Текст книги "Alfred Nobel"
Автор книги: Orlando de Rudder
Жанр: Биографии и Мемуары, Публицистика
Возрастные ограничения: +12
сообщить о неприемлемом содержимом
Текущая страница: 3 (всего у книги 10 страниц) [доступный отрывок для чтения: 3 страниц]
Nitroqliserinin gölün ortasında kustar üsulla istehsalı
Heleneborqdakı qəzadan sonra Nobelin fabriki fəaliyyətini dayandırdı. Hakimiyyət xüsusi qərarla nitroqliserinin istehsalını şəhər hüdudlarında qadağan etdi. Alfred üçün bu çox ağır sınaq idi. Qardaşının ölümü, atasının xəstəliyi, pulsuzluq, məhkəmə çəkişmələri – bütün bunlar, şübhəsiz ki, onu mənəvi baxımdan sındıra bilərdi. Qardaşı Robert məsləhət gördü ki, bədbəxtlikdən başqa heç nə gətirməyən bu lənətə gəlmiş ixtiraçı peşəsini atsın. Ancaq Alfred ailə biznesinin yarımçıq qalmasını istəmirdi.
Bu həmin vaxt idi ki, İsveç tədricən böhrandan çıxmağa başlamışdı. Dəmiryolları çəkilirdi, ancaq qayaların arasından yol salmaq üçün effektli vasitələr yox idi. Olanlar isə kifayət etmirdi. Zaman Alfred Nobelin ailə biznesini yarımçıq qoymamaqla düzgün qərar verdiyini göstərdi.
O, 1865-ci ilin oktyabrında Heleneborqdakı dəhşətli partlayışdan bir il sonra hamının qarşısında nitroqliserinin növbəti sınaqlarını həyata keçirdi. Nəhayət, Dəmiryolu Nəqliyyatı üzrə Dövlət Komitəsini nitroqliserinin əhəmiyyətinə inandıra bildi. Nitroqliserin partlayış işlərinin aparılmasında effektli vasitə hesab edildi.
İndi nitroqliserinin istehsalına başlamaq olardı və onu çox böyük miqdarda istehsal etmək lazım idi. Hamı tərəfindən nitroqliserinə olan inamsızlıq gələcək fabrik üçün yer tapmaqda Nobelə mane olurdu. Axır ki, Stokholmun əhalisi sıx olan rayonlarından uzaqda, Melaren gölünün ortasında – barjda laboratoriya qura bildi. Amma barj laboratoriya üçün yaramırdı. Daim yırğalanma, havanın kəskin dəyişməsi, temperatur fərqi, suyun səviyyəsinin dəyişməsi işə mane olur, həm də təhlükəni artırırdı.
Hər cür çətin şəraitdə işləməyə vərdiş etmiş otuzyaşlı Alfred bundan da pis vəziyyətlərlə rastlaşmışdı. Ancaq belə çox davam eləyə bilməzdi; işin bu şəraitdə aparılması get-gedə təhlükəli xarakter alırdı. Qliserinin təmizliyindən heç də az vacib olmayan rütubət, temperatur, atmosfer təzyiqi kimi amillər onun üçün naməlum olaraq qalırdı və bu səbəbdən də onlara nəzarət etməsi mümkün deyildi.
Belə bir vaxtda o, xalalarından birinin vasitəçiliyi ilə milyarder maliyyəçi Yohan Vilhelm Smitlə (1821–1904) tanış oldu.
Vinterviken
Smit dünyanı gəzib qəfildən Amerikada var-dövlət sahibi olan Stokholmlu tacir idi. O, Nobelə diqqətlə qulaq asıb dərhal anladı ki, son dərəcə istedadlı olmasına baxmayaraq bu adam öz işini axıra çatdıra bilməyib; Nobeldə nitroqliserinin hətta dəqiq formulu da yox idi.
Maddi çətinliklər zavodun tikintisi üçün fəhlə tutmağa imkan vermirdi. Bundan başqa, nitroqliserin istehsalının zavodda dəqiq, effektli metodunu tapmaq üçün Nobel hələ çox iş görməli idi.
Smit isə bu işə, ümumiyyətlə, həvəs göstərmirdi, Heleneborqdakı partlayış da Nobelin təklifinə onda inamsızlıq yaradırdı. Onu necəsə inandırmaq lazım idi, bunu isə kommersiya işinin incəliklərinə bələd olan, nitroqliserinin istehsalı ilə gələcəkdə nələrə nail olmağın mümkünlüyünü yaxşı anlayan Alfred Nobel edə bilərdi. Dəmiryolu Nəqliyyatı üzrə Dövlət Komitəsinin yeni partlayıcı maddəni təsdiqləməsi bu mənada lap yerinə düşdü.
Necə deyərlər, mümkünsüz görünən iş mümkünə çevrildi: Nobelin xoşagəlməz reputasiyasına, şəhər sakinlərinin bəzən nifrətə çevrilən mənfi münasibətinə, hətta nitroqliserin istehsalı ilə bağlı bütün real təhlükələrə baxmayaraq Smit və bir neçə sərmayəçi Alfred Nobellə birləşib «Nitroqliserin AB» müəssisəsini yaratdılar. Bu, dünyada nitroqliserin istehsalı ilə məşğul olan ilk sənaye şirkəti idi. Smit həm də zavod tikintisinin icazəsinə nail ola bildi. Bundan ötrü Vintervikendə əl-ayaqdan uzaq bir yerdə boş sahə də tapmışdı.
Alfred Nobel zavodun eyni zamanda direktoru, mühəndisi, katibi, reklam müvəkkili, tədqiqatçısı, hətta anbar müdiri idi. Ona uşaqlıq dostu Alarik Lidbek (1834–1913) kömək edirdi. Onlar zavodu birlikdə tikib avadanlıqla təchiz etdilər. Bu hələ əməkdaşlığın başlanğıcı idi, nəticədə sonradan az qala bütün dünyaya səpələnən müəssisələr yarandı. Sankt-Peterburqdan təzəcə qayıtmış qardaşı Robert də Vintervikendə bir müddət ona kömək etdi.
Patentlər, istehsalatın genişləndirilməsi, partlayışlar
Nitroqliserinin istehsalına 1865-ci ildə başlanıldı. Stokholm sakinləri müəssisənin işə düşməsindən narazı idilər. Nobel mənəvi dəstək almaq üçün gələcəkdə kral olacaq şahzadə Oskarı keçirdiyi sınağa dəvət etdi.
Sınaq üçün Stokholm yaxınlığında bir qaya seçilmişdi. Nobel qayada dörd metr dərinliyində deşik açıb ora nitroqliserin yerləşdirdi.
Partlayış çox effektli alındı. O dövrün nüfuzlu qəzetlərindən biri yazırdı: «Qaya sanki göyə uçdu, sonra çoxsaylı qəlpələr, daşlar şəklində yerə səpələndi».
Sınağın nəticəsi göz qabağında idi. Ancaq Alfred yaxşı başa düşürdü ki, Stokholm əhalisinin təkidi ilə hökumət bugün-sabah müəssisəni bağlaya bilər. Bundan başqa, nitroqliserini qadağan edən qərar hazırlanırdı. Ağır zəhmət bahasına başladıqları işi davam etdirmək üçün təcili dünya bazarına çıxmaq lazım idi.
Ancaq hələ başqa bir təhlükə də qalırdı: rəqiblərdən kimsə nitroqliserinin qeyri-qanuni istehsalına başlayıb satışını təşkil eləyə bilərdi. Bunu nəzərə alan Alfred Sobreronun ixtirasını patentləşdirdi. İndi hətta Sobreronun özü də nitroqliserini nə istehsal eləyə, nə də sata bilərdi.
Nobel hesab edirdi ki, istehsalat imkan daxilində yeni maddənin istifadə olunacağı yerin yaxınlığında təşkil olunmalıdır. O, zavoddakı işlərini qardaşı Robert və Alarik Lidbekə tapşırıb Hamburqa yola düşdü. Orada mina üzrə bəzi mütəxəssislərlə görüşüb İsveçdən kənarda nitroqliserin istehsalı üzrə ilk şirkətini – «Alfred Nobel və Ko»-nı yaratdı. Yeni zavod Elba sahilində – yaxınlıqda yaşayış evlərinin olmadığı Krümmel vadisində yerləşirdi. Yerli sakinlərin tələbi ilə zavodun ətrafına hündürlüyü 6 metr, qalınlığı isə 4 metr olan hasar çəkildi.
Hamburqun cənubunda da bir zavod tikildi. Hamburq o vaxt Avropanın ixrac və idxal üzrə böyük mərkəzlərindən biri idi. Nitroqliserini buradan müxtəlif nəqliyyat vasitələri ilə Almaniya, Avstriya, Belçika, İngiltərə, Birləşmiş Ştatlar, Braziliya və hətta Avstraliyaya daşıyırdılar.
1863-cü ildə Alfred İngiltərədə patent aldı. Həmin vaxt Britaniya hökuməti nitroqliserinə münasibətdə bir müddət tərəddüd etmişdi; Uels şaxtalarında hələ də top barıtından istifadə olunurdu.
Nitroqliserinin tez yayılması üçün Nobel Avropa və Amerikaya səyahət etdi. Bu da öz faydasını verdi: yeni partlayıcıdan Uels şaxtalarında da istifadə edilməyə başlandı.
Ancaq tezliklə imzalanmış xüsusi dekretə əsasən nitroqliserinin istifadəsi Böyük Britaniya ərazisində məhdudlaşdırıldı. Ona qoyulan vergilər artırıldı, bu da bazar qiymətlərinin artmasına səbəb oldu. İndi nitroqliserinin qiyməti barıtdan on dəfə baha idi.
Bir neçə dəhşətli partlayışa baxmayaraq nitroqliserin Amerikada geniş istifadə olunurdu. Nyu-York maliyyəçiləri ona həvəslə pul yatırırdılar, San-Fransiskoda isə qızıl çıxarılmasının qızğın dövrü idi. Amerikanın əsas satış bazarlarından biri ola biləcəyini anlayan Alfred Nobel ora yollandı.
Onun gəlişinə az qalmış, 1866-cı il aprelin 15-də San-Fransisko anbarında insan tələfatına səbəb olan dəhşətli partlayış baş verdi. Alfred məhz belə bir arzuedilməz vaxtda Amerikaya gəldi. Çünki həmin partlayış onun bütün planlarının üstündən xətt çəkə bilərdi. Lakin Nobel ruhdan düşmədi və həmişəki qızğınlıqla öz həmsöhbətlərini nitroqliserinlə bağlı mənfi fikirlərdən daşındırmağa çalışdı.
San-Fransisko partlayışından bir ay sonra «Tayms» qəzetindən bir parçanı nəzərinizə çatdıraq: «Professor Nobelin görkəmli alimlərlə görüşünə dəvəti qorxa-qorxa qəbul etdik, çünki görüşdə ictimaiyyət nümayəndələrini «nitroqliserin» adlandırılan fövqəladə maddə ilə tanış etmək nəzərdə tutulurdu…
O, butulkanı açıb mayeni daşın üstünə tökdü. Kibrit çöpünü yandırıb ona yaxınlaşdırdı, ancaq partlayış baş vermədi. Maye qatran kimi yanırdı. Sonra növbəti sınağı nümayiş etdirməyə başladı: nitroqliserinin zərbədən partlamadığını göstərmək istəyirdi. Nobel bu maddə ilə dolu yeşiyi öz əlləri ilə qayadan atdı…
İxtiraçının sözlərinə görə, bu yaxınlarda San-Fransiskoda baş verən partlayış səhlənkarlıq üzündən olub: butulkadan süzülən nitroqliserinin hopduğu taxta kəpəyi hansısa qığılcım nəticəsində təsadüfən alışıb. Alim bunu sübut etmək üçün taxta kəpəyi ilə dolu yeşiyin üstünə yanan fitil atdı. Bir az sonra taxta kəpəyi alışdı və partlayış baş verdi…»
Alfred Nobel sübut etmək istəyirdi ki, lazımi qaydada qablaşdırılan nitroqliserinin heç bir təhlükəsi yoxdur. Ancaq gələcəkdə bunun yalan olduğu gün üzünə çıxacaqdı.
Bəs Nobelin bu yalanını necə izah etmək olar? Nitroqliserinin partlayışı onun qardaşının ölümünə səbəb olmuşdu, bir az əvvəl başqa dəhşətli fəlakətin nəticəsindən xəbər tutmuşdu. Lakin o, yenə də öz ixtirasının alovlu təbliğatını aparır, onun təhlükəli olduğunu qəti şəkildə inkar edirdi…
Burada Nobelin bir sahibkar kimi həyasızlıq elədiyini düşünmək olar, di gəl, onun təbiətcə belə bir insan olmadığını çox yaxşı bilirik. Bir neçə il sonra Nobel sülhün qızğın tərəfdarı kimi tanınacaqdı ki, bu da onun əsl humanist olduğunu sübut edir. Şübhə yoxdur ki, onun pasifist2424
Pasifist – sülh tərəfdarı
[Закрыть] əqidəsi bir gündə formalaşmayıb. Başına gələn fəlakətlərdən necə kədərləndiyini xatırlamaq kifayətdir.
Bunlara baxmayaraq o, aktiv fəaliyyətini davam etdirirdi. Görünür, nitroqliserinin gətirdiyi gəlir onunla bağlı olan təhlükələri üstələyirdi…
Unutmaq lazım deyil ki, buna qədər şaxtalarda işlədilən barıt heç də az partlamırdı; nitroqliserin qarşısında qorxu isə, çox güman ki, onun yeni icad olunması, haqqında hələ çox şeyin bilinməməsi ilə əlaqədar idi. Hər halda, başqa partlayıcı maddələr, həmçinin qara barıt nitroqliserindən az təhlükəli deyildi. Nobel öz təcrübəsindən bunu yaxşı bilirdi.
Nobelin qətiyyəti o qədər yoluxucu idi ki, bir müddət sonra bu işə pul yatırmaq istəyən sərmayəçilərin əlindən tərpənmək mümkün deyildi. Ancaq o, nitroqliserinin təhlükəsizliyi ilə bağlı hələ də əsaslı sübutlar gətirə bilmirdi. Nitroqliserinlə məşğul olan xüsusi federal komissiyaya çağırılanda o bununla bağlı belə demişdi: «Hansı amillərin nitroqliserinin partlayışına səbəb olduğunu əminliklə deyə bilmərəm».
Təxminən həmin vaxt Nobelin yanında işləyən Yulius Bandman nitroqliserinin saxlanılmasının get-gedə çətinləşdiyini xəbər verdi. Onu anbarlara qəbul etmirdilər. Axırda məcbur olub madd
Внимание! Это не конец книги.
Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?