında bu adam yenədəmi, öz xislətindən əl çəkmir? – deyə, düşündüm. Ona nə deyim, axı?! Deyim ki, hə, kirayədə yaşayıram. Əgər belə

desəydim, ömrünün son anında onun çəkdiyi bu cəhənnəm əzablarını bir az da artırmış olardım. Ona yazığım gəldi. Ürəyimdən keçdi ki, heç olmasa son dəfə

ona sözün düzünü deyim. Ona görə də, əyilib qulağına pıçıltıyla dedim:

– Yox, kirədə qalmıram. Artıq, 5 otaqlı ev almışam.

Ailəmlə o evdə yaşayıram! Güzəranım da çox yaxşıdır!..

O, gözlərini geniş açıb üzümə baxdı. Onun gözlərindəki sarı çayana bənzər işartı birdən-birə qəfil söndü… Və o, öldü…

44

Gecə qapısı döyülən qadın…


Bu xəbər elə gözlənilməz oldu ki, özünü tamam itirdi.

Əvvəlcə, nə edəcəyini qərarlaşdıra bilmədi. Anasının ölümayağında olması xəbəri başında ildırım kimi çaxdı. -

Bunu mənə niyə bir az ertədən çatdırmayıblar? – deyə

yaxınlarını qınadı.

Bu haqda fikirləşmək, artıq, gec idi özünü anasına çatdırmalıydı.

Anası onu övladlarının hamısından çox istəyirdi. Ona görə də, anasının bu halını təsəvvürünə gətirəndə içi sızladı, gözləri doldu. İndi, yəqin ki, anası onun yolunu gözləyirdi.

Qarlı-çovğunlu qış gecəsi idi. Ertədən yağan qar axşamüstünə yaxın dizəcən qalxmışdı. Qar hələ də

yağırdı.

Belə hallarda maşınsızlıq adamın əl-qolunu elə

bağlayır ki… İndi kimin qapısına gedəsən, nə deyəsən, belə havada hansı ağıllı çölə çıxardı?

Beşmərtəbəli binada yaşayırdı. Bina sakinlərindən bir neçə nəfərinin maşını vardi.

Qapıqonşuluğunda yaşayan Əşrəf adlı qonşusunun qapısını döydü. Onun, dükan-bazara mal daşımaq üçün sürdüyü köhnə bir “Qazel” maşını vardı. Həm də, onunla çoxdanın dostu idi. Əhvalatı ona danışdı. Bildirdi ki, anasının vəziyyəti agırdır özünü ona çatdırmalıdır.

45

Əşrəf boynunu ovuşdura-ovuşdura:

– Müəllim, maşınımın işıqları yaxşı işləmir, ona görə

də, gecələr heç vaxt çölə-bayıra çıxmıram. Mənimki hava qaralanacandır, harada olsam qayıdıram evə. Yoxsa, nə

vardı ki, gedərdik. Heç, pul-zad da lazım deyil, dost deyilik bəyəm? – deyə əlavə etdi.

Onun sözünün üstən nə deyəcəkdi, kor-peşiman geri döndü.

Gözlərindən bir anlıq da olsa anasının əksi getmirdi.

Hətta, qulaqlarına onun zarıyan səsi də gəlirdi, anası onu çağırırdı.

Binanın o biri girişindəki “Moskviç”i olan qonşunun qapısını döydü.

Qapını onun xanımı acdı və qonşusunu görçək, buyurun içəri, – dedi.

– Fazil evdədir?! – deyə müəllim tələsik soruşdu.

– Hə, evdədir. – Gəlin içəri, yemək yeyir, – deyə qadın geri qanrılıb ərini səslədi.

Fazil əlindəki dəsmalla ağzını silə-silə qapıda göründü.

O, qonşusunu görcək:

– Boy, müəllim, xoş gəlmisən. Qapıda niyə

dayanmısan, gəl içəri? – dedi.

– Fazil, qadan alım, kənddən xəbər gəlib, anamın vəziyyəti çox ağırdır. Qorxuram, yubanam sonra gec olar, gedək onu xəstəxanaya gətirək.

46

Fazil udqundu. Onun udqunmağı müəllimin içini göynətdi. Bildi ki, qonşusunun getmək fikri yoxdur. Ona görə də, müəllim boyununu çiyininə qoyaraq:

– Qonşu, səncanın, bircə, yox demə, arvadın başına bir iş gəlsə ömrümboyu özümü günahkar bilərəm. Qadan alım, gəl gedək, – deyə ona yalvardı.

Fazil müəllimin gözlərinin içinə baxıb yazıq bir görkəm aldı.

– Müəllim, əziz canına and olsun, özüm ölüm, mənim bu lənətə gəlmiş moskviçimin təkərləri keçəldir. Bu qarda bir addım da olsun gedə bilmərik, batıb yolda qalarıq. Ha, deyirəm bir az pul yığım bu zibilləri dəyişdirim, amma çatdıra bilmirəm ki, bilmirəm.

Müəllimin ondan əl çəkmək fikri yox idi:

– Fazil, bəkə birtəhər gedək, sən allah, sözümü yerə

salma, anama görə çox narahatam, – deyə ona yenə ağız açdı.

Fazil isə and-aman edərək:

– Qonşu, balalarımın canına and olsun bu qış vaxtı yolda qalarıq , qurd-quşa yem olarıq. Niyə mənə

inanmırsan? Istəyirsən, al bu qarajın açarını özün get bax.

Gör, bu zibilə qalmışlarla çölə çıxmaq olar, ya yox?!

Müəllim daha bir söz deməyib qapıdan aralandı. Bir istədi ki, evə gəlib səhərin açılmasını gözləsin. Amma anasının səsi qulaqlarında cingildədi. Ona elə gəldi ki, bu dəqiqə bütün kənd onların həyətinə axışıb, anası isə son nəfəsində; – Oğul.., oğul.., – deyə onu çağırır.

47

Gözləri doldu, ansını itirəcəyindən qorxdu. Yox, getməliyəm! – deyə qərar verdi.

Binanın həyətində durub ətrafa boylandı. – Nə edim, indi kimin qapısını döyüm? – düşündü.

Küçənin o biri üzündəki yaşayış evlərinin birində

Qasım adlı biri yaşayırdı, köhnənin sürücüsü idi. Onun həyətində sınıq-salxaq bir “UAZ” markalı maşın görmüşdü. Ara-sıra nərildəyə-nərildəyə, o baş-bu başa şütüyərdi. Əlacsılıqdan üzünü ora tutdu.

Qasım həyətdə idi. Darvazanın qapısı döyülən kimi açdı. Qonşusunu görcək:

– Buyur, müəllim, xeyir ola bu axşam vaxtı?

– Qasım, təcili kəndə getmək lazımdır. Anam canüstədir özümü ona yetirməliyəm.

Bu sözləri deyərkən, müəllimin gözləri doldu, hıçqırtı onu boğdu. Elə zənn etdi ki, doğurdan da, anası canını, artıq tapşırıbdır, bir daha onu heç vaxt görməyəcəkdir.

Qonşusunun bu halı Oasıma təsir etmədiyindəndi, ya ana sevgisinin nə olduğunu anlamadığındanmı, o, dişlərini ağardaraq şit-şit güldü:

– Müəllim, başına xeyir, bu havada bu uluq, metalolom maşınla, nəinki, kəndə, heç bir addımlıq yola da getmək olmaz. Maşının salamat yeri yoxdur. Dörd-beş adam onu yerindən tərpədib, güclə hərəkətə gətiririk. Heç ağlınıza belə gətirməyin ki, bu maşınla kəndə getmək olar.

48

Yaman pis olmuşdu. Əlacı hər yerdən kəsilmişdi.

Çarəsizlikdən ağlamaq dərəcəsinə çatmışdı. Özünü qınayırdı, lənətlyirdi. – Nə edim, hara gedim?!

Birdən, ağlına gəldi ki, kəndə piyada getsin. – Qoy, bu qar-çovğunda it-bata düşüm, lap elə qurd-quşa yem olum, – düşündü. – İşdir, anamın başına bir iş gəlsə, heç olmasa məni qınamasınlar, deməsinlər ki, oğlu isti yorğan-döşəkdə yatıb, anası isə onun yolunu gözləyə-gözləyə keçindi.

Artıq qərara gəlmişdi ki, kəndə piyada getsin, başqa çarəsi yox idi.

Həyətdən çıxıb asfalt yola dönmək istəyirdi ki, binanın arxa tərəfində bir maşın gördü. Gözlərinə işıq gəldi, ürəyi isindi. Qara bata-bata maşına tərəf qaçdı.

Pəncərədən deyib-gülmək səsi gəlirdi. Bir az da irəli yeriyəndə, bayaqkı sevinci bir anda yox olub getdi.

Ayaqları, sanki yerə mıxlandı. Maşın, binadakıların, elə

onun da, qəhbə kimi tanıdığı Qəmzə adlı qadının pəncərəsinin önündə dayanmışdı. Bildi ki, bu maşının sahibi kimdirsə Qəmzənin qonağıdır.

– Nə edim, gedim Qəmzənin qapısınımı döyüm?

Qonşuluq etdiyim adamlar mənə yox deyəndə, pisgəzən Qəmzə mənə maşınmı verəcəkdi?! Maşın onun özünün olsaydı, dərdyarıydı, yanına gələn hansısa birinin olmalıydı, – düşündü.

Geri dönmək istədi. Amma, elə bil, ayaqlarından daş

asılmışdı, yerindən tərpənə bilmirdi. Elə haldaydı ki, bu 49

anda anasını hər şeydən, lap qürurundan da üstün tuturdu… Ona elə gəldi ki, anasının həyatda qalması bu dəqiqə Qəmzədən aslıdır. Nə olursa olsun, bu sonuncu şansı da yoxlayacağam, – düşündü.

Ehmalca qapını döydü.

İçəridən Qəmzənin çingiltili səsi eşidildi:

– Əyə, kimdir qapını döyən?

– Mənəm! – dedi, – Qonşun…

– Hansı qonşum, ə? Mənim qonşum-zadım yoxdur.

Get, vızqırt burdan… yanımda adam var.

Elə bil ayılan kimi oldu. – Başıma soyuq dəyib nədi, mənim bu qapıda nə işim var? – fikirləşdi.

Geri dönüb pilləkənlərlə aşağı düşmək istəyirdi ki, birdən qapının açarı şaqqıldadı və elə həmin andaca Qəmzə deyilən qadın qapıda göründü:

– Ayə, bir geri dön, görüm kimsən?

Çəkinə-çəkinə geri boylandı.

Qəmzə əlini qaşlarının üstə qoyub diqqətlə ona baxdı:

– Əəə.., müəllim, sənsən? Xeyir ola, məni güdürdün?!

Yoxsa, yığışıb yenə məndən polisə şikayət ərizəsi yazmısınız? Gecəvaxtı da gəlmisən ki, görəsən yanımda kişi var, ya yoxdu? Var müəllim, var, özü də lap zırpısından. Yaz ki, gedib öz gözlərimlə gördüm.

Qəmzə qapını çırpıb getmək istəyirdi ki, nə fikirləşdisə

geri döndü:

– Düz eləmirsiniz, müəllim, adam çörəyə baisçilik eləməz… Birdə ki, bilirəm məndən niyə yanıqlısınız? Ona 50

görə ki, mənim bu binada yaşayan kişilərdən xoşum gəlmir… Qəlbinizə dəyməsin, bu binada heç kişi yoxdur.

Yazırsınız, gedin oğrudan, rüşvətxordan, ana-bacısını vəzifəyə, tiryəkə satanlardan yazın, məndən niyə

yazırsınız?! Nə edim, gedim dilənim?! Yoxsa, oğurluq edim? Bəlkə, başqaları kimi onu-bunu şərləyib pul qazanım?! – Kişisiniz əyə, gedin, arvad-uşağınızın dərdini çəkin. Bu binada elə kişilər var ki, arvadı şəhərin əksər kişilərinin alt tuman-köynəyinin razmerini əzbərdən bilir.

İndi gəlib mənim namusumu çəkirlər, oğraşlar…

Qışın bu zəlo-zəlo vaxtında Qəmzənin sözləri onun başından tüstü çıxartdı. Qızmalı adamlar kimi bədəni su içərisindəydi. Bir az da gözləsəydi həyəcandan yıxılıb yerə dəyəcəkdi. Odur ki:

– Qəmzə xanım, kənddən xəbər gəlib, anam bərk xəstədir. Arvadın vəziyyəti ağırdır, getmək istəyirəm, maşın tapa bilmirəm. Pəncərənizin qarşısında maşın gördüm, ona görə gecə vaxtı qapınızı döydüm.

Mümkünsə… Müəllim başını aşağı salıb tövşüdü.

Qəmzə bir müddət lal-dinməz dayanıb, müəllimin üzünə baxdı, sonra yavaşca:

– Anan xəstədir?!..

– Hə, vəziyyəti çox ağırdır.

O geri boylanıb içəridəki adama səsləndi:

– Etibar… Edik…

Səs gəlmədi. O, bir də səsləndi:

– Edik!!!.. Səninləyəm.

51

Yenə də cavab verən olmadı.

Qəmzə bu dəfə üzünü müəllimə tutub:

– Qonşu, Edik çox içib, keflidir. Onsuz da, bu vəziyyətdə o, maşın sürə bilməyəcək. Sən özün maşın sürə bilirsənmi?!

– Hə, əlbəttə, sürə bilirəm. – deyə müəllim tezcə cavab verdi.

Qəmzə otağa keçib maşının açarlarını gətirdi və

müəllimə verib dedi:

– Onda, al bu açarları maşını özün sür get.

Sonra bir söz deməyib geri döndü və qapını ortüb getdi.

Açarlar əlində bir müddət qapının ağzındaca donub qaldı. Müəllim hələ də, inana bilmirdi ki, o kəndə, anasının yanına getmək üçün maşın tapmışdı.

Yubanmadan maşınına oturub yola düşdü. Qar çox yağsa da, hələ şaxta düşməmişdi. Maşın qalın qarörtüyünü yara-yara irəliləyirdi.

Yolboyu çox şeylər barədə düşündü. Fikirləşdi ki, sən demə, bizim ağlımızın dərk etməyəcəyi hələ çox mətləblər varmış bu həyatda.

Maşını həyətə sürüb, mühərriki söndürdü. Bir müddət sakitcə oturub evə diqqət kəsildi. Sakitlik idi.

Maşından düşüb eyvana qalxdı. Otağa girəndə anasını çarpayıda uzanılı vəziyyətdə, gözlərinin isə qapıya zilləndiyini gördü. Baxışları toqquşdu, hər ikisi gülümsədi.

52

… Xəstəxanaya çatanda, artıq, hava işıqlaşmışdı.

Anasını palataya yerləşdirəndən sonra, maşını sahibinə

çatdrmaq üçün binaya tərəf sürdü. Çox narahat idi, xeyli yubanmışdı.

Binanın qarşısına çatanda gördü ki, qonşusu Əşrəf də, Qasım da, hətta, o biri küçədə yaşayan Fazil kişi də

maşınlarını

qarajdan

çıxarıb

harasa

getməyə

hazırlaşırlar…

Maşını haradan götürmüşdüsə, orda da saxlayıb yerə

düşdü. Başını qaldıranda, Qəmzəni otağının pəncərəsinin qabağında, qalın, yun adyala bürünmüş vəziyyətdə

gördü. Onun gözlərindən yuxu tökülürdü… Elə zənn etdi ki, gec qayıtdığına görə Qəmzə maşın üçün narahatdır.

Qəmzə isə müəllimi görcək pəncərəni açıb:

– Qonşu, anan necədir?! – soruşdu.

Müəllimin nitqi qurudu, bir söz deyə bilmədi… Bir udum qəhər, elə bil, boğazına tıxanıb onu boğurdu.

Dinsəydi, hönkürəcəkdi. Ona görə də, Qəmzəyə baxıb, başının işarəsiylə; – yaxşıdır, – dedi və zorla da olsa gülümsədi.

Qəmzə də gülümsədi. Sonra yuxulu gözlərini ovuşdura-ovuşdura:

– Qış gecəsi nə yaman uzun olurmuş, müəllim, – dedi…

Və pəncərəni bağlayaraq getdi…

53

Qadın ürəyi…


Xəstə olduğunu bilirəm… Ürəyin ağrıyır, bir az da şəkərin var, təzyqin də yüksəkdir. Həkim hamısını mənə

danışıb. Deyib ki, həyat yoldaşına sakitlik lazımdır, onu qoru…

Amma o, sənin qısqanc olduğunu bilmirdi. Çünki qısqanclıq tibbdə xəstəlik siyahısına salınmayıbdır. Onu mən həkimdən yaxşı bilirəm.

Bütün dərmanlarını içirsən, amma xeyiri olmur.

Bilirəm ki, həkim əsas dərdinin dərmanını yazmayıbdır.

O dərdini özüm sağaltmaq istəyirdim… Axı, mən səni çox sevirəm…

Ona görə də, gizli saxladığım o biri nömrəmdən öz telefonuma bir ismarıc yazdım, Xoşqədəm adlı bir qadının adından…

Yazdım ki: – “Ay insafsız, niyə məni sevmirsən? Mən ki, sənin dərdindən dəli-divanə olmuşam. Nolar, heç olmasa mənə bir kəlmə xoş söz yaz, necəsən de, əhvalımı soruş? Bilirəm, həyat yoldaşını çox sevirsən, ona çox bağlısan. Xanımın nə qədər xoşbəxtdir ki, sənin kimi bir həyat yoldaşı var. Əgər sənin qadının mən olsaydım, gecə-gündüz qulluğunda durardım. Səni canım, gözüm qədər sevərdim, qoymazdım ki, dərd çəkəsən… Lap, xəstə

olsaydım belə, sürünə-sürünə arxanca gəzərdim… Amma 54

neynim ki, sən məni sevmirsən… Mənə quruca da olsa, xoş bir söz yazmırsan…

Görəsən, sənin həyat yoldaşın bu qədər xoşbəxt bir qadın olduğunu anlayırmı?!.. Anlayırmı ki, sən ondan başqa heç kəsi sevmirsən?

İnanmıram!.. İnanmıram ki, o, səni mənim qədər başa düşsün və sevə bilsin… Gör, sənin bəxtəvər qadının nə

qədər xoşbəxtdir…

Heyf ki, bu dünyadan nakam gedəcəyəm, çox heyf!.. -

Səni dünyalar qədər sevən, amma özü sevilməyən, bədbəxt Xoşqədəm…”

… Telefonumu özümdən heç vaxt kənar buraxmadığım halda, bu gecə qəstdən onu yemək stolunun üstünə

qoyub, yatdım…

Səhər məndən tez oyanmışdın. Üzün gülürdü… Elə bil həminki adam deyildin. Məni işə yola salanda gözlərimin içinə baxıb qımışdın və:

– Mən gözələm?! – soruşdun.

– Hə, əzizim, çox gözəlsən!– dedim.

Gülümsədin…

Sonra:

– Narahat olma, daha, ürəyim ağrımır… – Heç, təzyiqim də yoxdur… Şəkərim də düşübdür!.. – dedin.

Gülümsədim…

Sonra qapıdan çıxmaq istəyəndə məni arxadan səslədin və:

55

– Əzizim, nə olar, məni bağışla, səni hədər yerə

qısqandığım üçün! – dedin.

Başımı astaca tərpətdim… Gözlərim doldu. Köksümdə

qəfil bir ağrı hiss etdim. Ürəyinin saflığı ürəyimi ağrıtdı, deyəsən…

56

Qapı açanım…


Qız balalarımıza itahf olunur…


… Arvadı iki oğlan uşağından sonra, ona gözəl bir qız uşağı da dünyaya gətirmişdi. Qız övladının doğulması Əziz müəllimi o qədər sevindirmişdi ki, fərəhindən bilmirdi nə etsin. Hətta, iki oğul balası dünyaya gələndə

o, belə sevinməmişdi.

Əziz

müəllim

bütün

qohum-əqrabasına,

dost-

tanışlarına xəbər edib bildirmişdi ki, qızının doğulması münasibətiylə hamıya yaxşı bir qonaqlıq verəcəkdir.

Ona görə də, Əziz müəllimi istəyən bütün yaxınları qonaqlığın veriləcəyi günü gözləyirdilər.

Təyin olunmuş gün gəlib çatanda, nəinki, qonaqlar, hətta, Əziz müəllimin sevimli həyat yoldaşının da, bu böyük ziyafət məclisinə görə təəccübdən gözləri dörd olmuşdu.

Onun təşkil etdiyi qonaqlıq elə bir möhtəşəm qonaqlıq idi ki, elə bil, Əziz müəllim qız balasının dünyaya gəlişi münasibəriylə məclis yox, ona toy edib, ər evinə

Внимание! Это не конец книги.

Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!

Страницы книги >> Предыдущая | 1 2
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации