Текст книги "Cəbhədən cəbhəyə "
Автор книги: Həsən Seyidbəyli
Жанр: Современная зарубежная литература, Современная проза
сообщить о неприемлемом содержимом
Текущая страница: 2 (всего у книги 19 страниц) [доступный отрывок для чтения: 6 страниц]
Gün Zığ tərəfdən boylanıb dəniz üzərində ucalmış, Teymurun veyilləndiyi dar dalanları öz nuruna boyamış-dı. Həyətlərdən küçəyə çıxmış xırda uşaqlar bir neçə gün bundan qabaq yağmış yağışın əmələ gətirdiyi gölməçələr ətrafında oynaşır, kağız gəmilər qayırıb suya buraxırdılar. Ala-bula bir pişik tellərdən asılı qalmış dirəyin kötüyünü qaşıyaraq dırnaqlarını itiləyirdi. Nimdaş çal papaqlı bir qoca kişi xırda, kələ-kötür bir yeşiyi gətirib dalanın tinin-də qoydu, özü də çömbəlib əyləşdi. Səliqə ilə cırıb yığdığı dördkünc qəzet parçasının birini ayırıb hamarladı və yeşi-yin içərisindəki darıya oxşar tənbəkidən həmin kağızın üstünə tökdü, titrək barmaqları ilə eşib ağzına aldı, cibin-dən pulemyot patronuna oxşayan bir alışqan çıxardı, papirosunu yandırdı. Bir-iki qüllab vurduqdan sonra bərk-dən öskürdü, sinəsini arıtladı və müştəri gözləməyə baş-ladı. Teymur istər-istəməz yeşiyin içərisindəki şeylərə nə-zər saldı. Ucları saçaqlı olan çirkli kağıza bükülmüş uzun-sov konfet, yeşiyin divarlarına sancılmış qalın və nazik iynələr, paslı oymaq, zəncəfil, tənbəki…
Teymur yoluna davam etdi. O, daha bir dairə vurub sonuncu dalana girdi. “Hələ tezdir, yəqin ki, anam yuxu-dan oyanmamışdır. Axı xəstədir. Qonşular da, yəqin, yatırlar” – deyə fikirləşib ləngiməyə çalışırdı. Amma bü-tün gecəki əhvalatlara, peysərində get-gedə şiddətlənən ağrıya baxmayaraq onun ürəyi evə, anasını, qardaşını görməyə tələsirdi. Teymur enli, kələ-kötür bir küçənin ti-ninə çatıb sola tərəf döndü, rəngi solmuş yaşıl qapını uzaqdan görüb dayandı. Üst-başını bir də yoxlayıb özünü topladı, bacardıqca gümrah yeriməyə çalışaraq o biri sə-kiyə keçdi. Bir müddət qonşudakı söyüd ağacının altında durub naşı adamlar kimi o tərəf-bu tərəfə baxdı. Qonşu qapıdan palaz çırpmağa çıxmış kök, qarabuğdayı arvad onu arxadan görüb yaxınlaşdı.
– Ay qardaş, kimi istəyirsən?
Teymur fikirli olduğu üçün diksindi, geri döndü.
– Məsmə xanım, xoş gördük.
Məsmə onu tanıyıb sevincindən əlindəki palazı saldı.
– Ay Cavahir, gözün aydın! – deyə elə ucadan çığırdı ki, bir anda bütün məhəllənin arvad-uşağı küçəyə axışdı. Teymur özünü itirdi.
– Məsmə xanım… səs salma, anamın ürəyi xəstədir. Elə adamlar bəzən şad xəbərdən də…
Amma Məsmə sakit ola bilmirdi.
– Necə yəni asta danış. Sağ-salamat evinə qayıtmısan, Cavahir səni təzədən tapıb, bunun muştuluğu var! Ay Cavahir, gözün aydın!
Yaşıl qapı açılıb tappıltı ilə divara dəydi. Divarın mala-sı qopub yerə töküldü. Yuxudan hövlnak oyandığından xurmayı saçları pırpızlaşmış, qamətli bir oğlan şalvarının qayışını da bağlamağı unudaraq, Teymura sarı atıldı.
– Teymur!
– Seymur!
Bir-birinin boynuna sarılıb qucaqlaşdılar.
Səsə axışmış qonşular qibtə ilə onlara baxıb yer-yerdən gözaydınlığı verməyə, yaşarmış gözlərini silməyə başla-dılar. Teymur sol əli ilə qardaşının çılpaq çiynini bərk-bərk sıxıb onu azca özündən kənar etdi.
– Elə həmişəki kimi qayışbaldırsan.
Seymur arıqlığına baxmayaraq güclü idi. Qardaşının əlindən yapışıb cəld həyətə dartdı və tələsik qapını örtdü.
– Belə niyə? – deyə Teymur təəccübləndi.
Seymur əlini onun sağ əlinə toxundurub təşvişlə soruşdu:
– Qoluna nə olub?
Teymur qımışdı:
– Boş şeydir, gipsdir.
– Anama deyəcəksən?
– Desəm də, deməsəm də, əvvəl-axır biləcək.
– Qoy bir az gec xəbər tutsun.
Teymur həyəcanla yan-yörəsinə baxdı:
– Bəs, anam özü hardadır?
Seymur yumşaq, xurmayı saçlarını əli ilə darayıb düzəltdi.
– Çörəyə gedib, camaat ala-qaranlıqdan ordadır.
– Bəs özün niyə getməmisən? – deyə Teymur soruşdu.
Seymur gülümsündü, onun sədəf kimi parıldayan saf dişləri ağardı, sol yanağında batıq əmələ gəldi.
– Qoyur ki! Burda oturma, orda otur, bunu yemə, onu ye, bunu geymə, onu gey. Məni lap pambıq içində böyü-dür. Bir də deyir ki, növbədə duranların hamısı arvaddır.
Teymurun qaşları çatıldı.
– Neyləsin. Atamız həlak oldu, mən cəbhəyə getdim. Gözünün ağı-qarası bircə sən qaldın. Yaxşı, necədir? Ürəyi…
Seymur tələsik cavab verdi:
– Yox, yox, arxayın ol. Babatdır. Bircə səndən nigarandır. Elə durub, oturub səni çağırır. Adın dilindən düş-mür. Bir Teymur deyir, bir də “can bala”.
Teymur, qardaşını dinləyə-dinləyə qoyub getdiyi hə-yəti gözdən keçirirdi. Balaca həyət yenə əvvəlki kimi səli-qəli idi. Həyəti kölgələyən üzüm talvarı daha da şaxələn-mişdi. Meynələrin yarpaqları solub qarsımışdısa da, iki-üç yerdən iri üzüm salxımları asılmışdı. Ancaq bu salxım-ların rəngi bozarmış, bəndəmləri o qədər nazikləşmişdi ki, az qala, indicə qırılıb düşəcəkdi.
Teymur qardaşına tərəf dönmədən soruşdu:
– Bəs bunlar niyə qalıb?
– Anam qoymadı dərim, dedi qalsın, bəlkə Teymur tez gəldi, ona qismət oldu, – deyə Seymur gülümsündü. İki qardaş qucaqlaşmış halda evə girdilər.
Seymur Teymura kömək edib onu soyundurdu. Mətbəxdə su qoydu və anası gələnədək qardaşını çimdirib ba-şını, bədənini yudu. Peysərini sabunlayanda Teymur da-vam gətirməyib inildədi. Seymur qardaşının başındakı şişi görcək təəccüblə soruşdu:
– Bu nədir?
– Bax, bunu anam bilməsə yaxşıdır, – deyə Teymur qəti bir səslə tapşırdı, – Mən axırıncı dəfə yaralananda çox qan itirmişəm. Hərdənbir, başım az gicəllənir. Səhər qa-tardan düşəndə yenə başım gicəlləndi, zərblə yerə yıxıl-dım.
– Hansı qatarla gəlmisən? – deyə Seymur soruşdu.
Teymur gülümsəyib cavab verdi:
– Heç əməlli-başlı qrafik var ki, qatarların adını da yadımda saxlayım?
Seymur elə bil birdən ayıldı:
– Bəs çamadanın hanı?
– Doğrusu, yaman tələsiyə düşdüm, Seymur. Məni cəbhədən Qroznıya göndərdilər, oranın xəstəxanasında bircə gün yatdım. Sonra çoxlu ağır yaralı gətirdilər. Bil-mirəm, hardasa almanlar bizim üç alayı mühasirəyə alıb top atəşinə tutmuşdular. Odur ki, ayaq üstündə durmağa taqəti olanları evlərinə göndərdilər. Mən aldığım puldan özümə üst-baş düzəldib tez yola düşdüm. Adi paltarda gəldim, qoy anam arxayın olsun ki, bir də geri dönməyə-cəm. O ki qaldı şeylərimə, yaralanandan sonra Rostovda bir yoldaşımın yanında qoydum. Əgər sağ qalarsa göndərər.
Seymur nazik əlini qardaşının enli kürəyində şappıldadıb güldü:
– Özün sağ-salamat gəlmisən bəsdir. Hər şeydən qa-baq cansağlığıdır, cansağlığı…
Seymur qardaşına qurulanmağa da kömək edib onu otağa gətirdi və öz paltarlarını ona təklif etdi. Onun pal-tarları Teymura dar gəldi. Seymur sandığı açıb Teymurun köhnə paltarlarını çıxardı və Teymur əynindəkiləri soyu-nub, naftalin iyi verən paltarlarını geydi. Onlar stolun başına keçdilər. Seymurun dəmlədiyi pürrəng çaydan içə-içə söhbətlərinə davam etdilər…
Elə bu vaxt həyətdən bir səs eşidildi:
– Can bala! Sən gələn yollara anan qurban.
Teymur yerindən sıçradı:
– Ana!
– Ana sənə qurban, Teymur! – deyə Cavahir həyəcanlı, lakin ahəstə bir səslə inildədi… O, heç vaxt ən ağır dəqi-qələrdə belə ucadan danışmazdı. Necə deyərlər, kədərini də, sevincini də həmişə içinə salardı, çox həyalı qadın idi. Qonşular onu təkcə xasiyyətinə görə yox, gözəlliyinə görə də çox sevirdilər.
– Ana!
– Boynuna qurban, Teymur!
– Heç dəyişməmisən, ana!
– Məni tək əlli niyə qucaqlayırsan, ay bala?
Teymur gülə-gülə anasının solğun çöhrəsinə nəzər salıb sol əli ilə onun saçlarını oxşadı. Mehriban üzündən öpdü və qəti bir səslə dedi:
– Ana, gəl kişi kimi şərtləşək. Bax, bədənimdən bir tük dəəksilməyib. Sağ qolum balaca burxulub, əgər bunun üçün ürəyini sıxsan, gəlməyimə peşman olaram…
Cavahir yaşarmış gözlərini oğlunun sağ qoluna dikib titrək barmaqlarını onun üstündə gəzdirdi.
Teymur dedi:
– Qorxma, gipsdir, ana, bax, bu da mənim barmaq-larım.
Cavahir qorxu və şübhə içərisində soruşdu:
– Burxulmuş qolu da gipsə salarlar?
– Həkimlərin işini bilmək olmur, ana! Biri belə deyir, o biri elə. Dedilər guya dirsəyim yerindən oynayıb, mən də dedim ehtiyat igidin yaraşığıdır, salın gipsə.
Cavahir üzünü yana tutub ağladı.
– Bu olmadı ki, ana, axı biz səninlə şərtləşdik.
Cavahir yana-yana dilləndi:
– Allah onların bəlasını versin!
Teymur ürəyində fikirləşdi ki, “nə yaxşı anam çörək almağa gedəndə, mənim yıxılıb, qaldığım dalandan keç-məyib, məni o halda görsəydi, ürəyi partlardı…”
Evə keçdilər. Cavahir nədənsə oğluna o qədər də ya-xın düşmürdü. Elə bil, yaxınlaşarsa, bunun həqiqət deyil, xəyal olduğunu görəcəyindən qorxurdu. Ancaq arabir tab gətirməyib yaxınlaşır, onun yanaqlarından öpür, həyətə çıxıb özünə iş tapır və “can bala” deyən səsi eşidilirdi.
Axşama yaxın Teymurun vəziyyəti birdən-birə ağırlaşdı. O qusdu. Sevindiyindən bu gün dərsə getməmiş Sey-mur cəld həkim dalınca qaçdı və təcili yardım maşını ilə gəlmiş həkim, Teymuru müayinə edib eşiyə çıxdı. Cava-hirlə Seymur həkimin üzünün tutulduğunu görüb daha da qorxdular. Həkim astadan dilləndi:
– Beyni tərpənmişdir. Özü də xəbərdarlıq edirəm, və-ziyyəti ağırdır. Ən azı beş-altı ay yatmalı olacaq.
Cavahir oğlunun qospitala aparılmasına razılıq vermədi. Teymur evdə qaldı.
Cavahirin yaralı ürəyinə daha bir yara vuruldu. Yazıq ana öz xəstəliyini unudub indi də otağın bir küncündə uzanıb qalmış oğlunun başına fırlanır: “Allah onların bə-lasını versin” – deyə yanıqlı-yanıqlı içini çəkirdi. Bu söz-ləri deyən Cavahir Vətənimizə soxulmuş düşmənləri tə-səvvürünə gətirirdi. Daha demirdi ki, Vətənin içərisində də təhlükəli düşmənlər var…
2
Teymurun xəstəliyi altı aya yaxın çəkdi. Qolunun gipsini çoxdan çıxarmışdılar. Qolu sağalmamışdı, amma sü-müyü bir qədər əyri bitmişdi. Çünki qəlpə onun sümük-lərini dirsək yerindən xıncım-xıncım etmişdi. Buna görə də indi sağ qolunun hərəkətləri bir qədər məhdud idi. Beyninin tərpənməsinə gəldikdə isə tamam sağalmamış-dı. Ancaq tez-tez keçirdiyi şiddətli başağrısı və ürəkbu-lanması halları tamam azalmışdı. Cavahir onu arabir, gü-nəşli havalarda gəzməyə də çıxarırdı. Körpə vaxtlarında olduğu kimi, elə bil ona yerimək öyrədirdi. “Burda da-yan, əlini mənə ver, bala, burdan asta keç, bax belə”. Tey-mur da anasına itaət edirdi.
Ona pensiya kəsmişdilər. Qonşuları, onu müalicə edən həkim, raykom işçiləri tez-tez ona baş çəkir, onun səh-hətilə, maddi vəziyyətilə, yaşayışı ilə maraqlanardılar. Bu xeyirxah, nəcib adamları görən Teymur başına gələn o ge-cəki hadisənin acısını yavaş-yavaş unutmağa başlayırdı. İndi oəhvalat Teymurun hafizəsində ancaq dəhşətli bir yuxu kimi qalırdı.
Teymurun möhkəm bədəni ağır xəstəliyə qalib gəlir, özünü get-gedə daha gümrah hiss edirdi. Ancaq ona hələ işləməyə icazə vermirdilər.
1944-cü ilin yayında Teymur artıq sərbəst gəzib-dolana bilir, kitab oxuyur, öz gələcəyi haqqında düşünürdü. O, sənədlərini universitetin hüquq fakültəsinə verdi. Lakin həm oxuyub, həm də işləyə bilmək üçün qiyabi şöbəyə girdi, sonra özünə iş axtarmağa başladı. Əsgərlikdə çilin-gərlik və şoferlik də öyrənmişdi. Ancaq ona maşın sürmə-yi tapşıra bilməzdilər. Bir neçə yerdə iş təklif etdilər: klub müdiri, artel müdiri, müfəttişlik. Rayon partiya komitə-sində ona təşkilat işi də təklif etdilər. Lakin Teymur, “Bir fikirləşim” – deyə hələ götür-qoy edirdi.
Bütün cəbhələrdə vəziyyət yaxşı idi. Sovet Ordusu düşməni sərhədlərimizdən qovub, Avropa xalqlarını fa-şizm əsarətindən qurtarmağa başlamışdı.
Teymur Bakının küçələri ilə gəzir, adamların üzünə baxır, onların səslərinin ahənginə qulaq verir, elə bil nəyi isə axtarırdı. Elə bil mühüm bir şey itirmişdi və onu hök-mən tapmaq istəyirdi. Elə bil o, küçələrdə, idarələrdə, qonşuluğunda gördüyü adamların hamısını tanıyırdı. Çünki bu adamlar da onun kimi namusla yaşamaq, işlə-mək, çalışmaq istəyən adamlar idi. O, hər gün bu adam-larla salamlaşır, bu adamların işə getdiyini, işdən qayıtdı-ğını, görüşə tələsdiyini, yaxud uşaqlarını gəzməyə çıxar-dıqlarını görür, kədərlərini, sevinclərini duyurdu. Bəs o gecə, o qaranlıq dalanda onun yolunu kəsən, onun başına toppuz endirən hansı vəhşi idi? Onun gicgahlarında gəzən əl: ”Hələ ölməyib, vu-un, vu-un” – deyən səs kimin idi? Bu adamlar harda gizlənmişdilər. Bəlkə, onlar bu saat şəhərin küçələrində gəzən, tikintilərində işləyən, harasa tələsən, meydançalarda, bağlarda görüş təyin edən adam-ların arasındadır? Axı o qız da əvvəlcə yaxşı təsir bağışla-mışdı. Teymur bacarıqlı bir kəşfiyyatçı olmasına baxma-yaraq ona inanmışdı. Deməli, adamları tanımaq çox çətin imiş…
Neçə vaxt idi ki, ona təklif olunmuş işlərin heç birini bəyənməyən Teymur narazı halda evə qayıdırdı. Anası və qardaşı Teymura bir parça çörəyimiz var, bu saat onun işləməyi o qədər də vacib deyil. Doğrudan da, belə idi. Cavahir əri üçün pensiya alırdı. Teymur da pensiya alır-dı, Seymur isə artıq məktəbi qurtarıb diş texniki olmuşdu. Özü də, deyəsən, yaxşı sənətkar idi. Düzdür, bu iki qar-daş arasında hörmət pərdəsi var idi. Seymur böyük qar-daşının yanında nə papiros çəkir, nə də artıq-əskik söhbətlər edirdi. O, indi qardaşından daha savadlı olsa da, evin xərcinin çox hissəsi onun üstünə düşsədə, həmişə Teymurun qarşısında, necə deyərlər, əmrə müntəzir du-rurdu. Ancaq Seymur özünü uşaqkimi aparmırdı. O da sərbəst idi, püxtələşmişdi. İti, dərin baxışlı, qəşəngbir oğ-lan idi. Teymur ona nisbətən çox kobud görünürdü, atası Abbasa çəkmişdi. Qarabuğdayı, cod, qıvrımsaçlı, enlikü-rək, qara və bir qədər kədərli idi. Ağzı, burnu, necə deyər-lər, yerində idi. Amma nə isə onun görkəmində bir zabitə, baxışlarında zəhm duyulurdu. Seymur isə anası Cavahirə çəkmişdi. Ağbəniz idi. Belələrinə kənardan baxanda düşünmək olur ki, müğənni, rəssam, yaxud heykəltəraşdır. Seymurun əlləri də sifəti kimi zərif idi. Barmağında da xalis qızıldan qaşsız bir üzük vardı.
Seymurla anası Cavahirin arasındakı münasibət çox incə idi. Onların arasında dərin bir ünsiyyət duyulurdu. Lakin Teymur ona göstərilən bütün diqqət və qayğıya baxmayaraq elə bil bu evdə hörmətli bir qonaq idi. Bu vəziyyət Teymur cəbhədən qayıdandan sonra daha artıq nəzərə çarpmağa başlamışdı!
Seymur qəşəng, həm də zövqlə geyinirdi. Anası onu uşaqlıqdan belə geyindirərdi. Özü də böyük qardaşının itaətində durmasına baxmayaraq, o da bir növ zabitəli idi. Demək olar ki, məhəllə cavanları arasında qardaşından daha çox hörmət qazanmışdı. Seymurda fitri ədəb-ərkan var idi. Özündən çox-çox yaşlı adamlar belə, onun hörmə-tini saxlayırdılar.
Qardaşının paltarlarının köhnəliyini görən Seymur də-fələrlə ona pul təklif etmək istəmiş, lakin utanmışdı. Çünki Teymurun xasiyyətinə bələd idi. Axırda belə qəra-ra gəlmişdi ki, bu pulu anasının köməyi ilə qardaşına çat-dırsın. Bir gün anası sandığı açıb ordan üç min manat pul çıxartdı və Teymurun qabağına qoyub dedi:
– Al, oğul, get özünə yaxşı üst-baş düzəlt. Tanış var, biliş var, dost var, düşmən var. İndi sənin geyinib-kecinən vaxtındır.
Teymur pullara baxıb qaşlarını çatdı, lakin anasının ürəyini sındırmamaq üçün gülümsündü.
– Ana, qız-zad deyiləm ki, məni belə geyindirib-kecindirirsən.
– Yox, oğul, mənim də arzu-kamım var. Gərək bu gün-sabah toyunu eləyəm, gəlin gətirəm, nəvə görəm.
Teymur yenə gülümsündü.
– Bəs bu pulları…
– Qənaət eləmişəm, yığmışam. İki oğlu olan ana gərək qənaət eləməyi bacarsın.
– Yaxşı, – deyə Teymur anasının çiyinlərini qucaqlayıb razılaşdı, – Qoy pulları yerinə. Nə vaxt lazım olsa, sənə deyərəm.
Seymur işləyirdi. Bəzən axşamlar da öz emalatxanasında ləngiyirdi, çünki sifariş gün-gündən çoxalırdı. Belə vaxtlarda Teymur anasını tək qoymamaq üçün evdən ba-yıra çıxmırdı. Onlar hər barədə söhbət edirdilər. Cavahir qonşulardan, qonşu uşaqlarından danışır. Teymurun bur-da olmadığı illərdə baş vermiş hadisələrdən söhbət açır-dı. Teymur isə anasının ürəyini sıxmamaq üçün cəbhədən mümkün qədər az danışmağa çalışırdı.
Bir dəfə Teymur yenə də Bakıya qayıtdığı o dəhşətli gecəni xatırladı. Nədənsə içərisində kirli kağızlara bükül-müş konfet, tənbəki, zəncəfil qoyulmuş yeşik, tində otur-muş qoca kişi onun gözləri qarşısında canlandı. Deməli, həmin illər camaat o qədər də firavan yaşamırdı.
– Yaxşı, bəs siz necə dolanırdınız? Atamın pensiyası sizə çatırdımı? – deyə o, anasından soruşdu.
– Əlbəttə ki, yox. O illər tək bizim üçün yox, elə hamı üçün çətin keçirdi, – deyə Cavahir fikirli-fikirli cavab ver-di, – Amma şükür allaha, qardaşın Seymur qeyrətli çıxdı, pis dolanmadıq.
– Nə edirdi?
Cavahirin gözlərində sonsuz bir məhəbbət işığı göründü. O, vüqarla Teymura baxıb cavab verdi:
– Özün bilirsən ki, bu zəhrimar dava zamanı hər şey çatışmır. Allahın spiçkasının bir qutusu 15 manata çıx-mışdı. Bir də gördüm Seymur evə pul gətirir. Sağ cibin-dən, sol cidindən çıxarıb stolun üstünə qoyur, al, ana, evə xərclə. Canıma qorxu düşdü. Dedim bu uşaq bu qədər pulu hardan tapır? Yalvarıb-yaxardım, axırda güldü, de-di: “Qorxma ana bu pulları əllərimin zəhmətilə qazanı-ram”.
– Axı nə edirdi? – deyə Teymur daha da maraqlandı.
– Nə edəcək! O patron deyirsiniz, giliz deyirsiniz. Nə deyirsiniz, onları yığır, türkün sözü, altını kəsirdi, sonra nə bilim, içinə cürbəcür şeylər qoyurdu: fitil, çaxmaqdaşı, dişli çarx. Sonra benzin tökürdü, olurdu alışqan. Birini 30-40 manata satırdı. Bir də görürdüm uşaq gecələr də evə gəlmir. Daha məndə ürək-göbək də qalmırdı. Sübhü göz-lərimlə açırdım. Sonra gördü ki, fikirdən sınıxmışam, bü-tün dəmir-dümürünü gətirib emalatxanasını bizim mət-bəxdə qurdu. Maşallah, elə bacarıqlı işləyirdi ki, elə bil, əlləri qızıl idi. Bir dəfə də gəlib dedi ki, ana, bəs mən diş texniki olmaq istəyirəm, nə deyirsən? Dedim ki, oğul, indi ki səndə belə qabiliyyət var, ol, nə deyirəm ki, – Cavahir susdu. Onun gözləri bir müddət yol çəkdi, sonra bütün fikirlərini yekunlaşdırırmış kimi əlavə etdi, – Seymur qeyrətli çıxdı.
Anasının Seymur haqqında dedikləri Teymuru çox sevindirdi. “Deməli, Seymur elə yeniyetmə vaxtlarından evin kişisi olub, anasını yaxşı saxlayıb. Amma təvazökar-lığa bax, heç cür üzə vurmur. Heç elə bil, bu evi belə bə-zəkli saxlayan, anasını ipək-şal paltar içində gəzdirən o deyil? İndi isə böyük qardaşına əl tutmaq istəyir.” Tey-mur yaxşı başa düşürdü ki, anasının təklif etdiyi üç min manatı Seymur vermişdi. Deməli, pulu ona anası yox, qardaşı təklif edirdi. Çox yaxşı olmasaydı, onlar daha fira-van yaşayırdılar. Lakin Cavahirin yorğun ala gözlərində nə isə bir təşviş gizlənmişdi. Bu təşviş onda evin dirəyi olan kişisini, uşaqlarının atası Abbası itirdiyi gündən əmələ gəlmişdi. Lakin o vaxt ananın gözlərində təşvişdən daha çox fəryad oxunurdu. İndi isə güclə gözə çarpan gizli bir təşviş… Əgər Cavahirdən bu təşvişin səbəbini və onu kimdən, nə üçün gizlətdiyini soruşsaydılar, o, bu sualların heç birinə, hətta öz-özlüyündə belə cavab verə bilməzdi. Külək qopacağını, yağış yağacağını, yaxud zəl-zələ baş verəcəyini əvvəlcədən hiss edən quşlar kimi onun qulağı həmişə səsdə idi. Nə üçün? Bəlkə müharibənin onun evinə hələ də bədbəxtlik gətirə biləcəyindən qorxur-du? Bu mümkün idimi? Axı, sovet toplarının sədası artıq Berlinin ətrafından gəlirdi. Axı qələbənin yaxınlığı bütün evlərə fərəh gətirmişdi. Bəs Cavahirin gözlərindəki bu gizli təşviş nədən doğmuşdu? Bəlkə bu, onun ürəyinin son dərəcə həssas, əsəblərinin zəif, həm də xəstə olduğun-dan irəli gəlirdi?
Teymur zavodların birində qaraj müdiri işləməyə razılıq verdi. Qarajın sahəsi çox böyük idi. On səkkiz yük maşını, üç qaldırıcı kran, iki minik maşını qarajın sökük hasarlarının dibində səliqəsiz bir şəkildə saxlanır, burda heç bir təhlükəsizlik qaydalarına riayət edilmirdi. Bunun səbəblərini kimdən soruşurdunsa, “müharibədir” – deyə cavab verirdi. Teymur ilk günlər qarajın işçilərinə kənar-dan baxır, bu oğlanın nə təhər adam olduğu haqqında mülahizələr yürüdür və nə üçün işə girişməməsi onları təəccübləndirirdi. Lakin özü bilavasitə işə qoşulmasa da Teymurun fikri işdə idi. O, qarajın böyük sahəsini fikrin-də planlaşdırır, tədbirlər tökürdü. Zavod direktoru, partiya komitəsi katibi, yerli komitə sədri ilə məsləhətləşdik-dən sonra, Teymur bir istirahət günü qarajda iməcilik elan etdi. Kimi hasarın sökük yerlərini tikməyə, kimi həyətdə lazımsız dəmir-dümürü eşiyə daşımağa, kimi bu böyük sahədə pərakəndə halda tikilmiş bir neçə istifadə-siz otaqların divarlarını ağartmağa, pəncərələrinə şüşə salmağa başladı. İməcilik gələn istirahət günündə də da-vam etdi. Bütün sahə təmizlənib səliqəyəsalınandan sonra qaraja mütəxəssislər gəldi, sahə planlaşdırıldı, kompres-sor quraşdırılmağa, hasarların dibi boyu səliqəli talvarlar tikilməyə; çalarları olan qış qarajları ucalmağa başladı. Bir yanda sement meydança üzərində maşınları yumaq üçün yer düzəldildi, divarlardan şlanklar asıldı, dispetçer otağı, qırmızı guşə, müdir otağı sahmana salındı. Həyətin boş yerlərində ağaclar əkildi. İri göyərçin hini tikildi, sürücü-lərdən hər biri iki-üç göyərçin alıb gətirdi. Qarajın həyə-tində xoşagələn bir səliqə yarandı. İndi reysdən qayıdan sürücülər maşınlarını sement meydançaya verib yuyur, güclü kompressorun böyük təzyiqlə çəkdiyi hava onların tozunu sovurur və tərtəmiz silinmiş maşınları nömrələn-miş talvarların altında öz yerinə qoyurdular. İndi istər-is-təməz hamı vaxtında öz maşınını sazlayır və çalışırdı ki, yolda heç bir gözlənilməyən hadisə baş verməsin. İndi hamı Teymuru ilk növbədə işə görə sevirdi. O, təkcə mü-dir kimi deyil, bacarıqlı bir usta kimi, həm də yaxşı bir şo-fer kimi də özünü göstərmişdi. Lazım gələndə məngənə-nin arasına keçib əlinə yeyə alır, çilingərə kömək edir, sü-rücülərə məsləhət verirdi. Əlbəttə, sürücülərin arasında şüursuzlarına da təsadüf etmək olurdu. Lakin Teymur be-lələri haqqında heç kəsə şikayət etmirdi. Bu da hamının xoşuna gəlirdi. “Bütöv oğlandır” deyirdilər. Belələri nə qədər həyasız, üzləri susuz olsa da, yoldaşlarının təsiri altında yavaş-yavaş necə deyərlər, insafa gəlirdilər. Teymur Ələddin adlı bir sürücüyə hamıdan çox isinişmişdi. Ələddin top kimi yumru bir oğlan idi. Cavan olmasına baxmayaraq səkkiz uşaq atası idi. Özü də çox üzügülər, zarafatcıl bir oğlan idi. “ZİS-101” markalı minik maşının-da işləyirdi. Düzdür, maşın köhnə idi, amma Ələddin onu mümkün qədər yaxşı saxlamağa çalışırdı. “Axı bu mənim çörək ağacımdır” – deyə həmişə zarafat edirdi. Ələddinin həyat yoldaşı Qızxanım da əri kimi xoşxasiyyət, üzügülər bir qadın idi. Daha doğrusu, səkkiz uşaq anası olmasına baxmayaraq, elə bil bir üzü qız, bir üzü gəlin idi. Onlara baxanda adama elə gəlirdi ki, heç vaxt qocalmayacaqlar. Ələddin uşaqlarını bir-bir göstərib deyirdi:
– Bax, bu, Astarada anadan olub, o birisi Masallıda anadan olub. O qız Nuxalıdır. Bu əkizlər Yevlaxda doğu-lublar. Qərəz, biabırçılıqdır!
Teymur nədənsə bu evə gəlməyə daha çox həvəs göstərirdi. Ələddin bəzən ailəsinin, uşaqlarının işi iləəlaqədar olaraq Teymurdan icazə alıb maşını bir-iki saatlığa götü-rüb gedər, kefikök halda qayıdırdı. Əvvəllər Teymur ona inanırdı, sonralar bu hərəkət tez-tez təkrar olunduğundan Teymur Ələddinlə açıq danışmaq, maşını hara apardığını öyrənmək istədi. Ələddin də açıq-açığına cavab verdi ki, on baş ailəni, özü də səkkiz baş uşağı olan ailəni saxlamaq üçün,əlbəttə, bir sürücünün maaşı kifayət deyil. Yenə uşaqlar böyüyüb ona əl tutsaydılar, dərd yarı idi. Ələddin boynuna aldı ki, hərdənbir maşını qarajdan çıxarır, sər-nişin daşıyır və “bir-az qəpik-quruş” qazanır.
Teymur Ələddinl açıq etirafı qarşısında əvvəlcə heç bir söz deyə bilmədi, ertəsi gün Ələddini yanına çağırdı:
– Ələddin, biz səninlə, necə deyərlər, canbir qəlbdəyik. Əgər mənə bir kömək lazım olsaydı və bu köməyi sən et-məli olsaydın, varını məndən əsirgərdinmi?..
Ələddin Teymurun nəyə işarə etdiyini başa düşməsə də səmimiyyətlə onun gözünün içinə baxıb qəti bir ifadə ilə cavab verdi:
– Evimi də, balalarımı da sənə qurban verərdim.
– Elə isə, deməli. mən də sənin üçün əlimdən gələni edə bilərəm, elə deyilmi?
– Sən onsuz da eləyirsən.
– Yox, Ələddin, biz yaxşı iş tutmuruq. Biz elə iş görməliyik ki, nə şiş yansın, nə kabab. Sənin ailən böyükdür, bizim ailəmiz isə cəmi üç nəfərdir. Anam pensiya alır, qardaşım qazanır, mən qazanıram. Oğul yox, uşaq yox. Bir halda ki, sən evini, uşaqlarını mənə qurban verməyə hazırsan, deməli, mənim də qurbanımı qəbul edə bilər-sən.
Ələddin yenə heç bir şey başa düşməyib, səmimi bir narahatlıqla Teymurun üzünə baxdı.
– Ədə, nə uzadırsan, mıs-mıs deyincə, birdəfəlik Mus-tafa de. Elçi-zad deyilsən ki?
Teymur bir müddət dinmədi, sonra Ələddinin üzünə baxmadan astadan dedi:
– Uzun sözün qısası, bundan sonra mən sənin öz işlərin üçün maşın verməyəcəm. Ancaq hər ay maaşımın yarısını sənə verəcəyəm, ərzaq talonunu da. Bizim evi-mizdə hər şey var.
Ələddin bərk incidi. Yanaqları qızardı və tutqun bir səslə dedi:
– Başımdakı papaqdır, arvad ləçəyi deyil, Teymur. Mən kişiyəm, canım çıxar, ailəmi özüm saxlaram. Özün bilərsən, istəyirsən maşın da vermə. Gedib körpüdə yük daşıyaram.
Ələddin kepkasını gözünün üstünə çəkib uzaqlaşdı. Teymur onu çağırmadı, üzr istəmədi. Belə şeyləri bacarmırdı. Bundan sonra onlar çox az-az görüşür və ancaq qısa, rəsmi söhbətlər edirdilər. Ələddin daha axşamlar yoldaşlarını öz evinə çağırmır, onlarla stol başına oturmur, nərdi şaqıldatmırdı. Bir dəfə sürücülərdən kimsə Ələddini körpüdə gördüyünü xəbər verdi. Teymurun ürəyi bərk sıxılsa da, dinmədi…
Bir ilə yaxın idi ki, Teymur həmin qarajın müdiri işləyirdi. Bu müddət ərzində qarajda böyük dəyişiklik olmuş, möhkəm intizam yaranmışdı. İpə-sapa yatmayan sürücü-lər belə, ona hörmət bəsləməyə başlamışdılar. Onlar Tey-murun xasiyyətindəki bütün incəliklərə bələd olmuşdu-lar. Hətta qarajın həyətində aydan-aya çoxalan göyərçin-lər Teymura öyrəşmişdi. Buna görə də Teymurun məzu-niyyətə çıxması hamını məyus etmişdi. Elə bil qarajda çox qiymətli bir şey çatışmırdı. Teymur universitetin qiyabi şöbəsində oxuduğundan gecə-gündüz imtahanlara hazır-laşırdı. Arabir bərk yorulduqda iki-üç saat fasilə verir, tramvaya minib, özünü evlərindən çox uzaqda olan qaraja yetirirdi. Burada o, dispetçer qıza, göyərçinlərə baş çə-kər, qarajı gəzib dolanar, yenə evə qayıdır, yazı stolunun arxasına keçib gecəyarıya kimi inadla çalışardı. Belə gecə-lərdən birində onların həyət qapısı bərkdən döyüldü. Teymur cəld perncəyini çiyninə salıb eşiyə çıxdı və qaraj-da işləyən iki sürücünü görcək təəccüblə soruşdu:
– Gecə vaxtı xeyir ola?
– Yoldaş Cahangirov, bağışlayın, narahat edirik. Am-ma necə deyim, – deyə arıq, uzunboy sürücü udqundu və kömək istəyirmiş kimi yoldaşına baxdı.
– Axı, nə olub? – Teymur nə isə bədbəxt bir hadisə baş verdiyini hiss etdi. “Yəqin, avariya olub”. Bəs niyə bu ge-cə vaxtı? Axı gecələr maşınların hamısı qarajda olur. Təş-viş içində təkrar soruşdu, –Axı, nə olub?
Uzunboy oğlan bir də yanındakı yoldaşına baxıb titrək səslə dilləndi:
– Ələddin…
Teymur cəld onun yaxasından yapışdı.
– Yoxsa avariyaya düşüb?
Uzunboy sürücü ağır-ağır başını bulayıb üzünü yana çevirdi:
– Yox, maşını sağ-salamatdır. Amma kaş nə olurdusa, maşına olaydı.
Teymur iriləşmiş gözlərini o biri sürücünün üzünə dikdi. Çoxdan kövrəlmiş sürücü özünü saxlaya bilməyib hönkür-hönkür ağladı.
Teymur cəld həyətə atıldı. Şiddətli yağış yağırdı. Bu vaxt Cavahir çiynində şal qapıda göründü. Onun asta və titrək səsi eşidildi, – Ay bala, nə vacib düşüb, bu vaxt hara gedirsən, axı nə olub?
Sürücülər dinmədilər. Teymur isə qayıdıb anasını sakit elədi.
– Narahat olma ana, bir-iki maşını təcili rayona göndərmək lazımdır. Gec gəlsəm, nigaran qalma.
Onlar dar dalnlardan kəsə yolla Sovet küçəsinə endi-lər. Uzunboy sürücü heç bir qaydaya riayət etməyərək yük maşınlarının sürətini saatda yetmiş kilometrə qaldı-rır, Teymur isə, deyəsən, yetmiş üzərində oynayan əqrəbi görmürdü.
Tinlərin birində yağışdan islanmış bir kişi qoltuğunda iri bağlama irəli çıxdı və əlini qaldırdı. Maşının gur işı-ğında bu adamın üzü Teymura tanış gəldi. Deyəsən, Ça-pıq Şəmsi idi. “Görəsən, gecənin bu vaxtı hara tələsir?” –deyə fikirləşdi, – Qoltuğundakı nədir?”
Lakin indiki vəziyyətdə bir dəqiqə də ləngimək olmazdı. Maşın sürətini daha da artırdı. Yolda Ələddinin başına gələnləri təfsilatı ilə öyrəndi.
… Neçə gün idi ki, onların zavodu yeni bir sexi işə salmağa hazırlaşırdı. Sabah sex istismara verilməli idi. Buna görə direktor, baş mühəndis, sex rəisləri evlərinə getmə-miş, sexin işə salınması ilə məşğul olmuşdular. Çatışma-yan və yaxud düzəldilməsi vacib olan bəzi hissələr Keşlə-də hazırlanırdı. Bu hissələr hazırlandıqca bir-birinin ar-dınca zavoda göndərilirdi. Onları daşımaq üçün bir nəfər təcrübəli sürücü saxlamışdılar. Bu da Ələddin idi. Hissə-lər xırda olduğundan “ZİS-101” markalı minik maşınında daşımaq mümkün idi. Bir neçə reysdən sonra baş mühən-dis Ələddinə tapşırdı ki, gedib gözləsin və sonuncu hissə hazır olan kimi zavoda gətirsin. Bu hadisə axşam on bir radələrində olmuşdu. Saat birə işləmiş Keşlədən zavoda zəng vurub hissənin hazır olduğunu xəbər vermişdilər. Baş mühəndis maşının bir saat yarım bundan əvvəl gön-dərildiyini onlara demiş, onlar isə bir daha yoxlayıb maşının orda olmadığını bildirmişdilər. Bu, baş mühən-disə və zavodda olanlara çox qəribə gəlmişdi. Çünki ha-mı bilirdi ki, Montin qəsəbəsindən Keşləyə gedib qayıt-maq üçün ən çoxu on beş dəqiqə vaxt lazım idi. Bu nə olan iş idi? Ələddini tanıyanlar əvvəl belə qənaətə gəlmişdilər ki, yəqin bir yerdə tanış tapıb, ilişib qalmışdır. Axı o, məclisi, yemək-içməyi, şadlığı çox sevirdi. Bəziləri belə mülahizə yürüdürdülər ki, yəqin ailəsində bir hadisə baş vermişdir. Çünki yenə də uşağı olacaqdı. Buna görə də cəld Ələddinin evinə adam göndərib onu xəbər almışdılar və Ələddinin evdən günorta çıxdığını eşidib daha da təəc-cüblənmişdilər.
Nəhayət, milis şöbələrinə xəbər verib maşını axtarmağı xahiş etmişdilər. Qarajda işləyən bir neçə sürücünü də tə-cili çağırtdırıb Ələddini soruşmuşdular. Sürücülərən biri Keşləyə gedib hazır olmuş hissəni almış, iki nəfər isə milis şöbəsinin verdiyi dəhşətli xəbəri eşidən kimi cəld Teymu-run dalınca gəlmişdilər. Milis şöbəsinin verdiyi xəbərə görə maşın Nardaran qəsəbəsinin ucqar bir yerində tapıl-mışdır. Maşında heç bir qan izi görməyiblər. Ələddini isə küt bir şeylə öldürüblər. Onun peysərində yumruq boyda bir şiş vardı.
Teymur dəfələrlə cəbhədə yaralanmış yoldaşlarını qolları üstünə, yaxud çiyninə alıb atəş xəttindən kənara çı-xarmış, onların yaralarını sarımış, özü yaralanmış, əziz yoldaşlarının meyitini öz əli ilə basdırmışdı. Lakin o, heç vaxt ürəyində belə bir ağrı hiss etməmişdi. Ələddinin sək-kiz uşağı var idi; birini də gözləyirdi. Bəs o yazıq arvad bu qədər uşaqla necə bacaracaqdı? Bəs, görəsən, Ələd-dinin maşını Nardaran qəsəbəsinə, özü də ucqar yerə ne-cə gəlib çıxmışdı? Teymur nədənsəƏləddinin ona dediyi sözləri xatırladı:
“Başımdakı papaqdı, arvad ləçəyi deyil, Teymur. Ca-nım çıxar ailəmi özüm saxlaram. Özün bilərsən, istərsən heç mənə maşın da vermə, gedib körpüdə yük daşıya-ram”.
Teymura bir şey aydın idi ki, Ələddin məclissiz, qonaqsız dolana bilmirdi. O da, arvadı Qızxanım da hər ax-şam evlərində qonaq görməyə adət etmişdilər. Qonaq ol-mayanda darıxırdılar. Bəlkə Ələddinin maşını elə bu sə-bəbdən gedib Nardaran düzlərinə çıxmışdı. Teymurun ehtimalı həqiqətə çox bənzəyirdi.
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?