Электронная библиотека » Рэй Брэдбери » » онлайн чтение - страница 4

Текст книги "Hekayələr"


  • Текст добавлен: 6 декабря 2022, 08:00


Автор книги: Рэй Брэдбери


Жанр: Современная русская литература, Современная проза


Возрастные ограничения: +12

сообщить о неприемлемом содержимом

Текущая страница: 4 (всего у книги 14 страниц) [доступный отрывок для чтения: 5 страниц]

Шрифт:
- 100% +

TABUTÇU

Mister Benedikt balaca evindən çıxıb günəş şəfəqlərinə bürünmüş artırmada dayandı. Balaca bir küçük düz yanından ürkək-ürkək ötüb-keçdi. İtin elə ağıllı gözləri var idi ki, mister Benedikt onlara baxmağa cürət eləmədi. Elə bu zaman qəbiristanlığın dəmir darvazaları ağzında, kilsənin yanında bir oğlan uşağı peyda oldu; mister Benedikt uşağın adamı dəlib keçən maraq dolu baxışları altında səksəndi.

– Siz qəbirqazansınız? – oğlan soruşdu.

Mister Benedikt irişə-irişə susmağa üstünlük verdi.

– Bu sizin kilsənizdir? – oğlan soruşdu.

– Bəli, – mister Benedikt cavab verdi.

– Bütöv qəbiristanlıq da?

Mister Benedikt sıxıla-sıxıla başını tərpətdi.

– Bütün başdaşılar, qəbirlər və çiçəklər də?

– Hə, – mister Benedikt gizli fəxarət hissiylə qeyd elədi.

Həqiqətən də, bunların hamısı ona, yalnız ona aid idi. Maraqlı hekayətdir! Uzun illər boyu ağır əmək və yuxusuz gecələr tələb edən biznes, nəhayət ki, ona uğur bəxş eləmişdi. Hər şey isə mister Benediktin kilsə həyətini almasından başladı. Burda balaca bir kilsədən və baptist44
  Baptist (yun. xaç suyuna salma) – xristianlığın bir qolu; baptistlərə görə, yeni doğulmuş körpənin xaç suyuna salınması düzgün deyil, bunu yalnız yetkin insan öz arzusu ilə həyata keçirməlidir.


[Закрыть]
cəmiyyəti şəhərciyi tərk edəndən sonra yosun basmış bir neçə qəbirdən savayı heç nə yox idi. Sonra o, yaraşıqlı və xudmani bir meyitxana tikdi, – əlbəttə ki, qotik üslubda, – və ətrafında sarmaşıq əkdi. Bununla da kifayətlənməyib arxa tərəfdə özünə ev tikdi. Beləcə, şəhər sakinləri öz mərhumlarını mister Benediktə etibar eləməyə başladılar. “Dəfn mərasimi sadələşdirildi! – səhər qəzetindəki elanda belə deyilirdi. – Kilsədən birbaşa torpağa… Yağ kimi asandır! Ən davamlı materialdan istifadə olunur!”

Oğlanın baxışlarından əzilməkdə davam edən mister Benedikt küləyə tuş gələn şam işığı kimi əsdi; elə müdafiəsiz, elə səmimi idi ki… Canlı olan hər şey onu təəssüf hissi keçirməyə və bədbinliyə qapılmağa məcbur edirdi. Mister Benedikt həmişə insanlarla razılaşır, heç vaxt etiraz etmir, “yox” demirdi. Kimliyinizdən asılı olmayaraq küçədə təsadüfən mister Benediktlə rastlaşsanız, o öz balaca, əcaib gözlərini burnunuza, qulağınıza, ya da saç ayrımınıza zilləyəcək, amma heç bir halda gözlərinizə baxmayacaq; sonra da buz kimi əlləriylə sanki qiymətli bir şeyə toxunurmuş kimi qolunuzu sığallaya-sığallaya elə hey təkrarlayacaq:

– Siz tamamilə, şəksiz, sözsüz ki, haqlısınız…

Hər dəfəsində də mister Benediktlə ünsiyyət qurarkən onun bir sözünüzü belə eşitmədiyinə əmin olacaqsınız…

İndinin özündə də oğlanın maraq dolu baxışları altında büzüşərək elə hey təkrarlayırdı: “Sən əla uşaqsan…” Oğlanın xoşuna gəlməyəcəyindən elə qorxurdu ki…

Mister Benedikt, nəhayət, pilləkənlərlə aşağı düşüb doqqazdan çıxdı. Bu dəfə sevimli meyitxanasına nəzər salmadı, bu həzzi sonraya saxladı. Hərəkətlərin düzgün ardıcıllığına riayət eləmək çox mühümdür. Onun mahir əllərinin toxunuşunu gözləyən ölüləri fikirləşmək hələ tezdir. Mister Benedikt yazılmamış qanunlara şərtsiz əməl edirdi.

O özünü azğınlaşmış həddə necə çatdırmağı yaxşı bilirdi. Günortayadək balaca şəhərciyin küçələrini dolaşar, canlı sakinlərin öz üstünlükləriylə onu əzməsinə imkan yaradardı; öz çarəsizliyinə qapılar, onun içində əriyər, sonra coşmuş hislərinə su çiləyər, amma ürəyiylə beyni heç səngiməzdi.

Bu dəfə əczaçı mister Rocerslə söhbət eləmək üçün ayaq saxladı; və bütün təhqiramiz tərzini, istehzasını, saymazyanalığını içində boğdu. Mister Rocers isə, həmişəki kimi, mürdəşiri sancmağa fürsət axtarırdı.

– Ha-ha-ha, – alçalmış vəziyyətdə qalan mister Benedikt hirsindən ağlamaq əvəzinə qəhqəhə çəkərdi.

– Elə siz özünüz də ölüləriniz kimi soyuqsunuz! – mister Rocers təkrarladı.

– Ha-ha-ha!..

Əczaxanadan çıxan mister Benedikt bu dəfə də podratçı mister Stayvezandla rastlaşdı. Bu dəfə həmsöhbəti tez-tez saatına nəzər salır və bununla da əlverişli müştərisinin yanına tələsdiyini, mister Benediktlə ünsiyyətini qısa edəcəyini göstərirdi.

– Benedikt, işlər necə gedir? Əlavə qazancdan xali olmadığınıza mərc gələ bilərəm – fərq eləməz, dişlər, ya dırnaqlar! Onlar sizə qalır, elə deyilmi? Düz tapdım, hə?

– Ha-ha-ha… Mister Stayvezand, sizdə işlər necə gedir?

– Benni, bir deyin görüm, niyə əlləriniz belə soyuqdur? Adamın əti ürpəşir! Nədir, hansısa frigid55
  Frigid – cinsi təmasdan qorxan, kişiləri yaxına buraxmayan qadın


[Закрыть]
arvadı yumusunuz? Söylədiklərimi eşidirsinizmi? – mister Stayvezand onun çiynindən şappıldada-şappıldada çığırdı.

– Yaxşı görək! – mister Benedikt müəmmalı, istehzalı təbəssümlə mızıldandı. – Salamat qalın!

Görüş görüşü əvəzlədi… Hər dəfəsində bir-birindən ağır həqarətləri şillə kimi yeyən mister Benedikt istehzaların dərin sulara qərq olduğu gölə bənzəyirdi. Ona atılan çınqıllar nə bir ləpə əmələ gətirər, nə də şappıltı salardı, bu zaman işə daşlar, kərpiclər, hətta qaya parçaları düşərdi! Fərq eləməz, elə bil gölün heç dibi yox idi – nə bir damcı, nə bir çöküntü. Göl təmkinini pozmurdu.

İnadkarcasına ev-ev, küçə-küçə gəzən mister Benedikt hər görüşdən sonra daha çox qıcıqlanır, çarəsizliyinə qapılır və yetkin, mazoxist zövqünə görə özünə nifrət edirdi. Hərçənd qarşıda gözlənilən gecə həzzi onun ayaqda qalmasına rəvac verirdi. Yalnız buna görə o, kütbeyin, özündənrazı heyvanların lağlağısına dözür, üstəlik, qayğıyla əllərini sıxır, görkəmiylə onları iltifata çağırırdı.

– Ah, xoş gördük, qəssab! – çərəz dükanının sahibi mister Flincer çığırdı. – Səndə qaxac ət və duza qoyulmuş beyin neçəyədir?

Çarəsizliyi hədd tanımırdı. Mister Benedikt bu sonuncu təhqir zərbəsindən sonra saatına nəzər saldı və başılovlu geriyə, evə qaçdı. O, zirvəyə çatıb, artıq işə hazırdır, özündən məmnundur. Məşəqqətli öhdəliklər sona yetdi, indi onu kef gözləyirdi.

Mister Benedikt meyitxananın pilləkənlərini xüsusi həvəslə qalxdı. Otaq elə bil buz bağlamışdı. Ölülər qaranlıqda mələfənin altında uzadılmışdı.

Qapı taybatay açıldı.

İşığa qərq olmuş mister Benedikt kandarda sanki heykələ dönmüşdü: əlinin biri salamlamaq məqsədilə yuxarı qalxmış, digəri süni ciddiyyətlə qapının dəstəyindən yapışmışdı.

Meyit ustası evinə dönmüşdü!

O öz teatr səhnəsinin kandarında uzun müddət dayandı. Xəyal elədiyi alqış səsləri qulaqlarında guruldadı. O tərpənmirdi, yalnız bu cür qarşılanmağa layiq olduğunu nümayiş etdirmək üçün xəfif təzim etdi. Pencəyini soyunub səliqəylə şkafdan asdı, ağ xalatını geyinib peşəkar çevikliklə iplərini bağladı, sonra öz mehriban “dost”larına tamaşa edə-edə əllərini yudu. Uğurlu həftə idi; xeyli ölü gətirilmişdi. Mister Benedikt sanki get-gedə böyüdüyünü, daha möhtəşəm olduğunu, malikanəsi boyu yayıldığını hiss elədi.

– Lap Alisa kimi! – o, sevincqarışıq heyrətlə çığırdı. – Yekə, lap yekə! Necə də maraqlıdır!

Canlıların yanında heç vaxt cəsarətsizliyinin, inamsızlığının öhdəsindən gələ bilmirdi – buna yalnız ölülərlə baş-başa qalanda müvəffəq olurdu. O, eyni zamanda məmnunluq və utancaqlıq hissiylə özünü balaca krallığın hökmdarı hiss edirdi – burda hər kəs ona tabe olmalıydı və heç kəs yaxasını qurtara bilməzdi. Həmişəki kimi, elə indi də yüngüllük və həyat eşqinin axınına tabe oldu, böyüdü, böyüdü. “Oho, necə də hündürdür, çox hündürdür… gör bir başım haradadır!..”

O, mələfəylə örtülmüş masaların arasında gəzişirdi. Əladır, sanki kinodan qayıdıb, özü də axşam seansından: güclü, təravətli, özündən əmin. Elə qəşəng, tərbiyəli, cəsarətlidir ki, lap film qəhrəmanı təki, hələ bir səsini demir – cingiltili, təsirlidir. Bəzən filmdən aldığı təəssürat bütün axşam boyu onu müşayiət edirdi – düz yuxuya gedənəcən. Özünü yalnız burda və kinoda, öz balaca soyuq teatrında bu cür əla və möhtəşəm hiss edirdi.

O, masaların arasıyla gəzişib ağ vərəqələrdəki yazıları oxudu:

– Missis Uolters, mister Smit, miss Braun, mister Endrü. Hər biriniz xoş gəldiniz!

– Missis Şelmund, işlər necə gedir? – mələfəni qaldırıb sanki yatan körpənin qayğısına qalırmış kimi əyildi. – Əzizim, bu gün gözəlliyiniz göz qamaşdırır.

Missis Şelmund sağlığında onunla bir kəlmə də kəsməmişdi, küçədə xüsusi təkəbbürlə addımlayan bu qadın diyircəkli çəkmələrini məharətlə ətəyinin altında gizlədən şahanə heykəli xatırladırdı – bir sözlə, nazənin quş kimi süzürdü.

– Mənim əziz missis Şelmundum, – stulu özünə tərəf çəkən və böyüdücü şüşəylə meyitin üzərinə əyilən mister Benedikt söylədi. – Üzünüzün belə məsaməli, yağlı olduğunu heç ağlımın ucundan belə keçirmirdim. Əzizim, bu, dəri xəstəliyidir, səbəbi isə yağlı qidadır, xəstəliyinizin baiskarı odur. Yəqin, dondurmanı, yağlı piroqları, kremli kökələri gözünüzə təpmisiniz. Missis Şelmund, öz aydın ağlınızla elə fəxr edirdiniz ki, məni isə bir heç sayırdınız, bax belə. Yalnız sizin tayı-bərabəri olmayan şahanə ağlınız portağal şirəsi, limonad və krem dənizində batıb…

O, əməliyyata başladı: kəlləni dairə boyu kəsib qapağı qaldırdı və beyni çıxardı. Sonra əvvəlcədən hazırladığı qəndqabını götürüb boş kəlləni qaymaqla, çəhrayı, ağ, yaşıl nabat və karamellə doldurdu, üzərinəsə çəhrayı kremlə “ŞİRİN XÜLYALAR” yazdı. Kəllənin qapağını bağlayıb cərrahiyyə yerini pudraladı.

– Bax belə! – söyləyib növbəti masaya yaxınlaşdı.

– Eşq olsun, mister Ren. Eşq olsun! Hə, işlər necədir, irqi ayrı-seçkilik moizəçisi?! Tərtəmiz, ağappaq, qırışsız mister Ren. Qar kimi təmiz, kətan təki ağ mister Ren. Yəhudilərə və zəncilərə, azlıqlara nifrət edən mister Ren, – o, mələfəni dartdı. Ölünün boş, şüşə kimi gözləri ona baxırdı. – Mister Ren, mənfur azlığın bariz nümayəndəsinə – bir mənə baxın. Yalnız pıçıltıyla danışmağa cürət edən köməksiz, ürkmüş balaca varlığa. Bilirsiniz indi neyləyəcəm, ey mənim qətiyyətli dostum? İlk öncə qanınızı buraxacam.

Qan axıb töküldü.

– İndi isə, bu dəfə sizə iynə vuracam, mumiyalayıcı məhlul.

Mister Renin qar kimi təmiz, kətan təki ağ venalarından mumiyalayıcı məhlul axdı. Mister Benedikt için-için gülürdü.

Mister Renin dərisi qaralmağa başladı; zülmət gecəyə, qara palçığa bənzədi. Mumiyalayıcı məhlul rolunda isə qara mürəkkəb çıxış edirdi.

– Edmund Vort, xoş gəlmisiniz!

Bu Vortun elə iri bədəni vardı ki! Göz deşən əzələlər, daş kimi möhkəm sümüklər, meydan kimi sinə… O, küçədən keçəndə qadınların dili tutulurdu, kişilərinsə paxıllıqdan ürəkləri çatlayırdı; nə onun bədənini icarəyə götürüb arvadlarına baş çəkərdilər! Ancaq Vortun bədəni öz şəxsi mülkiyyəti idi və elə əyləncələrçün istifadə olunurdu ki, adı şəhər dedi-qoduçularının dilində qabar olmuşdu.

– Amma hər şeyə rəğmən, siz burdasınız, – Vortu dalğın nəzərlərlə süzən mister Benedikt dilləndi.

O bir dəqiqəlik öz bədəninin müsibətli keçmişini xatırladı. Bu lənətə gəlmiş, gülüş hədəfi olan qısa sümüklərinə bir barmaq artırmaqçün daha nələrə əl atmamışdı! Meyit kimi solğun rəngini dəyişməkçün saatlarla özünü günə vermişdi, yalnız əvəzində yanıb cızdağı çıxmışdı, dərisi tuluq təki sallanmışdı, eybəcər çəhrayı rəng almışdı, daha da nəmlənmiş, həssaslaşmışdı. Bəs bu balaca, bir-birinə həddən ziyadə yaxın olan gözlərə (ağıllı baxışları kimin nəyinə lazım idi ki?!) və balaca ağıza nə deyəsən?! Siz ürəyinizcə olmayan mənzilinizdən köçə, ananızdan üz döndərə, yeni geyim, ya maşın ala – bütünlüklə əhatənizi dəyişə bilərsiniz. Bəs tələdə çırpınan siçandan fərqlənməyən beyin neyləsin? Elə onu öldürən də dəyişə bilmədikləriydi: dərisi, bədəni, səsi bu füsunkar, azad dünyaya giriş qapısını birdəfəlik bağlamışdı. O dünyaya ki, orda kişilər qızların buxağını sığallayır, gül dodaqlarından öpür, dostlarının əllərini rahat-rahat sıxır, bir-birini ətirli siqarlara qonaq edirlər…

Beləcə, Edmund Vortun meyiti üzərində dayanan mister Benedikt düşüncələrə daldı. Sonra Vortun başını kəsib tabutdakı yastıqçaya qoydu, aşağısına yüz doxsan funt66
  Funt – ingilis dilli ölkələrdə (ABŞ, Böyük Britaniya və s.) 454 qr.-a bərabər çəki vahidi


[Закрыть]
ağırlığında kərpic yerləşdirib, köynək və kostyumun içinə balaca mütəkkələr soxdu və “bədənə” düz çənəsinədək mavi, məxmər örtük çəkdi. Sonra meyitin öz bədənini soyuducu kameraya qoydu.

– Mister Vort, öləndə göstəriş verəcəm ki, başımı bədəninizlə birgə basdırsınlar. O zamanadək yaxşı mükafat müqabilində bu təhqiramiz aktı həyata keçirməsi üçün köməkçi hazırlamağa macal tapacam. Əgər birisi həyatı boyu sevgiyə layiq bədəndən xali olubsa, heç olmasa, ölümündən sonra onu qazansın. Əvvəlcədən minnətdaram.

O, Edmund Vortun tabutunun qapağını bağladı.

Şəhərdə dəfn mərasimləri bağlı tabutlarla keçirilməyə başlayandan mister Benediktin əməlləri üçün hüdudsuz imkanlar açılmışdı. O bəzilərini tabuta baş-ayaq, ya da üzüaşağı qoyurdu, hətta ədəbsiz duruşlara da əl atırdı. O, kiminsə evinə çay qonaqlığına tələsən, avtomobil qəzasında həlak olan üç qarımış qızın meyitini kefi istəyən qədər ələ saldı. Onlar işləri-gücləri bir-birinin qulağına pıçıldaşmaq olan, az qala bir-birinin ağzına girən pisniyyətli qeybətçilər idi… Bu qarımış qızların eyni tabutda, elə həyatda olduğu kimi bir-birinə sıxılmış halda, soyumuş dodaqlarında son dedi-qoduları donub-qalmış vəziyyətdə torpağın


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации