282 000 книг, 71 000 авторов


Электронная библиотека » Артур Дойл » » онлайн чтение - страница 2

Читать книгу "İtmiş müqavilə"


  • Текст добавлен: 16 ноября 2022, 07:01


Текущая страница: 2 (всего у книги 8 страниц)

Шрифт:
- 100% +

– Hə, nə olsun? – soruşaraq qəhqəhə çəkib qüldüm. – Mən sizə inanmağa hazıram, bəs bütün bunlardan nəsə çıxacaqmı?

– Bu təkzibedilməz dəlildir, – deyə Holms izah etməyə çalışdı. – Sent-Pankrasedəki hadisə yadınızdadırmı? Ölmüş polis nəfərinin yanında bir kepka tapılmışdı. Müqəssir isə papağın ona məxsus olduğunu boynuna almırdı. Amma şəkillər üçün çərçivə düzəltdiyindən tez-tez yapışqandan istifadə edirdi.

– Siz bu işin araşdırılmasına başlamısınız?

– Xeyr, bu işin araşdırılması ilə mənim dostum Mariveyl məşğuldur. Mənəsə kömək etməyimi xahiş edib. Qəlp pul düzəldəni ifşa edərkən onun köynəyinin manjetində olan sink və mis qalıqlarını aşkara çıxartdıqdan sonra biz mikroskopun nəyə qadir olduğunu başa düşdük. İndi yeni müştərimiz gəlməlidir, ancaq o, deyəsən, bir qədər gecikir. Vatson, sizin at yarışları haqda nəsə bir anlayışınız varmı?

– Arada lazım gəlir. Axı bu əyləncə məvacibimin, demək olar, yarısını aparır.

– Onda sizi özümə məsləhətçi götürürəm, məni “Terfa”dan bir nəfər – cənab Robert Norberton maraqlandırır. Sizə bu şəxs haqqında nəsə məlumdurmu?

– Deyəsən, o, qədim Şoskom malikənəsində yaşayır. Bunu lap dəqiq bilirəm, çünki bütün yayımı orada keçirməli olmuşdum. Axı sizə də haçansa onunla tanış olmaq üçün zəmin yaranmışdı.

– Doğrudan?

– Hə, bir dəfə Nyumarketdə cənab Robert öz qamçısıyla Kerzon-stritdən olan məşhur tədarükçünü elə döymüşdü ki, həmin adam ayaqlarını güclə sürüyürdü.

– Belə çıxır ki, çox əyləncəli adamdır! O, həmişə bu cür əylənir?

– O, təhlükəli adam kimi ad qazanıb. İngiltərənin ən qoçaq at minənlərindən biri sayılır. Bir neçə il bundan qabaq “Qrand neşnl” mükafatı uğrunda yarışlarda ikinci yeri tutmuşdu. Elə adamlar var ki, doğru zamanda doğulmur. Gözəl qadınları həddindən çox xoşlayan və bu səbəbdən borc içində çarəsiz qalan bu adam atletik qamətli boksçu və at çapma yarışlarında rəqibinə aman verməyən bir oyunçu olaraq gərək hökumət naibliyi zamanında yaşayaydı.

– Əladır, Vatson. Çox qısa və mükəmməl təsvir elədin. Mən artıq necə bir adam haqqında söhbət getdiyini anladım. Bəs mənə qədim Şoskom haqqında nəsə danışa bilərsinizmi?

– Onu bilirəm ki, ora Şoskom parkının lap mərkəzində yerləşir. Orda xudmani cıdır meydanı və Şoskom atları saxlanan yer də var.

– Baş məşqçinin adı Con Meysondurmu? – deyə Holms maraqlandı. – Mənim bundan xəbərdar olmağım sizi heç də təəccübləndirməsin. Əlimdəki məktub məhz ondandır. Yenə də Şoskom barədə söhbətə qayıdaq. Bəxtim onda gətirib ki, siz bu ərazi haqda belə çox məlumata sahibsiniz.

– Şoskom həm də spaniel növündən olan köpəklərilə məşhurdur. İstənilən sərgidə onlar haqda eşidə bilərsiniz. Şoskom spaniel itləri bütün İngiltərənin, həmçinin, malikanənin sahibəsinin fəxridir.

– Cənab Robert Norbertonun həyat yoldaşınınmı?

– Cənab Norberton heç vaxt evli olmayıb, bu da çox təqdirə layiq bir şeydir. O, dul bacısı xanım Beatris Foderlə birgə yaşayır.

– Demək istəyirsiniz, bacısı onun evində yaşayır?

– Mən səhv etməmişəm. Köhnə Şoskom malikənəsi onun həyat yoldaşı cənab Ceymsə məxsusdur. Bu malikənin sahibliyinə görə cənab Robert heç də iddialı deyil. Onun bacısı ömrünün axırına kimi malikənəyə sahiblik etmə hüququna malikdir, amma ölümündən sonra bütün mülkiyyət mərhum həyat yoldaşının qardaşına keçəcək. O, hələ bu evin gəlirlərindən istifadə edir.

– Və güman etmək olarmı ki, qardaşı cənab Robert bütün bu pulları göyə sovurur?

– Belə demək olarsa, təxminən hamısını. Göründüyü kimi, cənab Robert çox utanmaz adamdır, bəzən o, hətta bacısını belə sıxıntılı hala salır. Lakin bacısı bu nəzakətsizliyini çox vaxt bağışlayır. Bəs Şoskomda nə baş verib?

– Bax, elə mən də bunu öyrənmək üçün səbirsizlənirəm. Budur, deyəsən, gələn bu müştəri bizim marağımızı təmin edəcək.

Qapı açıldı və otağa hündür boylu bir kişi daxil oldu. Onun səliqəli təraş olunmuş üzü möhkəmlik və ciddilik ifadə edirdi. Bu keyfiyyətləri ancaq atlara və ya gənclərə təlim keçən şəxslərə aid etmək olardı. Meyson həm bu, həm də digər səlahiyyətlərə sahib insan idi. Və etiraf etmək olar ki, onu doğrudan da öz peşəsinin layiqli nümayəndəsi hesab etmək olardı. Con Meyson ehtiramla baş əyib Holmsun təklif etdiyi oturacaqda əyləşdi.

– Cənab Holms, məktubumu aldınızmı?

– Hə, amma düzünü desəm, ordan bir şey anlaya bilmədim.

– Mən hər şeyi məktub vasitəsilə açıqlamaqda bir qədər səriştəsizəm. Hətta özüm də qədim Şoskomda baş verənlərdən nəticə çıxarıb anlamaqda çətinlik çəkirəm. Bu səbəbdən sizinlə şəxsən görüşmək istədim.

– Elə isə, qulluğunuzda hazırıq.

– Cənab Holms, deyəsən, mənim sahibim cənab Robert tamamilə ağlını itirib.

Holms heyrətindən qaşlarını qaldırdı.

– Ünvanı səhv salmamısınız ki? Çünki bura Xarli-strit deyil, Beyker-stritdir. Amma buna baxmaraq öyrənmək istərdim ki, sizi belə bu nəticəyə gəlməyə vadar edən əsas səbəb nədir?

– Əgər bir adam bir və ya iki dəfə qəribə və qeyri-adi hərəkət edərsə, bunu anlamaq olar. Amma etdiyi hər şey şübhə doğurursa, artıq özümdən asılı olmayaraq həmin şəxsin ağıl fəaliyyətinin yerində olmadığını güman etməyə başlayıram. O, qarşıdan gələn at yarışlarına, daha doğrusu, Şoskomun Prins adlı atına görə bu vəziyyətə düşüb.

– Deyəsən, siz elə həmin ata təlim keçirsiniz?

– Ondan yaxşısını İngiltərədə tapmaq qeyri-mümkündür, cənab Holms. Heç kim deməsə də, mən bunu çox yaxşı bilirəm. Sizinlə açıq danışacağam. Mən sizi və cənab Vatsonu alicənab adam kimi tanıyıram, buna görə də əminəm ki, dediklərimin hamısı bu otaqdan kənara sızmayacaq. Cənab Robertə sadəcə olaraq qarşıdan gələn böyük at yarışlarında qələbə qazanmaq lazımdır. Onun bundan başqa çıxış yolu yoxdur, çünki borc içində itib-batıb. Prins adlı atın udması üçün böyük miqdarda pul qoyulub, çox hissəsini də başqalarından borc alaraq ödəyib. Cənab Robert qoyulmuş məbləğ yüz ikən bu oyuna daxil olmuşdu, amma indi aşağı düşüb, hətta qırxa çatıb.

– Əgər doğrudan da sizin dediyiniz kimi bu at belə yaxşıdırsa, onda belə bir şeyin olması heç mümkündürmü?

– Onun yaxşı at olması yalnız əksəriyyət adamlara məlumdur. Cənab Robert onu rahat buraxmayanları barmağına dolayaraq, ətrafındakılarının qarşısına yalnız atın ikinci tayını çıxarıb. Atlar bir-birinə çox bənzəyir. Amma sınaq zamanı Prins onu farlonqda iki gövdə artıq keçir. İndi Cənab Robertin gecə-gündüz düşündüyü ancaq at yarışlarıdır. Çünki onun gələcəyi bu nəticələrdən asılıdır. Borclandığı adamlar da yalnız bu yarışların nəticəsini gözləyir. Əgər at onun ümidlərini doğrultmasa, bu, cənab Robertin faciəli sonu olacaq.

– Elədir ki var. Doğrudan da ümidsiz oyundur. Bəs niyə siz cənab Norbertonun ağlını itirdiyini güman edirsiniz?

– Onun belə olduğunu hiss etmək üçün özünü bir dəfə görmək kifayət edər. Onun gecəni yatdığına da şübhə edirəm. Bütün gününü atlar saxlanan tövlədə keçirir. Bu, onun psixoloji vəziyyətinə çox pis təsir göstərir. Onun elə diva


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 | Следующая
  • 0 Оценок: 0


Популярные книги за неделю


Рекомендации