Электронная библиотека » Aleksandre Jevaxoff » » онлайн чтение - страница 3

Текст книги "Mustafa Kamal Atatürk"


  • Текст добавлен: 19 декабря 2022, 09:00


Автор книги: Aleksandre Jevaxoff


Жанр: Биографии и Мемуары, Публицистика


Возрастные ограничения: +12

сообщить о неприемлемом содержимом

Текущая страница: 3 (всего у книги 12 страниц) [доступный отрывок для чтения: 3 страниц]

Шрифт:
- 100% +

Vəhdəddinlə tanışlıq

Çox keçmədən Mustafa Kamalın İsmayıl Haqqı ilə dialoqları sarayadək gedib çatdı. Bundan sonra Ənvər paşa onu yanına çağırdı. Qəhrəmanımız eyni zamanda sultanın kürəkəni olan hərb nazirinin və ordunun baş komandanının kabinetindən əsəbi şəkildə çıxdı. Belə məlum olurdu ki, onu dövlət çevrilişi hazırlamaqda təqsirləndirib hərbi tribunala vermək, sonda isə ölüm cəzasına məhkum etmək istəyirlər. Bir neçə gün sonra Ənvər paşa Mustafa Kamalı yenidən kabinetinə çağırdı. Onun haqqındakı iddiaları təkrarladı. Qəhrəmanımız özünü kifayət qədər səbirli aparmağa çalışaraq deyilənlərin əsassız olduğunu və mövcud hakimiyyətə sədaqətini sübut etməyə çalışdı. Baxmayaraq ki, Ənvər paşanı buna inandırmaq ehtimalı çox zəif idi. Aradan bir az keçmiş Ənvər paşa bu dəfə Mustafa Kamalı Mərmərə dənizi sahilində yerləşən Quruçeşmədəki iqamətgahına çağırdı. Qəbul otağının girişində ondan silahını təhvil vermək tələb olundu. Mustafa Kamal həmin tələbi yerinə yetirməkdən imtina elədi, sonra isə sakit tövrlə yavərini çağırdı. Həmin vaxt Ənvər paşa otağından çıxdı və Mustafa Kamalı bir kənara çəkdi. Onlar nə barədəsə sakitcə söhbətləşməyə başladılar. Bu söhbətdən sonra qəhrəmanımızın şübhəsi qalmadı ki, Ənvər paşa ondan canını qurtarmaq istəyir, lakin hələlik bunu bacarmır. Görünür, öz məqsədinə çatmaq üçün baş komandana Mustafa Kamalın şöhrəti və nüfuzu mane olurdu.

Birinci Dünya müharibəsinin sonlarına doğru, 1917-ci ilin dekabrında vəliəhd şahzadə Vəhdəddin Osmanlı dövləti ilə müttəfiq olan Almaniyaya rəsmi səfərə çıxdı. Səfər Almaniya imperatorunun dəvəti əsasında baş tutmuşdu. Əslində, Almaniyaya Sultan Mehmed Rəşad getməli idi. Lakin onun səhhəti buna imkan vermədiyindən səfərə vəliəhd şahzadənin yollanması qərarlaşdırıldı. Mustafa Kamal da hərbi müşavir qismində nümayəndə heyətinin tərkibinə daxil edilmişdi. Üç həftə davam edən səfər boyunca Mustafa Kamalla vəliəhd şahzadə arasında isti münasibət yarandı. Qəhrəmanımızın özü də bunu sonralar, 1918-ci ilin iyununda dilə gətirəcəkdi. Vəhdəddin Mustafa Kamalın da nümayəndə heyətinin tərkibində olduğunu öyrənincə əyani tanış olmaq qərarına gəlmişdi. Vəliəhd şahzadə paşa ilə ilk görüşündəcə Çanaqqala müharibəsi zamanı qəhrəmanımızın göstərdiyi rəşadəti xatırladaraq onunla birgə səfərə çıxmasından məmnunluğunu söyləmişdi.

Səfər zamanı Mustafa Kamal Vəhdəddinlə ikili söhbətlərində bir çox fikirlərini yenidən, açıq şəkildə dilə gətirdi. O, həm Ənvər paşanın, həm də almanların hərbi-siyasi addımlarını kəskin tənqid atəşinə tuturdu. Hətta bir dəfə orduya komandanlığın ona verilməsini belə təklif etmişdi. Vəliəhd şahzadə bu təklifi sakitcə dinləməklə kifayətləndi.

1918-ci il, yanvarın 4-də Osmanlı nümayəndə heyəti İstanbula qayıtdı. Mustafa Kamalın gözləntiləri özünü doğrultmadı: ona nəinki baş komandanlıq, ümumiyyətlə, hər hansı vəzifə verilmədi.

Çox keçmədi ki, qəhrəmanımız kəskin böyrək sancılarından əziyyət çəkməyə başladı. Nəticədə bir ay müddətində evdən çıxa bilmədi. Nəhayət, mayın ortalarında müalicə məqsədilə Karlsbada2323
  Karlsbad – Karlovı Varı kimi tanınan və Çex Respublikasının müalicəvi suları ilə dünyada məşhur olan şəhəri. Bu şəhər 1370-ci ildə Müqəddəs Roma imperatoru IV Karl (1316 – 1378) tərəfindən salınmış və adını da məhz qurucusundan almışdır.


[Закрыть]
yola düşdü.

Onu da deyək ki, Almaniyadan qayıdıb müalicəyə getdiyi günədək İstanbulda qaldığı dörd aylıq müddətdə Mustafa Kamal aktiv fəaliyyətdən tam uzaqlaşmışdı. Həmin müddətdə o yalnız «Yeni icmal» adlanan qəzetin gənc jurnalisti Rövşən Əşrəfə verdiyi müsahibə ilə kifayətlənmişdi. Həmin müsahibə böyük maraqla qarşılanmış və 37 yaşlı paşanın şöhrətini daha da artırmışdı. Müsahibənin bir yerində Çanaqqala savaşı zamanı yaralanmasından bəhs edən Mustafa Kamal demişdi: «Yanımdakı zabitlərdən biri mundirimdəki güllə izini görüb soruşmuşdu: «Əfəndim, yoxsa yaralanmısınız?» Mən ani olaraq düşündüm ki, bu xəbər yayılsa, əsgərlərin ruhi vəziyyətinə mənfi təsir edə bilər. Odur ki dərhal əlimlə həmin zabitin ağzını bağlayıb dilləndim: «Sus! Sinəmə sadəcə mərmi qəlpəsi dəyib, o da düz cibimdəki saata tuş gəlib. Həyəcanlanmağa və səs-küy salmağa ehtiyac yoxdur!» Məhz bu kimi məqamlara görə Mustafa Kamal istər müsahibəni götürən jurnalistdə, istərsə də onu oxuyan hər kəsdə dərin təəssürat yaratmağa nail olmuşdu. Yəqin, buna görədir ki, sonralar – qurtuluş hərəkatı başlayanda Anadoluda Mustafa Kamala ilk qoşulanlardan biri də məhz Rövşən olacaqdı. Elə gənc jurnalist də qəhrəmanımızın xoşuna gəlmişdi. Müsahibədən sonra ona bir fotosunu bağışlamışdı. Fotonun arxasına isə bu sözləri yazmışdı: «Mən sizə yeni nəslin layiqli nümayəndəsi kimi baxıram. Sizdən vətən naminə daha əhəmiyyətli və yeni xidmətlər gözləyirəm!»

Karlsbadda keçən günlər

Mustafa Kamal Karlsbada gəlib çıxanda Birinci Dünya müharibəsinin almanlar və osmanlılar üçün məğlubiyyətlə başa çatacağına heç bir şübhə qalmamışdı. Birləşmiş ordunun əsas qruplarından olan «İldırım» ingilislərin təzyiqi altında geri çəkilməkdə davam edirdi. Üstəlik, Yunanıstanın da açıq şəkildə Antantaya dəstək verməyə başlaması vəziyyəti qəlizləşdirirdi. Belə davam etsə, hətta İstanbul da əldən çıxa bilərdi.

Bu gərgin situasiyada Osmanlı dövləti Almaniya ilə konfliktə səbəb ola biləcək riskli bir addım atdı. 1918-ci il iyunun əvvəllərində Ənvər paşa şərq istiqamətinə – Qafqaza doğru ordu yolladı. 1917-ci ildə baş verən Oktyabr inqilabının2424
  Oktyabr inqilabı və ya Oktyabr çevrilişi – yulian təqvimi ilə 1917-ci ilin 25 oktyabrında (miladi təqvimi ilə 1917-ci il noyabrın 7-də) Rusiyada baş vermiş inqilab. Həmin vaxt Vladimir İliç Lenin və yoldaşlarının təşkilatçılığı ilə baş vermiş silahlı üsyan nəticəsində hakimiyyətə bolşeviklər gəlmişdir. Bu inqilab sonralar Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) qurulmasında həlledici rol oynamışdır.


[Закрыть]
ardından rus imperiyası dağılmış və yerində bolşevik hakimiyyəti qurulmuşdu. Eyni zamanda Gürcüstan, Azərbaycan və Ermənistanda müstəqil respublikalar meydana çıxmışdı. Yeni respublikaların Rusiyadakı bolşevik hakimiyyətinə münasibəti birmənalı olmadığından Ənvər paşa əmin idi ki, Osmanlı dövləti itirdiyi torpaqların müəyyən hissəsini türk əsilli xalqların üstünlük təşkil etdiyi Qafqazı ələ keçirməklə kompensasiya eləməyi bacaracaq. Bu isə nəticə etibarilə Osmanlı dövlətinin Şərqdə yenidən güclənməyə başlamasının əsasını qoymalı idi.

Ənvər paşanın Qafqaz istiqamətində hərəkətə keçməsindən bir qədər əvvəl, 1918-ci il martın 17-də Rusiyada yenicə hakimiyyətə gələn bolşeviklərlə İttifaq Dövlətləri (və ya Dördlər ittifaqı – Almaniya İmperiyası, Avstriya-Macarıstan İmperiyası, Osmanlı dövləti və Bolqarıstan krallığı) arasında sülh imzalanmışdı. Brest-Litovsk2525
  Brest-Litovsk sazişi eyni zamanda tarixə Osmanlı dövlətinin torpaq qazandığı son müqavilə kimi düşüb.


[Закрыть]
sazişi adlanan həmin sənədə əsasən bolşeviklər hələ 1878-ci ildə baş verən rus – türk müharibəsi zamanı Osmanlı dövlətinin əlindən çıxan Qars, Ərdəhan və Batumu tərk etməyə razılaşdılar. Həmin ərazilərin sonrakı müqəddəratı isə yerli əhalinin öz seçiminə buraxıldı. Beləliklə, təşkil olunan referendum nəticəsində yerli əhalinin mütləq əksəriyyəti – 87.048 səsvermə iştirakçısından 85.124-ü Osmanlı dövləti ilə birləşməni dəstəklədi. Ənvər paşa məhz bundan həvəsləndi və Qafqaza doğru yola çıxdı. Azərbaycan böyük qardaş gözü ilə baxdığı Osmanlı ordusunun2626
  Osmanlı ordusu – Osmanlı Dövlətinin 1918-ci ilin mart-avqust tarixləri arasında yaratdığı və Şərq Orduları Qrupuna daxil olan Qafqaz İslam Ordusu nəzərdə tutulur. Ənvər paşanın əmri ilə yaradılan tamamilə müsəlmanlardan ibarət bu ordu Birinci Dünya müharibəsi zamanı Qafqaz cəhbəsindəki döyüşlərdə iştirak etmiş, rəhbəri isə Nuru paşa olmuşdur. 12 –14 min nəfərdən ibarət Qafqaz İslam Ordusundakı əsgərlərin sayı Azərbaycan türklərindən və Dağıstan müsəlmanlarından ibarət könüllülərin qatılması ilə təqribən 20 min nəfərə çatmışdır.


[Закрыть]
gəlişini sevinclə qarşıladı. Ermənistan isə müqavimət arzusunda olsa da, buna gücü yox idi. Yalnız Gürcüstan Osmanlı ordusunun gəlişi ilə barışmaq istəmədi və kömək üçün Almaniyaya müraciət etdi. 1918-ci ilin iyun ayında tərəflər arasında müqavilə bağlandı və Gürcüstana üç min nəfərlik alman qoşunu göndərildi.

Bütün bu hadisələrin baş verdiyi bir vaxtda Mustafa Kamal, əvvəl də qeyd etdiyimiz kimi, Karlsbadda idi. Qəhrəmanımızla tanışlıqdan sonra buradakı həkimlərdən biri ona heyranlığını gizlədə bilməmişdi: «Siz gənc yaşda general olmusunuz. Ölkənizdə sizin kimi cavan olan başqa generallar da varmı?» Mustafa Kamal bu suala belə cavab vermişdi: «Doktor, ordumuzda yaşlı generalların sayı daha çoxdur. Lakin əgər biz gənc yaşda generallığa yüksəlmişiksə, deməli, fövqəladə vəziyyətlərdə Vətənimizin bizə ehtiyacı olub».

Yeri gəlmişkən, həmin günlərdə Mustafa Kamalın Karlsbadda nahar etdiyi restoranda maraqlı hadisə baş vermişdi. Restoranın baş ofisiantı onu polkovnik hesab etdiyinə görə töhmət almış, üstəlik, qəhrəmanımızın əyləşdiyi masa ancaq onun üçün ayrılmışdı. Masanın üzərindəki kiçik lövhənin üstünə isə «Ordu generalı Mustafa Kamal paşa» sözləri yazılmışdı.

Qəhrəmanımız Karlsbadda qaldığı müddətdə Osmanlı ordusu barədə kitab hazırlayan bir qadınla görüşmüşdü. Əslən türk olan həmin qadınla görüşdə müharibə xatirələrini dilə gətirən Mustafa Kamal əlavə etmişdi: «Bir sərkərdənin mətinliyi daha çox onun öz hərəkətlərinə nə dərəcədə məsuliyyətlə yanaşması ilə ölçülür». Bununla Mustafa Kamal eyni zamanda Osmanlıdakı mövcud hərbi şəraitin mürəkkəbliyinə işarə vururdu. O hesab edirdi ki, ordunu idarə edənlər öz işlərinə kifayət qədər məsuliyyətlə yanaşmır. Bu is

Внимание! Это не конец книги.

Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!

Страницы книги >> Предыдущая | 1 2 3
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации