Текст книги "Nazim Hikmətlə 3 il yarım"
Автор книги: Orxan Kamal
Жанр: Биографии и Мемуары, Публицистика
сообщить о неприемлемом содержимом
Текущая страница: 1 (всего у книги 4 страниц) [доступный отрывок для чтения: 1 страниц]
Orxan Kamal
Nazim Hikmətlə
3 il yarım
“Xatirə Ədəbiyyatı” silsiləsindən 33-cü kitab
1
1940-cı ilin qışı idi… Həbsxana dəftərxanasının cina-yətləri qeydə alan bölməsində işləyirdim.
Bir səhər katib təzə gələn sənədləri eşələyəndə dedi: “Pəh, gözün aydın!”
Ona təəccüblə baxdım.
– Ustadın gəlir.
Tamam matım-qutum qurudu. Mənim ustadım-zadım yox idi axı.
– Özünü artistliyə qoyma, – dedi katib.
– Yoo, mənim ustadım-zadım yoxdu ki.
– Əzizim, Nazim Hikməti deyirəm də. O, sənin də ustadın sayılmır?
İnanmadım. Əlindəki sənədi uzatdı. Aldım, əlüstü nəzərdən keçirdim, doğru xəbər idi, gəlirdi:
“Çanaq sümüyü sinirlərindəki iltihabdan əziyyət çəkir. Hamamdan rahatlıqla istifadə eləsin deyə…”
Hava boğanaq idi və həbsxananın həyətindəki zanbaqların yaşıl yarpaqlarının üstünü qar örtmüşdü. Evimdən uzaq olmağın həsrətindən və belə boğanaq havalı günlərin bezdirici sıxıntısından, hələ azad olmağıma uzun illər vardı deyə yaranan ümidsizliyi elə bil birdən-birə buludların arasından canını qurtaran bir günəş silib-süpürlədi. Halbuki onunla nə salam-məlikim var idi, nə də haçansa dost olmaq ehtimalım.
Hamı kimi mən də ona uzaqdan uzağa vurğun idim. Hamı kimi ona qarşı qəzəbliydim. Hamı kimi mən də guya bunun “səbəbini bilmir”dim, fəqət həm də bilirdim: mahiyyətini tam anlamadığım, ecazkar, əlçatmaz, insanların qəlbinə yol tapan şeirlərini sevirdim onun.
Mənə bax!
Ey!
Axmaq!
Əlindəki zınqıldayanı tulla!
Sənə,
Üç telində üç sısqa bülbül oxuyan
üç telli saz
yaramaz!
Mənə bax!
Ey!
Axmaq!
Üç telində üç sısqa bülbül oxuyan
Üç telli saz
dağlarla dalğalarla kütlələri
irəli
aparammaz!
Üç telli saz
Yatağını dəyişdirmək istəyən
çaylardan
kəndlərdən, şəhərlərdən
başlanan sürətlə,
milyonların dodaqlarını
bircə
gülüşlə
Güldürəmməz!
Ağladammaz!
2
* * *
Trrrum,
Trrrum,
Trrum!
trak tiki tak!
Avtomatlaşmaq
istəyirəm!
Beynimdən, ətimdən, skeletimdən
gəlir bu istək.
Hər generatoru
ram etməkçün
ürəyim axır.
* * *
Üfüqlərdən üfüqlərə
qoşun-qoşun mavi dalğalar qaçışırdı,
Xəzər rüzgarın diliylə danışırdı, balam,
danışa-danışa coşurdu.
“Çort vazmi”, axı kim deyib
Xəzər ölü bir gölə bənzər!
ucsuz-bucaqsız mənasız duzlu bir sudur Xəzər!
Xəzərdə dost gəzər, e…y”…
düşmən gəzər!
Dalğa bir dağdır,
qayıqsa maral.
Dalğa bir quyu,
qayıqsa səhəng.
Qalxar qayıq,
enər qayıq,
yıxılan
bir atın
belindən düşüb,
Şahə qalxan
bir ata
minər qayıq!
* * *
Ehey!
Qara buynuz kimi qaşlı
müqəddəs Apis1 başlı
adam:
Ehey
Qaratoxmaq bəy!
Sən şeirin nəcib adamlarıyla danışırsan,
1 Apis – Qədim Misir mifologiyasında öküz qiyafəsində olan münbitlik allahı 3
Mən əsil-zadə zad tanımıram,
Danışdığın dilə görə səni alqışlamaram,
Hətta sözlərin belə
əsilzadələrindən xoşum gəlmir.
Ehey!
Qaratoxmaq bəy!
Mən bilirəm
bu qəzəb, bu şikayətin səbəbin.
Bilirəm
məni yuxuda boğmaq üçün
gözləyirsən gecəni.
Mən ki biləklərimdə dəmir qandalı
altun bilərzik kimi gəzdirmişəm
mən ki ilgəkləri sabunlu iplərə baxıb
tüklü, yoğun peysərimi qaşımışam,
təhdidindən qorxarammı heç?
* * *
Yaşamaq nə gözəl şeydi
TARANTA-BABU
yaşamaq nə gözəldi…
bir öyüd kitabı kimi anlamaq
bir eşq şərqisi kimi eşidib
uşaq kimi təəccüblənərək
YAŞAMAQ…
Yaşamaq:
Təklikdə
və hamımız birgə
ipək qumaş toxuyurmuşuq kimi.
Dəftərxanadan astaca çıxdım. Kameraya gedib, mənim kimi şeir yazan, özünü şair hesab edən iki dostuma, katibdən eşitdiyim xəbəri çatdıracaqdım.
Dostlarımdan biri Necati idi, ona yeddi il hökm oxunmuşdu, beş ilini yatmışdı. Heç kəsdən bir qara köpük pul köməyi olmadan illərin dizini qatlamışdı. Nazim Hikməti İstanbul həbsxanasından tanıyırmış, bir müddət yaxın olublar… Mən Nazim Hikmət haqqında ilk dəfə onu canlı görmüş, yaxınlıq eləmiş Necatidən eşitmişdim. Necati həbxsana idarəsinin təmizlik işlərinə baxırdı. Ona aşağı mərtəbədəki “görüş yeri”nin tikanlı məftillərinin yanında rast gəldim və dedim:
– Xəbərin varmı, Nazim Hikmət gəlir?
İnanmadı. And içdim. Uşaq kimi əllərini bir-birinə çırpıb: “Ay can, ay can!” – deyə qışqırdı. Mənə
Nazim Hikmətdən, İstanbul həbsxanasındakı çəkələyindən, uzun, yaşıl jaketindən danışdı, sonra dedi:
– Sən allah, İzzətə tapşıraq gedib ona şeir-zad oxumasın, zəhləsi gedir kimsə onu narahat edəndə…
Bəzi yersiz suallar vermək olmaz… İstəyirsən onun gələcəyini İzzətə de-mə. Pisikib, mir-mitilini yığıb toplayıb başqa kameraya köçər.
Necatinin dediyi bu cür xüsusiyyətlər “böyük və məşhur adam”larda olur. Fəqət necəsə, onunla tanış olandan sonra yaxınlıq eləməsəm belə, barı üzünü görəcək, səsini eşidəcəkdim, bu da mənə bəs idi.
Fikirləşirdim ki, kamerasına getmərəm, heç nə soruşmaram, heç şeir də oxumaram.
4
Kameramıza gəldim, İzzət məndən aldığı “Kira Kiralina”2 kitabını oxuyurdu. Digər məhbusların hərəsi bir işlə məşğul idi: biri maltıza3 kömür qoyur, kimi öz yanan maltızında balaca qazanının qaynamağını gözləyir, biri düyü təmizləyir, heç bir iş görməyənlər səliqəylə yığılmış yatağına dirsəklənib düşünür, bir nəfər də qəzet oxuyurdu.
Qəlbimi aşıb-daşan sevinc qasırğası ağuşuna almışdı. İzzətin yanında oturdum. O, kitabdan gözlərini çəkib mənə baxdı. Həmişəki kimi adi baxışla – daşı, torpağı, çiçəyi belə əzbərləmiş, həbsxanada danışmağa bir sözü qalmamış insanın bezgin ağrısıyla…
İzzətin arxasındakı pəncərələrdən dağlar görünürdü. Qurğuşun ağırlığındakı bir gölün altında, təpələri qarla örtülü dağlar bu gün ürəyimi həmişəki kimi sıxmırdı. Əksinə, qəlbimdə qızılı işıqlar və
sevinc şimşəkləri parıldayırdı…
İzzət:
– Bu gün kefin yaman sazdır, – dedi.
– Nə bilim, doğrudan, sevincli görünürəm?
– Təzə-təzə gələndə necəydinsə, indi eləsən… Sonra necə qaşqabaqlı oldun?
İzzət düz deyirdi. Son günlər qəlbimdəki sıxıntılar daha da artmışdı. Bu da səbəbsiz deyildi… Üç ay əvvəl Almaniyanın hansısa universitetinin fizika fakültəsində təhsilini yarımçıq qoymaq məcburiyyətində qalan müəllimlə dostlaşmışdım. Universitet təhsili cəhənnəm, o fizikanı mən, yaxud İzzət qədər də bilmirdi heç… Çox keçməmiş paxırı açılmışdı, kamerada “saxta müəllim” deyib onu ələ
salırdılar. Hamıyla razılaşan bu adam elə mağmın gündəydi ki, hər sözə, hər hərəkətə dözüb gülümsəyirdi.
Mənimsə ona yazığım gəlirdi… Cəzası elə də çox deyildi. Bəzən nəzarətçinin müşayiəti ilə çölə
çıxıb gəzir, özünün də onlardan biri olmaq xəyalına düşdüyünü sonradan öyrəndiyimiz “millət vəkili”
və “hərbiçilərlə” görüşüb cib xərcliyi aldığı haqda basıb-bağlayardı. O qədər kasıb və bədbəxt gündəydi ki, çölə gedəndə ona əynimdən maykamı, ayağımdan ayaqqabımı çıxarıb vermişdim. O mənim alt paltarlarım, geyimlərim, ayaqqabımla getsə də haqqımda yalan-palan məlumatlar ötürürmüş… Onun ucbatından sorğu-sual elədilər, ifadə verdim, səbəbsiz yerə haqsızlıqlara qatlaşmalı oldum. Belə
vaxtlarda o da başqa dostlarımla birgə təəssüflənir, məni satanları söyüb-yamanlayırdı, hətta cəzası bitib çıxanda həbsxana qapısında ağlayaraq boynumu qucaqlayıb dedi: “Mən sənin kimi dostu bir də hardan tapacam…”
Çox keçməmiş, yəni üç gün sonra öyrənmişdim ki, məni satıb, həqiqətlə daban-dabana zidd yalanlar danışıb, həm məni zibilə salan, həm də bu işlərlə əlaqədar orqanları mənasız yerə məşğul edən
“xeyirxah”, maykamı, paltarımı, ayaqqabımı geyinən, azad olunanda da boynumu qucaqlayıb, “sənin kimi dostu mən bir də hardan tapacam?” – deyən həmin adam imiş.
Bu hadisədən sonra qətiləşdirmişdim ki, bir də heç kəsə inanmayım, insanın bu qədər alçalmağını görüb az qala hamıya düşmən kəsilmişdim. Təbii ki, belə fikirləşməyə haqqım yox idi, ancaq neynim, başqa cür düşünməyi bacarmırdım və bilmirdim ki, insanları necə tanımaq olar.
Başqa səbəblər də vardı…
Həbsxanada gündə ən azı bir bıçaqlanma hadisəsi baş verdi. Balıqçı Nəzirlər, Çamur Şevkətlər, Antepli Təkqol Həsənlər, Feriköylü İsmaillər, Konyalı Dəli Məhmədlər və onların tərəfdarları elə gün olmurdu ki, qumar və nəşə üstündə kiməsə tələ qurub namərdcəsinə vurdurmasınlar… Bəli, namərdlik eləyirdilər. Onların pulu vardı, bir də vardı pul üçün kimi gəldi bıçaqlayanlar…
Necati tapşırsa da, İzzətə “Sənə bir söz deyəcəm” – dedim: “Sənə bir söz deyəcəm, heç kəsə demə
ki, məndən eşitmisən”.
Üzümə maraqla baxırdı.
– Nazim gəlir, – dedim.
Elə bilirdim ki, o da mənim kimi sevinəcək, qalxıb boynumu qucaqlayacaq. Biganəliklə:
– Hansı Nazim? – deyə soruşdu.
2 Kira Kiralina – məşhur rumin yazıçısı Panait İstratinin ilk romanı 3 Maltız – kustar üsulla hazırlanan, əsasən Anadolu bölgəsində işlədilən soba növü 5
– Nazim Hikmət, əzizim”.
Eyni soyuqqanlıqla xəbər aldı:
– Nə vaxt?
– Nə vaxt? Bilmirəm… Katib mənə bu barədə bir sənəd göstərdi. Yaxşısı budur ki, kim soruşsa de ki, katibdən eşitmişəm.
Çiyin atdı.
– Sən sevin, mənim nəyimə lazımdı?
Təəccübləndim. Deməli, Nazim Hikmətin gəlişinə sevinməyənlər də ola bilərmiş.
Onun kitab oxumasına mane olmayıb, üst mərtəbədəki kameralara – Sarıyerli Emin bəyin kamerasına təpildim. Emin bəy cibgir idi və İstanbul həbsxanasında Nazimlə tanış olmaqları barədə
vaxt-bivaxt danışmışdı, dəqiq bilmirəm, ya şahmat, ya da dama oynamağı xoşlayarmışlar… Badam gözlü, qaraşın, ucaboy Emin bəy cəhrayi rəngli şapkasını sağ qaşının üstünə basıb, kameranın qapısının ağzında, qaynayan quru lobyanın rəngli suyunu süzürdü…
– Sənə bir xəbər deyəcəyəm, amma… – deyib içəri girdim.
– De görək…
– Məndən eşitməmisən.
– Yaxşı.
– Nazim Hikmət gəlir.
– Doğrudan?
– Vallah.
Ayağa qalxdı. Şapkasını geri itələyib dedi:
– Düz deyirsən?
– Yalan deyənin atasına lənət. Bayaq prokurorluğun sənədlərindən oxudum. Sinir iltihabından əziyyət çəkirmiş…
Emin bəy həyəcandan bir az özünü itirdi:
– Ey qoca, Nazim.
Və onunla İstanbul həbsxanasındakı günlərini xatırladı. Bütün bunları vaxt-bivaxt dinləmiş, az qala əzbərləmişdim. İstəyirdim ki, Emin bəy söhbətini tez bitirsin, gedib başqalarını da “müjdə”ləyim.
Çox keçməmiş, haradasa bir-iki saat içində xəbər həbsxananı başına götürmüşdü: “prokurorluğun bir sənədində yazılıb ki, Nazim Hikmət gəlir”.
Necati dedi:
– Ayə sənin dilində söz qalmırmış ki…
Və beləcə söhbətə başladıq:
– Şeirlərimizi oxuyarıq.
– Yox əşi, biz yazan guya şeirdi?
– Səninkilər yenə yaxşıdır.
– Sənin şeirlərin də pis deyil.
– Mən heç məktəbə də getməmişəm.
– Mən də orta məktəbi bitirə bilmədim.
– Sən yenə çox oxumusan, əski əlifbanı bilirsən… Bəs mən?
– Dözümsüzdü…
– …
– …
– Heç onun şeir oxumağına qulaq asmısan?
– Asmışam. O şeir oxuyanda insanın üzü dalğalanır. “Həm də bilirsənmi, o ağlayan uşağı qucağına götürsə, uşaq kiriyər”.
– Mən də belə bir hadisə eşitmişəm: Guya çayxanaya girib, özü də belə babat bir çayxanaya, təbii ki cibiştanı da pulla ləbaləb… Yaxınlaşıb ən kasıb adama və deyib: “… bax, bu mənim pullarım, sən də
çıxart pullarını görək!”
6
O adam da çaşqın halda çıxardıb cibindəki qəpik-quruşunu. “Sənin pulun niyə azdır?” – deyib Nazim. Həmin adam boynunu büküb susub. Nazim deyib: “Gətir pullarımızı bir yerə qoyub, sonra dədə malı kimi bölək”. Pullarını bir yerə qoyub, sonra da bölüblər”.
– …
* * *
Həftələr keçdi. Havalar soyumuşdu. Bu səhər hava yenə tutqun idi… Nəcati hövlnak içəri girib dedi:
– Bir az əvvəl Nazim Hikməti gətirdilər.
Həmişəki kimi dəftərxanada cinayət hadisələri sıralanmış qeydiyyat dəftərlərinin içində itib-batmışdım. Bircə onu bilirəm ki, qələm əlimdən düşdü…
– Həbsxana rəisinin yanına apardılar, ona sənin haqqında danışdım. “Gəl, yəqin indilərdə çıxar”, –
Necati dedi.
Qolumdan tutub dartdı. Elə həyəcanlıydım ki, elə bil yer-göy başıma fırlanırdı. Beynimdə
“Simavna Kadısı oğlu”ndan4, “Benerci”dən5, “Cakonda”dan6 misralar dolaşır…
Necati onun həbsxana idarəsinin beton dəhlizdəki əşyalarını göstərdi: dama-dama bir çula bürmələdiyi yataq dəsti, meşini köhnəlmiş iki çamadan, bir çanta… Deməli, o da bizim kimi sadə
insandı, şeirdən başqa şeylər, fani nəsnələr haqqında da düşünür, onun da yataq dəsti, çamadanı, çantası var.
Ancaq hər halda o fövqəlbəşərdi, dahidi! Elə bil, o günə qədər dahi görmüşdüm, yaxud da, dahilər necə olur, bu barədə müəyyən fikirlərə malik idim…
Hər necəsə, rəisin otağından indilərdə çıxacaq adamın “Başında iri, qara bir papaq”7 olacaqdı,
“xeyr, bu papaq deyil, dərisi yunlu bir qoyunun qarnını yarıb – keçirib başına”. Ya da “sükanın yanında bardaş qurub oturub”.8
Və hökmən:
Baxmır
Qayığı
Qucan
Sulara
Baxmır,
Çartlayıb
Yarılan
sulara!
Bir az sonra otaqdan çıxacaq həmin bu adam, mütləq “türkmənistanlı bir budda heykəli”9dir. Öz əzəmətli görkəmi ilə sükanın yanında bardaş qurub, çatlayıb yarılan sulara baxmağa belə hövsələsi daralan, mərmər bir budda heykəlidir”.
Sonra qəfildən Nəcatinin tez-tez xatırlatdığı sözləri yadıma saldım:
– Narahat edilməkdən zəhləsi gedir, mir-mitilini yığıb…
Rəisin otağının qapısı qəfil cırıldadı və açıldı. Nəfəsimi boğub diqqət kəsilmişəm. Canımda bir heykəl sükutu vardı, heykəl kimi susurdum…
Qəfil üz-üzə gəldik, sonra göz-gözə… “mavi-mavi gülürdü”. Bu gülüş bir uşaq gülüşünü xatırladırdı… Saf, təmiz və mehriban…
4 “Simavne Kadısı Oğlu Şeyx Bədrəddin Dastanı” – Nazim Hikmətin 1936-cı ildə yayımlanan mənzum əsəri 5 “Benerci özünü niyə öldürdü?” – N.Hikmətin 1987-ci ildə nəşr olunan poeması 6 “Cokonda və Şi-Ya-U” – N.Hikmətin 1924-cü ildə yazdığı poema 7 Şairin “Bəhri-Xəzər” şeirinin misraları xatırlanır.
8 Eyni şeirdən misralar
9 “Bəhri-Xəzər” şeirindən misralar
7
Bir an təəccüblə ayaq saxladı. Deyəsən, neyləmək lazım gəldiyini düşündü, yaxud tanış bir sima axtardı. Sonra, deyəsən, Necatini gördü, ona sarı gəlmək istəyəndə, Necati özü ona tərəf yüyürdü, sonra məni tanış elədi.
Əl sıxdıq. Ayaqlarını fərəqətdə dayanmış əsgər kimi birləşdirərək, rəsmi tədbirdə ciddi olmağa çalışan adam görkəmi alıb dedi:
– Mən Nazim Hikmətəm.
Bütün danışdıqlarım o qədər sürətlə baş verirdi ki… Ağıllı baxışları koridordakıların üzlərində
gəzindi. Dəhlizdə xeyli adam vardı. Onu əvvəllər başqa həbsxanalardan tanıyanlar, heç olmasa adını eşidənlər… Nazim bu bir yığın insan arasında tanışlarını gördükcə onlara sarı gəlir, qucaqlaşır, uzun illər bir-birindən ayrı qalan ata-oğul, doğma qardaş kimi həyəcanla öpüşürdülər…
– …
– …
– …Ay mənim, əziz qardaşım. Sən, deməli, burdasan hə?
– …Sən də burdasan, hə, Vasfi. Sənin apelyasiya məhkəmən necə oldu? İşinə xitam verdimi apelyasiya məhkəməsi? Olmaya qərarı təsdiq elədi? Bu hadisələr bizi Cankırı həbsxanasına köçürtdüklərindən sonra oldu? Can, can, ürəyim ağrıdı. Halbuki səni zorla təhrik eləyirdilər… Canın sağ
olsun. Vəziyyətin necədir? Evdən kömək edirlərmi? Deməli, rəis səni Müvəqqəti Saxlanılma Məntəqəsinə yazıb? Yaxşı, yaxşı, olsun…”
Üstü-başı yaman gündə bir başqa adama tərəf getdi. İri və yalın ayaqlarını beton döşəməyə bərk-bərk basan, iyirmi dörd yaşlı həmin adam adəmbaba10 “Dəli Rəmzi”ydi. İkinci bölüyün yuxarı mərtəbəsində adəmbabalara ayrılan 72-ci kameranın it kökündə yaşayan “mal”larından idi. Bu kameranın çərçivələri və bütün taxtadan olan hissələri sındırılıb çıxardılmış, tən ortada, betonun üstündə yandırılmışdı. Alovun istisinə qızınıb, işığında zər atmışdılar. Şüşələri tamamilə qırıq pəncərələrdən səhərə qədər yağış, qar və ayaz dolan kamerada cır-cındır içində adəmbabalar bir-birini qucaqlayıb isinməyə çalışırlar. Dəli Rəmzi bu kamerada dəli olub…
“… Bəs sonra necə oldu, Rəmzi? Deməli, otuz il hə? Niyə axı? Adam öldürmüşdün? Həbsxanada heç adam öldürərlərmi, ay Rəmzi? Necə? Sifarişlə? Deməli, sifarişlə öldürdün, hə? Belə iş görərlər, heç dəyərmi belə bir addım atmağa? Adam yeddi liradan ötrü başqasını öldürər? Eh… Cahillik eləmisən, amma cəzanı ikiqat artırıblar? Yaxşı görək, elə şey olmaz… Əlbəttə, sən də insansan… Özünə niyə zülm eləyirsən?”
Rəmzi qaşla göz arasında Nazimin qulağına nəsə pıçıldayırdı. Necati məni dirsəyi ilə dürtdü.
Aydındı, Rəmzi siqaretpulu istəyirdi. Nazim, “sonra verərəm, indi xırdam yoxdu” – dedi.
O tərəfdə başı kürk gödəkcəsinin içində itib-batmış bir həbsxana “lotu”suna yaxınlaşır, kef-əhval soruşub, corab toxuyan maşının hələ də qalıb qalmadığını, İstanbul həbsxanasındakı laz filankəslə neçə
arşınsa ip mübahisəsinin axırının necə olduğunu xəbər alır. Halbuki o “lotu” bu hadisəni çoxdan yadından çıxarmışdı.....
Elə bu vaxt Sarıyerli Emin bəy gəldi.
– Pəh, Emin bəy, böyüyüm, ustadım… ay mənim, əzizim…
Bir-birilərini bərk-bərk qucaqladılar.
– Deməli, Emin bəy, sən də burdasan? Səni niyə gətiriblər bura? Sən ki fağır adamsan, nə bıçağın var, nə heroin tapılar üstündə.. Hə? Doğrudan, sənin işində məhkəmə hökmü necə oldu? Yeddi il yarım, hə? Apelyasiya məhkəməsinin qərarıdır? Ay dədə vay… Halbuki yüngülləşdirici səbəblər vardı… Nə isə, Allah qapını açsın… Şey də burda imiş, adı nədi o, Ertoğrul… Burdadı hə? Ay səni donuz… Dama oynamağı elə öyrənmişəm ki, Emin bəy, burda onu hökmən udacağam… Dimitri də burdadı… Ətirsatan Dimitri… Hə… De ki ta bütün tanış-bilişlər burdadır ki… Yaxşı, di hələlik…
Yanımda dayanan, əslən əyalət adamı olan nəzarətçi yoldaşına dedi ki, “Nə urvatlı adamdı e…”
Bu vaxt Sarıyelli Əmin bəy soruşdu:
10 Adəmbaba – türk arqo deyimi. Pulsuz, ac və çox səfil bir vəziyyətdə məhkum-luq həyatı sürən şəxsə deyilir.
8
– Ustad, yenə rəsm çəkirsən?
– Emin bəy, xeyli irəliləyiş var… Bir bax…
Dəhlizin küncündəki əşyalarının yanına getdi. Bu vaxt nəzarətçilər və baş nəzarətçi əşyalarını axtarmağa başlamışdılar. Nazim Hikmət çamadanı yoxlanandan sonra o biri çantalarının axtarılmasına əhəmiyyət vermədi. Çamadanını bizə tərəf çəkib açdı, içində kağızlar, dəftərlər, qələmlər, yağlı, sulu boyalar, fırçalar, rəsmlər, portretlər… Müxtəlif kəndli portretləri vardı… Cırılmış rentgen lövhələri üzərində bit darağı ilə oyulmuş rəsmlər…
O, bütün bunlar haqda hamıya uzun-uzadı danışır, biz də, nəzarətçi də, hətta baş nəzarətçi də, diqqətlə dinləyirik. Bir də baxdıq ki, katib gəlib çıxdı, sonra da rəis…
Nazim Hikmət rəsmi mərasimdəymiş kimi özünü quru aparmağa çalışan, amma heç cür bunu bacarmayan həminki tövrü ilə onlara tərəf çevrilib, hər şeyi təzədən danışır, tez-tez “ustadım, ustadım”
deyirdi… Sonra rəis və katib otaqlarına çəkildilər, o isə söhbətinə davam elədi:
– Bu, bizim Kamal Tahirdi… Əminəm ki, gələcəyin ən böyük romançılarından biri olacaqdır…”
Bir başqa portreti götürüb:
– Bunu Asri Mehmet çağırırlar… Çankırı həbsxanasının fotoqrafıdır…
Başqa bir portret götürüb, şəlpəqulaq, iri göz, başı daz qırxılmış bir kənd cahılının şəklidir:
– Bu xaşçı Mehmetdir… Kamal Tahirin möhtəşəm bir hekayəsinin qəhrəmanıdır… – Ciddiləşir: –
Bilirsən, bizim bu türk xalqı çox istedadlıdır e.
* * *
O vaxt, xırda bir məsələ üstündə mübahisə elədiyim üçün İzzətlə aram yox idi. Baş nəzarətçidən xahiş etmişdim ki, kameramı dəyişdirsinlər, baş nəzarətçi də məni həmin bölmənin üst mərtəbəsindəki
“təcridxana”lardan birinə göndərmişdi… Yan-yana olan bir neçə belə hücrə vardı, həbsxana qanunlarına riayət etməyən, məsələn, qumar oynayan, kimisə bıçaqlayan, əliəyrilik edənlər bura göndərilir, prokurorluğun təyin etdiyi günə qədər tək qalırdı.
Nazim gəlməmişdən səhv eləmirəmsə, bir həftə əvvəl belə təcridxanalardan birinə – 52 nömrəliyə
köçmüşdüm. Ona da, mən qalan yerdən iki otaq aşağıda bir başqa təcridxana hazırlamışdılar…
Yatacağını, çamadanları, çantalarını Necati, mən və Emin bəy götürdük… O arxamızca gəldi, və
xahiş elədi ki, imkan verək o da yüklərə əl yetirsin. Pilləkənlərdən düşdük, qalxdıq, bir-birinə bağlı, içi-içə dəmir qapılar, kəsif qoxuyan qaranlıq dəhlizlər, dəhlizlərdə iki-iki, üç-üç var-gəl edən, üz-gözünü turşutmuş məhbusların yanından keçdik. Əşyaları onun hücrəsinə qoyub mənim otağıma gəldik.
O elə hey üdüləyib-tökürdü… Cankırıdan, həbsxanadan, həbsxana idarəsindən, Kamal Tahirdən, elə xüsusən, Kamal Tahir və onun dostluğundan danışırdı.
Axır ki, adamlar dağılışdı. Necati, mən və o qaldıq. Birdən Necati qəfil:
– Ustad, bunun çox gözəl şeirləri var, – dedi:
Diksindim və Necatiyə tərəddüdlə baxdım:
– Xeyr. Onlar şeir-zad deyil, elə-belə boşboğazlıqdır.
Necati zarafata salıb dedi:
– Bizə belə demirdin axı…
Düzünü desəm, şeirlərim özümün çox xoşuma gəlirdi. Onlara inanırdım, gözləntilərim vardı, o şeirlərdə bütün varlığım ifadə olunmuşdu və Nazim Hikmət gəlməmişdən əvvəl bu həbsxananın ən böyük şairi mən idim. Baxmayaraq ki, İzzət və Necati də vardı.
– Niyə boşboğazlıq hesab edirsiniz ki, oxuyarsız, qulaq asarıq, – o dedi.
Artıq günorta idi. Ayağa qalxıb balaca maltızımı yandırdım, iki nəfərlik yemək hazırladım.
Yeməyimizin üstünə yumurta vurulmuş sucuk11 qoyduq. Yumurtalı sucuğu balaca çəngəllərimizlə bir qabdan yeməyə başlayanda etiraz elədi, başqa qab istədi. Yeməyi yarı böləndən sonra bir qabdan 11 Sucuq – Türkiyə və Bolqarıstanda istehsal edilən, şişirdilib qurudulmuş bağırsaq içinə ədviyyatlı ət qiyməsi doldurularaq hazırlanan qida məhsulu
9
yeməyin ziyanı barədə danışdı. Bu axmaq adətə görə Orta Anadolu kəndlərində skorbitin12 şiddətlə
yayılmağından danışdı. Yeməyi yeyəndən sonra dedi:
– Siz yemək-içməyi haradan alırsınız?
– Həbsxana baqqalından. Borc dəftəri var, nisyə alıram, baqqal borcumu yazır, ayın əvvəlində
atam pul göndərəndə… – dedim.
Kiçik pulqabısını çıxardanda soruşdu:
– Məsələn, bu yumurtalı sucuğa nə qədər xərciniz çıxıb?
– Neynirsiniz? – dedim.
– Mən də kömək etmək istəyirəm, – ciddi dedi.
– Pulqabından qatlanmış iki lira çıxartmışdı. Xahiş etdim ki, bu gün qonaq olsun.
– Olanım-qalanım bu iki liradır, – dedi – mümkündürsə, mən də bu gündən etibarən sizin dəftərinizdəki xərclərə ortaq olum və ayın əvvəlində…
– Əlbəttə, o nə sözdür…
Mən təzə tanış olduğum adamlara, xüsusən də, məşhurlara çox gec isinişirəm. Bunun şübhəsiz ki, səbəbi məlumdur. Ancaq Nazim Hikmətlə necə qəfil “siz” rəsmiyyətindən “sən” səmimiyyətinə keçdik, indi də təəccüblənirəm. İnsan onunla elə asan dostlaşa, elə rahat danışa bilir ki…
– Bilirsən, təkliyi sevmirəm. İdarədən icazə alsaydıq, sizinlə bir yerdə qalardım… – Bunu da elə
utana-utana dedi ki… Sanki kiməsə əmr verir, yaxud məni bir şeyə məcbur edir, sanki səbrimi daşdıracaq, məni narahat edən bir söz deyir…
– Siz istəyəndən, idarə də razılaşandan sonra, problem yoxdur, – dedim.
Sevindi:
– Heç təsəvvür də edə bilməzsiniz, tənhalığa necə nifrət edirəm… Bircə sətir də yaza bilmərəm, dəli olaram…
Durub icazə almağa getdi. Rəis hələ nahardan qayıtmamışdı. Sonra yenə getdi, birgə qalmağımız üçün xahiş eləmişdi. Rəis, katib və baş nəzarətçi ilə görüşəndən sonra, razı olmuşdu. Gəldi.
– Aman, ay qardaş, idarəyə getmək zülmdü burda: qapı qapı dalınca, kilid kilid üstünə vurulub…
Sən allah, üzümüzə neçə qapı bağlanıb?
– Altı, – dedim.
– Füüüüüüyt!!!
Nazim Hikmətin həbsxanaya gəlməsi ilə bu fit çalması arasındakı vaxt iki saatdan çox deyildi. Mən bu iki saat ərzində onunla “sən” səmimiyyətinə keçmiş, həm onu, həm də yaxınlarını tanımağa başlamışdım:
Anasını, arvadını, oğlunu, bacısını, xalaoğlusu olan yeznəsini, bacısı, qardaşı uşaqlarını və bir çox dostlarını. Bütün bunlar bəs necə baş vermişdi? Bilmirəm. Bunu başa düşmək üçün hər halda Nazim Hikmətin səmimiliyinə bələd olmaq lazımdı. Çünki Nazim elə bir İNSAN idi ki, düşmənləri də onu sevirdi.
* * *
Onsuz da, bu sarıdan narahat idim, nəhayət, soruşdu:
– Təhsillisən?
Bədənimə soyuq tər gəldi və çox utandım. Müxtəlif vaxtlarda bu sualı vermişdilər, utana-utana, yerin dibinə girib “şəhadətnamə”m olduğunu demişdim. Yenə elə oldu. Ancaq o başqaları kimi ağız büzmədi.
– Eybi yox əşi, dövlət məmuru olmaq niyyətiniz yoxdursa, təhsilsiz də keçinmək olar… Mənim ömür boyu buna ehtiyacım olmayıb.
12 Skorbit – C vitamini çatışmazlığından yaranan diş xəstəliyi 10
– …
– Əcnəbi dil bilirsən?
– Az-maz fransızca.
– Daha yaxşı öyrənmək istəyirsən?
– Əlbəttə.
– Yaxşı… İndi sizinlə bir az ümumi məsələlərdən danışaq. Məsələn, bu indiki müharibə – İkinci Dünya müharibəsindən ağlın nə kəsir? Yəni, bu alman hücumlarının səbəbləri nədir?
Uzun-uzadı danışdım.
– Bu fikirlərdə də həqiqət var… Fəqət…
Yenə soruşdu:
– Fəlsəfə deyəndə nə başa düşürsən?
Fəlsəfəyə aid türkcə yazılmış bir xeyli kitab oxumuşdum. O qədər çox kitab oxumuşdum ki, fəlsəfənin bir neçə tərifini bilirdim. Bu tərifləri dalbadal dedim.
O diqqətlə qulaq asandan sonra dedi:
– Görünür, mütaliəli insansınız… Şeirləriniz hanı bəs?
Yenə özümü itirdim, başım hərləndi.
– O qədər primitiv şeirlərdi ki…
– Eybi yox, gətirin baxaq.
Şairlikdən məni çətin bir imtahan gözləyirdi. Ayağa qalxdım. Çamadanımdan şeirlərimi götürüb gətirdim. O, müştüyünə tütün doldurdu, odladı, bir neçə qullab alandan sonra xeyli ciddi görkəm alıb dedi:
– Bəli, eşidirəm sizi.
Oxumağa başladım… Oxuduqlarım heca şeirləri idi: aşıb-daşan hisslərimi səmimiyyətlə, adam kimi yox, “sözün ilahiləşdiyini” iddia edənlərin misralarına oxşatdığım, gülünc günə qoyduğum şeirlər…
Hələ ilk dördlüyü oxuyub-qurtarmamışdım.
– Bəsdi, ay qardaş, bəsdi.... Başqasını oxu.
Halbuki bu oxuduğum ən güclü hesab etdiyim şeirlərdən idi… qəlbimdə nəsə qırıldı…
Bir başqa şeir… İlk, ikinci, üçüncü misranın yarısı…
– Mənasızdı.
– Beynimə qan vurdu, başım fırlandı, utanıb yerə girdim. Yenə bir başqa şeir…
– Biabırçılıqdı.
– Gözlərim qızardı… Əsəbiləşdim. Deyəsən, üçüncü şeiri, onun da ilk iki misrasını oxudum.
– Yaxşı, qardaşım, bütün bu söz oyunlarına, hoqqabazlıqlara, xahiş edirəm, sözlərimdən inciməyin, nə ehtiyac var? Sizin qəlbinizə toxunmayan, qeyri-səmimi şeyləri niyə yazırsınız? Bax, ağıllı-kamallı adamsınız. Duyduğunuz hisləri heç vaxt ruhunuza yaxın olmayacaq tərzdə yazıb gülüncləşdirməklə özünüzə xəyanət etdiyinizi görmürsünüzmü?
Qan beynimə vurdu və bir topa kağız əlimdən düşdü, ta oxuya bilmirdim… Gözlərimin qabağına Necati, İzzət, xüsusən də, o gəldi… Onların indi yanımda olmadıqlarına görə şükür elədim.
Nazim Hikmət elə hey danışırdı: “Realizm” və “aktiv realizm” sözlərindən çox istifadə edir, ədəbi söhbət elədi, ancaq ədəbiyyatdan danışdı. Nə yalan deyim, heç nə qanmadım. İçimdə müqəddəs bir aləm dağılmışdı. Səmimiyyətinə heç cür inanmadığım, dağılmalı olan, yalançı, saxta, haqsız inanclardan qurulmuş, təməli möhkəm olmayan bir aləm!
– İndi siz də mənim şeirlərimə qulaq asa bilərsiniz?
Özümə gəldim. Göz-gözə dayanmışdıq. Əlavə etdi:
– Ancaq xətir-hörmətə görə güzəşt eləmək olmaz! Siz də məni tənqid edin, özü də bacardığınız qədər insafsızcasına…
Əvvəlcə “Nigar və Mustafa” şeirini oxudu. Halbuki mən ondan “Bəhri Xəzər” və “Salxım söyüd”, yaxud “Simavna Qazisinin Oğlu” və ya “Taranta-babu”ya bənzər şeirlər gözləyirdim. Bu oxuduğu 11
onlardan fərqli idi. Asan yazılmış, sadə, adi sözlər idi, ancaq “nədi ki bu… beləsini mən də yazaram”
deyə düşündüyüm şeirlərdən deyildi və bir az əvvəl içimdə bütün həşəmətiylə alt-üst olan “böyük etimadı”mın yerinə “belə yazmaq” arzusunun baş qaldırdığını xatırlayıram.
O oxuyurdu. Qara üzlü dəftərçəsini dayanmadan vərəqləyirdi. Arada dayanıb izah edirdi:
“qaralamasını Cankırı həbsxanasında yazdığım bir şeirin müxtəlif parçalarıdır”.
Onlar ki, torpaqda qarışqa,
suda balıq,
havadakı quşlar qədər
çoxdular. qorxaq,
cəsur,
cahil
hakim
və uşaqdılar
və dağıdan da
yaradan da
onlardır…
Bəli, bu başqa, tamam fərqli şeir idi. Bu şeirdə müqəddəs kitabları xatırladan bir dil, alilik var idi.
Qəfil bir sənətkarın “835 misradan sonra şair özünü təkrarlayacağından qorxur”13 sözünü xatırladım və soruşdum:
– Hə, nə düşünürsünüz?
Güldü. Dəftərini örtdü, dərindən nəfəs aldı, sonra soruşdu:
– Şeirlərim xoşunuza gəldi?
Dedim:
– Hədsiz gözəldi, əladı.
Üzümə şübhəylə baxdı:
– Xeyr, xətri-xoşluq edirsiniz.
Əsəbi-əsəbi müştüyünü çırpdı və dəftərini çamadanına qoydu.
– Sizdə sənət üçün yaxşı xammal var, bu dəqiqdi. Bayaq şeirlərinizə qarşı çox amansız davrandım… İnciməyin, sənət məsələlərində çox qəddaram… Buna görə də… Sizdə yaxşı sənətkara lazım olan əsas xammal var…
Qaşları çatıldı, sonra kefi duruldu… Müştüyünə yenə tütün doldurdu, odladı, bir qullab alıb üfürdü…
– Sizə bir təklif verə bilərəm?
– Əlbəttə.
– Sizinlə əməllicə məşğul olmaq istəyirəm… Yəni sənət məsələlərində… Əvvəlcə fransızca, sonra digər mədəni mövzular barədə dərslər öyrənərik… Səbriniz çatarmı?
– Çatar.
– Söz verirsən?
– Verirəm.
Əlini uzatdı. Nazik biləkli, seyrək çilli əlini sıxdım:
– Usanmadan, bezmədən, yorulmadan məşğul olacağıq?
– Bəli, bezmədən, usanmadan.
– De vallah?
– Vallah!
– Yaxşı, onda alınacaq…
13 Nazim Hikmətin “835 sətir” şeiri nəzərdə tutulur.
12
Müştüyünü təzədən həvəslə qurcalamağa başladı…
* * *
Günlər keçirdi… Boğanaqlı günlər arxada qalır, hərdən duman qatını parlaq günəş sıyırırdı… Belə
günlərdə həbsxananın həyətini örtən qarda gəzinirdik. Nazim deyirdi ki: “Bu həbsxana hədsiz rütubətlidir. Hərəkətsiz qalmağımız çox pisdir. Gərək hər gün ardıcıl idman edək”.
Bir neçə gün səhər dediyinə əməl elədi. Həbsxananın həyətində, qarın üstündə, idman paltarında, yarıçılpaq gimnastika məşqləri elədi. Sonra yarımçıq qoydu… “Belə şeylərə bizim camaat şəbədə
qoşandı, öyrəşməyiblər. Vərdiş edək gərək”.
Açığı, bu qərarına sevinmişdim. Özünə deyə bilməmişdim, amma idman etməklə həbsxanada çoxunun ağzına saqqız, dilinə qınaq olduğumuzu eşitmişdim.
Hər gün yeddi-səkkiz saat, bəzən də daha çox dərs oxuyurdum. “Onun şeirləri kimi” şeirlər də
yazırdım, amma hələ cızma-qaralarımı ona göstərməyə cəsarətim çatmırdı. Onun şeirləri necə qüsursuz idi. Az sözlə çox mətləbləri agah edirdi. Ancaq mənim şeirlərim başdan başa çənə zənguləsi, boşboğazlıq idi.
Aylar sonra ona göstərdiyim ilk şeir “Bir Beyrut əhvalatı” oldu.
– Oxu görək, – dedi.
Qorxa-qorxa oxumağa başladım.
Beyrutda,
Yeni İstanbul yeməkxanasında,
qab-qacaq yuyanda
On səkkiz yaşım vardı.
saçlarım daranmış və parlaq
fikrimdəsə Eleni.
…
Axıracan qulaq asdı. Yenə müştüyü ağzında idi. Sonra oxuduğum kağızı əlimdən alıb, nəzərdən keçirib qaytardı.
– Bir də oxu, – dedi
Təkrar oxuyanda arabir “dayan”, “bu yerini, o yerini çıxar” deyib, ya da filan misranı əvvələ, əvvəlkiləri axıra keçirməyi məsləhət verirdi. Şeirimi beləcə “hala gətirəndən” sonra görürdüm ki, mənim pıtraqla dolu, mənasız şeirlərim arındıqca onunkulara oxşadı və yeni şeir yarandı.
Mənimlə əməlli-başlı məşğul olurdu. Hətta o yerəcən ki, yarımçıq “ziyalı”lığımdan, yaxud “kiçik burjua”lığımdan gələn deyingənliyimdən tutmuş, xarakterim və dünya görüşümdən irəli gələn müxtəlif fikirlərə qədər hər şeylə…
Məsələn, Nazim Hikmətlə dost olub bir kamerada qalandan bəri İzzət və Necati ilə əvvəlki kimi yaxın münasibət saxlamırdım. Yaxşı, deyək ki, İzzətlə aramız yox idi, bəs Necati?
Bir xeyli vaxt keçdi, İzzətlə yenə aramız düzəldi. “Səliqəyə saldığı” şeirlərimdən ikisini Nazimin gözünə görünmədən, beton döşənəcəyin yanında, İzzətə oxudum. O da, özünü ən azı mənim qədər şair hesab edirdi.
Dilini dişinə tutub axıracan dinlədi:
– Guya bunları sən yazmısan?
– Əlbəttə.
Saç kremi sürtdüyü başını yana çevirib dodaq büzdü, qıpqırmızı qızardı və dedi:
Внимание! Это не конец книги.
Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?