Текст книги "Fələklər yandı ahimdən… Seçilmiş əsərləri"
Автор книги: Məhəmməd Füzuli
Жанр: Зарубежные стихи, Зарубежная литература
Возрастные ограничения: +16
сообщить о неприемлемом содержимом
Текущая страница: 5 (всего у книги 20 страниц) [доступный отрывок для чтения: 7 страниц]
BU, LEYLİNİN ƏBR İLƏ İZHARİ-NİYAZIDIR VƏ EŞQ BABINDA KƏŞFİ-RAZIDIR7575
Bu, Leylinin buluda istəyini bildirməsi və məhəbbət haqqında sirrini açmasıdır.
[Закрыть]
Əbr ilə təkəllüm etdi ağaz:
"K'ey ahim ilə həmişə həmraz!
Göz yaşın ilə göyə yetərsən,
Sanma məni-zardən betərsən!
Ərz eyləmə rə'dü bərqü baran,
Bəhs etmə mənimlə ruzi-hicran!
Fəryad qılıb dəmi-səhərgah,
Əflakə çəkəndə şö'leyi-ah,
Seylabi-sirişk edəndə cari,
Gəl gör məni-zari-biqərari!
Ey əbr, hər əksiləndə suyin,
Dəryalərə tökmə abi-ruyin!
Al suyi bu çeşmi-xunfəşandan,
Dəryalərə həm bağışla ondan!
Ey əbr, mənə dəmi vəfa qıl,
Düşdü sənə hacətim, rəva qıl!
Var ol üzü gül nigarə məndən,
Zar ağla və söylə yarə məndən:
K'ey türfə nigari-nazəninim,
V'ey7676
Və ey
[Закрыть] arizuyi-dili-həzinim!
Gəl gör ki, qəmində necə zarəm,
Sənsiz necə zarü biqərarəm!
Gəl gör ki, nədir qəmində halım,
Rəngi-rüxi-zərdü əşki-alım!
Can bari-bədən götürməz oldu,
Göz rəngi-vücudu görməz oldu.
Canım canı, gözümün çırağı,
Rəhm eylə ki, gəldi rəhm çağı!
Mən bilməz idim, belə imiş eşq,
Bir dərdli macəra imiş eşq.
Derdin ki: "Bəla yolunda fərdəm,
Eşq içrə sənə şəriki-dərdəm.
Saldın məni-xəstəyi bu halə,"
Dərdə məni eylədin həvalə!
Hər dərd ki var, Leyli aldı,
Mə'lumdurur, sənə nə qaldı.
Ey, mərd mənəm, – deyə uran laf,
İnsafmıdır bu? Qanı insaf!?
Tut kim, xəsü xari-rəhgüzarəm,
Torpaq kimi yolunda xarəm.
Xurşudi-cəmalın, ey məhi-növ,
Toprağa nola buraxsa pərtöv?
Barani-vüsalın, ey düri-nab,
Qılsa xəsü xarı nola sirab?
Olma meyi-qəflət ilə mədhuş;
Həmsöhbətin eyləmə fəramuş!
Ey yari-müvafiqü vəfadar!
Ey mən kimivü mənə səzavar!
Gəl yanimə, kəsmə aşinalıq,
Yaxşımı olur bu bivəfalıq?
Derlər səni aşiq, ey nikuru!
Aşiqlərə böyləmi olur xu?
Hər kim gərək öz işində kamil,
Aşiq nə rəva ki, ola kahil,
Aşiq gərək olmayıb qərarı,
Tövf edə müdam kuyi-yarı.
Düşməz bu yana sənin güzarın,
Var ola məgər bir özgə yarın?
Yarın mən isəm, mənə nəzər qıl!
Gahi bu yanayə bir güzər qıl!
Gər səndə olan fərağəti-dil,
Bir dəm mənə olsa idi hasil,
Geysuyi-müsəlsəlü girehgir,
Boynumda gər olmasaydı zəncir,
V'ə7777
Və əgər
[Закрыть] bağlamayaydı bəndi-xəlxal
Qeyd ilə əyağımı məhü sal,
Eyb ilə çəkilməsəydi adım,
Billah, bu idi həmin muradım
Kim, sayə misalı səndən, ey nur,
Olduqca vücudum, olmayam dur!
Əmma nə edim? Əsiri-qeydəm,
Bir boynu, əyağı bağlı seydəm.
Bildirməgə möhnətü məlalım
Bu şe'r yetər bəyani-halım:"
BU QƏZƏL LEYLİYİ-DİLPƏZİRİNDİR
Eşq daminə giriftar olalı zar olubam,
Nə bəladır ki, ona böylə giriftar olubam?
Dil deməkdən kəsilib, tən hərəkətdən, vəh kim,
Künci-qəmxanəyə bir surəti-divar olubam.
Qüdrətim yox ki, qılam kimsəyə şərhi-qəmi-dil,
Öylə kim, arizeyi-hicrilə bimar olubam.
Həzərim tə'nədən ol qayətə yetmişdir kim,
Yarə əğyar olub, əğyarım ilə yar olubam.
Deməzəm dəxi: "Sənə aşiqəm", ey gül!
Zira sənə aşiqligim izhar edəli xar olubam.
Əqlü səbrü dilü din getdi, bihəmdillah kim,
Səfəri-sahili-dəryayə səbükbar olubam.
Yox, Füzuli, xəbərim mütləq özümdən, bəs kim,
Valehi-nəqşi-xəyali-rüxi-dildar olubam.
BU, LEYLİNİN KÜNCİ-QƏMDƏ GİRYANLIĞIDIR VƏ MƏCNUNUN VADİYİ-EŞQDƏ SƏRGƏRDANLIĞIDIR7878
Bu, Leylinin qəm küncündə ağlaması və Məcnunun eşq vadisində sərgərdan qalmasıdır.
[Закрыть]
Zar ağlar ikən bu rəsmə ol mah,
Bir türfə səda eşitdi nagah.
Bir kimsə oxurdu şe'ri-Məcnun,
Bu nüktə ibarətində məzmun:
"K'ey nəş'əyi eşqdən uran dəm!
Məcnunu saqınma Leylidən kəm!
Məcnun ilə Leylini bərabər
Gər kimsə deyərsə, qılma bavər!
Leylidə əgərçi dərd çoxdur,
Məcnuni-həzincə dərdi yoxdur.
Leyli əli ignədəndir əfgar,
Məcnuna qılınclar eyləməz kar.
Leyli istər ki, əksilə qəm,
Məcnun qəmin artırar dəmadəm.
Leylini edər hərir dilgir,
Məcnuna verər nişat zəncir.
Məcnundur olan qəmə giriftar,
Leyli kimə olmuş ola qəmxar?
Məcnuna yetər şikənceyi-təb,
Leyli kimədir təbib, ya Rəb?
Məcnundur əsiri-dami-Leyli,
Leyli kimə salmış ola meyli?"
Leyli tutub ol təranəyə guş,
Öz nəğməsin eylədi fəramuş.
Təhqiq ilə bildi bu hesabı
Kim, yox şərərində şö'lə tabı.
Əlbəttə, bəlavü dərdi gərdun
Məcnuna veribdir ondan əfzun.
BU, LEYLİNİN İBNİ SƏLAMA GİRİFTAR OLDUĞUDUR VƏ YARDAN MƏHRUM VƏ MÜQƏYYƏDİ-ƏĞYAR OLDUĞUDUR7979
Bu, Leylinin İbn-Səlama rast gəlməsi, yarından məhrum qalıb əğyarə bağlanmasıdır.
[Закрыть]
Me'mari-səraçeyi-ibarət
Böylə bu evi qılır imarət:
Kim, seyrdən olmayıb təsəlli,
Öz mənzilinə dönəndə Leyli
Vermişdi özünə dürlü zivər,
Hər zivərə bir nəticə müzmər.
Ta məhv ola gözdən axıdan xun,
Həm kömləyi, həm donuydu gülgun.
Ta kim, ola dudi-ahə manənd,
Bağlanmış idi bənövşə sərbənd.
Ta kim, ola sövti-nalə pamal,
Qullanmış idi sədalı xalxal.
Ta olmaya əşk üzdə məlum,
Rüxsarına lö'lö idi mənzum.
Rə'na başa sərpübən ləçəklər,
Nazik belə sancıban ətəklər,
Pərvanəsiz eyləməzdi şəm'in,
Eylərdi diri-sirişk cəm'in.
Rə'na-rə'na yürürdü ol mah,
Bir şəkl ilə kim, təbarəkəllah!
Ol əsrdə var idi ərəbdə
Bir mö'təbər əsldə, nəsəbdə.
Mənzuri-əazimü əali,
Məqbuli-əkabiri-əhali.
İdrakı büləndü hüsni dilkəş,
Ətvari xücəstə, siyrəti xoş.
Vermiş Həqq onun olan muradın,
Bəxt İbni Səlam qılmış adın.
Ol türfə hümayi-övci-iqbal,
Asudəzəmirü fariğülbal
Ov qəsdinə eyləmişdi pərvaz,
Altında üqab, əlində şəhbaz.
Bir rahgüzərdə ol nigarə
Uğraşdı və qıldı bir nəzarə,
Canü cigərində qalmadı tab,
Məhv oldu, necə kim, odda simab.
Tərk etdi əziməti-şikarı,
Gəldi evə, getdi ixtiyarı.
Tərh etdi binayi-rəsmi-peyvənd,
Tədbir ilə buldu bir xirədmənd
Kim, lütf ilə söz qılanda təqrir,
Təqriri verərdi daşə təğyir.
İn'am edibən ona bəsi mal,
Leyli tələbinə qıldı irsal.
Şərt eylədi ol büləndəxtər
Kim, olsa bu kami-dil müyəssər,
Sərf eyləyə gəncü mali-aləm,
Cananə yolunda, bəlkə can həm.
Çün gəldi bu razi-dil bəyanə,
Oldu ona razı atə-anə.
Ol Müştəriyə verildi Zöhrə,
Şayəstə görüldü Mah Mehrə.
Çün İbni Səlamə yetdi peyğam,
Tənbihi-nişatü müjdeyi-kam,
Dəryayi-nişatı gəldi mövcə,
Baş çəkdi nihali-bəxti övcə.
Məxzən-məxzən cəvahir açdı,
Xərmən-xərmən nisar saçdı.
Açdı dəri-gənci-gövhərü zər,
Fəqr əhlini eydədi təvangər.
Ol sərvin ayağı bağlı oldu,
Azadə ikən adağlı oldu.
BU, NOVFƏLİN MƏCNUNLA MÜQƏDDİMEYİ-İXTİLATIDIR VƏ OL CƏVAHİRİ-PAKDAN İNBİSATIDIR8080
Bu, Novfəlin Məcnunla yaxınlığının başlanğıcıdır və o pak cəvahirin onu şad etməsidir.
[Закрыть]
Saqi, yenə qəsdi-can edər qəm,
Ver cam ləbaləbü dəmadəm!
Bikəs qalıbam məni-səbükray,
Sən eyləməsən mənə mədəd, vay!
Mən şiftənin pənahı olğıl!
Bikəslər ümidgahı olğıl!
Cəhd eyləvü qılma bir işə əhd,
Vər əhd eləsən, vəfaya qıl cəhd!
Şəmşiri-mübarizi-fəsanə
Bu rəzmdə böylə batdı qanə
Kim, var idi bir xücəstəfərcam,
Ol əsrdə adilü nikunam,
Tiğilə məsaf müşkili həll,
Mə'rufi-zəmanə, adı: Novfəl.
Həm eşq yolunda çox yügürmüş,
Həm çox sitəmi-zəmanə görmüş.
Bəzmində misali-dürri-məknun
Bir gün oxunurdu şe'ri-Məcnun.
Qayətdə bəyəndi tərzi-pakın,
Məzmuni-kəlami-suznakın.
Sordu sifətin, dedilər: "Ey şah,
Aşüftə qılıbdır onu bir mah.
Rüsvalıq edib özünə pişə,
Damü dəd ilə gəzər həmişə".
Novfəl qılıb arizuyi-Məcnun,
Əshab ilə qıldı əzmi-hamun.
Bir guşədə gördü zarü məhcur,
Halı nəsəqi-səlahdən dur.
Ətrafını teyrü vəhş almış,
Vəhşət onu bir həsarə salmış.
Çün daireyi-sibaü hail,
Qət' etdi, sipəh görüb səlasil.
Məcnuna yetişdi ol vəfadar,
Asari-tələttüf etdi izhar:
"K'ey xəstə, nədir bu çəkdigin rənc,
Viranədə zaye etdiyin gənc?!
Vəhşi nə bilir sənin məqamın?
Həmcinslərindən istə kamın!
Hal əhlisən, istə əhli-hali,
Səhralərə düşmə laübali.
Dövlət diləsən, hümadən istə,
Gənc istəsən, əjdəhadən istə!
Qəm çəkmə ki, mən olunca qəmxar,
Yarın sənə ənqərib olur yar.
Gər olsa zər ilə iş sərəncam,
Yük-yük tökəlim zər, alalım kam,
Vər olsa qərəz məsafə möhtac,
Biz qan tökəlim, sən eylə tarac.
Ancaq ola gör mənimlə həmdəm,
Mən kim səninəm, sənindir ol həm".
BU, MƏCNUNUN NOVFƏL İLƏ DƏRDİ-DİL ƏDASIDIR VƏ ŞƏRHİ-TƏFSİLİ-MACƏRASIDIR8181
Bu, Məcnunun ürəyinin dərdini Novfələ açmasıdır və öz macərasını müfəssəl şərh etməsidir.
[Закрыть]
Məcnun dedi: "Ey yeganeyi-əhd!
Tədbirimə çoxlar etdilər cəhd,
Çox əhli-əzaim etdi tədbir,
Olmadı pəri bu divə təsxir.
Topraqlara töküldü çox zər,
Olmadı bi kimiya müyəssər.
Səndə bilirəm ki, lütf çoxdur,
Nə sud, çü məndə bəxt yoxdur?!
Sürmə, bilirəm ki, artırır nur,
Nə faidə, göz əgər ola kur?
İqbalıma yoxdur e'timadım,
Müşkül görünür mənim muradım.
Ah ər qılasan bu şüğlə iqdam,
Rə'yincə iş olmaya sərəncam,
Həm dustum olmaya mənə yar,
Həm düşmən ola nə dust kim var.
Bəxtim, bilirəm, mənim yamandır,
Sud istədigin mənə ziyandır.
Bəxtim sifətində bir qəzəl var
Daim qılıram mən onu təkrar:"
BU QƏZƏL MƏCNUNİ-ZARİNDİR8282
Bu qəzəl nalan Məcnunundur.
[Закрыть]
Vəfa hər kimsədən kim, istədim, ondan cəfa gördüm,
Kimi kim, bivəfa dünyada gördüm, bivəfa gördüm.
Kimə kim, dərdimi izhar qıldım, istəyib dərman,
Özümdən həm betər bir dərdə onu mübtəla gördüm.
Mükəddər xatirimdən qılmadı bir kimsə qəm dəf'in,
Səfadan dəm uran həmdəmləri əhli-riya gördüm.
Əgər su damənin tutdum, rəvan döndərdi üz məndən,
Və gər güzgüdən umdum sidq, əksi-müddəa gördüm.
Ayaq basdım dəri-ümmidə, sərgərdanlıq əl verdi,
Hünər sərriştəsin tutdum, əlimdə əjdəha gördüm.
Mənə göstərdi gərdun tirə bəxtim kövkəbin yüz gəz,
Məni-bədbəxt ona hər gah kim baxdım, qara gördüm.
Füzuli, eyb qılma üz çevirsəm əhli-aləmdən,
Nədən kim, hər kimə üz tutdum, ondan yüz bəla gördüm.
BU, NÖVHƏLİN MƏCNUNA ÜMİDVARLIQ VERDİGİDİR VƏ HÜSNİ-MÜSAHİBƏTLƏ RİZASINA GİRDİGİDİR
Növfəl dedi: "Ey ədibi-kamil!
Feyzi-nəzərimdən olma qafil!
Lülahühəmd qeyrətim var,
Qeyrət qədərincə qüdrətim var.
Sən cəhd elə ki, yar ola əhl,
Çün yardır əhl, kardır səhl".
Məcnun həm ümid ilə olub şad,
Tərk etdi təriqi-təb'i-mö'tad,
Həm sildi qübari-fərqi-geysu,
Həm eylədi qət' naxunü mu.
Həm cisminə verdi zibi-camə,
Həm başına zivəri-əmamə.
Bəzmi-tərəbi məqam tutdu,
Meyli-tərəb etdi, cam tutdu.
Novfəl həm olub mülazimi-əhd,
İmdadına qıldı can ilə cəhd.
Aldı ələ müşkbar xamə,
Leyli həşəminə yazdı namə:
"K'ey taifeyi-büləndpayə,
Biganəlik etmən aşinayə!
Edib məni iltifata məmnun,
Leylini edin rəfiqi-Məcnun!
Ol lalə isə, bu nəstərəndir,
Şümşad isə ol, bu narvəndir.
Ol buna, bu onadır səzavar,
Ey əhli qərəz, nədir bu azar?!
Kam olsa niza'sız müyəssər,
Ha, gənci-dürü xəzaneyi-zər!
Vər olsa bu xeyr işdə təxir,
Ha, tə'ni-sinanü zərbi-şəmşir!"
Ol qövmə çü rövşən oldu əhval,
Oldu bu cəvab olardan irsal
Kim: "Bizdə cünun əlacı yoxdur.
Divanələr ehtiyacı yoxdur.
Gəncü dürə eyləmə təfaxür!
Bəsdir bizə gəncimizdəki dür!
Laf ilə qılıncdan urmağıl dəm
Kim, var qılıncımız bizim həm!"
BU, NOVHƏLİN LEVLİ HƏŞƏMİLƏ RƏZM ETDİGİDİR VƏ RƏZMDƏ QALİB OLMAYIB SÜLHƏ ƏZM ETDİGİDİR8383
Bu, Novfəlin Leyli qəbiləsi ilə vuruşması və vuruşda qalib gəlməyib sülh istəməsidir.
[Закрыть]
Novfəl ki, eşitdi bu cəvabı,
Tərk eylədi şahidü şərabı,
Cəm etdi sipahi-binəhayət,
Çaldırdı nəfirü çəkdi rə'yət.
Ol qövm bəm oldular xəbərdar,
Cəm eylədilər sipahi-xunxar.
Rəf oldu iki tərəfdən azərm,
Həngameyi-rəzmi etdilər gərm.
Bir sübh ki, qıldı xosrovi-Rum
Şam əhünə Hind fəthini şum;
Səyyarədən aldı mehr meydan,
Çaldı qılıncın, götürdü qalxan,
Gün xəncəri oldu aşikarə,
Gərdun zirehini etdi parə,
Şətrəncsifət ol iki ləşkər
Bir-birinə durdular bərabər.
Gəh nizə qılırdı cansitanlıq,
Gəh navək edərdi xunfəşanlıq.
Ol bənzər idi qədi-nigarə,
Bu qəmzeyi-dilfiribi-yarə.
Eylərdi zəbani-tə'ni-şəmşir
Əhvali-ədəm vücudə təqrir.
Əhvalına xəlqin ağlayıb zar,
Çeşmi-zireh olmuş idi xunbar.
Gürz ilə olurdu xürd hər su,
Cövşənlərü üstüxani-pəhlu.
Rəzm oldu bəla yağışlı bir miğ,
Rə'dü bərqi tüfəng ilə tiğ.
Göstərdi güzar gürzü peykan,
Qalxanda zireh, zirehdə qalxan.
Məcnun olara qılıb nəzarə,
Çəkmişdi özünü bir kənarə,
Durmuşdu ələmmisal bibak,
Bir ərsədə şərmsarü qəmnak.
Çəkmişdi bu ləşkər içrə rayət,
Ol ləşkər üçün dilərdi nüsrət.
Bunlar ilə hay-huy edərdi,
Fəth onlara cüstcuy edərdi.
Bu ləşkər ona müinü qəmxar,
Ol talibi-fəthi-ləşkəri-yar.
Gər öz sipəhində görsə məqtul,
Şükr eyləməyə olurdu məşğul.
V'ər görsə qətili-qövmi-dildar,
Dərd ilə qılırdı naləvü zar.
Səbzə kimi, olsa gər müyəssər,
Öz ləşkərinə urardı xəncər.
Bir kimsə dedi ki: "Ey siyəhruz!
Xəsmini dilərmi kimsə firuz?
Biz can qılırız yolunda pamal,
Sən düşmən üçün dilərsən iqbal?
Əqlə bu iş eyləməz dəlalət,
Gər aqil isən, nədir bu halət?"
Məcnun dedi: "Mən fədayi-yarəm,
Vəslinə onun ümidvarəm.
Çün ləşkəri-yardır qılan rəzm,
Ol rəzmə nə layiq eyləmək əzm?
Çün dust sipahidir edən cəng,
Düşmənliyə xoş degildir ahəng.
Xoşdur ki, bulam vüsalə fürsət,
Yarım tərəfində ola nüsrət.
Canım ola dust dilpəziri,
Ya küştəsi ola, ya əsiri.
Bu mə'rəkədə nişatməndəm,
Ol silsilədə əsiri-bəndəm.
Müşkül işə olmuşam giriftar,
Əğyarım yarü yarım əğyar.
Gər qətlimə dust çəksə şəmşir,
Yox məndə rizadan özgə tədbir.
Xoşnud degilmiyəm bu halə
Kim, canı verəm, yetəm vüsalə?!"
Çün böylə cəvab eşitdi sail,
Ol fəzlü kəmala oldu qail.
Gəldikcə olub ziyadə aşub,
Az qaldı ki, Novfəl ola məğlub.
Əlqissə, müyəssər olmayıb kam,
Ol gün cədəl oldu sübh ta şam.
Çün oldu əyan təliəyi-şəb,
Meydani-sipehri tutdu kövkəb.
Asayişə hasil oldu fürsət,
Can almağa verdi mərg möhlət.
Hər səf bir arada tutdu mənzil,
Bir-birinə qondular müqabil.
Həmdəmlərə razın açdı Novfəl
Kim: "Müşküli-halımı qılın həl!
Mən əşcə'i-əhti-ruzigarəm,
Xurşidi-sipehri-karzarəm.
Yox kimsədə tabi-tiği-tizim,
Əndişeyi-taqəti-sitizim.
Bu rəzmdə bilməzəm nədir hal
Kim, fəthimə nüsrət eylər ehmal?
Əlbəttə ki, Həqq rizasıdır bu,
Bir əhli-həqqin duasıdır bu".
Ərz eylədilər ki: "Ey cahandar!
Məcnundan olubmusan xəbərdar?
Biz can qılırız onun fədası,
Ə'damızadır onun duası.
Biz qəsd edəriz onun muradın,
Ol düşmənə bağlar e'tiqadın".
Novfəl ki, eşitdi ol kəlamı,
Qalmadı ol əmrə ehtimamı.
Bilmişdi ki, sahibi-nəzərdir,
Əlbəttə, duası mö'təbərdir.
Bildi ki, müyəssər olmaz ol kam,
Tə'sir qılır dua sərəncam.
Çün vəsl degildi hökmi-təqdir,
Müşkül ki, əsər verəydi tədbir.
Vəhm etdi ki, mün'əkis ola hal,
Rəzmində mübarək olmaya fal.
Kirdarını görmədi münasib,
Nəzr etdi ki, gər olursa qalib,
Zikr etməyə dəxi Leyli adın,
Tərk edə bu əmr üçün inadın.
BU, NOVFƏLİN İKİNCİ NÖVBƏT RƏZM EDİB QALİB OLDUĞUDUR VƏ FAYİ-ƏHDƏ KAZİB OLDUĞUDUR8484
Bu, Novfəlin ikinci dəfə savaş edib qalib gəlməsi və əhdinə yalançı çıxmasıdır.
[Закрыть]
Çün tiğ çəkib mübarizi-Rum,
Şam əhlini etdi əmrə məhkum,
Fəth oldu sipahi-türkə mənsub,
Oldu ərəbin sipahi məğlub.
Adətcə yenə ol iki ləşkər
Rəzm etməgi etdilər müqərrər.
Tiğ aldı əlinə pəhləvanlar,
Başlar kəsilib töküldü qanlar.
Can eylədi tərki-xaneyi-tən,
Ol çıxmağa açdı tir rövzən.
Başlarda bəlanı çox görüb əql,
Bir özgə məqama eylədi nəql.
Peykan zireh içrə oldu peyvənd,
Gül şaxələrində qönçəmanənd.
Əlqissə, xilafi-rəzmi-əvvəl,
Ə'dayə müzəffər oldu Novfəl.
Xəsm etdi qəbul hökmi-taət,
Başlandı təzərrö'ü şəfaət.
Leylinin atası açdı başın,
Doldurdu gözünə qanlı yaşın,
Əcz ilə dedi ki: "Ey xudavənd!
Şahənşəhi-adilü xirədmənd!
Gər Leyli üçündür iztirabın,
İkrah ilə verməzəm cəvabın.
Əmma rəhü rəsmdir müqərrər,
Bir övrətə eybdir iki ər.
Leyli bu həşəmdə namizəddir,
Əqd ilə müqəyyədi-əbəddir.
Çün hökmün edər bu rəsmi pamal,
Bari, onu qeyrə vermə, sən al!
Gülbərgimizi həvaya vermə!
Namusumuzu fənaya vermə!"
Novfəl dedi: "Ey güzidə əşraf!
Yox məndə xilafi-ədlü insaf.
Mən məhz mürüvvətü vəfayəm,
Gəncineyi-gövhəri-ətayəm!
Bidadü sitəm degil şüarım,
Ədl içrə təmamdır əyanın.
Mən həm xəciləm bu macəradən,
Acizlərə qıldığım cəfadən.
Həqqa bu degildir e'tiqadım
Kim, hasil edəm mən öz muradım.
Bir sınmışa mumiya dilərdim,
Bir xəstə üçün şəfa dilərdim.
Gördüm görünür bu əmr müşkil,
Bimar degil əlaca qabil.
Bidaddən olmuşam peşiman,
Əfv edə məgər bu səhvi sübhan.
Gəlməz gözümə əyalü malın,
Malın sənin olsunü əyalın.
Var, indi sən eymən ol xətərdən,
Minbə'd təvəhhüm etmə şərdən".
Bunu dedi, açdı aləti-rəzm,
Öz məmləkətinə eylədi əzm.
Məcnun dəri-e'tiraz edib baz,
Ol sərvərə tə'nə etdi ağaz:
"K'ey bihudə qövlünü qərarın!
Əhdində bumudur e'tibarın?
Nə faidə sikkəsiz dirəmdən?
Nə sud nəticəsiz kərəmdən?
Sayən uludur, vəli, nə hasil
Kim, feyz dəmində oldu zail".
Hər necə ki, etdilər müraat
Kim, "eyləyəlim buna mükafat,
Ondan yegin edəlim, sənə yar,
Asan işini gəl etmə düşvar!"
Mütləq əsər etmədi ona pənd,
Zənciri-həva qaçan tutar bənd?
Əfğan çəkib etdi xirqəsin çak,
Səhralara düşdü zarü qəmnak.
BU, MƏCNUNUN ZƏNCİRƏ ÖZÜN MÜQƏYYƏD ETDİGİDİR VƏ BƏHANƏ İLƏ LEYLİ TƏRƏFİNƏ GETDİGİDİR8585
Bu, Məcnunun özünü zəncirlə bağlamasıdır və bəhanə ilə Leyli tərəfə getməsidir.
[Закрыть]
Bir gün səhər ol mücaviri-dəşt,
Eylərdi güruhi-vəhşlə gəşt.
Bir piri-həzin göründü nagah,
Zəncirli bir əsir həmrah.
Məcnunun əsirə yandı canı,
Ol piri-həzinə sordu anı
Kim: "Bu nə əsirdir, bəyan et?
Cürmün məni-mücrimə əyan et!"
Sirri-dilin etdi pir rövşən
Kim: "Dustdur, degil bu düşmən.
Mən xəstəvü bəsteyi-əyaləm,
Fəqr ilə ikən şikəstəhaləm.
Bu həm məni-zardən betərdir,
Avarəvü xarü dərbədərdir.
Bir ruzi üçün olub füsunsaz,
Hər dəm qılırız füsunlar ağaz.
Ta hasil ola məaşi-ətfal,
Bir şö'bədədir bu gördüyün hal.
Bu, qanlılığa qılıbdır iqrar,
Mən eyləmişəm bunu giriftar.
Sahib diyətəm mənü bu xuni,
Gör vəchi-məaş üçün füsuni.
Ta kim, gəzib eyləyə gədalıq,
Bəndinə qıla girehgüşalıq;
Hər nə qazanır gəzəndə ev-ev,
Təqsim edəriz arada cöv-cöv.
Qismətdə həm etmişiz qərarı,
Mən yarıyamü bu şəxs yarı".
Məcnun dedi: "Səhv edibsən, ey pir!
Divanələrə gərək bu zəncir.
Gəl hacətimi mənim rəva qıl,
Bənd eylə məni, bunu rəha qıl!
Sayəntək olub səninlə həmseyr,
Mən əhli-kərəmdən istəyim xeyr.
Hər nə yığılırsa biş, ya kəm,
Varın sənə eyləyim müsəlləm.
Qəsdim bu ki, eyləyəm məni-zar,
Evdən-evə seyr Müştərivar.
Şayəd ki, bir evdə ola mümkün,
Ol Zöhrəyə olmağım müqarin".
Pir oldu ümidi-nəf' ilə şad,
Əvvəlki əsirin etdi azad…
Zəncirə girib rəmidə Məcnun,
Ərbabi-cünunə verdi qanun.
BU, MƏCNUNUN ZƏNCİRƏ ŞƏRHİ-QƏMİDİR VƏ BƏYANİ-SİLSİLEYİ-ƏLƏMİDİR8686
Bu, Məcnunun qəmini zəncirə açmasıdır və kədər zəncirini anlatmasıdır.
[Закрыть]
Ol silsiləyə olub həmavaz,
Ağlardı ki, "Ey, mənimlə həmraz!
Sən gənci-bəlayə əjdəhasən,
Sərrişteyi-möhnətü bəlasən.
Şərhi-qəmə var min dəhanın,
Təprəndikcə çıxar fəğanın!
Başdan-əyağa dəlik-dəlik tən,
Könlündəki razı etdi rövşən.
Ey muntəziri-nəzareyi-yar,
Nəzzareyi-yarə min gözün var!"
Gəzmək həvəsilə xanə-xanə,
Ol pir ilə oldular rəvanə.
Tövfiq olub onlar ilə həmrah,
Leyli həşəmi göründü nagah.
Məcnun rəsəni əlində ol pir,
Ev-ev həşəmi gəzərdi bir-bir:
Leyli evinə irişdi növbət,
Ol xəstəyə qalib oldu heyrət.
Sərgəşteyi-aləm oldu pabəst,
Meyxanə önündə düşdü sərməst.
Çün çəkdi bir ixtiyarsız ah,
Leyli ev içində oldu agah;
Bir ah ilə qıldı xeyməsin çak,
Məzlumuna açdı çeşmi-nəmnak.
Gördü ki, görünməz olmuş ol zar,
Olmuş qəm ilə zəifü bimar.
Qaşı kimi qaməti bükülmüş,
Yaşı kimi peykəri tökülmüş.
Cismi qəm içində can şəbihi,
Dərki, nəzəri, qəmi bədihi.
Didar ilə ol şəhi-lətafət
Mehmanına eylədi ziyafət.
Razi-dili-zarın etdi ifşa,
Bu şe'ri-bədihi qıldı inşa:
BU QƏZƏL LEYLİ DİLİNDƏNDİR
Yar rəhm etdi məgər naləvü əfğanimizə
Ki, qədəm basdı bu gün külbeyi-əhzanimizə?
Əşk baranı məgər qıldı əsər kim, nagah
Bitdi bir şaxi-güli-tazə gülüstanimizə?
Bizə ah atəşinin yandığı ondan bilinir
Ki, çirağ eylədi rövşən şəbi-hicranimizə.
Bu vüsalə yuxu əhvalı demək mümkün idi,
Əgər olsaydı yuxu dideyi-giryanimizə.
Bir xəyal olsa məgər gördügümüz, yoxsa nigar,
Mütləqa xatirə gəlməz ki, gələ yanimizə.
Yar mehmanımız oldu, gəlin, ey canü könül,
Qılalım sərf nəmiz8787
Nəyimiz
[Закрыть] var isə mehmanimizə!
Dilbərin canə imiş qəsdi, Füzuli, gəl kim,
Can verib dilbərə, minnət qoyalım canimizə.
BU, MƏCNUNUN LEYLİYƏ MÜQABİL OLUB ƏHVÄLIN BİLDİRDİGİDİR VƏ FÜRSƏTLƏ RAZİ-PÜNHANIN ƏYAN ETDİGİDİR8888
Bu, Məcnunun Leyli ilə üz-üzə durub əhvalını bildirməsi və fürsət tapıb gizli sirrini bildirməsidir.
[Закрыть]
Məcnun ki, ona nəzarə qıldı,
Razi-dilin aşikarə qıldı,
Çəkdi fələkə fəğanü ahi,
Sultanının oldu dadxahi:
"K'ey qədri bülənd padşahım,
Bildir mənə kim, nədir günahım?
Fərmana müxalifətmi qıldım?
Ə'daya müvafiqətmi qıldım?
Bədxahlərinmidir bu tədbir?
Qəmmazlərinmidir bu təzvir?
Mən mö'təqidəm bu asitanə,
Yarəb, nola rəddimə bəhanə?
Kimdəndir ola, bu məkrü hiylə,
Kim oldu ola buna vəsilə?
Ta xaki-dərindən olmuşam dur,
Aşüftəvü xəstəhalü rəncur,
Gahi çəkərəm şikənceyi-qəm,
Gahi oluram bəlaya həmdəm.
Tənha keçər oldu ruzigarım,
Səhrada nə munisü, nə yarım.
Sən xud gözəlim, qəmim yeməzsən,
"Ol şiftə qandadır" – deməzsən.
Məndən bu təğafülün əcəbdir,
Guya ki, nişaneyi-qəzəbdir.
Mən böylə neçün zəbunü xarəm,
Ha gəldim, əgər günahkarəm.
Çökdüm yerə gərdənimdə zəncir,
Bismillah, əgər olursa tə'zir,
Fərman səndən, qəbul məndən,
Olma, gözəlim, məlul məndən!
Zülfü müjə, xəncərü rəsən bəs,
Hökmünü yerit, həm asü həm kəs!
Gər arada bir qübar qoyma,
Öldür məni, şərmsar qoyma!
Tə'zirimə eyləsən təəllül,
Lazım məni öldürər təğafül.
Ey lalə üzarü ənbərin muy!
Gəncinə cəmalü mar geysuy!
Ta zülfünə olmuşam giriftar,
Zənciri-cünuna rəğbətim var.
Qəm silsiləsinə paybəndəm,
Divanələr içrə sərbüləndəm.
Sövdadə dönüb ziyana sudim,
Peyvəstə bu şe'rdir sürudim:
BU QƏZƏL MƏCNUN DİLİNDƏNDİR
Küfri-zülfün salalı rəxnələr imanimizə,
Kafər ağlar bizim əhvali-pərişanimizə.
Səni görmək mütəəzzir görünür böylə ki, əşk
Sənə baxdıqda dolar dideyi-giryanimizə.
Cövrü çox eyləmə kim, olmaya nagəh tükənə,
Az edib, cövrü cəfalər qılıban canimizə.
Əskik olmaz qəmimiz bunca ki, bizdən qəm al
Hər gələn qəmli gedər, şad gəlib yanimizə.
Var hər həlqeyi-zəncirimizin bir ağzı,
Müttəsil verməgə ifşa qəmi-pünhanimizə.
Qəmi-əyyam, Füzuli, bizə bidad etdi,
Gəlmişiz əcz ilə dad etməgə sultanimizə.
TƏMAMİYİ-SÜXƏN
Bir ləhzə qılıb bu rəsmə fəryad,
Suitaninə zülmi-eşqdən dad,
Zəncirini etdi parə-parə,
Tutdu yenə xəlqdən kənarə.
Əndamı şikəstə, çeşmi nəmnak,
Rüsvavü xərabü məstü bibak.
Ardınca qoşun-qoşun uşaqlar,
Əhvalına kim gülər, kim ağlar.
BU, MƏCNUNUN KORLUQ BƏHANƏSİLƏ DİLDAR CƏMALIN GÖRDÜGÜDÜR VƏ DİDEYİ-ÜMİDİN TUTİYAYİ-MƏQSUDƏ YETİRDİGİDİR8989
Bu, Məcnunun özünü korluğa vurub sevgilisinin camalını görməsidir və ümid gözünün məqsəd tutiyasına çatdırmasıdır.
[Закрыть]
Bir gün dəxi ol bəhanəpərdaz
Bir özgə bəhanə qıldı ağaz:
Bağladı iki gözün ki, kurəm,
Əhvali-cəhanə bişüurəm.
Ərz eylədi zə'fü binəvalıq,
Ev-ev gəzib eylədi gədalıq.
Təqribilə əzmi-yar qıldı,
Leyli evinə güzar qıldı.
Ol dusta zahir eyləyib raz,
"Ya dust!" deyib, yetirdi avaz.
Leyli ki, eşitdi ol sədayı,
Bildi eşigindəki gədayı.
Evdən çıxıb etdi ərzi-didar,
Qıldı sədəqə zəkati-rüxsar.
Pünhan baxıban ol afitabə,
Məcnun yenə gəldi bu xitabə:
"K'ey xali-siyahı göz səvadı,
Can arizusu, könül muradı!
Gər bağlı isə gözüm rəvadır;
Sərçeşmeyi-lücceyi-bəladır.
Bənd eyləməsəm önün dəmadəm,
Seylabə gedər təmami aləm.
Göz kim, səni eyləyib nəzarə,
Rüsva qılır əhli-ruzigarə,
Təhqiq edibəm ki, düşmənindir,
Mən qıydım ona, riza sənindir.
Dərgahinə bağladım gətirdim,
Baş üzrə əyağına yetirdim.
Ey qəmzəvü lə'li şəhdü şəmşir,
Xah əfv elə onu, xah tə'zir.
Dərgahinə gəldigimdə, ey hur,
Sərmayə idi gözümdəki nur,
Ögrətdi mənə qəmin ticarət,
Yüz şükr ki, qılmadım xəsarət.
Göz nurini xaki-payə verdim,
Az cinsimi çox bəhayə verdim.
Şahim, nəzər et məni-gədayə,
Biganəlik etmə aşinayə!
Can bağına qəm nihalı dikdin,
Tən mülkünə dərd toxmu əkdin!
Ol toxmu nihalə nəf' hasil
Oldu nəmi-əşkü suzişi-dil.
Gəl mülkünə, bağına güzər qıl,
Məhsulü mənafeə nəzər qıl".
Bunu deyib ol qəribü heyran
Tutdu rəhi-badiyə kəmakan.
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?