Электронная библиотека » Пола Хокинс » » онлайн чтение - страница 1

Текст книги "Qatardakı qız"


  • Текст добавлен: 16 ноября 2022, 07:40


Автор книги: Пола Хокинс


Жанр: Современная зарубежная литература, Современная проза


сообщить о неприемлемом содержимом

Текущая страница: 1 (всего у книги 17 страниц) [доступный отрывок для чтения: 6 страниц]

Шрифт:
- 100% +

Bir kədərə, iki sevincə, üç qıza… Üç qıza.

Üçdə ilişib qalmışdım, davam eləyə bilmirdim.

Qulağım küylə dolmuşdu, ağzım qan içində idi. Üç qıza…

Sağsağanların səsini eşidirdim. Gülürdülər, mənimlə

əylənirdilər. Səsləri kobud idi. Bu bir işarə idi. Həm də pis xəbərə işarə edirdi… Artıq onları görə bilirdim, günəş şüaları altında qapqara görünürdülər. Elə bil quş deyil, tamam başqa bir şey idilər. Kimsə mənə tərəf gəlirdi. Kimsə

mənimlə danışırdı. Bax… Bax sənin ucbatından nə etdim…


P a u l a H o k İ n s


Qatardakı qız


detektiv roman

1


Hər gün qarşısından keçdiyiniz evlərdə, əslində, nələr baş verir?


1


ƏZİZ OXUCU

Hər birimiz tamaşaçıyıq. Qatar səyahətləri dünyanın hər yerində eyni cürdür: hər səhər, yaxud axşam o qatara minir, qəzet oxuyur, yaxud musiqiyə

qulaq asırıq; boş-boş eyni küçələrə baxır və aradabir kiminsə həyatından qısa fraqmentlərə rast gəlir, daha da yaxşı görmək üçün ba-şımızı irəli uzadırıq.

Başqalarının həyatına tamaşa etməyin cəlbedici bir tərəfi var: hər şey qıcıqlandırıcı dərəcədə ani, ancaq bir o qədər də açıq-aydındır. Düşəcəyiniz dayanacaqdan qabaqkı binanın ən üst mərtəbəsində yaşayanlarla güman ki, heç vaxt qarşılaşmamısınız. Onları tanımırsınız və necə göründükləri haqda heç bir fikriniz yoxdur. Ancaq oğullarının idealının Ronaldo olduğunu, qızlarının “One Direction” əvəzinə “Arctic Monkeys”ə

qulaq asdığını, modern skandinav mebelinə, yaxud sürrealist incəsənətə heyran olduqlarını bilirsiniz.

Bu adamları tanıyırsınız. Bu adamları sevirsiniz.

Onların da sizi sevəcəyindən əminsiniz. Dost ola bilərsiniz.

Tənhalıq və mücərrədləşmə şəhər həyatının olduğu kimi, gündəlik səyahətlərin də bir hissəsinə çevrilə

bilər. “Qatardakı qız”ın baş qəhrəmanı Reyçlın vəziyyəti də, şübhəsiz, eynidir. Reyçlın həyatı gözlənilmədən reysindən çıxıb, birdən-birə xoşbəxtlikdən bəd-bəxtliyə sürüklənib. Çarəsiz şəkildə keçmiş həyatının qoyduğu boşluğu doldurmağa çalışaraq hər gün qatardan gördüyü bir cütlüklə arasında platonik bir əlaqə

yaradır. Bu yad adamlar ona elə yaxın olmağa başlayır ki, onları tanıdığını, onları anladığını hiss etməyə baş-1


layır; onlarla bağlı bir əhvalat yaradır, fikrində onlarla dost olur. Əslində isə bu adamların həyatına dair cüzi bir şey də bilmədiyinə görə qeyri-adi və gözlənilməz hadisəni görən kimi necə bir işə qarışdığını bilmədən taleyini müəyyənləşdirən o qərarı, sərnişinlikdən əhvalatın bir hissəsi olmağa keçid qərarını verir.

Ancaq o sərhədi bir dəfə keçəndən sonra geri qayıtmaq qeyri-mümkündür.

Ümid edirəm ki, “Qatardakı qız”ı yazanda aldığım zövqü siz də oxuyanda alacaqsınız.


Paula Hokins


1


REYÇL

5 iyul 2013, Cümə

Səhər

Qatar relslərinin kənarında bir yığın paltar var idi.

Köynəyə oxşayan açıq mavi rəngli parça, ağ, çirkli başqa bir şeylə birlikdə bürmələnib atılmışdı. Çox güman ki, sahilin yuxarısındakı kolluqlarla dolu kiçik meşəyə

gizlicə tökülən zibilliyin bir parçası idi – gəlib bura düşmüşdü. Bəlkə də işləmək üçün tez-tez yolun bu ta-yına gələn mühəndislər atmışdılar. Ya da bu zibil yığını başqa bir səbəbdən burda idi. Anam həmişə deyərdi ki, yaxşı təxəyyülüm var, Tom da eyni fikirdə idi. Məndən asılı deyildi, yerdə çirkli bir köynək, ya da bir tayı atılmış ayaqqabı görəndə o dəqiqə ağlıma gələn ilk şey ayaqqabının o biri tayı, ya da vaxtilə onu geyən ayaqlar olurdu.

Qatar yırğalana-yırğalana cırıltıyla hərəkət etməyə

başlayanda paltar yığını gözdən itdi. Bir qaçışçı sürəti-lə Londona doğru yola düşdük. Arxamdakı oturacaqda əyləşmiş bir nəfər qəzəb içində çarəsizcə ah çəkdi.

08:04-də Eşburidən Yustona asta hərəkətlə yola düşən qatar bir çox təcrübəli sərnişinin belə səbrini sınaya-caqdı. Əlli dörd dəqiqə davam etməli olan yolçuluq nadir hallarda vaxtında bitirdi. Yolun bu köhnə, çök-1


müş hissəsi siqnalizasiya problemləri və bitib-tükən-məyən təmir işləri ilə dolu idi.

Qatar tənbəl-tənbəl irəliləyir, anbarların, su dəyir-manlarının, körpülərin, daxmaların, arxa tərəfi yola baxan viktorian üslublu evlərin yanından silkələnərək keçirdi.

Başımı vaqonun pəncərəsinə dayayaraq filmlər-dəki sürətli kadrlartək gözüm önündən axıb gedən evləri seyr edirdim. Onlara başqalarının baxmadığı nəzərlərlə baxırdım; çox güman ki, öz sahibləri belə onları bu cür görmürdü. Mənə gündə iki dəfə, bir anlıq da olsa başqalarının həyatından hansısa səhnəni görmək nəsib olurdu. Öz evlərində əmin-amanlıq içində

oturan bu adamları izləməyin insana rahatlıq verən bir təsiri var idi.

Kiminsə telefonu qatarın ab-havasına uyğun olmayan şən və oynaq bir musiqiylə səsləndi. Cavab verməyə tələsilmədiyinə görə səs bir müddət beynimin içində əks-səda verdi. Digər sərnişinlərin oturacaqlarında necə tərpəndiklərini, əllərindəki qəzetləri xışıldatdıqla-rını, kompüterin düymələrini yavaşca taqqıldatdıqla-rını eşidirdim. Qatar silkələnib döngədən keçəndən sonra qırmızı işığa yaxınlaşıb sürətini azaltdı. Başımı qaldırmadan stansiyada sərnişinlərə pulsuz paylanılan qəzeti oxumağa çalışsam da, sözlər gözümün qarşısında bulanıqlaşır, heç biri məndə maraq oyada bilmirdi.

Fikrim hələ də yolun kənarına atılmış paltar yığınında idi.

1


Axşam

Elə cin toniki ağzıma aparıb bir qurtum içmək istəyirdim ki, dəmir qab ağzına qədər köpüklə doldu.

2005-ci ildə Tomla Bask sahilində, bir balıqçı qəsəbə-sində olduğumuz ilk tətilimiz kimi kəskin və soyuq idi. Səhərlər kənddəki kiçik adaya qədər təxminən bir kilometrə yaxın məsafəni üzüb adam ayağı dəyməyən sahillərdə sevişmiş, günortadan sonra isə barlardan birində oturub sərt və acı cin toniki içə-içə dənizin çə-kilməsilə üzə çıxan qumun üstündə cürbəcür oyunlar oynayan çimərlik futbolçularına tamaşa etmişdik.

Bir qurtum, sonra yenə də bir qurtum içdim. Dəmir qutu demək olar ki, boşalmışdı, amma eybi yox, küncdə, ayağımın yanındakı paketdə hələ üç dənə də

vardı. Cümə günü idi və qatarda içdiyimə görə özümü narahat hiss etməmə heç bir səbəb yox idi. Tanrıya şükür ki, bu gün cümədir! Əyləncə burada başlayırdı.

Deyilənə görə, gözəl bir həftə sonu olmalı idi. Günəş parlaq, səma buludsuz olacaqdı. Əvvəllər belə ha-valarda qəzetlərimizi götürüb Korli meşəsinə piknikə

gedər, bütün axşamı ağacların arasından süzülən günəş şüalarının isitdiyi adyalın üstündə şərab içərək ke-çirərdik. Dostlarla barbekü bişirər, ya da “The Rose”a gedib bütün axşamı üzümüz günəşdən və içkidən qızarana qədər pivə bağçasında oturar, sonra da qol-qola girib səndələyə-səndələyə evə qayıdıb divanda yuxuya gedərdik.

Günəş parlaq, səma buludsuz, vaxt keçirməyə

kimsə, məşğul olmağa nəsə yoxdu. Günün bu vaxtı, havanın belə işıqlı və nisbətən daha az tutqun olduğu, 1


insanların küçələrə çıxıb qanqaraldıcı və adamın əsəbi-nə işləyəcək dərəcədə xoşbəxt olduğu yay günlərində

bu cür yaşamaq – indi yaşadığım kimi – daha da çətin idi. Bu çox yorucu idi və onlara qoşulmadığınız təqdir-də özünüzü daha da pis hiss edəcəkdiniz.

Qarşıda uzun həftə sonu, doldurulacaq qırx səkkiz boş saat vardı. Dəmir qutunu təzədən ağzıma apardım, amma içində bir damcı da qalmamışdı…


8 İyul 2013, bazar ertəsi

Səhər


Yenidən 08:04 qatarında olmaq məni sakitləşdirmişdi. Səbəb yeni həftəyə başlamaq üçün tez bir zamanda Londona getmək üçün səbirsizliklə gözləmə-yim deyildi. Hətta Londonda olmaq belə istəmirdim.

Yeganə istəyim yumşaq, içəriyə doğru çökmüş məx-mər oturacağa yayxanıb pəncərədən süzülən günəş

şüalarının istisini, vaqonun fasiləsiz irəli-geri yellən-məsini, relslərin üstündə hərəkət edən təkərlərin sakitləşdirici ritmini hiss etmək idi. Başqa yerdə olmaqdan-sa, burda oturub yolun kənarındakı evlərə baxmağı üstün tuturdum.

Bu xətt üstündə, yolumun təxminən yarısında yanan xətalı bir işıq vardı. Daha doğrusu, mənə elə gəlirdi ki, xətalıdı, çünki demək olar ki, qıpqırmızı idi. Çox vaxt ora çatanda dayanırdıq, bu bəzən saniyələrlə, bəzən də sonu görünməyən dəqiqələrlə davam edirdi. D

vaqonunda otururdumsa – adətən orda oturardım – və

1


qatar həmin işığa çatanda dayanırdısa – adətən daya-nardı – yolun kənarındakı on beş nömrəli sevimli evimə doyunca tamaşa edə bilirdim.

On beş nömrəli ev yolun kənarında yerləşən digər evlərə çox oxşayırdı: yarı viktorian üslublu, ikimərtə-bəli bu evin arxası dəmir yoluna qədər davam edən, bir neçə metrlik sahibsiz torpağı dəmir hasara kimi 20

futa1 qədər uzanan, dar, baxımlı bir bağçaya baxırdı.

Artıq bu evin hər daşını əzbərləmişdim. Hər kərpicinin yerini, ikinci mərtəbədəki yataq otağının pərdələrinin rəngini (krem rəngi, üst tərəfi tünd mavi naxışlı), ha-mamdakı nəfəsliyin boyasının soyulduğunu və damın sağ tərəfində 4 kirəmitin əskik olduğunu bilirdim.

Bilirdim ki, isti yay günlərində evin sakinləri Ceyson və Cess arabir siyirmə pəncərədən çıxaraq mətbəxin üzərindəki dərmə-çatma eyvana qalxırlar. Mükəmməl cütlük idilər. Kişi tünd saçlı, əzələli, güclü, himayədar və nəzakətli idi. Möhtəşəm gülüşü vardı. Qadın isə incə, gözəl, ağdərili idi, sarı saçları qısa kəsilmişdi.

Mütənasib bədən quruluşu, çillərlə bəzənmiş sivri yanaqları, gözəl çənəsi vardı.

Qırmızı işıqda gözləyərkən həmişə gözlərim onları axtarırdı. Cess səhərlər, xüsusən də yay günlərində

qəhvəsini həyətdə içərdi. Bəzən onu görəndə mənə elə

gələrdi ki, o da mənə baxır; ona əl yelləmək istəyərdim. Çox utancaq idim. Ceysonu isə nadir hallarda gö-rərdim, işlədiyinə görə adətən evdə olmurdu. Evdə ol-masalar da nəylə məşğul olduqlarını təsəvvür etməyə

çalışardım. Bəlkə də bu gün ikisi də icazəli idi və səhər Cess hələ də çarpayıda olanda Ceyson da səhər yeməyi 1 1 fut = 30,48 sm

1


hazırlayırdı, ya da bir yerdə qaçmağa getmişdilər, çünki qaçmağı çox sevirdilər. (Tomla mən də bazar günləri qaçmağa gedərdik, adət etdiyim sürəti bir az artırar, Tom isə özününkünü yarıya qədər azaldardı, beləcə

yan-yana qaça bilirdik). Bəlkə də Cess yuxarı mərtəbədəki ehtiyat otaqda rəsm çəkir, ya da birlikdə çimir-dilər. Cessin əlləri kafellərdə, Ceysonunkular isə Cessin ombasında idi.


Axşam


Arxamı vaqondakılara çevirib yüngülcə pəncərəyə

tərəf dönərək Yustondakı “Vistleşop”dan aldığım kiçik

“Cenin Blank” şüşələrindən birini açdım. Soyuq olmasa da, eybi yoxdu. Plastik stəkana bir qədər süzəndən sonra qapağını bağlayıb şüşəni çantama qoydum. Bazar ertələri qatarda içmək – əgər kiminləsə birlikdə iç-mirdinsə – mən adətən belə etmirdim – elə də xoş qar-şılanmırdı.

Bu qatarlarda tanış, hər həftə gördüyüm, harasa gedən və ya qayıdan üzlər olurdu. Güman ki, mənim onları tanıdığım kimi onlar da məni tanıyırdılar. Bununla belə yenə də əslində kim olduğumu görüb-görmədiklərini bilmirdim.

Qeyri-adi bir axşam idi, isti olsa da boğanaq deyildi. Günəş tənbəl-tənbəl batmaqda, kölgələr böyümək-də, işıq ağacları qızılı rəngə bürüməkdə idi. Qatar taqqıltıyla irəliləyirdi. Evlərin önündən sürətlə keçərkən Ceyson və Cess axşam günəşinin solğun şüaları altında itib yox oldular. Tez-tez olmasa da bəzən onları yolun bu tərəfində görmək olurdu. Əks tərəfə gedən qatar 1


yox idisə və qatarımız nisbətən yavaş gedirdisə, bir anlıq da olsa onları eyvanda görə bilirdim. Əgər bugün-kü kimi görə bilmirdimsə, xəyalımda canlandırmağa çalışırdım. Cess əlində bir qədəh şərab, ayaqlarını masaya qoyaraq eyvanda uzanıb, Ceyson da əlini Cessin çiyinlərinə qoyaraq başının üstündə dayanıb. Əllərinin toxunuşunun, ağırlığının sakitləşdirici və himayədar təsirini təsəvvür edə bilirdim. Bəzən özümü qucaqlamaq və əllə görüşmək də daxil olmaqla axırıncı dəfə nə zaman kiminləsə fiziki təmas qurduğumu yada salmağa çalışdığımı anlayır, ürəyim sıxılırdı.


9 iyul 2013, Çərşənbə axşamı

Səhər

Keçən həftə gördüyüm paltar yığını hələ də orda idi və bir neçə gün əvvələ nisbətən daha tozlu, daha pərişan vəziyyətdə görünürdü. Hardasa oxumuşdum ki, qatar vurduğu zaman paltarlarımız da cırıla bilərmiş. Qatar vurmasıyla ölüm elə də qeyri-adi hadisə

deyildi. Deyilənə görə, ildə iki yüz, ya üç yüz nəfər bu cür ölürdü. Yəni ən az iki gündən bir. Bunların nə qə-dərinin qəza olduğunu bilmirdim. Qatar asta sürətlə

irəliləyərkən paltarlarda qan ləkəsi olub-olmadığına diqqətlə baxdım, amma heç nə görə bilmədim.

Qatar həmişəki kimi işığa çatanda durdu. Cessin iki qanadlı qapının önündəki eyvanda dayandığını gö-rə bilirdim. Əynində parlaq, naxışlı paltar vardı, ayaqları yalın idi. Başını yüngülcə arxaya ataraq evə tamaşa 1


edirdi, yəqin ki, səhər yeməyi hazırlayan Ceysonla danışırdı. Qatar hərəkətə başlayanda gözümü Cessdən və evindən ayırmadım. O biri evləri görmək istəmirdim, xüsusən də dörd ev o yanda yerləşən və mənim əvvəllər yaşadığım evi…

Beş il ərzində Blenheym küçəsindəki iyirmi üç nömrəli evdə olduqca xoşbəxt və başdan ayağa səfalət içində yaşamışdım. İndi ona baxmaq belə istəmirdim.

Ora mənim ilk evim idi. Ailəm, ya da başqa tələbələrlə

paylaşdığım ev deyil, mənim ilk evim. Baxmağa dözə

bilmirdim. Yəni baxa bilərdim, baxardım, baxmaq istəyərdim, istəməzdim, baxmamağa çalışardım. Hər gün özümü baxmamalı olduğuma inandırmağa çalışar, am-ma hər gün də baxardım. Orda görmək istədiyim heç bir şey olmasa belə, gördüyüm hər şey məni incitsə be-lə, özümlə bacara bilmirdim.

Bir dəfə başımı qaldırıb baxarkən yuxarıdakı yataq otağının krem rəngli kətan pərdələrinin yumşaq, açıq çəhrayı bir şeylə əvəz edildiyini görəndə özümü necə

hiss etdiyimi, Annanın böyümüş qarnına qədər uzanan geniş köynəkdə çəpərin dibindəki gülləri suladı-ğını görəndə duyduğum kədəri olduqca aydın xatırlayıram. Geyilməkdən genişlənmiş köynəyi qarnına qədər sallanmışdı. Dodağımı elə möhkəm dişləmişdim ki, qanamışdı.

Gözlərimi bərk-bərk yumdum və ona, on beşə, iyirmiyə qədər saydım. Və budur, nəhayət, keçib getmişdik, görməli heç nə yox idi. Uitni stansiyasına girib çıxdıq. Yaşayış massivi Şimali Londonun çirkinə qarı-şıb əriyəndə, geniş eyvanlı evləri qrafitdən tikilmiş

körpülər və qırıq pəncərəli boş binalar əvəz edəndə

1


qatar sürətini artırdı. Yustona yaxınlaşdıqca narahatlığım artır, özümü gərgin hiss edirdim: bu gün necə keçəcəkdi? Yustona girməyə təxminən beş yüz metr qalmış, vaqonun sağ tərəfindən görünən çirkin, alçaq, beton bir bina vardı. Kimsə üstündə boyalarla: “HƏYAT

BİR PARAQRAF DEYİL” – yazmışdı. Yolun kənarındakı paltar yığınını düşündüm və elə bildim ki boğuluram. Həyat bir paraqraf, ölüm də mötərizə içi deyil.

Axşam

Axşam mindiyim 17:59 qatarı sabahkı qatara nisbətən asta hərəkət edirdi. Bir saat bir dəqiqəlik yolumuz vardı. Yəni əlavə olaraq hansısa stansiyada da-yanmasaydı, səhərkinə nisbətən yeddi dəqiqə daha uzun olacaqdı. Mənimçün elə də fərq etmirdi, çünki səhər Londona getməyə tələsmədiyim kimi axşam da Eşburiyə qayıtmaq üçün can atmırdım. 1960-cı ildə qu-rulan və Bekingemşirin mərkəzində xərçəng kimi şaxə-lənmiş Eşburi nə qədər pis yer olsa da, səbəbi bu deyildi. Buraya bənzəyən, mərkəzi kafelər, mobil telefon mağazaları, “JD Sports” filialları ilə dolub daşan, yaşayış massivi ilə əhatə olunmuş və arxasında çoxmərtə-bəli kinoteatr və qəsəbədənkənar Tesko əyaləti olan onlarla başqa qəsəbədən daha pis, ya da daha yaxşı deyildi. Ticarət mərkəzlərinin qəsəbənin ətəklərinə yayıl-mağa başladığı ərazidə salınan yaxşı(ca) tikilmiş, yeni-

(cə) bir binada yaşayırdım, amma bura mənim evim deyildi. Mənim evim qismən sahibi olduğum, yol kənarında yerləşən yarı viktorian üslublu ev idi. Eşburidə ev sahibi deyildim, hətta kirayənişin belə deyil-1


dim. Bir müddətlik Ketinin sakit və gözəgörünməz dubleksinin ikinci yataq otağında, onun mərhəmətinin və lütfkarlığının göstəricisi olaraq yaşayırdım.

Keti ilə universitetdən bəri dost idik. Yoldaş demək daha düzgün olardı, çünki heç vaxt bir elə yaxın olmamışdıq. Birinci kursda dəhlizin üzbəüz otaqların-da qalırdıq və ikimiz də eyni dərsləri keçdiyimizə gö-rə, gözümüzü qorxudan ilk həftələrdəncə bir-birimizə

yaxınlaşdıq. Sonralar ortaq cəhətimiz olan daha çox insanla tanış olduq. İlk il və istisna hallar olan toyları çıxarsaq, universiteti bitirdikdən sonra bir-birimizlə elə

də görüşməmişdik. Amma mənə lazım olduğu zaman onun evində boş bir otağın olduğunu bildim və orada qalmaq mənə məntiqli gəldi. Cəmi bir neçə ay, maksi-mum, altı ay qalacağıma əmin idim və başqa nə edə

biləcəyimi də təsəvvür etmirdim. Heç vaxt tək yaşa-mamışdım, ailəmdən sonra ev yoldaşları ilə, sonra da Tomla qalırdım. Tək yaşamaq fikri darıxdırıcı gəldiyinə görə onunla yaşamağa razılıq verdim. O vaxtdan demək olar ki, iki il keçib.

Qorxulu deyildi. Keti sözün əsl mənasında yaxşı adam idi. Bu cəhətini dərhal gözə çarpdırırdı. Yaxşı olduğu ortada idi, hətta bu onun ən əsas xüsusiyyəti olduğundan bunun demək olar ki, hər gün gözə görün-məsini istəyirdi. Bu da insanı çox yorurdu. Amma ye-nə də pis deyildi, ev yoldaşında bundan daha pis xü-susiyyətlərin olması mümkündür. Yox, bu yeni həyatımın (üstündən iki il keçməsinə baxmayaraq, hələ də

yeni təsiri bağışlayır) usandırıcı tərəfi Keti, hətta Eşburi də deyildi. Özümə nəzarəti itirməyim idi. Ketinin evində, onun nəzakətli olmasına baxmayaraq, daim 1


özümü qonaq kimi hiss edirdim. Bunu mətbəxdə axşam yeməyi hazırlarkən bir-birimizi itələyəndə hiss edirdim. Divanda onun arxasında oturarkən əlindəki pultdan möhkəm-möhkəm yapışdığında hiss edirdim.

Özümə aid olduğunu hiss etdiyim yeganə yer kiçik yataq otağım idi. İçinə zorla dürtülmüş çarpayı ilə stolun arasından güclə keçirdim. Kifayət qədər rahat olsa da, insanın arzuladığı kimi bir yer deyildi. Bu-na görə də qonaq otağında, ya da mətbəx masasında narahatlıq və yorğun şəkildə qurcalanırdım. Hər şeyə, hətta ağlıma belə nəzarəti itirmişdim.


1


10 iyul 2013, Çərşənbə

Səhər

Hava yavaş-yavaş isinirdi. Saat təxminən 9-un yarısı olmuş və gün çoxdan darıxdırıcı hal almış, hava nəmdən ağırlaşmışdı. Fırtına olmasını arzulasam da səma israrla boş, solğun və açıq mavi rəngə çalırdı. Üst dodağımdakı təri sildim. Su götürməyi unutduğuma görə peşman olmuşdum.

Həmin səhər Ceyson ilə Cessini görmədiyimə görə

çox təəssüflənirdim. Bunun axmaqlıq olduğunu bilirdim. Evi diqqətlə gözdən keçirməyimə baxmayaraq, heç kim görünmürdü. Aşağı mərtəbənin qapısı açıq ol-sa da, iki qanadlı digər qapı bağlı idi və günəş şüaları pəncərədə əks olunurdu. Yuxarıdakı siyirmə pəncərə

isə qapalıydı. Yəqin Ceyson işə getmişdi. Mənə elə gəlirdi ki, həkimdi və çox güman, xarici şirkətlərdən birində işləyirdi. Daim işə hazır vəziyyətdə olurdu, qarderobun üstündə hazır gözləyən bir çantası da vardı; İranda zəlzələ, yaxud Asiyada sunami olan kimi hər şeyi atıb çantasını alaraq həyat xilas etmək üçün göz açıb-yumunca Hitrovda olurdu.

Cəlbedici naxışlı paltarı, konvers ayaqqabıları olan, gözəl və cazibəli Cess isə moda sahəsində çalışırdı. Ya da ola bilsin ki, musiqi, ya da reklam sahəsində.

Stilist, yaxud fotoqraf da ola bilərdi. Eyni zamanda olduqca istedadlı, bacarıqlı bir rəssam idi. İndi onu yuxarı mərtəbədəki açıq pəncərəsindən musiqi sədaları yayılan otaqda, əlində fırça divara söykənmiş kətan lövhəyə şəkil çəkən vəziyyətdə görə bilirdim. Axşam üs-1


tünə qədər orda olacaqdı, Ceyson bilirdi ki, işləyəndə

onu narahat etmək olmaz.

Əlbəttə, əslində, onu görə bilmirdim. Rəsm çəkib -

çəkmədiyini, ya da Ceysonun mükəmməl gülüşü olub-olmadığını, Cessin yanaqlarının gözəl görünüb-görün-mədiyini də dəqiq bilmirdim. Burdan onun bədən qu-ruluşunu da ayırd etmək olmurdu və Ceysonun səsini də heç vaxt eşitməmişdim. Onları heç vaxt yaxından görməmişdim, mən yolun o tərəfində yaşayanda onlar bu evdə qalmırdılar. Mən iki il qabaq ordan köçəndən qısa müddət sonra isə onlar həmin evə köçmüşdülər.

Dəqiq hansı gün olduğunu bilmirdim, amma deyəsən, onları ilk dəfə təxminən bir il əvvəl görmüşdüm və

aylar keçib-getdikcə mənim üçün önəm kəsb etməyə

başlamışdılar.

Adlarını da bilmədiyimə görə, onları özüm adlan-dırmalı olmuşdum. Kişiyə Ceyson adını qoymuşdum, çünki ingilis aktyorları kimi yaraşıqlı idi. Conni Depə, ya da Bred Pitə yox, daha çox Kolin Fortə, yaxud Ceyson Ayzeksə oxşayırdı. Cess də Ceyson adı ilə uyğun olduğundan, bir də ona yaraşdığından ağlıma gəlmişdi. Qızın gözəl, qayğısız görünüşü ilə uyuşurdu. Onlar cütlük idi, komanda idi. Elə düşünürdüm ki, xoşbəxt-dirlər. Mənim keçmişdə olduğum kimi… Beş il əvvəlki Tomla mənə bənzəyirdilər. Mənim itirdiklərim onlarda idi, mən istəyən hər şeyə sahib idilər.

1


Axşam

Düymələri sinəmi sıxan, narahat, dar köynəyimin qoltuqlarının altında nəm ləkələr əmələ gəlmişdi. Gözlərim və boğazım ağrıyırdı. Bu axşam yolun uzanması-nı heç istəmirdim, evə tez çatmaq, soyunub duşa girmək, məni heç kimin görmədiyi bir yerdə olmaq arzu-sundaydım.

Üzbəüz oturacaqda oturan kişiyə baxdım. Təxminən mənimlə yaşıd olardı; otuzuncu onilliyinin ya əv-vəlini, ya da ortalarını yaşayırdı; saçları tünd rəngdəy-di, gicgahlarına doğru ağarmağa başlamışdı. Bənizi solğun görünürdü. Əyninə kostyum geyinmiş, pencəyini çıxarıb yanındakı oturacağa atmışdı. Qabağındakı açıq “MacBook” kağız kimi napnazik idi. Asta-asta yazırdı. Sağ biləyində iri, gümüş bir saat vardı. Bahalıya oxşayırdı, deyəsən, “Breitling” idi. Dodağını çeynəyirdi. Gərgin görünürdü. Bəlkə də nə haqqındasa dərindən düşünür, baş sındırırdı. Bəlkə Nyu-Yorkdakı ofisdə olan iş yoldaşlarından birinə vacib bir e-mail, ya da sevgilisinə kəlmələrini ustalıqla seçdiyi ayrılıq mesajı yazırdı. Birdən başını qaldırdı və baxışlarımız toqquşdu. Gözləri əvvəlcə məni, sonra da qarşımdakı stolun üstünə qoyduğum şərab şüşəsini süzdü. Üzünü çevirdi. Dodaqlarının bir-birinə sıxılmasından qınayıcı dü-şüncələrini hiss etmək olurdu. Məndən iyrənmişdi.

Əvvəlki kimi deyildim. Artıq arzulanan insan deyildim, insanları özümdən qaçırırdım. Buna səbəb kö-kəlməyim, ya da üzümün içkidən və yuxusuzluqdan şişməsi deyildi. Elə bil, insanlar mənə baxanda yarala-1


rımı da görürdülər. Sanki bu yaralar mənim üzümdə, davranışlarımda, hərəkətlərimdə yazılmışdı.

Keçən həftə, gecələrin birində, su içmək üçün otağımdan çıxanda Ketinin qonşu otaqda sevgilisi Demienlə danışığını eşitdim. Dəhlizdə dayanıb qulaq asmağa başladım. “Qız təkdi, – Keti deyirdi, – ona görə

çox narahatam. İşdən, ya da reqbi klubundan uyğun bir adam yoxdu?” Demien isə, – “Reyçlə görə? Ket, səmimi deyim, o qədər çarəsiz vəziyyətdə olan kimisə ta-nımıram”, – dedi.

11 iyul 2013, Cümə axşamı

Səhər

Şəhadət barmağımdakı sarğının qıraqlarını didiş-dirirdim. Səhər fincanımı yuyanda yaş olmuşdu, üstü yapışqan və çirkli görünürdü, halbuki səhər tərtəmiz idi. Kəsik dərin olduğuna görə çıxarmaq istəmirdim.

Evə çatanda Keti bayırda idi, mən də içki almağa gedib iki şüşə şərabla qayıtdım. Birincini içəndən sonra onun evdə olmamasından istifadə edib özümə bifşteks bişirmək, qırmızı soğan sousu hazırlamaq və yaşıl salatla birgə yemək istədim. Soğanları doğrayanda barmağımı kəsdim. Yumaq üçün vanna otağına getdim; sonra bir müddət hər şeyi unudub yatmışam, saat 10-a yaxın oyandım, Keti və Demienin danışığını eşitdim. Demien mətbəxi bu cür qoyub getməyimin murdarçılıq olduğunu deyirdi. Keti mənə dəymək üçün yuxarı çıxdı, yavaşca qapını döydü və yüngülcə açdı. Başını içəri uzadıb halımı soruşdu. Niyə olduğunu tam bilməsəm 1


də, üzr istədim. “Narahat olma”, – dedi, amma ardınca təmizləyə bilib-bilməyəcəyimi də soruşdu. Mətbəx tax-tasının üzərində qan var idi; içərini çiy ət iyi bürümüşdü, bifşteks piştaxtanın üstündə qalmışdı. Demien mə-ni görən kimi salam belə vermədən başını yelləyib yuxarı çıxdı; Ketinin yataq otağına girdi.

İkisi də yatmağa gedəndən sonra ikinci şüşəni iç-mədiyimi xatırlayıb ağzını açdım. Divana oturub eşit-məsinlər deyə səsini azaldıb televizora baxmağa başladım. Nəyə baxdığım yadımda deyil, amma bir anlıq özümü xoşbəxt, ya da ona oxşar bir halda hiss etdim; içimdə kiminləsə danışmaq arzusu oyandı. Həmin an kiminləsə təmas qurmaq arzusuyla dolub daşırdım; zəng etməyə isə Tomdan başqa heç kimim yox idi.

Əslində, Tomdan başqa heç kimlə danışmaq da istəmirdim. Telefonumun “Gedən zənglər” bölməsində

ona dörd dəfə – saat 11:02-də, 11:12-də, 11:54-də və

12:09-da zəng elədiyim görünürdü. Zənglərin müddə-tindən bilinirdi ki, iki səsli mesaj da qoymuşam. Bəlkə

də telefona cavab vermişdi, amma onunla danışdığım yadıma gəlmir. İlk mesajı qoymağım yadımdadı, deyəsən, sadəcə, mənə zəng etməsini xahiş etmişdim. Ola bilər ki, mesajların ikisində də eyni şeyi demişəm və

bu elə də pis deyildi.

Qatar silkələnib qırmızı işıqda dayananda başımı qaldırdım. Cess eyvanda oturub qəhvə içirdi. Ayaqlarını stolun üstünə qoymuşdu, kürəyini stula dayayıb özünü günəşə verirdi. Mənə elə gəldi ki, onun arxasında hərəkət edən kimisə gördüm: Ceysonu. Onu görməyi, yaraşıqlı simasına nəzər salmağı çox arzulayırdım. Eyvana çıxmasını, xəyalımda canlandırdığım ki-1


mi Cessin arxasında dayanmasını, saçlarını öpməsini istəyirdim.

Amma çölə çıxmadı və Cessin başı önünə doğru əyildi. Bugünkü hərəkətləri nisbətən fərqli idi; daha tənbəl və ləng idi. Ceysonun onun yanına gəlməsini istəyirdim, amma qatar silkələnib irəliləməyə başladı; Ceyson isə hələ də görünmürdü. Cess tək idi. Bu dəfə

gözlərim qeyri-ixtiyari əvvəlki evimə zilləndi və nə

qədər çalışsam da baxışlarımı qaçıra bilmədim. İki qanadlı qapı taybatay açıq idi və işıq mətbəxə doğru süzülürdü. Bunu doğrudan da görürdümmü, yoxsa hər şey yenə də təxəyyülümünmü məhsulu idi, bilmirdim.

Cess doğrudan da orda, mətbəxdə qabmı yuyurdu?

Həqiqətən də mətbəx masasının üstündə, yellənən beşikdə balaca bir qız oturmuşdumu? Bilmirəm.

Gözlərimi yumdum və özümü qaranlığın ixtiya-rına verdim, məyusluğumun daha da pis bir şeyə çev-rilməsini gözlədim: bir xatirə, keçmişə bir səyahət. Ondan sadəcə mənə zəng etməsini xahiş etməmişdim.

İndi yadıma düşdü, ağlayırdım. Onu hələ də sevdiyimi, həmişə sevəcəyimi demişdim. “Xahiş edirəm, Tom, xahiş edirəm, səninlə danışmalıyam. Darıxmışam”. Yox, yox, yox, yox, yox, yox, yox…

Qəbul etməliydim ki, onu düşüncələrimdən uzaq-laşdırmağın mənası yoxdur. Bütün gün özümü dəhşətli dərəcədə pis hiss edəcəkdim. Qarın boşluğumdakı bu sancı, utanc hissindən yaranan kədər üzümü yan-dıran alovla dalğalanacaqdı; əvvəl güclü, sonra zəif, sonra yenə güclü… Gözlərimi elə yummuşdum ki, elə

bil, bu yolla hər şeyi silə biləcəkdim. Bütün gün öz-özümə ən pis şeyin bu olmadığını təkrarlayıb duracaq-1


dım. Elədiyim ən pis şey bu deyildi; bu, hamının qarşısında yıxılmaq, ya da küçədə tanımadığım bir adamın üstünə qışqırmaq kimi deyildi. Yayda barbekü bişirər-kən ərimin dostlarından birinin arvadına təhqirlər yağ-dıraraq alçaltmaq kimi deyildi. Gecələrin birində evdə

dalaşarkən qolf çubuğu ilə ona hücum edib dəhliz divarının suvağını dağıtmaq kimi deyildi. Üç saatlıq nahar fasiləsindən sonra işə qayıdıb ofisdəkilərin baxışları altında səndələyərək içəri girmək kimi deyildi.

Martin Maylz məni kənara çəkib – “Məncə, indi evə

getsən daha yaxşı olar, Reyçl”, – demişdi. Bir dəfə, Londonun izdihamlı mərkəz küçələrindən birində, qısa müddət əvvəl restoranda tanış olduğu iki nəfərlə

oral sekslə məşğul olmasından danışan bir içki düş-kününün yazdığı kitabı oxumuşdum. Onu oxuyanda fikirləşmişdim ki, mən elə də pis deyiləm. Sərhəddimi bu nöqtədə cızmışdım.


Axşam

Bütün gün diqqətimi səhər gördüklərimdən başqa heç nəyə yönləndirə bilmədim, oturub-durub Cessi fikirləşdim. Niyə mənə elə gəlirdi ki, nə isə qaydasında deyil? Uzaqdan üzünün ifadəsini görmürdüm, amma ona baxan kimi başa düşmüşdüm ki, özünü tənha hiss edir. Hətta hiss edir yox, tənha idi. Bəlkə də elə idi, bəlkə də Ceyson evdə deyildi, insanları xilas etmək üçün təhlükəli ölkələrdən birinə getmişdi. Və Cess onun üçün darıxır, getməsinin vacib olduğunu qəbul etsə də, ona görə narahat olurdu.

1


Əlbəttə ki, onunçün darıxırdı, eynilə mənim kimi.

O nəzakətli və güclü idi, bir ərdə ola biləcək bütün xüsusiyyətlərə sahib idi. Üstəgəl, onlar arasında uyum da vardı. Ceysonun gücü, himayədarlığı Cessin zəif olduğunu göstərmirdi. Onun da güclü olduğu yerlər vardı, Ceysonu təəccübdən ağzıaçıq qoyan intellektual sıçrayışları vardı. Hər hansı problemi kəsib xırda his-sələrə ayıraraq “salam” vermək üçün sərf olunan vaxt ərzində həll edə bilirdi. İllərdir birlikdə olmalarına baxmayaraq, Ceyson yığıncaqlarda Cessin əlini burax-mazdı. Bir-birilərinə hörmət edir, alçaltmırdılar.

Bu axşam özümü yorğun hiss edirdim. Tamamilə

ayıq idim. Bəzi günlərdə özümü elə pis hiss edirdim ki, heç içə də bilmirdim. Bu gün isə içki haqqında düşü-nəndə ürəyim bulandı. Amma axşam qatarında ayıq olmaq çətin başa gəlirdi, xüsusən də indi, bu cür istidə.

Dərimin hər santimetrində tər puçurlanır, ağzımın içi gicişir, gözlərim ağrıyırdı; ovuşdurmaqdan bütün makiyajım yayılmışdı.

Çantamdan telefonumun vibrasiyasını eşidən kimi yerimdən sıçradım. Vaqonun digər tərəfində oturan qızlar əvvəl mənə, sonra bir-birinə baxıb qımışdılar.

Haqqımda nə düşündüklərini dəqiq bilməsəm də, yaxşı bir şey olmadığını başa düşmək çətin deyildi. Telefona doğru əyilərkən ürəyimin sürətlə döyündüyünü duydum. Bu zəngin yaxşı nəticələnməyəcəyini bilirdim: bu, bir gecəlik içkiyə ara verməyi tapşırmaq üçün zəng edən Keti də ola bilərdi. Ya da gələn həftə Londona gələcəyini, ofisimə dəyəcəyini və axşam birlikdə

şam edə biləcəyimizi deyən anamın da olması müm-1


kün idi. Ekrana baxdım. Zəng Tomdan idi. Bir saniyə

düşünüb, telefonu açdım.

– Reyçl?

Onu tanıdığım ilk beş il ərzində heç vaxt Reyçl olmamışdım, həmişə Reyç idim. Bəzən “Şelli” deyərdi, çünki bu addan zəhləm gedirdi və nə qədər əsəbiləş-səm də, gülüşünə dözməyib ona qoşulmağım onu da-ha çox güldürərdi.

– Reyçl, mənəm, – səsi boğuq idi, yorğun olduğu hiss olunurdu. – Qulaq as, bunu qurtarmalısan, eşidir-sən?

Cavab vermədim.

Qatar sürətini azaldırdı və demək olar, evin yanına çatmışdıq; köhnə evimin. Ona, – “bayıra çıx, çəmənlikdə dayan, sənə bir dəfə də olsa baxım”, – demək istədim.

– Xahiş edirəm, Reyçl, mənə zəng etməyin düzgün deyil. Özünü toplamalısan.

Boğazımda sanki çay daşı boyda bir şey düyünlən-mişdi, hamar və inadcıl idi. Udquna bilmirdim. Danışa bilmirdim.

– Reyçl? Eşidirsən? Bilirəm ki, vəziyyətin yaxşı deyil, buna görə təəssüf edirəm, doğrudan da… Amma mən sənə kömək edə bilmərəm; bu ardı-arası kəsilmə-yən zənglərin Annanı çox məyus edir. Yaxşı? Daha sə-nə kömək edə bilmərəm. AA2ya filan get. Xahiş edirəm, Reyçl. Bu gün işdən sonra AA toplantısına dəy.

Çirkli sarğını barmağımdan çıxarıb altındakı solğun, qırışmış ətə baxdım. Dırnağımın küncündəki qan qurumuşdu. Sağ əlimin baş barmağını kəsiyin ortasına 2 Adsız Alkoqoliklər

1


basan kimi yara açıldı, ağrı kəskin və güclü idi. Nəfəs aldım. Yaradan qan axmağa başladı. Vaqonun digər tərəfindəki qızlar mənasız baxışlarla mənə baxırdılar.


MEQAN

Bir il əvvəl


1


16 may 2012, Çərşənbə

Səhər

Qatarın gəldiyini eşidirdim, ritmini əzbərləmişdim. “Norzkout” stansiyasından çıxan kimi sürəti artırır, döngədən taqqıltıyla dönüb uğuldamağa başlayandan sonra isə azaldırdı. Bəzən isə evdən təxminən iki yüz yard3 irəlidəki işıqda dayananda qatarın əyləcinin səsi eşidilirdi. Qəhvəm masanın üstündə soyu-muşdu, amma mən çox tərləmişdim və durub qəhvəmi təzələməyə tənbəllik edirdim.


Страницы книги >> 1 2 3 4 5 6 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации