Электронная библиотека » Həsən Seyidbəyli » » онлайн чтение - страница 6

Текст книги "Cəbhədən cəbhəyə "


  • Текст добавлен: 28 октября 2022, 20:41


Автор книги: Həsən Seyidbəyli


Жанр: Современная зарубежная литература, Современная проза


сообщить о неприемлемом содержимом

Текущая страница: 6 (всего у книги 19 страниц) [доступный отрывок для чтения: 6 страниц]

Шрифт:
- 100% +

Hacı Ələkbər başını geri atıb gözlərini yumdu.

– Keçməz, bala.

– Bəsdir, Namazov! Sən çoxdanın tülküsüsən, özünü bilə-bilə bu görkəmə salıb gözə görünməyə çalışırsan. Sə-nin anbarından çıxan malların hamısı oğurluq, maldır.

– Sübut elə, mən də deyim hə…

– Son zamanlar evlərində oğurluq olmuş adamların bir çoxu sənin anbarından öz şeylərini tapmışlar.

Kişi dodaqlarını büzüb gözlərini süzdü:

– Nə bilim vallah, şeytan işidir. Amma mən iyirmi ildir bu peşənin sahibiyəm, əlimdə oğurluq mal tutulmayıb.

Səmədov cəld bədənini irəli verib iti baxışlarla Hacı Ələkbərin üzünə baxdı.

– Deməli, sən oğurluq malları başqa yerdə satır, ya da satdırırsan?

– Bir nəfər tap gətir, mənim üzümə dursun ki, mən ona oğurluq mal satmışam, ya da satdırmışam, sonra əlindən gələni elə!

– Belə bir adam var.

– Bilmək olmaz o kimdir, bala?

– Sənin oğlun.

Hacı Ələkbər yenə də başını geri atıb, gözlərini yum-du.

– Keçməz, bala. Bir də o mənə oxşamayıb. Fərsiz çıxdı.

– İndi oğlun hardadır? Nə vaxt qayıdacaq?

– Harda olacaq, səfərdə. Biqeyrət onun-bunun ayağı-nın altını süpürür, onun-bunun üçün yorğan-döşək salır. Bir də, nəçənnik, ondan əlinizi üzün.

– Bax, bu sualıma da dürüst cavab vermədin. Sabah yox, birisi gün axşam onun işlədiyi qatar Bakıya yetişə-cək, onunla da görüşüb danışarıq.

Hacı Ələkbər elə bil bu sözləri vecinə almadı:

– Allah qoysa…

Səmədov ona nəfəsini belə dərməyə macal vermədi:

– De, görüm, oğurluq malları kimdən alırdın?

Hacı Ələkbər, Səmədovun daz başına baxıb üzünü kənarda oturmuş Teymura sarı çevirdi və onun cod, qıvrım saçlarını göstərib dedi:

– Bala, bax, bu uşağın başının tükü qədər adamdan mal almışam, bir o qədər də adama mal satmışam.

– Yəni bu adamların heç birinin üzü yadında qalma-yıb?

– Mən adam alveri eleməmişəm, mal alveri eləmişəm, ona görə də gözüm həmişə malda olub. Sənin kimi oğru axtarıram ki, mal satanı sorğu-suala tutum?

Səmədov ayağa qalxıb karandaşı stolun üstünə atdı:

– Deməli, düzgün cavab vermək istəmirsən…

Hacı Ələkbər gülümsündü:

– Özünü yorma, bala!

Səmədov daha bir neçə sual verib bugünkü istintaqı bitirdi və Tərlanovla danışıb Hacı Ələkbərin oğlu Zeynalab-din Namazovu duyuq salmamaq şərtilə, ələ keçirmək qə-rarına gəldilər.

Əməliyyatı kiçik leytenant Teymur Cahangirova tap-şırdılar.

Teymur Cahangirovun ürəyinə yatan ilk maraqlı əməliyyat idi. Çoxdan idi ki, beləəməliyyatlar aparmağı arzu edirdi. O, bütün gecəni yatmayıb işi necə aparacağı haq-qında plan çəkdi. Gah özünü cinayətkarın, gah da əməliy-yat aparan milis işçisinin yerinə qoyurdu. Milis işçisi tələ qururdu, cinayətkar isə bu tələlərdən çıxa bilmək üçün minbir hiylə işlədir, elə bil milis işçisini imtahan edirdi. Bütün gecəni Teymur, həm özünün, həm də rəqibinin əvəzinə şahmat oynayan bir adamı xatırladırdı; özü də bu oyunda özünü aldatmır, ən gözlənilməz, ən çətin yol-lar axtarırdı. O ancaq səhərə yaxın yuxuya gedə bildi.

Adəti üzrə onu Seymur yuxudan oyatdı. Teymur ilk növbədə mərkəzi teleqraf stansiyasına gedib dünən və bu gün ərzində Moskva istiqamətində olan şəhərlərə göndə-rilmiş teleqramları yoxlamağa başladı. Bu işlə düz üç saat məşğul oldu. Əslində o qədər də tələsməyinə dəyməzdi, çünki Zeynalabdini Moskvadan gətirən 20 nömrəli qatar Bakıya sabah axşam yetişəcəkdi. Buna görə də Teymur əməliyyatı çox təmkin və diqqətlə aparırdı. Başqa-başqa stansiyalara vurulmuş eyni məzmunlu beş teleqrama rast gəldi. Özü də bu teleqramlar şəhərin müxtəlif yerlərində olan poçt şöbələrindən vurulmuşdu. Qəribə məzmunu vardı: “20 nömrəli Moskva-Bakı qatarının dördüncü va-qonundakı provodnik Zeynalabdin Namazova. İbrahimin qızı oldu, adını Turac qoydular, Ərəstun”.

Teleqramların biri Rostov, biri Armavir, biri Mineralnı Vodı, biri Qudermes, biri də Qroznı stansiyalarına vurul-muşdu. Teymur bu teleqramların əllə yazılmış əslini ona göstərmələrini xahiş etdi və ona verilən teleqramların ey-ni xətlə yazıldığını görüb daha da şübhələndi.

“Hə qəribə teleqramdır, – deyə Teymur daha da təəc-cübləndi. – Hamısı bir məzmunda… əgər bu ancaq İbra-him adlı bir adamın doğrudan da qızı olduğu haqqında göndərilən şad xəbərdirsə, bunun belə təcili, özü də qa-tarın gəldiyi istiqamətdəki beş böyük stansiyaya və baş-qa-başqa şöbələrdən göndərilməsinə nə ehtiyac var idi? Bir-iki teleqram göndərilsəydi, bəs deyildimi?”

Teymur yenə də bu teleqramların əlyazmasını gözdən keçirdi, hərflərin mirvari kimi düzülüb, qəribə bir tərzdə girdələndiyini görüb belə qərara gəldi ki, bu hökmən qa-dın xəttidir. Özü də bütün bu teleqramlar Teymuru ma-raqlandıran və yolunu həyəcanla gözlədiyi Zeynalabdin Namazova vurulmuşdu. Şübhəsiz ki, bu teleqramlar baş-qa məna daşıyırdı. Lakin qaydaya görə İbrahimin kim ol-duğunu yoxlamaq lazım idi. Bəlkə, bu İbrahim Namazov-gilin qohumları, yaxud yaxın qonşuları idi. Bəlkə doğ-rudan da Namazovgilin tanışlarından İbrahim adlı birinin qızı olmuş və onun adını Turac qoymuşdular. Burda qey-ri-təbii nə var idi ki? Qeyri-təbii görünən cəhətlər, əvvələn bu teleqramların bu miqdarda təcili vurulması, bir dəki, Ərəstun tərəfindən imzalanması idi. Şübhə doğuran üçüncü bir cəhət burasında idi ki, bu heç də oğlan xəttinə, özü də Ərəstun kimi dəcəl, dələduz bir oğlanın xəttinə bənzəmirdi. Teymur teleqramlardan birinin əlyazmasını götürüb birbaş milis idarəsinə gəldi və Namazovgilin İb-rahim adlı qonşuları, yaxud qohumları olub-olmadığını yoxlamağa başladı. Onların qonşuluğunda yaşayanlar içə-risində üç nəfər İbrahim adlı adam tapıldı. İbrahimlərin biri doqquz yaşında uşaq idi. Deməli, ikisi qalırdı. Sonrakı yoxlamalar göstərdi ki, qalan iki İbrahimin ailəsində isə son iki-üç il ərzində uşaq-zad doğulmamışdır. Nama– zovgilin qohumları içərisində də İbrahim adlı adama təsa-düf edilmədi. Deməli, bu teleqramın müəyyən bir məq-sədlə, özü də teleqramda yazılan sözlərə heç də uyğun olmayan bir məqsədlə, vurulduğu ehtimalı daha da artdı.

Saat birə yaxın Teymur Ərəstunun oxuduğu məktəbə gedib əvvəlcə məktəb direktoru ilə danışdı və vacib yox-lama üçün altıncı sinif şagirdi Ərəstun Namazovun inşa dəftərini istədi. Müdir Teymurdan xahiş etdi ki, bir az gözləsin, özü isə gedib Ərəstunun sinif rəhbərini tapdı, inşa dəftərini alıb Teymura verdi. Teymur Ərəstunun xət-tini teleqramdakı xətlə tutuşdurub teleqramın tamamilə başqa bir şəxs tərəfindən yazıldığına əmin olduqdan son-ra məktəb müdirinə təşəkkür edib getdi. Bir-bir teleqram-ların vuruluğu şöbələri gəzib həmin teleqramı vuran ada-mın sifətinin kimin yadında qaldığını dönə-dönə soruşdu. Beş şöbədən ancaq birində sarışın saçlı, üzügülər bir qız teleqrama baxıb çətinliklə nəyi isə xatırladı.

– Aha, deyəsən, yadımdadır, qadın idi.

– Sifəti, paltarı, saçı, boyu-buxunu necə idi? – deyə Teymur cəld soruşdu.

Qız güldü:

– Bu xırdaca pəncərədən nə görmək olur ki? Teleqramı mənə uzadanda bircəəlini gördüm. Nazik uzun barmaq-ları var idi. Özü də barmağında, deyəsən, təkqaş üzük gördüm.

– Üzüyün qaşı nə idi?

– Mən bilən, brilyant idi.

– Bəs sonra, yadında daha nə qalıb? – deyə Teymur bir az da qıza yaxınlaşdı. – Paltarı, səsi, sifəti…

– Sifətini görmədim, ancaq çənəsini gördüm, qəşəng çənəsi var idi.

– Dodaqları rəngli idimi?

– Yox.

– Bəs dırnaqları?

Qız bir qədər fikirləşib ağzını büzdü:

– Yadıma gəlmir. Bu pəncərədən içəri o qədər əl girir ki…

– Yaxşı, bəs səsi?

– Eh, bu çaqqa-çuqqun içərisində səs qalar yadda?

Teymur ondan əl çəkmək istəmirdi.

– Axı, bəzən adamın səsində elə xüsusiyyətlər olur ki, onu heç yaddan çıxarmırsan. Məsələn, biri pəltək olur, bi-ri görürsən müəyyən hərfi deyə bilmir, şirin danışır, biri yoğun səslə, o biri incə səslə danışır.

Qız yenə güldü:

– Bəs mən necə danışıram?

Teymurun qaradinməzliyi elə bil harasa yoxa çıxmışdı. O, qəribə bir dilavərliklə qıza cavab verdi:

– Sən çox qəşəng danışırsan, özü də qiyamət qızsan. Deyəsən, təkcə danışığın yox, xasiyyətin də xoşdur, am-ma gərək yadına salasan. De, görək, o qadınla heç bir kə-nar söhbət eləmədin ki?

– Nə söhbət?

– Yəni onun yazdığı teleqram sənə qəribə gəlmədimi? Onunla heç sorğu-sual etmədinmi?

Qız gözlərini qıyıb fikrə getdi, birdən ucadan səsləndi:

– Aha, dayanın, yadıma gəldi.Mən ondan soruşdum ki, nə vaxtdan Ərəstun qız adı olub? O dedi ki, qız deyil, oğ-landı. Soruşdum ki, bəs özü hanı. Güldü, dedi ki, naxoş-layıb.

Teymur astadan soruşdu:

– Daha heç bir şey xatırlamırsan?

Qız bir də fikirləşib ağzını büzdü:

– Yox… adam çox idi…

Teymur teleqrafçı qıza təşəkkür edib getdi.

Yarım saatdan sonra kapitan Tərlanovla görüşüb apardığı əməliyyatın gedişi haqqında ona məlumat verdi. Tər-lanov Teymuru diqqətlə dinləyib razılığını bildirdi, teleq-ramın əlyazmasını ondan alıb gözdən keçirdi və Teymuru imtahan edirmiş kimi soruşdu:

– Sən bilən, bu sözlərin əsl mənası nədir?

Teymur bütün günü apardığı əməliyyatın nəticəsi olaraq inamla cavab verdi:

– Bu aydın məsələdir: Zeynalabdin Namazova kimsə atasının ələ keçdiyini və onun özünün də ələ keçə biləcəyi haq-qında xəbərdarlıq edir.

– Sən bunu nədən bildin?

– Bu gün apardığım əməliyyatdan.

Kapitan Tərlanov şagirdinə dərs verən bir müəllim ki-mi suallarına davam etdi:

– Tutaq ki, sən əlinə keçən bu teleqramdan başqa heç bir əlavə məlumat toplaya bilməmisən, həm də Zeynalab-din Namazovdan şübhələnirsən, onu tutmaq istəyirsən və bilirsən ki, bu barədə ona xəbərdarlıq edə bilərlər.

Teymur bir müddət dinmədi, sonra məsələni həll edə bilməyən şagirdlər kimi astadan cavab verdi.

– Çətindir. Birinci dəfədir ki, mənə belə əməliyyat tapşırırsınız.

Tərlanov teleqramı Teymura uzadıb dedi:

– Bir də oxu.

Teymur oxudu və başını qaldırıb sualedici nəzərlə ka-pitana baxdı:

– Əgər burda bir adamın xəstələndiyi, yaxud başına bir qəza gəldiyi haqqında yazılsaydı, mən bunu hökmən qoca Namazovun tutulması və onun oğlu Zeynalabdin Namazovun tutula biləcəyi ilə əlaqələndirərdim. Amma bu teleqramın məzmununda bir şadlıq var, bu, xoş xəbər-dir.

Tərlanov mənalı-mənalı gülümsünüb soruşdu:

– Sən ömründə ova çıxmısanmı?

– Cəbhədə bir-iki dəfə olub. Ara sakitləşəndə üç-dörd yoldaş donuz ovuna çıxmışıq.

– Bəs turac ovuna necə?

– Yox.

– Heç bilirsən turac necə çığırır?

– Əgər yanılmıramsa el arasında belə rəvayət var, guya turac çığıranda: “dad məni tutdular” – deyir, – Teymur elə bil, birdən ayıldı. – Dayan-dayan, deməli, bu teleqra-mın əsas məqsədi turac sözü altında vəziyyəti Zeynalab-dinə çatdırmaqdır. – O, nədənsə, yenə də başına dəyən toppuzu, üzündə, gicgahlarında gəzən nazik barmaqları, “çəkil, Turac!” – deyə astadan əmr edən xırıltılı kişi səsini xatırladı və bu teleqramı göndərənin qızmı, qadınmı, ya kişimi olduğunu öyrənmək həvəsi bütün varlığına hakim kəsildi. “Bəlkə mən doğrudan da hər şeyi şişirdirəm, bəl-kə bu teleqramı doğrudan da Ərəstun yazmışdır, anası yaxud xalası ona başa salmış, o da gedib tanış-bilişlərin-dən birinə anasının xahişini bildirmiş və kimsə onun üçün belə bir teleqram vurmuşdur. Bəlkə də məni bir ne-çə il bundan qabaq tora salmış məchul Turac deyil, başqa bir adamdır, adı da başqadır. Bəlkə də özünə yaxşı ailə qurub. Mən nə üçün onu baş vermiş hadisələrdə müqəssir bilirəm? Nə üçün mən hər yerdə onu axtarıram?

Bütün bunlarla bərabər, kəşfiyyatçıya məxsus sövqi-təbii ilə Teymur hiss edirdi ki, Turac adlı məchul qız hələ də yaşayır. Özü də bu qız hardasa, lap onun qonşulu-ğunda olur. Amma Teymur onun üzünü görməmişdi. Bu qızın əsl adını da bilmirdi.

Tərlanovla məsləhətləşəndən sonra Teymur dəmir yo-lu stansiyasının milis idarəsinə gəlib əməliyyatın gedişini yoxladı, çünki səhərdən onlara teleqramın məzmununu bildirmiş və xahiş etmişdi ki, sabah Moskvadan Bakıya gələn 20 nömrəli qatarın dördüncü vaqonundakı provod-nik Zeynalabdin Namazovun həmin qatarda gəldiyini yoxlatdırmış və Rostovdan sonrakı stansiyalardan birinə tapşırılmışdı ki, Namazova göz olmaq üçün nəzarətçi qo-yulsun.

Həmin adam Bakıya qədər gəlib gözə görünmədən Zeynalabdin Namazovu Teymura təhvil verdi. Lakin də-mir yolu milis idarəsinin işçiləri ilə bir yerdəəməliyyat aparan Teymur Cahangirovun hər ehtimala qarşı nəzarət altına aldığı təkcə Zeynalabdin Namazov deyildi. Buna görə də o, əməliyyatı əla yerinə yetirdi.

Zeynalabdin Namazovu dayandırdıqda bu ortaboylu, çeviktərpənişli, qartalbaxışlı oğlan təəccübləndi və ardın-ca getməsini təklif edən Teymuru təpədən-dırnağa qədər süzüb dinməz-söyləməz onun dalınca düşdü. Onlar stan-siyadakı milis şöbəsinin otaqlarından birinə girdilər.

– Mən nə təqsirin sahibiyəm?– deyə, nəhayət, Zey-nalabdin kobud bir tərzdə soruşdu.

Teymur onun qarşısında dayanıb əllərini belinə vurdu və təmkinlə dilləndi:

– Bəs sənin çamadanın hanı?

– Nə çamadan?

– Yəni Moskva boyda şəhərdən əliboş gəlmisən?

Zeynalabdin həyasız-həyasız çiyinlərini atdı:

– Həmişə şaban, bir dəfə də ramazan. Üç gündən bir ordayam. Hər dəfə əlidolu gəlməyəcəm ki?

Teymur stansiyada qatar gözləyən iki nəfər sərnişini şahid kimi çağırıb milis serjantına əmr etdi:

– Axtarın!

Zeynalabdin özündən arxayın olduğu üçün müqavi-mət göstərmədi. Özü ciblərini çevirib kirlənmiş darağını, əzilib köhnəlmiş vəsiqəsini, 160 manat məbləğində pulu və hisdən qaralmış cib yaylığını stolun üstünə atanda Teymur dedi:

– Yaylığını götür. Deməli, sənin yanında bunlardan başqa heç bir şey yoxdur?

Zeynalabdin eyni kobud əda ilə cavab verdi:

– Axtarın. Tapsanız, bölərik.

Milis serjantı onun pencəyinin astarını, çəkməsinin içi-ni axtardı, yalnız saat qoyulan cibindən nazik ipə bağlan-mış çamadan açarı çıxdı.

– Bəs bu açarın çamadanı hanı?

– Bu açar mənim deyil. Sərnişinlərdən kimsə itirmişdi, tapmışam.

Teymur axtarış haqda protokol yazdırdı. Şahidlər isə qol çəkdilər. Amma Zeynalabdin qol çəkməkdən boyun qaçırdı. Teymur protokolu büküb cibinə qoydu.

Zeynalabdin Namazovun istintaqı çox uzanmadı. O, atası ilə heç bir əlaqədə olmadığını bildirdi və bu vaxta qədər heç bir qanunsuz iş görmədiyini sübut etməyə ça-lışdı. Lakin müstəntiq mayor Səmədov məsələni uzatmağı sevmirdi. O, Teymuru, Zeynalabdin Namazovdan qabaq dayandırıb bu milis şöbəsinə göndərdiyi Xeyri Aydəmiro-vu Zeynalabdinlə üzləşdirdi.

– Bu oğlanı tanıyırsanmı?

– Nöşün tanımıram, – deyə Zeynalabdin Xeyrini alt-dan-yuxarı süzüb fısıldadı. – Elə il uzunu bir yerdə gedib-gəlirik də!

Səmədov zəngi basıb tapşırdı ki, çamadanı gətirsinlər. Çamadanı gətirdilər. Bu, uzunluğu yarım metr olan nim-daş bir çamadan idi.

– Bu çamadan sizə tanışdırmı? – deyə Səmədov Zeynalabdindən soruşdu.

Zeynalabdin dönüb çiyni üstündən çamadana baxdı. Rəngi dəyişdisə də, həyəcanını, qəzəbini büruzə vermə-məyə çalışdı.

– Yoox, tanış deyil. Bəlkə sərnişinlərdən-zaddan birin-in yadından çıxıb vaqonda qalıb. – O, qanlı-qanlı Xeyriyə baxıb soruşdu:

– Ədə, bunu sənin əlində tutublar?

Xeyri qaşlarını çatıb dinmədi. Səmədov gülümsünüb stolun siyirməsindən kağıza bükülmüş bir açar çıxartdı və Teymura xahiş etdi ki, çamadanı açsın. Teymur açarı alıb çamadanı açdı. Qapağını ehtiyatla qaldırdı və Xeyri onun içində səliqə ilə bükülmüş yüzlükləri gördükdə gözləri az qaldı ki, kəlləsinə çıxsın.

– İndi bax, gör bu çamadan sənindir, ya yox, – deyə Səmədov Zeynalabdinə müraciət etdi. Zeynalabdin isə çamadana sarı baxmadan ayağını ayağının üstünə aşırıb, saymazyana-saymazyana cavab verdi:

– Yox.

– Elə isə nə təhər olur ki, sənin cibindən çıxan açar hə-min çamadanı açır?

– Mənim cibimdən heç bir açar-zad çıxmayıb.

Səmədov Teymura tərəf döndü:

– Yoldaş Cahangirov, o açar hardan çıxıb?

– Zeynalabdinin cibindən.

– Hansı cibindən.

– Saat qoyulan cibindən.

– Yalandır, – deyə Zeynalabdin yerindən sıçradı.

– Otur! – deyə Səmədov əmr etdi və hal şahidlərinin qol çəkdilkləri protokolu ona göstərdi.

Zeynalabdin ağır-ağır oturdu. Səmədov Xeyri Aydəmirova müraciət etdi:

– Bu çamadan sizindir?

Xeyri, aldanıb təhqir olunmuş adamlar kimi, dönüb Zeynalabdinə baxdı və qəti bir səslə cavab verdi:

– Yox.

– Bəs çamadanı sənə kim verib?

– Zeynalabdin.

– O, çamadanı sənə verəndə nə demişdi?

– Demişdi ki, bu gecə evə getməyəcək, buna görə də xahiş elədi ki, səhərə qədər çamadan bizdə qalsın. Demiş-di ki, səhər gəlib aparacaq.

– Zeynalabdin Namazov səndən tez-tez belə xahişlər edirdi?

– Yox, birinci dəfə idi.

– Sən bilirdinmi bu çamadanda nə var?

– Yox.

– Sən Zeynalabdinin Moskva ilə Bakı arasında olan stansiyalarda kimlərlə görüşdüyünü, nə ilə məşğul oldu-ğunu bilirdinmi?

– Yox.

– Neçə vaxtdır bir yerdə işləyirsiniz?

– İki ay olar.

Səmədov üzünü Zeynalabdinə çevirdi.

– Bəs sən deyirsən il uzunu bir yerdə olursunuz?

Zeynalabdin mızıldandı:

– Söz məsəlidir də, belə deyərlər.

Səmədov yenə də Xeyriyə tərəf döndü:

– Zeynalabdinlə bir yerdə işləməzdən qabaq onu tanıyırdın?

– Tanıyırdım.

– Onun hərəkətində, danışığında şübhəli bir şey gör-məmişdin?

– Yox, ancaq biliridm ki, özünə görə hörməti var, əli-açıq oğlandır.

Səmədov gülümsündü, gözlərinin ətrafında qırışlar əmələ gəldi:

– İnanan daşa dönsün.

Xeyri sadəlövhlüklə dedi:

– İnanın, yoldaş müstəntiq, bir şey görsəydim, deyərdim. Bax, bu çamadanı o verib, deyirəm. Gizlətmirəm. Amma pulları hardan yığıb, adam soyub, adam öldürüb, ev yarıb, bilmirəm. Axı mən gündüzlər işləyirəm, bu ge-cələr. Deməli, o işləyəndə mən yatıram. Adam o qədər yorulur ki, heç top səsinə də oyanmırsan.

Səmədov əlindəki karandaşı oynadıb adəti üzrə özünü irəli verdi:

– Bəs qatar Bakıdan çıxanda ikiniz də oyaq olmursu-nuz?

– Oyaq oluruq. Camaata yorğan-döşək verib, biletləri yığıb, hər işimizi sahmana salandan sonra mən yerimə uzanıb yatıram.

– Deməli, Zeynalabdinin özü ilə kupeyə ağır yük gətirdiyini heç vaxt görməmisən?

– Yox.

– Axı, belə şey ola bilməz.

Xeyri Aydəmirov nə isə fikirləşib müstəntiqin sto-luna yaxınlaşdı:

– Yoldaş naçalnik, bəlkə o yük deyirsiniz, nə deyirsi-niz, o şeyi məndən gizlətmək üçün əvvəlcədən yolumuz-dakı stansiyalardan birinə göndərir, sonra da gecəyarısı alır. Çünki bizim kupenin aşağı yeri həmişə onundur. Ora gecələr bağlı olur, gündüzlər də üstündə yatır… – Xeyri yenə də nə barədə isə fikirləşdi və tərəddüdlə əlavə etdi, – Açığı mənə elə gəlirdi ki, alicənablıq edir.

Səmədov, deyəsən, Xeyri Aydəmirovun sözlərində müəyyən həqiqət görürdü. O, karandaşının yonulmamış ucunu ağır-ağır stola vuraraq nə barədə isə fikirləşdi və başını qaldırıb mülayim bir səslə dedi:

– Sən gedə bilərsən, Xeyri Aydəmirov.

Ertəsi gün səhər tezdən Teymur Xaçmaz rayonuna yo-la düşdü. Dəmir yol milis şöbəsinin köməyilə Parsadanov familiyalı ortayaşlı adamı özlərilə Bakıya gətirdilər. Bakı –Moskva qatarı yola çıxmamışdan əvvəl oğurluq malları Xaçmaza Parsadanov aparırmış. Orda 19 nömrəli Bakı-Moskva qatarını gözləyir və yoldaşını yuxuya vermiş Zeynalabdin həmin şeyləri ondan alıb öz yerində gizlədir-miş. Teymur, Tərlanovun köməyilə daha bir şeyi aşkara çıxartdı. Zeynalabdin onunla işləyən yoldaşlarında şübhə oyatmamaq üçün hər iki-üç aydan bir, başqa-başqa pro-vodniklərlə yola çıxırdı. Ona bu işdə kömək edən adamlar Zeynalabdinin bu şıltaqlığını ancaq xasiyyətinin tündlüyü ilə izah edirdilər.

Parsadanov təqsirini tez boynuna aldı və Zeynalabdi-nin üzünə durub oğurluq malı ondan qəbul etdiyini və onun üçün Xaçmaza daşıdığını təsdiq etdi. Bundan sonra ata ilə oğulu üzləşdirdilər.

Qoca Namazov oğlunu uzun-uzadı süzüb quru barmaqları ilə batmış ovurdunu bir müddət ovuşdurdu, sonra gözlənilmədən “fərsiz övlad” deyib onun üzünə tü-pürdü.

Səmədov ata ilə oğlunu diqqətlə süzüb ayağa qalxdı.

– Deməli, daha bir şey aydın oldu. Sənin verdiyin oğurluq malları oğlun Zeynalabdin satırmış. Etirazınız yoxdur ki?

Hacı Ələkbər Namazov saxta bir səmimiyyətlə, həm də yana-yana dilləndi:

– Mərhəba! Mənim anbarımda oğurluq mal olduğunu gəlib sizə xəbər verənə mərhəba! – Birdən dayanıb nə isə fikirləşdi və maraqla soruşdu, – İndi de, görüm, nəçənnik, o xəbərçiyə mənim anbarımdan bir şey düşəcək, ya yox?

– Sən hamını öz arşınınla ölçürsən, Hacı Ələkbər, –deyə Səmədov istehza ilə gülümsündü.

Hacı Ələkbər yana-yana sözünə davam etdi:

– Amma gəlib mənə desəydi ki, bəs sənin evini yıxmaq istəyirəm, anbardakı maldan bir az ona verib, ağzını qıfıllardım. İndi, necə deyərlər: Əli aşından da olduq, Vəli aşından da. Nə ona bir şey düşdü, nə mənə.

Səmədov ucadan güldü:

– Yox, Hacı Ələkbər, sənin payına bir şey düşəcək, am-ma bəzi məsələlərdə bizə kömək etsən, təqsirin bir az yumşalar.

Hacı Ələkbər gözlərini qıyıb maraqla Səmədovun üzü-nə baxdı:

– O necə məsələdir, nəçənnik?

– Bizim üçün hələ də şübhəli qalan məsələlərdir. Misal üçün, bu oğurluq malları kimdən alırdın, o teleqramı Zeynalabdinə kim vurmuşdu? Bir-iki belə adamın adını de-sən, kifayətdir.

Hacı Ələkbər adəti üzrə başını geri atıb gözlərini yum-du.

– Keçməz, nəçənnik.

Səmədov gülümsündü:

– Nə üçün?

– Ona görə ki, artıq tamah baş yarar. Mənim başım çə-kib, nəçənnik. Məsəl var, çox yemək adamı az yeməkdən də qoyar. Bu işi elə biz üçümüz görürdük. Parsadanov, o fərsiz, bir də mən… o ki qaldı o telə, görəsən, uşaqlardan hansı ona-buna yazdırıb göndərib. Mən evdən çıxanda tapşırdım ki, Zeynalabdinə belə bir tel vursunlar, – Hacı Ələkbər nəfəs alıb damağını marçıldatdı və əlavə etdi. – Bir də ki, mənim yaşıma baxma, hövsələsizəm, mənə “al-tıaylıq Hacı Ələkbər” deyərlər, tez elə, işi ver məhkəmə-yə, yoxsa içindən qəmbərqulu çıxar. Nə öz başını ağrıt, nə də bizim.

Tərlanov nə qədər çalışdısa, bu işləəlaqədar olan heç bir yeni izə düşə bilmədi. Onlar həmişəki kimi müstəntiq Səmədovla razılaşıb işi qurtarmış hesab etdilər və məhkə-məyə verdilər…

* * *

Oktyabr ayının ortaları idi. bir səhər Teymur işə çıxan-da Tərlanov onun üzünü tüklü görüb soruşdu:

– Bu nədir, yoldaş Changirov, yoxsa saqqal buraxır-san?

Teymur qaşlarını çatıb cavab verdi:

– Yox, yoldaş kapitan, bu gün mənim yaxın bir dostu-mun ilidir.

– Həmin o sürücü olmaya? Gərək ki, adı Ələddin idi, elədi?

– Bəli.

Kapitan Tərlanov kürsüyə əyləşib yumruğunu stolun üstünə vurdu.

– Gərək bu əməliyyatı mən aparaydım, – Birdən Tey-mura sarı döndü, – Yəni bu vaxtadək o cinayətin üstünü aça bilməyiblər?

– Yox.

Kapitan Tərlanov qıyılmış gözlərini məchul bir nöq-təyə zillədi.

– Necə bilirsən, Cahangirov, əgər bu əməliyyatı mən aparsaydım, onlar mənim əlimdən qaça bilərdilərmi?

Teymur nədənsə bir az gec cavab verdi:

– Mənə elə gəlir ki, onlar çox təhlükəli, həm də çox hiy-ləgər cinayətkarlardılar.

– Bəs bizim bu vaxtadək tutduğumuz cinayətkarlar onlardan az təhlükəlidir? Elə “inkassator” əməliyyatını, ya-xud Hacı Ələkbər Namazovun əməliyyatını götür.

– Kim bilir, – deyə Teymur ehtiyatla dilləndi, – bəlkə də, bizim ələ keçirdiyimiz bu adamlar böyük cinayətkar bir dəstənin üzvüdürlər.

Tərlanov güldü:

– Mən bir şeyi müşahidə etmişəm, Cahangirov. Sən çox xəyalpərəstsən. Çox şişirdirsən. Bir qədər cəld tərpən-məyə adət et. Məsələn, elə o teleqram əhvalatını götür. Onun adi teleqram olmadığını aydınlaşdırmaq üçün sən, gör nə qədər vaxt sərf etdin. Halbuki, ancaq təkcə “Turac” sözünün sirrini açmaq kifayət idi.

Teymur başını aşağı salıb astadan dilləndi:

– Siz çox təcrübəlisiniz, yoldaş kapitan. Bəzən sizə lap paxıllıq edirəm.

Kapitan Tərlanov bu cavabdan razı qalıb ayağa qalxdı, yaxınlaşıb dostcasına əlini Teymurun kürəyinə vurdu:

– Yaxşı, get – dedi. – Deyəsən, qəbir üstə tələsirsən. Mən axşam burda olacağam.

– Sağ olun.

Teymur çıxdı və birbaş yuxarı məhəlləyə, ordan isə qəbiristanlığa sarı üz tutdu. O, qəbirlərin arası ilə ağır-ağır addımlayır, gözlərini kiçik təpəcik üzərində ağaran başdaşının ətrafında toplaşmış bir dəstə uşaqdan ayıra bilmirdi. Qızxanım başını qəbrin üstünə qoyub ağlayırdı. Uşaqlar da gözlərini analarına dikmişdilər. Teymur on-lara yaxınlaşıb bir müddət dinməzcə dayandı, sonra eh-mallıca əyilib onun çiyinlərindən tutdu və qaldırdı:

– Bəsdir, özünü üzmə, Qızxanım bacı.

Qızxanım onu görən kimi:

– Ay Ələddin, gör sənin yanına kim gəlib! – deyə daha da bərkdən hönkürdü. – Yazıq Ələddin, nə qapın var, nə pəncərən.

Teymur başını aşağı salıb yenə dilləndi:

– Qızxanım bacı, bəsdir! – Araya söz salmaq üçün əla-və etdi. – Üstünün daşını, mərmərini sifariş vermişəm. İli üçün qəbri tilikib qurtarar.

Qızxanım gözlərini silib birdən-birə sakitləşdi:

– Biz sabah yola düşürük.

– Hara? – deyə Teymur təəccüblə soruşdu:

– Sabirabada. Qardaşım gəlib dalımızca. Deyir, bu qə-dər yetimlə burda qalmağın nə mənası? Gedək, deyir, kəndə, atan evinə. Uşaqlar da böyüyüb, yavaş-yavaş kol-xozda işlərlər.

Teymur bir qədər fikirləşib razılaşdı:

– Pis olmaz… Kömək-zad lazım deyil ki? Puldan-zaddan…

Qızxanım ağlamaqdan qızarmış gözlərini qaldırıb tə-şəkkürlə ona baxdı:

– Yox, sağ ol, Teymur qardaş, onsuz da bizim zəhmətimizi çox çəkmisən, daha qardaşım burdadır. Atam evində bizim üçün pis keçməz.

O, ayağa qalxıb əlinə bir daş aldı, müvəqqəti qoyulmuş başdaşını cızdı və uşaqlara sarı dönüb dedi:

– Nə durmusunuz?

Uşaqlar da yaxınlaşıb anaları kimi hərəsi əlinə kiçik bir daş aldı, qəbrin başdaşını bir-bir cızıb, çəkilib kənarda dayandılar. Qızxanım başını çiyninəəyib onlara nəzər yetir-di və etinasız bir tərzdə dedi:

– Rəhmətliyə deyərdim ki, bu qədər uşaq nəyə lazım-dır? Deyirdi ki, nə qədər cavanıq qoy olsun. Maşallah, hürküdüb saymaq lazımdır. – Sonra fikirli-fikirli qəbrə baxdı, dərdli-dərdli təkrar erdi, – Nə qapın var, nə pən-cərən.

Teymurun ürəyi kövrəldisə də, özünü güclə saxlayıb astadan dilləndi:

– Nə eləmək olar. Qızxanım bacı, dünyanın işi belədir. Ələddin səni tək qoyub getmədi. Gör, sənin evinin nə qə-dər kişisi var.

Onlar ağır-ağır qəbiristanlıqdan çıxdılar və aşağıda Xəzərin gömgöy sularından baş alıb pillə-pillə ucalan şəhərə sarı addımladılar.

6

– Ay bala, ay oğul, axı mən də qocalıram, bu gün va-ram, sabah yox. Niyə bir tərpənmirsən? Deyirsən, yəni özüm qonum-qonşunun evinə gedib bir qız tapım, qolun-dan tutub sənin üçün gətirim? – deyə Cavahir yarızara-fat-yarıciddi halda Teymurun üstünə düşmüşdü.

Teymur dinmirdi, ancaq gülümsünürdü.

– Ay bala, axı niyə dinmirsən, niyə ananı üzürsən, məndə ürək var bəyəm?

Teymur ayağa qalxdı anasını qucaqladı. Cavahirin zəif bədəni onun qolları arasında əridi.

– Maşallah, hər əlinin ağırlığı bir mənimcə olar. Bil-mirəm, niyə yeyib-içib dünyadan vaz keçmisən?

– Gəlin, nəvə istəyirsənsə Seymuru evləndir. Əlində yaxşı sənəti, savadı, özü də gül kimi oğlandır.

– Belə iş olar?! Heç böyük qardaş qala-qala, kiçiyi ev-ləndirərlər? Bu harda görünüb? Allah göstərməsin, kor-san, şilsən, nə olub sənə?

Teymur dəhlizə çıxıb qapı ağzında cütlənmiş uzunboğaz çəkmələrini gətirdi və geyinə-geyinə dedi:

– Məni gözləməli olsan çox çəkəcək, ana. Heç özüm də bilmirəm ürəyim nə istəyir. Bir də ki, mənim xoşa gəl-məyim çətin məsələdir.

Cavahir lap özündən çıxdı, onun gözləri iriləşdi:

– Bıy, sənə nə olub ki? Minnətləri olsun, namxuda maşallah, boy-buxun səndə, ağıl səndə. Bu yandan da ali təhsil alırsan. Bir də ömrün böyu milisdə işləməyəksən ki?

Teymur papağını başına qoyub, üst-başını rahladı və anasına yaxınlaşıb ciddi, həm də mehriban bir nəzərlə onun üzünə baxdı:

– Ana, düz üç ildir, sən bu söhbəti mənimlə edirsən. Sən gəl Seymur üçün əlyeri qoy, toyunu eləyək. O ki, qal-dı mənə, bilmək olmaz, bəlkə mən heç evlənmədim, ya da, bir də gördün birinin əlindən tutub gətirmişəm ki, ana, necə deyərlər, xeyir-dua ver!

Cavahir qaşlarını təəccüblə dartdı.

– Belə olmaz! Axı mənim arzu-kamım var.

– Qoy əvvəl mən bir ürəyimə yatan qıza rast gəlim, sonra nə istəyrisən elə.

Teymur vidalaşıb otaqdan çıxdı. Cavahir adəti üzrə astadan onun dalınca səsləndi:

– Teymur, oğlum, yolda tramvaydan, maşından mu-ğayət ol.

– Yaxşı, ana, nigaran qalma.

Küçələrin birindən keçəndə Teymur serjant Babayev-lə görüşdü. Babayev qırx yaşında olardı. Özü də yaman məzəli adam idi: gülməzdi, amma başqalarını həmişə gül-dürərdi. Onunla bir yerdə olanlar çox vaxt başa düşməz-dilər ki, bir sözü Babayev ciddi deyir, yoxsa zarafat edir. İndi də ciddi bir tövrlə Teymuru salamlayıb:

– Yoldaş Cahangirov, – deyə sirli bir xəbər verirmiş kimi astadan dilləndi, – bu yaxınlarda bir ev var, yanın-dan keçəndə mənə bir şey şübhəli göründü.

Teymur elə bildi ki, serjant həmişəki kimi yenə zara-fat edir:

– O nə şeydir?

Babayev yan-yörəsinə baxıb astadan dedi:

– Zınqırov səsi.

Teymur güldü:

– Nə olsun ki? Buradakı həyətlərin çoxunda qoyun, inək saxlayırlar. İndi, görəsən, uşaqlar o zınqırovu hansı quzunun boynuna bağlayıblar.

Kapitan Tərlanovun dediyi “sən xəyalpərəstsən” sözlərindən sonra Teymur öz hislərini, müşahidələrini bir qə-dər tənqidi nəzərdə yoxlamış və belə qərara gəlmişdi ki, “bəlkə doğrudan da hər kəsdən, hər şeydən bu qədər şüb-hələnməyim yersizdir?” Bakıda bir milyona yaxın adam yaşayırdı. Axı Teymurun axtardığı cinayətkarlar bu bir milyonun içərisində bir heç idi. Niyə o, hər kəsə şübhə ilə baxırdı? Odur ki, indi də serjant Babayevin dediklərinə əhəmiyyət vermədi. Bir də ki, serjantın bunu ciddi və ya zarafatla dediyini hələ təyin etməmişdi.

– Yoldaş Cahangirov, o zınqırov qoyunun-quzunun boynunda deyil… Mən bu səsi eşidən kimi qulaqlarımı şəklədim. Bir qoca kişi bu həyətin qapısını iki dəfə açıb-bağladı. Qapı çırpılan kimi zınqırov çalındı.

Teymur dönüb Babayevin üzünə baxdı:

– Deyirsən, yəni qoyunu qapıya bağlayıblar?

– Yox, zınqırovu qapının üstünə vurublar. Özü də içəri tərəfdən. Qapının yayı var, açılan kimi özü örtülür, örtüləndə də zınqırov səslənir.

– Bəlkə elə zınqırovu o qoca vurub qapıya? Bu məhəl-lədə belə şeylər çox olur. Məsələn, hansı hasarın üstünə baxsan, ki-çik yeldəyirmanı görərsən, uşaqlar qayırıblar.

Serjant Babayev başını buladı:

– Nə deyirəm, amma mənə elə gəlir ki, o, zınqırovu qapıya qəsdən vurublar. Bir də ki, həyət yaman böyük-dür. Ev içəri tərəfdədi. Deyirəm, bəlkə o zınqırov gəlib-gedənlər haqqında evdəkilərə xəbər verir?

– Xəbər verəndə nə olar ki?

Serjant Babayev təəccüblə Teymura baxdı:

– Yoldaş Cahangirov, sizi tanımaq olmur. Siz qabaq-lar hər şeyə fikir verirdiniz. Axı nə üçün qapıya zınqırov vurublar?

– Görünür ki, zarafat eləmirsən, – deyə Teymur yox-layıcı bir nəzərlə Babayevi süzdü.

– Bu da sözdür? Doğru deyiblər ki, yalançının evi yandı, inanan olmadı. Canın üçün zarafat eləmirəm.

– Elə isə yoxlaya bilrəsən. Gör orda kim yaşayır, nə-çidir, nə işlə məşğul olur? – Teymur ayaq saxladı. – Am-ma ev sahibi şübhələnməsin, yaxşı deyil. Bəlkə də nəcib bir adamdır, həyətinə dələduzların girməməsi, ənciri, üzümü aparmaması üçün qapıya zınqırov asıb ki, xəbər tutsun.

– Nə deyirəm ki, ehtiyat igidin yaraşığıdır.

Teymur, Babayevdən ayrılıb yoluna davam etdi. So-vet küçəsinə çatıb buranı şəhərdən ayıran daş bəndə ya-xınlaşdı. Adəti üzrə bir anlığa istəkli Bakısının seyrinə daldı. Yastı damlar pillə-pillə enir, pərakəndə halda ətrafa səpələnmiş birmərtəbəli binalar get-gedə ucalır, cərgələ-nib qəşəng geniş küçələr boyu uzanır, yaşıl bağların ətra-fını hərlənib hər tərəfdən saysız-hesabsız çaylar kimi də-nizə sarı üz tuturdu. Bakının görünüşündə bir əzəmət, bir qürur duyulurdu.

Внимание! Это не конец книги.

Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!

Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации