Текст книги "Sükutdan sitat"
Автор книги: Elçin Şıxlı
Жанр: Философия, Наука и Образование
Возрастные ограничения: +16
сообщить о неприемлемом содержимом
Текущая страница: 4 (всего у книги 16 страниц) [доступный отрывок для чтения: 5 страниц]
Mədəniyyəti ilə vidalaşan ölkələr
Keçən həftə “Die Welt” qəzeti Harri Kasparov və Sergey Quriyevin Rusiyadan baş götürüb getmələri barədə yazmışdı. Kasparovun kimliyini Azərbaycanda bilməyən çətin ki tapılsın. İstədik, istəmədik, bakılıdı. Özü də onun dünya çapında bir şahmatçı olmasında bu millətin böyük haqqı var. Bir sözlə, şahmat üzrə Bakıdan çıxan ilk və hələ ki yeganə dünya çempionudur. Rusiyada fəal siyasi fəaliyyətlə məşğuldur və keçənilki kütləvi etiraz aksiyalarının önündə gedənlərdəndi. Sergey Quriyevi isə Azərbaycanda heç də hamı tanımır. Bilməyənlər üçün deyək ki, Rusiya baş naziri D.Medvedevin məsləhətçisi və Rusiya İqtisadiyyat Məktəbinin rektoru olub. Günahı da bu yaxınlarda Mixail Xodorkovskiyə qahmar çıxaraq onun qeyri-qanuni həbs edildiyini deməsidir.
Qəzet yazır ki, əgər ölkəni belə adamlar da dabanına tüpürüb tərk edirsə, görün iş nə yerdədir. Məşhur “Levada mərkəzi”nin son sorğu araşdırmalarına görə, Rusiyanı hal-hazırda tərk etmək istəyənlərin sayı 22 %-ə çatıb. Halbuki böhranlı 2009-cu ildə belələrinin sayı cəmi 13 % idi. Amma bu faiz göstəriciləri heç də o demək deyil ki, həmin 22 % artıq köçə tam hazır vəziyyətdədir. Əslində, gethagetdə olanların sayı 1 %-dən artıq deyil. Bununla belə, bu 1 %-i rəqəmə çevirsək, görərik ki, 143 milyonluq Rusiya üçün bu hər il 1 milyondan artıq vətəndaş itkisi deməkdir.
Köçün güclənməsi Vladimir Putinin hakimiyyətə qayıdışından sonra başlayıb, çünki hakimiyyət kimdənsə qisas alırmış kimi bütün cəbhəboyu repressiya və təqiblərə başlayıb. Nəticədə əhali həyat səviyyəsi, qəliz iqtisadi vəziyyət, məmur özbaşınalığı və ən nəhayət, biznes mühitinin pisliyindən şikayətçidir. Köç edənlərin mütləq əksəriyyəti tələbə və sahibkarlardır. “Levada mərkəzi”nin rəhbəri Lev Qudkova görə, ekspertlər həyəcanla ölkədən “beyin axını”nın qarşısının alınmasından danışırlarsa, Kremldəkilər bunun heç də pis olmadığı fikrindədirlər, çünki ağıllı və çevik insanlar azaldıqca müxalifət və dissident hərəkatları da zəifləyir. Məncə, dəhşətdir. Lap Mixail Bulqakovun Şarikovunun sinizminə bərabər bir vəhşətdir. Şəxsi rahatlığını dövlətə və millətə qarşı qoyanlar vəzifə sümsükləri deyil, bəs nədir?
Qleb Pavlovski bu günlərdə “Lenta.ru” portalına verdiyi müsahibədə təxminən eyni məsələyə toxunaraq deyir ki, indi gördüyümüz öz mədəniyyəti ilə vidalaşan yeni Rusiyadır. O baş verənləri xəstəlik adlandırır və deyir ki, həmin xəstəlik nə faşizm, nə diktatura, nə də buna bənzər bir başqa şeydir. Bu daha dəhşətli mərəzdir, çünki cəmiyyət bu vəziyyəti rədd etmək əvəzinə ona rəvac verir.
Pavlovski yuxarıda adını çəkdiyimiz Quriyevi misal gətirir və onun tanınmış adam və ali məktəb rektoru olmasına baxmayaraq hökumət tərəfindən alçaldıldığını və heç kimin, hətta onun rektor həmkarlarının da cınqırını çıxartmadığından dəhşətə gəldiyini deyir. Cəmiyyətin belə halları yuxarıdan təzyiqlə deyil, öz istəyi ilə sükutla qarşılamasını həmin xəstəliyin nümunəsi kimi qavrayır.
Tanış mənzərədir, deyilmi? İvanov yerinə Məmmədov yazsaq, heç kimin ağlına da gəlməz ki, söhbət Azərbaycandan deyil, Rusiyadan gedir. Fərq bircə ondadır ki, bizim milli Pavlovskimiz yoxdur. Amma başını ümumi sıradan qabağa uzadıb boylanmaq istəyənlərimiz hələ ki var. Di gəlin görək, cəmiyyət onlara qahmar çıxdımı? Yox, çıxmadı. Nə Rafiq Əliyevə, nə Əkrəm Əylisliyə, nə Rüstəm İbrahimbəyova, nə Rasim Balayevə… Siyahını uzatmaq da olar. Cəmiyyət qalsın bir yana, onları heç həmkarları da müdafiə etmədi. Hətta toplumda Rasim Balayevə qarşı bir ikrah da yarandı ki, Nəsimimə, Babəkimə bax. Bunu orda-burda dedilər, ortalığa çıxmağa cürət etmədilər, unutdular ki, Rasim Balayev, sadəcə, aktyordur. Bir də onu unutdular ki, Nəsimini Nəsimi, Babəki Babək edən toplum olub, xalq olub. ”Nəsimi” filminin final səhnəsini xatırlasaq, görərik ki, onun yerinə dərisinin soyulmasına razı olanlar bir meydan qədər idi və Nəsiminin də bu günə qədər millətə örnək ola bilməsinin səbəbi onun xalqa inamından və canını da əbəs yerə fəda etmədiyi əminliyindən irəli gəlir. Bəs bizdə bu inam varmı? Yoxdur, çünki ADAM sosioloji xidmətinin 2012-ci ilin sentyabrında keçirdiyi sorğu nəticəsində məlum olub ki, respondentlərin 61,2 %-i Azərbaycanı həmişəlik, ya da müvəqqəti tərk etmək istəyir. Sizcə, belə bir cəmiyyətdə Nəsimi və ya Babək olmaq istəyən tapılarmı? Ritorik sualdır…
Belə görünür ki, Azərbaycan da, lap elə Rusiya kimi, öz mədəniyyəti ilə vidalaşır. Özü də bu vidalaşma artıq yuxarıdan gələn sifariş deyil, cəmiyyətin mahiyyətindən irəli gələn bir biabırçılıqdır. Ona görə biabırçılıqdır ki, cəmiyyət kimi bir məfhum nəyəsə vida edirsə, adətən, daha mükəmməl bir şeyə doğru mənən yüksəlmək üçün edir. Bizdə isə bunun heç bir ünsürü gözə dəymir.
Bu həftə, iyunun 26-da Milli Ordumuzun yaradılmasının 95 illiyini möhtəşəm hərbi paradla qeyd etdik. Ordumuzun təməlini qoyanlardan biri, bəlkə də, ən birincisi general Əli ağa Şıxlinski 1918-ci il fevralın 20-də Gəncədə yeni yaratdığı Milli Azərbaycan Korpusunun əsgərləri qarşısında çıxış edərək demişdir: “Azərbaycanlılar həmişəlik yadda saxlamalıdırlar ki, doğma ordu xeyriyyə evi deyildir və ondan ötrü mövcud deyil ki, hər bir azərbaycanlı orada özünə xeyirli olan yeri tutsun. O, vətənin dayağıdır və ora ölkənin ən yaxşı qüvvələri daxil olmalıdır.
Özünün xırda şəxsi maraqlarını doğma diyarın və öz xalqının maraqlarından üstün tutan adamların qiyməti çox deyil və ordu təəssüf etmədən onlarla vidalaşır. Özlərini düşünən mənasız adamlar ordunun işini artırmasınlar. Belə insanların heç bir dövlət xidmətində faydası olmayacaq”.
Təməlini qoyduğu ordunun təkcə parad həyatını deyil, gündəlik həyatını da görsəydi, qoca general, yəqin ki, hələ keçən əsrin əvvəlində dediyi bu sözlərin hələ də aktuallığını itirmədiyinə çox təəssüflənərdi…
09.07.2013
Ərəb payızı
Misir ordusu hakimiyyəti ələ aldığını elan edər-etməz prezident Məhəmməd Mursi tərəfdarlarına səslənərək vəzifəsindən getmək fikrində olmadığını bildirdi və onları çevriliş edən orduya qarşı itaətsizliyə çağırdı və Təhrirə toplaşan əleyhdarlarıyla Adeviye meydanında kükrəyən tərəfdarlarını qarşı-qarşıya qoydu. Misir vətəndaş savaşı astanasındadır. Beləliklə, “ərəb baharı” rüzgarıyla hakimiyyətə gələn Məhəmməd Mursi elə xalq etirazları dalğasıyla da vəzifə kürsüsündən süpürülməkdədir. Əslində, bu bir hərbi çevrilişdir, amma ordu, millət ayağa qalxmasaydı, heç bir şey edə bilməzdi.
Bu gün Frensis Skot Fitsceraldın “Möhtəşəm Getsbi”sini bir daha oxuyub bitirdim. Personajların birinin həyatıyla bağlı söylədiyi adi bir fikir mənə tək bir Misirdə deyil, elə indi olduğum Türkiyə və Azərbaycanda da baş verənlərin tərifini verir – naşı sürücü yalnız digər naşı ilə qarşılaşanadək təhlükəsizlikdə ola bilər. Misirdə, deyəsən, artıq naşılar bir-birini tapıb.
“Ərəb baharı”nı dünyagörüşündən asılı olaraq hərə bir cür yozur. Məncə isə bu bir ictimai-siyasi formasiya dəyişikliyidir, amma təbii ki, həmin məfhumun klassik anl
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?