Электронная библиотека » Meyxoş Abdullah » » онлайн чтение - страница 3

Текст книги "Əsir qadın"


  • Текст добавлен: 29 октября 2022, 11:40


Автор книги: Meyxoş Abdullah


Жанр: Современная зарубежная литература, Современная проза


Возрастные ограничения: +16

сообщить о неприемлемом содержимом

Текущая страница: 3 (всего у книги 12 страниц) [доступный отрывок для чтения: 3 страниц]

Шрифт:
- 100% +

Vurulan zərbələrdən, ağzımdakı dişlərdən biri qırılmışdı, yeri möhkəmcə sızıldayırdı. Bu ağrılar içərisində oturub xəyala dalmışdım, körpəm isə

yatmışdı. Onun balaca, yumuru sifəti, sanki bir azca allanmışdı. Balaca Ruslanım doğulan gündən sakit idi. O qədər çox yatardı ki, bəzən gecələr onu bir neçə dəfə yuxudan oyatmalı olurduq. Körpələr yaman hay-küyçü olurlar, axı. Oğlumuz bu sarıdan onlara bənzəmirdi. Amma iki günün ağır üzüntüləri onun da sakitliyini pozmuşdu. Tez-tez diksinib yuxudan ayılırdı.

Ayağa

qalxıb

otağın

içində

yavaş-yavaş

gəzməyə başladım. Qaldığım otaq köhnə də olsa, səliqəli idi. Hiss olunurdu ki, burada vaxtilə ailə

yaşamışdır. Birdən gözlərim otağın divarına bərkidilmiş, çox da böyük olmayan güzgüyə

sataşdı. Güzgüyə baxan kimi yerimdəcə diksindim.

Qəribəydi, otaqda tək olduğum halda, güzgüdən mənə yaşlı bir qadın boylanırdı. Qorxaraq geri çəkildim. Mənə elə gəldi ki, arxamda kimsə var.

Amma heç kəsin gözümə dəymədiyini görüb, yenə

də baxışlarımı güzgüyə dikdim. – Ilahi, yəni bu mənəm?! – düşündüm. Saçlarım bir gecənin içindəcə ağarmışdı. Özüm-özümü güclə tanıya bildim.

Yadıma,

hələ

məktəbli

olarkən

36

qonşuluğumuzda baş vermiş bir hadisə düşdü.

Onda qonşumuzun oğlu toy gecəsi, otağın işığını yandırarkən, ehtiyatsızlıqdan əli açıq qalmış

elektirik naqillərinə toxunub, yerindəcə keçinmişdi.

O gecə dəhşətli bir müsibət qopdu. Yer-göy lərzəyə

gəlmişdi, elə bil. Gecəykən oğlanı dəfn etdilər ki, yaxınlarının ürəkləri partlamasın. Ata-anasının, bacı və qardaşlarının vəziyyəti danışılası deyildi.

Onlar özlərini diri-diri şəhid edirdilər. Səhər açılanda camaatı bir şey daha çox dəhşətə gətirdi.

Hamı gördüklərindən təəccüblənərək, yerlərindəcə

quruyub qalmışdılar. Bircə gecənin içində gəlin qızın qapqara saçları qar kimi, ağappaq olmuşdu.

Gözlərimlə gördüyüm o hadisə heç zaman yadımdan çıxmırdı. Bu hadisə mənim öz başıma gələndə, o bədbəxt gəlinin bir gecənin içində hansı iztirablar keçirtdiyini yaxşı duyurdum. Amma fikirləşəndə ki, mənim çəkdiklərim onunkundan on qat artıqdır, niyə görə ölmədiyimə özüm də

təəccüb etdim. Sir-sifətimə baxmalı deyildi.

Gözlərimin altı tuluqlanıb sallanmışdı. Üzümdə

lata-lata göm-göy yerlər vardı. Boyun-boğazımın dərisi didilmişdi. – Ilahi, gör nə hala düşmüşəm? –

deyə, bu iki gündə başıma gələnləri yadıma salıb öz halıma acıdım. Otağın küncünə qoyulmuş

divanda oturaraq, əllərimi qoynuma qoyub, xəyallarımla baş-başa qalmışdım. Fikirləşirdim ki, bu vaxtlar Əli evdə olardı. O, işdən qayıtmayınca stolun üstündəki yeməklərə əl vurmazdım. Qapını döyməsindən onu tanıyardım, elə döyərdi ki, yüz 37

adam yığışsaydı, onun təhrini çıxara bilməzdi.

Otağa girən kimi qollarını geniş açıb, məni qucaqlar və: – «Anam gəlininin, kef-əhvalı necədir?» – deyə, soruşardı. Adi, xırda bir hadisəni də ondan gizlətmək mümkün deyildi. Adamın gözlərinin içinə baxan kimi vəziyyətindən hali olardı. Qəribə xasiyyəti vardı, aclığa tabı yox idi.

Ayaqqabılarını çıxaran kimi mətbəxə keçər; -

«Öldüm, ay allah» – deyib, qab-qacağı bir-birinə

vurardı. Əlinə keçən yeməyi, götürüb ağzına basar və arada da mənə baxıb, boğula-boğula nə isə

deyərdi. Mən də mətbəxin qapısına söykənib, əllərimi qoynumda çarpazlayaraq, gülə-gülə onun hərəkətlərini seyr edərdim. Yeyib, yarıqarın olandan sonra, əllərini də üstünə silə-silə deyərdi: -

«Səidə, əzizim, nə var, nə yox, bu günkü gününü necə keçirmisən?»

Mən də ona zarafatla deyərdim:

– Əli, doydunsa qabları yığışdırım? Ta, süfrə

açmağa bir ehtiyac qalmadı, axı. O dəqiqə səhv etdiyini anlar və əllərini göyə qaldıraraq, təslim olduğunu bildirib, məni öpüb, oxşayardı. –

«Neynim e, – deyərdi, – zabit adamam da, bizimki elə belə olmalıdır. – Bir də ki, yadında saxla, – deyə

əlavə edərdi, – ailənin səadəti kişinin qarnından başlayır».

Onun bu məzəli sözlərimdən sonra, incikliyim tezcə ötüb keçər və onun köksünə sığınıb, bəxtəvər günlərim üçün allahıma dua edərdim. Əli gün ərzində o qədər ayaq üstə qalıb, buna vərdiş

38

eləmişdi ki, bəzən evdə də televizora ayaq üstə

baxardı. Deyərdim: – Sən allah, bəlkə yatanda da ayaq üstə yatasan? Heç yer-zad rahatlamayım sənə, hə? Mənim bu sözləridən sonra o, farağat vəziyyət alıb, əlini qulağının dibinə aparar və: – «Oldu, oturmaq, yoldaş komandir!..» – deyib, həm özü gülər, həm də məni güldürüb eynimi açardı.

… Beş il idi ki, rusiyadan dönmüşdük. Rayona qayıtdıqdan sonra üç otaqlı mənzil almışdıq. Əli şəhərdəki

hərbi

hissədə

işə

düzəlmişdi.

Konüllülərdən ibarət bölüyün komandiri idi. Özüm isə şəhərdəki mərkəzi xəstəxanada tibb bacısı kimi çalışırdım. Ailə qurandan yeddi il sonra oğlumuz dünyaya gəldi. Uşağın gec olması bizi yaman narahat edirdi. Hamı kimi biz də övlad arzusunda idik. Valideynlərimiz də çox

narahat idi.

Uşağımızın olmamasının səbəbi məndən idi.

Qanımda zəhərlənmə olduğundan hamiləlik dövrü pozulurdu. Əlinin aldığı maaş ancaq dava-dərmana gedirdi. Özüm də bərk narahat idim.

Arada yarızarafat, yarıciddi Əliyə deyərdim: -

«Neynirsən

xəstə

arvadı

ömrünü

onunla

çürüdəsən. Boşa məni, get başqasını al, qoy sənə

gözəl-göyçək uşaqlar doğsun».

O bilirdi ki, bu sözləri ürəkdən demirəm.

Yaşarmış gözlərimə baxar və başını aşağı salıb astaca deyərdi:

– «Səidə, qadınlar kişilərdən həssas olurlar.

Sənin uşaq istəyin mənimkindən on dəfələrlə

çoxdur. Məgər sən istəmirsən ki, bizim uşağımız 39

olsun? – Xahiş edirəm, bir də bu barədə mənimlə

danışma. Mən sənin özünü, insanlığını sevmişəm.

Biz bir-birimizi sevəndə uşaq barədə bir kəlmə də

olsun danışmamışıq. Əgər qismətimizdə övlad payı varsa, inşallah, onu da görərik, darıxıb eləmə, hər şey yaxşı olacaq». Onun bu sözləri qarşısında başımı aşağı dikər və qismətimə belə bir insanı çıxartdığına görə tanrıma şükürlər edərdim.

Uşağımız olanda çox sevindik. Bunu dillə

deməyə çətinlik çəkirəm. Bütün qohum-əqraba, valideynlərimiz,

yaxınlarımız

sevinc

içərisindəydilər. Valideyn olmaq şərəfli bir işmiş, biz bunu onda duyduq. Uşağımız olandan sonra Əli hər saatdanbir evə gələr və körpəni qucağına alıb, otaqboyu gəzdirərdi. Yaman uşaqcanlıydı.

Arada dostları zarafata salıb ona deyərdilər: – «Ay Əli, bizim də uşaqlarımız var də… Biz bu qədər onları istəmirik, sənki göydən enib, nədi?». Əli də

cavabında

deyərdi:

«Neynim

bəs,

qoca

vaxtımızda bir uşaq tapmışıq, onu da, gəl istəməyək?

Oğlumuz Ruslan dünyaya gələndə Əlinin otuz beş, mənim isə otuz iki yaşım vardı. Əslində o düz deyirdi. Bu yaşda camaat oğul-qız toyu edir. Biz isə…

Əli

əsgərliyini

rusiyada

çəkmişdi.

Əsgərlikdən sonra qalıb zabitlik məktəbini oxumuşdu. Bir neçə il işləyəndən sonra rayona gəldi, evləndik, sonra məni də götürüb yanına apardı. Gözəl şəraitimiz vardı, bizə mənzil vermişdilər, yaxşı da dolanırdıq. Necə ki, burada 40

hadisələr qarışdı, Əli bildirdi ki, vətənə dönmək lazımdır. Ondan xahiş etdim ki, qalaq orada, yaxşı işimiz, sənətimiz var. Özum də xəstəxanaların birində işləyirdim, yüksək də maaş alırdım. Onun da orada böyük hörməti vardı. Yaxşı dostlar-tanışlar tapmışdı. Amma o, dediyindən əl çəkmədi;

– «qayıtmaq lazımdır!» – deyib durdu. Ata-anası da gəlməyinə razı deyildilər. Məktub yazırdılar, telefonla

bildirirdilər

ki,

burada

qarma-

qarışıqlıqdır. Sözü kimə deyirdin, dediyinin üstündə möhkəmcə durmuşdu. Xidmət etdiyi hərbi hissədən

Əlini

buraxmaq

istəmirdilər.

Deyirdilər ki, ölkənizdəki bu müharibə uzun sürəcək. Çünki orada ayrı-ayrı dövlətlərin də

maraqları var. Hətta, dostu olan bir rus zabiti onun üzünə demişdi, demişdi ki; – heyif o insanlardan hədər yerə qırılacaqlar…

Əli isə orada çox narahat idi. Bəzən özü zəng edib

dostdan-tanışdan

vəziyyəti

öyrənirdi.

Nəhayət, günlərin bir günü yığışıb vətənə döndük.

Qayıdandan sonra onun gecə-gündüzü yox idi.

Günlərlə, həftələrlə üzünə həsrət qalardıq.

Şəhərdə qaynatamgillə birlikdə olurduq. Heç olmasa sakitliyim onda idi ki, tək qalmırdım.

Sonradan hərbi hissəyə yaxın bir yerdə ev aldıq.

Ondan sonra mənim ağrılı həyatım başladı. Bir yandan tək qalırdım, digər yandan da, hər gün qan-qada, ölüm-itim ağlımı çaşdırmışdı. Əslində, bu müharibəyə də bənzəmirdi. Ölkənin bir yanında çal-çağır, o biri yanında da ölüm-itim. Aləm 41

dəymişdi bir-birinə. Əlinin Ruslan adında bir zabit dostu da var idi. Rusiyada zabitlik məktəbini birlikdə oxumuşdular. Milliyyətcə xaxol idi, Ukraynada

doğulmuşdu.

Hələ

rusiyada

yaşayarkən tez-tez bizə gələr və günlərlə bizdə

qonaq qalardı. Biz vətənə dönəndən bir qədər sonra o da gəlib çıxdı. Əli xidmət etdiyi hərbi hissədə onu da işlə təmin etdi. Yaman bir-birlərini istəyirdilər. Bir müddət bizimlə qaldı, sonra hərbi hissədə yerləşdi. Bizə tez-tez gəlib-gedərdi. Mənim xatirimi də çox istəyirdi. Onun hörmətini saxlayırdım. Çox zarafatcıl, deyib-gülən bir oğlan idi. – «Qoy döyüşlər qurtarsın, – deyirdi, – qalıb burada evlənəcəyəm». Döyüşlərin birində Ruslan düşmən snayperinə tuş gəldi. Onun ölümü bizə

yaman təsir etmişdi. Əli ev-eşiyə yığışa bilmirdi, dəli olmuşdu, elə bil. – «Bir qonağı da qoruya bilmədik, verdik güllənin qabağına» – deyirdi.

Dostunun qanını almaq üçün hər şeyindən keçməyə razı idi. Ruslan öldürüldükdən iki gün sonra Əlinin dəstəsi, təkcə bir döyüşdə on iki düşmən əsgərini öldürmüş, altısını isə əsir götürmüşdülər. Həmin döyüşdə iki tank, bir hərbi maşın da ələ keçirilmişdi. Bunu qəzetlər də

yazmışdı. Əlinin adı gələndə düşmənlər tir-tir əsərdilər. O, öldürdüyü düşmən əsgərlərinin siyahısını aparardı. Siyahıda qırx dörd düşmən əsgəri vardı. Özü ölən gün də səkkiz düşmən əsgərini öldürdü. Elə ona görə də, onu tanıyan kimi başını kəsdilər. Çünki onun başına çoxlu pul 42

ayrmışdı düşmənlər. Mən də onun arvadı olduğum üçün, elə ilk gündən işgəncələr verməyə başladılar.

… Oturduğum yerdə mürgüləsəm də, yatmaq istəmirdim. Daha doğrusu, ehtiyat edirdim. Mənə

elə gəlirdi ki, mürgüləyən kimi doluşacaqlar otağa.

Səhəri dirigözlü açdım. Başımda küt ağrılar vardı. Körpəm hələ də yatırdı. Gecə bir neçə dəfə

oyanmışdı, onda da altını-üstünü rahatlayıb yatırmışdım. Səhər saat doqquz olardı, gözətçi uşaq üçün bir stəkan qaynadılmış süd, mənə də

sıyığa bənzər bir yemək gətirmişdi. Möhkəmcə

acmışdım, qabdakını axıracan yedim. Yemək az olduğuna görə doymadım. Oğluma isə bir sətkan süd artıqlamasıyla bəs edirdi. Bilirdim ki, bu qayğının hamısı o sarışın qızın işidir. O kim idi, burada hansı vəzifədə çalışırdı, mənim üçün qaranlıq olaraq qalırdi. Bir azdan gözətçi içəri girib işarə etdi ki, uşağı da götürüb eşiyə çıxım. Uşağı qucağıma alıb bayıra çıxdım. Hava tər-təmiz idi.

Baharın soyuq nəfəsi ciyərlərimə yayıldıqca, canımda bir yüngüllük hiss etdim. Bahar fəslini bütün fəsillərdən çox sevirdim. Bu fəsil mənə

həmişə uğurlar gətirmişdi. Özüm bahar fəslində

doğulmuşdum, baharda gəlin köçmüşdüm. Necə

də sevirdim bahar fəslini… Amma o ilki bahar mənim ömrümə düşmədi. Burnumdan tökdü bütün istəklərimi, arzularımı. Gözlərimdə hər şey sönmüşdü, açan çiçəklər də, yaşıl dona bürünən ağaclar da. Gördüyüm hər şey, sanki cəhənnəmi xatırladırdı mənə. Qərib gəldi o bahar mənim 43

ömrümə. Necə ki, mən o yerlərdə qərib idim.

Sevmədi bahar məni o il, açmadı yaralı könlümü. –

Gör, neçə illər üstündən keçib, daha heç vaxt baharın gəlişini gözləmirəm. Bahar gələndə təbiətin yatmış, ölü vücudu oyandığı kimi, mənim də don vurmuş yaddaşım oyanır. Oyanmış təbiətin xırda çöpündən, mamırından tutmuş, dağına, dərəsinə

kimi, hər şeydən gül-çiçək ətri gəldiyi halda, mənim oyanmış yaddaşımdan, xəyallarımdan qan iyi, qan qoxusu gəlir… Qorxudur məni baharın gəlişi… yamanca qorxudur.

… Bizdən bir qədər aralı həkim qadını görəndə

sevindim. Necə olsa, o viranə qalmış yurdda mənə

qahmar çıxan, dərdlərimi azacıq da olsa, ovutmağa çalışırdı. Dünən o olmasaydı, allah bilir, axşam başıma yenə də nə oyunlar açacaqdılar. Körpəmin də, özümün də azacıq sakitlik tapmağımıza o köməklik etdi. Yoxsa, əsgər kazarmasında olsaydıq, eh… heç bu barədə düşünmək belə istəmirəm, -

deyə Səidə, dərindən köks ötürərək, bir qədər söhbətinə ara verdi. – Qadının yanında iki hərbiçi də vardı, – deyə o, ağır-ağır söhbətinə davam etdi.

Onların boy-buxunlarından, geyimlərindən yüksək rütbəli zabitlərin olduğu bilinirdi. Bu dəfə həkim qız tamam başqa geyimdə idi. Düzdür, onun əynindəki paltar da hərbi paltar idi, amma, elə bil qızın üst-başı ağac yarpaqları ilə bəzədilmişdi. Bir dəfə Əli də belə bir paltarda evə gəlmişdi. Ondan bu qiyafənin nə olduğunu soruşanda, bildirdi ki, bu kəşfiyyatçı geyimidir. Bunu əsgərlər kəşfiyyata 44

gedəndə geyinirlər. Bir də snayperçilər bundan istifadə

edirlir

ki,

ağacların

arasında

görünməsinlər. – Demək, bu həkim qız da, ya kəşfiyyatçıdır, ya da snayperçi, – deyə fikirləşdim.

Doğrusu, təəccüb qalmışdım. Bu xarabada nə

desən gözləmək olardı. Onların sifətləri kimi, paltarları da min rəngə çalırdı.

Gözətçi əsgər məni onların yanına gətirib, zabitlərə təqdim etdi. Zabitlər başdan ayağa qəzəbli baxışlarla məni süzüb, həkimdən mənim haqqımda əlavə məlumatlar soruşdular. Həkim onlara izahat verdi. Hərbiçi arvadı olduğumu biləndə, onlardan biri dişlərini qıcıyıb, biədəb söyüş söydü və

qəzəbindən mənə tərəf tüpürdü. Uşaq qucağımda donub qalmışdım. Onların haqqımda hansı qərarı çıxaracağını gözləyirdim. Bircə, ümidim yenə də

həkim qıza qalmışdı. Nədənsə, bu qərib yerdə, düşmənlər arasında onu özümə pənah bilirdim.

Həkim qız zabitlərin qarşısında elə farağat dayanmışdı ki, sanki imtahan verirdi. Doğrusu, onun özünü belə aparması heç xoşuma gəlmirdi.

Bir qədər sonra onlar dayandığımız yerdən aralanaraq, yaxınlıqda sıra ilə düzülmüş meşin hədəflərə tərəf getdilər. Meşin hədəflərlə onlar arasında yüz, yüz əlli metr məsafə olardı. Qadın dizə çöküb, üstündə durbin olan snayper tüfəngini sinəsinə dayadı və fasilələrlə atəş açmağa başladı.

Zabitlər durbinlə qızın atəş açdığı hədəflərə

baxaraq,

başlarını

buladılar.

Onların

bu

hərəkətlərindən başa düşmək olurdu ki, qız bütün 45

hədəfləri vurmuşdur. Bir qədər sonra onlar, dayandığımız yerdən təxminən dörd yüz, beş yüz metr aralıda, ağaca bərkidilmiş kardon kağızı qadına göstərərk, onu vurmasını tələb etdilər.

Snayperçi göstərilən əşyanı hədəfə alaraq, sərrast atəş açdı. Güllənin açılmasıyla, kardon kağızın qopub yerə sərilməsi bir oldu. Kardon kağızın arxasında kim isə vardı. Çünki oradan iniltiyə

bənzər səs eşidildi. Və yerə aşarkən tappıltısı aydınca eşidildi. Nə qurğu qurmuşdularsa, qız özü də buna təəccüb etdi. Zabitlər sevinirdilər. Onlar vurulan hədəfi bir-birinə göstərib, qızı alqışladılar.

Qız isə təəccüblə onların üzünə baxıb çiyinlərini çəkirdi.

Zabitlərdən biri yaxınlıqda dayanmış əsgərə əmr etdi ki, vurulan hədəfi onların yanına gətirsin.

Əsgər hədəfə tərəf yüyürdü. Az keçməmiş bir insan meyidini sürüyə-sürüyə, dartıb zabitlərin yanına gətirdi. Onların danışığından anladım ki, vurulan

adam

əsir

götürülmüş

bizim

əsgərlərdəndir. Əsirin, xatirini istədiyim bir insan tərəfindən vurulması mənə çox ağır gəldi. Bir tərəfdən onun özünün də tutduğu əmələ təəccüb etməsi, burada nə isə müəmmalı bir işin olmasından xəbər verirdi…


***


… Payız fəsli olduğundan günlər çox qısa idi.

Başımız söhbətə elə qarışmışdı ki, günün 46

batmasından da xəbərsiz idik. – Mən nə edim? -

düşündüm, – burada qalan deyldim ha… Amma getmək də istəmirdim. – Bəs görəsən, sabah yenidən məni qəbul edəcəkdimi? – Bax, bu məsələ

məni narahat edirdi. Həm də möhkəmcə acmışdım.

Yəqin ki, Səidə də ac olardı. Çünki günorta heç bir şey yeməmişdik. Odur ki, qorxa-qorxa:

– Nə deyirsən, Səidə, söhbətimizin davamını saxlayaqmı sabaha? – Artıq gecdir, siz də

yorulmusunuz, – dedim. – Əgər icazə versəydiniz, sabah yenə gələrdim.

Qadın

bir

qədər

susdu

sonra

başını

qaldırmadan:

– Əgər bu danışdıqlarımın sənin üçün bir əhəmiyyəti varsa, nə deyirəm, gələ bilərsən. Bir də

ki, kim bilir, bəlkə elə axşam öldüm, sabah sənə

qapı açan olmadı. Onun bu sözləri məni qorxuya saldı. Mənə elə gəldi ki, qadın öləcəyi günü bilir.

Bəlkə də, elə onun ömrü bu gecə başa çatacaqdı, -

düşündüm. Ona görə də, getmək təkliyfini irəli sürdüyüm üçün peşimançılıq hissi keçirtdim.

Amma artıq gec idi, mən ayaq üstəydim.

– Sizə nə lazımdır, xahiş edirəm deyin, sabah gələndə alıb gətirim? – dedim.

– Heç nə lazım deyil. Elə bir şeyə ehtiyacım yoxdur, – dedi.

Yenə əl çəkmədim:

– Bəlkə bir şey keçir ürəyinizdən, çəkinirsiniz deməyə? – soruşdum.

O handan-hana dilləndi:

47

– Əgər mümkünsə, «Ruslana» bir şey alıb gətirin, ətdən, sümükdən nə oldu. Mən əvvəlcə qadının nə

dediyini anlamadım. Bir qədər sonra başa düşdüm ki, söhbət itdən gedir. Odur ki, tezcə də dilləndim:

– Əlbəttə… əlbəttə… Çalışaram ki, bir şey alıb gətirim. Onunla xudahafizləşib eşiyə çıxdım.

Hava qaralmışdı. Möhkəmcə yağış yağırdı.

Küçədəki dirəklərdən asılmış elektirik lampalarının zəif işığı əyri-üyrü və çalaçuxurlu, dolanbac yolları güclə işıqlandırırdı. Fikrlərim yaman dolaşmışdı.

Daha doğrusu, möhkəmcə yorulmuşdum. Insanın başına gələn bu boyda müsibəti heç cür ağlıma sığışdıra bilmirdim. Həm də, bunları təsəvvür etmək çox çətin idi. Mən onun ağrısını başa düşürdüm, bilirdim o, hansı hissləri keçirir.

Əlbəttə, indi ona bunları danışmaq çox çətin gəlirdi. Danışdıqca həmin ağrılı günləri yenidən yaşamağa məcbur olurdu. Bu da onun əzablarını ikiqat artırırdı. Hələ çox şey mənimçün qaranlıq qalmışdı. – Qismət olsa, – düşündüm, bunların axırına çıxmalıydım.

Avtobus dayanacağına çatsam da, bir az piyada getmək qərarına gəldim. Beynimin yorğunluğunu çıxarmaq üçün yağış altında gəzmək istəyirdim. Nə

qədər piyada gəzdiyimi bilmirəm, onda gördüm ki, tamam suyun içindəyəm. Saçlarımın ucundan su damcılayırdı, həm də bərk üşüyürdüm. Avtobusa oturub mehmanxanaya gəldim.

Nadejda kəndiylə Stavropol şəhəri arasında beş

kilometr məsafə vardı. Şəhər o qədər də böyük 48

deyildi, bu başından, o başına piyada gəzmək olardı. Nadejda kəndi, bəlkə də Stavropol şəhərinin yarısı qədər olardı. Kənd çox mənzərəli və qədim bir kənd idi. Şəhərə gəlincə bu şəhər büsbütün yaşıllıqlarla əhatə olunmuşdu. Üç böyük park salınmışdı şəhərdə. Rusiyanın çox mənzərəli və

sakit bir guşəsi idi bu məkan. Əhalisi qarışıq millətlərdən idi. Hər cür millətə rast gəlmək olurdu burada, rusundan tutmuş, siqanına kimi. Dəfələrlə

olmuşdum burada. Son bir ildə Səidəyə görə dörd dəfə gəlmişdim, bu dəfəki gəlişim beşinci idi.

Ac olsam da, yeməyə meylim çəkmirdi. Amma canımdakı

soyuqluğu

çıxartmaq

üçün,

mehmanxananın birinci mərtəbəsindəki restorana girməyə məcbur oldum. Yemək sifariş verib gözlədim. Yaman fikirliydim. Xəyalım hələ də o qadının yanındaydi. Bir an da olsun onun görnüşü gözlərimin qarşısından çəkilib, getmirdi. Fikirlərim qarışdığından, bu anda yeyəcəklərimin canıma yatmayacağını düşünüb, ayağa qalxdım. Sivariş

etdiyim yeməyin pulunu xidmətçiyə verib otağıma gəldim

yatağıma

uzandım.

Yuxulamaq

istəyirdim. Bilirdim ki, eşitdiklərimi yenidən xatırlasam, səhərə qədər yata bilməyəcəkdim.

Gözlərimi yumub, tamam başqa şeylər haqqında fikirləşməyə başladım. Nə qədər çalışsam da, gecə

yarısına kimi yata bilmədim. Səidənin taleyi narahat edirdi məni, qadının başına gətirilən müsibətlər ağrıdırdı ürəyimi. Nəhayət ki, nə vaxt yuxuladığımdan xəbərim olmayıb. Səhər yuxudan 49

ayıldanda,

hələ

yorğunluğum

canımdan

çıxmamışdı. Əl-üzümü yuyub aşağı, restorana düşdüm və səhər yeməyini qaydasınca yedim.

Çünki həm axşam yeməmişdim, həm də bilirdim ki,

bu

gün

yeyə

bilməyəcəyəm.

Mehmanxanadan

çıxıb,

küçədən

keçənlərin

birindən bazarın səmtini soruşdum. Məqsədim bir-para ərzaq almaqdı. Yəqin ki, aldığım ərzaq barədə

Səidə mənə bir söz deməzdi, – düşündüm. Bir xeyli bazarlıq etdim. Səidənin tapşırığını da unutmayıb, it üçün sür-sümük qarışıq ət aldım. Əti alan zaman fikrimdə tutduğum «it üçün alıram» sözləri, Səidənin mənə dediyi «Oğlum Ruslan üçün bir az ət al» sözləriylə heç uyğunlaşmırdı. Bu sözlər arasında yerlə-göy qədər fərq vardı. Heyvanın hansı

məziyyətləri

onu

qadının

gözlərində

ucaltmışdı? Qadın ona nə üçün oğlum deyirdi? Bu mənim üçün hələ də qaranlıq idi. Amma əslinə

qalsa, o heyvan mənim gözlərimdə hər gün rastlaşdığım itlərdən və mən deyərdim ki, ən axmaq və tənbəl itlərdən biriydi. Onun nə

görünüşü, nə də qeyri-adi bir davranışı, mənim onu sevməyimə bir əsas vermirdi və inanmırdım ki, bu ağzıselikli köpək it nə vaxtsa qeyri-adi bir qəhramanlıq göstərmiş olsun. Qadının o itə

bağlılığını da, təhnalığın bir əlaməti olaraq başa düşürdüm Hər halda qadına görə, mən də bu itlə

yaxşı münasibət qurmağa məcbur idim və

bununçün çalışacaqdım.

50

Saat doqquza qalmış Səidənin qaldığı evin qapısının ağzındaydım. Astaca qapını döydüm.

Qapı dünənkindən də bir az gec açıldı. Bu vaxtacan az qaldı ürəyim qaralsın. Nələr gəlib keçmədi ağlımdan? Qorxurdum ki, Səidə bu dəfə qapını üzümə açmasın. Gec də olsa, qapı açıldı. Qapının səsini eşidəndə ürəyim bir az sakitlik tapdı. Salam verib, onun kef-əhvalını soruşdum.

O isə başını qaldırmadan:

– Keç içəri, evi soyutma! – dedi.

Otağa keçib qapını bağladım. Yenə dünənki qoxu burnumu qıcıqlandırdı. Əlimdəki bağlamaları evin bir küncünə qoyub:

– Bir az ərzaq almışam, – dedim.

O, heç üzümə də baxmadan:

–Neynirdin bu qədər ərzağı? – Ruslan üçün bir az sür-sümük alsaydın bəs edərdi.

Onun sir-sifətindən yorğunluq hiss olunurdu.

Hərəkətləri də ləng və üzücü idi. Diqqətlə ona baxdığımı görüb:

– Axşam heç yatmamışam, bilmirəm bu gün söhbətimiz alınacaqmı?

Bilirdim ki, o narahatçılıq hissi keçirir. Olub-keçənləri xatırlamaq, başına gələnləri yenidən yaşamaq onun üçün çox əzablı idi. Bunların hamısını yaxşı başa düşürdüm. Otağa keçib dünən oturduğum yerdəcə əyləşdim. It də öz yerində

uzanmışdı. Elə bil ötən vaxt ərzində o yerindən heç tərpənməmişdi. Dünənki kimi başını pəncələri 51

arasına alaraq mürgü vururdu. Itə çox baxdığımı görüb:

–Bütün günü yatır. Qabaqlar yenə də başımı qatardı. Yəqin qocalıqdandır? – deyə o, dərindən köks ötürdü.

– Qapalı şəraitdə qalmaq onun canını üzür, it çöl-bayırda yaşayan heyvandır. – Deyirsiniz, iki ildir buradasınız, yəqin bu iki ildə otaqdan bayıra çıxmayıb, elə deyilmi? – deyə ona, təsəlli verməyə

çalışdım.

– Hə… O da mənim kimi gün işığından qorxur.

Eşiyə çıxdığını heç xatırlamıram. Bir müddət bundan qabaq əraziyə baxan baytar həkimləri gəlib onu müayinə ediblər. Dedilər ki, it uzun müddət qapalı şəraitdə qalanda quduz olur. Əvvəllər otaq şəraitinə öyrəşə bilmirdi, elə hey hürürdü.

Qonşular bir neçə dəfə ora-bura şikayət edib, onu evdən qovmaq istəyirdilər. Gələnlərə yalvarıb, başa salmışam ki, bu heyvan mənim son ümid yerimdir, o getsə bir gün də onsuz yaşaya bilmərəm. Mənim sözlərimə əhəmiyyət belə verməyib çıxarmaq istədilər onu bayıra. Ruslan, elə bil onu məndən ayıracaqlarını

duymuşdu.

Gələnlərin

gözləri

qabağındaca mənə tərəf sürünüb, əvvəlcə əl-ayağımı yaladı, sonra isə başını sinəmə qoyub uşaq kimi zarıdı. Onun gözlərindən gilələnib axan göz yaşlarını görəndə, gələndər təəccüb etdilər. Mən isə

onlara:

52

– Görürsünüz halını? – dedim. – Axı, bu vəziyyətdə onu məndən necə ayırmaq olar? O da canlıdır, axı.

Gələnlər bir şərtlə mənlmlə razılaşdılar ki, vaxztaşiri onu həkim müayinəsindən keçirim, həm də, qonşular itdən şikayətçi olmayacaqlar şərtini qoydular. Deyilənlərlə razılaşdım. Necə də

razılaşmayaydım, yoxsa aparacaqdılar oğlumu, ayıracaqdılar onu məndən.

Qadın aldığım ətdən bir az ayırıb qazana tökdü və:

– Bu neçə ili ona çiy ət yedirtməmişəm. Qonşular qapı ağzına sür-sümük qoyanda da, onu qaynadıb verirəm. Gözüm qorxub. Bir dəfə necə oldusa, zəhərləndi, az qaldı ki, ölsün. Haray-həşir saldım.

Qonşular səsə gəlib, vəziyyəti gördülər və zəng vurub baytarları köməyə çağırdılar. Yaxşı ki, oğlumu sağaltmaq mümkün oldu. Mənə tapşırdılar ki, bundan sonra ona çiy ət verməyim. Çünki ev şəraitində saxlanılan itlər bişmiş yeməklərə, bir növ vərdişkar

olduqlarına

görə,

onlar

kənar

yeməklərdən tez zəhərlənirlər.

Səidənin danışdıqları mənim üçün təzə söhbət olduğuna görə, maraqla qulaq asırdım. Amma itin bu qədər əziz-xələf tutulması mənim üçün yenə də

qaranlıq olaraq qalırdı. Burada nə isə başqa bir səbəb olmalıydı.

Qadın işini qurtarıb mənə yaxın əyləşdi və

əllərini qoynuna qoyaraq, bir müddət susub, danışmadı. Hiss edirdim ki, söhbətə başlamaq 53

istəyir. Ona mane olmamaq üçün sakitcə

oturmuşdum. Qorxurdum ki, hər hansı yanlış bir sözüm onun fikirlərini poza bilər. O isə danışmağa tələsmirddi. Nəhayət, uzun sükutdan sonra:

– Hə, – dedim axı, – həkim qız öldürdüyü adamı görən kimi, təəccüb etdi, – deyə Səidə, dünənki söhbətinin ardını danışmağa başladı. Güllə əsirin düz alnından dəymişdi. – Bax, belə deşik açılmışdı ölənin alnından, – deyə Səidə barmağının ucunu mənə göstərdi. – Amma onun başının arxasında düz bu yumruğum boyda dəlik vardı, – deyə əlavə

etdi. Zabitlər gülüşürdülər. Yəqin ki, onlar güllənin əsirin

düz

alnının

ortasından

dəyməsinə

sevinirdilər. Onlardan biri qızın çiyinlərindən tutub silkələdi və onu təriflədi. Qız isə duruxub qalmışdı.

Mən özüm də kənardan onlara baxaraq, baş

verənlərdən bir şey anlamırdım. Zabitlər snayperçi qızın qoluna girib, yaxınlıqdakı binaya tərəf getdilər. Otağa girəndə onlardan biri geri dönüb, qapıdakı əsgərə nə isə əmr etdi. Əsgər də məni onlar gedən tərəfə apardı. O məni otağa salıb geri döndü. Içəri girəndə onların oturub söhbət etdiklərini gördüm. Qız çox fikirli görünürdü.

Mənə də oturmaq üçün yer göstərdilər. Oturdum.

Zabitlərdən biri qucağımdakı uşağa işarə edib:

– Oğlandır, qız?

– Oğlandır! – dedim.

Zabit başını bulayıb:

– Hmm… Sizinkilər oğlanı çox sevirlər. – Neçə

yaşı var? – soruşdu.

54

– Üç aylıqdır! – cavab verdim.

Sonra ərim barədə soruşdu. Duruxub qaldım.

Başa düşəmmədim ki, o, ərim barədə məndən hansı məlumatı istəyir.

Həkim qız üzümə baxdı. O sanki mənə kömək edirmiş kimi:

– Ərin kim idi? – soruşurlar.

– Zabit idi… – deyə, cavab verdim.

Düşmən zabitlərinin hər ikisi kinayə ilə

gülümsədi. Sonra onlardan biri əlini stola çırparaq:

– Mayor Əli?.. – Düzdürmü? – deyə soruşdu.

Başa düşdüm ki, ərimi onlar da tanıyırlar. Ona görə də:

– Hə, mayor Əli! – dedim.

Onlardan

biri

məndən

döyüşçü

olub,

olmadığımı soruşdu.

–Yox!

Mən

tibb

bacısıyam,

xəstəxanada

işləyirdim. – dedim.

Sual verən zabit ayağa qalxıb, mənə yaxınlaşdı və sağ əlimin orta barmağını gözünün qabağında tutub, bir xeyli baxdı. Sonra barmağımı dırnağı ilə

bir neçə dəfə sıxdı. Sanki barmağımın dərisinin yumuşaq və ya bərk olduğunu yoxlayırdı. Sonra əlinin arxasıyla üzümün sağ tərəfinin dərisini sığalladı.

Onun

bu

hərəkətindən

bir

şey

anlamadım. Başa düşə bilmirdim ki, o, bu hərəkətləriylə nə demək istəyir. Zabit qayıdıb yerində oturdu və o biri zabitə:

– Atıcı deyil!.. – dedi.

55

Ərim barədə məndən bir neçə məlumat da soruşdular. Nə bilirdim hamısını söylədim, heç nə

uydurmadan. Axırda onlardan biri özümü də

təəccübləndirəcək bir sual verdi:

Deyə

bilərsənmi,

indiyə

qədər

ərin

bizimkilərdən neçə nəfər öldürüb?

Bir qədər fikirləşəndən sonra:

– Əlli iki nəfər! – dedim.

Zabitlərin hər ikisi, hətta həkim qız da dərindən köks ötürdülər.

–Hardan bilirsən? – deyə sual verən zabit soruşdu.

– Qırx dörd nəfərini biz əsir düşənəcən öldürmüşdü, – bunu qəzetlər yazmışdılar, – dedim.

– Ərim özü də yazılanları təsdiq edirdi. Səkkizini də biz əsir düşən günü öldürdü.

Zabit nifrət hissiylə üzümə baxıb, başını buladı.

Hazırcavablığım nə qədər xoşuna gəlsə də, düşmən olmağım onu bir qədər qəzəbləndirirdi. Bunları gözlərindən oxuyurdum. Son olaraq mənə belə bir sual verdilər.

Sən

özünüzkülərin

yanına

dönmək

istəyirsənmi?!

Belə bir sual verəcəkləri ağlıma gəlməzdi. Amma onlar da verdiyim cavabı gözləmədiklərindən hər üçünün gözləri bərələ qalmışdı.

– Yox!.. Geri dönmək istəmirəm!.. – dedim.

Otağa dərin bir sükut çökdü. Onların hər üçü gözlərini məndən çəkməyərək, sanki yerlərində

56

donub qalmışdılar. Yəqin ki, verdiyim cavab heç xəyallarına da gəlməzdi. Zabitlərdən biri asta səslə:

– Niyə geri dönmək istəmirsən?

Onun bu “niyəsinin” altında hansı mətləblərin gizləndiyi, yalnız mənə aid idi. Və bu «niyələrin»

hər biri bir ox olub ürəyimə sancılırdı. Görəsən, onlar düşünürdülərmi aciz və zavallı bir qadının öz el-obasına, əzizlərinin yanına qayıtmağa qoymayan hansı hiss, hansı qüvvədir? Axı, düşmənə əsir düşmüş hər bir insanın arzusu bacardıqca əsirlikdən tez qurtulmaq, geri dönməkdir. – Mən bunları necə başa salaydım ki, insanı torpağa, vətənə, doğmalarına bağlayan onun mənəvi təmizliyidir. O təmizlik, o saflıq ki, ayaqlar altına atıldı, o insan ölür… Susmağım onların marağına səbəb oldu. Gözləyirdilər ki, bu suala necə cavab verəcəyəm. Başımı qaldırıb düz onların üzünə:

– Ömrüm boyu nə qazanmışdımsa hamısını burada itirdim… Bilirəm ki, onları bir də heç vaxt, heç yerdə tapa bilməyəcəyəm! – dedim. -

Itirdiklərim çox əvəzsizdir. Onları mənə tanrım bəxş etmişdi, siz əlimdən aldınız… Siz tanrımdan güclü çıxdınız… O şeyləri ki, siz əlimdən almısınız onları bir daha tanrım mənə bəxş edə bilməz. Indi isə burada qalıb, itirdiklərimin yasını tutmaq istəyirəm…

Mənim bu müəmmalı cavabımdan bir şey anlamadıqları üçün, onlar çiyinlərini çəkdilər.

Bilirdim ki, heç vaxt anlamayacaqlar da…

57

– Çıxışın çox maraqlıdır! – deyə zabitlərdən biri, dönüb o birinə göz vuraraq gülümsədi. – Hər halda sən bizim xoşumuza gəlirsən. Ehtiraf edək ki, birinci dəfədir belə cəsarətli və qorxmaz düşmən qadınıyla rastlaşırıq. – Deyəsən, sən bizə hələ lazım olacaqsan, – dedi və üzünü həkim qıza tütüb:

– Olya, /mən birinci dəfə o qızın adını orada, onların dilindən eşitdim/ bu qadın haqqında sənin fikrin nədir? Onun sağlıq durumu yerindədirmi? -

soruşdu.

– Onun ağlı başındadır, cənab general. -

Dözümlü, cəsarətli qadındır. Amma bu dəqiqə

onun körpəsinin də, özünün də bir azca müalicə

olunmağa ehtiyacları vardır. Izn versəydiniz, bir-iki həftəlik xəstəxanaya köçürərdik, – deyə Olya deyilən qız dilləndi.

Zabit qaşlarını çatıb bir qədər susdu. Sonra ayağa qalxaraq gəlib Olyanın düz qarşısında dayandı:

– Bilirsən, Olya, – deyə həkim qıza müraciət etdi,

– mən də razı olardım, onun həm özü, həm də

körpəsi müalicə alsınlar. Görürəm, ona işgəncə

verilibdir. Amma bizim qospitalda müalicə olunan əsgərlər və onların yaxınları bilsələr ki, o, zabit arvadıdır, özü də bizim axtardığımız zabitin, onda bu qadının salamat qalmasına kim zəmanət verəcəkdir?! – Bu barədə fikirləşmisənmi? General qızdan cavab gözləmədən sözünə davam etdi: -

Məsləhət bilirəm ki, – o dedi, – bir müddət qaldığı 58

evdə qalsın. Bir də ki, sən həkim, o tibb bacısı, köməkləşib bir iş görə bilərsiniz, elə deyilmi?

Olya daha bir söz deməyib, zabitlə razılaşdı.

Biz otaqdan çıxıb gecə qaldığım evə tərəf getməyə başladıq. Həyətdə çoxlu düşmən əsgərləri vardı. Onların çoxu orduya yenicə çağrılmış

Внимание! Это не конец книги.

Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!

Страницы книги >> Предыдущая | 1 2 3
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации