Электронная библиотека » Erik Siqal » » онлайн чтение - страница 2

Текст книги "Bir sevgi tarixçəsi"


  • Текст добавлен: 19 декабря 2022, 09:02


Автор книги: Erik Siqal


Жанр: Современная русская литература, Современная проза


Возрастные ограничения: +16

сообщить о неприемлемом содержимом

Текущая страница: 2 (всего у книги 8 страниц) [доступный отрывок для чтения: 2 страниц]

Шрифт:
- 100% +

3

Kornell1414
  Kornell universiteti (ing. Cornell University) – «Sarmaşıq Liqası»na daxil olan universitetlərdən biri. 1865-ci ildə yaradılmış bu universitet Nyu-York ştatının İtaka şəhərində yerləşir.


[Закрыть]
komandası ilə oyunda zədə aldım.

Əslində, günah özümdə idi. Qızışıb böyük səhvə yol verdim, onların mərkəz hücumçusunu «lənətə gəlmiş kanuk»1515
  Kanuk – kanadalıların Amerikada ləqəbi


[Закрыть]
adlandırdım. Unutdum ki, Kornell komandasının dörd oyunçusu kanadalıdır, hamısı da vətənpərvər olmaqla yanaşı, yekəpər şeylərdir və qulaqları çox iti eşidir. Məni yaxşıca əzişdirməkləri bir yana, hələ cəzalandırıldım da! Özü də adi qaydada yox – dava saldığım üçün beş dəqiqəliyə meydançadan çıxarıldım. Görəydiniz, hakimin qərarı radio ilə elan olunanda Kornell azarkeşləri necə toy-bayram edirdilər. Tribunalarda bizim azarkeşlər çox deyildilər. «Sarmaşıq Liqası»nın çempionu titulunu kimin qazanacağı bu oyunun nəticəsindən asılı idi. Amma durub Harvarddan cəhənnəmin bu başına, Nyu-York ştatının İtaka şəhərinə gəlmək adamdan vaxt, pul və həvəs istəyirdi.

Beş dəqiqə! Mən cərimə skamyasına əyləşəndə məşqçimiz çarəsizlikdən saçlarını yolurdu. Ceki Felt bir göz qırpımında özünü yetirib üstümə atıldı. Yalnız indi başa düşdüm ki, üzümün sağ tərəfində salamat yer qalmayıb.

– Aman Allah, – deyə məşqçim qanı saxlamaq üçün sifətimdəki çapıqlara xüsusi qələmlə məlhəm sürtə-sürtə zarıyırdı. – Aman, Olli!

Mən sakitcə oturub gözlərimi döşəməyə zilləmişdim. Başımı qaldırıb buz meydançasına baxmağa utanırdım. Orada isə ən pis gümanlarım özünü doğruldurdu. Çox keçmədən kornellilər hesabı bərabərləşdirdilər. «Qırmızılar»ın azarkeşləri sevincdən bağırır, boğazlarını cırırdılar. Böyük ehtimalla demək olardı ki, ruhlanmış kornellilər işi axıra çatdıracaq, bu oyunu udacaqlar, «Sarmaşıq Liqası»nın çempionu titulunu əlimizdən alacaqlar. Görüm onları lənətə gəlsinlər, mənim cərimə vaxtımın hələ heç yarısı da keçməmişdi!

Qarşı tribunada sükut içində bir topa qəmgin Harvard azarkeşi əyləşmişdi. Rəqib komandanın azarkeşləri kimi onlar da artıq məni yaddan çıxarmışdılar. Yalnız bir tamaşaçı gözlərini cərimə skamyasından çəkmirdi. Bəli, o, burada idi.

«Konfrans vaxtında qurtarsa, çalışacağam Kornellə oyuna gəlim».

Harvard fanatlarının arasında oturan, amma dəstənin içində də hamıdan seçilən, əlbəttə, III Oliver Barret idi.

Qoca Daşsifət buz meydançasının qarşı tərəfində yeganə oğlunun yanağından sonuncu qan damcılarının necə silindiyini və çapıqların yapışqanlı kağız altında gizlədildiyini soyuqqanlıqla izləyirdi. Maraqlıdır, bu dəqiqə o nə düşünürdü? Yəqin, «çırt-çırt» eləyib başını bulayırdı, ya da beynindən «çırt-çırt»la eyni məna kəsb edən fikirlər keçirdi…

«Oliver, dalaşmağı belə xoşlayırsansa, niyə gedib boksa yazılmırdın?»

«Ekseterdə Filips Akademiyasında boks komandası yox idi, ata».

«Yaxşı. Amma mən, yəqin ki, daha sənin hokkey oyununa baxmağa gəlməyəcəyəm».

«Elə bilirsən, mən özümü sənə göstərmək üçün dalaşıram, ata?»

«Deməzdim ki, bununla özünü yaxşı cəhətdən göstərirsən».

Amma, bəlkə də, xəyalımda canlandırdığım bu dialoq düz deyildi. Heç kim, heç vaxt onun beynindəki fikirləri düzgün oxuduğunu söyləyə bilməz. III Oliver Barrett ayaq tutub yeriyən, nadir hallardasa hətta danışan Raşmor dağıdır1616
  Raşmor (ing. Mount Rushmore) – ABŞ-ın Cənubi Dakota ştatında, Blek-Hils massivində məşhur dağ. Bu dağda qranit süxur üzərində dörd ABŞ prezidentinin – Corc Vaşinqtonun, Tomas Ceffersonun, Teodor Ruzveltin və Avraam Linkolnun barelyefləri yonulub.


[Закрыть]
. Əsl Daşsifətdir.

Bəlkə də, bu anda Daşsifət ən çox gördüyü işlə məşğul idi – özü özünü kənardan vurğunluqla seyr edirdi: «Hamınız mənə baxın! Bu axşam İtakaya Harvarddan cəmi beş-on tamaşaçı gələ bilib, mən də onların arasındayam. Mən – III Oliver Barrett, bir neçə bankın sahibi və ümumiyyətlə, işi başından aşan nəhəng biznes adamı! Vaxt eləyib sizin axmaq hokkey oyununuza baxmağa gəlmişəm. Hə, necədir?» (Kimin üçün?)

Birdən-birə tribunalar sanki partladı. Əsl mərəkə qopdu: Kornell komandası növbəti qolunu vurmuş və hesabda önə çıxmışdı. Mənimsə hələ iki dəqiqə cərimə vaxtım qalırdı. Devi Conston lap yaxınlığımdan keçdi; hirsindən sifəti qıpqırmızı qızarmışdı, heç üzümə də baxmadı. Deyəsən, axı onun gözlərində yaş gördüm? Olmaya, ağlayırdı? «Sarmaşıq Liqası»nın çempionu titulu əlimizdən çıxır, ancaq, İlahi, göz yaşları?! Buna görə ağlamaq nəyə lazım? Hərçənd onu başa düşürdüm: Devi, bizim kapitanımız bu günə qədər hokkeydə inanılmaz dərəcədə şərəfli bir yol keçmişdi. Yeddi ildir oynayırdı, heç vaxt da – istər məktəbdə, istər kollecdə – uduzan tərəf olmamışdı. Devi universitetdə, bir növ, canlı əfsanəyə çevrilmişdi. O artıq sonuncu kurs tələbəsi idi. Bu oyun isə onun üçün axırıncı mühüm oyun idi.

Və biz həmin oyunu 3–6 hesabı ilə uduzduq.

***

Oyundan sonra rentgen müəyyən etdi ki, sınan sümüyüm yoxdur. Kornellin Riçard Selzer adlı həkimi yanağıma on iki tikiş qoydu. Ceki Felt əməliyyat otağında ora-bura vurnuxur, mənim düzgün qidalanmadığımdan həkimə şikayət edir, dönə-dönə təkrarlayırdı ki, vaxtında kifayət qədər dəniz duzu həbi qəbul etsəydim, indi zədələrim belə ağır olmazdı. Selzer isə Cekin sicilləməsini qulaqardına vurur, «göz orbitimin aşağı divarının» (tibbi termindir) möcüzə nəticəsində salamat qaldığını mənə başa salmağa çalışır və qəti tapşırırdı ki, bir həftə məşqlərə getməyim, çünki mənim vəziyyətimdə bu ən müdrik addım olardı. Mən ona təşəkkürümü bildirdim. Həkim otağı tərk etdi, Felt isə düzgün qidalanmağın faydası barədə yeni mülahizələrini bölüşmək məqsədilə onun ardınca çıxdı. Tək qaldığıma sevindim.

Yaralı yanağıma su vurmadan ehtiyatla duş qəbul etdim. Novokainin təsiri yavaş-yavaş keçirdi, amma mən ağrı hiss etməyə başladığıma sevinirdim. «Əcəb olur sənə, Oliver! Məgər bütün işləri sən korlamadın? Çempionluq titulunu komanda sənə görə itirmədi? Bir çox oyunçularımızın (bizim sonuncu kurs tələbələri məğlubedilməz sayılırdılar), o cümlədən Devi Constonun ad-sanına sənə görə xələl gəlmədi?» Ola bilsin, bütün bu uğursuzluqların günahkarı təkcə mən deyildim, amma o zaman məhz belə düşünürdüm.

Soyunub-geyinmə otağında heç kim yox idi. Yəqin, hamı artıq motelə getmişdi. Çətin ki, indi uşaqlardan kimsə məni görmək, kəlmə kəsmək istəyərdi. Dilimdə acılıq hiss etdim – həqiqətən, bu ağır düşüncələrdən ağzım acı daddı. Geyinib, pal-paltarımı yığıb küçəyə çıxdım. Bir neçə Harvard azarkeşi Nyu-Yorkun qış küləyinin soyuğunda büzüşüb durmuşdu.

– Yanağın necədir, Barrett?

– Təşəkkür edirəm, cənab Cenks, pis deyiləm.

– İndi, yəqin, yaxşı bir steyk tikəsi dada yetərdi.

Səs mənə çox tanış gəldi. Əlbəttə, III Oliver Barrett! Gözü vurulub şişirdilən oğluna başqa hansı ata belə «sınanılmış» müalicə üsulu təklif edə bilərdi ki?!

– Çox sağ ol, ata, həkim artıq mümkün olan yardımı göstərib, – deyə üzümün sağ tərəfində tikişlərin üstünü örtən sarğını göstərdim.

– Mən sənin yanağına yox, mədənə çarə təklif edirəm.

***

Bu bizim ara-sıra təkrarlanan və əsasən dərin sükut içərisində keçən növbəti şam yeməklərimizdən biri idi. Bir qayda olaraq, onlar «Hə, işlərin necədir?» sualı ilə başlayıb «Sənin üçün nə edə bilərəm?» cümləsi ilə başa çatırdı.

– Hə, işlərin necədir, oğul?

– Çox sağ ol, ser, əladır.

– Yanağın ağrımır?

– Yox, ser.

Əslində isə keyləşdiricinin təsiri, demək olar, keçmişdi, cəhənnəm ağrısı hiss edirdim.

– İstərdim ki, bazar ertəsi Cek Uellsin yanına gedəsən, qoy o da baxsın.

– Ehtiyac yoxdur, ata.

– O, yaxşı həkimdir, gözəl mütəxəssisdir.

– Kornellin həkimi də, başa düşdüyüm qədər, veterinar deyil.

Atamın snobizmini – «mütəxəssislər»dən, «ekspertlər»dən, ümumiyyətlə, «yüksək cəmiyyətin nümayəndələri»ndən savayı heç kimin rəyi ilə hesablaşmadığını bildiyim üçün belə cavab verdim və eyni zamanda söhbəti yumşaltmaq istədim.

– Çox pis, – deyə III Oliver Barrett zarafat etməyə cəhd göstərdi, – sənin yaraların əsl heyvan yaralarına oxşayır.

– Elədir, ser. – Maraqlıdır, bu uğursuz zarafatı ilə o məni gülməyə məcbur etmək istəyirdi?

Birdən ağlıma gəldi ki, bəlkə, atamın sözlərində mənim buz üzərində davranışımla əlaqədar üstüörtülü məzəmmət var?

– Yoxsa demək istəyirsən, mən bu axşam özümü heyvan kimi aparırdım?

Sifətinin ifadəsindən aydın sezilirdi ki, atam eşitdiyindən razı qalıb. Ancaq o, dərinə getmədi:

– Veterinar haqda birinci mən söz salmadım.

Bu yerdə mən də dilimi saxlayıb menyunu vərəqləməyə başladım.

Yemək gələnə qədər Qoca Daşsifət mənə öz bəsit moizələrindən birini də oxumaq qərarına gəldi. Xatirimdədir ki (hərçənd yada salmaq belə istəmirəm), bu dəfə o, həyatda qələbələrin və məğlubiyyətlərin rolundan danışdı. Dedi ki, düzdür, biz çempionluq titulunu əldən verdik («heç hənanın yeri idi», ata?), amma idmanda mühüm olan qələbə deyil, iştirakdır. Onun bu mülahizəsi Olimpiya oyunlarının devizinə çox oxşadı və mən hiss etdim ki, atam «Sarmaşıq Liqası»nın çempionu» kimi xırda titulların əhəmiyyətsizliyi barədə növbəti mövzuya keçmək üçün zəmin hazırlayır. Amma mən Olimpiya şüarlarından yeni sitatlar dinləmək həvəsində deyildim, ona görə də əvvəlcədən hazır saxladığım cavabımı («Elədir, ser») verib susdum.

Biz sürətlə ənənəvi mövzularımızı təkrarlayıb başa vurduq və Qoca Daşsifətin sevimli mövzusu – mənim planlarım üzərində dayandıq.

– De görüm, Oliver, Hüquq məktəbindən1717
  Harvard Hüquq məktəbi (ing.: Harvard Law School) – Harvardın təhsil müəssisələri kompleksinə daxil olan kollec, hüquq sahəsində dünyanın ən nüfuzlu təhsil mərkəzlərindən biri


[Закрыть]
hələ bir səs-səmir çıxmayıb?

– Bilirsən, ata, mən hələ orada oxumaq istəyib-istəmədiyim barədə qərara gəlməmişəm.

– Məni daha çox maraqlandıran odur ki, Hüquq məktəbində sənin barəndə bir qərara gəliblər, ya yox.

Bu nədir, növbəti zarafatdır? Atamın bu «uğurlu» söz oyununa da gülməliyəm?

– Yox, ser, hələ cavab almamışam.

– Mən Prays Zimmermana zəng edə bilərəm.

– Lazım deyil, – deyə dərhal onun təklifinə cavab verdim. – Xahiş edirəm, ser.

– Təsir göstərmək üçün yox, – III Oliver Barrettin sifətinə məsum bir ifadə qondu. – Sadəcə, soruşmaq üçün.

– Ata, mən bütün başqa tələbələr kimi onlarla eyni qaydada cavab məktubu almaq istəyirəm.

– Yaxşı. Əlbəttə. Çox gözəl.

– Təşəkkür edirəm, ser.

– Onsuz da səni qəbul edəcəklərinə elə bir şübhəm yoxdur, – deyə o əlavə etdi.

Bilmirəm nədən, amma III Oliver Barrett məni tərifləyəndə də sanki aşağılayırdı.

– Bilmək olmaz. Onların hokkey komandaları yoxdur.

Yaxşı, mən özüm özümü niyə belə aşağılayırdım? Bəlkə, ona görə ki atam mənim haqqımda əks fikirdə idi, sadəcə, onun əleyhinə getmək istəyirdim.

– Sənin başqa üstünlüklərin də var, – deyə III Oliver Barrett mənə təsəlli verdi. Amma fikrini dəqiqləşdirmədi (çətin ki, bunu edə də bilərdi).

Yeməklər söhbətimiz kimi dadsız və duzsuz idi. Amma masaya gətirilən çörəyin köhnə olacağını əvvəlcədən söyləyə bilsəm də, atamın növbəti anda dedikləri ağlıma belə gəlməzdi.

– Bir də ki istənilən halda Sülh Korpusu1818
  Sülh Korpusu (ing. Peace Corps) – Amerikada 1961-ci ildə yaradılmış humanitar təşkilat. Bu təşkilat ağır ehtiyac içində olan ölkələrə yardım göstərmək üçün könüllülər göndərir.


[Закрыть]
var. – Gözlənilmədən atam mətləbə dəxli olmayan bir söz işlətdi.

Başa düşmədim, o, rəy bildirirdi, yoxsa sual verirdi?

– Ser?

– Yəni düşünürəm ki, Sülh Korpusu gözəl təşkilatdır, elə deyilmi?

– Əlbəttə, – deyə təsdiqlədim. – Heç şübhəsiz, müharibə korpusundan minqat yaxşıdır.

İndi ikimiz də eyni vəziyyətdə idik. Nə mən onun bu söhbəti niyə ortaya atdığından baş açırdım, nə də o mənim fikrimi öyrənə bilirdi. Bəlkə, atam bunu elə-belə, dialoqumuzu davam etdirmək xatirinə demişdi? Bəlkə, dünyada baş verənlərdən, hökumət proqramlarından danışmaq üçün növbəti mövzuya keçid edirdi? Yox. Mən bir anlığa unutdum ki, bizim söhbətimizin yeganə mühüm mövzusu mənim planlarımdır.

– Əgər sən Sülh Korpusuna qoşulmaq qərarına gəlsən, mən buna etiraz etmərəm, Oliver.

– Qarşılıqlı hisdir, ser, – deyə özümü ondan da ürəyigeniş göstərməyə çalışdım. Bilirəm ki, Qoca Daşsifət heç vaxt mənə qulaq asmır, ona görə də sonuncu replikamdakı sarkazmı hiss etmədiyinə təəccüblənmədim.

– Bəs sənin kurs yoldaşların? – atam davam etdi. – Onların buna münasibəti necədir?

– Nəyə, ser?

– Sülh Korpusunun onların həyatında mühüm rol oynadığını hiss edirlərmi?

Balıq susuz yaşaya bilmədiyi kimi, atam da «Bəli, ser» ifadəsini tez-tez eşitməsə, ürəyi dayanar.

– Bəli, ser.

Hətta ofisiantın axırda gətirdiyi alma piroqu da daş kimi bərk idi.

***

Təxminən saat on ikinin yarısında onu maşınına qədər ötürdüm.

– Sənin üçün nə edə bilərəm, oğul?

– Heç nə, ser. Gecən xeyrə qalsın, ser.

Və o sürüb getdi.

Əlbəttə, Nyu-York ştatının İtaka şəhərindən Bostona təyyarələr uçurdu. Amma III Oliver Barrett avtomobilə üstünlük vermişdi. Bu uzun yolu maşınla gəlməkdə məqsədi oğluna olan məhəbbətinin böyüklüyünü nümayiş etdirmək deyildi, yox, sadəcə, mənim atam sürətlə avtomobil sürməyi xoşlayırdı. Gecənin bu vaxtında isə ikiyerlik «Aston Martin DBS»də1919
  «Aston Martin DBS» – 1967–1972-ci illərdə İngiltərədə istehsal olunan bahalı idman avtomobili


[Закрыть]
rahat və boş şosedə ən yüksək sürət yığmaq mümkün idi. Heç şübhəsiz, III Olivet Barrett ötən il biz Kornell komandasını darmadağın edib «Sarmaşıq Liqası»nın çempionu olandan sonra İtaka–Boston yolunda qoyduğu şəxsi rekordunu təzələməyə hazırlaşırdı. Çünki o, maşına oturanda saata baxdığını gördüm.

Motelə qayıdıb Cenniyə zəng etdim.

Bu zəng həmin axşamdan mənə qalan yeganə xoş təəssürat oldu. Oyun vaxtı dava haqqında hər şeyi detallarına qədər Cenniyə danışdım (təkcə bu davanın casus belli2020
  Casus belli (lat. hərfi mənada: «müharibə hadisəsi», «hərbi toqquşma») – Roma hüququnda: müharibə elan etmək üçün formal səbəb, bəhanə


[Закрыть]
-sini dəqiq demədim). Deyəsən, əhvalat xoşuna gəldi. Onun sısqa musiqiçi dostları arasında, çətin ki, kimsə yumruq atmağı, yaxud zərbəyə davam gətirməyi bacarardı.

– Ümid edirəm, səni vuran o gədəni yaxşıca əzişdirə bilmisən.

– Hə, kefin istəyən kimi. Xurd-xəşil eləmişəm.

– Heyif, görməmişəm. Yellə2121
  Yel (ing. Yale University) – «Sarmaşıq Liqası»na daxil olan nüfuzlu özəl universitet. Harvard və Prinston universitetləri ilə birlikdə «Böyük üçlük» təşkil edir.


[Закрыть]
oyunda birini tapıb mənim üçün bu tamaşanı təkrar edərsən?

– Əlbəttə.

Mən güldüm. O, həyatı bütün adilikləri və qəribəlikləri ilə birgə sevirdi.

4

– Cenni aşağıda telefonla danışır.

Bazar ertəsi axşam Redkliffin yataqxanasına getdim. Mən «Briqqs Holl»a girən kimi, hələ ağzımı açmağa macal tapmamış kommutatorda oturan qız Cenninin yerini söylədi. Yəqin, bu qız «Crimson» oxuyurdu və mənim kim olduğumu özüm demədən də bilirdi. Belə hallarla çox rastlaşmışam. Amma ən başlıcası o idi ki, Cenni mənimlə görüşdüyünü gizlətmirdi.

– Təşəkkür edirəm, burada gözləyərəm, – deyə cavab verdim.

– Kornellə oyunda çox pis hadisə baş verib. «Crimson» yazmışdı ki, orada dörd oyunçu birdən sizə hücum çəkib.

– Hə. Və buna görə mənim özümü cəzalandırdılar. Beş dəqiqə!

– Elədir.

Dostla azarkeş arasında başlıca fərq ondan ibarətdir ki, sonuncu ilə söhbət çox qısa olur.

– Cenni danışıb qurtarmayıb?

Qız kommutatorun lampalarına baxdı:

– Hələ yox.

Maraqlıdır, yataqxanaya gələcəyimi bilə-bilə mənimlə qiymətli görüş vaxtını Cenni kimə sərf edir?

Bəlkə, ayaq üstə güclə duran hansısa musiqiçi oğlana? Bilirdim ki, Martin Devidson adlı birisi – «Adams Haus»un2222
  «Adams Haus» (ing. Adams House) – Harvardın təhsil müəssisələri kompleksinə daxil olan kolleclərdən biri


[Закрыть]
sonuncu kurs tələbəsi və «Bax cəmiyyəti»ndə orkestrin dirijoru Cenninin diqqətini cəlb etmək üçün hər şeyə hazırdır. Fiziki mənada yox: inanmıram ki, bu ölüvayın dirijor çubuğundan başqa əlinə alıb yellətməyə nəyisə olsun. İstənilən halda mənim görüş vaxtıma bu həyasız təcavüzün qarşısını almaq lazım idi.

– Telefon kabinəsi haradadır?

– Aşağıda, enən kimi görəcəksiniz, – deyə kommutatorçu qız istiqaməti nişan verdi.

Mən pilləkənlə zala endim. Uzaqdan telefon kabinəsində Cennini gördüm. O, kabinənin qapılarının ikisini də açıq qoymuşdu. Yavaş-yavaş, saymazyana yaxınlaşdım. Güman edirdim ki, bu tərəfə baxan kimi üzümdəki sarğını, ümumiyyətlə, döyüş yaralarımı görəcək, dəstəyi tullayıb qollarımın arasına atılacaq. Bir az da yaxına gələndə qulağıma Cenninin səsi dəydi.

– Hə. Əlbəttə. Tamamilə. Oh, mən də, Fil. Mən də səni sevirəm, Fil.

Yerimdə quruyub qaldım. Kimə deyir bu sözləri? Devidsona demədiyi bəllidir: onun adının nə əvvəlində, nə ortasında, nə axırında «Fil» hissəciyi yoxdur. Tam adına isə çoxdan universitetin qeydiyyat kitabında baxmışam: Martin Ejen Devidson, Riversayd Drayv – 70, Nyu-York. Musiqi və İncəsənət Ali Məktəbinin tələbəsi. Şəklini də görmüşəm: incə, arıq, mənalı sifəti var, çəkisi isə azı 20 kiloqram məndən az olar. Amma niyə mən bu Devidsondan yapışmışam? Tamamilə aydındır ki, Cennifer Kavilleri ikimizi də birdən istefaya göndərib və bizdən üstün saydığı adam kimdirsə, indi ona telefonda öpücüklər yollayır (ürəyim bulanacaq)!

Cəmi qırx səkkiz saatlığına qızı tək buraxıb getmişəm və bu, Fil adlı əclafın birisinə kifayət edib ki, onu dartıb öz yatağına salsın (belə də olmalı idi!).

– Hə, Fil, səni sevirəm. Sağ ol.

Yalnız indi, dəstəyi asandan sonra Cenni məni gördü. Utanıb-qızarmadan üzümə güldü və əli ilə hava opüşü göndərdi. Axı Cenni necə belə ikiüzlülük edə bilirdi?

O, yüngülcə yaralı yanağımdan öpdü.

– Ey, gözümə yaxşı dəymirsən.

– Zədəli adam necə olar, Cen…

– Barı o biri oğlanın görkəmi səninkindən pisdirmi?

– Əlbəttə. Qat-qat. Mən həmişə üstümə əl qaldıranı daha pis günə salıram.

Bunu bacardığım qədər hirslə deməyə çalışdım ki, Cenni, bir növ, başa düşsün: gözdən uzaq, könüldən iraq olduğum müddətdə onu dartıb çarpayısına salan istənilən gədənin baş-gözünü dağıdaram. O mənim pencəyimin qolundan yapışdı və biz qapıya tərəf getdik.

– Hələlik, Cenni, – kommutatorda oturan qız onunla sağollaşdı.

– Hələlik, Sara Ceyn, – deyə Cenni cavab verdi.

Biz bayıra çıxıb mənim «MC»mə2323
  «MG» («Morris Garage») – Britaniyanın «MG» firmasının istehsal etdiyi ikiyerli idman avtomobili.


[Закрыть]
tərəf getdik. Ciyərlərimi soyuq axşam havası ilə doldurub bacardığım qədər etinasızlıqla soruşdum:

– De görüm, Cenni…

– Nə deyim?

– E-e, Fil kimdir?

O, qapını açıb maşına əyləşə-əyləşə sakit tərzdə cavab verdi:

– Mənim atam.

***

Ay inandım ha! Belə «ata»lar haqqında az şey bilmirik!

– Sən atana Fil deyirsən?

– Adı belədir. Bəs sən atanı necə çağırırsan?

Cenni bir dəfə mənə danışmışdı ki, onu Rod-Aylend ştatının kiçik Krenston şəhərində çörəkxana saxlayan atası böyüdüb. Cenni hələ çox gənc ikən anası avtomobil qəzasında həlak olub. Bunu mənə niyə indiyədək sürücülük vəsiqəsi almadığını izah edəndə söyləmişdi. Onu da əlavə etmişdi ki, atası bütün mənalarda «həqiqətən əla kişidir» (öz sözləridir), ancaq anasının ölümündən sonra dəhşətli dərəcədə vasvası olub və yeganə qızına maşın sürməyə icazə verməyib. Məktəbdə yuxarı siniflərdə oxuyanda, xüsusilə Providensdə pianino dərslərinə getməyə başlayanda Cenni atasının qoyduğu bu məhdudiyyətə görə çox əziyyət çəkib. Əvəzində avtobusda uzun yol getdiyi müddətdə Prustu başdan-ayağa oxuyub qurtarıb.

– Sən atana nə deyirsən? – o, sualını təkrar etdi.

Xəyala daldığımdan Cenninin sonuncu sözlərini yaxşı eşitmədim.

– Kimə?

– Soruşuram ki, sən öz əcdadınla danışanda hansı termindən istifadə edirsən?

Həmişə atamla söhbət edəndə dilimin ucunda olan sözü dedim:

– Köpəkoğlu.

– Üzünə deyirsən?

– Heç vaxt onun üzünü görməmişəm.

– Maskada gəzir?

– Müəyyən mənada hə. Daşdan. Sal qayadan.

– Get işinə! Yəqin, o səninlə fəxr edir. Axı sən məşhur idmançısan.

Mən Cenniyə baxdım. Ona hələ çox şey məlum deyildi.

– Məşhur idmançı o olub, Cenni.

– «Sarmaşıq Liqası»nın çempionundan da məşhur?

Mənim idman nailiyyətlərimi Cenninin bu dərəcədə yüksək qiymətləndirməsi xoşuma gəldi. Amma çox təəssüf ki, həmin yüksəklikdən enib yerimi atama verməli idim.

– O, 1928-ci il Olimpiadasında təkadamlıq qayıqda avar çəkib.

– İlahi! – Cenni heyrətə gəldi. – Udub?

– Yox, – dedim və atamın finalda finiş xəttinə altıncı çatdığını xatırlayıb bir az rahatlandım.

Araya sükut çökdü. İndi, bəlkə, Cenni başa düşər ki, IV Oliver Barrett olmağın çəkisi təkcə Harvardın həyətindəki daş binanın sahibiylə qohumluq əlaqələri ilə ölçülmür. Burada əzələlərin də rolu var. Mən ailəmin idman nailiyyətlərini nəzərdə tuturam.

– Bəs ona niyə «Köpəkoğlu» deyirsən? Nə edib ki?

– Məni zorlayıb, – deyə qısa cavab verdim.

– Bağışla, başa düşmədim.

– Məni zorlayıb, – təkrar etdim.

Onun gözləri nəlbəki boyda oldu.

– Bu ki qanı qana qarışdırmaqdır.

– Məni ailə problemlərinlə yükləmə, Cen. Öz ailə problemlərim kifayət qədərdir.

– Yaxşı, bunu necə edib? – Cenni soruşdu. – O nə edir ki, belə deyirsən?

– Məndən həddən artıq «düzgün olmağı» tələb edir.

– «Düzgün olmağın» nəyi pisdir? – deyə Cenni sözlərimdə ziddiyyət tapdığına sevindi və rahat nəfəs aldı.

Mən ona «Barrettlər ailəsinin böyük ənənələri»ni davam etdirmək üçün proqramlaşdırılmaq istəmədiyimdən danışdım. Məgər o hiss etmir ki, adımın da nömrələnməsindən necə əzab çəkirəm? Mən hər semestr N sayda uğur əldə etmək öhdəliyindən cana doymuşam.

– O, anlayıram, – Cenninin səsində sarkazm duyuldu. – «Sarmaşıq Liqası»nın çempionluq titulu məsələsində sənin birinci olmaqdan necə bezdiyinin canlı şahidiyəm.

– Məni bezdirən odur ki, atam məndən bütün sahələrdə bundan aşağı nailiyyət gözləmir.

Mən həmişə hiss etdiklərimi və heç vaxt heç kimlə bölüşmədiklərimi, axır ki, dilə gətirdiyimə görə özümü olduqca narahat hiss edirdim. Amma istəyirdim ki, Cenni bunları bilsin, məni daha yaxşı başa düşsün.

– Mən nəyə nail oluramsa-olum, o, inanılmaz dərəcədə laqeydliklə qarşılayır. Sanki mən, sadəcə, borcumu yerinə yetirmişəm.

– Axı o çox məşğul adamdır. Neçə-neçə banka, nə bilim, daha hansısa idarələrə rəhbərlik edir…

– Aman Tanrım, Cenni, sən kimin tərəfindəsən?

– Müharibə gedir? – o maraqlandı.

– Bəli, məhz müharibə gedir, – cavab verdim.

– Axı gülməlidir, Oliver.

Belə çıxır ki, mən onu inandıra bilmədim. Və həmin anda ilk dəfə bizim düşüncə tərzlərimizdə fərq olduğundan şübhələndim. Nəyi nəzərdə tuturam? Baxın: Harvard-Redkliffdə üç il yarımlıq təhsil, universitet ənənələrinə tam uyğun olaraq, hamımızı özündənrazı yekəxanalara çevirib, amma mənim atamın daşdan yonulduğu faktı ilə razılaşmaq məsələsinə gələndə Cenni «papasının bambinosuna2424
  Bambino (ital. bambino) – uşaq


[Закрыть]
sonsuz məhəbbəti» haqda italyan əfsanələrindən ikiəlli yapışır və onu heç cür fikrindən döndərmək olmur.

Buna baxmayaraq mən dəmiri isti-isti döymək, elə buradaca Cennini inandırmaq həvəsinə düşdüm. Bu məqsədlə Kornellə oyundan sonra atamla aramızda olan eyham və kinayələrdən ibarət qəribə söhbəti ona danışdım. Sözlərim, həqiqətən, Cenniyə təsir etdi. Amma tamam başqa cür.

– Deməli, o sənin axmaq hokkey oyununa baxmaq üçün durub İtakaya gedib?

Mən ona izah etməyə çalışdım ki, atam başdan-ayağa formadan ibarətdir, burada məzmun axtarmaq lazım deyil. Amma Cenni heç nə eşitmək istəmirdi, bütün diqqətini yalnız bir şey üzərində cəmləşdirmişdi: atam nisbətən adi bir idman oyununa görə bu qədər uzun yol qət edib.

– Qulaq as, Cenni, gəl bu söhbəti unudaq.

– Şükür Allaha ki, sənin də kompleksin var imiş, heç olmasa, atanla söhbətdən çəkinirsənmiş. Bu onu göstərir ki, ideal deyilsən.

– Oh, guya sən idealsan?

– Əlbəttə yox, Preppi. Elə olsaydı, səninlə görüşməzdim.

Yenə əvvəlki xasiyyətinə qayıtdı!

Внимание! Это не конец книги.

Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!

Страницы книги >> Предыдущая | 1 2
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации