Электронная библиотека » Артур Дойл » » онлайн чтение - страница 3

Текст книги "Şerlok Homs və doktor Vatson"


  • Текст добавлен: 29 ноября 2022, 17:21


Автор книги: Артур Дойл


Жанр: Классическая проза, Классика


Возрастные ограничения: +6

сообщить о неприемлемом содержимом

Текущая страница: 3 (всего у книги 9 страниц)

Шрифт:
- 100% +
Dördüncü fəsil
Con Rens nə dedi?

Gündüz saat 1 radələrində Loriston-Qardens, 3 ünvanından çıxdıq. Şerlok Holms məni yaxınlıqdakı teleqraf kontoruna dartıb oradan harasa uzun-uzadı teleqram göndərdi. Sonra fayton tutdu və faytonçuya cənab Lestreydin verdiyi ünvana getmək istədiyini söylədi. Ardınca isə mənə baxıb dedi:

– İstənilən cinayət işində ən qiymətli mənbə şahidlərin ifadəsidir. Əslində, hadisə ilə bağlı artıq kifayət qədər təsəvvürüm var, bununla belə, hər şeyi dəqiq bilmək istəyirəm.

Mən tələsik dedim:

– Açığını söyləsəm, cənab Holms, siz məni əməlli-başlı heyrətləndirirsiniz. Çox əminliklə cinayətin detallarını sadaladınız. Doğrudanmı hər şeyin məhz sizin dediyiniz kimi olduğuna bu qədər əminsiniz?

– İrəli sürdüyüm mülahizələrdə yanıldığımı qətiyyən düşünmürəm. Evə yaxınlaşanda ilk gördüyüm – yol kənarındakı fayton izi oldu. Nəzərə alın ki, keçən gecəyə qədər bir həftə boyunca yağış yağmamışdı. Deməli, fayton ora dünən gecə gəlib. Yalnız bu halda təkərlərin izi belə aydın qala bilərdi. Sonra at nallarının izini gördüm. Onlardan biri digər üçü ilə müqayisədə daha yaxşı nəzərə çarpırdı. Bu isə o demək idi ki, nallardan biri təzə imiş. Bir sözlə, fayton cəsədin tapıldığı yerə gecə yağışdan sonra gəlib, çünki Qreqsonun dediyinə görə, səhər həmin binaya faytonla gələn olmayıb.

– Bütün bunlar məntiqə sığır, bəs qatilin boyunu necə müəyyən elədiniz?

– Çox sadə yolla: on haldan doqquzunda adamın boyunu addımlarının ölçüsü ilə təyin eləmək mümkündür. Başınızı riyazi hesablamalarla ağrıtmaq istəməzdim, odur ki yalnız bunu söyləyə bilərəm: qatilin həm cığırdakı, həm də tozlu döşəmədəki ayaq izlərini ölçdüm. Bundan sonra onun boyu barədə qəti qənaətə gəldim. Üstəlik, istənilən insan divara bir şey yazanda qeyri-iradi olaraq gözləri bərabərində yazır. Döşəmədən divardakı yazıya qədər isə altı futdur. Bir sözlə, uşaq tapşırığı!

– Bəs qatilin yaşını haradan bildiniz?

– Qatil və onun qurbanı dörd fut yarım uzunluğunda gölməçədən keçib-gediblər. Sözsüz ki, yaşlı adam bu uzunluqda gölməçədən tullanmağa ehtiyat edərdi. Onun laklı çəkmələrinin izi gölməçənin yanında aydın görünürdü. Gölməçənin aşağı və yuxarı tərəflərində isə kvadratşəkilli ayaqqabı izləri var idi. Göründüyü kimi, ortada elə də çətin bir şey yoxdur. Sizi əsəbiləşdirən məqaləmi, yəqin ki, xatırlayırsınız. Mən məhz həmin məqalədə irəli sürdüyüm tezislərdən yararlanıram… Sizin üçün anlaşılmaz nəsə qaldı?

– Dırnaq və siqar məsələsini də anlaya bilmədim, – mən sakitcə cavab verdim.

– Divardakı yazını yazarkən şəhadət barmağı qana bulaşıbmış. Lupa ilə baxanda gördüm ki, qatil həmin vaxt suvağı cızıb. Qısa dırnaqlarla bu mümkün deyil. Yerdən yığdığım kül isə tünd rəngdə və lay şəklində idi. Bu cür kül ancaq siqardan qalır. Yeri gəlmişkən, mən vaxtilə müxtəlif tütünlərin xüsusiyyətini dərindən öyrənmişəm. Hətta bu barədə ayrıca tədqiqat işi də yazmışam. Mərc gəlməyə hazıram, ilk baxışdan istənilən siqar tütününü ayırd eləyə bilərəm. Yeri gəlmişkən, Qreqson və Lestreyd kimi xəfiyyələrdən fərqim də elə budur.

– Bəs qatilin qırmızıyanaq olduğu qənaətinə necə gəldiniz? – mən soruşdum.

– Hə, bax bu bir az çətin məsələdir. Lakin yanılmadığıma əminəm. Xahiş edirəm, bu barədə heç nə soruşmayın.

Mən çaşqınlıq içində əlimlə alnımı ovuşdurub dedim:

– Düzü, bu cinayət haqqında fikirləşdikcə başım hərlənir. Axı o iki nəfər – doğrudan da, iki nəfə


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 9 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.


Популярные книги за неделю


Рекомендации