Электронная библиотека » Проспер Мериме » » онлайн чтение - страница 4

Текст книги "Hekayələr"


  • Текст добавлен: 6 декабря 2022, 08:20


Автор книги: Проспер Мериме


Жанр: Современная русская литература, Современная проза


Возрастные ограничения: +12

сообщить о неприемлемом содержимом

Текущая страница: 4 (всего у книги 12 страниц)

Шрифт:
- 100% +

MƏHƏBBƏT İLAHƏSİ

Belə məğrur heykəl qoy

lütfkar və mülayim olsun.

Lukian

Kaniqu dağının4343
  Kaniqu dağı – dağ Parisin uzunluq dairəsində yеrləşir və Pirеnеyin ən yüksək dağ zirvəsi sayılır. Zirvənin hündürlüyü 2800 m-dir (red.).


[Закрыть]
axırıncı aşırımını enirdim. Günəş artıq batsa da, qarşıda uzanıb gedən düzənlikdə İl qəsəbəsinin evləri aydın görünürdü; mən də elə həmin evlərə tərəf irəliləyirdim.

Dünəndən bəri mənə bələdçilik edən katalanlıya dedim:

– Siz yəqin ki, müsyö de Peroradın hansı evdə yaşadığını bilirsiniz, eləmi?

– Əlbəttə, bilirəm! – o, ucadan cavab verdi. – Onun evini öz evim kimi tanıyıram, hava belə qaranlıq olmasaydı, həmin evi elə buradan sizə göstərərdim. Bu, İl qəsəbəsində ən gözəl evdir. Bəs necə, müsyö de Peroradın pulu var, bəli, hətta oğlunu özündən də varlı birisinin qızı ilə evləndirir.

Ondan soruşdum:

– Bu toy ziyafəti yaxın günlərdə olacaq?

– Lap bu yaxınlarda! Çox güman ki, çalğıçılar artıq təyin olunmuşdur. Bəlkə, sabah, nə bilim, bəlkə də, birisi gün başlanacaq. Ziyafət Püiqariqdə olacaq, çünki oğlanın sevdiyi qız Püiqariqdəndir. Eh, bir dəm-dəsgah olacaq ki!

Məni müsyö de Peroradın yanına püiqariqli dostum M. de P. göndərmişdi. Dostumun dediyinə görə, bu, qədim mədəniyyəti dərindən bilən, savadlı, hər bir işdə adamın harayına çatan, qeyri-adi, misli-bərabəri olmayan bir şəxs idi. O, qəsəbədən on lyölük4444
  Lyö – təxminən 4 km-ə bərabər uzunluq ölçü vahidi. Arxaik sözdür. Müasir fransız leksikonunda işlənmir (red.).


[Закрыть]
məsafədə yerləşən xarabalıqları mənə yəqin ki, məmnuniyyətlə göstərəcəkdi. Çünki qədim və orta dövrlərə aid tarixi abidələrlə zəngin olan İl qəsəbəsinin ətrafını gəzmək və məlumat toplamaqda bütün ümidimi ona bağlamışdım. Ancaq haqqında ilk dəfə bələdçimin mənə danışdığı bu toy ziyafəti bütün planlarımı alt-üst edirdi.

“Mən çağrılmamış qonaq olacağam” – öz-özümə düşündüm. Ancaq burası vardı ki, orada məni gözləyən olacaqdı. Mənim gəlişimi müsyö de Püiqariq xəbər vermişdi və mən mütləq toya getməli idim.

– Mərc gələk, müsyö, – düzənlikdə yolumuzla irəliləyərkən bələdçim mənə dedi, – bir siqardan mərc gələk, mən sizin müsyö de Peroradgildə nə iş görəcəyinizi indidən deyim, razısınızmı?

– Bunu bilmək bir o qədər də çətin deyil, – dedim və ona siqar uzatdım. – Kaniqudan bəri altı lyö yol getdikdən sonra gecənin bu vaxtında ən böyük işimiz, yəqin ki, şam etmək olacaqdır.

– Burası belədir, bəs sabah?.. Bax, mərc gəlirəm ki, siz İlə öz bütünüzə baxmağa gedirsiniz, yoxsa düz demirəm? Mən bu fikri siz Serrabona müqəddəslərinin4545
  Serrabona müqəddəsləri – Pirineydə, Kaniqu dağının şərq ətəklərində, Pertinan şəhərinin 30 km-də yerləşən keçmiş monastır. Bu monastır XI əsrin möhtəşəm mərmər təsvirləri il


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 9 10 11 12 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.


Популярные книги за неделю


Рекомендации