Текст книги "Əsir qadın"
Автор книги: Meyxoş Abdullah
Жанр: Современная зарубежная литература, Современная проза
Возрастные ограничения: +16
сообщить о неприемлемом содержимом
Текущая страница: 2 (всего у книги 12 страниц) [доступный отрывок для чтения: 3 страниц]
− Qurqen!.. Qurqen!.. − deyə, qışqırırdı.
Bir qədər də keçdi, bu dəfə onlardan biri avtomat silahdan komanın üstündən atəş açdı. Ətrafdakılar bərkdən gülüşdülər. Beləcə bir az da keçdi. Bu dəfə atəş səsləri çoxaldı. İndi onların hamısı komanın yan-yörəsinə atəş
açırdılar. Komadan heç bir səs-səmirin eşidilmədiyini 16
görəndə, onlardan biri iti addımlarla bizə tərəf gəlməyə
başladı. Bu bayaqkı hadisənin oxşarı olmayacaqdı, −
fikirləşdim. Çünki əsgərin əlində silah vardı. Düşüncəmdə
yanılmamışdım, əsgər komaya yaxınlaşarkən sürətini azaldıb, silahını çiynindən aşırdı. Sanki o, baş vermiş hadisədən duyuq düşmüş kimi ehtiyatla davranırdı. Komaya tərəf pişik kimi pusa-pusa gəlməsindən onun nə qədər hiyləgər olduğu bilinirdi. Dönüb Əliyə baxdım. Onun bu dəfə hansı qərar çıxaracağı məni maraqlandırırdı. O da, elə bil mənim ürəyimdən keçənləri duyurmuş kimi:
− Deyəsən, onların hamısını ölüm girələyir, − dedi və dizə
çöküb avtomat silahını sinəsinə sıxdı. Əsgər komanın bir neçə
addımlığında dayanıb, içəri girməyə ehtiyat edirdi. Əslində
onun qorxduğunu aydınca sezmək olurdu.
Düşmən əsgəri titrək səslə:
− Ey Qurqen! − deyə səsləndi. Qorxduğu səsinin titrəyişidən də hiss olunurdu. Səs gəlmədiyi tərzdə, əvvəlcə
komanın üstündən, sonra da dəmir örtüyünə bir neçə güllə
boşaltdı.
Səsə qucağımdakı uşaq diksinib ağladı. Əli dönüb bir mənə, bir də qucağımda ağlayan oğlumuza baxdı, sonra astaca:
− Başqa çarəmiz yoxdur! – deyib, yalnız bircə güllə ilə
əsgəri vurub yerə sərdi. Diqqətlə onun hərəkətlərini izlədiyimə görə, güllənin düşmən əsgərinin alnının ortasından necə dəydiyini də, öz gözlərimlə gördüm. Əsgərin heç bir səs çıxartmadan arxası üstə yerə aşması gözlərimin qabağında oldu. Əli bir an da gözləmədən yoldakı əsgərlərə
də atəş açmağa başladı. Bu dəfə o, avtomat silahını sinəsinə
basaraq, ayaq üstə atəş açırdı. Həmin anda iki düşmən əsgəri də yerə sərildi. Əks tərəfdən də komanı atəşə tutmuşdular.
Güllələrin yan-yörəmizdən və başımızın üstündən vıyıltıyla ötüb keçməsi vəziyyətin o qədər də yaxşı olmayacağından xəbər verirdi. Bizim işimiz xeyli çətinləşmişdi. Təpə göz qabağında olduğu üçün biz atəş hədəfindəydik. Düşmən əsgərləri isə yolun kənarındakı çökəklikdən atırdılar. Əli körpüdə öldürdüyü düşmən əsgərlərindən götürdüyü 17
avtomatlardan da istifadə edərək atəş açırdı. Bir azdan yolda bir hərbi maşın göründü. Maşın dayanan kimi içindən əsgərlər tökülərək, yerə uzanıb atəş açdılar. Komanın içndə
ağzı üstə uzanmışdıq. Salamat qalmağımıza səbəb də bu idi.
Komanın böyür-başının taxtaları güllələrdən qırıq-qırıq olub başımıza səpələnirdi. Bu vəziyyətdə uzun müddət duruş
gətirmək ağlıma belə gəlmirdi. Əli daha atəş açmırdı. Onun başını qaldırmağa belə imkanı yox idi. Deyirəm axı, koma təpənin üstündə olduğu üçün əliçi kimi aydınca görünürdü.
Elə bu vaxt yaxınlıqda güclü bir partlayış qopdu. Partlayış
dalğası komanı kibrit qutusu kimi götürüb kənara tulladı.
Gözlərimi açanda, Əlini qan içində çabalayan gördüm, sağ
qolu dirsəkdən yuxarı, özündən beş-altı metr aralıda düşüb qalmışdı. Yaralı qolundan qan fışqırırdı.
Özümü itirdiyim üçün donub yerimdəcə qalmışdım, nə
edəcəyimi bilmirdim. Əli isə sol əlini yarasının üstünə
basaraq zarıyırdı. Ətrafında qan göllənmişdi.
Uşağı qucağımdan yerə atıb, onun üstünə yüyürdüm. O, gözlərini bərk-bərk sıxaraq, dişlərini bir-birinə kilidləmişdi.
Sifəti ağappaq idi. Bədəninin ayrı-ayrı yerlərindəki qan ləkələri, onun bir-neçə yerdən yaralandığını göstərirdi.
Özümü tamam itirmişdim, qışqırmaqdan başqa bir şey edə
bilmirdim. Handan-hana özümə gəlib, götürdüyüm çantadan bir qədər təmiz ağ parça tapıb, onun yaralı qolunu sarımağa çalışdım.
Axan
qanı
saxlamaq
olmurdu,
üzülmüş
damarlardan qan fışqırırdı. Ərim isə susurdu. Bəlkə də o, ağrıdan qışqırıb, fəryad qoparardı, lakin bizi qorxutmamaq üçün canını dişinə tutub, bir təhər dözürdü. Üst-başım onun qanına bulaşmışdı. Əlinin başını dizimin üstünə qoyub hönkürürdüm. O, nə isə pıçıldayırdı, amma dediklərini anlamaq olmurdu, səsi boğazında xırıldayıb, sönürdü.
Küləşin üstünə düşüb qalmış uşaq da dayanmadan ağlayırdı, onun səsini sanki eşitmirdim. Bu anda mənə hər şeydən əziz Əli idi. İstəyirdim elə bu dəqiqə o, ayağa qalxıb bizi buradan uzaqlaşdırıb aparsın. Onun ölümü hamımızın ölümü demək idi. Əli isə zarıyırdı. O, nəfəsini çiyinlərindən 18
alırmış kimi tövşüyürdü. Düşmən əsgərləri isə hərəkətə
gəlmişdilər, ətrafa səpələnmiş halda bizə tərəf irəliləyirdilər.
Mən onların gəldiyini görüb, ərimin başını dizimin üstündən qovzayaraq:
− Əli… Əli… dur də onlar gəlirlər axı, − deyə təlaş
içərisində qışqırırdım.
Onun halı özündə deyildi, taqəti kəsilmək üzrəydi. Sol əlini yavaş-yavaş ətrafında gəzdirərək nə isə axtarırdı. Mən sürünərək ondan bir az aralı düşmüş avtomatını götürdüm və silahı onun əlinə verdim. Əli gözləri yumulu halda silahın dəstəyindən yapışdı. Silahı tutmaq iqtidarında deyildi, silah onun əlindən sürüşüb yerə düşdü.
Düşmənlər lap yaxındaydılar. Aramızda, artıq çox az məsafə qalmışdı. Yəqin ki, onlar atəş açan şəxsin öldüyünü, ya da ölümcül yaralandığını hiss etmişdilər. Çünki mənim fəryad qopararaq, ağladığımı görürdülər. Əlinin səsi tamam eşidilməz
olmuşdu,
uşaq
isə birdüzümə qışqırırdı.
Qalmışdım ikisinin arasında, bilmirdim ki, hansını ovudum.
Mən uşağı qucağıma alıb sinəmə sıxdım, qorxdum ki, səsini kəsmək üçün onu güllələyərlər. Özüm isə bərkdən qışqırırdım, qışqırırdım ki, düşmənlər mənə atəş açıb öldürsünlər. Bu anda elə ölmək istəyirdim ki… Amma onların məni öldürmək fikirləri yox idi.
On beş nəfərə yaxın düşmən əsgəri bizi mühasirəyə
almışdı. Onların acıqlı sifətlərini gördükcə, ətim ürpəşirdi.
Ürəyimdən qəribə hisslər keçirdi, allaha yalvarırdım ki, nə
olaydı indi Əli ayağa qalxıb onlara atəş açacaq, hamısını biçib, yerə sərəydi. Amma çox heyif ki, mənim düşündüklərim əlçatmaz bir xəyal idi, Əlinin bir də ayağa qalxması möcüzə
olardı…
Güclü bir əlin saçlarımdan yapışıb məni kənara tullayanacan, hələ də hansısa bir möcüzənin baş verəcəyini gözləyirdim. Qorxu dəhşətli bir hissdir, o anda daha heç nə
baradə fikirləşməyərək öz canımın hayındaydım. Kənara düşüb qalmış və ağlamaqdan sir-sifəti göm-göy olan uşağın da səsi qulaqlarımda eşidilməz olmuşdu. Düşmənlər ölmüş
19
yoldaşlarının cəsədlərini görəndə bir az da quduzlaşdılar.
Onlar Əlinin yaralı və taqətsiz vücudunu dövrəyə almışdılar.
Bu vaxt düşmənlərdən biri aşağı əyilib, ərimin solmuş sir-sifətinə diqqətlə nəzər saldı və elə o dəqiqə də bərkdən qışqırdı:
– Əlı… Əli…
Onlar ərimi tanımışdılar, axı, onun başına çoxlu pul ayrılmışdı, – deyə Səidə, dərindən köks ötürdü. – Onlardan biri çəkməsini Əlinin yaralı qolunun üstünə qoyub tapdadı.
Əli güclə eşidiləcək səslə ufuldadı. Sən demə, yazıq hələ
ölməyibmiş…
… Səidə bir qədər susub başını aşağı saldı. Gözlərindən süzülərək çənəsində yumurlanan, sonra da damcı-damcı döşəmənin üstünə düşən göz yaşlarını görəndə, ona təsəlli vermək üçün nə isə bir söz demək istədim. Bacarmadım. Nə
desəydim belə, onun yaralı ürəyinə məlhəm olası bir təsəlli verə bilməyəcəkdim. Ona görə də, susmağı qərara aldım. Bir qədər də keçdi, Səidə kirimək bilmirdi. Elə bil onun bütün keçmiş xatirələri oyanmışdı. Nəzərlərimi ondan çəkmirdim, mənə elə gəlirdi ki, ona qarşı diqqətsiz olduğuma görə, elə bu dəqiqə evi tərk etməyimi, buradan çıxıb getməyimi tələb edəcəkdi. Bir azdan o, göz yaşlarını silib udqundu.
… –
Həmin dəstənin komandiri olan zabit qayışına keçirtdiyi iri və əyridəstəkli bıçağını çıxarıb Əlinin xirtdəyinə dirədi, –
deyə Səidə, söhbətinə davam etməyə başladı.
– Çox soyuqqanlılıqla ərimin başını kəsdi. Sonra qanlı başı yuxarı qaldıraraq gülə-gülə yanındakılara nə isə dedi. Onun dediyi “dollar…” kəlməsindən başa düşdüm ki, ərimin başı üçün ayrılmış pulu almaq üçün sübut olaraq başı kəsib özləriylə aparacaqlar. Əlinin başı bədənindən üzüləndən sonra, o yerdə çabalamağa başladı. Onun çabalamağı… –
Səidə sözünü tamamlaya bilməyib susdu. Uzun sükütdan sonra üzünü mənə tutub iniltili səslə:
20
– Sənə qəribə gəlir, yəqin mənim belə sakit danışmağım, elə deyilmi? Fikrləşirsən ki, bu qadının ürəyi daşdandı, nədi?
Əslində belə deyil, – deyə o, məndən cavab gözləmədən sözünə davam etdi. – Sonradan başıma elə müsibətlər gətirdilər ki, onlar daha dəhşətli idi. Bütün olub-keçənlərə, bax beləcə dözərək yaşadım. İnsan qəribə varlıqmış. Onun qəribəliyi ondadır ki, o, həm baş kəsəndir, həm də başı kəsilən. Həm zülm edəndir, həm də zülm edilən. Fərqi yoxdur bunu kim edir, bircə o məlumdur ki, bunu edən
“insan” adlı məxluqdur. Bir də qəribəsi odur ki, biz hər hansı dəhşətli bir hadisəni duyan zaman qorxu hissi keçiririk. Onu yaşayan zaman isə bu qorxu hissi bizi tərk edib gedir, biz ona öyrəşirik. Ona görə, nə qədər dəhşətli olsa da, mən o hadisələri yaşamışam…
Başımın işarəsiylə onun sözlərini təsdiqlədim.
… Qucağımdakı uşaq, elə bil olub-keçmişləri duyurmuş
kimi bərkdən qışqıraraq, fəryad qoparırdı. Nə bilim, bəlkə də
atasının başının kəsilməsi ona əyan olmuşdu. Mənim ağlım üstündə deyildi, elə bil havalanmışdım. Yanımdakıların yırtıcı düşmən olduqlarını da sanki unutmuşdum. Onlar mənim qolumdan tutub, yolda dayanmış maşına tərəf aparanda da, yanlarınca sərbəstcə addımlayırdım. Arada dönüb geriyə də boylanırdım. Oradan uzaqlaşdıqca, ərimin başsız bədəninin torpaq üzərində get-gedə kiçildiyini görürdüm. Böyürümcə yeriyən əsgərin əlində isə ərimin qanlı başı yırğalanırdı… Qəribə idi, mən o kəsilmiş başa baxıb, bir azca da olsa təsəlli tapırdım… Təsəllim də o idi ki, Əli bizimlə
gedirdi…
Düşmənlər ölmüş əsgərlərinin də meyitini maşına yüklədilər. Ölənlərin sayı beş nəfər idi. Əlavə üç meyit də
maşında var idi. Bunlar da axşam körpünün yanında güllələnmiş əsgərlərdi. Məni maşının yük yerində, əsgərlərlə
birgə oturmağa məcbur etdilər. Əsgərlər mənimlə adi bir əşya kimi davranırdılar. Mən cansız bir taxta parçasına dönmüşdüm onların əhatəsində. Uşaq da bu basırıqda, elə bil 21
dəlicə olmuşdu, hey qışqırırdı. Onlardan biri böyürümü dürtmələyərək, məni başa saldı ki, uşağın səsini kəsim. Mən isə ona fikir verməyərək susub qalmışdım. Həmin əsgər arxadan əl atıb yaxamı açdı və bir az da bərkdən qışqıraraq:
– Eşitmirsən? – dedi. – Yedirt küçüyünü!.. Yoxsa, onu başqa şeylə doyuzdurarıq.
Mən uşağı sinəmə sıxsam da, onların yanında oğlumu yedizdirməyi özümə sığışdırmadım. Bu hərəkətim düşmən əsgərinin acığına gəldi. O, ayaqları altından ərimin qanlı başını götürüb, ağlayan oğlumun başının üstündə saxladı və
gülə-gülə:
– Ağlama, it küçüyü, bax, xoxan gəlib səni yeyər! – dedi.
Ətim ürpəşdi, qorxudan bədənim əsməyə başladı. Uşaq isə ağlamaqda davam edirdi. Əsgər bu dəfə kəsilmş başın saçlarından yapışıb, uşağın geniş açılmış ağzına yaxınlaşdırdı və başdan süzülən laxtalanmış qanı uşağın ağzına axıtdı.
Körpə ağzına tökülən qanı acgözlülüklə soraraq, səsini kəsdi.
Əsgər elədiklərini yoldaşları da görsün deyə:
– Görürsünüz, bu vəhşiləri?.. Oğul atasının qanını içir. –
Tfu, sizə… Siz nə murdar həşaratlarsınız! – dedi.
Mən üzümü yana çevirərək, əlimin arxasıyla ərimin başını kənara itələdim. Əlim bum-buz olmuş qanlı başa dəyən kimi bədənimdən gizilti keçdi, ürəyim sıxıldı, qollarımın taqəti çəkildi. Uşaq qucağımdan diyirlənərək, əsgərlərin ayaqları altına düşdü. Əsgərlər mənim heysiz bədənimə ac qurd kimi daraşmışdılar. Ölmüş heyvan cəsədi kimi məni hərə bir yerə
dartışdırırdı. Bu vəşhilər, elə bil diri-diri parçalayıb, yemək istəyirdilər məni. Bu vaxt maşın dayandı, kabinədəki zabit yuxarı boylanıb dedi:
– Nədi, deyəsən, aranızda bölə bilmirsiniz? Axı, siz çox, o isə təkdir. Elə isə ötürün, qoy gəlsin mənim yanıma. Bir qəhbədən sarı, bir-birinizlə dava-dalaş salıb, aranızı vurmayın. Bir də ki, o, əliuşaqlı qadındır, onun yeri qabaqkı sıralarda
olmalıdır.
Məgər
bunları
sizə
məktəbdə
öyrətməyiblər? – deyə o, qəh-qəhə çəkib güldü. Zabit məni maşının yük yerindən salıb, kabinədə, öz yanında əyləşdirdi.
22
Bura isti və rahat olsa da, zabitin dinc durmayan əli, bir an da olsun mənə sakitlik vermirdi… Gəlib bir qəsəbəyə çatdıq.
Maşından yerə düşməyə taqətim qalmamışdı. Bir yandan çəkdiyim müsibətlər, digər tərəfdən də gecədən bəri ac-susuz qalmağım məni tamam taqətdən salmışdı. Qucağımdakı uşaq da yaman narahat idi, bir dəqiqə də olsun sakitləşməyərək, ağlayırdı.
Zabit işarə etdi ki, maşından düşüm. Ayaqlarım keyləşdiyindən, mənə elə gəldi ki, yerə düşən kimi yıxılacağam. Bir qədər gözlədim ki, ayaqlarımın keyi açılsın.
Elə bu vaxt sürücü arxadan mənə necə bir təpik vurdusa, uşaq qucağımda ağzıüstə torpağa sərələndim. Ətrafdakılar gülüşdülər. Məni əsgər kazarmasına aparıb, ayrıca bir otağa saldılar. Əvvəlcə yemək gətirdilər. Heç nəyə əl vurmadım.
Acından ürəyim sivrilsə də, yemək istəmirdim. Bu həngamədən sonra yeməkmi boğazımdan keçərdi? Amma məni məcbur edirdilər ki, bir şey yeyim. Uşağı sakitləşdirmək üçün stəkana şəkər salıb qarışdırdım, sonra ona içirtdim.
Halsızlıqdan ürəyim bulanırdı. Başımı stola dayayıb bir qədər sakitləşmək istəyirdim. Başıma gələn müsibətlər az qalırdı məni dəli etsin. Oğlum isə elə hey zarıyırdı. Ona qulaq asası halım qalmamışdı. Canımdan artıq sevdiyim ciyərparam, sanki gözümdən düşmüşdü, durub sakitcə ona baxırdım. O, yumuruqlarını düyünləyərək qulaqlarına sıxmış və başını sağa-sola fırladaraq qışqırırdı. Nə edəcəyim barədə
fikirləşirdim. Bilirdim ki, sağ qalsam bu vicdansızlar başıma ağlagəlməz müsibətlər açacaqlar. Çünki mən həm zabit arvadıydım, həm də biz tutulan zaman ərim onlardan xeyli adam öldürmüşdü. Bir də ki, məni aparıb yuxarı başda oturmayacaqdılar ki… Bilmirdim özümə necə qəsd edim?
Necə edim ki, özümü öldürə bilim? Gözlərimi otağın hər bir yerinə gəzdirib, nə isə axtarırdım. Əslində, özümü asmaq üçün bir yer gəzirdim. Amma necə? Adamın özünə qəsd etməyin də bir arxayın vaxtı, vədəsi varmış, sən demə. Mən bədbəxtə bu arxayınçılığı 23
da tanrı çox görmüşdü. Özümü öldürmək üçün hardan tapacaqdım, ipi, qarmağı ki, özümü asa bilim.
Günortaya az qalmış məni buraya salan düşmən zabiti qucaqdolusu bağlamayla otağa girdi. Kefi kök idi. Öz-özünə mızıldanaraq, nə isə züm-zümə
edirdi. Əlindəkiləri stolun üstünə düzdü, yemək-içmək idi. O dəqiqə anladım ki, bu yemək-içmək mənim başıma oyun açacaqdır. Bayaqdan heç olmasa sakitcə qaxılıb oturmuşdum yerimdə. Indi dərdlərimlə baş-başa qaldığım bir vaxtda onlar məni yedirib-içirməyə çalışacaqdılar. Sonra da, allah bilir başıma hansı oyunlar açacaqdılar.
Bilirdim… Bilirdim bu əclafların işini. Bundan artıq onlardan nə gözləmək olardı? – Gör, başıma nə
oyunlar gəlir, tanrım? – dedim. – Belə də dərd olar?
– Yalvarıb, yaxarımmı onlara? – düşündüm. -
Düşümmü bu zabitin ayaqlarına? Ağlayıb, sıtxasaydım
rəhmləri
gələcəkdimi
mənə?!
Buraxacaqdılarmı məni görəsən? Nə qədər ağır da olsa, körpəmi ləyaqətimə qurban verməyə hazır idim. Istəyirdim, uşağımı götürsünlər, lap onu öldürsünlər, amma buraxsınlar məni. Təki, ərimin ruhu qarşısında alçatmasınlar, təhqir etməsinlər məni.
Stol hazır olanda, zabit qolumdan tutub, məni stol arxasında oturtdu və özü də mənimlə qarşı-qarşıya əyləşdi. O, bizim dildə güclə danışırdı.
Danışdığı sözlərin də çoxu söyüş idi. Məni məcbur edirdi ki, bir şey yeyim. Mən isə ona anlatmaq 24
istəyirdim ki, yemək istəmirəm. Zabit stulunu çəkib yanımda əyləşdi və qolunu çiynimə qoyub, məni özünə sıxdı. Ömrümdə ilk dəfə idi ki, yad bir kişinin nəfəsini bu qədər yaxından hiss edirdim.
Dəhşətlisi də burasındaydı ki, bu düşmənim olan bir adamın nəfəsiydi. Hansı ki, bir az bundan qabaq onun əli ərimin qanına bulaşmışdı. Indi bu əl mənim namusuma uzanırdı…Stoldan dik qalxdım.
Bu elə ani baş verdi ki, zabit də qorxaraq, yerindən qalxdı və tez əlini belindəki tapançasına atdı. Mən onun ayaqlarına düşüb, yalvarırdım. Yalvarırdım ki, bəlkə onun daş ürəyini göz yaşlarımla yumuşalda bildim. Namusumu qorumaq üçün onun çəkmələrini də öpməyə hazır idim, təki o, məni sakit buraxaydı. Əgər bunlar baş versəydi, mən ərimin ölümünü də, ev-eşiyimin viran olmasını da bağışlayıb, halal edəcəkdim onlara.
Amma mən düşündüyüm kimi də, düşmən axmaq deyilmiş. O, qolumdan tutub məni ayağa qaldırdı və ağzını qulağıma tutub çox axmaq bir təklif etdi.
Bu
təklifə
razılıq
verəcəyim
halda
məni
buraxacağına söz verirdi. Məni düşmənlərimdən qorxudan namusumun, şərəfimin təmizliyi idi.
Mən bunlara görə onlardan çəkinirdim. Namus, şərəfim ləkələnəndən sonra neynirdim quruca canı ki, onun üstündə bu qədər əsim.
Başımı bulayıb, onun təklifini qəti şəkildə rədd etməyimlə, sifətimə dəyən güclü zərbə eyni anda oldu. Səndələyib, divara çırpıldım. Sanki üzümə
vurulan zərbə düşmən əlində əsir olduğumu 25
anlatdı mənə. Və düşmənin mənə heç vəclə güzəştə
getməyəcəyini ürəyimdə yəqinləşdirdim. Odur ki, stolun üstündəki araq butulkalarından birini götürüb, var gücümlə düşmən zabitinə tərəf tolazladım. Zabit özünü divara tərəf sıxdı. Butulka onun dirsəyini tutdu. O, gözlərini sıxıb elə bağırdı ki, ətini, sanki maqqaşla tutub qopartdılar. Zabit ufuldaya-ufuldaya üstümə yeridi. Ikinci butulkanı da götürüb ona tərəf atdım. Bu dəfəki butulka onun başının üstündən ötüb, divara dəydi və elə o andaca çilik-çilik olub ətrafa səpələndi. Zabit üstümə atılıb başıma güclü bir yumruq ilişdirdi.
Gözlərim qaraldı, ayaq üstə dayana bilməyib, döşəmənin üstünə yıxıldım. Dizə çöküb üzümə bir-iki şillə də ilişdidi. Şillələrin zərbi o qədər ağır idi ki, sifətim bir anın içində şişərək kündəyə
dönmüşdü. Halsız halda yerdə uzanıb qalmışdım.
Zabit ona təslim olduğumu zənn edərək, məni soyundurmağa çalışdı. Ona müqavimət göstərərk əl-qol atırdım. Özümü qorumaq üçün vəhşi pişiyə
dönmüşdüm. Zabitin sir-sifətini dırnaqlarımla didik-didik edib, parçaladım. Onun üz-gözü alqanın içindəydi, burnunun
dərisi qopub,
sallanırdı.
Döşəməyə
damcılanan
qan
onu
hövsələdən çıxartmışdı. Ayağa qalxıb haram gəldi təpiklə vururdu. Ağır çəkmələrinin zərbəsi bütün bədənimi keyiəşdirmişdi. Ağrıdan canım boğazıma yığılmışdı. O isə yaralı qaban kimi fınxıraraq, məni döyməkdə davam edirdi. Hay-küyə bir neçə
düşmən əsgəri də qapıda göründü. Onlar zabitin 26
məni təpikləməsinə kinoya baxırmışlar kimi tamaşa edirdilər. Zabit yorulub əldən düşəndən sonra qapıya tərəf döndü. Qapıdakılar onun sir-sifətinin al-qana boyanmasını görüb, gülməyə
başladılar. Zabit onlardan ikisini otağa saldı və
qalanlarını da qovub, qapını içəridən bağladı.
Onlara nə dedisə, əsgərlərdən hərəsi bir qolumu döşəməyə sıxıb, saxladı. Zabitin niyyətini başa düşdüyümə görə, var gücümlə özümü döşəməyə
çırpıb, qışqırmağa başladım. Səsmə uşaq da yuxudan ayılıb, ağladı. O nə mənim, nə də uşağın qışqırtısına məhəl qoymayaraq, əclaflığını etdi…
Bayıra çıxarkən əsgərlərə nə isə deyib, qapını çöldən kilidlədi. Mənim taqətsiz bədənim, dəyərsiz bir əşya
kimi
əsgərlər arasında əldən-ələ
ötürüldükcə, üzümü əllərimlə qapamışdım ki, gözlərim oğlumun üzünə sataşmasın. Oğlum isə
dayanmadan
qışqıraraq
anasının
namusuna
təcavüz edənlərə qarşı, sanki öz etirazını bildirirdi… Bir azdan əsgərlər də məndən əl çəkərək otağı tərk edib getdilər. Daha ağlamırdım.
Qorxu hissi də məni tərk edib getmişdi. Bir də
nədən qorxacaqdım ki?.. Qorxduğum, təkcə
namusum idu, onu da ayaqlar altına atdılar…
Tüpürdülər hər şeyə…
Uzandığım yerdən, zorla da olsa dirsəklənib, ağlayan
oğlumu
götürüb
sinəmə
basdım.
Məqsədim onu yedizdirmək idi. Istəyirdim ki, onu əmizdirib, sakitləşdirim. Uşaq isə heç vəclə əmmək istəmirdi. Çox çalışdım, amma mümükün olmadı.
27
Havalanmış
adamlar
kimi,
birdən
uşağı
qucağımdan götürüb döşəməyə çırpdım və ağlaya-ağlaya:
– Bəs mən nə etməliydim, hə?!.. – dedim.
Bir müddət beləcə susub qaldım. Otağın bir küncünə düşüb qalmış uşağın qışqırmaqdan sir-sifəti göyərmişdi. Ona yazığım gəlsə də, qucağıma götürmək istəmirdim. Istəyirdim, qışqırıb-qışqırıb sonra da ürəyi partlayıb ölsün. O yaşasaydı, mənim ölümümə mane olacaqdı. Ona görə özümü öldürməyə əlim gəlməyəcəkdi. Ayağa qalxmaq istədim, taqətim çatmadı, sümüklərim sızıldayırdı.
Qarnımdakı sancılar başıma vururdu. Ləyaqətimin korlanmasıyla heç cür barışa bilmirdim. Heç cür özümə təsəlli verə bilmirdim ki, burada mənim heç bir günahım yoxdur. Insan düşdüyü hər hansı bir bəlada, özünü azacıq da olsa, toxtatmaq üçün bir səbəb axtarır. Mən isə ləyaqətimin tapdanması, insanlığımın və qadınlığımın alçaldılması üçün bir səbəb tapa bilmirdim. – Nəydi günahım? -
fikirləşirdim. Ərimin ölümünə, onun başının kəsilməsinə
acıyırdım,
ağrıyırdım,
yanırdı
ürəyimin başı. Amma fikirləşirdim ki, ərim zabit idi, döyüşdə onlarla düşmən əsgəri öldürmüşdü, onlara çoxlu itki vermişdi. Buna görə də, o, əsir götürülən kimi başını kəsdilər. – Demək, günahı vardi ki, rəhm etmədilər, bağışlamadılar onu. – Bəs mən?! Mən ki, köməksiz, əlacsız bir qadın idim.
Mənim günahım nə idi? Əgər ərimə görə məni cəzalandırırdılarsa, bəs onda insanlıq, haqq-ədalət 28
harda qalırdı? -Yox, bunlarkı nə insanlığa, nə də
allahlığa yaraşan bir iş deyildi. Buna ancaq bir ad vermək olardı; – Vəhşilik!.. Bu işləri ancaq vəhşilər törədə bilərdilər.
Güc-bəlayla ayağa qalxdım. Addım atmağa hərəkətim yox idi. Divara söykənib, sanki divar boyu sürünürdüm. Körpə qışqırığını kəsmişdi. Indi onun kəsik-kəsik hıçqırtılarını eşidirdim. Uşaq hıçqırdıqca, qızdırmalı adamlar kimi tövşüyürdü.
Ona
yaxınlaşıb,
dayandım.
Əyilib
yerdən
qaldırmaq istədim, qoxdum. Qorxdum ki, bəlkə
heç qucağıma da gəlmək istəmədi. Axı bir müddət bundan qabaq onu əmizdirə bilmədim. Uşaq məndən imtina elədi. Demək, o da məndən iyrənirdi. – «Doğma oğlum anasından iyrənir, – ay allah!..» – deyə için-için ağladım. Ayaq üstə oğluma baxırdım. Onu qucağıma almağa qorxurdum.
Istəmirdim onu ləkələnmiş vücdanımın ağuşuna alıb, kirlədim bu məsum körpəni. – Həyatın qəribəliklərinə bax? – düşünürdüm. – Mən körpəmin atasına görə, körpəm də mənə görə əzab çəkirdi. Uşağı qaldırıb qucağıma götürdüm, səsi çıxmırdı. Onu stolun üstünə qoyub, bələyini açdım.
Tamam suyun içindəydi. Bədəni pörtülmüş ətə
oxşayırdı. Bu çir-çirkabın içində uşaqmı qalardı?
Gecələr onu neçə dəfə açıb-bələyərdim. Çirkli əskiləri uşağın altından götürüb, sumkamdakı ehtiyat ağ parçaları onun altına sərdim. Sonra büküb sinəmə saldım ki, yedizdirim. Amma tezcə
də bu fikrimdən vaz keçdim. Özümə söz verdim ki, 29
bundan sonra ona it qanı içirərəm, amma südümü heç vaxt əmizdirmərəm…
Stolun üstündəki şirəli içkilərdən birini götürüb ağzını açdım və ondan bir qədər stəkana töküb uşağa içirtdim. Bilirdim ki, bu sayaq içkilər körpə
uşağa ziyandır. Başqa çarəm yox idi, ana-bala hər şeyə öyrəşməliydik; – daş yeməyə də, ilan zəhəri içməyə də… Bizimki belə gətirmişdi, artıq biz düşmən əsiri idik…
Yeri rahatlanandan sonra, uşaq yuxuya getdi.
Mən isə otağın küncünə çəkilib, başımı divara söykəyərək, fikrə getmişdim. Hava qaranlıqlaşırdı.
Pəncərədən düşən işığın zəifləməsindən hiss edirdim bunu. Lap uşaq vaxtlarımdan axşamın düşməsindən yaman qorxardım. Anam buna «şər qarışan vaxtı» deyərdi. Deyərdi ki, belə vaxtlarda künc-bucaqda,
ağac
altında,
çay
qırağında
oturmayın, cin-şeytan olur oralarda. Şər qarışan kimi anam ev-eşiyin işıqlarını yandırardı ki, «cin-şeytan» bizdən uzaq olsunlar.
Anamın sözlərin yadıma salıb, xısın-xısın ağladım və ürəyimdə dedim: – «Sənə qurban, ay ana, bu cin-şeytanlar sənin o dediklərindən yüz dəfələrlə qorxuludurlar. Bunlar adamın qanını içsələr də gözləri doymur».
Aclıqdan gözlərim qaranlıq çalsa da, yeməyə əl vurmurdum. Ürəyim heç nə istəmirdi. Istədiyim bir çimir yuxu idi, yatmaq istəyirdim. Otaq tamam qaranlıqlaşmışdı. Bu qaranlıq otaqda mənə həyan duran, bir azca da olsa canımdakı qorxunu 30
uzaqlaşdıran, körpəmin xışıltılı nəfəsi idi. Bu nəfəs bu anlarda mənə elə arxa, elə kömək idi ki…
Dirsəklənib, üzümü uşağın üzünə söykədim. Bu qərib və qəlbimin viran olan vaxtındda, əl boyda körpəm və onun nəfəsi mənə necə də həyan dururdu… Nə vaxt yuxuladığımı bilmirəm. Elə bu dəm, uşağın ağlaması məni diksindirdi. Sən demə, üzümü uşağın üzünə söykəyən kimi yuxu məni aparıbmış. Ağırlığım uşağın üstünə düşdüyündən, yazıq balam, dözə bilməyib, haray-həşir qoparıb.
Onu
sakitləşdirdim.
Qaranlıq
otaqda
əlimi
qoynuma qoyub, bundan sonra başıma nələrin gələcəyi barədə düşünürdüm. Elə bu vaxt qapı açıldı. Dəhlizdən otağa düşən işıq seli gözlərimi qamaşdırdı. Qapının ağzında iki hərbi geyimli adam dayanmışdı. Otağın qaranlıq olması, deyəsən onların
hər
ikisini çaşdırmışdı. Bir qədər
gözlədikdən sonra onların biri irəli yeriyib divardakı işığın düyməsini basdı, otaq işıqlandı.
Gələnərdən biri bayaqkı həmin zabit, digəri isə
hərbi geyimli sarışın, cavan bir qız idi. Qız otağa girən kimi dəsmalını çıxarıb burnuna tutdu. Yəqin, bayaq dəyişdirdiyim çirkli əski-üskünün iyi ona xoş gəlməmişdi. Otaq bərbad halda idi. Stolun üstündəki tör-töküntü, ətrafa səpələnmiş şüşə
qırıntıları gələn xanımın diqqətindən yayınmadı. O
dönüb zabitə nə isə dedi. Zabit başını qaşıyaraq, azca gülümsədi. Qız irəli gəlib uşağla mənə bir xeyli tamaşa elədi. Sonra əlindəki çantanı stolun üstünə qoyub, açdı. Çantadakı tibbi ləvazmatlarını 31
görəndə anladım ki, bu qadın həkimdir. O əvvəlcə
bələyi açıb, qulağına keçirtdiyi tibb alətiylə uşağın qarnını, sinəsni müayinə etdi. Sonra isə uşağı ağzı üstə çevirib kürəyini yoxladı. Mənə yaxınlaşıb sir-sifətimdəki göyərib, qançır olmuş yaralara baxdı.
Başını bulaya-bulaya zabitdən soruşdu:
– Niyə qadını bu kökə salmısınız?
Zabit isə ona bir söz deməyib, stolun üstündəki meyvələrdən birini götürərək, əlində atıb-tutmağa başladı. Sanki bu deyilənlərin ona heç bir aidiyyəti yox idi. Qadın zabitə çölə çıxmağı tapşırdı. O kim idisə, deyəsən, mərhəmətliydi. Sir-sifətindən pis adama oxşamırdı. Nə bilim, bəlkə də, bu da onların bir siyasəti idi, – düşündüm.
Zabit eşiyə çıxarkən məni qadına göstərib, baş
barmağını dik tutaraq:
– O, əladır! – Amma hər ehtimala qarşı onu zöhrəvi xəstəliklərə görə də müayinə edin. Ola bilsin ki… – deyə o, qəh-qəhə çəkib güldü.
Zabitin məni ələ salıb, dolamasını həkim qız da başa düşdüyündən, kinayə ilə:
– Onun ki, südəmər uşağı var, görmürsən? –
dedi.
Zabit onun cavabında:
– Allah bilir, o uşaq da neçə kişinin qarışığından əmələ gəlib, – dedi və at kimi kişnədi.
Həkim
paltarlarımı
soyundurub,
bütün
bədənimi diqqətlə müayinədən keçirməyə başladı.
Böyür-başımda təpik-yumuruq zərbələrindən şişib, 32
göyərmiş yerləri görəndə, üzünü qapıya tutub qışqırdı:
– Siz nə etmisiniz, qadınla belə davranmaqmı olar?
Mən özüm tibb bacısı idim. Vəziyyətimin ağır olduğunu ondan yaxşı bilirdim. Bilirdim ki, bədənimdəki ağrılar mənə olduqca əzab verir.
Amma nə etməliydim? Onu bilirdim ki, bu işgəncələr beləcə davam etsəydi, buna tablaşa bilməyəcəkdim. Dərdim o qədər böyük idi ki, canımdakı
ağrılar
barədə
düşünmək
belə
istəmirdim.
Qadın mənim rusca bilib, bilməməyimlə
maraqlandı. Bildirdim ki, mən də tibb sahəsində
təhsil almışam, bir müddət də rusiyada yaşamışam.
Rus
dilini
də
yaxşı
bilirəm.
Bayaqdan
danışılanların hamısını da çox gözəl anlayıram.
Zabit içəri girəndə həkim ona bildirdi ki, qadının da, uşağın da vəziyyəti ağırdır. Onlar mütləq xəstəxana şəraitində müalicə olumalıdırlar. – Yoxsa, vəziyyətləri bir az da ağırlaşa bilər. – dedi. -
Xüsusən də, mənim vəziyyətimin çox ağır olduğunu söylədi. Həm də, həkim bizim əsgərlərlə
bir kazarmada qalmağımızla heç cür barışa bilmirdi. Zabit də öz növbəsində ona bildirdi ki, əsirin buradan köçürülməsi iki gündən tez baş verə
bilməz. Çünki ona yuxarıdan belə göstəriş veriblər.
Axırda bu qərara gəldilər ki, məni əsgər kazarmasından çıxarıb, heç olmasa, azacıq şəraiti 33
olan bir yerlə təmin etsinlər. Həkim qız zorla da olsa zabiti razı sala bildi.
Məni kazarmadan çox da uzaqda olmayan bir yerə köçürtdülər. Düşdüyüm təkotaqlı mənzilin şəraiti yaxşı olmasa da, hər halda otaq, – ayılar yaşayan kahadan min dəfə yaxşı idi. Gecədən bir müddət keçənəcən həkim mənim yanımda qaldı.
Gedərkən zabitə mənimlə yaxşı davranmağı tapşırdı. Sonra məndən bir şeyə ehtiyacımın olub-olmadığını xəbər aldı. Ondan heç nə yox, təkcə
uşağa bir stəkan süd lazım olduğunu xahiş edəndə, o, uşağı niyə görə əmizdirmədiyimi soruşdu.
Bildirdim ki, qanımda zəhərlənmə var, ehtiyat edirəm. O isə daha bir söz deməyib, zabitdən bu barədə nə isə xahiş edib, getdi.
Qadına yaman qanım qaynayırdı. Başa düşə
bilmirdim, bü cür təmiz ürəyi olan bir insanın buralarda nə işi var? Kim bilir, bəlkə də onu allahım yardımçı olaraq mənə göndərmişdi. Heç nə
bilmirdim, bircə onu bilirdim ki, əgər belə ağır vaxtımda o, mənə yardımçı olmasaydı, yəqin ki, daha axmaq vəziyyətə düşəcəkdim.
Onlar gedəndən sonra qapıda dayanan gözətçi əsgər mənə bir qab isti su, bir stəkan da qaynadılmış süd gətirdi. O, gətirdiyi şeyləri stolun üstünə qoyub, getmək əvəzinə gözlərini üzümə
dikib qaldı. Sısqa bir cavan idi. Niyyətini başa düşürdüm onun, məni küçə qadını kimi təsəvvür edirdiər. Təhqir olunandan sora bütün varlığıma nifrət edirdim. Iyrənirdim özümdən. Səhərki 34
hadisədən sonra düşünürdüm ki, bundan sonra nə
qədər ömrüm var özümə bəraət qazandıra bilməyəcəyəm. Mən əbədi olaraq vicdanım qarşısında üzükölgəli qalacaqdım. Bunu yaxşı dərk edirdim. Hər halda mən insan idim, əşya deyildim ki, hər gələn əlində oynatsın…
Əsgərin mənə yaxınlaşdığını görcək, uşağı qucağıma götürüb, başımın üstünə qaldırdım və
onu başa saldım ki, bir addım da mənə tərəf atsa, körpəni
yerə
çırpıb,
öldürəcəyəm.
Əsgər
qorxusundan geri çəkilib, silahını da götürərək otağı tərk edib getdi. O gedəndən sonra, körpəmi sinəmə basıb, ağladım. Bu dəfə məni qoruduğuna görə, körpəmlə fəxr etdim və onu bağrıma basıb, doyunca üz-gözündən öpdüm.
Canımda bir azca yüngüllük hiss edirdim. Bu, həm həkimin məlhəmləri, həm də, bu dəfə
düşmənin
əlindən
qurtulduğuma
görə
idi.
Ürəyimdəki qorxunu intiqam hissi əvəz etməyə
başlamışdı. Həkim qızın fədakarlığı qəlbimdə inam hissi oyatmışdı. Çəkdiyim və gördüyüm zülmləri elə beləcə özümlə qəbirə aparmaq istəmirdim. Bu mənimçün, ərimin ruhu üçün təhqir olardı. – Bəs nə
etməliydim? Bundan sonrakı həyatımı necə
yaşamalıydım?! Başıma gətirilən bu müsibətlərlə, elə beləcə oturub razılaşmalıydımmı? Bu suallar beynimdə dolaşdıqca, fikrimdən qatı açılmamış
mətləblər gəlib keçirdi. Hər halda məqam düşdükcə intiqamımı almalıydım. Bu fikir, nədənsə
birdən-birə beynimdə ilişib qaldı. Artıq heç nədən 35
qorxmurdum. Həyatda qorxduğum ləyaqətim, ismətim idi, onu da itirmişdim, indi nədən qorxacaqdım ki? – düşündüm.
Südü qızdırıb uşağa içirtdim. Özüm də, bir-iki tikə çörək yedim. Sir-sifətim möhkəmcə ağrıyırdı.
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?