Текст книги "Təpəgözün nağılı"
Автор книги: Народное творчество
Жанр: Детская проза, Детские книги
Возрастные ограничения: +12
сообщить о неприемлемом содержимом
Текущая страница: 1 (всего у книги 2 страниц) [доступный отрывок для чтения: 1 страниц]
Təpəgözün nağılı
Azərbaycan nağılları
TƏPƏGÖZÜN NAĞILI
Biri var idi, biri yox idi, keçmiş zamanlarda Nəbi adlı varlı kişi vardı. Bu kişinin dövləti, varı, malı, qoyunu başından aşırdı, ancaq övladı yox idi ki, öləndən sonra dövlətinə sahib dursun. Bu kişi həmişə övlad həsrətilə yaşayırdı. Onun ağıllı bir çobanı var idi.
Günlərin bir günü Nəbi kişinin çobanı sürünü haylayıb uca bir dağın ətəyinə gətirdi. Birdən duman, çiskin hər tərəfi bürüdü, ətraf gecə kimi qaranlıq oldu. Çoban qoyunların içində dayandı. Bir az sonra duman çəkildi, hava işıqlaşdı, ancaq elə bir tufan qopdu ki, çoban üzüqoylu yerə uzandı, qoyunlar bir yerə toplandılar. Tufan kəsildi. Çoban gördü ki, sürünün içində təzə anadan olmuş bir uşaq var, uşağın təpəsində bircə gözü var. Çoban qoyunların birini sağıb uşağa içizdirdi. Axşam oldu. Çoban uşağı keçəyə büküb evə gətirdi, ağasının arvadına verdi. Ağası və arvadı çox şad oldular. Arvad uşağı öz uşağı kimi saxlamağa başladı.
Bir gün arvad Təpəgözü yedizdirib beşiyə qoydu, qollarını çırmayıb bir tabaq xəmir yoğurdu. Xəmiri evdə qoyub ocaq qalamağa getdi. Arvad bayıra çıxan kimi Təpəgöz sıçrayıb beşikdən yerə düşdü, bir göz qırpımında xəmirin hamısını yeyib, yenə beşiyə çıxdı. Arvad ocağı qaladı, sacı ocağın üstünə qoydu, evə gəldi ki, xəmiri aparıb bişirsin. Tabağı boş gördü. Evdə uşaqdan başqa heç kəs yox idi. Beşgünlük uşaq da xəmir yeyərmi? Bu, ağıla batası iş deyildi. Arvad güman etdi ki, xəmiri cin-şeytan aparıb. Təzədən bir tabaq xəmir yoğurdu. Yenə bayıra çıxan kimi Təpəgöz beşikdən sıçrayıb xəmiri yedi, beşiyə çıxdı. Arvad gəlib gördü ki, yenə xəmir yoxdur. Üçüncü dəfə də yoğurub bişirdi. Bu əhvalatın üstündən bir neçə gün keçdi.
Bir gün ağa iki toğlu ayırıb evə saldı ki, səhər kəssin. Arvad yenə Təpəgözü yedirib bayıra çıxdı. O, qapıdan çıxan kimi Təpəgöz beşikdən sıçrayıb yerə düşdü, toğluların ikisini də yedi, yenə beşiyə çıxdı. Ağa və xanım içəri girib gördülər ki, toğlular yeyilib, sür-sümüyü qalıb. Bu dəfə də onlar cin-şeytandan şübhələndilər. Sözü bir yerə qoydular ki, bir başqa yerdə ev tikib köçsünlər. Durub qonşuya məsləhətə getdilər. Bu zaman qonşu uşağı onlara gəldi. Təpəgöz onu tək görüb, beşikdən sıçradı, uşağı parçalayıb yedi. Bu əhvalatdan sonra ağa ilə arvadı qorxudan gecəni qonşuda yatdılar. Ancaq gündüzlər evə qayıtdılar. Bir neçə gün keçdi. Təpəgöz bərk acdı. Anasına dedi:
– Ana, mənə bir az çörək ver, bərk acam.
Anası gətirib onun qabağına bir az çörək qoydu. Təpəgöz bu çörəyi bir loxmada yeyib dedi:
– Ana, belə çörəklə aclığım sönməz, evdə nə qədər çörək varsa, gətir.
Anası təəccübləndi, evdə nə qədər çörək vardısa, hamısını gətirdi. Təpəgöz yeyib qurtardı, yenə doymadı. Bu vaxt qapıya bir camış gəldi. Təpəgöz onu da basıb yedi, yenə doymadı. Sonra anasının əlindən öpüb dedi:
– Ana, mən sizin bütün var-dövlətinizi yesəm, yenə də doymaram. Mənə Təpəgöz deyərlər. Mənə halallıq ver, gedib özümə bir mağara düzəldəcəyəm.
Təpəgöz anasının əlindən öpüb ayrıldı, gedib bir qalaçaya çıxdı. Buranı özünə məkan elədi. Təpəgöz çapdı, taladı, özünə çoxlu qoyun topladı. Onun qoyunları at, camış böyüklüyündə idi. Qoyunu həmişə özü otarardı. Bir böyük çinarı kökündən çıxarıb özünə çomaq eləmişdi. Bir oturanda üç qoyunu parçalayıb yeyərdi. Dişinin acısını almaq üçün üstündən bir adam da yeyərdi. Onun qalaçasının həndəvərinə nə bir insan, nə də bir hey
Внимание! Это не конец книги.
Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?