Электронная библиотека » Məmməd Altunbay » » онлайн чтение - страница 3

Текст книги "Azadlığa uçan türk"


  • Текст добавлен: 28 октября 2022, 20:41


Автор книги: Məmməd Altunbay


Жанр: Биографии и Мемуары, Публицистика


сообщить о неприемлемом содержимом

Текущая страница: 3 (всего у книги 11 страниц) [доступный отрывок для чтения: 3 страниц]

Шрифт:
- 100% +

– Ana, tez danış da, nə olur, nə olur axı?

Anam davam etdi:

– Bir gün qəhrəmanlar bir yerə toplaşıb birlik yaradırlar. Yurd-yuvamıza basqın edən, ocaqlarımızı söndürən, xalqa zülm edən və uşaqlarımızı iti dişlərilə parçalayan yeddibaşlı canavarları yox etmək qərarına gəlirlər. şir kimi caavarlara hücum edib qırx gün-qırx gecə vuruşurlar. Nəhayət, yer üzündə bir dənə olsun belə canavar qalmır. Ondan sonra yer üzünün bütün adamları qırx gün-qırx gecə toy-bayram edib, yeyib-içib əylənir, ömürlərinin axırına kimi xoşbəxt həyat sürürlər.

Nağıl bitəndə qardaşımla birlikdə sevindiyimizdən necə qışqırdığımız indiki kimi yadımdadır. Anam saçlarımı oxşayaraq gözlərimin içinə baxıb:

– Canım-ciyərim, balam, Allah özü o günü mənə də göstərsin, – deyərək gül rəngli yanaqlarına süzülə bir neçə damla gözyaşını gül rəngli örpəyi ilə sildi.

Cəmil anamdan nə üçün ağladığını soruşdu. Anam heç bir cavab verməyib, yalnız başını tərpətdi.

Düşmən və barbar sözündən qorxunc bir canavardan qorxan kimi qorxurdum.

Anamın küçəyə çıxmağımızı qadağan etməsi hələ də davam edirdi. Bağçamızdakı çeşmənin buz kimi suyu ilə yuyunduqdan sonra axundların, din xadimlərinin öyrətdiyi kəlmələri ağır-ağır təkrar edərək başa salan anamı diqqətlə dinləyirdik. Doğrusunu deyim ki, anamın dediklərindən çoxunu başa düşmürdüm, lakin onun tez-tez təkrarladığı “düşmənimiz Leninin soyğunçu əsgərləri vəhşi və barbardır” sözlərini əzbərləmişdim. Yaxşıca əzbərləməyimə baxmayaraq nə düşmən, nə də barbar sözünün mənasını anlamırdım. Ancaq anamın söylədikləri kiki beynimə elə yerləşmişdi ki,hər dəfə bu sözlər yadıma düşəndə gözümün qabağında yeddibaşlı canavarlar peyda olurdu. Ona görə də “düşmən” və “barbar” sözlərindən qorxunc bir canavardan qorxduğum kimi qorxurdum.

Hərdən düşünürəm ki, nə qədər acı, nə qədər qəmli və qorxunc taleyim varmış mənim. Hələ kiçik yaşlarımdan hər cür dəhşəti göüb yaşadım və düşmənimin kim olduğunu ağlım kəsəndən sonra yox, elə kiçik yaşlarımdan öyrəndim.

Bəli, dostlar, Leninin əsgərlərini yeddibaşlı canavarlara bənzətməkdə nə qədər haqlı imişəm. Çünki bu əsgərlər milyonlarla ailənin ocağını söndürdü, evini-eşiyini yxıb-yandırdı, yağmaladı və talan etdi. Gözlərim qarşısında minlərlə adamın burun-qulağını, dilini kəsdilər. yenə gözlərim qarşısında acı fəryadı göylərə dirənən neçə-neçə adamın sivri qəmələrlə bir neçə saniyədə gözləri çıxarıldı. Körpə uşaqlar, hamilə qadınlar gözlərim önündə dəlik-deşik edildi. Yeniyetmə qızlar çılpaq soyundurulub camaatın gözü qabağında iyrənc, şəhvətli istəklərə qurban verildi. Onların bu iyrənc hərəkətlərinə qarşı çıxan anaların körpələrini süngüyə taxıb göydə fırladarkən, həm də “ura” deyə qışqıraraq qələbələrini qeyd etdilər. Lap anamın danışdığı yeddibaşlı canavarlar kimi.

Leninin əsgərləri ilə təmiz niyyətli azad insanlar arasındakı mübarizə tam şiddəti ilə davam etdi. Güclü və könüllü qəhrəmanların ürəkaçan azadlıq çağırışları artdıqca zalımların da zülmü ərşə dayanırdı.

– Tez olun, nə durmusunuz, atəş açın. Kim sağ qalsa, azadlığa qovuşacaq, – deyərəl or etdikləri insanları bir-birinə qırdıran Leninin yeddibaşlı canavarları özlərini min il əvvəl yaşamış Neronun manejindəki kimi hiss edərək əylənirdilər. Ətrafdakıların bəzisi lənət yağdırır, bəzisi də tir-tir əsirdi. Bəli, bütün bunları mən öz gözərimlə görmüşəm. Bir sözlə, həyatım qorxu üzərində bina edildi. Qorxu ilə doğuldum, qorxu ilə yaşadım və yenə də qorxu ilə böyüyüb özümə həyatda yaşamaq üçün zəmin hazırladım. Bu zəmin mənə yeddibaşlı canavarların zülmündən qurtarmaq üçün imkan verdi. Bu gün yazdığım “Tarixdə azadlığa uçan ilk insan” romanını azad insanlıq dünyasına təqdim etmək imkanını mənə verdiyi üçün yaradanıma min dəfə şükr edirəm. Bu əsərimdə söylədiyim həqiqətləri, inanın ki, indiyə qədər əlkə də heç kəs qorxusundan söyləyə bilməmişdir.

Qardaşım hıçqıra-hıçqıra ağlayır və “ana, atamız kimdir?” – deyə soruşur.

Yenə bir gün səhər yerimizdə qalxıb həmişəki kimi bağçamızda şır-şır axan çeşmənin buz kimi suyu ilə yuyunmuşduq. Kiçik qardaşım Habil hələ də yatırdı. Anamın qabağımıza qoyduğu qynar südü Gəncənin çiçək ətirli balı və camış qaymağı ilə içib, qarnımızı möhkəmcə doydurandan sonra anam dedi:

– Bu gün cümə günüdür. Küçəyə çıxmağınızı qadağan etdiyim vaxt bitdi. Bu gün çıxıb uşaqlarla oynaya bilərsiniz, ancaq bir də dəcəllik edib dalaşsanız, daha atanız gələnə qəədr siz heç yerə buraxmayacağam, hələ üstəlik bütün etdiklərinizi də ona xəbər verəcəyəm. Başa düşdünüzmü?

– Başa düşdük, anacan, ancaq sən də bu gün müqəddəs cümə günü olduğu üçün bizə acıqlanmayacağınıza söz versən, bir şey deyəcəyəm – Cəmil ağlamsınaraq dedi.

Anam xəfif təbəssümlə:

– Yaxşı, de görüm, yoxsa köhnə dalaşmalarından, uşaqları necə döydüyündən danışacaqsan? – dedi.

– Hə, keçmiş bir davadan danışacağam. Ancaq bu dava mənim ürəyimi elə yaralamışdı ki, ana, neçə gün gözümə yuxu getmədi. Gecələr yatağımda səssiz-səssiz ağlayırdım. Üstümüzə hirslənib, acıqlanacağından qorxduğum üçün bu vaxta qədər sənə deməmişəm, amma indi hirslənməyəcəyinə söz ver, danışım, – deyən Cəmilin səsi titrəyirdi.

– Yaxşı, acıqlanmaram, ancaq düzünü de.

Cəmilin gözləri dolmuşdu. O:

– Allah özü şahiddir ki, düzünü deyəcəyəm.

O bir an dayandı, udqundu və birdən-birə sanki yenidən cəsarətlənərək sözünə başladı:

– Bax, ana, o güləşdiyimiz, dalaşdığımız gün var ha…

Anamın səbri tükəndi:

– Hə, nə olub axı?

– O gündən dörd gün qabaq günortadan sonra həyət qapımızın qabağında yoldaşlarımızla oynayarkə yanımıza qonşu məhəllədən iki oğlan gəldi. Onlardan birinin adı Həsən, o birininki isə Əli idi. oğlanlar bizə sataşır, söyürdülər. mən hirsləndim və onlarla dalaşmağa başladım. Elə bu vaxt yanımızdan keçən bir əmi bizi ayırdı. Sonra da hamımızın yaşını soruşdu. Həsən doqquz, Əli də yeddi yaşında olduğunu dedi. Mənim yaşımı soruşanda doğrusu utandım, çünki mən bir qurban bayramından sonra məktəbə gedəcəyimi deyəndə kişi qəhqəhə ilə gülməyə başladı. Məmmədi göstərib “Bu kiçik oğlan da sənin qardaşındır?” – deyə soruşdu. “Bəli” – dedim. “Onun neçə yaşı var”. “O da üç qurban bayramından sonra məktəbə gedəcək” – deyəndə əmi daha çox güldü. Sonra Həsənlə Əliyə dönüb “Yaşca özünüzdən kiçik uşaqlarla dalaşmağınızdan heç utanmırsınız?” İndi də tez rədd olub gedin evinizə” – deyərək onlara təpindi. Həsənlə Əli gedndən sonra adımızı və evimizin harada olduğunu soruşdu. Adımızı deyəndə duruxdu. “Yaxşı, bəs harada olursunuz” – deyə təkrar etdi. Həyət qpsını göstərəndə əminin heyrət dolu baxışları altında sıxılmağa başladım. Bizə bir pislik edəcəyindən qorxdum. “Nə üçün bizə elə baxırsınız? Biz ki, bir şey eləməmişik”, – dedim. “Qorxmayın” – dedi kişi. “Məndən sizə pislik gəlməz, ancaq ananıza deyin bu günlər sizi təkbaşına küçəyə buraxmasın. Atanız özbaşına küçədə oynadığınızı görsə, hirslənər”. “Axı nə üçün?” – deyə soruşdu əmidən. “Onu ananızdan soruşun” – deyib əyildi, saçlarımızı oxşayıb, yanaqlarımızda öpdü və “Allah əmanətində, uşaqlar” – deyib yoluna düzəldi. “Siz atmı tanıyırsınız?” – deyə arxasınca qışqırdım. “Dərvişoğlu qaçaq İbrahimi Gəncədə kim tanımır ki, oğlum?” – deyə cavab verib uzaqlaşdı. Biz on gözdən itənə kimi müşayiət etdik.

Qardaşım titrəyən səsini bir az ucaldıb:

– Ana, – dedi – Yadındamı dalaşdığıız gün Haykanuş da “qaçaq İbrahimin balaları da ataları kimi quldurdur” – dedi? Məhəlləmizdəki bizdən böyük uşaqların hamısının “Qaçaq İbrahimin balaları” – deyərək bizdən qorxduqlarını sənə demişdim, deyilmi? Yaxşı, anacan, indi de görək “qaçaq” sözünün mənası nədir? “Qaçaq” pis sözür məgər? bizi atamız pis adamdır? Axı üzünü az-az görüyümüz atamın kim olduğunu nə üçün bizə demirsən? məhəlləmizdəki uşaqların yanında bizim də başımızın dik, alnızmızın açıq olmasını istəmirsən məgər? nə üçün hamı bizə yan baxır? Bizdən çəkinir? Bütün uşaqlar neçə yaşında olduqlarını bilirlər, amma sən və ya atam nə üçün bizə neçə yaşında olduğumuzu söyləmək istəmirsiniz?

Cəmil bu sözləri deyəndə artıq hönkür-hönkür ağlayırdı. Onun ağlaması məni də kövrəltdi. Mən də ağlaya-ağlaya anamın boynuna sarıldım və:

– Nə olar, anacan, nə olar, heç olmasa, atamın kim olduğunu bizə de, – deyə yalvarmağa başladım. Anam hər ikimizi bağrına basdı, yanaqlarımızdan öpərkən o da göz yaşlarını saxlaya bilmirdi. Anamın bizimlə birlikdə ağladığını ilk dəfə görürdük. O gün hamımız birlikdə acı taleyimizə ağladıq. İnsanların nə qədər zalım və barbar olduğuna ağladıq. Atalı olub, lakin ata üzünə həsrət qalan, boynubükük, zavallı, yetim uşaqlar kimi ağladıq. Ağladıq, ağladıq, ağladıq.

Anam atam haqqında danışır

– Düzdür, oğlum, siz Dərvişoğlu qaçaq İbrahimin oğlusunuz – dedi anam. – Atanız mərd, nəcib, vətənini sevən və millətinə qəlbdən bağlı, dini bütöv bir müsəlmandır, həm də cəsur adamlardan biridir. O, rus çarının zülm üzərində qurulmuş qanunlarına heç vaxt boyun əymədiyi üçün özü kimi bir dəstə igidi ətrafına toplayıb ölkəmizin rus boyunduruğundan qurtularaq azad yaşamsı üçün illərdən bəridir ki, ölüm-dirim mübarizəsinə qalxmışdır. Hə, balalarım, bu gözütox igidlər ölkəmizin meşə, dərə, dağ və daşlarını özlərinə məskən ediblər.

Üç il əvvəl rus çarının Qafqazdakı baş valisi atanızla birlikdə vuruşan igidlərin hər birinin başını gətirənlərə torba dolusu qızıl verəcəyini vəd etmişdi qəzetlərdə.

– Yaxşı, ana, madam ki, atamız belə qəhrəmandır, bəs nə üçün ona “qaçaq” deyirlər? – deyə qardaşım səbr etməyi soruşdu.

– Azərbaycan xalqı vətəninin qurtuluşu yolunda mübarizə aparan və rus boyunduruğunu qəbul etməyən mücahidlərinə “qaçaq” adı verib. Sizin başa düşdüyünüz “qaçaq” sözü xalqın öz qəhrəmanlarına verdiyi şanlı, şərəfli bir addır. Ona görə də siz utanıb, ağlayıb-sızlamamalı, əksinə belə bir atanın övladı olduğunuz üçün fəxr etməlisiniz. Böyüyəndə siz də atanız kimi mərd nəcib və cəsur olun, vətənimizin, xalqımızın dostu ilə dost düşməni ilə də düşmən olun.

Anamın sözləri qardaşımı dərindən-dərinə düşündürdü. O yenidən soruşdu:

– Yaxşı, ana, bəs rusların boyunduruğu altına girməyən qaçaqlar harada, necə döyüşürlər?

– Qaçaqlar rus ordularının yerləşdikləri yerlərə gecələr basqın edir, yurdumuzun balını, qaymağını yeyib, neftini, bütün zənginliklərini əlimizdən zorla alan, xalqımızı Sibirin buzlu çöllrinə sürgün edən rus çarının əsgərlərini öldürürdülər, cəbbəxanalarını atəşə tuturdular. Xülasə, onları torpaqlarımızdan qovmaq üçün durmadan, dincəlmədən neçə illərdir ki, mübarizə aparırlar. Bundan başqa qaçaqlar məmləkətimizi qarət edən rusların banklarına basqın edir, əllərinə keçən bütün pul və qızılları yoxsul kəndlilərə paylayırdılar. Kəndlilər əvəzində qəhrəmanlarını həm gizlədir, həm də onları yemək-içməklə təmin edirdi. Ruslar kəndlilərə olmazın zülm edər, hətta tez-tez kəndləri orada qaçaqların olduğunu eşidəndə atəşə tutardılar. Kəndlilərdən yalnız kişiləri deyil, lap o yeddibaşlı canavarlar kimi qadın və uşaqları da dəlik-düşik edərək öldürərdilər. lakin bütün bu zülmlərə baxmayaraq kəndlilərimiz öz qəhrəmanlarının gizləndiyi yerləri rus əsgərlərinə deməz, göstərməzdilər.

Qardaşım anamın sözünü kəsərək:

– Yaxşı, anacan, əgər ruslar bizim yurdumuzdan rədd olub getsələr onda nə olacaq? – deyə soruşdu.

– Bax, o zaman vətənimiz güllük, gülüstanlıq, xalqımız da azad olar. Nahaq yerə heç kəs heç kəsə zülm etməz. Rus qanunlarını bəyənməyənlər öldürülməz. Sibir çöllərinə sürgün edilməzdi. Başa düşürsən, oğlum? O zaman yurdumuz dünyanın cənnətinə çevrilərdi. Bax, elə atanız vətənimizin bu cür cənnət görməyi arzuladığı üçün uzun müddətdir ki, ölüm-dirim mübarizəsi aparır ruslarla, amma heyif ki, qəhrəmanlarımız onlara heç cür qalib gələ bilmir.

– Nə üçün bacarmırlar onlarla? Bəs sən özün deyirdin ki, qəhrəmanlar yeddibaşlı canavarlara qalib gəldilər? yəni bu ruslar yeddibaşlı canavarlardan da qüvvətlidir, ana?

– Yox, oğlum, ruslar qüvvətli deyil. Ancaq bizdən demək olar ki, iyiri-otuz dəfə çoxdurlar. Bizim hər qəhrəmanımız iyirmi-otuz rus əsgəri ilə vuruşduğu üçün onlar nə qəədr igidimizi öldürüblər.

– Ana, atam neçə ildir ruslarla döyüşür deyirsən? o heç döyüşlərdə yaralanmayıb? – deyə soruşan qardaşımın səsi elə titrəyrdi ki, bu dəqiqə ağlayacağını düşündüm.

– Bəs nə, heç yaralanmamış olarmı? Özü də bir neçə yaralanıb, ancaq ən böyük yaranı üç il əvvəl almışdı. O vaxt rus çarının Qafqaz valisi atanızın və silah dostlarının başlarını gətirənlərə torba dolusu qızıl verəcəyini qəzetlərdə elan etdi. O gündən başımıza fəlakət yağdı. Çünki onda ermənilər də işə qarışdı. Ermənilər atanızın və dostlarının haradansa gizləndiyi yerləri öyrənib gedib rus əsgərlərinin komandirlərinə xəbər vermişdilər. səhərin alatoranlığında yüzlərlə rus əsgəri bizimkilərin üstünə hücum edir. Atanızgil cəmi 35 nəfər imiş. Mirhəsən dayınız da onlarla birlikdə idi. saatlarla davam edən döyüşdə yetmişdən artıq rus və erməni öldürülmüşdü. O döyüşdə atanız səkkiz güllə yarası almışdı. Döyüş uzandıqca ruslara əlavə qüələr gəlirmiş. Beləcə get-gedə çoxalan rus əsgərlərinin qabağında durmağın çox təhlükəli olduğunu görən bizimkilər geri çəkilməyə məcbur olurlar. Geri çəkilərkən öz başçılarını, yəni atanızı özlərilə qaçırırlar. Həmin gün ölüm halında olan atanızı dostlarının köməyilə gizli yollarla Qara Musalı kəndindəki əkin yerimizə apardıq. O vaxt siz kiçik idiniz. Habil isə hələ dünyaya gəlməmişdi. Mirhəsən dayınız babanızın çox yaxşı tanıdığı və etimad göstərdiyi iki həkimi sahəmizə gətirdi. Hər iki həkim bizimlə bərabər dörd ay orada qalıb atanızı müalicə etdi. Yalnız dörd aydan sonra atanız özünə gəldi. Qara Musalıda olarkən öyrəndik ki, erməni casuaları ruslardan mükafat olaraq xeyli qızıl alıb müqabilində də atanızın və yoldaşlarının yerini bildiriblərmiş. Bu xəbəri babanızın sadiq adamları – Ambarsumla Mkrtıç söyləyibmiş babanıza. Atanız tamamilə yaxşılaşıb şəhərə qayıdandan sonra ətrafına qırx-əlli adam toplayıb yenə dağda-daşda rus əsgərləri ilə çırpışmağa başladı.

Anamın sözləri Cəmili çox həyəcanlandırdı. O, həyəcanlı səslə qışqırdı:

– Ana, atamın və dostlarının yerini ruslara xəbər verən ermənilərə atamız heç nə etmədi?

– Necə ki, etmədi, oğlum? əlbəttə, elədi.

– Bəs necə oldu? Bu barədə də danış da – deyə birnəfəsə danışan qardaşımın həyəcanını anam sanki daha da körükləmək istəyirmiş kimi sözləri uzada-uzada cavab verdi:

– Atanız silah yoldaşları ilə birlikdə onları tutdurmaq istəyən ermənilərin qəsəbəsinə basqın etdi. Ancaq basqına getməzdən əvvəl atanız yoldaşlarına qadın, uşaq və qocalara toxunmamağı tapşırmışdı. Sən demə ermənilər də basqın olacağını qabaqcadan bilib bütün tədbirlərini görübmüşlər. buna baxmayaraq böyük bir döyüş olur və hər iki tərəfdən çoxlu adam ölür. Nəticədə döyüşən ermənilər qəsəbələrini tərk edib qaçmağa məcbur olurlar. Qəsəbədə qadın, uşaq və qocalardan başqa heç kimin qalmadığını görən atanız bu dəfə əlli mücahidlə vətənimizin azadlığı və xalqımızın istiqlaliyyəti uğrunda mübarizəsinə yeidən başladı. Həmin vaxtlarda atanız adları məlum olmayan ermənilərdən bir məktub aldı. Məktubda yazılmışdı ki, “sən bizim qadınlarımızı, uşaqlarımızı və qocalarımızı bağışladın, ancaq yadında saxla ki, biz heç vaxt sənin kimi insanpərvər olmayacağıq. Heç bir övladının yeddi yaşından artıq yaşamayacağına and içmişik”. Bax, buna görə də atanız sizin neçə yaşınız olduğunu başqalarının bilməsini istəmir. Indi hər şeyi başa düşdünüzmü, balalarım?

– Bəli, ana, amma indi də deyirlər ki, başqa bir rus gəlir. Yaxşı, bəs bu gələn rus kimdir? – deyə Cəmil indi də böyüklərə məxsus bir ciddiyyətlə sual etdi. Anam yenə onun sualını cavabsız qoymadı.

– Rus elə rusdur, oğlum, onlar bizim qara qaşımıza, qara gözümüzə vurulub gəlmirlər buraya. Yurdumuzun zənginliklərini talan etmək üçün gəlmiş və gəlməkdədirlər. bir ay əvvələ kimi atanız alim kişilərin sözünə inanmırdı. Leninin əsgərlərini azadlıq carçısı kimi görürdü. Elə ki, paytaxtımız Bakıya daxil oldular, elə o gündən Leninin ölkəmizə göndərdiyi əsgərlərin yeddibaşlı canavarlardan fərqlənmədiyini, hətta, onlardan da betər zalım və qəddar olduqlarını gördü xalqımız. Hə, balalarım, alim kişilərimiz deyirlər ki, xalqımın yeddibaşlı canavarın birindən iki il di ki, zorla qurtarmışdı, xoşbəxt bir adam kimi könül rahatlığı ilə elə təzcə nəfəs almağa başlamışdıq ki, ikinci yeddibaşlı canavarın hücumuna məruz qalan ölkəmizdə insan qanı yenidən sel kimi almağa başladı. Yenə alim kişilərimiz deyirlər ki, ruslar lap bu yaxınlarda Gəncəyə də gələcək və əsil fəlakətimiz də onda başlayacaq. Evlər yanıb-yaxılacaq, on minlərlə ocaq sönəcək, yenə on minlərlə igid, uşaq və qadın öləcək. Allahın kitabları yandırılacaq, məscidlərimiz, mədrəsələrimiz viranəyə çevriləcək.

Anam söhbətini bitirərkən gözlərindən yanaqlarına doğru süzülən yaşları bizəhiss etdirməməyə çalışaraq ovucları ilə silirdi.

Bəli, hərçənd ki, hər ikimiz anamı canı-dildən dinləyirdik , ancaq nə yalan söyləyim, mən heç bir şey başa düşmürdüm, bu yazdıqlarım isə əziz oxucum, zaman keçdikcə anamla qardaşımın danışdıqlarından yaddaşımda həkk olub qalanlardır ki, onları da olduğu kimi sizə çatdırmağa çalışıram.

Bir gecə yarısı

Gəncə camaatının qorxusu gündən-günə daha da artırdı. Küçələrdə, hətta uşaqlar belə Leninin əsgərlərini Bakıda törətdikləri vəhşilik və zülmlərdən danışırdılar. Alim kişilər qırmızı rusların Gəncəyə hər gü bir az da yaxınlaşdığını, ayaq qoyduqları hər qarış torpaqda insan qanının sel kimi axdığını dəllalar vasitəsilə xalqa çatdırırdılar. Heç kimdə aram, yuxu deyilən şey qalmamışdı. Anam bütün gecəni alim adamlardan eşitdiyi dəhşətləri danışırdı bizə.

Anam bizə nə qədər “kişsiniz, güclü olun, atanız kimi ürəkli olun” – desə də, mənası yox idi, biz Leninin əsgərlərindən elə qorxurduq ki, əksinə anam ”güclü olun, ürəkli olun” dedikcə qorxudan titrəyirdik. Belə qorxulu gecələrdə tamızın yanımızda olmaması anamı və bizi büsbütün pərişan etmişdi.

Bir gün anam axşa bizi yatırmağa hazırlaşırdı.

– Gecəyarısı oldu, yatın daha Allah sabahımızı xeyirli eləsin, – dedi.

Biz də qardaşımla birlikdə “Amin” dedik. Heç bir neçə dəqiqə keçməmişdi ki, həyət qapımız yavaşca döyülməyə başladı.

– Bu vaxt kim ola bilər? – deyə anam səsləndi.

– Biz ikimiz də bir ağızdan:

– Bəlkə atamdır? – dedik.

Anam:

– Yox, atanız qapını belə döymür – deyəndə qardaşım cəld yatağından qalxdı.

– Mən gedib açaram, ana, – dedi.

– Yox, – deyə anam onu buraxmadı. – Mən özüm baxaram, təkcə siz səsinizi çıxarmayın.

Anam sakitcə çölə çıxıb səssiz addımlarla bağça qapısına yaxınlaşdı, biz də gizlincə onu təqib edirdik.

Anam astadan soruşdu:

– Kimdir?!

Çöldəki adam:

– Mənəm, Bəyim bacı, Qara Musalı Cəfər.

Bu səs və ad anamı ürəkləndirdi. Böyük cəftəni yuxarı qaldırıb qapını açdı. Gələn adamı mən də tanıdım. Atamın yaxın dostlarından biri idi. onu əkin yerimizdə də görmüşdüm, bir neçə dəfə. Əvvəllər atam hər il bütün yayı bizi əkin yerimizə aparardı. Cəfər əmi silahlı idi.boynunda çarpaz patrondaş, belində isə həm sağ, həm də sol tərəfində tapança vardı.

– Xeyir ola, Cəfər qardaş. Gecənin bu vaxtı inşallah xeyir xəbər gətirmiş olarsan, – deyən anamın qorxu və həyəcandan səsi titrəyirdi.

Cəfər əmi də anamınn çox qorxduğunu başa düşdüyündən cavab verməyə tələsdi:

– Qorxmalı br şey yoxdur, Bəyim bcı.

– Elə isə gəl içəri, otur, bir az dincəl, yoldan gəlmisən.

– Sağ ol, bacım. Lap elə bu dəqiqə geri qayıtmalıyam. İbrahimin tapşırığı vardı, gəldim deyəm İbrahim qardaşımız inşallah sabah evə gələcək, ancaq istəmir ki, yaxın-uzaq qonşulardan kimsə eşidib-bilsin. Xüsusilə də qonşumuz Mkrtıçın ailəsindən ehtiyatlı olmanızı tapşırdı. Elə bunu deməyə gəlmişdim.

– Sağ ol, Cəfər qardaş. Ona salamımızı yetir və söylə ki, özü istədiyi kimi gözləyəcəyik yolunu.

– Uşaqlardan çox nigaran idi.

– Ona de ki, uşaqlar lapyaxşıdır. Gördüyün kimi, ikisi də arxamda gizlənib, – deyəndə biz qabağa yeridik.

Qardaşım gülə-gülə anamdan soruşdu:

– Sən bizi necə gördün, ana?

– Analar balalarını hər vaxt, hər yerdə görür, oğlum, – deyə anam cavab verdi.

Cəfər əmi üzümüzdən öpdü, hal-əhval tutdu. Sonra isə dedi:

– Sabah axşam atanız gələndə onu çox-çox öpərsiniz, oldumu? İndi isə hamınız allah əmanətində olun.

Cəfər əmi gedəndə anam:

– Sağ-salamat gedin. Allahın mərhəməti üstünüzdən əksik olmasın – dedi.

Yerimizə girəndə sabah atamızı görəcəyimiz üçün sevincdən uçurduq. O gecə səhərə qədər yata bilmədik. Qardaşımla elə hey atamdandanışdıq. Anam atamız haqqında danışandan bəri sevincdənmi, qürurdanmı bilmirəm, yalnız bildiyim və xatırladığım bir şey varsa, o da bu idi ki, ürəyimiz köksümüzə sığmırdı. Bir aydan çox idi ki, atamızı görmürdük. Kiçik ürəyimin sevinclə döyündüyünü hələ də xatırlayıram. Anam deyəsən, pıçıltı ilə danışdıqlarımızı eşitmişdi odur ki, sakitcə dedi:

– A bala, daha bəsdir, yatın. Sabah axşam inşallah atanızla bolluca danışıb əylənərsiz.

Kiçik qardaşım oyanıb ağlayırdı. Anam onu əmizdirdi. Uşaq yenidən yatdı.

Səhəri gün anam və qardaşımla bərabər atamızı həyətimizdəki çeşmənin başında saatlarla gözlədik. Gecənin qaranlığında at ayaqlarının səsini eşidəndə qardaşımla birlikdə sevincdən qışqırmaq istəyəndə anam hər ikimizin ağzını əlləri ilə qapadı.

– Ay allah, ürəyim həyəcanımdan partlayacaq – dedi Cəmil.

Anam tez onun sözünü kəsdi:

– Sus, ucadan danışma.

Nəhayət, həyət qapımız üç dəfə dalbadal, iki dəfə də ağır-ağır döyüldü.

– Hə, atanız gəldi – deyərək anam daha həmişəki təmkinini saxlaya bilməyib soruşdu:

– İbrahim, sənsən?

– Hə, – deyə küçədən səs gəldi.

Anam o dəqiqə qapını açdı. Atamızı qarşımızda görər-görməz ata həsrəti və ata sevgisi ilə çırpınan kiçik qəlbimiz o qədər həyəcanlanmışdı ki, heç bir qadağanı, heç bir qorxunu nəzərə almadan hər ikimiz birdən:

– Ata! – deyə bağırdıq.

Atam isə:

– Oğlanlarım, balalarım, mənim balalarım! – deyərək bizi qüvvətli qolları ilə bağrına basarkən mənə elə gəldi ki, o rus çarının da, Leninin də yeddibaşı canavarlarına meydan oxuyur.

Hamımız birlikdə böyük otağımıza gəldik, atamız hər ikimizi təkrar-təkrar qucalayıb öpdü. Mışıl-mışıl yatan kiçik qardaşımın beşiyinin başında diz çöküb onu da öpdü. Evimizdə elə bil bayram havası vardı. Ata sevgisinin nə qədər güclü bir hiss olduğunu mən həmin gecədən sonra başa düşdüm və bütün ömrüm boyu da o hissləri axtardım, darıxdım onlar üçün. Atam yanımızda olmayanda həm qorxur, həm də özümüzü kimsəsiz və yetim hiss edirdik. Lənətə gəlsin bəxtimizi. Ömrümüz boyu canavarların pəncərəsində yetim qalacağımızı və bəşəriyyətə qara ləkə olan qızıl rejimin yetimxanasında hər gün aclıqdan ölən bir çox yetim uşaqla birlikdə ac köpəklər kimi sürünərək ölməmək üçün necə bir həyat keçirməyimizi söyləməyə inanın ki, söz tapa bilmirəm. Istilaçı qızıl sürüsünün azərbaycanda yüz minlərlə uşağa verdiyi həyat heç də bizimkindən fərqli deyildi.

Həmin gecə atam danışır, anam isə dinləyirdi. Arada anam bizə dönüb dedi:

– Balalarım, daha gecdir. Dünən gecə də yatmamısınız. Indi gedin girin yatağınıza, doyunca yatın, sabah yenə atanızla birlikdə olarsınız.

Anam haqlı idi. gecədən xeyli keçmişdi, ancaq biz atamız üçün o qədər darıxmışdıq ki, heç ondan ayrılmaq istəmirdik.

Qardaşım yalvarıcı səslə anamdan xahiş etdi:

– Ana, nə olar, qoy bir az da oturaq, hələ yuxumuz gəlmir.

Anam:

– Atanız icazə verirsə, oturun.

Atam xətrimizi sındırmadı:

– Dəymə, qoy yuxuları gələnə qədər otursunlar – dedi, sonra yenə də sözünə davam etdi, – Kəlam sahibi, ali kişilər haqlı imiş. Lenin bizə yalan söylədi. Vətənimizi istila etmək üçün lap Hacı qiyafəsində həccə gedən tülkü kimi insanlığa və kişiliyə yaraşmayan hiylələrə əl atdı. “Dininiz müqəddəsdir” – dedi, inandıq. “Öz vətəninizdə azad və xoşbəxt insan kimi yaşayacaqsınız” – dedi, inandıq. “Biz sizin yalnız dostunuz deyil, sizi hər cür düşmənin təhlükəsindən qoruyacaq böyük qardaşınızıq” – dedi, inandıq. Sən demə, bunların hamısı ağ yalanmış, hiylə imiş. Allahsız Lenin əsgərləri çarın əsgərlərindən min dəfə daha zalım, min dəfə daha barbar və min dəfə daha ac imiş. Gözəl yurdumuzu yaxıb-yandırdılar, yıxıb-dağıtdılar, qan dəryasına çevirdilər. bakını artıq istila ediblər. Məclis nümayəndələrimizin hamısını qılıncdan keçiriblər. bakıda nə qədər dövlətli və ziyalı adamımız varsa, çoxunu bir neçə günü içində güllələmişlər. idi də bütün qüvvələrini toplayıb Gəncənin üstünə gəlirlər. keçdikləri hər qarış torpağı çəyirtkə bəlası kimi yerlə-yeksan ediblər. deyilənə görə, kişi, qadın və uşaq deməyib qarşılarına çıxan hər damı öldürürlər. Eşitdiyimizə görə belə bir dəhşət qarşısında böyük alim adamlarımız toplaşıb “Düşmən kimdir” məsələsini müzakirə ediblər. biri erməni, biri fransız və ya yunan deyib. Ama bir bunu fikirləşməyiblər ki, indi fransızların da, yunanların da, bütün Avropanın da öz dərdi başından aşır. Haı bilir ki, ermənilər rusların nökəri və alətidir. . Yəhudilərə gəlincə, onlar rusları, ruslar da onları sevmirlər.

Anam atamın sözünə qüvvət verdi:

– Kəlam sahibi alim kişilərin bu qənaətə gəldiklərini öyrənmişəm.

Anamla atam söhbət etdikləri vaxt biz atamın gəlişi ilə sevincli, xoşbəxt və sakit bir yuxunun qoynunda olduğumuz zaman yeri-göyü sarsıdan, ürəklərə qorxu və dəhşət salan silah səslərinə oyandıq. Bağçamızdan gələn səs:

– Basıldıq, İbrahim qardaş, basıldıq – deyə qışqırırdı.

Bu səs Cəfər əminin səsi idi. ətraf qatı qaranlığa bürünmüşdü. Atam artıq qaşla göz arasında geyinib silahlanmışdı. Tələsik bizim və anamın üzündən öpərək:

– Çölə çıxmayın. Allah əmanətində! – dedi və sürətlə bağçaya tərəf addımladı.

“Allah özü səni qorusun” – deyib “Amin” sözlərilə atamıza xeyir-dua dilədik.

Çöldə eşidilən güclü silah səsləri qqorxunc idi. anam bütün qapıları möhkəm-möhkəm bağladı. Qardaşımla mən qorxudan titrəyirdik. Kiçik qardaşım yuxudan oyanıb ağlayırdı. Silah səsləri heç susmaq bilmirdi. Cəmil qorxa-qorxa anamdan soruşdu:

– Ana, atamızı öldürdülər?

– Allah özü köməyi olsun, o nə sözdür, oğlum?

– Ana, icazə ver, gedib baxım, elə o dəqiqə də dönəcəyəm – deyən qardaşım bir anda mənim gözümdə canavarları öldürən qəhrəman kimi böyüdü.

Anam:

– Yox! – dedi – Atanız tapşırmadımı ki, çölə çıxmayın?

Xeyli keçəndən sona silah səsləri kəsildi, lakin biz səhərə qədər çəkdiyimiz qorxu, narahatlıq və yuxusuzluqdan pəjmürdə olmuşduq.

Günəş xeyli qalxmışdı. Bağça qapımızın önündə böyük bir qələbəliyin uğultusu evin içinə qədər gəlirdi.

– Anam bizə o qayıdana kimi çölə çıxmamağımızı tapşırdı. Bir az sonra qayıdanda qardaşım soruşdu:

– Ana, nə olub orada?

Anam:

– Camaat qapımızın önünə toplaşı, hamı da deyir ki, guya ermənilər bu gecə qçaq İbrahimin evinə basqın ediblər.

– Daha nə var, ana?

– Üç erməni ölüb deyirlər, ancaq atanıza və yoldaşlarına heç bir şey olmayıb. Bu əclaflıq güman ki, Mkrtıç köpəyin işidir. Başqa kim bilərdi atanızın gəlməyini?

Uca yaradana min dəfə şükürlər olsun ki, həmin gün atamız ermənilərin basqınından sağ-salamat qurtardı. Ancaq biz onun üzünü bir də güllələndiyi günə qədər görmədik. Atama edilən erməni basqınından neçə gün keçdiyini bilmirdim. Qardaşımla bağçamızın qapısında oturmuşduq. Artıq kədərdən yoldaşlarımıza qoşulmurduq. Geniş küçədə tozu-dumana qataraq gələn atlıları görənlər kənara çəkilib onlara yol açırdılar. ətrafı təlaşa salan atlılar yanımızdan keçib iyirmi-otuz metr irəlidə dayandı. Birinin arxasında böyük bir təbil var idi. atlılar dayanan kimi təbilçi təbili döyməyə başladı: “Gum! Gum! Gum!”. Səsinə evlərin qapı-pəncərələri açıldı. Qadınlar, qızlar, gənclər və yaşlılar küçəyə töküldü. Bu “gum-gumların” Gəncə xalqı üçün təhlükə səsi olduğunu sonradan öyrəndim anamdan. Atlılardan biri gur səslə dedi:

Analar, bacılar, qardaşlar. Gəncə qızıl düşmənin təhlükəsi altındadır. Bir saata hamınız Zərrabiməscidinin həyətinə toplaşın. Möhtərəm Hacı Axund sizə xitab edəcək. Bu çağırışımızı eşitməyənlərə də xəbər verin.

Hacı Axund bütün Gəncə camaatının hörmət etdiyi böyük bir din xadimi idi. atlılar təhlükəli xəbəri verdikdən sonra başqa məhəllələrin sakinlərii də xəbərdar etmək üçün sürətlə uzaqlaşdılar.

Zərrabi məscidinin həyəti Gəncədəki onlarla məsciddən ən böyüyü idi. təhlükə xəəri veriləndən sonra heç bir saat çəkməmişdi ki, məscidin həyətinə minlərlə adam doldu. İynə atsan yerə düşməzdi. Anam qardaşımla məni də aparmışdı ora. Kiçik qardaşım Habil nənəmlə evdə qalmışdı. Əslində məscid evimizdən ən çoxu əlli metrlik bir məsafədə idi. Caminin həyətindən minlərlə adamın “Allah, Allah” səsi adamın tüklərini ürpərdirdi, ürəkləri parçalayırdı. Bir qədər sonra üç-dörd metr hündürdə qoyulmuş kürsünün üstündə Hacı Axund göründü.

– Bismillah-ir-rəhman-ir-rəhim. Əşhədü ənla ilahə illəllah və əşhədü ənnə Muhəmmədən rəsulillah – sözlərindən sonra Axund xalqa xitab etdi, – Gəncənin igid oğlanları, müqəddəs vətənimizin hər qarış torpağını öz qanı ilə sulayan nəcabətli Azərbaycan qadını! Bilin ki, əzəli və əbədi düşmənimiz olan ruslar 1920-ci il aprelin 28-də Azərbaycan Respublikasının Bakı şəhərini iğal etdikdən sonra vəhşi və ac canavar sürüsü kimi böyük qətllər edib övladlarımızın qanını sel kimi axıtmışlar. Bu günlərdə vətənimiz bəşər tarixinin ən qanlı və ən qorxunc səhnələrindən birini yaşayır. Ölkəmizin zəngin və mümtaz adamları qırdırırlar, məscidlərimiz yandırırlar. Din xadimlərimizin dərisi soyulur, gözləri çıxarılır, burun və qulaqları kəsilərək itlərə, pişiklərə verilir. İntiqam hissini öldürə bilməyən qızıl vəhşilər kiçik uşaqları, körpələrimizi süngü ilə dəlik-deşik edirlər.

Gəncənin qəhrəman övladları, nəcabətli türk qadınları, xəbərdar olun ki, Leninin barbar və talançı əsgərləri keçdikləri yerləri qarət və talan edə-edə cənnət yurdumuz Gəncəyə yaxınlaşmaqdadır. Sabah gecə və ya ən geci iki gün sonra Gəncədə olacaqlar. Bu gözəl şəhərimizi bəşəriyyətin üz qarası olan bir rejimin qarətçi əsgərlərində qarış-qarış qoruyacağıq. Düzdür, düşmənin sayı bizdən yü dəfə çoxdur, ancaq necə olursa-olsun Gəncənin qəhrəman övladları öz gözəl şəhərlərini qorumalı və unutmamalıdırlar ki, şəhərlərin məkanı uca tanrının cənnətidir.

Mən Hacı Axundun sözlərindən bir şey anlamasam da, bu sözlər evimizdə o qədər təkrar olunurdu ki, onların beynimdə həkk olunub qalması o qədər də təəccüblü deyildi. Çünki mən həyatı anlamağa başladığım gündən bu sözlərdən və gördüyüm dəhşət yığını qanlı səhnələrin təsirindən heç vaxt yaxamı qurtara bilmədim.

Düşməndən qaçış

Yuxunun ən şirin yerində anamın çox uzaqdan gələn səsini eşitdim:

– Məmməd, Məmməd, oyan, bala, oyan. Bax, qardaşın paltarlarını da geyinib artıq. Yoxsa səni düşmənlərə qoyub gedərik ha. Tez ol, dur, vaxt azdır, hələ bir dünya grüləsi işimiz var. Oyan, bala, aç gözünü.

“Düşmən” sözündən diksindim, ancaq gic bir yuxu başımı elə ağırlaşdırmışdı ki, heç cür özümü toplaya bilmirdim. Nə düşmən? hansı düşmən? axı anam nə üçün məni düşmənə buraxıb gedir? Gözlərimi açdım. Cəmil artıq geyinib taxtın bir küncünd oturmuş, əllərini dizlərinin üstünə qoymuşdu. Həmişə cəsur sandığım qardaşımın qorxudan qısılıb qaldığını görəndə ürəyim sıxılan kimi oldu. Anam divardan asdığı neft lampaının fitilini azaltmışdı. Yataq otağımız yarıqaranlıqdı. Anam təlaşla otaqlara girib-çıxır, nələrisə gətirib yerdə açdığı boğçaya qoyurdu.

Внимание! Это не конец книги.

Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!

Страницы книги >> Предыдущая | 1 2 3
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации