Электронная библиотека » Cek Kenfild » » онлайн чтение - страница 3

Текст книги "Canlı əhvalatlar"


  • Текст добавлен: 26 декабря 2022, 15:40


Автор книги: Cek Kenfild


Жанр: Воспитание детей, Дом и Семья


Возрастные ограничения: +16

сообщить о неприемлемом содержимом

Текущая страница: 3 (всего у книги 20 страниц) [доступный отрывок для чтения: 6 страниц]

Шрифт:
- 100% +

MƏZUNLARIN GÖRÜŞÜ

Bir neçə həftə əvvəl mən gündəlik işlərimlə məşğul olarkən, birdən telefon zəng çaldı. Zəngin səsi nəsə çox möhkəm idi – adətən belə zənglər pis xəbərlərin müjdəçisi olur. Amma bu dəfə xatadan salamat ötüşdük: zəng vuran vaxtilə eyni sinifdə oxuduğum bir qız idi və xahiş edirdi ki, məktəbi bitirməyimizin 20 illiyi münasibəti ilə keçirməyə hazırlaşdıqları məzunların görüşünü təşkil etməkdə ona kömək edim.

Belə. Doğrudanmı iyirmi il keçmişdi? Məni dəhşət götürdü. Tüklərim biz-biz oldu, kürəyimdə sanki qarışqalar gəzişməyə başladı, alnımda tər damcıları əmələ gəldi. Mən bu iyirmi ildə nə işlər görməyə imkan tapmışdım? O vaxt anam mənə xəbərdarlıq etmişdi: sən bu suala nə vaxtsa cavab verməli olacaqsan! Amma mən onun saçlarındakı çəhrayı rəngli biqudilərə baxıb güldüyüm kimi, onun sözünə də yalnız gülməklə cavab vermişdim (işə bax ki, bir həftə qabaq köhnə şeylər satılan bazarda özüm də eynən həmin biqudilərdən almışdım).

Qəribədir, adi telefon zəngi necə də adamın həyatının altını üstünə çevirə bilərmiş. Mən 1970-ci ilin mahnılarına (indi onları «köhnə» adlandırırlar) tamam ayrı gözlə baxmağa başladım. Ağlıma qəfildən o da gəldi ki, Daqqerin yaşı artıq 50-ni haqlayıb, «Su üzərində tüstü»77
  Deep Purple qrupunun “Smoke on the Water” mahnısı – tərc.


[Закрыть]
– elə əvvəldən gic mahnıdır, mənim çox sevdiyim «Günəş altında fəsillər»88
  Terry Jacksın «Seasons in the Sun» mahnısı – tərc.


[Закрыть]
mahnısı isə çoxdan unudulub gedib. Doğrudanmı mənim günəşim artıq gözə çapmadan sakitcə qüruba enməyə başlamışdı?

Güzgünün qabağına keçib özümə nəzər saldım… bu lənətə gəlmiş güzgüdə, etiraf edim ki, saçlarımın dibindən tutmuş gözlərimin qıraqlarındakı qırışlara qədər sifətimin hər bir məsaməsinə diqqətlə baxdım və ona sevindim ki, nə yaxşı hələ buxaqlarım yoxdur!

Növbəti bir neçə həftə mənimçün əsl cəhənnəm əzabına çevrildi. Mən yataqdan səhər saat 6.30-da qalxır və gecə ərzində nə yollasa yançaqlarımda yığılan piyi əritmək üçün müxtəlif idman tapşırıqlarıyla özümü yorub əldən salırdım. Amma nahaq – bütün ümidlərim boşa çıxırdı. Sonra özümə yaxşı bir paltar seçmək üçün saatlarla mağazaları gəzib dolaşırdım, elə bir paltar tapmaq istəyirdim ki, məni azından iyirmi il cavanlaşdırsın. Məlum oldu ki, belə paltarların tikişini artıq 1975-ci ildə – düz iyirmi il bundan əvvəl dayandırıblar. Mən bunu yalnız başqa üslubda üç paltar alandan sonra bildim. Mənim ağlıma öz şəxsi davranışımın yalnız bir məntiqi izahı girdi: orta yaş böhranı.

Etiraf etməli oldum ki, axşamlar pillələri qalxarkən hərdənbir eşitdiyim məzəli çartıltı elə mənim öz dizlərimdən gəlir. Və mən öz xülasəmdəki «bacarıq vərdişləri» qrafasına, deyəsən, «uşağı qorşoka oturtmağı öyrətmək» cümləsini yazmaq barədə ciddi düşünməli olacaqdım, – çünki bu mənim həyatda qazandığım ən mühüm nailiyyətlərdən biri idi.

Bundan başqa, mən qəfildən xatırladım ki, hər gün «Bren fleks» yeyirəm, – özü də qətiyyən ona görə yox ki, bu mənim xoşladığım sıyıqdır. Və mən tapperuer99
  Tupperware party – axşamlar şəklində keçirilən reklam tədbiri; belə tədbirlərdən əldə edilən məbləğin bir hissəsi təşkilatçıya çatır – tərc.


[Закрыть]
axşamları keçirirdim, belə ki, indi rəfiqələrimin və qadın dostlarımın sayının nə qədər olduğunu təxmini bilirdim.

Ümumiyyətlə, mənim həyatım heç də düşündüyüm, kimi, qabaqcadan planlaşdırdığım kimi keçməmişdi. Özümü əlbəttə ki, xoşbəxt sayıram. Mənim çox yaxşı ərim və iki övladım var, bütün maraq dairəm də əslində elə onların əhatəsində fırlanır. Lakin yarımştat katibə işi və analıq vəzifələrinin lazımınca yerinə yetirilməsi sinif yoldaşları arasında çoxdan keçirilmiş sorğunun nəticəsində «həyatda uğur qazanmağa ən çox şansa malik» bir qadının obrazına o qədər də uyğun gəlmirdi. Doğrudanmı mən ömrümün iyirmi ilini yelə vermiş, onu boşuna keçirmişdim?

Lakin məzunların görüş gününə aldığım dəvətnaməni zibil yeşiyinə tullamağa hazırlaşdığım anda yeddi yaşlı oğlum arxadan mənə yaxınlaşdı, çiynimə toxunub dedi:

– Anacan, mən səni çox istəyirəm, öp məni.

Bax belə. Və bilirsinizmi, indi mən ömrümün növbəti iyirmi ilini də məmnuniyyətlə xərcləməyə hazırdım.

Linn Q. Qol

PEÇENYE OĞRUSU

Xanım aeroportda öz reysini gözləyirdi. Uçuşa hələ bir neçə saat qalmışdı və o, vaxtı öldürmək üçün özünə kitab, bir paket də peçenye alıb gözləmə zalına keçdi, boş yer tapıb əyləşdi və kitabı açıb oxumağa başladı.

Kitab çox maraqlı idi, amma qadın bir oturacaq aralıda əyləşmiş hansısa sırtığın xəlvəti əlini uzadıb ikisinin arasındakı paketdən peçenye çıxardığını gözünün qırağıyla görməyə də imkan tapdı. Fikirləşdi ki, buna görə hay-küy qaldırmağa dəyməz, odur ki, özünü görməzliyə vurub peçenyedən dişləyə-dişləyə və hərdənbir saata nəzər sala-sala yenə də kitabı oxumağa davam elədi. Bu arada oğru da vaxtını boş keçirtmir, onun strateji ehtiyat şirniyyatını yavaş-yavaş azaldırdı.

Bu, artıq xanımın əsəblərinə toxunmağa başlamışdı. «Əgər dalaşqan olsaydım, bu əclafın gözünü vurub yerə tökərdim!» – deyə xanım fikirləşdi. Sırtığın lap yekəsiymiş – xanım hər dəfə əlini uzadıb paketdən peçenye götürəndə, o da götürürdü, birini bu götürəndə, birini də o götürürdü. Nəhayət, paketdə cəmisi bircə peçenye qaldı. Xanıma maraqlı oldu ki, görəsən bu yaramaz indi neyləyəcək. Həyasızlığa bir bax! O, utanmadan axırıncı peçenyeni paketdən çıxarıb ikiyə böldü, birini öz ağzına qoyub, o biri yarını da arsız-arsız xanıma uzatdı.

Peçenyeni alanda xanım düşündü ki, əcəb səbir yiyəsiyəm – buna söz ola bilməz! Amma heç demə bu tip təkcə oğru deyilmiş, həm də qanmazın, ədəbsizin, tərbiyəsizin lap yekəsiymiş. Heç olmasa, əvəzində «sağ ol» deyəydi.

Reysi elan olunanda xanım nəhayət ki, rahatlıqla köks ötürüb yenidən qalxdı, kitabı çantasına qoyub, hətta nankor oğruya məzəmmətlə baxmağı da özünə rəva bilmədən dönüb uçuş xəttinə tərəf getdi. Təyyarənin salonuna daxil olub, keçib öz yerini tutdu, əyləşib çantasını açdı ki, kitabı ordan çıxartsın və… bu vaxt az qala heyrətdən gözləri kəlləsinə çıxdı – çantada ağzı açılmamış dolu peçenye paketi vardı! «Əgər mənim peçenyem burdadırsa, – deyə xanım çaşqın halda fikirləşdi, – onda belə


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации