Электронная библиотека » Эмин Абид Гюльтекин » » онлайн чтение - страница 4


  • Текст добавлен: 26 октября 2022, 16:40


Автор книги: Эмин Абид Гюльтекин


Жанр: Историческая литература, Современная проза


сообщить о неприемлемом содержимом

Текущая страница: 4 (всего у книги 13 страниц) [доступный отрывок для чтения: 4 страниц]

Шрифт:
- 100% +
RUSİYADA YAPILAN TƏDQİQLƏR

Əski Peterburq Darülfünununda adyunkt ikən L.Budaqov Azərbaycanda oturan türklərin ləhcəsinə və bu ləhcənin sərfinə aid əsəri ilə3636
  Л.Будагов: Практическое руководство турецко-татарского Азербайджанского наречия, Москва 1857.


[Закрыть]
Mirzə Kazm bəyin3737
  Köprülüzadə (Azəri ədəbiyyatı tarixi, dördüncü məqalə – “Türk dünyası”, İstanbul, 1919) bu adı Mirzə Qasım bəy göstəriyor. Doğrusu Mirzə Kazım bəgdir.


[Закрыть]
türk-tatar dillərinin sərf və nəhvi haqqındakı kitabı və M.Lazarevin müxtəlif türk ləhcələrinin ruscaya lüğətinə aid əsəri daha çox dilimizin tarixini əlaqədar edən tətəbbö namələrdir.

A.Krımskinin ifadəsinə görə Lazarevski institutu professorlarından L.E.Lazarevin 1862-ci ildə “Розбор поемы Мухаммед Фузули: Лейла и Меджнун” sərlövhəsi altında Füzulinin “Leyli və Məcnun”una aid bir əsər yazmışdır. Bu kitab əlyazması halında imiş.

Rus imperatorluq arxeoloji cəmiyyətinin şərq şöbəsi məcmuəsinin3838
  Записки восточного отделения русского императорского археологического обшества


[Закрыть]
8,9,19,20-ci cildlərində “Kitabi Dədəm Qorqud əla-lisana taifey-i oğuzan” haqqında akademik V.V.Bartoldun: 20-ci cildində də Qorqudun tarixi siması haqqında K.İnostrantsevin; 9-cu cildində Qoqolun hüveyyəti haqqında A.Tumanskinin; 10 və 13-cü cildlərində Qorqud haqqında xalq mənqəbələrinə aid A.Divaevin tətəbbönamələri vardır.

Yenə eyni məcmuənin səkkizinci cildində “Duxə Qocə” oğlı Dumrul”, on birinci cildində “Dirsə xan oğlı Buğac xan”, XIV cild. “Salur Qazanın evinin yağmalandığı” on ikinci cildində Salur Qazanın evi yağma edildigi, XV cildində “Qam Burə bək oğlı Bamsı Beyrək”in hekayələri Bartold tərəfindən ruscaya tərcümə edilərək türkcə mətni ilə bərabər nəşr edilmişdir.

Bunlardan başqa yenə Bartoldun “Живая старина” məcmuəsinin üç və dördüncü cildlərində də Qorqud haqqında yazısı vardır. Bütün bu tədqiqlər Qorqudun gərək əsəri, gərək həyatının müxtəlif cəbhələrinə ayrı-ayrı təmas edər; hiç birisi ümumi təhlil əsəri degildir.

A.Krımski türkiyəli türklərin tarix və ədəbiyyatına aid yazdığı məşhur əsərində bizim sahəmizə qayət səthi bir surətdə məlumat veriyor: “Füzuli, Xətai, Məsihi, Qövsi Təbrizi, Vaqif, Mirzə Şəfi, Fətəli Axundov kibi şəxslərin hər biri haqqında bir neçə sətirlik məlumat verməklə iktifa etmişdir3939
  Заметка об азербайджанской литературе «Турции и ее литературы», Москва 1910, стр. 138-141.


[Закрыть]
.

Türkiyə ədəbiyyatı qismində də Bürhanəddinə aid məlumat veriyor. Krımski onun siyasi və hərbi tərcümeyi-halı ilə mühərrirligi haqqında Gibb, Müller və Hammerə istinadən qısa izahat veriyor və Bürhanəddinin yigirmi dənə rübaisi ilə on iki dənə tuyuğunu ruscaya nəzmən tərcümə etmişdir.

Bundan başqa XVI əsr ədəbiyyatına həsr edilən bəhsdə Füzulini təhlil ediyor: Onun “Bəngü badə”sini, divanını, “Leyli və Məcnun”u ilə “Şikayətnamə”sini müxtəsər bir surətdə gözdən keçirmişdir. “Şikayətnamə”nin ruscaya tərcümə etdigi bir parçasını da məqaləsinə əlavə etmişdir.

AZƏRBAYCANDA YAPILAN TƏDQİQLƏR

1. Mirzə Yusif Nersesov tərəfindən Vaqif və müasirlərinin əsərlərindən tərtib edilmiş bir məcmueyi-əşarı var. Vaqifin heca və əruz vəznilə yazılmış altmış bir dənə şeirini havidir. Vaqifdən başqa daha yigirmi dörd şairin qitələrindən nümunələr göstəriliyor. Bunların içində Vidadi, Mirzəcan, Aşıq Pəri, Baba bəydən bir çox nümunə alınmışdır. Məcmuənin başında Vaqifin farsca yazılmış tərcümeyi-halı vardır; kitab yazma nüsxə halındadır. (Bizim gördügümüz iki nüsxədən biri şair Məhəmməd Səid Ordubadi, o biri şair Əli Abbas Müznib yoldaşların xüsusi kitabxanalarına aiddir).

2. F.Köçərlinin rusca olaraq «Литература Азербайджанских татар» adlı risaləsi, Vaqif, Zakir, Mirzə Fətəli Axundov, Həsən bəg Məlikov və Ahi haqqında nisbətən təfsilat veriyor: 1903-cü il tarixinə qədər ədəbiyyatımızın müxtəlif sahəsində yalnız Qafqaz türklərində yetişən şəxsiyyətləri də qısa sətirlərlə yad ediyor. Köçərlinin bu əsəri tərcümeyi-hal risaləsi olmaqla bərabər bir çox ənfəs (subyektiv) hökmləri də az degildir (Tiflis, 1903).

3.Vaqifin mənzumələrindən bir qismi Qafqasya şüərasından Molla Pənah Vaqifin ələ düşən əşarı” sərlövhəsi altında Haşım bəg Vəzirov tərəfindən 115 səhifəlik küçük bir risalə həcmində basılmışdır (Bakı, 1908). Məcmuə Haşım bəg qələmi ilə yazılmış Vaqifin tərcümeyi-halını də havidir.

4.Məhəmməd bəg Mirzə Sərdan Qarabaği tərəfindən tərtib edilən “Riyazül-aşiqin” 1306-cı ildə İstanbulda təb edilmişdir. Dərəbəglik dövründə Qarabağda yetişən şairlərin qısa tərcümeyi-halları ilə şeirlərindən nümunələr ehtiva edən bir təzkirədir. “Riyazül-aşiqin” iki “Rövzə” ilə bir “Bağçə”ya bölünmüşdür. Birinci rövzə müəllifin yaşadığı tarixdən əvvəl ölən şairlərə, ikinci rövzə müasirlərə, “Bağçə”də müəllifin “Əhval və nətayeci-xəyali”nə həsr edilmişdir. Halbuki təb edilən birinci cild bu fehristi havi degildir. Bu cild Əbül-fəth Tutidən Bakıya qədər yetişən şairləri alıyor.

5.F.Köçərli Mirzə Fətəli Axundovun doğum günündən yüz yıl keçməsi münasibəti ilə yazdığı küçük risaləsi Mirzə Fətəlinin tərcümeyi-halına aiddir; ayrıca “Sərgüzəşti-Mərdi Xəsis”i təhlil edər (Tiflis, Kultura mətbəəsi, 1911). Bu risalənin mündəricatı Köçərlinin “Azərbaycan ədəbiyyatı tarixi materialları” adındakı əsərində daha müfəssəl olaraq bulunur.

6. Yenə F.Köçərlinin “Balalara hədiyyə” adı altında tərtib etdigi risalə (Баку, 1912) xalq ədəbiyyatımızın cocuqlara məxsus bir qism materiallarını havidir. Bu cəhətdən çox qiymətli olan əsər əski şairlərdən bəzilərinin qırıq-sökük bir nəzm texnikasıyla yazılmış olduğu hekayələrin əlavə edilməsi ilə qiymətcə xələldar olmuşdur.

7. Nəvvab Mir Möhsün bin hacı Mir Əhməd Ağası Ağamirzadə Qərabağinin “Təzkireyi-Nəvvab”ı Vaqifdən etibarən hicri 1309-cu il tarixinə qədər Qarabağda yetişən şairlərə aid bir təzkirədir. Təzkirə iki qismdir: birincisi 1309-cu ildən əvvəl ölənlərə, ikincisi o tarixdə yaşamaqda olan şairlərə aiddir: hər şair haqqında bir neçə sətirlik bəsit və ibtidai bir şəkildə yazılmış tərcümeyi-hal ilə bir qaç şeir dərc edər. 1913-cü ildə Bakıda təb olunan bu təzkirə çox mənasız olaraq farsca basılmışdır: şairlərin tərcümeyi-halları da əcəmcə yazılmış, əcəmcə şeiri olan şairlərin əcəmcə şeirlərindən də nümunə alınmışdır: hətta bir şairin şeirləri tərtib edilərkən əvvəlcə əcəm dilində yazılanlar, sonra türkcə olanlar qonulmuşdur.

8. “Azərbaycan ədəbiyyatı” sərlövhəsinə Salman Mümtazın Ağa Məsih Şirvani, Molla Pənah Vaqif, Nişat Şirvani, Məhəmməd Hüseyn xan Müştaq, Qövsi, Kərbəlayi Allahi Arif, Nitqiyi-Şirvani, Qasım bək Zakir, Mirzə Şəfi Vazeh, Seyid İmaməddin Nəsimi haqqındakı risalələrinə əlavə etdiyi müqəddəmələr müəllifin öz ifadəsinə görə yigirmi beş sənədən bəri yapdığı tədqiqat və tətəbböatinə (Ağa Məsih Şirvani, müqəddəmə, səhifə 4) rəğmən çox qarışıq və ibtidaidir. Şaşırıcı bir dərəcədə olan bu qarışıqlıq öz bəhslərində vəsiqələrlə qarşılaşdırılacaqdır. Risalələr “Kommunist” qəzetəsi tərəfindən (Баку, 1925-1926) təb edilmişdir.

9. Ədəbi fəaliyyətinin dörd yüz illigi münasibətilə Füzuli haqqında “Azərbaycan ədəbiyyat cəmiyyəti”nin basdırdığı (Баку, 1925) risalə, müxtəlif şeir və məqalələrdən tərtib edilmişdir. “Ziynəti-nuşirəvan”ın təhlili müstəsna olmaq üzrə, risalə, Füzuli haqqında yazılmış şairanə “mədhnamə”lər külliyatıdır. Bunlarda əksəriyyətlə məxəzlər göstərilməməsinə rəğmən – Fatıq Rəşadın “Tarixi-ədəbiyyati-Osmaniyyə”si ilə Şəhabəddin Simanın Osmanlı ədəbiyyatına aid əsərləri və Əbdülziya Tofiqin “Osmanlı ədəbiyyatı nümunələri” adlı əsərindəki Füzuliyə aid məlumatdan kopiyə edilmişdir. Bu cəhətlər öz bəhsində göstəriləcəkdir.

10. 1925-ci ildə “Azərnəşr”in həmiyyətilə basılan Firudin bək Köçərlinin “Azərbaycan ədəbiyyatı tarixi materialları” adı altında iki cilddə – dörd hissə olan əsəri müəyyən dövrlərin ədəbiyyat tarixi ədd ediləməz. Əsrlərdən bəri yaşayan təzkirəçilik üsulunun mütəmadisidir. Zatən müəllif müqəddəmədə izah etdigi kibi əsərini şəkil cəhətindən Lütfəli bəg Azərin “Atəşkədə” adlı təzkirəsinə bənzətmək istədigini qeyd ediyor və əsərin mahiyyətini də “Tainki bizim Azərbaycan şüəri və üdəbamızın əşar və asarı və özlərinin nam və nişanları unudulub əbnayi-vətənin xatirindən bilmərrə çıqmasun” cümləsi ilə izah ediyor. Görülüyor ki, mühərrir ədəbiyyat tarixinin, mədəniyyət tarixinin mühüm bir cəbhəsi olduğundan belə xəbərsizdir.

Yenə əski təzkirələrdə olduğu kibi, ədəbiyyat məfhumu haqqında ehtiva etdigi başlanğıcı – köhnə ədəbiyyat tələqqisi nəticəsi olaraq bir çox… hökmlərlə dolu olan bu əsər, material cəhətindən – bir çoxu ədəbiyyat tarixini əlaqədar etməyəcək şəxslərin əsərləri olmasına rəğmən çox zəngindir.

11. A.Zeynallı yoldaşın atalar sözünə aid əsəri (Bakı, 1926) külli miqdarda, ləhcəmizin doğurduğu məsəllər ilə eyni bir müqəddəmədən mütəşəkkildir. Xalq ədəbiyyatımızın mühüm bir cəbhəsini aydınladan bu əsər, bu vaxta qədər ədəbiyyatımıza aid yapılan işləmələrin (əməliyyə) ən qiymətlisidir.

12. ”Kommunist” qəzetəsinin nəşriyyatından olan “Əkinçi” risaləsi Həsən bəg Məlikov Zərdabinin tərcümeyi-halına aiddir. Ayrıca Həsən bəgin bir məqaləsini havidir (Баку,1926).

X X X

Kitab halında basılan bu nəşriyyatdan başqa bir çox qəzetə və məcmuələrimizdə, ədəbiyyatımızın müxtəlif səhifələri və müxtəlif şəxsləri haqqında Sabirin külliyyatına yapılan əlavələr kibi ədəbi təhislər ilə tərcümeyi-hallarda ümumi tədqiqat əsnasında gözdən keçirilməsi icab edən materiallardandır. Fəqət bütün bu tədqiqlər – Rusiya, Avropa və Türkiyədəki nəşriyyat da daxil olmaq üzrə ədəbiyyat tariximizin bütün təkamül səhifələrini təhlil etməkdən uzaqdır. Bizim göstərdigimiz mənbələrin bir çoxu, Azərbaycan ədəbiyyatını belə yad etmədən başlı-başına bir hərəkət nəticəsidir.

Daha çox ədəbiyyatımız müdəqqiqlərini bilxassə bizim mədəniyyətimiz tarixinə yabancı olan Qərb mühitinə qolaylıq təşkil edəcək bu biblioqrafik izahatdə təmas edilən əsərlərin çıxartmış olduqları nəticələr, kitabımızın müxtəlif bəhslərində mətnlər və bu xüsusdə yapılan digər tədqiqləri müqayisə edərək əzəmi dərəcədə şani (obyektiv) mühəsilələrə bağlanmışdır.

MƏDXƏL
AZƏRBAYCAN VƏ QAFQAS TÜRKLƏRİNİN MƏNŞƏYİNƏ QISA BİR BAXIŞ

Kitabımızın başlanğıc qismində söylədigimiz vəchlə, Məsudi kibi ərəb müəllifləri tərəfindən təsbit edilib də, elmi qüdrəti beynəlmiləl şərqiyyat aləmi tərəfindən təsdiq ediən Bartoldun təyid edişinə görə, bizim əhalimiz oğuz qövmləri camiəsinə mənsubdur. Bu oğuzların Qafqas və Azərbaycanda daha əşiri bir həyat yaşarkən daşıdıqları ədəbi tələqqilərin tədqiqindən əvvəl onların bizim ölkələrə gəlmədən, yəni Orta Asiyadakı ümumi vəziyyətləri haqqında qayət qısa olsa da məlumat vermək lazımdır.


Əski oğuzların yaşadıqları yerlər

VIII əsrin ilk yarısında dikilən Orxon abidələrindəki kitabələr mövzu etibarilə oğuzlardan çox bəhs edər; bu kitabələrdə “oğuz”dan başqa bir də “Doqquz oğuz” təbiri vardır. Çox zaman bu doqquz oğuzlar oğuzlardan ayrı bir camiə olaraq qəbul edilmişdir. Fəqət sonralar oğuzların və doqquz oğuzların eyni olduğu qənaəti hasil olunmuşdur. “Orxon abidələrindən “Gün Təkin” adına olan birinci abidənin şimal yüzində “Yolluğ Təkin” in izahatı da bu qənaəti təyir etməkdədir. “Yolluğ Təkin” doqquz oğuzlar ilə bir yıl içində beş dəfə müharibə etdigini söylədikdən sonra bu müharibələrin vüqu bulduğu yerləri birər-birər sayıyor və bu əsnada eyni təbiri oğuz kəlməsilə ifadə ediyor. Bu surətlə doqquz oğuz oğuzlardan bir şöbə olduğu qəbul edilən oğuzlar – yenə Orxon abidələrinin yazısından anlaşıldığına görə – ilk zamanlar Tula-Tuğla nəhri hövzəsində yaşamışlardır. Zaman keçdikcə Çinə və sair yerlərə köçən oğuzlardan mühüm bir qismi A.Tumanskinin ifadəsinə görə4040
  А.Туманский: «О Китаби-Коркуд», Затлки востог обдел. император. русск. археологических обшества. IX том стр.270.


[Закрыть]
bir aralıq “Seyram, Almalıq, Köçüldağ, Uludağ və İssığ-göl sahəsində yaşamışlardır. Zaman keçdikcə Çinə və sair yerlərə köçən oğuzlardan mühüm bir qismi A.Tumanskinin ifadəsinə görə bir atalıq “Seyranı, Almalıq, Köçüldağ, Uludağ və İssıg-göl sahəsində yaşamışlardı. Oğuzlar buradan sonra Seyhunun (Sır-Dərya) aşağı cəhətlərinə sığışmışlardır və Mavəray-i Xəzri sahəsinə qədər dağılmışlardı.

Bu sahələrdə böyük bir əksəriyyət ilə yerləşən oğuzlar özlərinə mərkəz olaraq “Yeni cənd – Yeni kənd” şəhərini təsis etmişlərdir4141
  Eyni nəşriyyatın doqquzuncu cildində (səhifə 272-276) Bartoldun məqaləsi.


[Закрыть]
. Əşirət dövrü cəmiyyətləri kibi bir-birini boğazlayıb məhv etməklə məşğul olan oğuzlar, Seyhun və Mavəray-i Xəzər sahəsində də tutunamayıb şimal-qərbə və cənuba axına keçdilər. Bir qol Xəzərin şimalındakı yolu təqib edərək Şərqi Rusiya torpaqlarına hicrət etdilər. O biri qolu da Xəzər dənizinin şərq tərəflərinə və İranın şimali-qərb ölkələrinə endilər4242
  Akademik Bartold oğuzların bu hərəkətini qıpçaq türklərinin təzyiqi altında vucudə gəlmiş deyə göstəriyor: “Что эти тюрки (огузы) менше находились под влиянием восточно-азиатской културы, подтвердается тем, что вслед за ними стали двигатся с севера на юг тюрки менее культурные : это движение кыпчагов с берега Иртыша и Кргизов с берегов Енисея. Очень вереятно, что под влиянием этого движения огузы стали переходить южнее, в Рерсию, кыпчаги заняли их место. «Обзор истории тюркских народов. Стр.135.»


[Закрыть]
. VII əsrdə Əməvi dövlətinin əsgərləri İranın qərb cəhətlərini istila edərkən buralarda yaşayan oğuzlara rast gəlmişlərdi4343
  İbn-Əsirə istinadən Köprülüzadə (“Türkiyə tarixi” – səhifə 136)


[Закрыть]
. Bu tarixdən əvvəl bu cəhətlərdə oğuzların bulunub-bulunmadığı haqqında məlumat verən başqa bir məxəz hənuz bulunamadı. Bununla bərabər İbn əl-Əsirin miladi VII əsrdə İranda ərəblərin oğuzları gördüklərinə aid məlumatına istinadən oğuzların və bu əsrdən əvvəlcə də oralara gəlib yerləşdigi ehtimalı da xatirə gələn şeylərdəndir.

Bu tarixdən sonra Xorasandan əski Ermənistana qədər uzanan yerlər Oğuzların axınlarınə, köçəbə sitəmində istilalarına meydan olmağa başladı.


Əski oğuzlarda iqtisadi həyat

Gərək feodalizm, gərəksə kapitalizm dövrlərindən bizə qalan vəsiqələr, ümumiyyətlə, olduğu kibi oğuzların iqtisadi həyatları haqqında da haman-haman heç məlumat vermiyorlar. Bunun üçün qədim zamanlarda əhalimizin iqtisadi yaşayışlarını və təsərrüfat sistemlərini tədqiq edə bilmək çox çətinləşiyor. Bu cəhətdəndir ki, əski oğuzların iqtisadiyyatı haqqında çox az məlumat əldə edə bildik.

Seyhun hövzəsinə gəldikdən sonra, ümumiyyətlə köçəbə həyatını davam etdirməklə bərabər oğuzlar içində “kəndçilik”, “şəhərçilik” həyatları da başlamışdı. Sır-Dəryanın aşağısında Yenikənd adında bir idarə mərkəzi belə təsis etdiklərini yuxarıda izah etmişdik.

Kəndçilik ilə məşğul olan zəif, ibtidai bir surətdə ziraətçiliğ və heyvan bəsləyiciliklə iştiğal ediyorlardı. Bəslədikləri qoyun və dəvə sürülərindən aldıqları məhsulları Mavərənnəhr və Xarəzm əhalisi kibi qonşu qəbilələrin istemalları ilə dəgişdiriyorlardı4444
  Köprülüzadə Məhəmməd Fuad – Türkiyə tarixi, II səhifə 133.


[Закрыть]
.

Oğuz qəbilələri bəsit bir şəkildə olsa da qonşu məmləkətlərlə ticari münasibətdə bulunuyorlardı. Bilxassə, İran və Bizans mallarının Şərqi Asiya pazarlarına nəqlində oğuzlar vasitə olduğu kibi Çin və Tibetin yetişdirdigi müşk və ənbər kibi əmtəənin də Şərq saraylarına satılmasını təmin ediyorlardı. Kəndin sənətinə müsaid şəraitə ehtiva edən hüquq verilmiyordu ki, istehsalat inkişaf etsin; bu sinif xalq başdakı dərəbəgləri tərəfindən istismar edilmişdi. Bunlar ümumi iş qüvvətini bir tərəfdən şərqdən gələn təzyiqlərə qarşı müdafiə aləti, o biri tərəfdən şimal qəbilələrini yəğma və qarət için vasitə olaraq qollanıyorlardı. Bu yəğma və qarətçilik Oğuz arasında, mövzuların Azərbaycan və Qafqası istilalarına qədər davam etmişdir.


Əski oğuzlarda “totem”çilik

İqtisadi həyatın inkişaf etmədigi ibtidai qövmlər kibi əski oğuz qəbilələrində də bir çox qərib ənənə və adətlər olmuşdur ki, bugünkü proletariat nöqteyi-nəzərində bunlar çox mənasız qalır. Fəqət tədqiqlərimizi nöqsan buraxmamaq üçün bu xüsusda da qısaca məlumat vermək icab ediyor.

Əski oğuzların bəzi ənənələri haqqında müxtəlif mənbələrə istinadən tədqiqat yapan Köprilizadənin topladığı qiymətli məlumatı eynən nəql ediyoruz:

“Türklərin ən keyfi və oynadıqları rollar etibarilə ən mühüm qismini təşkil edən oğuzlar, “Üç oq” və “Boz oq” namlərilə başlıca iki zümrəyə ayrılıyorlardı; bunlardan ibtidai təfsilatilə bəhs edən Mahmud Kaşğəriyə görə oğuzlar yigirmi iki boya, “Came-ət-təvarix”ə nəzərən də yigirmi dört boya ayrılırlar. Üvfi “Cameül-hekayat”ində başlıca on iki boydan bəhs edir ki, “Üç oq”larla “Boz oq”lar həqiqətən ayrı-ayrı on ikişər boydur. Bu tərzi-təqsim, İbn-əl-Əsirdə də mövcuddur. Daha əski “Hyünəğ-nu”larda4545
  Çox güman ki, həyulələrdə yazmaq istəmişdir. Həyulə – 1) qədim fəlsəfədə materiya, qismi 2) xəyal, vahimə 3) qeyri-adi (B.Ə.)


[Закрыть]
gördigimiz – yarısı sağ və yarısı sol qola münqism olmaq üzrə – yigirmi dörtli təqsimatın izlərinə “Tu-kyu”larda təsadüf olunduğu kibi, səlcuqilərdə, Misir türklərində, Osmanlılarda, xülasə oğuz şöbələrinin təşkil etdikləri müxtəlif dövlətlərdə haman-haman daima rast gəlinir. Əski oğuz boylarının qəbilələrinin əskəri – dini mahiyyətindəki şülənlərində Oğuz xanın altı şahzadəsinə istinad edən bu yigirmi dörtli təqsimata görə, hər boyun oturacaq yerləri və yiyəcəkləri “Sükun” – yəni ət parçası müəyyən olduğu kibi, hər boyun da ayrıca onqonu (totemi) və sürülərini təğriq üçün “təmğa” (damğa)ları vardır. Ənənəyə görə bu təşkilatı Gün xanın vəziri Yenikəndli Əmirqıl xacə yapmışdır. Oğuzların milli rəngləri siyah (qara) idi. Oğuz xanın altı oğullarından Gündən ayrılan zümrənin totemi şahin, sünüki “sağ qəri yəğrin”, “Ay”ınkilərdə totem qartal, sunük “Sağ aşğəlu”, “Yıldız”ınkilərdə totem “tavşancıl”, sünük (uyaku-qaburğa), göglərdə totem “əsənğur”, sünuk “sol qəri bəğrin”, “Dağ”ınkilərdə totem “çaqır”, sünuk “sol aşğəlu”, “Dəniz”dən gələn qəbilələrdə totem “Üç quş”, sünuk “ucaylə”dir.

“Şahin”ini təqdis edən oğuz qəbilələri bunlardır: qayı, bayat, ələyə evli, qara evli, qartalı totem ədd edənlər: yazır, dügər, dudurğa, yayırlı; “tavşancıl” quşını alanlar: Afşar, qırıq, bəkdili, qarqın; “əsənğur”ı alan qəbilələr: bayandır, pəçənə, çavdar, çəpəni; “çaqır”ı qəbul edənlər: salur, imur, alayunlu, ürkər; “Üç quş” alanlar: yikdir, bükdüz, yıva, qanıq qəbilələri4646
  “Türkiyə tarixi”, səhifə 142-143.


[Закрыть]
.

Yuxarıda göstərilən quşlara qətiyyən toxunulmazdı. Çünki onlar müqəddəs sayılırdı. Yalnız müəyyən vaktda dərəbəgləri tərəfindən tərtib edilən ümumi ov mərasimlərində bunlar ovlanır, xüsusi mərasimlərdə yeyilirdi.


Əski oğuzlar arasındə hakim olmuş dinlər4747
  Ədəbiyyatımızın hər dövrəsinə təsiri olduğu üçün bu din haqqında məlumat lazım görüldü.


[Закрыть]

Qərbi Asiyanı Şərqi Asiyaya bağlayan uzun yollar yalnız müxtəlif qovmlər, ya hökümətlər arasında ticarəti, yaxud müharibə və mühacirətləri təmin etmiyordı; bu yollar vasitəsi ilə ilk əsrlərin ictimai və mənəvi tələqqiləri, dinləri bol-bol yaratılan məzhəbləri də qəbilədən-qəbiləyə nüfuz ediyordı. Bu yolların köçəbə əşirətləri içinə soxulan din propağandıçıları sayəsində oğuzlar müxtəlif din dəgişdirmişlərdir. Şamanilik sıra ilə yerini başqa dinlərə vermişdir.

Bu dövrlər haqqında ən çox məlumat verən ərəb mənbələri də bu xüsusda qarışıq məlumat verməkdədir. Bununla bərabər Çin sərhədləri boyunca yayılan “doqquz oğuzlar” içində hicri VI əsrdə manixeizm dininin yayıldığını ərəb müəlliflərindən Məsudi xəbər veriyor. Bu məlumatə görə manixe izm doqquz oğuzların ancaq mərkəz və şəhərlərində hakimdi; əksəriyyəti təşkil edən köçəbə xəlq içində yenə əski şamanizm tələqqiləri yaşayordu.

Hətta bu aralıq oğuzlar içinə səyahət edən ərəb təmim ibn Bəhr əl-Mətinin nəqlinə baxılırsa şəhər mədəniyyəti xaricində qalan kənd xalqının çoxu mazdəizmi qəbul eyləmişdir.

İran mühərrirlərindən Qəzvininin kosmoqrafiyaya aid əsərinə istinadən V.D.Smirnovun verdigi məlumata görə Slav məmləkətinin cənubunda yaşayan kimaklar kibi oğuzlar da xristianlığı qəbul etmişlərdir. Eyni mənbəyə görə kimakların ölkəsində olan bir qayədə dizi üstünə oturmuş birisinin dizləri ilə ayaqlarının yeri və bir cocuğun ayaq ləpiri ilə bir mərkəb ayağının izi vardır. Oğuzlar bu işarətləri İsaya aid zənn edərək o izləri ziyarət edərlərmiş.

Müstəşriq Kovalson Bizans missionerlərinin oğuzlara qədər gəldiklərini nəzərə alaraq, xristianlığın buralarda intişarının nestorilər vasitəsi ilə olduğunu yazıyor.

Yuxarıdan bəri verilən izahatı təhlil edən Bartold, oğuzların bir zamanlar Yəqubi dinini də qəbul etdiklərini söylüyor4848
  Əbu Duləfə görə oğuzların bir ibadətgahında İsanın və Məryəmin rəsmləri olmazdı. Oğuzlar dinləri haqqında müfəssəl məlumat üçün baxınız – Bartolddan tərcümə: Orta Asiyada moğal fütuhatınə qədər xristianlıq (“Türkiyyat məcmuəsi, İstanbul, 1925)


[Закрыть]
.

Oğuz qəbilələri bu surətlə mənasız din gurultularının içində oyuncaq kibi dönüb dolaşırkən, ərəb ordusu qılınclarının ağzında islam dinini gətirdilər. Ərəb mənbələrinə görə miladi VIII əsrin ikinci yarısında Şərqi Türküstan doqquz oğuzlarından ayrılıb da Xəzər sahilinə qədər enən oğuzlar bu əsrdən etibarən ərəb dinini qəbul etməgə başlamışlardır4949
  İbn əl-Əsirdən nəqlən akademik Köprülüzadə: “Türkiyə tarixi”, səhifə 134.


[Закрыть]
.

Müsəlmanlığın oğuzlar arasına girişi birdən-birə olmamışdır; yeni gələn qəbilələr yeni dinlə təmasa gəldikcə köhnə dinlərini buraxmışlardır. Zatən oğuz köçü ərəb dininin sağa-sola saldırdığı zamanlar da davam ediyordı. Ərəb ordularının İranda təsadüf etdikləri oğuz boyları da İran qövmləri ilə bərabər islamiyyəti qəbul ediyordu. Oğuz ellərinin bir qismi çoxdan müsəlman olduğu halda sonradan gələn bütpərəst oğuzlar da yavaş-yavaş qardaşlarının qəbul etdigi dinə keçiyorlardı. Bartoldun oğuzların islam olmuş məmləkətlərə X əsrdə hicrət etdigi haqqındakı fikri, sonradan bu kibi qaçqın axınlara aid olmalıdır. Hətta bütpərəst oğuzlarla müsəlman olmuş oğuzların mənasız olaraq yeni din üçün boğuşduqları da çox olmuşdur.

Hicrətdən sonrakı əsrlərdə gələn bütpərəst oğuzlar Xəzərin cənub sahilindən keçən yolu təqib edərək o vaxt müsəlman olmuş Azərbaycan, Qafqasa gəlib yerləşdilər. Artıq burada qəti surətdə müsəlman olaraq yaşayorlardı.


Əski oğuzlarda ədəbi həyat: ağız ədəbiyyatı

Oğuzlar hənuz Çin sərhədlərindən ayrılmadıqları zamanlar belə geniş surətdə ağız ədəbiyyatına malikdilər. İçinə bir çox növləri alan ağız ədəbiyyatı yapılan tədqiqlərə görə öncə vəznli bir nəsr halında olmuşdur. Ədəbiyyata aid parçalar cinsindən tellər çalğılar çalınaraq yüksək səslə söylənirdi. Dastanların sözlərinə çalğının havası verilir və bu surətlə oxunulan sözlər bir vəzn qazanmış olurdu.

Ağız ədəbiyyatına aid dastan və mənqəbələrin özləri də az-çox ahəngdar bir şəkildə idi: cümlələrin sonlarına bir taqım zəif səclər qonulması, kəlmə və fellərin sıx-sıx təkrar edilməsi, yaxud bəzi nida ədatının cümlə başında və yaxud sonuna dəfələrlə əlavəsi adətən ibtidai bir vəzn və qafiyə deməkdi. İlk yazılar, ədəbiyyat nümunəsi olan Orxon kitabələrinin5050
  Akademik Köprülüzadə: “Türkiyə tarixi”, (səhifə 46). Eyni fikri akademik Bartold da təyid ediyor: «…Огузы которым относиться орхонские надписи» / Образ истории тюркских народов, Стр.133.Баку,1925.


[Закрыть]
ifadəsi və ondan çox sonra kopiya edilmiş “Kitabi-Dədəm Qorqud əla lisan taifeyi – Oğuzan”ın üslubi vəznli nəsrin izlərini daşıyan nümunələrdir.


Yazılı ədəbiyyat

Ağız ədəbiyyatının yanında ibtidai olsa da oğuzların arasında qədim zamandan bəri yazının və yazılı ədəbiyyatın varlığı məlumdur. “oğuz-türkmən ləhcəsinin on iki əsr əvvəlki şəklindən bizə qalan Orxon kitabələrindəki üslub və ifadə olduqca işlənmiş bir yazı ədəbiyyatının təkamül etməyə başlayan dövrü əsərlərindən olduğunu göstəriyor. Daha yaxından görə bilmək üçün Orxon kitabələrindən bir neçə parçasını bu günkü türkcəmizlə bərabər buraya nəql ediyoruz:

“Türk oğuz bəgləri!.. – Budun!.. Eşidin: Öze tenri basmasar, asra yer telinməsər, türk budun!.. İlinin, törənin kim artıtı?.. Odçisi türk budun ertiz. O gün güngün üçün igidmiş Bilgə kağanın ermiş, barmış. Özgü ilin kəndü yanıldığ, yabalıq gigürtik. Yaraqlıq qandan gəlipən yaya ilətdi? Sonkilik qandan gəlipən, sürə ilətdi? Ayduq ötükən yış budun! Bardıq ilkərü quri ğaru. “…Türk o gur budun kəntü budunum erti. Tənqri yeyər bulcaqın üçün yağı bultı. Bir yılğə biş yoli sonuşdımız. İniki toğu balaqda sonuşdımız. Kül təkin azaman aqığ binip uplayu təkdi. Altı erin sançdı. Sonşisində yetinç erin qılıncladı.

İkinti Quşliğaqda oğuz birlə sonuşdımız. Kül təkin az yazığın binip uplayu tekip bir erin sançdı. Tuquz erin gerü tuqudı. Oğuz budun anda öləni.

Üçinç yol…nda Oğuz birlə sonuşdımız. Kül təkin az ağığın binip təkdi. Sançdı. Süysin sançdımız. Elin altımız.

Türtünç Çuşbaşında sonuşdımız. Türk budun azaq qamaşdı yablaq bu… biri yə üzmiş ermiş. Süysin Kül Təkin ağıtıp tünrə bir oğış alpağu ol erin tuna təkin yuğındə ekirüb öldürtimiz.

Beşinç Ezkənti qazında Oğuz birlə sonuşdımız. Gül təkin az yağıqın binin təkdi. İki erin sançdı. Balıqğa barmadı. Oğuz anda öldürtimiz. Qurğu yışsap yazısı oğuz qaru su taşıqdımız”.

Bu günkü türkcəmizə təbdil:

Türk Oğuz bəgləri!.. Millət!.. Eşidin: Üstdə (yuqarıda) gög batmayıncə, altda yer çökməyincə, türk milləti! Ölkəni, törəni kim dağıtdı?.. Türk qovminin hakimi idiniz.. Əql və tədbirlər ilə sizi yetişdirmiş olan Bilgə Kağan gəlmiş və getmiş. Eyn ölkənə öz yanlışlığını, pisligini gədirdin. Yaraqlılar nərədən gəlib sizi apardı? Süngülülər nərədən gəlib sürərək apardı? Müqəddəs ölkən ormanı milləti! Getdiniz iləri, getdiniz geri”.

“… Doqquz Oğuz milləti öz millətim idi. Gög yer bulandığı için yağı oldu. Bir yılda beş yol hərb etdin. İlk dəfə Toğu balığdə hərb etdik. Kül Təkin azman ağ atınə binüb huplayaraq hücum etdi. Altı adamı deşdi. Əskər içində yeddinci adamı qılıncladı.

İkinci Quşlığaqdə Oğuz ilə müharibə etdin. Kül Təkin azman atınə binərək hücum etdi. Bir adamı deşdi. Doqquz adamə toqudı. Oğuz qovmi oradə öldü.

Üçüncü yol…də oğuzlə müharibə etdin. Kül Təkin azman aq atinə binip saldırdı. Deşdi. Əskərini də dəgişdin. Elini aldın.

Dördünci Çoş (nəhrdir) başında hərb etdin. Türk millətinin ayaqları yoruldu. Qorqdu. Bəriyə iləriləmişdi. Əskərini Kül Təkin dağıdub tunrə minüb bir əsil Alqağu on adamı Tunğə təkinin dəfn mərasimində dutub öldürdin.

Beşinci Azkəndi yaqınlığında Oğuzlə hərb etdin. Kül Təkin azman atınə binüb hücum etdi. İki adamı deşdi. Balığə getmədi. Oğuzı oradə öldürdin. Qələyi alub yazın oğuzın arqası sıra əskər çıqardın5151
  Tomsen və Radlova istinadən professor Nəcib Asim (Orxon abidələri, səhifə: 112-113, 124-126)


[Закрыть]
.


Heca vəzni

Zaman keçdikcə türkcənin təkamülü vəznli nəsrdən öz vəznini vücudə gətirdi. Bu gün hecə vəzni dedigimiz vəzn meydana çıxdı. Hecanın ilk təcəllisi atalar sözündə görülüyor. Əksəriyyətlə iki, bəzən dörd bölmədən ibarət olan bir sözü birər küçük mənzumə şəklini ərz edər. Əski sözindən bir çoxunu bizə qədər nəql edən vasitə bundan bin yıl qədər əvvəl Kaşğarin Mahmud bin Hüseyn adında bir zat tərəfindən “Divani lüğat – it-türk” ünvanilə yazılmış lüğət kitabıdır5252
  “Divan lüğat-it türk” dəki atalar sözlərini İstanbul Darülfünuni professorlarından Nəcib Asim toplayaraq “əski savlər” adı ilə bir risalə halında nəşr etmişdir (İstanbul, 1338)


[Закрыть]
. Bir fikir edinmək məqsədilə bundakı atalar sözündən bir neçəsini olduğu kibi burayə nəql ediyoruz:

Qul yəği

it böri

(qul yağı, it bori (qurt)

Alıtcı aslan

Birinci siçğan

(Bürc verən aslan, bürc alan siçan)

“Oğlan yilksiz

Oğlan bilksiz”.

(Oğlan iliksiz, oğlan biliksiz)

Erkəc əti əm bulur

Eckü əti yel bulur

(Erkəcik əti dərman olur, keçinin əti yel olur)

Tatsız türk bulmaz

Başsız bork bulmaz

(“Tat”sız türk olmaz, başsız börk olmaz)


İlk heca vəznləri

Yuxarıda qeyd etdigimiz məsələlərin göstərdigi kibi heca vəzni meydana çıxarkən əvvəlcə onun qısa ahənglər doğuran vəznləri vücudə gəlmişdir. Bu vəznlər üç ilə yeddi arasındadır. İlk dəfə qısa vəznlərin vücudə gəlməsi pək təbii idi. Çünki çox bəsit bir dərəcədə olan dil, birdən-birə güc və mürəkkəb parçalı (duraqlı) vəznləri yaratamazdı.

Heca vəzninin təşkilindən sonra təqib etdigi təkamül xətti üzərində vücudə gələn vəznlərə nisbətlə ən çox yayılan şəkli yeddi hecalı olur. Bu vəzn əsrlərcə əski dastanlarla yaşadı, təkamül etdi və iki türkü şəkli aldı: birisi “duraq”sız yeddi hecalı, ötəkisi iki duraqlı idi ki, bunun ilk parçası dört, ikinci parçası üç hecadan ibarətdi.

Yeddi hecalılar çox qollanılmaqla bərabər, altı hecalı vəznlərə də qarışıq olaraq işləmişdir. Məsəla, yeddi hecalı vəznlərdə yazılan dastan qitələrinin dördüncü misrası altı hecalı olur; yaxud əksinə olaraq altı hecalı vəznlə yazılan qitələrin dördüncü misrası yeddili olur. Məsələn, “Divani-lüğat it-türk”in göstərdiyi əskitürk dastanlarından bir qitəsini buraya alıyoruz; altı heca ilə dizilən bu qitənin dördüncü misrası yeddilidir:

 
Əğdi qızıl bayraq
Toğdı qara təbraq
Yetişü gəlib uğraq
Toquşub anın keçitməz.
(Açıldı qızıl bayraq, doğdu (yucaldı) qara topraq,
Yetişüb gəldi uğraq, onunla toquşmağə başladıq)
 

Ən əski dastanlardan bizə qalan nümunələr “Divani lüğat it-türk”in zəbt etdigi dastan parçalarıdır. Alpər Tunğa haqqındakı Sağu – mərsiyə “təngqut”lar və “yəbağut”ların müharibələrinə aid dastanlarla bir çox başqa nəzm parçalardan ibarət olan bu əksik dastan nümunələri haqqında professor Karl Brokilmanın bir tətəbbönaməsi var.5353
  Brokelmanın tədqiqi türkcəyə də tərcümə edilmişdir (ədəbiyyat fakültəsi məcmuəsi: Aqustos – tişrini – əvvəl 1339).


[Закрыть]
Bunun də göstərdigi vəchlə bu dastanlardan yalnız birisi səkkiz hecalıdır. Bunlardan başqa on iki-on üç-on beş hecalı bir neçə misra da vardır. Demək olur ki, ilk dövrlərdə altı, yeddi və səkkiz hecalılardır5454
  Heca vəzninin tarixi haqqında “Maarif işçisi” məcmuəsində təfsilatlı məqalələrimiz var*.
  * Bax. Əmin Abid, “Heca vəzninin tarixi. “Maarif işçisi”1927, №3, səh.50. Məqalənin davamı həmin məcmuənin 5,6,7-ci saylarında çap olunmuşdur (B.Ə.)


[Закрыть]
.

Orxon abidələrindəki yazılar vəznlə nəsr olduğu kibi rus müdəqqiqlərindən F.Korşın tədqiqi sayəsində bunların içində vəznli mənzumələr olduğu da anlaşılmışdır5555
  «Древнейших народных стих турецких племен» Ф.Корш. Записки восточ. отдел. русск. археологических общ., том. XIX.


[Закрыть]
. Ondan nəqlən buraya iki nümunə alıyoruz ki, yeddi hecalı vəznlərdir:

 
Bilgə kağan bitigin
Yolluğ tikin bitidim
Buncə barqağ bad badzın
Özi Kağan atısı
Yolluğ tikin mən ay
Artqı tört gün turun
Bitidim, badztım”.
 

“Bilgə kağan kitabəsini bən Yolluğ Təkin yazdım. Bu qadar ev-eşigi, bəzəgi, rəngi, xaqanın canişini olan bən Yolluğ Tekin bir ay dört gün durub yazdım və bəzədim”. Bu mənzum parça Bilgə Kağan adına olan abidənin qərb-cənubi cəhətində yazılıbdır.

 
Buncə bitik bitincə
Gül Təkin atısı
Yolluğ səkin bitidim
Yigirmi gün olurub
Bu taşqa bu tamğa qop
Yolluğ Təkin bitidim.
 

“Bu qadar yazı-pozuyı Gül Təkinin qardaşı, yaxud bacısı oğlu bən Yolluğ Təkin yazdım. Yigirmi gün oturub bu daşa bu tamğayı qoyaraq bən Yolluğ Təkin yazdım”. Bu parçada Gül Təkin adına dikilən abidənin şərq-cənubi tərəfində yazılıbdır.


Xəlq şairləri

Ağız ədəbiyyatının xəlq ənənələri içində yayılmasına başlıca səbəb xəlq şairləri olmuşdur. Əski oğuzlar bunlara “ozan”5656
  Fərhəng şüuri və Süleyman Özbəgi Əl-Buxarinin “Lüğəti-Çığatay”i.


[Закрыть]
deyərlərdi. Ozanlar əllərində qopuz5757
  Qopuz Oğuz qövmlərinin telli çalğısıdır. Qədim oğuz ənənə və adətlərini bizə nəql edən “Kitabi-Qorqud”da qopuzdan başqa bir çalğı yad edilmiyor. Hər mövzu də qollanılan qopuzdur.


[Закрыть]
deyilən telli çalğı “eldən-elə, bəgdən-bəgə” gəzərlərdi5858
  “Kitabi_Dədə Qorqud”, səh 4.


[Закрыть]
. Getdikləri yerlərdə saz çalaraq əsatirə və əfsanələri yüksək səslə oxurlardı. Ahəng cəhətindən çox zəif olan əfsanələrə, çalğının ahəngi sayəsində bir şeir, bir bəstə ahəngi veriyorlardı. Bunlar dügünlərdə, qonaqlıqlarda, başqa yığıncaqlarda çalar, oxur və hətta orada bulunanları nüktəli sözlərlə təhlil belə edərlərdi.

Ozanlar yalnız çalğıçı-müğənnilik yapmazlardı. Cocuq doğulduğu zaman ad qoymaq, ölüm vüquində dəfn mərasimlərini idarə etmək kibi ictimai vəzifələr də görürlərdi.

Bütün bu vəzifələri yapan ozanlar eyni zamanda dərəbəglərin məddahı idi. Əşirət və qəbilə rəislərinin feodalizm aristokratisinin qurduqları “şülənbəglik, qonaqlıq, ov mərasimi ilə yuğ-qam ayinləri əsnasında5959
  Türkiyə ictimaiyyatçılarından Ziya Göyalp aşağı təbəqə xalqın da bu mərasimlərdə iştirak etdigini söyləyor: “Bir gün Xanlar xanı, yaxud bəglər bəgi bir toy, yaxud bir şülən yaparaq bütün eli dəvət edirdi. Bunlar yeyüb içdikdən yeni əlbisələr geyüb bürcləri də verildikdən sonra dəvət sahibinin təklifilə evində hər nə varsa ümumi dəvətlilər tərəfindən yəğma edilərdi. Bu hal də göstəriyor ki, el daim bir kommunist həyatı yaşayan xaricə qarşı bir ailə-oğuz cəng təşkilatını mühafizə edən qapalı bir cəmiyyətdi” (“Türk mədəniyyəti tarixi”, səhifə 16, İstambul, 1926)
  Fikri qərəzlə olaraq kommunistligi “yəğmagərlik” şəklində göstərən Ziya Göyalp bu xüsusda əldəki vəsiqələrin əksini göstəriyor. Bu mərasimlərdə dərəbəgləri tərəfindən istismar edilən kəndin sinfi iştirak etmək haqqından məhrumdu: yalnız baş xan ilə qarısı və əşirət bəglərinə məxsusdu. Bu məxsusdə eyni məlumat verən “Kitabi-Dədə Qorqud”un müxtəlif yerlərində mərasimlərin xan və bəglər tərəfindən tərtib edildigi və burayə “reislərin, hərbdə yararlığı görülən “qəhrəman”ların dəvət edildigi açıq olaraq göstəriliyor. Xalq zümrəsinə mənsub olanlardan ancaq “qopuzci” ilə “ozan”lar iştirak edərlərdi; o də yuxarıya yaltaqlıq yapdıqları üçün.


[Закрыть]
feodallar haqqında dizilən mədh, dastan və mənqəbələrini oxuyaraq ozanlar dualar yapan ozanlardı. Oğuzlar Azərbaycan və Qafqazda yerləşdikdən sonra də “ozançılıq” çox müddət yaşamışdır. Zaman keçdikcə ozanın ictimai və bədii vəzifələri dəgişməklə bərabər, ozan təbiri də əhalimiz arasında qalxdı. Sonradan saz çalub, söz deyən aşıqlar, yığıncaqlarda “bədyəçilik” yapanlar, xanəndələr və məddah-dərvişlər həp bu ozanın müxtəlif dövrlərdə almış olduğu şəkillərdir.

Внимание! Это не конец книги.

Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!

Страницы книги >> Предыдущая | 1 2 3 4
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации