Электронная библиотека » Mirzə Rza Xan İrəvani » » онлайн чтение - страница 2

Текст книги "Xatirələr"


  • Текст добавлен: 28 октября 2022, 21:00


Автор книги: Mirzə Rza Xan İrəvani


Жанр: Биографии и Мемуары, Публицистика


сообщить о неприемлемом содержимом

Текущая страница: 2 (всего у книги 6 страниц) [доступный отрывок для чтения: 2 страниц]

Шрифт:
- 100% +

nə qədər qazandığını soruşanda mənə dedi ki, onun sutkalıq gəliri 10 şaadan (15 qəpik) artıq deyil. Onun dedikləri mənə çox təsir etdi. Axşam evə gələndə yazıq Molla Məhəmməd barəsində bilməsi üçün bütün bunları öz atama danışdım. Atam onu yanına çağırdı və bütün ayı dolanmaq, adi işçi kimi işləməmək üçün ona nə qədər məbləğ lazım olduğunu soruşdu. Molla Məhəmməd cavab verdi ki, ona ayda 5 frank kifayət edər. Atam ona mədrəsədə oxuduğu müddət ərzində ayda 10 frank təyin etdi və mən tam vaxtında hər ay Molla Məhəmmədə vermək üçün atamdan 10 frank almağa başladım.

İl yarımdan sonra o, doğulduğu kəndə getdi. Bir neçə il keçəndən sonra Təbrizdə vəba xəstəliyi yayıldı. Biz ordan çıxıb Qaradağa getməli olduq. Belə ki, mən Konstantinopola getməli idim. Hacı Seyid Mumtaz bələdçilik etmək üçün öz adamlarından birini mənə etibar etdi. Getməli olduğumuz yol keçilməz idi. Biz canımıza cəfa verməklə dik dağlara qalxmalı, yanları qorxulu uçurum olan nazik çığırlardan, sürətli dalğalarının apara bilmək qorxusu olan çaydan keçməli idik. Lakin biz bütün bu müqavimətlərə baxmayaraq təbiətin bu füsunkar, əsrarəngiz gözəlliyini sevməyə bilməzdik. Bizim ilk dayanacağımız bu gecə getməli olduğumuz Ordubadda olmalı idi. Atla keçilməz yol ilə getmək mümkün olmadığından, demək olar ki, yolun yarısını piyada getdik. Axşam düşdü, bizim gedəcəyimiz yer yenə çox aralı idi. Bu zaman bələdçim qarşımıza çıxan kənddə gecələməyimizi mənə təklif etdi.

Səyahətimi davam etdirməyə güc verən bu təklifi mən sevinclə qarşıladım. Çünki yorğunluqdan haldan düşmüşdüm. Birdən sakit çöllükdə kəndə yaxınlaşmağımızdan xəbər verən itin hürmə səsini eşitdik.

Sevinərək var gücümüzü toplayıb həmin istiqamədə doğru irəlilədik. Biz tezliklə kəndə çataraq gecələmək üçün karvansara axtamağa başladıq. Bizə bu kənddə karvansaranın olmadığını və məsciddə

gecələməli olduğumuzu söyləyəndə çox təəccübləndik. Odur ki, istər-istəməz bununla biz razılaşmalı idik. Biz məsciddə yerləşdik. Bu, kəndin ortasında təpədə yerləşən gildən tikilmiş kiçik tikili idi.

Məscidin çıraq ilə (ortasında fitil, yağla dolu olan dolçaya bənzər) cüzi işıqlanan içi məndə təsiredici təəssürat yaratdı. Döşəmədə tozu örtmək üçün xalça əvəzinə adi həsir sərilmişdi. Mən eyvanda yerləşdim və özümün qəmli fikirlərimə daldım. Mənim bələdçim atların ikisini də eyvanın dirəyinə

bağlayaraq azuqə dalınca getdi. Tənha qaldığımdan özümü yaxşı hiss etmirdim. Səyahətimizin elə ilk günündə bu hüznlü məsciddə gecələməyimiz mənə axmaqlıq əlaməti kimi görünürdü. Bir neçə

həmkəndlisi ilə buraya namaz qılmaq üçün gələn (axşam ibadəti) molla mənim qəmli fikirlərimi dağıtdı.

Mən qəmginlənmiş ürəyimi ibadət ilə yüngülləşdirməyə çox sevindim. Abdəst alaraq məscidə daxil oldum. Mənim görünməyim kəndlilər arasında mollanın diqqətini cəlb etdi: mənə nəzər yetirərək birdən ucadan sevinc nidası ifadə edərək sürətlə mənə yaxınlaşdı. Bu zaman mən onun Molla Məhəmməd olduğuna əmin oldum. O, elə həmin an məni öz evinə dəvət etdi və iki gün ərzində məni öz evində

12


saxladı. Bundan daha artıq qonaqpərvər və lütfkar ev sahibi mənə rast gəlməmişdi. O, mənim üçün xoş

olan hər şeyi etdi. Və hər bir boş şeyə o qədər diqqət yetirir və minnətdarlıq edirdi ki, yolda məruz qaldığım xoşagəlməzliklərdən sonra özümü daha yaxşı hiss edirdim.

Üçüncü gün biz hökmən getməli idik. O, yolumuza müxtəlif azuqə hazırladı və bizi yola salmaq üçün bir neçə nəfər ilə sərhədə qədər bizimlə gəldi. Orada mənə xoş səyahətlər arzuladı. Tanrıdan mənə

xoş günlər və xoşbəxtliklər dilədi. Molla Məhəmməd tərəfindən bu cür minnətdarlıq hislərindən əlahiddə şəkildə vəcdə gələrək mən bir fars atalar sözünü xatırladım: “Yaxşılıq et, at dəyraya, balıq bilməsə də, Xaliq bilər”.

13


VII FƏSİL


Molla Məhəmməddən ayrılandan sonra mən və bələdçim Ordubada getdik. Orada mehmanxana olmadığına görə, karvansarada dayandıq. Elə həmin gecə öz otağımdan çıxarkən Təbrizdə bizim evdə

işləyən xarrat ilə rastlaşdım. O, elə həmin an məni tanıdı və bizim görüşməyimizə həddindən artıq sevindi.

Bir müddət mənimlə söhbət edəndən sonra gəlişim barədə Hacı Mirzə Cəfərə məlumat verməyə

tələsdi. Elə bu karvansaranın sahibi olan Hacı Mirzə Cəfər tezliklə bizim yanımıza gəldi. Lütfkarlıq göstərərək məni və bələdçimi öz evinə dəvət etdi ki, burada da məni üç gün saxladı.

Onun yanına gəldiyim vaxtlar mənim üçün əlindən gələni etməyə çalışırdı. Seyrə çıxarır, evinə

qonaq dəvət edir, məni bütün tanışlarının yanına aparırdı. Bir sözlə, onun qonaqpərvərliyinin və

lütfkarlığının həddi-hüdudu yox idi. Bu üç gün ərzində o, məni tapşıracağı, çox cavan olanı, bir yerdə

gedəcəyimiz yolçuları axtarırdı. Nəhayət, mənim kimi Naxçıvana gedən iki nəfər tacir tapdı.

Bu qonaqpərvər ev sahibinə dərin minnətdarlığımı bildirərək biz dörd nəfər yolumuza davam etdik.

20 verst getmişdik ki, Naxçıvandan gələn üç atlıya rast gəldik. Onlardan biri qohumu olan tacirlərdən birinin qulağına pıçıldadı ki, bu tərəflərdə quldurlar dolaşırlar və heç bir vəchlə gecə yol getməyəsiniz.

Bu xəbərin taciri çox narahat etdiyini hiss etdik. O bizə dedi ki, doğrudan da, gecə yol getmək bizim üçün çox təhlükəlidir. Belə ki, quldurlar bizi soya bilərlər, məhkəməlik olmamaq üçün bizi hətta öldürə

də bilərlər. Birdən o, sevincdən qışqırdı, onun ağlına gözəl bir fikir gəlmişdi. Bu xoşagəlməz haldan uzaq olmaq üçün məni Tiflisdə baş konsul Əsədulla xanın qardaşı kimi qələmə verməyi təklif etdi. O, stansiyaya öncədən gedərək poçtun sahibi Əlağaya Əsəddulla xanının qardaşının Naxçıvana yola düşdüyünü və çox yorulduğuna görə bir az istirahət etmək istədiyini təklif etdi.

Bununla da hər bir təhlükədən sovuşacağımızı söylədi. Bizim hamımız bu təklifi alqışladıq və onun məsləhətinə əməl etməyə başladıq. Əlağa əlahiddə şəkildə bizi ürəkdən qəbul etdi. O, hörmət-izzətlə

yanaşaraq öz otağını mənə verdi. Tacir öz rolunu əla yerinə yetirdi və mənimlə bir yerdə oturmadı, mənə

qarşı dərin hörmət əlamətini ifadə etdi. Əlağa bizi təmtaraqlı şam yeməyinə apardı. Belə ki, mən bədbəxtlikdən öz qürurumu saxlamaq üçün tək yeməli idim. O birisi günün səhərisi dan yeri sökülən kimi tacir bələdçimi məni oyatmaq üçün yanıma gətirərək dedi ki, yolçular gələcək, onlardan kimsə bizi tanıya bilər. Odur ki, bizim saxtakarlığımızın aşkar olmaması üçün getməyə tələsməliyik. Gedərkən bizə

dərin ehtiram göstərən, qardaşım Əsədulla xana xahişini çatdırmağı xahiş edən post rəisini tacir bolluca mükafatlandırdı. Mən axıra kimi yalançı rolumu oynadım və nəhayət, Naxçıvan istiqamətində yolumuza davam etməyə başlayanda rahatca dərindən nəfəs aldım. Bu şəhərə gələrək və quldurların hücum təhlükəsindən sovuşaraq tacir mənə etiraf etdi ki, onun iki min eküsü var idi və buna görə də belə bir hala düşməyimizə məcbur etdi. Altı il keçəndən sonra mən Baş Konsulluğun dilmancının katibi kimi Avropa üzrə özünün ikinci səyahətini həyata keçirən şah əlahəzrətlərinin görüşü üçün Culfa sərhədinə

getməli idim. Mən öz qardaşı Əsədulla xanı Tiflisdə baş konsul vəzifəsini əvəz edən Mahmud xan ilə

getdim. Odur ki, bizim gedəcəyimiz yer Əlağanın rəis olduğu stansiyadan uzaq deyildi. Mən onu xatırlayaraq bu sərgüzəşt barəsində Mahmud xana nəql etdim və Əsədullanın yalançı qardaşına ürəkdən qulluq göstərən bu ləyaqətli insan üçün müxtəlif hədiyələr aldım. Mənimlə stansiyaya gələn Mahmud xan mənim hər halda postun rəisinin gözü önündə rolunu oynadığım qardaşına qarşı göstərdiyi bütün diqqətə görə minnətdarlığını bildirdi. Mən də öz müqabilimdə ürəkdən Əlağaya təşəkkürlərimi bildirərək çoxlu hədiyyələr verdim. Özünün Culfadan qayıtması zamanı Mahmud xan şah əlahəzrətlərindən qonaqpərvər poçt rəisini medalla təltif olunmasını xahiş etdi. Gözləri yaşla dolaraq poçt rəisi dedi ki, onlara göstərilən adi qəbul üçün belə bir böyük mükafatı heç bir zaman gözləməzdi.

14


VIII FƏSİL


Mənim Tiflisə baş konsulun katibi olaraq qayıtığım vaxtlar bir dəfə gecə saat iki radələrində

xeyriyyə məqsədi ilə “dərnəkdə” təşkil edilmiş baldan qayıdırdım. Konsulluqda yerləşən mənzilimə

daxil olanda qonaq otağından yataq otağına açılan qapının önündə döşəməyə sərilən və yuxuya gedən bizim kuryer Məmmədəlini gördüm. Belə bir cürətdən qəzəblənərək xidmətçidən bunun səbəbini soruşanda, mənə cavab verdi ki, həyat yoldaşı ilə dalaşıb və evdən çıxıb gəlib. Gecələmək məqsədi ilə

buraya gəlib və bütün qulluqçular yatdığına görə nökər otağında yer tapmayıb. Bayır soyuq olduğundan bir az qızınmaq üçün mənim otağıma gəlib və burada yanan sobanın istisindən xumarlanıb və stuldan sürüşüb döşəməyə düşərək yuxuya gedib. Elə burada da yatıb.

Mən qətiyyətsiz idim. Bu adama bilmirdim nə edəm. Onu oyatmaq istədim, lakin nəcib hislər hirsimi üstələdi. Fikrimdən vaz keçdim. Bayırda güclü şaxta idi və onu qova bilmədim, yazığım gəldi.

Onunla danışığımı səhərə təxirə saldım və yataq otağına daxil oldum. Qonaq otağına açılan qapını içəridən açarla bağladım. Yorğunluqdan özümü haldan düşmüş hiss edərək uzanan kimi gözümə yuxu getdi.

Çox yatdığımı deyə bilmərəm. Bircə o yadımdadır ki, beynimdə küt ağrılar baş qaldırmışdı, sanki mismar ilə saçımdan göydən asırdılar. Beynimə belə bir fikir gəldi ki, oğrular məni öldürmək məqsədi ilə

otağıma soxulublar. Beynimi əzən dəmir məngənədən azad olmaq üçün mən görünməz düşmən ilə

mübarizə aparmağa başladım. (bütün gecəni yanan şamlar sönmüşdü) Və nəhayət, haldan düşərək bərkdən qışqırdım və huşsuz halda döşəməyə yıxıldım.

Özümə gələndə başımın üstündə dayanan Məmmədəlinin həyəcanlı sifətini gördüm. Ətrafıma boylananda gördüm ki, konsulluğa məxsus bağda yerə sərilmişəm. Təəccüblə niyə orda olduğumu soruşdum. O, mənə bunları nəql etdi: göründüyü kimi, xidmətçi sobanı qalayaraq borunu çox erkən bağlayıb və bundan sonra biri yataq otağına, o birisi qonaq otağına açılan nəfəsliyi açıb. Qonaq otağı geniş olduğundan burada dəm qazının təsiri çox kiçik olan yataq otağında olduğu kimi güclü ola bilməzdi. Bayaq dediyim kimi, Məmmədəli qonaq otağının döşəməsində yatmışdı. Dəm qazından əmələ

gələn baş ağrısından oyanaraq bütün pəncərələri açmış, mənim gəlişimi bilməyərək onlardan birinin önündə oturmuş, mənim qışqırığımı eşidəndə hiss edib ki, mən artıq yataq otağındayam və tez özünü qapıya salmış, bədbəxtçilikdən qapı içərindən bağlı imiş. Bu zaman o var gücünü toplayaraq qapını sındırmış. Məni huşsuz halda görəndə və otağın tamamilə dəm qazı ilə dolu olduğunu biləndə məni bağa aparıb, burada da mən bir müddət keçəndən sonra özümə gəlmişəm. Bu, səhər təxminən saat 5

radələrində olub. Məmmədəlinin hekayəti məndə dərin təəssürat hissi yaratdı. Əgər mən qonaq otağımda yatan yazıq kuryeri görən zaman məni çulğayan qəzəbimi cilovlaya bilməsəydim, mənim ölümüm labüd idi – dəm qazından boğulacaqdım. Mən rəhm etmədən belə bir güclü soyuqda küçəyə

qovmaq istədiyim insana həyatım boyu borclu idim. Tanrının yolları bəlli deyil və Allahın istəyi olsa biz də bütün mümkün təhlükələrdən sovuşa bilərik.

15


IX FƏSİL


Mənim cəmi yeddi və yaxud səkkiz yaşım olardı. Bir dəfə qışda dilənçi evimizin doqqazını döyərək mərhəmət dilədi. Anam böyük çörək parçasını mənə verərək dedi ki, bunu apar, o dilənçiyə ver. Belə ki, isti otaqdan soyuq bayıra çıxmağı heç istəmirdim. Alaqapıya düşmək üçün evimizi əhatə edən bağdan getməliydim. Anama dedim ki, nökərlə göndərmək olardı. Bu zaman anam mənə dedi ki, öz əllərimizlə

verilən çörək nökər tərəfindən göndərilən bir ovuc qızıldan on dəfə artıq dəyərləndirilir.

Mən yenə də etiraz etmək istədim, ancaq anam susmağı əmr etdi və mən istər-istəməz ona tabe oldum. Çox pis əhval-ruhiyyədə həyət ilə gedərək çörəyi dilənçiyə verdim. Mən mısmırığımı sallayıb, donquldanaraq otağa qayıtdım. Lakin tezliklə ağlıma gəldi ki, bu çox sıxıcıdır və Həsənağa ilə oynamağa üstünlük verdim. Biz qar topu düzəldir, dilxoşluq edir, bir-birimizə qar topu atırdıq. Qar topu oyunundan bezəndən sonra əllərimiz qardan donanda, qazın ayaqları kimi qırmızı olandan sonra biz divara söykənərək qızınmaq üçün özümüzü günəşə verdik. Qəflətən gördük ki, qonşunun xoruzu həyətə

daxil olaraq həyətin xoruzu ilə boğuşmağa başladı. Belə bir cürətdən qəzəblənən Həsənağa mənə təklif etdi ki, qar topu hazırlayaraq bu dalaşanlardan müdafiə olunmağa başlayaq. Mən bu təklifi sevinclə

qəbul etdim. Budur, qar topu düzəldərək dostumuz olmayanlara qarşı cəbhədən hücum etmək üçün divardan xeyli aralandıq. Birdən bu zaman dəhşətli gurultu qopdu. Bizim bayaq söykəndiyimiz divar uçdu. Əgər bu, bir neçə dəqiqə əvvəl baş versəydi, artıq biz məhv olmuşduq. Bu sərgüzəşt mənə çox böyük təsir etdi. Evə qayıdan kimi, bu barədə anama danışdım. O, Tanrıya yalvararaq məni labüd ölümdən xilas etdiyinə görə öz minnətdarlığını bildirdi və mənə dedi ki, sənin özünün çörəyi dilənçiyə

aparmağını mükafatlandıran ilahi qüvvəyə həyatın boyu borclu olmalısan.

16


X FƏSİL


Bir dəfə mən Təbrizdə iki xalam oğlu ilə qohumlarımdan birinin toyuna dəvət edilmişdim. Onda mən on dörd yaşında olardım. Bizim bu gün üçün tikilimş yeni əla kostyumlarımız var idi. Çünki bizdə

belə bir adət mövcuddur ki, toya mütləq təzə paltar geyinməlisən. Yolda biz Şütürbaran məhəlləsində

keçmiş məktəb yoldaşlarımızdan birinə rast gəldik. Oğlan təxminən mənim yaşımda olardı. O varlı bir tacirin oğlu idi, lakin onun iflasa uğrayan atası bir neçə vaxt bundan əvvəl dünyasını dəyişmişdi və yazıq uşaq hər bir vəsaitdən məhrum olmuşdu. Həmin gün onun çox yazıq görkəmi vardi. Paltarı cırıq-cındır idi. Başmaqları didilmişdi. Olduqca çox imkanlı ailədən olan oğlan dilənçiyə bənzəyirdi. Belə ki, məktəbdə onun durumu yaxşı olan vaxtlar bizə yuxarıdan aşağıya baxırdı. Onu bu vəziyyətdə görəndə

üstünə gülmək üçün biz çox sevinirdik.

Ona baxaraq biz qəh-qəhə çəkərək dedik ki, onun paltarında yırtıq çox olduğundan əgər başına on funtluq taxıl səpələnsə, bir dənəsi də yerə düşməz. Uşaqlığımızın intiqam arzusunu təmin edəndən sonra və onun üstünə doyunca güləndən sonra biz yolumuza davam etdik.

İki il keçəndən sonra Təbrizdə böyük daşqın baş verdi. Şəhərin yarısını sel basdı. Onu da qeyd edim ki, bizim yaşadığımız məhəllədə daşqın günü nahardan sonra mən üst paltarımı soyunmuşdum. Çox isti idi. Bircə arxalıqda öz otağımda yatmaq üçün uzanmışdım. Birdən gözlənilmədən öz anam məni oyatdı, dəhşətli səslə mənə dedi ki, evimizə su dolub. Mən, doğrudan da, pəncərədən gördüm ki, su doqqazdan bağa dolur. Mən onu da deməyi unutdum ki, həmin gün səhər tufan qopdu, sonra güclü leysan yağışı yağdı. Şəhərin ortası ilə axan çay məcrasından çıxaraq sahilləri basdı. Belə ki, biz bağın içi ilə gedə

bilmirdik. Bizim yeganə xilas olmaq yolumuz taxtapuşa çıxmaq və orda suyun aşağı düşməsini səbirlə

gözləmək idi. Biz hamımız dəhşətə gəlmişdik. Anam əlində “Quran” bizim xilas olmağımız üçün Tanrıya yalvarırdı. Ayaqlarımız suyun içində idi. Evin bir tərəfində su, demək olar ki, taxtapuşa kimi çatmışdı, ev kiçik bir təpəyə bənzəyirdi, o biri tərəfində isə su yerdən bir arşın yuxarı idi. Belə bir duruma təkcə biz düşməmişdik. Məhəllənin polis idarəsi rəisi və bir neçə adam öz yardımlarını alicənablıqla təklif edərək bütün küçələri dolanırdılar. Məhəllə nəzarətçisi küçənin o biri tərəfində

hündür yerdən qoyulmuş nərdivanın vasitəsi ilə bizim hamımızın taxtapuşdan enməyimizə yardım etdi.

Biz ayağımızı yerə qoyanda qurşağa kimi suyun içinə düşdük. Sonra o bizi Şütürban qəbristanlığına apardı ki, bir neçə saat da biz burada qaldıq.

Ara vermədən fəğan qoparan və ümidsizliklərə düçar olan bu insanlar ürək parçalayan mənzərəni əks etdirirdilər. Onlardan bəziləri bu amansız təlatümdən tamamilə talan olmuşdular, digərləri daha ağır itkilərə məruz qalmışdılar. Onlar doğmalarını, uşaqlarını, tanışlarını itirmişdilər.

Günəşin batmasına az qalmış atamın dostlarından biri Hacı Sadıq bizim arxamızca gəldi. O, bizi öz evinə apardı, bizə quru paltar verdi, bacardığı qədər rahatlığımızı təmin elədi və ümumiyyətlə, bizə çox mehribanlıq göstərdi. Səhər su azalmağa başladı, amma atamın olmaması və evimizin düşdüyü vəziyyət bizi çox narahat etdi. Təxminən saat səkkiz radələrində mənə öz paltarını verən Hacı Sadıq ilə evdən çıxdım. Belə ki, daşqın olan vaxtlar mən bircə arxalıqda idim. Onun mənə həddindən artıq böyük olan paltosunda bir məni görmək lazım idi. Paltonun ucları yerlə sürünürdü. Onun papağı gözümün üstünə

düşürdü. Ayaqqabılar hər addımda ayaqlarımdan çıxırdı. Bir sözlə, mən ən gülməli hala düşmüşdüm.

Qəflətən iki il bundan əvvəl üstünə güldüyüm oğlanın mənə tərəf gəldiyini gördüm. Məni görən kimi qəh-qəhə ilə gülməyə başladı. İndi mənim üstümə gülmək onun sırası idi. Ona görə ki, mən olduqca çox gülməli idim. Həmin an gördüm ki, başqasının üstünə gülmək heç də yaxşı deyil və Tanrı qarşısında heç bir vaxt başqasının bədbəxtliyinə gülməcəyimə söz verdim.

17


XI FƏSİL


Artıq əvvəlki söhbətlərimin birində xatırladığım Xorasan komissiyası ilə səyahətim zamanı Tehrandan dağlarda bizi yaxalayan sərt soyuqlara görə işimizin davam etdirilməsinə maneəçilik törədildiyinə üçün Bujnurtda bir neçə həftə qalmaq əmrini aldıq və biz son dərəcə lütfkar, qonaqpərvər olan Bujnurt qubernatorunun evində yerləşdik. O, bizim bu şəhərə gəlişimizin çox xoş olması üçün əlindən gələni edirdi. Vaxt aşırı ov da təşkil etdi ki, bunda da, etiraf etdim ki, iştirak etməyi sevmirdim.

Belə ki, yeganə öz kefini sürmək məqsədi ilə öldürdükləri yazıq heyvanlara həyəcansız və rəhmsiz halda baxa bilmirdim. Bir dəfə komissiyanın rəisi Süleyman xan Sahibi İxtiyar mənim şərəfimə möhtəşəm bir ov təşkil etdi. Mən bu fərq qoyma əlamətindən, şübhəsiz, əlahiddə şəkildə ruhlanmışdım və əlbəttə, onun dəvətindən imtina edə bilməzdim. Şəhərin bütün əsilzadələri bu ovda iştirak edirdi, onların hər biri xalasının əri olan şah əlahəzrətlərinin sevimlisi, Əfşar tayfasının ulu babası, 70 yaşlı mötəbər qoca tərəfindən dəvət olunmaq şərəfinə nail olmaqlarından çox məmnun idilər. Onların hamısı bər-bəzəkli, yəhərli atla gəldilər. Bir neçəsi bir sürü ov iti ilə, digəri öyrədilmiş şahinlə idilər. Qubernator özünün bütün dəstəsinin müşaiyəti ilə çox dəbdəbəli şəkildə bəzədilmiş atla gəldi. Duracaq gətirəcəyimiz yerə

getməmiş Sahibi İxtiyar elan etdi ki, mənim şərəfinə ilk atəşi açır. Ov başladı; buraxılan itlər müxtəlif istiqamətlərə dağılaraq kol dibində gizlənən ov quşlarını hürkütməyə başladılar.

Birdən itlərinin birinin hürüş səsi eşidildi və elə həmin an möhtəşəm bir qırqovul sıx meşəlikdən havaya qalxdı. Mən heç bir zaman belə bir növ gözəl quş görməmişdim. Göründüyü kimi, üfüqün bütün rəngləri günəş şüaları altında bahalı daşlar kimi işıldayan parlaq lələklərinə hopmuşdu. Başındakı bəzəkli kəkil onun mütənasib bədənini məğrurcasına gözəlləşdirirdi. Ürəyim belə bir fikirdən sıxılırdı ki, haqlı olaraq onu təbiətin ən gözəl bəzəyi kimi adlandırdığımız bu gözəl məxluq bir andan sonra torpaq üzərində hərəkətsiz qalacaq. Məgər Tanrı onu bu qədər gözəl, parlaq yaratmışdır ki, insan əli rəhm etmədən onu özünün bir ani xülyası üçün öldürsün? Sahibi İxtiyar əlində tüfəng atəş açmağa hazırlaşırdı ki, həmin an nə etdiyim barədə özümə hesabat vermədən onun üstünə atılaraq bu quşu öldürməməsi üçün yalvardım, onu da əlavə etdim ki, o quş mənə məxsusdur, mən onun həyatının bağışlanmasını istərdim. Bütün orda olanlar ovçu zövqüncə qəribə ziddiyyəti göstərən bu fövqəladə xahişdən təəccüblənmişdilər və ovun sonuna kimi söhbət yalnız bu barədə idi.

İki həftədən sonra Bujnurtdan getməli olduğumuz gün mən səhər tezdən oyandım. Çox soyuq idi, qalanmış buxarıya yaxınlaşdım. Közü qarışdırmaq istəyirdim ki, birdən həyət tərəfdən güclü səs-küy eşitdim. Mən pəncərə önündə divar tərəfdən bir neçə kərpic və yer üzərində dalaşan iki pişik gördüm.

Göründüyü kimi, heyvanlar divarda öz savaşlarını başlayıblar ki, kərpic onların ağırlığından dağılanda onlar yerə yıxılıblar. Mən pəncərəyə yaxınlaşan kimi tapançadan atəş səsi eşidildi. Güllə mənim qulağımın dibindən vıyıltı ilə keçərək pəncərənin çərçivəsini deşdi. Nəydi baş verən! Bu ərəfədə mən tapançanı doldurmağı işlər müdirinə tapşırdım. Çünki o birisi gün biz yola düşməliyik. Güman ki, onu dolduran zaman fikir verməndən patronu əlindən yerə salıb, iş görüləndən sonra təmizlik işləri aparan xidmətçilərdən biri onun nə olduğuna məhəl qoymayaraq buxarıya atıb. Alov patrona düşən kimi şübhəsiz ki, partlayış baş verib. Buxarıdan aranlanmasaydım, həyətdə nəyin baş verməsinə

baxmasaydım, onun qurbanı da mən ola bilərdim. Bu barədə xəbər bütün şəhərə yayıldı və hamı inandı ki, Tanrı məni ov günü həmin o yazıq quşun həyatını xilas etməyə məcbur edən humanist hislərimə

rəğmən bu labüd ölümdən xilas edib.

18


XII FƏSİL


Tehrana qayıdanda İranın Konstantinopoldakı səfirliyinin birinci katibi ilə tanış oldum. Mən onunla ilk dəfə Xarici İşlər Nazirliyində rastlaşdım. O, həmişə çox gözəl geyinirdi və varlı ailədən olduğu görünürdü. Belə ki, o da mənim kimi əslən Təbrizdən idi. Eyni zamanda başqalarından seçilən ağıla, gözəl əxlaqa malik idi. Odur ki, onunla mən də söhbət etməyi çox sevirdim və tezliklə bizim tanışlığımız dostluğa çevrildi. Biz tez-tez bir-birimizə baş çəkirdik. Söhbətimiz həmişə qızğın keçirdi.

Konstantinopolda səfirliyin katibi təyin olunana kimi o, Parisdə İran missiyasının katibi idi. Avropa üzrə

çox səyahət etmiş, ümumiyyətlə, fövqəladə savada malik və dərrakəli bir insan idi. Bir axşam mənim yanımda oturaraq intihardan söhbət saldı. Qəmli vaxtlarında həyatına qəsd edən insanlara haqq qazandırması məni çox təəccübləndirdi. O, intiharı qəhrəmanlıq hərəkəti adlandırır və əmin edirdi ki, həyat həddindən artıq məşəqqətli olanda, onunla haqq-hesab çürütmək üçün çox böyük cəsarət olmalıdır. O dedi ki, bundan böyük nə ola bilər ki, rəzil bir həyat sürməkdənsə və halal insanın üstünə

gülən taleyin qabağında baş əyməkdənsə, insan bədbinliyin ağrıları altında haldan düşən zaman yaxınlara və cəmiyyətə tam xeyirli olmaq niyyəti ilə fədakarcasına ölməyə üstünlük verir. Mən tamamilə

bunun əksi olan fikirdə idim. Mən sübut etdim ki, həyatın bütün çətinliklərini səbirlə və təmkinlə dəf edərək, taleyin zərbəsini mətanətlə rədd edən insan xarakterin gücünü üzərə çıxardır və bu bərabər olmayan mübarizədə qalib çıxır.

Onu əmin etmək üçün aşağıdakı tarixi hekayəti sübut olaraq ona misal gətirdim: “Çox qədim bir zamanlarda İran sakinləri Turan əhalisi ilə müharibəyə qalxdı. Günlərin bir günü Turan şahı müharibədə

qələbə çaldı, iranlıların paytaxtını ələ keçirdi, onların şahını qətlə yetirdi və İran taxt-tacının varisini, ölən şahın oğlunu əsir götürdü. Bədbəxt şahzadəni Turana göndərməli idilər. Budur, bu gediş zamanı xoşbəxt hadisə üzündən o, öz gözətçilərini aldatmağa və qaçmağa müvəffəq olur. O, qonşu tayfada gizlənir ki, bu tayfa da ona əsgər dəstəsi verir. Bunun köməyi ilə öz ata taxt-tacını qaytarmaq işğalçıları qovmaq istəyir. Lakin bədbəxtlikdən o müharibədə məğlub olur və yenidən qaçmaqla xilas olmağa məcbur olur.

Onun iti qaçan sədaqətli atı olmasa idi, düşmənin oxuna tuş gələcəkdi. Bir neçə saatdan sonra bu iti qaçan, əsl heyvan təpənin ətəyində yıxılıb ölür. Şahzadə ən yaxın dost kimi sevdiyi atının halına acı-acı ağlayır və öz yoluna piyada davam etməyə məcbur olur. Yorğunluqdan, aclıqdan, susuzluqdan haldan düşən bu qonaqsevməz düzənlikdə bədbəxt şahzadə ayağını güclə çəkib aparırdı. Bir kiçik bulud belə

yox idi ki, günəşin yandırıcı şüalarından xilas olaydı, bir damcı su yox idi ki, qurumuş dodaqlarını isladaydı. O, artıq ölməyə hazırlaşırdı ki, uzaqda bir sıx meşəlik gördü, son gücünü toplayaq özünü ora yetirdi və bir neçə giləmeyvə dərib yığaraq bir az hala gəldi. Yalnız giləmeyvə ilə qidalanaraq və gecələri nəmli torpağın üzərində gecələyək iki gün ərzində bu meşəlikdə veyilləndi. Nəhayət, darıxdırıcı bir surətdə acınacaqlı həyat sürdüyündən, aclıqdan əziyyət çəkdiyindən və paltarı cırıq-cındır hala düşdüyündən, bürünməyə bir şeyi olmadığından ölmək qərarına gəlir, lakin intihar etmək üçün yanında heç bir silah yox idi. O, meşəliyin yaxınlığında yerləşən, yüksək dağa, sıldırım qayalıqlara çıxmaq və

oradan özünü atmaq qərarına gəlir. O, gedərək dağa çatır və ona dırmaşmağa başlayır. Lakin günəş onu rəhimsizcəsinə yandırır, isti hava dözülməz olur. O, tamamilə bütün imkanlardan məhrum olur, tamamilə taqətdən düşür və öz yolunu davam edə bilmir. Xoşbəxtlikdən onun qarşısına bir mağara çıxır.

O bu mağaraya girir ki, bir az dincəlsin və sonra yenə də dağın zirvəsinə doğru yolunu davam etdirsin.

Yorğunluqdan taqətdən düşərək yerə yıxılır və bir neçə vaxtdan sonra özündən iki qat böyük olan buğdanı yarıqda olan qarışqa yuvasına aparan qarışqa gözünə sataşır. Bu həşərat üç dəfə öz cəhdini göstərir və üçüncü dəfə onun mətinliyi mükafatlandırılır, o buğdanı istədiyi yerə çıxartmağa nail olur.

Bu mənzərəni seyr edən şahzadə bir anlığa öz bədbəxtliklərini unudur. Həşəratın hərəkətini izləyən şahzadənin gözünə istər-istəməz mağaranın tavanında öz torunu hörən hörümçək görünür. Tor hazır olanda milçək uçub gələrək bu incə toxumanı qarışdırıb dağıdaraq vızıltı ilə ordan uzaqlaşır. Hörümçək yenə də öz işinə başlayır. Bir neçə dəqiqədən sonra ikinci bir milçək torun üstünə qonur və birinci milçək kimi toru dağıdaraq uçub gedir. Hörümçək yenə də səbirlə öz torunu təmir etməyə başlayır. Nəhayət, üçüncü milçək uçub gələrək tora qonur və tordan xilas olmaq üçün əbəs yerə göstərdiyi cəhdlərdən sonra hər tərəfdən tora dolaşaraq hörümçəyə yem olur. Böyük maraqla bu səhnəni izləyən şahzadənin 19


beyninə qəflətən belə bir fikir gəlir: “Hər şeydən öncə buğdanı yarıqdakı yuvaya çıxartmaq istəyən qarışqa iki dəfə onu əlindən yerə salır və yenidən özünün əziyyətli işini görməyə başlayır, yalnız üçünçü cəhddən sonra o öz niyyətinə çatmağa nail olur. Məgər buğda dənəsini aparmağın qarışqa üçün çətin olması qədərmi mənə taxt-tacı almaq çətindir? Məgər, torunu milçək hər dağıdanda hörümçək həmişə

səbirlə dözməyibmi? Nəhayət, öz məqsədinə nail olmayıbmı? Əgər mən qarışqanın və hörümçəyin səbir və mətanətini yamsılasam, onda mənə taleyin göndərdiyi bütün sınaqlar üzərində qələbə çala bilməyəcəyəmmi? Şahzadənin qeyrəti Tanrı tərəfindən göndərilən bu iki nümunə onu çoşdurur və bütün maneələri dəf etmək qərarına gəlir, ikinci dəfə öz hüquqlarını qorumağa cəhd göstərir. O, elə həmin an dağlardan aşağı enərək meşəliyə qayıdır, burada bir neçə ağac kökündən yeyərək və kollar arasında axan şəffaf çaydan su içərək bir az toxtayır. Qonşu bir tayfaya gəlib çıxır, bu tayfa ona kömək etməyə razılaşır və bu dəfə öz paytaxtından Turan fırıldaqçısını qovmağa nail olur”.

Öz hekayətimi başa çatdırandan sonra Məmmədağa tərəfindən etirazı eşitməyə hazırlaşdım, lakin mən çox təəccübləndim ki, o heç nə demədi və bir neçə dəqiqəlik sükutdan sonra söhbətin mövzusunu dəyişdi. Bir neçə gündən sonra mən Tiflisə getməli idim. Mən Məmmədağanı bir daha görmədim.

Bundan bir il sonra mən hökumətin əmri ilə Tiflisdən Ənzəliyə gəlməliydim. Ora gedərək şahın sarayında duruş gətirdim. Burada dostum Məmmədağa ilə rastlaşdım. O, məni görəndə çox sevindi. Biz bir yerdə nahar etdik, nahardan sonra Tehranda birgə keçirdiyimiz son gecəni xatırlayıb-xatırlamadığımı və nədən söhbət etdiyimizi məndən soruşdu. Mən ona müsbət cavab verdim.

– Deməli, – o, mənə üz tutaraq, – indi mən sizə mənim üçün həmin unudulmaz gecədə olan söhbətimizimin nəticəsi barəsində danışacağam, – dedi və sonra bunları nəql etdi. – Diplomatik nümayəndə ilə bəzi anlaşılmazlıq üzündən Konstantinopolda İran səfirliyində öz yerini tərk etməyə

məcbur olan bu adam özünə başqa iş tapmaq üçün Tehrana gedir. Lakin vaxt keçir, boş vakansiya olmur.

Belə ki, özünün bütün pulunu az-az xərcləyir və nəhayət, tamamilə yoxsul bir vəziyyətə düşür. O, bütün qiymətli şeylərini satır, amma yalnız tapançası qalır ki, bunu da son ümidini itirən zaman alnına vurmaq üçün saxlayırmış. Həmin axşam qəti olaraq həyatı ilə vidalaşmaq qərarına gəlir və ən yaxşı bir dostu kimi son dəfə məni görmək üçün yanıma gəlir, buna görə də intihardan söz salır. Lakin mənim söhbətim ona güclü təsir edir və o, öz niyyətini təxirə salır, son cəhdi də sınamaq qərarına gəlir. Tapançanı satır, əldə etdiyi pulu xərcləyəndən sonra həyatda heç bir vəsait əldə edə bilmədiyi zaman özünü zəhərləmək qərarına gəlir. İki gün ərzində onun bu məbləği tükənməli idi ki, yanına Xarici İşlər Nazirliyindən kuryer gələrək ona bildirir ki, nazir onu öz yanına çağırtdırıb. Elə həmin an nazirliyə yola düşür və orada öyrənir ki, nazir onu bu günlərdə Xorosanda təyin olunan şəxsin yerinə türk şöbəsinin rəisi təyin edib.

Belə ki, o, Türkiyə işlərinin gedişi ilə yaxşı tanış imiş. O, getdikcə nazirin daha çox etibarını qazanır və

İsveçin fövqəladə səfirliyi şah əlahəzrətlərinə İsveçin yüksək ordenini vermək üçün Tehrana yollanaraq Ənzəliyə gələndə Tehrana kimi müşaiyət etməli olduğundan səfirliyi qarşılamaq üçün ora göndərilir.

Deməli belə, o, niyə Ənzəliyə gəlib çıxıb. Bütün bunları mənə danışaraq ilk fürsət düşən kimi Tiflisdə

mənə göndərmək üçün Tehranda sifariş etdiyi əla bir qələmdanı hədiyyə etdi. Qılafı açan kimi, onu da qeyd edim ki, mən zinətli qızıl ilə naxışlanmış mürəkkəb qabını gördüm. Onun üzərində bu sözlər həkk olunmuşdu: “Bədbəxtin həyatını xilas edən söz xeyir-dualıdır.”

20


Mirzə Rza xan İrəvaninin

“Şahzadə Ərfəüddövlənin xatirələri” adlı əsərindən II FƏSİL


Qafqaza və İstanbula səyahət

(1876)


… Tiflisə çatan kimi məşhur Mirzə Fətəli Axundovun evində qazinin (Tiflisin qazisi axund hacı molla Baba nəzərdə tutulur) mənzilini kirayələdilər. Beş otaqdan biri mehmanxana idi, biri kabinet, biri qazinin yataq otağı, biri mənim və biri də molla Rzanın. On günü qazinin qəyyumluğu altında keçirdim. Tiflisdə

yaşayan iranlılar tacir, eləcə də sənətkarlar olaraq çox mehriban camaatdır. Şəhərdə iki karvansaray var: Xalatovun və Mirzoyevin. Arvad-uşağı olmayan iranlı tacirlər və sənətkarlar bu karvansaraylarda otaqlar kirayələyərək yaşayır və həm də alver edirlər. Tiflisdə təxminən 10 min iranlı vardır ki, bunun da əksəriyyəti qara fəhlədir. Buralı dulusçular əsasən Səlmas, Dolmağan və Urmiya əyalətlərindəndirlər, tava daşlarını düzənlər isə Marağadan, Təbrizdən, Mərəndədən və Xoydandırlar. Tiflisli böyük tacirlər Hacı Məhəmməd Bağır Rezayəvi, Hacı Fətəli, Məhəmməd ağa Tocarbaşı, Hacı Mehdi ağa və Hacı Məhəmməd İbrahimdir. Tiflisin görkəmli nömrəli hamamları vardır ki, burada da mineral su axır. Ağa Mir Fəttahın oğullarından biri Ağa Mir Nemətullah burada yaşayır. İranlılar ona böyük hörmətlə

yanaşırlar və onun savadı olmamasına baxmayaraq özlərinin rəhbəri hesab edirlər. İki həftə ərzində qazi mənə canla-başla qulluq edirdi. Bir irəvanlı tacir uzaqdan mənim qohumum çıxdı. Xalatovun karvansarayında yaşayan Hacı Rəhim ağa İrəvani yaşlı olduğuna görə iranlı və başqa tacirlər dairəsində

Внимание! Это не конец книги.

Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!

Страницы книги >> Предыдущая | 1 2
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации