Электронная библиотека » Riçard A. Qabriel » » онлайн чтение - страница 3

Текст книги "Hannibal"


  • Текст добавлен: 19 декабря 2022, 09:00


Автор книги: Riçard A. Qabriel


Жанр: Биографии и Мемуары, Публицистика


Возрастные ограничения: +12

сообщить о неприемлемом содержимом

Текущая страница: 3 (всего у книги 10 страниц) [доступный отрывок для чтения: 3 страниц]

Шрифт:
- 100% +

Karfagenlə Roma arasında savaşın səbəbləri

Karfagen M.ö. 814-cü ildə Finikiya1616
  Finikiya – indiki Suriya, Livan və İsrail ərazilərini əhatə edən, Aralıq dənizi sahilində qədim ölkə. M.ö. XIII-VIII yüzilliklərdə mövcud olmuşdur.


[Закрыть]
şəhər-dövləti olan Tirin müstəmləkəsi kimi yaradılıb. Qeyd edək ki, Qərbi Aralıq dənizi sahilində Finikiya müstəmləkələrinin yaradılması yunanların Şərqi Aralıq dənizi sahilindəki hegemoniyasını zəiflətmək məqsədi daşıyırdı. Nəticədə M.ö. VIII–VII əsrlərdə burada xeyli Finikiya müstəmləkəsi meydana çıxdı. Karfagen isə onlardan yalınız biri idi.

Müstəmləkələr Siciliyada, Korsikada, Sardiniyada və İspaniyada salınmışdı. Əvvəllər həmin müstəmləkələr sadəcə ticarət məntəqələri rolunda çıxış edirdi. Lakin zaman keçdikcə onların bir çoxu xeyli gücləndi və müstəqil mövqelərə sahib olmağa başladı. Elə Karfagen kimi! Hətta bir müddət sonra iş o yerə çatdı ki, bəzi müstəmləkələr öz nicatını Tirdə deyil, Karfagendə axtarmağa başladı.

M.ö. 498-ci ildə yunanlar Karfagen şəhərlərinə hücum çəkməyə başladılar. 18 il davam edən bu mübarizədə heç bir strateji uğur əldə olunmadı. M.ö. 480-ci ildə isə karfagenlilər Siciliyaya soxularaq, yunanları adadan qovmağa çalışdılar. Həmin vaxt Karfagen 300 min əsgər, 200 hərbi və 3 min yük gəmisindən ibarət hərbi gücə malik idi. Bu qədər nəhəng orduya isə həmin vaxt Karfagenin aparıcı dövlət xadimi olan Haminkar başçılıq edirdi.

Qarşı tərəfə gəlincə, 2 yunan tiranı1717
  Tiran – Qədim Yunanıstanda və XIII-XVI əsrlərdə İtaliyanın şəhər-respublikalarında hakimiyyəti zorla ələ keçirən şəxs


[Закрыть]
– Qelon və Teron 24 min piyada əsgər və 2 min atlıdan ibarət ordu toplamışdı. Müttəfiqlərinin dəstəyinə ümid bəsləyən Haminkar isə süvari dəstələri özü ilə götürmədi. Bundan xəbər tutan Qelon karfagenliləri qəfil yaxaladı və Haminkarın ordusunu darmadağın etdi. Bu məğlubiyyəti özünə sığışdırmayan Haminkar müqəddəs tonqala atılaraq özünü öldürdü.

Həmin hadisədən sonra karfagenlilər 90 ilə yaxın müddətdə Siciliyanı rahat buraxdılar və Afrikadakı torpaqları ələ keçirməyə yönəldilər.

Nəhayət, M.ö. 409-cu ildə Karfagen ordusu Siciliyanı qaytarmağa cəhd etdi. Ordu Hannibalın başçılığı altında dəniz yolu ilə Siciliyaya gəldi. Əvvəlcə buradakı Selinus, ardınca isə Qimer şəhəri tutuldu. Haminkarın özünü müqəddəs tonqala atdığı yerdə 3 min kişi və qadın işgəncələrə məruz qaldıqdan sonra qətlə yetirildi. M.ö. 406-cı ildə Sirakuz istisna olmaqla, Karfagen artıq Siciliyanın yunan hissəsinə sahib idi. Bir il sonra Sirakus tiranı Dionisi Karfagenlə sülh müqaviləsi bağlamağa məcbur oldu.

Siciliyada mövqelərini gücləndirən karfagenlilər Qərbi Aralıq dənizinə nəzarəti də ələ almışdılar. Həmin vaxt Karfagen dövlətinin tərkibinə Cənubi İspaniya, Qades, Korsika, Sardiniya, Balear adaları, Malta və Şimali Afrika sahili daxil idi. M.ö. 348-ci ildə Karfagenlə Roma arasında müqavilə bağlandı. Həmin müqaviləyə görə karfagenlilər romalıların, romalılar isa karfagenlilərin torpaqlarına yaxınlaşa bilməzdilər. İki ölkənin torpaqları arasındakı sərhəd Korsika şəhəri oldu. M.ö. 306-cı ildə Roma ilə Karfagen arasında növbəti müqavilə imzalandı. Bu müqaviləyə görə Karfagen Romanın İtaliyada, Roma isə Karfagenin Şimali Afrikada hakimiyyətini tanıyırdı.

Beləcə, təxminən M.ö. VIII əsrdən III əsrədək Roma ilə Karfagen Qərbi Aralıq dənizi sahillərində əsas dövlətlər kimi inkişaf etdi. Nə qədər ki, Karfagen Roma limanlarına soxulmur, Roma isə Karfagen ərazisinə girmirdi, hər iki dövlət qarşılıqlı uzlaşma şəraitində yaşayırdı.

İtaliya üzərində hakimiyyətini tamamilə möhkəmləndirmək üçün Romaya təxminən üç əsr lazım oldu. Nəhayət, İtaliyanın böyük bir hissəsinə ağalıq edən Roma karfagenlilər və yunanların Siciliyada mövcudluğunu həzm etməməyə başladı. Romalıların fikrincə, bu onların daha geniş əraziləri ələ keçirmələrinə mane olurdu.

Beləliklə, M.ö. 264-cü ildə Roma Siciliyaya soxulmaq qərarına gəldi. Bununla da Birinci Pun müharibəsi başladı.

Birinci Pun müharibəsi
(M.ö. 264–241-ci illər)

Mamertinlər – İtaliyanın Kampaniya adlanan vilayətindən olan muzdlular idi. Onlar ilk Pun müharibəsinin əsas səbəbkarı hesab edilir. Sirakuzlu Aqafoklun yanında xidmət edən bu muzdlular karfagenlilərlə müharibədən sonra Siciliyada gəzib-dolaşırdılar. M.ö. 289-cu ildə Aqafokl öldü. Bundan sonra mamertinlər Messina şəhərinə doluşdular. Şəhər sakinləri onları gülərüzlə qarşıladı. Lakin mamertinlər tezliklə yerli əhalinin axırına çıxıb, mal-mülklərini öz aralarında böldülər və Siciliyanın şimal-şərq hissəsinə ağalıq etməyə başladılar. Aqafoklun varisi olan Gieron bu vəziyyətdən razı qalmayıb, onların üstünə hücum çəkdi. Lonqan çayı yaxınlığındakı döyüşdə mamertinlər məğlubiyyətə uğradı. Gieron bu qələbədən sonra Messinaya doğru hərəkət etsə də, karfagenlilər onlara qarşı çıxdılar. Mamertinlər karfagenlilərin hakimiyyəti altında olmaq istəmədikləri üçün romalılardan onları Messinadan qovmağı xahiş etdilər.

Beləcə, bu şəhər Roma ilə Karfagen arasında mübahisəli bölgəyə çevrildi. Axırda romalılar karfagenlilərlə anlaşmanı pozmaq qərarına gəldilər və öz qoşunlarını Messinaya göndərdilər. Həmin vaxt Karfagen donanyması uzaqda olduğundan Qannonun başçılığı altında azsaylı ordu romalılara müqavimət göstərməyə çalışdı. Ancaq müqavimət nəticəsiz qaldı və romalılar Messinanı tutdular. Həmin məğlubiyyətdən sonra Qannon Karfagenə qayıtdı. Karfagenlilər Messinanı qoruyub saxlaya bilmədiyi üçün onu edam etdilər.

Bu vaxt xəbər gəldi ki, Sirakuzlu Gieron da Romanın tərəfinə keçib. Beləcə, Siciliyada gücünü bir az da artıran romalılar Messinanın ardınca Aqriqent şəhərini tutdular. Düşmənə açıq döyüşdə qalib gələ bilməyəcəyini düşünən karfagenlilər maraqlı taktika seçdilər. Siciliya ərazisinə yaxşı bələd olduqları üçün pusqular qurmağa, Roma gəmilərinə hücum etməyə başladılar. Bu bir növ partizan müharibəsini xatırladırdı. Beləcə, dörd il ərzində romalıların daha da irəliləməsinin qarşısını alındı. Lakin bu onları Siciliyanı tamamilə ələ keçirmək niyyətindən daşındırmadı.

Güclü donanması olmadan Karfageni məğlub edə bilməyəcəyini anlayan Roma cəmi iki ay ərzində yüz kvinkvirema1818
  Kvinkvirema – hərbi gəmi növü


[Закрыть]
və iyirmi trirema1919
  Trirema – hərbi gəmi növü


[Закрыть]
inşa etməyi bacardı. Polibi yazır ki, donanmanın inşaatına ümumilikdə 20 min adam cəlb edilmişdi.

Ellin dövrünün2020
  Ellin dövrü – Yunanıstanda və Aralıq dənizinin şərq sahili ölkələrində Makedoniyalı İsgəndərin hərbi yürüşlərindən (M.ö. 334–323) başlayaraq burada Roma imperiyasının hökmranlığı tam bərqərar olanadək (M.ö. 30-cu il) davam edən tarixi mərhələ


[Закрыть]
sonundan başlayaraq kvinkvirema Aralıq dənizi donanmasında əsas hərbi gəmi idi. O da trirema kimi ilk dəfə karfagenlilər tərəfindən inşa olunmuşdu. Kvinkviremanın uzunluğu 120, eni isə 18-20 fut2121
  Fut – 30 sm 48 mm-ə bərabər uzunluq vahidi


[Закрыть]
idi. Yelkənlərin ümumi sahəsi təxminən 1400 kvadrat fut təşkil edirdi. Yuxarı və aşağı göyərtələrə ayrılan kvinkviremanın heyəti 400 nəfərdən ibarət idi: 280 avarçəkən, 75-100 nəfərdən ibarət abordaj2222
  Abordaj – bilavasitə vuruşmaq üçün gəmilərin bir-birinə yanaşdırılmasından ibarət qədim dəniz müharibəsi üsulu


[Закрыть]
piyada dəstəsi, 25 matros və zabit. Sahəsi 2 min kvadrat fut olan göyərtədə cəmi 2-3 günlük azuqə və su ehtiyatı olurdu. Belə ki, uzun müddət suda qalan nəqliyyat gəmilərindən fərqli olaraq hərbi gəmilər dincəlmək, yeni ehtiyat yığmaq və heyəti tamamlamaq üçün müntəzəm olaraq sahilə yan almalı idi.

Lakin məsələ gəmi tikməklə bitmirdi, heyətə təlim keçmək də lazım idi. Odur ki romalılar inşaat müddətində təkcə 44 min adama quruda avar çəkməyi öyrədirdi. Gəmilər tikiləndən sonra isə heyətlər göyərtədə təlim keçməyə başlayır və yalnız bundan sonra hərbi əməliyyatlara qoşulurdular.

Qısa vaxtda böyük donanma yaratmalarına baxmayaraq romalılar dənizçilikdə qat-qat təcrübəli olan karfagenlilərin əlinə su tökməyə yaramırdılar. Odur ki düşmən üzərində üstünlük qazana bilmək üçün maraqlı fəndə əl atdılar: onlar gəmiləri qarmaq-lövbər və aşma körpü ilə təchiz etdilər. Yüz il əvvəl qallar həmin lövbərlərin sayəsində romalıların gəmilərini öz göyərtələrinə tərəf çəkmiş, düşmən gəmisinə soxulmuş və heyəti qətlə yetirmişdilər. Aşma körpü isə romalıların özlərinin kəşfi idi. Onlar bu körpü ilə düşmənin gəmisinə keçir və heyətinə hücum çəkirdilər. Hərçənd həmin körpülərlə təchiz olunmuş Roma gəmiləri karfagenlilərin gəmilərindən daha ağır, üstəlik, fırtına zamanı idarəolunmaz idi. Bu səbəbdən də romalılar minlərlə dənizçi və əsgər itirdilər, belə ki, fırtına zamanı gəmilər suda batırdı.

Siciliya uğrunda romalılarla karfagenlilərin mübarizəsi uzun müddət davam etdi. Lakin tərəflərdən heç biri həlledici qələbə qazana bilmədi. Nəhayət, günlərin birində karfagenlilər qəfil hücuma keçdilər. Bu romalıları strategiyalarını dəyişməyə məcbur etdi: onlar M.ö. 256-cı ilin yayında 330 gəmidən ibarət donanmalarını Afrikaya doğru istiqamətləndirdilər. Yarı yolda güclü dəniz döyüşü başladı. Həmin döyüşdə 24 Roma və 30 Karfagen gəmisi batırıldı. Asma körpülərdən istifadə edən romalılar düşmənin 64 gəmisini ələ keçirdi. Yerdə qalan karfagenli gəmilər geri çəkildi və romalılar yollarına davam etdi. Onlar Afrikada müdafiəsiz qalan Karfagen torpaqlarını talan etdilər və qış mövsümünə hazırlaşmağa başladılar. Çünki 75 min avarçəkən və dənizçini, 20 minlik ordunu pul və azuqə ilə təmin etmək lazım gəlirdi.

Axırda donanmanı geri çağırmaqdan başqa yol qalmadığını anlayan Roma hakimiyyəti Afrikada 15 minlik piyada qoşun, 500 atlı və 40 hərbi gəmi saxlamaqla kifayətləndi. Karfagenlilər geri qayıdan Roma donanması ilə haqq-hesab çəkmək qərarına gəldilər. Ancaq romalılar bu dəfə də döyüşdən qalib çıxdılar.

Bu məğlubiyyətdən sonra Karfagenə yunan muzdlu dəstələri ilə birgə təcrübəli spartalı sərkərdə Ksantipp gəldi. O, romalılarla müharibəni öz üzərinə götürdü. Beləcə, M.ö. 255-ci ilin yazında 12 min piyada əsgərdən, 4 min atlıdan və xeyli fildən ibarət Karfagen ordusu düşməni sarsıdıcı məğlubiyyətə uğratdı. Həmin döyüşlərdə 30 min romalı həlak oldu. Cəmi 2 min nəfər canını birtəhər qurtara bildi. Romanın ovaxtkı konsulu2323
  Konsul – Qədim Romada respublika dövründə seçilən yüksək vəzifəli iki şəxsin hər birinin titulu, habelə belə titulu olan adam


[Закрыть]
, eyni zamanda ordu başçısı Mark Atili Requl isə əsir götürüldü.

Növbəti ilin əvvəlində romalılar Afrika sularına 350 gəmidən ibarət donanma göndərdi. Onlar yolda karfagenlilərin 200 gəmisi ilə rastlaşdı. Bu dəfə dəniz döyüşü karfagenlilərin növbəti məğlubiyyəti ilə bitdi. Afrika sahillərinə çatan romalılar sağ qalmış əsgərlərini gəmilərə mindirdilər. Losmanlar fırtınaya düşməmək üçün sahildə ləngiməyi məsləhət görsə də, onları dinləyən olmadı. Donanma yola çıxdı və çox keçmədən möhkəm tufanla üz-üzə qaldı. Bu tufandan vur-tut 80 gəmi salamat qurtula bildi. Həmin gün 100 minə yaxın romalı həlak oldu. Bundan sonra Roma Afrikaya doğru genişlənmək niyyətindən əl çəkdi. Beləcə, Karfagen Afrikada böyük ərazilərin şəriksiz sahibinə çevrildi.

Romalılar isə bütün diqqətlərini yenidən Siciliyaya yönəltdilər. M.ö. 254-cü ildə Karfagenin buradakı əsas qalası olan Panormanı (indiki Palermo) iki legionun köməyi ilə mühasirəyə aldılar. Qaladakılar asanlıqla təslim olmaq istəməsələr də, axırda şəhərin müdafiəsi yarıldı və sakinləri amansızcasına qətlə yetirildi. M.ö. 251-ci ildə Karfagen ordusunun həmin vaxtkı başçısı Panormanı qaytarmağa çalışdı. Lakin onun cəhdi nəticəsiz qaldı. Məğlubiyyətə uğrayan sərkərdə Karfagenə çağırıldı və uğursuzluğa görə çarmıxa çəkildi. Karfagenli sərkərdə olmaq həmişə riskli işdir: ya qalib gəlməlisən, ya da edam olunmalısan. Üçüncü yol yoxdur!

Palermonun ələ keçirilməsindən sonra Siciliyadakı bir neçə şəhər könüllü şəkildə romalılara təslim oldu. İşi belə görən karfagenlilər ən iri qalaları olan Lilibey və Drepana çəkildilər. Bundan sonra dörd Roma legionu Lilibeyi mühasirəyə aldı. Lilibeydəki qarnizonlara başçılıq edən Haminkar 10 minlik ordusu ilə romalılara bir neçə dəfə hücum çəkdi. Ağır itkiyə məruz qalan düşmən xeyli mühasirə qurğusunu da itirdi. Romalılar Lilibeyin mühasirəsindən əl çəkmək məcburiyyətində qaldılar.

Bu uğursuzluqdan pərt olan romalılar Karfagen donanmasını Drepanda tələyə salmaq istədilər. Onlar 120 gəmi ilə dənizə çıxdılar. Lakin hər şey tərsinə oldu: karfagenl

Внимание! Это не конец книги.

Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!

Страницы книги >> Предыдущая | 1 2 3
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации