Текст книги "Səbahəddin Əli haqqında xatirələr"
Автор книги: Коллектив авторов
Жанр: Биографии и Мемуары, Публицистика
сообщить о неприемлемом содержимом
Текущая страница: 2 (всего у книги 10 страниц) [доступный отрывок для чтения: 3 страниц]
Mənim yaþlý riyaziyyat müəllimim vardý. Adý Tahir müəllim idi. Daha əvvəl böyük qardaþýmýn da müəllimi olubmuº. Həmiºə mənə, – “Sənin qardaþýn alnýndan öpüləsi tələbəm idi”, – deyərdi. Ailəmin dayaðý olan böyük qardaþý görməyi o qədər çox istəyirdim ki.
Onunla baðlý xatirələrim, onsuz da, kəsik-kəsikdir. Sýra ilə düºündükdə onu ilk dəfə harada, necə gördüyümü yaxþý xatýrlamýram da.
Almaniyadan qayýtmýþdý. Konyaya alman dili müəllimi olaraq getdikdə orada bir ev tutub anamla məni də yanýna dəvət etdi. Ədrəmitdəki aðýr günlərimiz bitmək üzrə idi. Sevincimdən uçurdum.
Konyaya gedib çýxdýq. Qəhvəyi rəngli, yaxasý xəzli paltosu, çərçivəsiz eynəyi ilə indi də gözümün önündədir. Bir də həmiºə gülən üzü… Onun bəzən gülə-gülə danýþan vaxtý olurdu. Həmin an özünəməxsus ºəkildə həm gülür, həm danýþýrdý – özü də sürətlə – amma sözlər aðzýndan tam mənasý ilə tökülürdü. Bir gün məktəbdən qayýdarkən yolda qarþýlaþdýq. Evə birlikdə gəldik. O, içəriyə girmədən anama, – “Bu axºam məni yeməyə gözləməyin, bir az gec gələcəyəm, prokurorluqdan çaðýrýblar”, – dedi. Heyif ki, geri qayýtmadý. Biz əþyalarýmýzý toplayýb yenidən Ədrəmitə qayýdarkən onu Konya həbsxanasýnda ziyarət etdikdən sonra ayrýldýq. Dostu Pertev bəy bizi tək qoymayýb yola saldý. Bu kədərli günlər Sinop qalasýnýn baþlanðýcý idi. Konyadaký üçaylýq sakitlikdən sonra kədərli günlərimizin sayý daha da artdý. Bunu xüsusilə qeyd etmək istərdim ki, qardaþým bütün dost və yoldaþlarýna qarþý çox səmimi, mehriban idi, riyakarlýq və sünilikdən iyrənirdi. Lakin qýsa ömründə sevdiyi yeganə və gerçək insanýn Pertev Naili Boratav olduðuna tamimlə əminəm. Təbii ki, yaxýnlarýný nəzərə almasaq.
Bu arada, yenə də həqiqi dostluq və insanlýq hadisəsini danýþmadan keçə bilmərəm. Ədrəmitə qayýtdýqdan sonra onun uþaqlýq dostu Mustafa Seyid Sutüvən bir gün bizə gəldi. Özü Ədrəmitlidir. Böyük qardaþýmla danýþýb qərar verdiklərini, onun bizə əvvəlki kimi pul göndərəcəyini, bizim də pulu ondan alacaðýmýzý bizə bildirdi. Beləcə, qardaþým həbs müddəti ərzində maaþýmýzý kəsməmiº oldu. Aradan uzun illər – bəlkə də, səkkiz-on il keçdikdən sonra bir gün böyük qardaþým sözarasý həbsdə yatarkən pul sarýdan əziyyət çəkdiyini, dostlarýnýn yardýmýndan baþqa, heç bir gəliri olmadýðýný danýþarkən ona diqqətlə qulaq asan anam dedi: “Ah oðlum, amma yenə də bizim pulumuzu Mustafaya göndərməyi bir dəfə də olsun, unutmadýn”, – dedi. Qardaþým heyrət içində qalýb, – “Bu necə olur? Mən Mustafaya pul göndərməmiºdim”, – soruºdu. Bunu və təbii ki, borcunun miqdarýný da Mustafadan soruþarkən onun, – “Dostlar arasýnda belə ºeyin sözü olmaz ki. Mənə borcun yoxdur”, – söylədiyini də qardaþýmdan öyrənmiºdim. Hətta öz yaxýnlarý tərəfindən təqdir edilməyən Mustafa Seyid Sutüvən məhz belə adam idi. Demək ki, dostlarý ailəmizə sahib çýxmýþdý.
Sonra özümü Ankarada Necati Bəy Ýbtidai məktəbi qarþýsýndaký bir mənzilin balaca çardaðýnda xatýrlayýram. Bu dəfə evli idi və anamý deyil, sadəcə, məni yanýna gətizdirmiºdi. Bu da bir dərs ili davam etdi. Yayda yenə Ədrəmitə qayýtmýþdým. Onlar da əsgərliyinə görə Ýstanbula getmiþdilər. Həmin evin bir adam boyundan alçaq, getdikcə yerə doðru enən və tavaný yerdə bitən kiçik otaðý vardý. Qardaþýmýn kitab otaðý idi. O, əyri tavana və iki yan divara dünya yazýçýlarýnýn þəkilləri yapýþdýrýlmýþdý. Yerdə də dikinə duran, yan-yana sýralanmýþ, qapý səviyyəsinə qədər yýðýlmýþ kitablar vardý. Bu otaða girər, kitablarýn tozunu alar, qapýdan baxar və – “necə də gözəldir, elə deyilmi?” – deyərdi. Tavana yapýþdýrýlmýþ hər yazýçý þəklinin səviyyəsinə qədər həmin yazýçýnýn bütün əsərləri düzülmüºdü. “Beləcə, tapmaq asan olur”, – deyərdi.
Bundan sonraký xatirələrim Ankaradaký “Qərənfil” küçəsində, yenə də çardaqda, amma daha yaxþý vəziyyətdə olan evində hissə-hissə davam edir və bitir. Məktəb tətilləri vaxtý, bəzən təkbaþýma, bəzən də anamla getdiyim o evdə qardaþýmýn həyat yoldaþý ilə yanaþý, artýq Filiz də var idi.
Artýq aðlým kəsdiyi üçün böyük qardaþýmý orada daha yaxþý tanýmýþdým. Qapýsý dostlarýnýn üzünə hər zaman açýq olduðuna görə mən də orada xeyli adamla tanýþ olmuþdum. Evli dostlarý ilə yanaþý, tələbələri də ona baº çəkərdi. Evindəki kimi ailə, dostlar və öz tələbələri ilə apardýðý bu zaraftyana, məlumatverici, son dərəcə açýq və səmimi söhbətlərə həyatým boyunca baþqa yerdə rast gəlməmiºəm. Bir otaq dolusu insan içində o elə hey danýþýr, yaþlý da, gənc də ancaq ona qulaq asýrdý. Oradaký insanlarýn üzündən qardaþýmýn heyranlýq və hörmətlə qarþýlandýðýný görürdüm.
Sahib olduðu böyük kitabxanasý artýq yerdə deyildi. Bir qismi hündürlüyü tavana dəyən ºüºəli kitab rəflərində qorunurdu. Amma yenə də bir qismi arxa otaqda sandýqlarda saxlanýrdý. Dostlarý ilə söhbət əsnasýnda qalxar, kitab rəfindən bir kitab götürər, haqqýnda danýþýlan mövzularý daha da yaxþý izah etmək üçün kitabdan parçalar oxuyardý.
Bir gün onunla görüºmək üçün bir tələbəsi gəlmiºdi. Sonra qardaþým onu qapýdan yola salarkən tələbəsi ondan bir kitab istədi və əlavə etdi: “Tanýnmýþ yazýçýnýn əsəri olsun, müəllim”. Böyük qardaþým onda belə cavab verdi: “Tanýnmýþ yazýçý axtarma, insan yazýçýný kitab oxuya-oxuya tanýyar”. Bu cümləni heç unutmaram.
Kitablarýný oxumaq üçün verdiyi hər kəsə onu təmiz saxlamasýný mütləq tapþýrar, əlindəki dəftərçəyə kimə hansý kitabý verdiyini yazar və geri qaytarýldýqda da o dəqiqə silərdi.
Nurullah Ataç da tez-tez gələr, anamýn hazýrladýðý ev əriºtəsini çox xoºlayardý. Bir gün Nurullah bəy anama, – “Oðlunuz ucu-bucaðý olmayan bir intellektə sahibdir, bu-nu bilirsinizmi?” – demiº, anam da ona təºəkkür etmiºdi.
Klassik qərb musiqisini çox xoþlayýrdý, evə gələn kimi daim radioda axtarýb tapar, zövqlə dinləyərdi. Mənə də izah edərək deyərdi: “Bax, Vyana meºələri, anlayaraq dinləməyə çalýþ, gör nə hiss edəcəksən”.
Onu heç vaxt kədərli görməmiºəm. Bəzən də öz-özünə oxuduðu mahnýlar vardý ki, heç yadýmdan çýxmýr. Onlarý eþitdikdə qardaþýmý xatýrlayýram: “Ata minəsim gəldi, hay dah dah, yara gedəsim gəldi”. Ondan baºqa, heç bir yerdə eºitmədiyim mahnýlarý zümzümə edər, qardaþým arvadý da, – “Bəsdir, Səbahəddin, bu nə mahnýdýr?” – dedikdə zarafatyana təkrarlayardý: “Tabutumun altý çatlaq, məni vuran məndən alçaq, sol böyrümə girdi býçaq, yar yar aman…”
Demə, taleyinin mahnýsý imiþ, bizim xəbərimiz yox.
ALÝYə ƏLÝ
Birlikdə olduðumuz günlər
Təxminən 1933-cü il idi. Həyat yoldaþým Səbahəddin Əli Ýstanbulda yaþayan Gülhanə xəstəxanasýnýn baþ farmasepti Saleh Baþotaçýn evinə qonaq gəlmiºdi. Səbahəddinlə tanýþlýðým o ailə ilə qonþu olduðumuza görə baº tutdu. Suadiyəyə – dənizdə çimmək üçün qrup halýnda yola düþdük. O vaxt indiki Suadiyə çimərliyinin olduðu yer açýq dəniz idi. Bir dəfə də yenə qrup halýnda Ýçərənköyündə olunan bir sünnət toyuna yollandýq. Bir-iki saat toyda qaldýq, qayýtmaq istədikdə Səbahəddin artýq yanýmýzda deyildi. Gedərkən onu bir aðacýn altýnda oturub istifadə etdiyimiz fənərlə kitab oxuyan vəziyyətdə tapdýq. “Gedirik”, – deyildiyi zaman yerdən qalxdý və fənəri mənim üzümə tutaraq gözlərimin içinə xeyli baxdý. Səbahəddin məndə maraq oyatmamýþdý. Mənim Saleh bəyin həyat yoldaþýnýn böyük qardaþý olan kapitan, donanma mühəndisi Muhiddin bəydən xoºum gəlmiºdi. Ona aºiq deyildim, yaºça məndən olduqca böyük idi. Muhiddin bəy qrup halýnda çöldə gəzdiyimiz vaxt fotoºəkillərimizi çəkərdi. Mənimsə onlarýn baðçasýnda tək halda ºəkillərimi çəkməyə can atardý. O dövrə görə yaxþý həvəskar fotoqraflardan hesab olunurdu. Yaðlý boyalarla da ºəkil çəkə bilirdi. Ona daha çox böyük qardaþ kimi heyranlýq hiss edirdim. Hər səhər qatara minmək üçün donanma formasý ilə bizim yoldan keçərək Suadiyə stansiyasýna gedərdi.
Mən Səbahəddinlə ailə qurdum, sonra o da evləndi. Bir gün qəzetdə oxudum ki, evinin qapýsý döyüldükdə açmýþ, bir nəfər əlinə baðlama vermiº, bu da bomba imiº – partlamýþdý. Bax, o bu cür öldü. Səbəbinin nə olduðunu bilmirəm.
O gecə həmin fənərlə evə qayýtdýq. Səbahəddini ondan sonra görmədim. Bir müddət sonra Saleh bəy təqaüdə çýxdý və o, Ankara Hýfzýssýhha Ýnstitutuna təyinat aldýðý üçün ailəsi ilə birlikdə Ankaraya köçdü. Üstündən bir müddət keçdikdən sonra – 1935-ci ilin fevral ayýnda Saleh bəyin həyat yoldaþýndan anama bir məktub gəldi. Orda deyilirdi: “Səbahəddin Aliyə ilə evlənmək istəyir, hər ºey yerinə yetiriləcək, çox istədiyimiz Aliyəyə “hə” üzüyü də taxýlacaq, sizdən xəbər gözləyirik”.
Səbahəddini ilk dəfə gördüyüm günlərdən sonra o, Almaniyaya getmiþ, qayýtdýqdan sonra evlənməyə qərar vermiºdi. Atam bu evliliyə razýlýq vermək istəmirdi. O, Səbahəddinin Saleh bəyin evinə gəliº-gediºi zamaný onun adýnýn polis idarələrində qeydiyyatda olduðunu eºitmiºdi. Mən bunu sonradan öyrəndim. Ailə qurmaqda təkid etdim. Ankaraya getmək mənə cəzbedici görünürdü. O dövrdə Ankara populyar yer idi. Anam “hə” cavabýný yazdýðý məktubu göndərdi. Qýþ olduðu üçün niþanýn get-gəl etmədən, yəni poçt vasitəsilə olunmasýna qərar verildi. Ankaradan niºanla əlaqədar hədiyyələr gəldi, toyun da may ayýnda keçirilməsinə qərar verildi. Rəngli, gözəl bir fotoºəkil çəkdirib yollamýþdýq. O zaman Səbahəddindən ilk məktubu aldým. Fotoþəkli bəyəndiyini gözəl sözlərlə yazmýþdý. Ýkinci məktubu ilə birlikdə “Dəyirman, daðlar və külək” kitabýný göndərmiºdi. Bu ºeirləri və hekayələri oxuduqdan sonra Səbahəddinə bir könüldən min könülə aºiq oldum, o da, yəqin ki, məni bəyənirdi və gözəl məktublar yazmaða davam edirdi.
1935-ci ilin mayýnda Səbahəddin Ýstanbula gəldi, bir gecə bizdə qaldý. 16 mayda Kadýköy Evləndirmə Dairəsində nikahýmýz kəsildi və birlikdə qatara minib Ankaraya yollandýq. Bir həftəyə qədər əmisinin evində qonaq olduq, onlar Yeniºəhərdəki Sýhhiyə rayonunun yataqxanalarýndan birində, mərkəzi istilik sistemi olan gözəl bir mənzildə qalýrdýlar. 1935-ci ildə Ankarada mərkəzi istilik sistemi olan mənzillər barmaqla göstəriləcək qədər az idi. Saleh bəyin xanýmý zövqlü, gözəl, sevimli bir qadýn idi. Onlar Hisarda yaxþý bir erməni dərzi tapdýlar. Mənə þýq bir gəlinlik tikildi. Bir həftə ərzində hər þey tamamlandý. Bizim üçün gözəl toy məclisi quruldu. Muhiddin bəy Səbahəddinlə birlikdə və mənim ayrýca olaraq eyvanda, içəridə bir neçə ºəklimizi çəkdi. Ýndi bu sətirləri yazarkən Səbahəddin və Muhiddin bəy üçün gözyaþý tökərək qəlbimdəki xatirələri təzələyirəm.
Bizim üçün Ulusda “Menekºe” binasýnýn çardaðýný kirayə tutmuºdular. Toyumuzun ertəsi gün öz evimizə gəldik. Ýlk dəfə gördüyümüz ev heç xoºuma gəlmədi. Evin alçaq tavanlý otaðýnda taxta masa ilə iki taxta stul, digər otaqda isə geniº, açýlýb-yýðýlan çarpayý, qýrmýzý yorðan, bir dənə də kamod vardý.
Niþanlý ikən məktublaþmaða baþladýðýmýz vaxt Səbahəddin məndən üzr istəyərək “hə” üzüyü taxmayacaðýný, lakin gələcəkdə istədiyim hər ºeyi yerinə yetirmək istədiyini, anamý da razý salmaðýmý xahiþ edirdi. Bu, anam üçün heç də ürəkaçan olmadý, amma mənim heç vecimə də deyildi, çünki hər þeyin yaxþý olacaðýna inanýrdým.
Saleh bəygilin o gözəl evindən çýxdýqdan sonra belə bir evə gələcəyimi təsəvvür etməmiºdim. O gecə taxtabitilərin dəhºətli hücumuna məruz qaldýq. O vaxtlar qurdlarý öldürmək üçün aerozollu dərmanlar hələ çýxmamýþdý, hamý bu təmizliyi að neftlə etməyə çalýþýrdý. Evdən çýxan əvvəlki sahiblər bunu etməmiºdilər. Az qala səhərə qədər taxtabiti təmizləməklə məþðul olduq.
Həyatýmdan günlər, həftələr və aylar keçməyə baþladý. Səbahəddin Almaniyadan xeyli sayda kitabla qayýtmýþdý. Ýki otaqdan ibarət evimizdə tavanýn bitdiyi yerdə, içərisində ayaq üstə durmaq mümkün olmayan bir yer var idi. Kitablarý, məcmuələri və Almaniyadan gətirdiyi bir sýra rəsmləri oraya yerləºdirdi. O, Almaniyada olduðu vaxt Hitler hələ hakimiyyətə gəlməmiºdi. Deyəsən, solçular aktiv idilər. Almaniyada bir alman türkləri təhqir etmiºdi, Səbahəddin buna dözə bilməmiþ, narahat olmuþdu. Bu narahatlýq içində də Leninin “Kapitalizmin son mərhələsi: Ýmperializm”, Marks, Engels, Kautski, Bernþtaynýn əsərlərini və digər sol fikirli xeyli əsər alýb oxumuþ, vətəninin də sol düºüncəyə keçərsə, daha balanslý bir ölkə olacaðýna inanmýþdý. Bir də görürsən, o otaða girib kitablarý eþələyir, həmiºə çoxlu kitab oxuyurdu. Tualetdə, avtobusda, parkda, danýþmadýðý istənilən yerdə.
Evləndiyimiz il görüþdüyümüz tanýþlarýmýz onun köhnə dostu olan, həmin illərdə Ankarada fəlsəfə müəllimi iºləyən Cahidə Aka, onun bacýsý Həmidə Topçuoðlu və ailəsi idi. O vaxtlar bu gənc xanýmlar hələ ailə qurmamýþdýlar. Arabir elə eyni liseydə ədəbiyyat müəllimi olan Nahit xanýmgilə gedirdik. Bu ailələr də bəzən bizə gəlirdilər.
Evləndiyimiz vaxt Səbahəddin Milli Təhsil Nazirliyində nəºriyyat eksperti iºləyirdi. Yadýmda qaldýðýna görə, 1935-ci ilin sonlarýnda o, bir orta məktəbdə əlavə iº olaraq alman dili müəllimi kimi iºləməyə baºlamýþdý. 1936-cý ilin baþlanðýcýnda da Dövlət Konservatoriyasýnda alman dili müəllimi kimi iºə qəbul olundu. Nəºriyyat ekspertliyindən çýxdý. Bir müddət sonra da Karl Ebertlə çalýþmaq üçün dramaturq vəzifəsinə qoyuldu. Ebertlə Səbahəddinin xasiyyəti çox yaxþý tuturdu, onlar bir-birini çox istəyirdilər. O bizi evinə ºam yeməyinə dəvət edirdi. Xanýmý və iki qýzý çox xoþxasiyyət adamlar idilər. Ebert yaþlý olsa da, yaraþýðýný itirməmiº, xoº bir adamdý. Sənəti ilə tanýnmýþ, mədəni rejissor idi.
Səbahəddin əsgərliyini bir neçə dəfə təxirə salmýþdý. 1937-ci ilin əvvəllərində Ehtiyatda olan Zabitlər Məktəbində xidmətə baþladý. O vaxtlar bu məktəb Ýstanbulun Hərbiyə rayonunda yerləºirdi. Ankaradaký evi boþaldaraq Ýstanbula gəldik. Yayý Ərənköyündə anamgildə keçirdik. Sonra Panqaltýda Biləzikçi küçəsində geniº, ikimərtəbəli bir evin birinci mərtəbəsini kirayə tutduq və avqust ayýnda bu evə köçdük. Səbahəddin həmin vaxt Dil Qurumunda da vəzifə tuturdu. Dolmabaðça sarayýnda bu iþlə əlaqəli iclaslara gedirdi. Hər halda, xüsusi icazəsi var idi. Həftədə neçə dəfə getdiyi yadýmda deyil. Həmin vaxt mən hamilə idim.
1937-ci il 30 sentyabrda qýzýmýz oldu, adýný Filiz qoyduq. Xəstəxanada bir həftə qaldýq. Səbahəddin o arada eºitmiºdi ki, ordudan çavuº kimi tərxis oluna bilər, ona görə də narahat idi. Xəstəxanadan evə çýxmaðýmýn dördüncü günündə Səbahəddinin Ankara orta məktəbindəki müəllimliyini, Dövlət Konservatoriyasý və Dil Qurumun-daký iþini dəstəkləyən adam o dövrün Milli Təhsil naziri Səffət Arýqan idi. O hətta “Tarixdəki əcaib hallar” adlý kitabý Səbahəddinə verərək “Ulus” qəzeti üçün hissə-hissə çap olunmaqla tərcümə etməsini istəmiºdi. Əsər əvvəlcə “Ulus” qəzetində hissə-hissə çap olundu, sonra isə kitab halýnda nəºr edildi[7].
Səbahəddin çox aðýllý, bilikli, hərtərəfli, çalýþqan bir insan idi, bundan əlavə, diqqətli və hər ºeyə maraq duymasý ilə seçilirdi. Vitrinlərdə, kitab evlərində saatlarla dayanýb kitablarý tədqiq edər, dayanan və hərəkət edən qatara xeyli müddət baxar, hər ºeyə, hər hadisəyə qarþý eyni diqqəti sərgiləyərdi. Paltarlarýna, geyiminə qarþý vasvasý, son dərəcə təmizkar adam idi.
Ona dedim ki, istəyirsənsə, Səffət Arýqana məktub yazýb sənin vəziyyətinə görə kömək xahiþ edim. Razýlaþdý, mən də məktubu yazdým. Lakin bir gün sonra dedi ki, Ankaraya təcili gedib-qayýdacaq. Mən xəstəxanadan təzəcə çýxdýðým, yanýmda heç kəsin olmadýðý üçün bizi tək qoyub getmək onu kədərləndirirdi, amma getməsi lazým idi. “Sən özünü yorma, körpə necə olsa, böyüyəcək”, – deyib bizdən tələsik ayrýldý, bir gecə Ankarada qalýb səhərisi evə qayýtdý.
1938-ci ildə, qýzým yeddiaylýq ikən leytenant olaraq Əskiºəhərə təyinat aldý. Əskiºəhərdə altý ay qaldýq. Orada ara-sýra getdiyimiz hərbi klub, yadýmda qaldýðýna əsasən, baxýmlý, gözəl bir yer idi. Səbahəddinin növbətçi olduðu günlər günorta yeməyini evdən götürərək bölükdə birlikdə yeyərdik. Bölüyünün harada yerləþdiyini indi xatýrlamýram. Amma açýq, hava çəkən yerdə idi. Əskiºəhərə gedərkən Filiz üçün Bəyoðlundaký “Orozdibak” maðazasýndan yaþýl rəngdə, Avropa istehsalý olan bir uþaq arabasý almýþdýq. Həmin dövrdə Türkiyədə yerli mala çox az rast gəlinirdi. Daha çox Avropa mallarý satýlýrdý. Mənə də ilk dəfə idi ki, bəzi ºeylər alýnmýþdý. Deyəsən, bunlarý Dil Qurumundan qazandýðý pulla edə bilmiþdi. Uþaðýmýzý arabasýna qoyub evə piyada gedərdik, çünki bölüyü çox da uzaqda deyildi.
Əsgərliyi bitdikdə və biz Ankaraya qayýtdýqda Pertev Boratav bizi qarþýladý. Axºam hoteldə qaldýq. Həmin vaxt Pertevin həyat yoldaþý alman dili müəllimi olmaq üçün Almaniyaya kursa getmiºdi. Pertev də bizi ertəsi gün evinə apardý. Bir gecə bizimlə qaldý, sonra çýxýb getdi. Yəqin ki, Ýstanbula yollanmýþdý. Biz də həmin vaxt ərzində ev axtardýq. Qýzýlayda “Qərənfil” küçəsində “Adalar” binasý yenicə təhvil verilmiºdi. Ev sahibi böyük bir mənzili iki yerə bölmüºdü: biz arxa tərəfdəkini kirayə tutduq. Arxada böyük bir terrasý olan, aðaclarla dolu baðçaya baxan istifadəsiz, ikiotaqlý çardaq yerləºirdi. Köhnə Xalq Partiyasýnýn qarþýsýnda yerləºən bu bina hələ də yerindədir. O dövrdə ev qýtlýðý vardý, ev tapmaq çətin idi, hətta hava pulunu vermədən ev tampaq olmurdu. Çox az əºya alaraq bu evə köçdük.
Səbahəddin roman və hekayələrini çox rahat yazýrdý. Qonaq otaðýmýzda radio iþləyən vaxt yazýlarýný yazmaq onu narahat etməzdi. Özünü hansýsa iþə verdiyi zaman səs-küyü və ətrafýndakýlarý unutmaðý bacarýrdý. Bütün hekayə və romanlarý müxtəlif qəzetlərdə hissə-hissə çap olunduqdan sonra kitab halýnda nəºr olunmuºdu. Qəzetə gündəlik hissəni çatdýrmaða çalýþdýðý vaxt evdə qonaq olsa da, həmin otaqda bir tərəfə çəkilib yazar, mətni redaksiyaya çatdýrardý. Amma roman və hekayələrini yazmaða baþlamazdan əvvəl 5-6 ay qeydlər aparar, onlarý baþýnda hazýrlayardý. Nəticədə, yazarkən məncə, baþýndakýlar bir-birinin arxasýnca kaðýza köçürülərdi.
Əsgərlikdən qayýtdýqdan sonra Yaþar Nəbi bəygillə (yenicə evlənmiºdi) Ankarada ilk dəfə tikilən “Baðçalýevlər”dəki mənzillərində tanýþlýðýmýz baþladý. Nəcil Kazým Aðsəslə həyat yoldaþýný orada tanýmýþdým. Cövdət Qüdrətlə xanýmý Ýhsan da təzəcə evlənmiºdilər, onlarla da Yaºar Nəbigildə tanýþ olmuþdum. Səbahəddini, səhv etmirəmsə, 1939-cu ildə dördaylýq əsgərliyə apardýlar. Ýstanbulda Böyükdərədə bir otaq kirayə tutduq, biz də həmin müddət ərzində Böyükdərədə qaldýq.
Yaºar Nəbi də əsgərliyə getmiþdi. O qayýtdýqdan sonra həyat yoldaþý ilə ayrýldýlar. Ondan sonra hələ bir neçə dəfə də Yaºar bəygilə gedib-gəldik, sonra o, Ýstanbula köçdü.
Qaldýðýmýz binanýn birinci mərtəbəsinə Müvəffəq ªərəflə xanýmý Rəbiyyə köçdülər, onlarla da münasibətimiz uzun çəkdi. Sonra Niyazi Bərkəs və həyat yoldaþý, indiki soyadý Əsənəl olan Mədihə xaným, Pertev Boratav və xanýmý Hayrünnisə, vəkil Ý.Haqqý Balamir və həyat yoldaþý Þəmsa tanýþlarýmýz sýrasýna daxil oldular. Bu ailələrlə münasibətlərimiz uzun sürdü. Biz tez-tez toplaþýr, aramýzda ədəbiyyat və siyasətə dair mövzular müzakirə edir, birlikdə yemək yeyir və cürbəcür mövzularda söhbətlər edirdik. Bəzən də macar Szabo ilə xanýmý Roji də bizə qoºulurdular. Roji həmin vaxt Konservatoriyada piano müəllimi idi. Müzəffər ªərif indi Amerika vətəndaþý və universitet professorudur. Əzra Ərhat, Səbahəddin Əyyuboðlu, Szabogil, Orhan Vəli, Pertevgil və baºqalarý ilə bəzən axºam yeməyində toplaþýrdý. Yenə də siyasət və ədəbiyyatdan danýþýlýrdý. Bu qrupla bəzən də fermada gəziºər, günorta yeməyini restoranda yeyərdik. O vaxtlar “Meºə” fermasý nizamlý, daha təmiz yer idi, adam az olardý, ilk restoranýnda yaxþý xidmət olunurdu, yeməkləri keyfiyyətli və ucuz idi.
Mahmud Dikərdəm Xarici Ýþlər Nazirliyində çalýþam, iþinə xas gözəl geyinən gənc bir centlmen olaraq arabir bizə gəlirdi. Sonra Jalə ilə evləndi. Bir dəfə də xanýmý ilə bizə gəldi. Mahmud mədəni, yaxþý xasiyyətli bir gənc olduðu üçün Səbahəddinin ondan xoºu gəlirdi. Onunla ümumi mövzular, sənət və ədəbiyyat ətrafýnda danýþardýlar. Onlar Avropaya çýxýb getdilər və biz bir daha görüºmədik.
Erol Güney, Məlih Cövdət Anday və Nurullah Ataç Tərcümə bürosu daðýldýqdan sonra pivə içməyə birlikdə gedərdilər. Erol Güneyi həmin vaxt tanýmýþdým. Rusiyadan buraya köçmüþ, musəvi əsilli, əfəndi, mədəni, aðýllý bir gənc idi. Türk dilində bir türk qədər düzgün danýþýrdý. Nurullah Ataçla da bir neçə dəfə söhbət etmiºdim. Məlih Cövdət o vaxt gənc ºair idi. Necati Cüməli də o vaxtlar gənc ºair olaraq bizə aradabir gəlir, Səbahəddinə əsərlərini oxuyurdu. Səbahəddinin fikrini eºitmək, mənim fikrimcə, Necatini məmnun edirdi. Səbahəddin özü kimi leytenant olan Niyazi Aðýrnaslý ilə Böyükdərədə əsgərliyini çəkərkən tanýþ olmuþdu. O da həyat yoldaþý ilə birlikdə xətrini çox istədiyimiz dostlarýmýzdan idi.
Səməd Aðaoðlu və ailəsi ilə də bir neçə dəfə bir-birimizin evinə gedib-gəlmiºdik. Bəzən Səbahəddinlə Səməd bəy bir ºüºə ºərabla bizə gələr, bir qədər çərəzlə içkilərini içər, söhbət edərdilər.
Adlarýný yuxarýda çəkdiyim tanýþlarýmýzdan əlavə, baºqa bir qrupla da bir müddət əlaqəmiz olmuºdur. Suut Kamal Yetkingil, Məlahət Özgü, Malik Aðsel və Nurəddin Sevinlərlə bəzən onlarýn, bəzən də bizim evimizdə yýðýþýrdýq. O müddətdə çýxan kitablar və ədəbiyyat mövzularý, rəssamlýq sənəti və rəqs hərəkətləri haqqýnda danýþýrdýq. Onlar, – “Sənət sənət üçündür”, – deyir, Səbahəddin isə, – “Sənət cəmiyyət üçün”, – fikrini müdafiə edirdi…
Ankaradaký səfirliklərin dəvətlisi olaraq fransýz, alman, rus səfirlikləri ilə yanaþý, bir dəfə də Avstriya səfirliyinə getmiºdik. Bu dəvəti almanlar təºkil etmiºdilər. Avstriyaný iþðal etdikləri vaxt səfirliyə də ələ keçirmiºdilər. Bu cür səfirlik daxilində dəvətlərdən əlavə, ruslar bir dəfə baðçada bit parti təºkil etmiºdilər. Yaºar Nəbinin xanýmý və mən (biz gənc xanýmlar “Burda” jurnalýndan çýxardýðýmýz kaðýz qəlibdən hərəmiz özümüzə naxýþlý ipək parçadan þýq don tikmiþdik) həmin partiyə qatýlmýþdýq. Parti hər tərəfi gül-çiçəkli gözəl bir baðçada təºkil olunmuºdu. Burhan Belge həmin vaxt Zsa Zsa Qaborla evli idi. Zsa Zsa Qabor çəhrayý güpür geyimi ilə seçilir, əlindəki yelpiyi yellədərək saða-sola əyilə-əyilə yeriyir, gözəlliyi ilə hər kəsi özünə heyran qoyurdu. O gecə çox əylənmiºdik.
Bundan baºqa, “Ankara Palas” hotelində verilən yeni il rəqs gecələrinə gedirdik. Onlardan birində Milli Təhsil Nazirliyinə aid bir masa hazýrlanmýþdý. Cavad Dursunoðlu və xanýmý, Dursunoðlunun ilk dəfə rəqs gecəsinə gələn oðlu, Tahsin Banquoðlu və bacýsý, Suut Kamal və xanýmý, indi xatýrlaya bilmədiyim baþqalarý da orada idilər. Səbahəddin iclaslarda öz çevrəsi ilə məþðul olur, danýþýr, mənsə öz istədiyimi edirdim. Mən də həmin gecə ilk dəfə raký içdim, özü də dayanmaq bilmədən. Rəqsə qalxýb vals oynadýq. Birdən – vals oynayarkən yerə yýxýldým. Bu halým diqqət çəkib. Tahsin Banquoðlunun bacýsý mənim bu vəziyyətimi ona göstərən olmayýb deyə, çox inciyib. Az sonra salondaký bir kresloya oturdum, çox xoþbəxt idim, hamýný, lap naðýllardaký kimi, tül arxasýndan görürdüm.
Həftədə, ən azý, bir dəfə də “Karpiç” kazinosuna, restorana gedər, əcnəbi ºoular əsasýnda hazýrlanan səhnələri izləyərdik. O dövrün deputatlarý və nazirləri də adətən bu restorana gələrdilər. Xüsusilə Þükrü Saraçoðlu… Restora-na nə vaxt getsəydik, orada olardý. Səbahəddinin tanýþý idi. Səbahəddin ona, – “Məmləkət belə idarə olunurmu?” – deyə söz atar, o da bu sözə qəhqəhə çəkərdi.
Bir dəfə də rus səfirliyində belə bir hadisə baþ verdi. Kök bir qadýn mənə yaxýnlaþaraq dedi: “Xaným, əriniz mənim ərimlə mübahisə edir, gələ bilərsinizmi?” Getdim. Boþ bir otaða girmiþdilər. Səbahəddinin qoluna girdim, heç etiraz etmədi, oradan çýxdýq, pilləkənlə endik və bir maþýna minib evə gəldik. Bir az sərxoº idi. Səbahəddinin orqanizmi içkiyə tab gətirmirdi. Bir-iki qədəh içən kimi təsir edirdi. Mübahisə etdiyi adam o dövrün paþalarýndan idi. Adý yadýmda qalmayýb. Səbahəddin Böyükdərədə əsgərliyini çəkərkən, bəlkə də, bu adam komandirlərindən biri olmuºdu. Həmin paºa “Tekel” inhisar ºirkətində öz adýna siqara buraxdýrmýþdý. Səbahəddin buna dilxor olmuþdu. Paþaný səfirlikdə gördükdə içkili halda ona, yəqin ki, söz atmýþdý. Paþa hündürboy adamdý. Səbahəddin onun yanýnda balaca görünürdü. Mən oradan uzaqlaþdýrmasaydým, bəlkə də, daha betər bir ºey baº verəcəkdi.
Karpiç ata öldükdən sonra restoraný əvvəlki əzəmətini itirməyə baºladý. “Karpiç” restoranýnýn baþ ofisiantý Sürəyya bəy Qýzýlayda “Sürəyya” barý açdý. Bura qýsa müddətdə Ankaranýn qabaqcýl adamlarýnýn əyləncə məkanýna çevrildi. Biz də arabir buraya gedirdik. Səbahəddin “Bəxtiyar köpək” hekayəsində göstərdiyi kimi, gəzib-əylənməyi sevməklə yanaþý, daha çox belə yerlərə insanlarý tanýmaq, onlarýn davranýþlarýna göz qoymaq, danýþýq tərzlərini araþdýrmaq, zəif tərəflərini tutmaq və bir az da əsərləri üçün material toplamaq üçün gedirdi. Buradaký adamlarý hərdən məsxərəyə də qoyurdu. Onlara tamaºa etməklə əylənir, bir az da estetik baxýmdan gözəl qadýnlarý seyr etməyi xoºlayýrdý.
Konsertlər Konservatoriyanýn zalýnda verilirdi. Qərb musiqisini ilk dəfə orada eºitmiºəm. Həsən Ali Yücəlin Təhsil naziri olduðu vaxt Ýnönü ilə müəllimlər otaðýnda tez-tez qarþýlaþýrdým. Qýzým həmin vaxt 3-4 yaþýnda idi. Ýnönü onun baþýna sýðal çəkərdi.
O dövrdə ankaralýlara tək-tük rast gəlinərdi. Tapýlanlarýn çoxu Ýstanbullu olardý. O balaca zal dolar, hər kəs yeni qurulmuº, alman maestronun idarə etdiyi orkestri səssizlik içində dinləyərdi. Tar müəllimi Liko Amar da çox möhtərəm, xətrini çox istədiyim dostumuz idi. Bəzən bizə gələrdi. Konservatoriyaya çox xidmət göstərmiº nadir insanlardan biri olmuºdu.
Konservatoriya ilk məzunlarýný verdi. Ýzmir kitab yarmarkasýnda tamaþalar hazýrlanacaqdý deyə, biz də Ýzmirə yollandýq. Atatürk liseyində müdirin otaðýný bizə verdilər. Yarmarkada “Madam Kəpənək” operasý tamaþaya qoyulmuºdu. Baþ rollarý Məsudə Çaðlayan və Ayxan Aydan ifa edirdilər. Teatr tamaþalarý olaraq “Yanlýþlýqlar komediyasý”,[8] “Bizim ºəhərimiz”[9] və sairə əsərlər səhnələºdirilirdi. Cüneyt Göyçər, Muazzez Ýlgin, Məlihə Ars kimi bu gün böyük vəzifələr tutan və artýq yaºlanan, lakin o dövrün məzunu olan gənclər Səbahəddinin sevimli tələbələri idilər. Səbahəddin onlarý çox sevir, onlarla öyünürdü[10].
Ýndi həyatda olmayan Emin Türk Eliçin ilə həyat yoldaþý Asiyə uzun zaman xətrini çox sevdiyimiz dostlarýmýzdan olublar. Səbahəddin Eminə sataºaraq, – “Havayý kəfən tapsan, ölməyə hazýrsan”, – deyərdi. Emin Türk alman dilindən tərcümə etdiyi bəzi əsərləri vətəninə qazandýrmýþdýr. O bu məmləkət üçün canýný qoymuþ, amma qədri bilinməyən bir insan idi.
Sonra 1946-cý il gəldi. Rəºad ªəmsəddin Sirər və digərlərinin iqtidarda olduðu kədərli günlər idi. Kənan Önərin məhkəmə prosesi bəhanə edilərək Atsýz və onun qrupu məhkəmədə Səbahəddinə hücum etdi. Səbahəddin pəncərədən qaçaraq canýný qurtarmýþdý. Kitablarýný yandýrdýlar. Universitetdə hadisələr baº verdi. Pertev Boratav Fransaya, Müzəffər ªərif Amerikaya, Niyazi Bərkəs Kanadaya getdi. Onlarýn dərslərini ləðv etdilər, Səbahəddini isə nazirliyin sərəncamýna verdilər. Onsuz da çətinliklə dolanýrdýq. Bu dəfə dolanýþýq sýxýntýlarý baþladý.
Dolanýþýðýmýzý yük maþýný sürməklə təmin etmək istədi. Bu iºə baºlamazdan əvvəl “Markopaºa” qəzetini çýxarmaðý düþündüyü yay mövsümündə Ədrəmitdəki evlərini satmýþdýlar və biz yayý Çəngəlköyündə keçirdik. Səbahəddin Vaniköyündə, dəniz kənarýnda, balaca, birmərtəbəli bir evdə yaºayan gənc bir bəyi “Markopaºa” heyətinə götürərək qəzeti onunla çýxarmaða baþladý. Əsas məqalələri Səbahəddin yazýrdý. Qəzet o vaxtadək görülməmiº dərəcədə məºhurlaºmýþdý. Təkcə böyük ºəhərlərdə deyil, Anadoluda da asanlýqla satýlýrdý. Sonra baðlandý. “Məlumpaºa”, “Əlibaba” və s. adlarla çýxdýqca hökumətin xoºuna gəlmədiyi üçün qəzeti hər dəfəsində baðladýlar. Qəzetlərin çýxdýðý vaxt Səbahəddin daha çox Ýstanbulda qalýrdý. Ankaraya aradabir gələ bilirdi. Evimizi Ýstanbula köçürə bilmirdik. Qýzýmýz ibtidai məktəbin son sinfində oxuyur, bundan baºqa, qəzeti baðlayýrdýlar və vəziyyətimizin necə olacaðý bəlli deyildi.
Səbahəddin içki içməzdi. Həftədə bir, ya da iki gecə bəzən bizdə, bəzən də bir dost evində yemək zamaný hamýmýz birlikdə az miqdarda içərdik. Ölümündən sonra eºitdim ki, Səbahəddin Ýstanbulda qaldýðý vaxt əməlli-baþlý içirmiþ. Bunu keçirdiyi sýxýntýlar və evindən uzaqda olmasý ilə əlaqələndirirəm.
“Falih Rýfkýnýn mənzillərindən aldýðý kirayə pullarý ilə nə qədər sýxýntý çəkdiyini bilirsinizmi?” baþlýðý ilə “Markopaþa”da çýxan bir yazýya görə Falih Rýfký onu məhkəməyə verdi. Halbuki Səbahəddin Ankarada ikən qəzetin yýðýlmasý zamaný bir sətirlik boþ yer qalmýþ, dostu Þərif Hülusi bu yazýný özü yazaraq oraya yerləºdirmiºdi. Qəzetin məsul ºəxsi Səbahəddin olduðuna görə üçaylýq məhkum olundu və həbs edildi[11]. Nə oldusa, orada oldu…
Yanýna casus polis qoyulduðu deyilirdi. Səbahəddin açýqürəkli idi, insanlarý sevən adamdý. Qaçýrýlmaq təklifinin onu cəzb etməsi üçün illər boyunca daim ºaºki kimi oynayan sənətə verdiyi əmək, polis tərəfindən davamlý þəkildə narahat olunmasý onun əsəblərini yormuþ olmalý idi. Romanlarýný rahat baºla yaza bilmək xəyalý onu, yəqin ki, rahatlýq tapa biləcəyi bir yer, yaxud ölkə axtarmaða vadar edirdi.
Bir gün Cövdət Qüdrətgil məni öz evlərinə çaðýrdýlar. “Rasih Nuri Ýləri sənə Səbahəddindən bir məktub gətirib, bu dəqiqə oxu”, – dedilər. Qorxu içində idilər. Məni otaqda tək qoydular. Məktubda bunlar yazýlmýþdý: “Sevgili həyat yoldaþým, bu məktubu aldýðýn vaxt mən Ýtaliya, Fransa, ya da Londonda olacaðam. Filizin məktəbi bitər-bitməz sizi yanýma gətizdirəcəyəm. Məhmət Əli Aybar və Mahmud Dikərdəm qayðýnýza qalacaqlar. Sizə “Ýþ Banký”nda olan bu nömrəli hesabýmla pul göndərirəm. Rauf Çallýlar da mətbəə pulundan göndərəcək. Sən mənim qənaətcil arvadýmsan, bu pullarla dolanmaða çalýþarsan. Filizi və səni minlərcə kərə həsrətlə qucaqlayýr, dodaqlarýndan öpürəm”.
Məktub yadýmda elə yazýldýðý kimi qalýb. Cövdət məktubu götürdü, o dəqiqə sobaya atýb yandýrdý və orda nə yazýldýðýný məndən bu günə qədər də soruþmadýlar. Hələ də heyrət edirəm. O dövrdə Ankarada terror hallarý tez-tez baþ verirdi. Sadə bir qadýn olsam da, tanýdýqlarým və bir neçə yaxýným istisna olmaqla, mənə salam verməyə qorxurdular.
Banka getdim. Beº lirədan baþqa, pulun olmadýðýný söylədilər. Mənə elə gəlir ki, Səbahəddin Rauf Çallýlara pulu göndərməyi tapþýrmýþdý. Məhmət Əli ilə Mahmud da məni heç axtarmadýlar. Ankaranýn həmin dövrdəki vəziyyəti onlara təsir etmiþ olmalýydý. Onlarý qýnamýram. Türkiyə o dövrdəki kimi qorxu hissini heç bir zaman keçirməmiºdi.
Qýzýmla birlikdə küçədə qalmýþdýq. Ərimin əmisinin arvadý mənə bir neçə ay əvvəl yaxþý məsləhət vermiºdi. Demiºdi ki, evin gündəlik xərclərindən kənara bir az pul qoyum. 1500 lirə yýðmýþdým. Bu qadýn mənə Xýzýr kimi bir məsləhət vermiºdi. Bu gün də elə düºünürəm ki, mənimlə qýzýmý həmin pul xilas etdi.
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?