Читать книгу "Mən bir susmaz duyğuyam ki…"
Автор книги: Cəfər Cabbarlı
Жанр: Современная русская литература, Современная проза
Возрастные ограничения: 16+
сообщить о неприемлемом содержимом
Pərdə qalxır, səhnədə heç kim yox, bir zaman sonra Sara sadə geyinmiş, başında bir qara örpək, mütəfəkkir halda daxil olub, Bəhram üçün baxır.
Sara. Ax, fələk! Bu nə fəlakətdir ki, məni saldın, mən ki, ömrümdə bir kəsi incitməmişəm! Ya rəbbi, niyə məni incidirlər? Məni evdən çıxarıb həyətin o biri başında bir daxmada oturdublar. Eybi yoxdur, hər yerdə olursam-olum, fəqət bircə Bəhrama bir şey olmasın. Onun sağlığından başqa bir şey istəmirəm. (Bəhram gəlib qapı yanında gizlənir.) Onu da bir neçə vaxtdır ki, gormurəm. Yəqin biçarə mənim bu halımı görüb utandığından yanıma gəlmir. Ah, yazıq əmim oğlu nə eləsin, hənuz tələbə ikən dərsdən alındı, əlində də bir şey yox. Dünən gedib bacılığım Soltan bəyin qızına yalvarmışam atasına desin ki, ona öz kantorunda münasib bir yer versin. O da 60 manat ilə bir yer verəcək, vallah yetər, ac da olsaq, eybi yoxdur. Ah, yazıq əmioğlu, nə edim? Bilirəm, sən məndən utanırsan, mən də səndən utanıram ki, əlimdə bir şey yoxdur. (Burada fikrə gedib, başını stolun üstünə qoyur.)
Bəhram. Ey dili-qafil! Necə oldu ki, mən belə mələküzlü, süzgün baxışlı bir qızdan əl çəkib də, Pərini istədim? Milyonlaramı uydum? Ax, o milyonlar ki, səadətin açarı deyildir. Belə də insaf olar ki, biçarə Saranın illərlə davam edən məhəbbətini sındırıb da, əhdimi buraxıb da, bir başqasına əsir oldum. Bax, Bəhram, siması nə qədər məhzun, nə qədər həzin! Mən gecə-gündüz qəhqəhələrlə gülməkdə, söhbətdə, işrətdə ikən, o məni səfil, kəsrəti-qəmdən küçələrə düşmüş zənn edir. Daima mənim üçün çalışır. Ox, simasında nə can sevən məhzuniyyət! Yanaqlarında nə sevimli qızartı, gözlərində… Ax, o ahu baxışlarında nə qədər məlulluq! Oturub məni gözləyir. Məndən başqa bir kimsəsi yoxdur… Gəl, Bəhram, əl çək hər bir şeydən, sağlam bir vücuda malik ikən özünü qeyrilərə əsir etmə! Al ağuşuna bu dünyanın sevimli hurisini, uzaqlaş bu vicdanı napak olan hiyləgər insanlardan, çəkil bir guşeyi-xəlvətdə çalış və kimsəyə möhtac olmadan, yaşa. Səadət budur. Ya rəbbi, bəsdir bivəfalıq etdim! Qəhr olsun dünyanın milyonlar sayəsində vücuda gələcək səadəti! Səadət nə? Səadət Saranın məhəbbəti deməkdir. O… o… ox, Bəhram! Biinsaf! Belə bir vücuddan da üz çevirmək olarmı? Yox, bəsdir! (İçəri girmək istəyir, gedir, dayanır.) Tədarük görülüb, mənim üçün bu günlərdə toy olacaq. Bəs o? Özümü bütün şəhər içində bədnammı edəcəyəm? Sultan bəy ki, mənim əmimin pulu ilə dolanıb, indi onun yanında xidmətmi edəcəyəm? Ah nə etməli? Daha nə olub, keçən keçib, əvvəldən zərərini gör, bir işə başlama, başladın, nəhayətə vur. Saranı da minlərlə adam istəyir. Mən olmayım, bir qeyri milyoner olsun, hələlik bir az incisə də, sonra hər şey yadından çıxar, daha söz vermişəm, toy olacaq… (Fikrə gedir, Sara yenə başını qaldırır.)
Sara. Ah! Gecə keçdi, niyə bu yazıq Bəhram gəlib çıxmadı? Neçə vaxtdır gözləyirəm, gözləyirəm, gəlmir, gedirəm. Vallah, zərrə qədər öz dərdimi çəkmirəm! Daima onun fikri! Qorxuram yazıq özünü həlak etsin. Bəlkə onu buradan qovublar? Ah! Yazıq Bəhramciyim, haradasan?
Bəhram. Nə eləyim? Bu sözlər hərəsi bir iynə kimi mənim sinəmə batır. Gəl, Bəhram, əl çək hər bir şeydən.
Gülnisə daxil olur.
Gülnisə (çığırır). Nə var, burada oturmuşsan? İtilib öz yerinə getsənə, bu vaxta qədər burada nə eləyirsən? Elə onu istəyirsən ki, həyətdən də çıxarılıb qovulasan?
Sara. Mən öz əmim oğlunun halını bilmək üçün bura gəlib onu gözləyirəm.
Популярные книги за неделю
-
Третий том знаменитых американских лекций Владимира Набокова по литературе составил курс,…
-
Новый большой роман Маши Трауб. Юля знает: некоторые мужчины возвращаются не для того,…
-
После смерти бизнесмена Дмитрия Зубатова его семья начинает рассыпаться на глазах. Дочь…
-
Ленивая злодейка на отборе невест
Перед смертью я увидела окно. Такое, ну похожее на системное. Некто предложил сыграть в… -
Казалось бы, обычная ситуация – в нашей школе сменился директор. Но кто же знал, что…
-
Директор автобазы 1988. Том 2: Свой ход
Павел Серегин заставил автобазу работать. Теперь придётся научить её выживать без… -
Балы, красавицы, дуэли, кутежи? На что ещё тратить вторую молодость, переродившись в…
-
Как и было обещано, приступаю ко второй книге «Мушкетер поневоле». Первая закончилась на…
-
Я думала, быть одной из десятка потенциальных невест императора, это сложно? Забудьте,…
-
Я руководил зоопарком, пока не попал под колёса. Теперь на календаре май 1988-го, мне…
-
Продолжение приключений кубанского казака Андрея Громова в 1889 году. Он добрался до…
-
Вольный лекарь. Студент. Том 8
Несмотря на козни одного профессора, я смог поступить в медицинскую академию. Однако мою… -
Никто не знает, как правильно. Книга о…
Эта книга − уникальная возможность пройти путь взросления вместе с Ольгой Примаченко. В… -
У графа Александра Суворова война честная, с пушками и ружьями. У графини Варвары…
-
Чтобы испортить ведьме Новый год, иногда достаточно одной серебряной почтовой…
-
Выйти замуж за наемного убийцу – сомнительное удовольствие. Выйти замуж за Ахиллеса…
-
Отправляясь на обычную ведьминскую тренировку с метлой, я и не думала, что все обернется…
-
Охотники за мифами. Похищение на Новый…
Приключения продолжаются! Девятая книга серии «Охотники за мифами» мастера подросткового… -
От автора культовых бестселлеров «Красные цепи» и «Молот ведьм». Новое дело Алины и…
-
Сергей Серёгин вернулся домой, чтобы жить: семья, друзья, своё дело и долгожданный покой.…
-
ИНКВИЗИТОР. Божьим промыслом. Книга 18.…
Судьба к барону жестока. Ему предстоит новое испытание и конечно же очередная война. -
Студентка Владислава привыкла перекладывать ответственность на других. Поэтому, когда ее…
-
Русская ведьма. Скрытое наследие,…
Слишком красивая. Слишком умная. Слишком свободная. На Руси этого часто хватало, чтобы на… -
Я умерла в среду – нелепо и совершенно не героически. А очнулась в теле леди Ивены ар…