Электронная библиотека » Məmməd Altunbay » » онлайн чтение - страница 2

Текст книги "Azadlığa uçan türk"


  • Текст добавлен: 28 октября 2022, 20:41


Автор книги: Məmməd Altunbay


Жанр: Биографии и Мемуары, Публицистика


сообщить о неприемлемом содержимом

Текущая страница: 2 (всего у книги 11 страниц) [доступный отрывок для чтения: 3 страниц]

Шрифт:
- 100% +

Mkrtıçın böyük qardaşı Ambarsum babamın mehmanxanasında uzun müddət nökərçilik, xadimlik, sonra isə katiblik etmişdi. Can-başla işlədiyi üçün babam son vaxtlar hər iki mehmanxananın müdirliyini ona tapşırmışdı. Ancaq anamı dediyinə görə bu atamı bərk əsəbləşdirsə də babama çox hörmət etdiyindən ona heç bir söz deməmişdi.

Gəncənin ən böyük iki mehmanxanası babam məxsus idi, bundan başqa şəhərin bir neçə yüz min metr sahəsini əhatə edən “Sərdar bağı” adı ilə məşhur parkında da restoranı vardı. Parkı dolaşmaq üçün saat yarımdan çox vaxt lazım idi. hər tərəfi gül və çiçəklərlə bəzənmiş parkın içərisini ana təbiət çoxəsirlik çinar ağacları ilə bəzəmişdi. Gül və çiçək kollarının arasında isə azı min adamı qarşılayıb– yola sala bilən bir restoran vardı, – babamın restoranı. Fəncənin adlı-sanlı və varlı ailələri ilboyu bu restoranda əylənərdilər. şəhərimizin ən dəbdəbəli və xüsusilə də Qarabağın bülbül kimi cəh-cəh vuran xanəndələri ilboyu bu restoranda oxuyardılar.

Babam boyca çox alçaqdı. Elə buna görə də şəhərdə onu “Bala Seyid” – deyə çağırar və böyükdə-kiçiyə hamı tanıyıb, hörmət edərdi. Xızır peyğəmbər kimi bir adamdı. Milliyyətindən asılı olmayaraq maddi çətinlik çəkən hər kəsə təmənnasız kömək əlini uzadardı. Babam elə xeyirxah insan idi ki, hər həftənin cümə günü evimizin yaxınlığındakı “Zərrabi” məscidinin böyük həyətində qoyunlar kəsdirər, on-on dənə böyük qazanda xörək asdırar, öz nəzarəti altında bütün günü fağır-füqəraya payladardı. Bir əngəl, bir haqsızlıq olmasın deyə həmin gün babam səhərdən-axşamadək oradan ayrılmazdı.

“Kor taleye bir bax” – deyərdi anam, – kimin ağlına gələrdi ki, on minlərlə adamı doyduran, fağır, yoxsul və yetim-yesir atası olan, Gəncədə hamının sevib, hörmət etdiyi Bala Seyid bir gün gələcək ki, insanlığın düşməni Lenin rejiminin qurbanı olacaq. Hamı kimi onun da malı-mülkü talan olunacaq. Günlərlə ac qalacaq, evinə bir kilo çörək almaq üçün qaçaqların İrandan gətirdikləri çayı bazarda satarkən tutularaq yüz on yaşına kimi həbsxanalarda çürüyəcək. On doqquz il sonra beş yaşında qoyub getdiyi nəvəsini iyirmi dörd yaşında həbsxaa qapısında görəndə fiziki cəhətdən deyil, qəlbən möhtəşəm çinarı andıran “Bala Seyid” onun qarşısında hönkür-hönkür ağlayaraq:

– Məni bu cəhənnəmdən qurtar, ay bala. Həbsxanada ölmək istəmirəm – deyə yalvaracaq.

Lakin istilaçı azğın düşmən elə mərhəmətsiz, elə zalımdır ki, yüz on yaşlı Bala Seyidi 50 qramlıq çay üçün ölümə məhkum edəcəklər. Şərəfli, adlı-sanlı həyatın sonunda yetimlər atası Bala seyid günlərlə xəstə yatdığı həbsxana daşlarının üstündə can verərkən belə sevdiyi adamlardan heç kim yanında olmayacaq. Ertəsi gün Leninin həbsxana gözətçiləri Bala Seyidin cəsədini döşəkağının içində it ölüsü kimi sürüyüb ailəsinə çatdıracaqlar.

Belə idi Lenin quruluşunun həqiqətləri… İnsanlıq anlayışı… Halbuki Bala Seyid yüzlərlə ac rusu doydurduğu üçün çarın Qafqazdakı baş valisindən neçə dəfə təşəkkür almışdı.

Anam bütün bunları danışarkən gözlərindən ixtiyarsız yaş axardı. Hər dəfə babamı xatırlayanda anam:

– Babanız istəsəydi çuval dolusu qızıl gizlədə bilərdi, heç ac və düşmənin ruhu belə xəbər tutmazdı. Amma o “bütün sərvətimiz vətənimizə və xalqımıza fəda olsun” – dedi. Mən deyəndə ki, ata heç olmasa başımızın bəlası olan rusun qarnını doydurma, həmişə “haqlısan, qızım”, – deyərdi, ancaq yenə də öz bildiyində əl çəkməzdi. Onun fikrincə rus da, erməni də, yəhudi də, hər hansı bir qaraçı da insan idi, onlar da Allahın qulu idi. elə “Sərdar bağı”ndakı o böyük restoranın müdirliyini Ambarsumla qardaşı Mkrtıça tapşırmasının da səbəbi düşüncəsindəki insanlıq anlayışından irəli gəlirdi.

Ah, bu ermənilər, ah bu ermənilər

Bir axşam babam arvadı, qarabağlı Məşədi Sara ilə bizə gəlmişdi. Bir az keçəndən sonra atamla Mirhəsən dauım da gəldilər. Yeməkdən sonra böyük otağımızdan sözləşirmişlər kimi ucadan səsləri eşidilməyə başladı. Nə barədəsə, deyəsən, mübahisə edirdilər.

Atam:

– Ata, bağışla ki, sənə məsləhət verirəm, amma Ambarsuma çox da bel bağlama. Çünki mən ermənilərə çox yaxşı bələdəm. Onlara yüz il çörək verib bir il verməsən səndən pisi olmayacaq. Ata, inan ki, əllərinə fürsət düşsə, xəncəri hamımızın kürəyinə saplarlar. Hələ üstəlik, Ambarsum haqqında yaxşı danışmırlar. Ata, bir özün fikirləş ki, ermənilər əsrlərdən bəridir torpağımızda yaşayır, çörəyimizi, duzumuzu onlarla bölüşməyimiz azmış kimi şəhərimizin də yarısını onlara verib adını da “erməni kəndi” qoymuşuq. Ömürləri yerdə heç yerdə, hətta öz vətənləri Yerovanda belə görmədikləri, istifadə edə bilmədikləriimkanları vermişik onlara, ancaq buna baxmayaraq yenə də yüzlərlə erməni ailəsi onlara verdiyimiz yerlərdə oturmayıb, gəlib bizim içimizdə, bizimlə burun-buruna yaşayırlar. Üstəlik beş quruşa dəyməyən düşmənimiz çar Rusiyasına nökərlik və casusluq da edirlər. İnan ata, ruslara bizim əvəzimizə fitva verən, xalqımıza zülm etdirən, minlərlə, hətta on minlərlə adamın zindanlarda çürüməsinə, Sibirə sürgün edilməsinə səbəb ermənilərdir. Ata, indi sizə aydın oldumu ki, ermənilərin Azərbaycanda nə işi var? Onların doğma yeri Yerevandır. Nə üçün Ermənistanda oturmayıb qaça-qaça azərbaycana gəlirlər. məqsədləri məlumdur, ata. Onlar hiyləgər və əclaf planları ilə türkləri rusların əli ilə yox etmək və ya azaltmaq, sonra da alçaq terror üsulları ilə xalqı qorxudaraq Azərbaycana sahib olmaq niyyətindədirlər.

– Yaxşı, oğlum, bəs ermənilər öz hiyləgər planlarını necə həyata keçirirlər? – deyə babam atamın sözünü kəsib soruşdu.

– Çox asanlıqla, ata. Bildiyiniz kimi ermənilərin daşnaq partiyası son dərəcə kinli, intiqamçı və qana susamış fəal bir təşkilatdır. Bu təşkilatda ələ alınmış bir neçə yüz cahil və qafil erməni gənci vardır. Həmin gənclər çoxlu pul və gözəl qadınların vasitəsilə ələ alınmışdır. Silahlanmış və təlim görmüş, maskalı erməni gəncləri tez-tez rus hərbbi postlarına, poçtlara və hətta şəhərdəki varlı rus evlərinə gecə basqınları təşkil edir, adamları rəhmsizcəsinə öldürür, sonra da bu cinayətlərin azərbaycanlılar tərəfindən törədildiyini axmaq rus generalı, Qafqaz baş valisinə xəbər verirlər. Daşnaq partiyasının əlində oyuncaq olan baş vali də vəziyyəti öyrənmədən çara bildirir. Ölkəni idarə etməkdə aciz olan, ağılsız rus çarı da elə türkləri qırmaq üçün belə bir bəhanə axtarır. Ermənilər öz alçaq niyyətlərinə müvəffəq olan kimi bu tərəfdən də rusların qılınc və süngüsü türkləri qırmaq üçün işə düşür. Azərbaycanda türkün qanı sel kimi axarkən ermənilər də öz satqınlıqlarını ruslarla qədəh-qədəhə toqquşdurmaqla qeyd edirər. bəli, ata, biz ya çox sadəlövh, ya da hədsiz dərəcədə təmiz ürəkli olduğumuzdandır ki, əsrlərdən bəri heç özümüz də bilmədən qoynumuzda ilan bəsləmiş, onların bizi zəhərləməsini heç vecimizə də almamışıq. Ancaq heç şübhəsiz ki, bu saflıq və səhvlərimizin bəlasını lap bu yaxınlarda millətlə birlikdə çəkəcəyik. Çünki ermənilər bir tərəfdən çarın Qafqazdakı baş valisi ilə qədəh toqquşdurarkən, digər tərəfdən də gizli yığıncaqlarda Leninin gətirdiyi azadlığı alqışlayırlar. Düzdür, yaxşılıq edib sonra onu dilə gətirmək qəbahət hesab ounsa da, mən təkrar edirəm ki, əsrlərdən bəri məmləkətimizdə, evimizdə oturub, çörəyimizi yeyib, duzumuzu yalayan ermənilər əsrlər boyu ruslara nökərçilik eməkdən usanmamışlar. Halbuki ruslar indiyə kimi öz torpaqlarından bir qarış olsa belə ermənilərə verməyib və verməzlər də, çünki onların necə nankor, fitnə-fəsad dağarcığı olduqlarını yaxşı bilirlər. mən yalnız bir şeyi başa düşə bilmirəm ki, bu necə hissdir ki, ermənilər ruslar tərəfindən alçaldıqlarını bilə-bilə yenə də onlara köləlik etmək və zövq verməkdən əl çəkmirlər.

– Agah ol, ata, əlimizdə qəti dəlillər var. Təkrar edirəm, dünənə qədər çar Rusiyasına nökərçilik və casusluq edən ermənilər bu dəfə həmin xidməti Leninin məsləkdaşlarına göstərirlər.

– Nə demək istəyirsən? – deyə babam soruşub, ciddi bir tövrlə əlavə etdi:

– Yəni erməni dostlarımız dünyaya elə nökər gəliblər?

– Nökərmi gəlib, yoxsa yox, onu bilmirəm, amma bunu sizə qəti söyləyə bilərəm ki, ermənilər rusarın həm nökəri, həm də casusudur. Rusların nökəri və casusu olan bir millət də şübhəsiz ki, türklərin düşmənidir və həmişə də düşməni olaraq qalacaq. Çünki ruslar türkləri əzəli düşmənidir, – deyən atam köks ötürüb davam etdi:

– Ah bu ermənilər, ah bu ermənilər!.. Heç olmasa bədbəxtlər bir balaca başlarını işlətsələr, başa düşərlər ki, dünyada onların türklərdən başqa yaxın dostları yoxdur. Bir millət kimi öz şərəf və heysiyyətlərini ayaq altına ataraq ruslara nökərlik və casusluq etmələri isə heç cür bağışlanası günah deyil. Ruslar onları heç insan yerinə belə qoymur, yalnız onlardan türklərə qarşı vasitə kimi istifadə edirlər. Bəli, bir az əvvəl dediklərimi təkrar etmək məcburiyyətindəyəm, ata. Heç gör ruslar onlara bir parça öz torpaqlarından verərmi? Əsla! Lakin türklər əsrlər boyu vətənlərinin bağrında yaşadıb erməniləri, amma yenə də bütün bunlara baxmayaraq türklərə qarşı pislik və xəyanətlərindən əl çəkməmiçlər. Bir sözlə, ata, onlar özlərini kor-koranə və alçaq cinayət macəralarına sürükləyən hiyləgər qüvvələrin təzyiqi altında qaldıqlarını, dost və düşmənlərinin kim olduğunu ayırd etməyən qafil və nakorlardır. Halbuki ağılları olsa, “kimdir düşmən?” sualına asanlıqla cavab tapa bilərlər.

Ruslar türklərlə ermənilərin sakit yaşamasını əsla istəmir. Çünki bu iki millətin dost kimi yaşaması rusların istilaçı əmələrini çətinləşdirir. Ruslar ermənilərdən xain və alçaq əməllərini həyata keçirməkdə istifadə edə biləcəklərini başa düşdükləri üçün dindən istifadə edərək xristianlıq maskası altında ermənilərə sözdə guya onları qoruduqlarını bildirir. əfsus ki, ermənilər də onların gizli və hiyləgər “dostluq” planlarına inanırlar. əslində yer üzündə azlıq təşkil edən ermənilər özlərindən güclü bir millətin kölgəsinə sığınmağın milli heysiyyətsizlik olduğunun belə fərqinə varmadılar. Nəticə etibarilə ruslar əsrlər boyu ermənilərdən öz mənfəətləri üçün, yəni gah casus, gah terrorist, gah da vəhşi bir cani kimi istifadə etmişlər. bütün bu insanlıqdan kənar alçaqlıqlar müqabilində isə ruslar ermənilərə bol-bol, yəni əsli-kökü olmayan vədlər verdilər. “Türk torpaqlarının bir hissəsini sizə verəcəyik” – eyərək erməniləri həmişəlik türklərə qarşı qaldırdılar. əslində isəbütün türk torpaqlarına sahib olmaq rusların özlərinin əl çəkə bilmədiyi arzudur. Bədbəxt ermənilər isə bu işdə yalnız vasitədir. Indi lütfən, ata, özünüz deyin görək rusların dostcasına hiyləsinə, dostcasına xəyanətinə inanan ermənilərin minlərlə deyil, on minlərlə insanın qanına səbəb olmasını cənnətdə oturan korun düşmən gəlir deyə sağa-sola qılınc çalmasında başqa nə adlandırmaq olar? Ermənilərin türklərə qarşı düşmənçiliyi də cənnətdəki korun düşmənçiliyinə bənzəyir. Yaxşı, bu qədər cinayətin nəticəsi nə oldu? Və nə də ola bilərdi? Ermənilər nə əldə etdilər? Təbii ki, heç bir şey. Ruslar türkün hansı torpağını ermənilərə verdi? İşğal etdikləri yurdumuzda özləri yerləşmədimi? Türklər əsrlər boyu insanpərvərlik hisslərilə öz torpaqlarında ermənilərə yer verməyibmi? Türklər istəsəydi onları qova bilməzdimi. əlbəttə, qovar və heç kimin bir kəlmə söz deməyə belə haqqı çatmazdı. Lakin türklər belə etmədi, çünki onlar əsilli-köklü bir xalqdır. Türklərin insani duyğuları köklərinə bağlıdır və ürəkləri şəfqətlə doludur. Kasıb olsalar belə ürəyiyumşaqdırlar. əslində yoxsulun ürəyiaçıqlığı nankor və harın varlının pulundan qat-qat üstündür. Indi bildinmi, ata, düşmən kimdir? Bəli, ata, nə qədər ki, bu düşmən var, daha doğrusu, ermənilər bu düşmənin əlində bir vasitə, onun casusu, terroristi və canisidir, türkün ermənilərlə səmimi dostluğu heç vaxt mümkün deyil.

O gecə atamın sıxıldığını neçə il sonra bizə nağıl edən anamın həmin günləri yenidən yaşayırmış kimi səsi titrəyirdi. Anam deyirdi:

– Atanız ilk dəfə idi ki, babanzın yanında ucadan danışırdı. O deyirdi: “Ata, mümkün qədər ermənilərdən uzaq gəzmək lazım gəldiyi halda Siz bütün işlərinizi Ambarsumla qardaşına tapşırmısınız. Ambarsumun oğluna və qızına dəbdəbə ilə toy etdiniz. Bunlar azmış kimi indi də xəbər tuturuq ki, Ambarsumun qardaşı Mkrtıçın yaşadığı evi onun üçün hədiyyə almısınız. Başa düşmürəm, ata, bu ermənilərin artıqlığı nədədir? Sizin aslan kimi üç oğlunuz var, işlərinizi onlara nə üçün tapşırmırsınız?..

Atanız söhbətini çox əsəbi bitirdi, ancaq babanız olduqca soyuqqanlı idi, heç tövrünü pozmamışdı. Bir qəədr dərindən fikirləşdikdən sonra belə cavab verdi:

– Haqlısan, oğlum, baxelə böyük oğlumun yanında deyirəm. Neçə dəfə onlara təklif etdim. Dedim gəlin işin başında oturun, mən daha yaşlanmışam. Heç biri gəlmədi, çünki övladlarım mənim yolumu yox, sənin yolunu, vətənimzi və xalqımızı müstəqil görmək yolunu seçdilər. bəli oğlum, həqiqət bundadır ki, çar Rusiyasının əsarəti altında yaşayan xalqımızın azadlıq uğrunda mübarizəsi, insan kimi yaşamaq uğrunda mübarizəsi elə şərəfli, elə müqəddəs bir vəzifədir ki, təkcə pul yox, bu yolla gedənləri ölüm belə yollarından döndərə bilməz. Kaş ki mən də özümü ticarətə deyil, vətənimizin azadlıq mübarizəsinə həsr etmiş olaydım, amma artıq gecdir. Həm əldən düşmüşəm, həm də qocalmışam. Maddi cəhətdən sizə azca da olsa köməyim dəyirsə, inanın ki, elə bu da məni sevindirir. Mən sizinlə fəxr edirəm və sizə vəsiyyətim var: bu vətən keçmişi və gələcəyi ilə, əsrlər boyu gələn tarixilə bizimdr. Onu türklərin əzəli düşməni rusların əlindən qurtarın. Oğlum, Ambarsumla Mkrtıça gəlincə sən haqlısan. Bunlar əsi ermənidir və ermənilərin də xain və nankor olduqlarını ən azı səksən illik həyat və iş təcrübəmdə çox yaxşı bilirəm. Ancaq mən günahkarın qafil ermənilər yox, əslən ruslar olduğunu də başa düşürəm. Çünki tarixin ən qədim dövrlərindən bəri qapı qonşu, iki dost olan türklər və ermənilər iç-içə yaşamış, qaynayıb qarışmışlar. Hətta ermənilər milli musiqi, bir çox adət-ənənələrini də türklərdən almışlar. Fəqət, işin içinə rus hiyləsi, rus mənfəəti qarışınca heyf ki, ermənilər onların tələsinə düşdü və beləcə bir ovuc erməni rusların əlində vasitəyə çevrildi. Hə, oğlum, heç ermənilər də əsrlər boyu türk yurdarının hər yerində sultan, paşa və bəy kimi azad, xoşbəxt həyat sürdüklərini inkar edə biləzlər. bizim Ambarsumun dediyi kimi “türklərin verdiyi bu nemətin əvəzində ermənilər onlara çox böyük nankorluq etdi və əfsuslar olsun ki, ruslara kor-koranə nökərçilik etmək eşqinə düşdülər”. hətta söhbətlərimizdən birində Ambarsum mənə eynilə bu cür demişdi: “Düzdür, bizim ermənilər türklərə qarşı casusluq,xəyanət və nankorluq kimi insana yaraşmayan alçaq günahlar işlədi və bu günahları işlərkən öz mili şərəf və heysiyyətlərinin də rusun qanlı çəkmələri altındatapdandığını anlamamaları onların nə qədər qafil olduğuna sübutdur”. Ambarsum öz ermənilərini balığa bənzədib deyirdi ki, balıq sudan çıxandan sonra yaşaya bilmədiyi kimi bizim ermənilər də türklərin torpaqlarından çıxan kimi özlərini həyatın boşluğunda sanacaqlar. Lakin belə bir sevgi, belə bir həsrət hissinə baxmayaraq bizimkilərin nə üçün türklərə qarşı pislik və xəyanətlərindən əl çəkmədiklərini mən heç cür anlaya bilmirəm.

Anam deyərdi ki, Ambarsumla Mkrtıçı həmişə müdafiə edən babanız hər cəhətdən mərhəmətli və xoşniyyət br adamdır. O deyərdi:

– Ambarsumla Mkrtıçı mən erməni saymıram. Çünki qırx il əvvəl onları qaranlıq bir gecədə ac, səfil və pəjmürdə halda küçədən tapıb evə gətirdiyim gündən balalarımdan ayırmamışam. Özləri deyirdi ki, iki erməni ailəsinin düşmənçiliyi üzündə ata-anaları öldürülüb, evləriyandırılı, heç bir erməni ailəsi onlara yiyə durmayıb. Aylarla küçə-küçə gəzib diləniblər. günlərlə, həftələrlə dillərinə quru çörəkdən savayı heç bir şey dəyməyib. Bir qış gecəsi restoranımızın küncündə, buz kimi mərmər daşların üstündə tapdım onları. Günlərlə ağızlarına bir tikə dəymədiyi üçün huşlarını itirmişdilər. yetimləri tapan vaxt qarlı gecənin dondurucu şaxtası adamı yaxıb-yandırırdı. Ev həkimimiz Şeyxzamanlının qayğıkeşliyi sayəsində yalnız altı həftədən sonra özlərinə gəldilər. ondan sonra da Allah şahddir ki, onları öz uşaqlarımdan ayırmamışam. əslində o vaxt iki qızımdan başqa uşağım yox idi. Üç oğlum və qızım Seyidbəyim bu hadisədən neçə il keçəndən sonra dünyaya gəldi. Övladlığa götürmüşdüm böyüyəndə bəlkə müsəlmanlığı qəbul etdiləer fikrilə axundla məsləhətləşib onları sünnət də etdirdim. Dinimizi qəbul etsinlər deyə heç vaxt onlara təzyiq göstərməmişəm. Fikirləşmişəm ki, böyüyəndə ağıları kəsər, özləri hansı dini istəsələr, ona da qulluq edərlər. bu illər ərzində öz övladlarıma nə vermişəmsə, nə almışamsa, onlara da ondan almışam. Onları oxudub adam eləmişəm, xülasə yoxdan Allahın izni ilə iki insan yaratmışam, böyüdüb başa çatdırmışam. Bütün deyilənlərə baxmayaraq Ambarsumla Mkrtıçın xain və nankor ola biləcəyinə heç cür inanmıram. Axı onlar da insandır, onlar da Allahın quludur. Yəni bir şey olmuş olsa, Ambarsumla Mkrtıç çörəyimi tapdayıb mənə pislik edərlər? nə bilim, vallah. Insan çiy süd əmib, ancaq heç inana bilmirəm.

– Anam deyirdi ki, babanızın bu sözləri müqabilində atanız susmağa məcbur oldu. Yalnız bunu deməklə kifayətləndi:

– Uca Tanrı vətənimizi və xalqımızı rusların zülmündən, ermənilərin isə şər və xəyanətlərindən hifz etsin, ata.

– Atanızın bu sözlərinə hamımız “Amin” deyərkən babanız da Ambarsumla Mkrtıç üçün “onlar da insandır, onlar da Allahın quludur” – deyirdi. Ancaq bu vaxt babanız haradan biləydi ki, Ambarsum əvvəllər Qafqaz baş valisi axmaq rus generalının, sonra isə Leninin yoldaçlarının ən güclü casusu, qırx il ona çörək verən bir ailənin qatı düşmənidir?

Qurbağa ilə ölüm-dirim savaşı

Heç yadımdan çıxmır. Bir gün bağçamızın mərkəzi küçəyə açıla bayır qapısında qonşu uşaqlarla güləş təşkil etmişdik. Güləşdə 20-30 uşaq iştirak edirdi. Haykanuşun on bir oğlu ilə iki qızı da yanımızda idi. məhəllə qızlarının hərdəbir belə yarışlarda əl çalıb qalbləri alqışlaması üçün oyunlarımıza baxmasına icazə verirdik. Haykanuşun məndən iki yaş böyük olan ən kiçik oğlu Sərkisin əcayib səsi olduğuna görə yoldaşlarımız “qurbağa” deyə çağırardılar. Sərkis bu ada elə öyrəşmişdi ki, onu öz adı ilə çağıranlara acığı tutar, “mənim adım Qurbağadır” – deyə cavab verərdi. Kimin kimlə güləşəcəyini bilmək üçün püşk atmışdıq. Gləşin hakimi qardaşım Cəmillə, Haykanuşun on üç yaşlı ən böyük oğlu Vartan idi.oyun qızğı keçirdi. Qaliblər alqışlanır, məğlublar isə ağlayırdı. Kimimizin başı yarılır, kiminin əli, üzü qana bulaşırdı. Qardaşım Cəmil Haykanuşu özündən üç yaş böyük olan oğlu şişman Akapu motal kimi elə yerə sərmişdi ki, onu özünə gətirmək üçün uşaqlar başına bir bardaq soyuq su tökməli oldular. Növbə mənə çatanda ürəyimin gup-gup guppuldadığını hiss etdim. Qardaşım görünür qorxduğumu anlamışdı. Odur ki, yanıma gəldi, əyilib astadan qulağıma pıçıldadı:

– Bax, nəbadə qorxasan, qurbağa səndən iki qurban böyük olsa da içi boşdur. Sən mütləq ona qalib gələcəksən. cəsur ol. Güləş başlandı. Qrdaşımın sözü məni xeyli ürəkləndirmişdi. Ətrafımızdakı uşaqlar:

– Hə, Məmməd, hə, Qurbağanın işini bitir – deyə qışqırıb qüvvəmi körükləyirdilər.

Eyni şəkildə Qurbağanın tərəfini saxlayanlar və hər hansı bir hərəkətinə görəsə:

– Əhsən, Qurbağa, əhsən – deyə qışqıranlar vardı.

– Mən güləş başlayanda qardaşımın dediyini elədim, qəflətən hücum eləyib Qurbağanın ayaqlarından yapşmaq istədim, ancaq müvəffəq olmadım. Qurbağa həm ayaqlarını xilas etdi, həm də boynumu qoltuğunun altına alıb elə sıxdı ki, gözlərim qaraldı. Ağrıda qışqırmaq istəyirdim, amma utandığımdan səsim çıxmırdı. Uşaqların səsi mənə bir uğultu kimi gəlirdi. Uşaqların bir qismi yenə də:

– Gə, Qurbağa, bitir Məmmədin işini – deyir, bir qismi isə, xüsusilə qardaşım:

– Badalaq vur, badalaq vur, yıx Qurbağanı – deyə gur səslə bağıraraq mənə ilham verməyə çalışırdı. Heç bilmirəm necə oldu, boynumu Qurbağanın qoltuğundan çıxarar-çıxarmaz ayaqlarında elə yapışdım ki, bir anda küt deyə arxasıüstə yerə yıxıldı. Tərslikdən başı daşa dəyib yarıldı. Elə həmin anda da qiyamət qopdu. Qurbağanın cır səsinə oturduğu yerdən qalxa bilməyən və məhəllədəki qadınların “yorğun inək” deyə çağırdıqları Haykanuş ildırım kimi cumub gəldi. Oğlunu qan içində görüncə fəryad qopardı:

– Vay, zavallı balam, vay, canım oğul, vay. Kim səni bu kökə saldı?

– Haykanuşun böyük oğlu Vartan məni anasına göstərər-göstərməz Haykanuş üzümə elə bir yumruq ilişdirdi ki, gözlərim qaraldı, yerə dəydim. Əsil qiyamət də bundan sonra başladı. Qardaşımın köməyilə yerdən qalxarkən məhəllə uşaqlarının əllərinə keçən daşla, ordan-burdan tapdıqları zopalarla bir-birinə hücum etdiklərini gördüm. Bir neçə dəqiqənin içində evimizin qabağı ata-analarla doldu. Uşaqları çöldə oynayan analar küçələrə töküldülər. başı yaralanan, ağzı-burnu qan içində olan, döyüldüyü üçün ağlayan uşaqların hay-küyü, bir-birinin saçını yolan arvadların çığır-bağırı həm iyrənc, həm də qorxunc bir mənzərə yaratmışdı. Nəhayət, küçədən keçən səs-küyə özünü küçəyə atan yekə-yekə kişilərin araya girməsilə məhəlləmizdəki dava-dalaş sakitləşdi. Haykanuş uşaqlarını quzu sürüsü kimi qabağına qatıb evinə doğru gedərkən acıqla dediyi sözləri eşitdim:

– Sizə neçə dəfə demişəm ki, qaçaq İbrahimin balaları ilə oynamayın. Onun uşaqları da ataları kimi quldurdur.

Bu vaxt camaatın arasından anamın ipək kimi yumşaq, lakin qarşısındakını o dəqiqə susduran gur səsini eşitdim:

– Ey, keçə arvadı, ağzının sözünü bil, İbrahimin adını ağzına alma. Yadından çıxarma ki, uşaqları dünyaya gələndən onun süfrəsindən dolanıb.

– Haykanuş bir kəlmə belə cavab verməyib uşaqları ilə birlikdə tələsik özünü həyətlərinə saldı.

– Döyüşdə başım üç yerdən yarılmışdı. Üz-gözüm qan içində idi, amma atamın tez-tez dediyi “kişi ağlamaz” sözlərini xatırlayıb ağlamırdım. Anam bu halımı görəndə:

– Vay, vay, ay bala, bu nə haldır? – deyib məni bağrına basdı.

– Cəmil, – deyə qardaşıı çağırdı.

Cəmil qaça-qaça bizə yaxınlaşdı. Anam ondan soruşdu:

– Hardaydın, oğlum? Nə üçün qardaşına göz-qulaq olmadın? Yenə niyə dalaşmısınız?

Cəmil:

– Ana, vallah biz başlamadıq davanı. Məhəllə uşaqları ilə güləşirdik, Haykanuşun oğlu Qurbağanın təsadüfən başı daşa dəyib yarıldı. Onun səsinə Haykanuş gəldi. Məmmədlə güləşdiyini eşidəndə ona elə bir yumruq ilişdirdi ki, qardaşım yıxıldı. Dava da bax bundan sonra başladı.

Anam məni qucağına alıb qardaşıma tərəf döndü.

– Yeri get evə. Bir daha küçəyə çıxdı yoxdur. Başa düşdünüzmü? – dedi.

– Cəmil etiraz etdi:

– Ana, axı bizim heç br günahımız yoxdur.

– Yeri get, dedim, artıq danışma.

Evə gələndə anam başımın yarılan yerlərinin ətrafındakı tükləri qayçı ilə götürdü. Spirtlə siləndən sonra qardaşımın divarların deşiyindən yığdığı hörümçək torlarını yaranın üstünə qoyub başımı sarıdı. Anam bütün bunları edərkən qardaşım da Haykanuşdan intiqam almaq üçün onun acığına dalaşanda uşaqlarından üçünün başını yardığını, qızlarından birinin üzünü tikanla yırtdığını qürurla anama danışırdı.

Anam ona acıqlandı:

– Çox da dil-dil ötüb durma qarşımda. Bəs qardaşın ölsəydi, onda necə olacaqdı?

Anamın danlağına baxmayaraq Cəmil elə ocaq idi ki, heç bir yara almamışdı.

Mən həm həsəd, həm də fəxrlə Cəmilə baxdım. Mən də onun kimi olmaq istəyirdim.

– Ana, neçə yaşımız var?

Bu sualı bir gün Cəmil anama verdi. Böyük bir vaveyla ilə qurtaran güləş səhnəsində on beş-on altı gün keçməsinə baxmayaraq başımın yarası hələ də sağalmamışdı. Atam evə gəlmədiyindən anam qonşumuz Hacı Əhmədin oğlu Mirzə bəyi çağırdı. Həkimin verdiyi məlhəmi anam hər gün yarama sürtürdü. Bu müddətdə istər qonşu və istərsə də anamı yaxından tanıyan qadınlar mənə dəyməyə gəlirdi. Nənəmin gəlişi ilə sönməkdə olan dava-dalaş yenidən qızışmaq üçün kifayət idi. Haykanuşun “qaçaq İbrahimin balaları da ataları kimi quldurdur” sözündən hədsiz dərəcədə əsəbiləşən nənəm evdən elə çıxdı ki, nəfəsini bir də Haykanuşun həyətində aldı. Bir az sonra isə Haykanuşun saçlarından tutaraq sürükləyə-sürükləyə həyət qapımızdan içəri girdi. Arvada bir neçə yumruq ilişdirəndən sonra:

– Ay erməni zibili, ay bazar arvadı, nə cəsarətlə sən kürəkənimin adını ağzını adına alırsan? Sən qaçaq İbrahimin kim olduğunu bilirsən? bir de görüm, səni bu evdə kim gəlin eləyib? ərin dəyyus Mkrtıç bunları sənə deməyibmi? Nənəm bunları deyə-deyə həm də Haykanuşu var gücü ilə yumruqlayırdı. Elə bu vaxt Mkrtıç təngnəfəs halda özünü həyətə saldı. Qaça-qaça nənəmə yaxınlaşıb yazıq səslə ona yalvarmağa başladı.

– Çox xahiş edirəm, Məşədi Sara bacı hadisəni eşidəndə inanın ki, çox pis oldum. Sizdən və qızınızdan üzr istəmək üçün gələcəkdim, ancaq inanın ki, çox pis oldum. Sizdən və qızınızdan üzr istəmək üçün gələcəkdim, ancaq inanın ki, cəsarət edib gələ bilmədim. Biz ailəliklə həyatımız üçün sizə borcluyuq. Övladlarımızın hamısını yolunuzda qurban kəssəm belə yenə də yaxşılığınızdan çıxa bilmərəm. Çox rica edirəm, arvadımın yekəbaşlığını bağışlayasınız.

Anamın dediyinə görə Mkrıtıçın nəmli gözləri nənəmin mərhəmət hisslərini elə titrətdi ki, bir az əvvəl hidətindən köpüb-daşa nənəm o qədər keçməmiş şəfqətli baxışlarla Haykanuşun günahından keçdi.

Atam həmişə deyərdi: “ermənilər onlara necə acımağın yolunu çox yaxşı bilirlər, amma onlara inanmayın, çünki ermənilərin yalvarmağı əsla ürəkdən deyil”.

Anamı görməyə gələn rəfiqələri bizim yaşımızı soruşanda anamın verdiyi cavab beynimizdə heç çıxmırdı.

Yenə bir gün anamla baş-başa qalmışdıq. Kiçik qardaşım Habil beşiyində mışıl-mışıl yatırdı. Anam bizə nağıl danışırdı. Arada Cəmil:

– Ana, icazə ver, səndən bir şey soruşum – dedi.

– Buyur.

– Amma xahiş edirəm, həmişəki cavabı verməyəcəm, çünki yoldaşlarımızdan utanıram.

– Yenə də yaşınızı soruşacaqsınız məndən? Bəli, ana, – deyə qardaşım cavab verdi.

– Mən nə bilim neçə yaşındasınız, ay bala, Molla Əhməd sənin bir, Məmmədin isə üç qurban bayramından sonra məktəbə gedəcəyinizi söyləmişdi atanıza.

– Yaxşı, bəs atam nə deyirdi mollabın sözlərinə:

– Nə deyəcək atanız. Atanız onun sözlərinə elə gülərdi.

– Yaxşı, bəs molla Əhməd haradan bilir bizim yaşımızı?

– Necə hardan bilir? Sənin, Məmmədin və Habilin doğum gününü molla Əhməd öz əli ilə yazmışdı. Allahın kitabının arxasına.

– Ana, bəs Allahın kitabı haradadır?

– Anam böyük otağımızı divarında kərpiclə hörülmüş, olduqca yüksək rəfi göstərərək dedi:

– Baxın, Allahın kitabı oradakı kiçik sandığın içindədir. Anamın göstərdiyi rəfdəki sandıq nədənsə indiyə kimi heç diqqətimizi cəlb etməmişdi. Sandıq par-par yanırdı.

– Ana, sandıq qızıldan düzəldilib? – deyə qardaşım soruşdu.

– Əlbəttə, oğlum, Allahın kitabı qzıl sandıqda deyil, bəs harada saxlana bilər? atanız o sandıqı yalnız Allahın kitabını qoymaq üçün düzəltdirib.

– Ana, sandıq qıfıllıdır?

– Hə, qıfıllıdır.

– Bəs açarı hardadır?

– Sandığın qızıl açarı qızıl zəncirlə qulpuna bağlanıb. Deyəsən anamın sözləri Cəmilin xoşuna gəlmişdi. Onun gözləri parıldayır, xəfif-xəfif gülümsəyirdi.

– Ana, elə isəicazə ver indi biz Məmmədlə gedib bağçadakı nərdivanı gətirək. Allahın kitabını götürüb birlikdə molla Əhmədin yanına gedək. O da yaşımızı Allahın kitabının harasına yazmışsa, oxuyub söyləsin. Bundan sonra iz də yaşımızı bilmədiyimiz üçün yoldaşlarımızın yanında utanmayaq.

Anam məhəbət dolu bir səslə:

– Qulaq as, bala, balaca uşaqlar Allahın kitabına əl vura bilməz. Qoy atanız gəlsin, ona deyək. O istər özü baxar, istər molla Əhmədin yanına aparar, siz dəyaşınızı öyrənərsiniz – dedi.

Qardaşım heç cür razılaşmaq istəmirdi:

– Eee, ay ana, mən indi öyrənmək istəyirəm yaşımızı. Qonşunun qızı Leyla ilə nərdivanı gətirəcəyəm. – dedikdə anam hiddətlə:

– Bax, eləməyəsən ha. Allahın kitabına uşaqların əl vurması günahdır dedim sənə. atanız xəbər tutsa hamımızı öldürər.

– Atam haradan xəbər tutacaq ki, ana? Yaşımızı biləndən sonra Allahın kitabını da qoyacağıq yerinə.

– Yox, – deyə anam qəti etiraz etdi. Nə belə bir şeyə icazə verə bilərəm, nə də atanıza yalan deyib günaha batmanıza razı olmaram. Yalan söyləməyin özü də Allahın hüzürunda günahdır.

– Nədənsə həmin gün Cəmil elə hey anamla söz güləşdirməyə çalışırdı. Yaşımızı mütləq bu gün öyrənəcəyin söyləyib əl çəkməyəndə anam həddindən artıq əsəbiləşib onun üzünə elə bir sillə vurdu ki, qardaşım bir an nıə baş verdiyini anlamadı. Anamın qəfil hərəkətindən özünü itirən Cəmil bir kəlmə belə demədən qaçıb çölə çıxdı. Anamın Allahın kitabına nə qədər hörmət etdiyi həmin gün bir daha bizə aydın oldu.

Ağzından alov püskürən Yeddibaşlı canavarlar

Başımdakı yaralar artıq tamam sağalmışdı, ancaq anam hələ də küçəyə çıxmağımıza icazə vermirdi. Bu isə Cəmili o qədər darıxdırmışdı ki, tez-tez müxtəlif bəhanələrlə məni gizlicə şapalaqlayırdı. Əlbəttə, şapalaq yediyimi anama deyə bilmirdim, çünki qardaşımı həm çox sevir, həm də ondan çəkinirdim.

Gecələr anam bizə insanları müdafiə edən mərd və təmizürəkli şahzadələrlə, gözəl niyyətli, xoxasiyyətli şahzadə qızlar haqqında nağıllar danışardı. Ancaq nədənsə fikir çəkdiyi bəzi gecələrdə anam bizə ağızdan alov püskürən yeddibaşlı canavarlardan, onların xoşbəxt yaşayan adamların yurd-yuvasına hücum etmələrindən, onlarla döyüşənlərin burun-qulağını qoparıb, tez ölsünlər deyə iti dişləri ilə boğazlarını gəmirdiklərindən danışırdı. Anam deyərdi:

– Bu canavarlar elə vəhşi və insanlara zülm etməyi elə xoşlayan idilər ki, parçaladıqları adamların gözlərini çıxarıb ipə keçirərə və bir-birinə göstərib: “inanmırsan gəl özün ipdəki gözləri say, gör ki, mən səndən çox adam parçalamışam” – deyər, bu vəhşilikləri ilə hələ bir öyünərdilər də. Yeddibaşlı canavarlar acıyanda körpə uşaqları iti dişlərilə çeynəyib ləzzətlə yeyər, qarınları doyandan sonra isə nəşələnmək üçün kiçik yaşlı, yeniyetmə qızları çılpaq soyundurub bir-birinin qucağına atar, qızlar qorxub dəhşət içində qışqırdıqda isə yeddibaşlı canavarlar aldıqları zövqdən dəlicəsinə qəhqəhə çəkib gülərdilər.

Bir dəfə anam nağıl danışarkən qorxudan necə hıçqıra-hıçqıra ağladığım yadımdadır. Ancaq anamın şəfqət və məhəbbətlə dolu səsi məni ürəkləndirdi. Anam dedi:

– Qorxmayın, balalarım, insanlar arasınd elə igidlər var ki, bu yeddibaşlı canavarlar onları görəndə tir-tir əsir.

Qardaşım həyəcan dolu səslə soruşdu:

– Ana, yeddibaşlı canavarlar nə üçün onları görəndə titrəyirdi.

Anam:

– Çünki bu qəhrəmanların qolu elə güclü, qılıncları elə kəskin imiş ki, bir dəfə vurmaqla yeddibaşlı canavarın başını yeddi yerə bölərlərmiş. Fəqət bu qəhrəmanlar sürü ilə gələn yeddibaşlı canavarlarla tək-tək vuruşduqlarından həmişə məğlub olarmışlar. Amma bir gün heç bilirsiz nə olur, balalarım? Qardaşımın həyəcanlı qışqırığı qulaqlarımı cingildətdi:


Страницы книги >> Предыдущая | 1 2 3 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации