Текст книги "Bir cavanın dəftəri"
Автор книги: Yusif Vəzir Çəmənzəminli
Жанр: Биографии и Мемуары, Публицистика
Возрастные ограничения: +12
сообщить о неприемлемом содержимом
Текущая страница: 1 (всего у книги 6 страниц) [доступный отрывок для чтения: 2 страниц]
Yusif Vəzir Çəmənzəminli
Bir cavanın dəftəri
“Xatirə Ədəbiyyatı” silsiləsindən 4-cü kitab
© Yusif Vəzir Çəmənzəminli / Bir cavanın dəftəri
© “XAN” nəşriyyatı / Bakı / 2020 / 120 səh.
Üz qabığının dizayneri / Teymur Fərzi
* * *
Yusif Vəzir Çəmənzəminli
Yusif Vəzirin gənclik illəri
Yusif Vəzir Çəmənzəminli “Bir cavanın dəftəri” və “Həyatımın iyirmi ili” adlı əsərlərində hər şeydən öncə Şuşanın XIX əsrin sonu, XX əsrin əvvəllərindəki durumunu oxuculara təqdim edir. Birinci əsər hekayə tiplidir və gündəliklər əsasında yazılıb. Əsərin qəhrəmanı Murad Yusif Vəzirin özüdür, Şuşada keçirdiyi gənclik illərini qələmə alıb. İkinci əsərdə isə Şuşanın tarixindən, məişətindən, insan mənzərələrindən və müəllifin özünün yaşadığı ailənin durumundan bəhs edilir.
Y.V.Çəmənzəminli 1887-ci ildə Şuşada Mirbaba Vəzirovun ailəsində dünyaya gəlib. Vəzirovların ulu babası Mirzə Əliməmməd ağa Qarabağ xanı İbrahimxəlil xanın nüfuzlu vəzirlərindən olub. İlk təhsilini əvvəlcə Şuşada, sonra isə Ağdamda alan Yusif Vəzir burada türk və fars dillərini öyrənib, rus dilini öyrənmək məqsədi ilə bir il Muradbəylidə rus məktəbində oxuyub. Daha sonra Qafqazın seçilən təhsil ocaqlarından olan Şuşa realnı məktəbinə daxil olaraq təhsilini davam etdirib. Ardınca 1906-1909-cu illərdə Bakı edadiyyə məktəbində oxuyub, buranı tamamladıqdan sonra ali təhsil almaq üçün Peterburqa yollanıb. Lakin burada təhsil almaq imkanı əldə edə bilmədiyi üçün 1910-cu ildə Müqəddəs Vladimir adına Kiyev İmperator Universitetinin hüquq fakültəsinə daxil olub.
Xatirələrdə də məhz onun Kiyevə qədərki gəncliyi əks olunub.
«Bir cavanın dəftəri»
XIX əsrin sonları. Şuşa. Yeni tipli məktəblər açılıb, dünya ədəbiyyatı Qarabağa yol tapıb, gənclər maariflənir, dünyagörüşləri artır, amma buna baxmayaraq onlar geniş dünyaya çıxa bilmirlər. Çünki onlar doğulduqları şəhərdə gəncliklərini keçirməyə, orada evlənib, orada işləyib, orada da ölməyə məhkum idilər. Murad da bu yeknəsəqlikdən nəsibini almış bir gənc idi.
Onun yeganə zövqü kitab oxumaq, gündəlik yazmaq idi:
“Tühaf dеyilmi, оrta məktəbin altıncı sinfinin tələbəsi hələ öz şəhərindən başqasını görməmişdir. Halbuki buralardan bıqdım, yоruldum; gözlərim yеni yеrlər, yеni simalar, yеni üfüqlər görmək istəyir”.
Çünki onun gördüyü simalar illərdir heç bir dəyişikliyi qəbul etməyən, xalqı avam kimi saxlamağa çalışan molla sinfi, cəhalət girdabında vurnuxan insanlar idi. O isə bunlara qarşı idi. Mollaları tənqid edir, buna görə ailəsi tərəfindən məzəmmət edilir.
Muradın yaşadığı dönəmdə hələ Şuşada erməni-türk davası başlamamışdı. Türklər buraya köçürülən ermənilərə “dinayrı qardaş” deyir, heç bir problem yaşamadan güzəranlarını sürürdülər.
“Şəhərimiz ikiyə ayrılır: qərb tərəfində еrmənilər, şərqdə müsəlmanlar yaşayır. Qоcaların nağılına görə əvvəllər еrmənilərlə müsəlmanlar qarışıq yaşamışlar. İkisinin də adət və ayinləri bir imiş: bir-birinə də “dinayrı qardaş” deyərmişlər. Müsəlman uşaqları sünnət оlunarkən çоx vaxt еrmənilər kirvə оlarmışlar”.
Amma şəhərdəki mədəni inkişaf ermənilərin xeyrinə idi. Çünki müsəlmanların başçıları xalq üçün heç bir iş görmür, ermənilər isə uşaqlarını yeni məktəblərdə oxudur, özləri dövlət məmurluğuna iddialı olur, çar məmurlarına iradə yeridə bilirdilər.
Belə bir durumda isə Murad cəhalətdən baş götürüb qaçmaq, müəyyən qədər dincəlmək istəyir. Çünki kifayət qədər kitab oxuyaraq həmyaşıdlarından fərqlənən Murad, hətta yeni əlifba da kəşf etmişdi. Biz bu əlifba məsələsini “Həyatımın iyirmi ili” əsərində də görürük.
Bu mühitin içində onu anlayan üç dostu vardı. Həsən, Mürsəl və Rəcəb.
Əgər erməni məhəlləsində dağa dоğru dоlama xiyabanları, gözəl yay klubu, qəhvəsi var idisə, bu gənclərin gəncliklərini keçirmələri üçün hər hansı bir istirahət üçün yer yox idi. Onlar bir tərəfdən öz hallarına acıyır, digər tərəfdən imperiyada baş verəcək dəyişiklikləri hiss edirdilər. Artıq çar hökumətinin inqilabları boğmaq üçün türklərlə ermənilər arasına nifaq toxumu səpmələrini qabaqcadan duyur, buna çarə axtarırlar…
Nəhayət, ailəsi gəncin Aşqabada getməsinə, fərqli insanları görməsinə razı olur. Murad burada müəyyən siyasi proseslərə qoşulur və bir şeyi dəqiq anlayır. Köhnə insanları yeniləşdirmək mümkün deyil, ancaq uşaqları yeni sistemlə böyütmək lazımdır:
“Еlə еləməli ki, övladlarını üsullu milli məktəbə göndərsinlər. Vəssalam. Yоxsa yüz min vəz еləyəsən, Kərbəlayı Əsəd dönüb avrоpalı оlmayacaq. Köhnə adamları təzələmək həm о adamlara ziyandır, həm millətə”.
Aşqabadda bunları düşünməklə yanaşı, Murad Asiya adlı bir qıza da aşiq olur… Bu sevgi macərasını xatirələrdən oxuyacaqsınız…
«Həyatımın 20 ili»
Yusif Vəzir əsərə Şuşanın tarixi ilə başlayır. Pənah xan Cavanşir tərəfindən salınan şəhər haqqında məlumat verən Yusif Vəzir ardınca məhəllələrində xatırladığı insanları yad edir, onların faciələrini, əslində isə dönəmin faciələrini oxucuya çatdırır. Həmçinin dönəmin uşaqlarının, baməzələrinin hərəkətlərini, el-obanın adətlərini, batil inanclarını, mollaların xurafatlarını yazır.
Ən əsası öz ailəsinin başına gələn müsibətləri qeyd edir. Atalarının Ağdamda işləməsi, dönəmin ən intellektual gənclərindən olan qardaşı Əbülhəsənin gənc yaşda xəstəliyinə çarə tapılmayaraq vəfat etməsi, gecələr qız qaçıranların evlərinə hücum çəkməsi, anasının tapança ilə müdafiə olunması… Atası vəfat etdikdən sonra bütün ailənin onun öhdəsinə qalması və nəhayət, bir yol tapıb uzaqlara getməsi.
Yusif Vəzir bu xatiratda ən maraqlı dönəmi yazıb. Hansı ki, Avropada təhsil alıb gələn gənclər (Əhməd Ağaoğlunun timsalında) yeni məktəbdə dərs deyir, müsəlman ailələri də artıq uşaqlarını rus məktəblərinə qoyur, camaatı şeyxilik, üsulilik kimi məzhəblər artıq maraqlandırmır, mollaların nüfuzu getdikcə aşağı düşür… Yəni Azərbaycan bir növ mədəni keçid dövrünü yaşayır.
Belə bir dönəmdə isə Yusif Vəzir məktub alır:
“Payız düşür. Duman ətrafı bürümüş. Sarıya və qırmızıya dоnanmış ağaclar kədər saçır. Varlı türk tələbələri çəkilib о biri şəhərlərə gеtmiş, yalnız yоxsul balaları köçdən ayrı düşmüş quşlar kimi çırpınırdı. Təhsilimizi tamamlamalı idik, оxumaq həvəsi bizi sarsıdırdı. Bakıdakı yоldaşlarımdan birinə məktub göndərib, vəziyyətimi anlatdım.
Nеçə gün kеçməmiş bir tеlеqram alıram: “Kərimbəydən 20 manat yоl xərci al, gəl”.
Bakıya dеyil, mənim üçün yеni başlayan еlm və mədəniyyət aləminə gеdirdim… Nə sеvincli dəqiqələr idi!”
Xatirələr bununla dabitir… Amma Kiyevə düşən g ənc həm siyasətdə, həm ədəbiyyatda mühüm rol oynayır. Belə ki, Kiyevdə universitetdə oxuyarkən Yusif Vəzir aktiv ictimai fəaliyyətlə məşğul olur, tələbələrin təşkil etdiyi müxtəlif tədbirlərdə, yığıncaqlarda iştirak edir, eyni zamanda mətbuatda çalışaraq məqalələrini dərc etdirir. Bu dönəmdə artıq dünyada baş verən ictimai-siyasi hadisələri doğru şəkildə dəyərləndirən, yeni dünya düzəninin başladığını dərk edən Yusif Vəzir yeni fikirlər irəli sürür, gələcək cümhuriyyətin ideya əsaslarının formalaşmasında öz təklifləri ilə yardımçı olur. 1911-ci ilin mayında Yusif Vəzir Kiyevdə müsəlman-türk tələbələrinin nəşriyyat şirkətini yaradır. Ukraynadakı Milli Hərəkatı yaxından izləyən Yusif Vəzir Azərbaycanın da ibrət götürməsi lazım olduğunu bildirərək bu məqsədlə Kiyevdə Müsavatın şöbəsini təsis edir. Eyni zamanda bu ərəfədə Yusif Vəzirin Bakıda “Azərbaycan müxtariyyatı” adlı kitabı dərc olunur.
Bu dövrdə Yusif Vəzir onu narahat edən əsas problemləri məqalələrində sadalayır, eyni zamanda bu problemlərdən çıxış yollarını qeyd edir. Mövcud təhsil sisteminin yararsız olduğunu, gənclərin ömrünün ən gözəl vaxtlarının üsuli-qədim, əzabi-fars kitabları ilə, falaqqa, çubuq kimi cəza vasitələrindən istifadə edən müstəbid məktəb mollalarının yanında keçirməsini gələcək üçün təhlükəli olduğunu vurğulayaraq ana dilli milli məktəblərin açılmasının gərəkliliyini bildirir:
“Millətin ruhu, canı və bəlkə cəmi vücudu hesab olunan ana dilini bizə lazımınca öyrədən bir vəsilə olmadı”.
“İki aləm” adlı məqaləsində türk dili və türk milli kimliyi məsələsini daha da qabardan Yusif Vəzir müsəlman komitəsinin bütün üzvlərinin türk olduğu halda komitənin niyə türk komitəsi adlanmamasına nəzər salaraq Azərbaycanda hələ də milli kimliklə dini kimlik arasındakı sərhədlərin müəyyənləşdirilməməsinə diqqəti çəkir. Yusif Vəzir Müsavatın Kiyev şöbəsinin fəaliyyəti ilə bağlı yazısında qeyd edir:
“Ən sevinməli hallardan biri budur ki, iclaslarda türk dili işlənir və kağızlar da milli dildə yazılır”.
Çar Rusiyasında 1917-ci fevral-oktyabr hadisələrini yaxından izləyən və imperiyada yaşayan millətlər arasında muxtariyyət və bağımsızlıq meyllərinin gücləndiyini görən Yusif Vəzir bu prosesin Azərbaycanda tezliklə başlaması üçün çalışaraq türk millətinə xitabən bunları söyləyir:
“Ey nəcib türk milləti, ayıl! Bir rəşadətli balalarını yad et! Şan və şövkət ilə ömür sürülməlidir. Köhnə rus məmurlarının çəkməsi altında tapdalandığın kifayət edər”.
Yusif Vəzir haqlı olaraq yazırdı ki, “artıq yüz il olur ki, biz türklər rus qılıncı zoru ilə Rusiyaya tabe olmuşuq. Rus hökumətinin fikri bu idi ki, bizi dinimizdən, dilimizdən, dədə-baba adətlərimizdən geri salsın… Dini dinimizdən, dili dilimizdən olmayan bir millətin bizə canı heç də yanmayacaq”…
“Ümumi məclisi-müəssisan” adlı yazısında Yusif Vəzir doğru olaraq qalib gəlmək üçün millətin öz haqqını tələb etməsinin vacibliyini bildirir:
“Haqqımız tələb olunmalı, verməsələr zorla alınmalıdır”.
Ukraynada cümhuriyyətin elanından sonra artıq proseslərin sona yaxınlaşdığını dərk edən Yusif Vəzir təcili olaraq bütün millətin fikrinin bağımsızlığa yönəldilməsini vacib sayaraq, zaman itkisinin baş verməməsi üçün yazır:
“Bu saat bir saatdır ki, əsrlərdə bir ələ düşər: fürsət zamanıdır, siyasət zamanıdır. Cəmi fikir və zikrimiz buna həsr olunsun”.
Nəhayət ki, Yusif Vəzirin və ümumiyyətlə, türk millətinin arzusu həyata keçirilir. Azərbaycan aydınlarının sayəsində müsəlman ş ərqində ilk demokratik cümhuriyyət olan Azərbaycan Cümhuriyyətinin əsası qoyulur. Yusif Vəzir isə Azərbaycanın Ukraynadakı səfiri olur.
“Dünyada hər bir dövləti təşkil edən üç amildir: torpaq, millət və hakimiyyət. Bu gün Azərbaycanda bu üç amil olduğu üçün Azərbaycan müstəqil bir məmləkətdir”.
“Azərbaycan” qəzetinin 1919-cu il 31 iyul və 1,4 avqust tarixlərində “Yusif Vəzirovun məruzəsi” çap olunur. Məruzə Yusif Vəzirin AXC-nin parlamentindəki çıxışı idi. Parlamentdəki məruzəsində Yusif Vəzir uzunmüddətli mü-şahidəsinə əsaslanaraq yeni yaranmış cümhuriyyətin əsas düşməninin bolşevizm ideologiyası olduğunu bildirərək, bunları qeyd edir:
“Mən bolşevizmə ziddəm. Bolşevizm heç bir millət üçün, xüsusən bizim kimi əsarətdən yenicə xilas olmuş millətlər üçün heç bir səadət gətirməz. Bolşevizmin sonu hərcmərclikdir. Biz gərək bolşevizmin öz vətənimizə gəlməsinə bütün ciddiyyətimizlə mane olaq”.
Yeni yaranmış türk cümhuriyyətinin yüzillərdən bəri gələn türk ədaləti ilə idarə olunduğunu vurğulayan Yusif Vəzir qeyd edir ki, “Azərbaycan mədəniyyəti o qədər qüvvətlidir ki, bizdən başqa qonşularımızı təsir altında saxlayıb və saxlayacaqdır.
“Dilimiz Qafqazda, Xəzər arxasında və Şimali İranda ümumi bir dildir… Bugünkü Azərbaycan ən sağlam vücuda malikdir, burada tam əksəriyyəti təşkil edən Azərbaycan türkləridir”.
Buna görə də, yeni yaranan cümhuriyyətin mütləq şəkildə Türkiyə ilə əlaqələr qurmasını və İstanbula səfirlik göndərilməsinin vacibliyini vurğulayır. Yusif Vəzirə görə, İstanbulda nümayəndəliyin olması yeni cümhuriyyətin səsinin Avropaya yayılmasına səbəb olacaq:
“Aləm İstanbuldadır: siyasi iplərin ucu, əfkari-ümumiyyənin gözü… hamısı buradadır… Hansı millət yaşamaq istərsə, öz dərdini söyləməlidir, səsini çıxarmalıdır. Səsini çıxarmağı bilməyən və bağırmağı bacarmayan bir millət həmişə əzilər”.
Ona görə də Yusif Vəzir Avropa dövlətləri ilə uğurlu əlaqələrin yaranmasının vacibliyini bildirir, Rusiyadan ayrılaraq azad yaşamağın müqəddəs bir məqsəd olduğunu qeyd edir:
“Bizim bütün məqsəd və amalımız Azərbaycanımızdır. Bu yolda kim bizi tutarsa (yəni bizdən yana olarsa – D.Ə.) biz də ona rəğbət və meyli göstəririk”.
Siyasətin əsas hədəfinin yalnız fayda götürmək olduğunu bildirən Yusif Vəzir, din ilə siyasətin bir arada olmasının qeyri-mümkün olduğunu bildirir.
1919-cu ildə Yusif Vəzir Türkiyəyə səfir göndərilir. ADR-in süqutundan 8 ay sonra da o, rəsmi şəkildə bu vəzifədə çalışır.
Azərbaycan Cümhuriyyəti Rusiya tərəfindən devrildikdən sonra Yusif Vəzir Türkiyədə öz fəaliyyətini davam etdirir. 1921-ci ildə “Azərbaycan ədəbiyyatına bir nəzər”, 1922-ci ildə isə “Tarixi, coğrafi və iqtisadi Azərbaycan” kitablarını çap etdirir. 1923-cü ildə Fransaya gedən Yusif Vəzir Klişi şəhərində avtomobil zavodunda 3 il fəhləlik edir, eyni zamanda “Paris xəbərləri” qəzetində məqalələr dərc etdirir. 1926-cı ildə Bakıya qayıdan Yusif Vəzir “Bakı işçisi” kooperativ nəşriyyatının bədii ədəbiyyat bölməsində redaktor işləyir, daha sonra ADU-nun aspiranturasında oxuyaraq, folklordan dərs deyir. 1926-36-cı illərdə müxtəlif vəzifələrdə çalışan Yusif Vəzirin bu dövr ərzində ondan çox kitabı nəşr olunur, dövri mətbuatda məqalələri dərc olunur. Bu dövrdə ona qarşı bir sıra ittihamlar irəli sürülür və 1938-ci ildə onun həbsi ilə bağlı qərar çıxarılır, 1940-cı il yanvarın 27-də isə dərs dediyi Ürkənc şəhərində həbs edilərək Bakıya gətirilir. Qorki vilayətinin Suxobezvodnoe kəndinə sürgün olunan Yusif Vəzir 1943-cü il yanvarın 3-də burada xəstəlikdən vəfat edir.
Dilqəm Əhməd
Bir Cavanın dəftəri
22 mayis[1]1
Mayıs – may
[Закрыть], 1905. Deyəsən, atam getməyimə razı olacaq. Anama qaldıqda, o çoxdan razıdır. Məqsədim xalamı görüb, ziyarət etmək deyil – onu bir o qədər də könlüm istəmir – şəhərimizdən bıqmışam, qaçmaq istəyirəm. Tühaf deyilmi, orta məktəbin altıncı sinfinin tələbəsi hələ öz şəhərindən başqasını görməmişdir. Halbuki buralardan bıqdım, yoruldum; gözlərim yeni yerlər, yeni simalar, yeni üfüqlər görmək istəyir. “Yenilik” – deyə bütün varlığım hıçqırır. Gör, atam nə deyir:
– Qürbət ellərdə nə var? Niyə gedirsən? Çox da xalan ordadır.
Kişi qocalmışdır – varlığımın köhnə mənalara sığmadığını dərk eləmir.
Atam məhdud bir adamdır, ehtiyac və məfkurəsi də məhduddur: oruc tutar, namaz qılar, doşaba qatılmış qoz ləpəsi yeyər.
Bu qədər!
23 mayis. Axşam atamla yenə danışdıq. Dedim:
– A kişi, fəqir olduğunu bilirəm. Amma otuz manat verməyə qüvvətin çatar. İndiyə qədər mən səndən pul istəməmişəm, indi otuzca manat yol xərci istəyirəm.
Atam tərs adam da olsa, bu səfər məni diqqətlə dinlədi və iki barmağı ilə qulağının içindən bir tük dartıb dedi:
– Ay oğul, axı otuz manat bir igidin mayasıdır, bunu necə verim?
– Nə olar ki? Mən də sənin oğlunam, mənim də bir arzum var…
Yaş məni boğdu, sözlərim yarımçıq qaldı. Atam qəti də olmasa razılıq verdi. Sabah pulu alsam, bir həftədən sonra yola düşərəm. Anam başqa cür davranır.
– Qorxma – deyir, – atan verməsə, mən sənə pul taparam.
Vallah yaxşıca arvaddır! Yəqin sandığında pulu var. Axı müsəlman arvadlarında xoruz səsi eşitməmiş pullar olur, görürsən, cındıra bağladı, sandığın küncünə atdı. Xülasə, gedirəm. Kefim kökəlir. Anam deyir:
– Bala qürbət ellərdə din-məzhəb sözləri danışma, başına iş açarlar, yazığam.
Məclislərdə mollalarla mübahisə etdiyimi anam bilir. Atam kəndə alış-verişə gedəndə adət üzrə xeyir-şərə mən gedirəm. Məclisdə molla başda oturur; onun yanında oturmağı kimsə özünə yaraşdırmadığı üçün ətrafı həmişə boş olur. Adətlərə zidd getmək məndə bir xəstəlikdir. Qapıdan girib, düz yuxarı başa keçirəm. Bu “xətama” qarş xalq[2]2
“Camaat” mənasında işlənmişdir.
[Закрыть] bir şey söyləmir – “gəncdir, anlamır” – deyirlər. Lakin mənim dini mübahisələrə girişib, dinsiz mülahizələr yürütməm heç kəsin xoşuna getmir. Bir məclisdə ətəbatdan[3]3
Ruhanilərin təhsil aldığı ali mədrəsə.
[Закрыть] yeni gəlmiş bir mollanın bilgisini yoxlamaq məqsədilə ondan bir məsələ soruşdular:
– Pişiyin tükü niyə pakdır, itinki murdar? – dedilər. Gənc molla məsələnin çətinliyini duyaraq qızardı, dili belə dolaşdı. Pişik haqqında rəvayət olunan hədisi söyləsə də, məclisi qane edə bilmədi. Axırda köhnə mollalardan biri məğrur bir şəkil alaraq dedi:
– Həzərat, molla olmağı asan bir iş bilməyin. Bu cavanın molla olmasına hələ çox qalıb. Gərək bu, müctəhidlər tərəfindən cild-cild yazılmış kitabları oxusun, püxtə mollalar məclisində olub, mübahisələrdə bişib çıxsın. Onda o xalis molla ola bilər… İndi verilən məsələ barədə ağalara ərz edim. Mötəbər risalələrdə belə yazırlar: allahü-təbarəkə və taala Adəmi yaradanda, məlumunuzdur ki, şeytaniləin tüğyan etdi, büxl və həsəd büruzə verdi. Hətta xaliqi-üləmyəzəlin[4]4
Ləmyəzəl – ölməz, daimi.
[Закрыть] hüzurunda cürət edib, adəmin heykəlinə tüpürdü. Şeytaniləinin tüpürcəyi gedib Adəmin qarnının üstə bənd oldu. Allah-taala buyurdu, o tüpürcəyi Adəmin qarnının üstündən qazıyıb atdılar. Onun yerində göbək əmələ gəldi və atılan torpaqdan da it vücuda gəldi… İt şeytanın tüpürcəyinə qa-rışmış torpaqdan nəşvü-nüma olduğu[5]5
Əmələ gəldiyi.
[Закрыть] üçün murdar heyvan sayılır. Mötəbər kitablarda belə yazılmışdır…
Molla böyük bir qürurla sözlərini bitirib, məclisi başdan-ayağa süzdü və hər tərəfdən “Afərin!” sədası eşitdi.
Mən özümü saxlaya bilmədim.
– Axund, – dedim, – nə vaxta qədər bu yazıq camaatı boş nağıllarla bəsləyəcəksiniz?..
Bunuca deməyə müvəffəq oldum – müridlərin mırıltısı sözlərimə xitam verdi. Vəhşi gözlər parıldadı, bardaş quranlar qalxıb dizi üstə oturdu, dizi üstə oturanlar qalxıb bardaş qurdu. Məclisdə tühaf hərəkətlər görüldü. Tapançaya belə əl atan oldu. Bu əsnada, “Həzərat, aram!” – deyə mollanın səsi eşidildi:
– Bu cavan rus məktəbində oxuyur, dini-mübinə lazımınca vaqif deyil, cahildir. Günah bunda deyil, bunu kafir məktəbinə yollayan valideynindədir.
Mən yenə etiraz etdim. Başqa xalqların tərəqqi etməsindən, bizim geridə qalmamızdan bəhs edərək, məclisin bir hissəsini öz tərəfimə çevirə bildim.
Bu vəqə əvvəl şəhərdə bir qələyan[6]6
Həyəcan, çaxnaşma.
[Закрыть] törətdi, sonra xalqın qulağı doldu. İndi artıq mənim məclislərdəki etirazlarım təbii kimi görünür. Yalnız anam mənimlə razılaşmaq istəmir.
– Camaat avamdır, səni öldürər, – deyir. Mən anamın ehtiyat etməsinə için-için gülürəm. Ölüm nə deməkdir? Gənclik vulkanından qopan bir qığılcım!
24 mayis. Bu gün gəzməyə getmişdik. Bərk yorulmuşam. Axşam saat doqquz. Yuxu gözümdən tökülür… Gecəniz xeyrə qalsın!
25 mayis. Dünənki gəzmək pis keçmədi. Şəhərin[7]7
Söhbət Şuşadan gedir.
[Закрыть] ətrafında görmədiyim bir çox yerləri gördüm. Ləzzəti damağımdan getmir. Qəribə burasıdır ki, burada doğulub, iyirmi il də yaşamışam, hələ bu gözəl çeşmələrə, bağlara, kahalara rast gəlməmişdim. Çıxmaq istədikdə həmişə anam demiş:
– Bala, ölkə xarabdır, görürsən nələr olur, uşaq götürüb qaçırlar, namusuna sataşırlar… Allah eləməsin!.. Ölərəm!.. Çıxma, bir şey də olmasa, adına pis söz deyərlər.
Biçarə arvad məni bu iyirmi ilin müddətində qız kimi qorumuş. “Bala, məktəbə gedəndə həmişə küçənin ortası ilə get-gəl, şənliksiz küçəyə ayaq basma, səni xoş dindirənə sərt cavab ver!” – deyə öyüd vermiş…
İndi artıq “kişi” olmuşam, bığ və saqqalım cücərir; yavaş-yavaş yoldaşlarımla gəzməyimə müsaidə olunur.
İyirmi illik məhbəs həyatı! Gəncliyin ən şehli və təravətli vaxtlarını müsəlmanların qorxusundan damın altında keçirmişəm… Mən qız deyiləm ki, mənə həsrətlə baxırsınız. Qoy qızlar baxsınlar, pak ürəkləri də döyünsün! Gedirəm. Müsəlmanların üzündən qurtaracağam. Anam mənə alt paltarı tikir. Sabah gedib özümə çamadan və başqa yol şeyləri alacağam.
26 mayis. Yağışlıqdır, bazara gedə bilmədim. Dumandan göz-gözü görmür. İnsan sıxıntıdan bağırmaq istəyir. Sabahdan kitablarımı toplayıb, sandığa qoydum ki, mən gedəndən sonra əl-ayağa dolaşmasın. Anam mənə baxaraq “ah” çəkirdi. Deyəsən, gözləri də yaşarırdı.
– Bala, – deyir, – kitablarını belə görəndə ürəyimə pis gəlir.
Xırda bacılarım da anama baxıb onlar da ağlamsınırlar. Avam yazıqlar! Kağız-dəftərlərimi də yığışdırdım, arasında bir lazımlı şey tapmışam, onu da özümlə Aşqabada aparacağam. Onun adı “Murad hürufatı”dır. Mənim adımla adlanır. Bu hürufatı bir il bundan əvvəl icad etmişəm. “Murad hürufatı” ilə hər nə yazsan, yazıldığı kimi oxunar. Basması ayrı və yazması da ayrı cürdür. Soldan sağa yazılır. Bir səsin bircə şəkli var… “Şərqi-rus” qəzetindəki “Məhəmməd Ağa xətti” buna nisbətən çox geridə qalır, çünki ərəb hərfini islah etməklə xəstəlik bitmir. Mənimki isə məsələni kökün-dən həll edir.
Bu hürufatı gənclər arasında yayıram.
27 mayis. Şəhərimiz ikiyə ayrılır: qərb tərəfində ermənilər, şərqdə müsəlmanlar yaşayır. Qocaların nağılına görə əvvəllər ermənilərlə müsəlmanlar qarışıq yaşamışlar. İkisinin də adət və ayinləri bir imiş: bir-birinə də “dinayrı qardaş” deyərmişlər. Müsəlman uşaqları sünnət olunarkən çox vaxt ermənilər kirvə olarmışlar. Atam deyir ki, məhərrəmlikdə müsəlmanlar dəstə təpərkən erməni çocuqları da dəstəyə girib “Heydər, Şəftəl!” deyərmişlər. Müsəlmanlar erməni pirlərinə nəzir edib, qurban aparırmışlar. Bir gün Çətənə Məmməd adlı birisi gecə gedib erməni kilsəsinin zəngini vurur. Ermənilər tökülüb zəngi vuranı axtarırlar, tapmırlar. Keşiş gəlib çıxır. Çox düşündükdən sonra zəngin qeybdən vurulmasına qane olurlar. Qoca bir erməni də göydən nur endiyini gözü ilə görmüş deyə, şahid keçir. Hər kəs möcüzəyə inanaraq kilsəyə dolub ibadətə başlayır. Baş qarışıqlığından istifadə edən Çətənə Məmməd ermənilərin başmaqlarını qapıdan yığışdırıb çuvala doldurur… Sabah, deyirlər, başmaqları erməni kəndinə aparıb, toyuq-cücəyə dəyişir.
Ermənilər əlli il bundan əvvəl belə avam imişlər, müsəlmanlar da onları həmişə qapazlamışlar.
İndi ermənilər müsəlmanlardan ayrı yaşayırlar. Abad məhəllələri, gözəl küçələri, kaşanə evləri var. Şəhərin bütün ticarəti onların əlindədir, hər sahədə sənətkarları, mütəxəssisləri və elm adamları vardır. Qız və oğlanlar üçün ibtidai və orta realnı məktəblər açmışlar. Məktəbə getməyənləri yoxdur. Hökumət və şəhər müəssisələri də erməni məhəlləsindədir.
Müsəlmanlar isə köhnə “çətənəliyində” davam edir. Bir “rus-tatar məktəbi”ndən və bir neçə mollaxanadan başqa bir şeyə malik deyilik… Məhəllələrimiz tamamilə xərabədir: erməni sərhədindən aşağı lağımların üstü örtülmədiyi üçün iydən nəfəs çatlayır, küçələrdə işıq yox, gecələr hərə öz fanusu
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?Популярные книги за неделю
-
Похождения бравого солдата Швейка
Самое популярное произведение чешской литературы, роман Ярослава Гашека «Похождения… -
Карл Маркс (1818-1883) – выдающийся немецкий политический мыслитель, общественный…
-
Бакалавр медицины Питер Блад, обвиненный в государственной измене за то, что, верный…
-
Вышедший после смерти Теодора Драйзера заключительный роман «Трилогии желания» –…
-
Великолепно оформленное, богато иллюстрированное издание. Яркие, выразительные,…
-
«На маяк» – книга категорически необычная. Два дня, разделенные десятилетним промежутком…
-
«Записки о Галльской войне – это исторические заметки легендарного римского полководца и…
-
Писатель-классик, писатель-загадка, на пике карьеры объявивший об уходе из литературы и…
-
Элизабет Гаскелл – известная британская писательница, вставшая в один ряд с сестрами…
-
Творчество английского поэта-романтика лорда Джорджа Гордона Байрона (1788–1824) сыграло…
-
Ло Гуаньчжуна, ставшего в Китае почти легендой, считают автором 6 классических китайских…
-
Переиздание культового романа. Философия и социальные проблемы мира «без…
-
«Русские женщины» – это сборник поэм и стихотворений Николая Некрасова, классика русской…
-
Известный роман Джеймса Оливера Кервуда «Бродяги Севера» – одно из лучших произведений…
-
Эмиль Золя – основоположник натурализма в литературе, автор двадцатитомной эпопеи…
-
Филип К. Дик – классик научной фантастики, автор-новатор, который добавил жанру новое…
-
Леопард с вершины Килиманджаро
Ленинградская школа фантастики дала жанру многие славные имена. Георгий Мартынов, Илья… -
«…Выворачивать наизнанку базовые категории реальности наподобие пространства и времени…
-
После трагических событий прошлого Изабель не может найти себе места в родном городе. В…
-
Жан Грандье, шестнадцатилетний француз, сказочно разбогатевший в свои 15 лет на Аляске,…
-
Гавайи – рай для туристов, солнце, океан, пальмы… Люди давно забыли, что древние боги,…
-
Ударные военные романы, написанные настоящим знатоком жанра. Российские спецслужбы…
-
«Кто ж ты все-таки, Райнер? Не немец, хотя – целая Германия! Не чех, хотя родился в Чехии…
-
Писатель-классик, писатель-загадка, на пике карьеры объявивший об уходе из литературы и…