Электронная библиотека » Seymur Baycan » » онлайн чтение - страница 5

Текст книги "Mənim mübarizəm – 8"


  • Текст добавлен: 29 ноября 2022, 15:02


Автор книги: Seymur Baycan


Жанр: Современная зарубежная литература, Современная проза


Возрастные ограничения: +16

сообщить о неприемлемом содержимом

Текущая страница: 5 (всего у книги 18 страниц) [доступный отрывок для чтения: 6 страниц]

Шрифт:
- 100% +

Bazarda kənd toyuğu axtararkən başıma girən mövzu

Yiyəsiz qoyunu qışda da qırxarlar

Atalar məsəli

Müharibə dövründə və müharibədən sonra göstərdikləri mövqeyə, nümayiş etdirdikləri davranışa görə azərbaycanlıların siyasiləşmiş təbəqəsi rus liberallarından yumşaq desək, dəhşət narazı qaldılar. Rus liberallarından narazı qalmaq məsələsində onlar tamam haqlı idilər. Uman yerdən küsərlər. Özünü liberal adlandıran kəs hər hansı mövzuya toxunursa, ədalətli mövqe ortaya qoymağa məhkumdur. Həqiqətən də müharibə günlərində, müharibədən sonra (ədalət naminə nadir istisnaları çıxmaq şərti ilə) rus liberallarının göstərdikləri mövqenin, nümayiş etdirdikləri davranışın bir adı vardı; rəzalət, biabırçılıq, rüsvayçılıq…

Rus liberallarını, onların mövqeyini, davranışlarını qoyaq kənara. Onlarla bağlı artıq hər şey aydındır. Həvəsimiz və vaxtımız olsa bu mövzuya başqa bir yazıda ayrıca münasibətimizi bildirərik. Yaxşısı budur gəlin azərbaycanlılardan danışaq. Bu daha maraqlıdır.

Özü yıxılan ağlamamalıdır. Hansı mənada? O mənada ki, məsələyə başqa tərəfdən də baxmaq lazımdır.

Vladimir Putinin Qarabağ müharibəsində hər bir kəsə bəlli səbəblərdən tutduğu şəxsi mövqeyi olmasaydı Rusiyanın ictimai-siyasi-mədəni həyatında aktiv rol oynayan ermənilər və onların ətrafındakı adamlar azərbaycanlıları bir çox müstəvilərdə darmadağın edərdilər. Rusiyanın ictimai-siyasi-mədəni həyatındakı ermənilərə və onların ətrafındakı adamlara Vladimir Putinin şəxsi mövqeyi gözəlcə aydın idi. Buna görə də istəmədikləri halda onlar özlərini hələ xeyli dərəcədə “mərifətli” aparmağa məcbur oldular. Rusiyanın ictimai-siyasi-mədəni həyatını yüngülvari izləyən adamlar yəqin ki, bu fikirlərimlə razılaşarlar. Razılaşmasalar da problem deyil. Canları sağ olsun. Biz bu fani dünyaya həm də nələrləsə razılaşmamaq üçün gəlmişik.

İndi ortaya bir çox adamlara heç də xoş olmayan suallar qoymağın zamanıdır: Rusiyanın ictimai-siyasi-mədəni həyatında azərbaycanlılar niyə azlıq təşkil edirlər? Rusiyanın ictimai-siyasi-mədəni həyatında azərbaycanlılar niyə aktiv iştirak etmirlər? Sayları kifayət qədər çox olduğu halda onlar haradadırlar? Nəylə məşğuldurlar? Nə edirlər? İşlərinin-güclərinin adı nədir?

Bilirəm, azərbaycanlıların Rusiyanın ictimai-siyasi-mədəni həyatında az görünmələrinə, Rusiyanın ictimai-siyasi-mədəni həyatında zəif iştirak etmələrinə haqq qazandırmaq üçün onlarla səbəblər sadalamağa hazır adamlar var, amma onlar özlərini yormasalar, özlərini aldatmasalar daha yaxşı olar. Onların sadalayacaqları səbəblərin topası bir qəpiyə dəyməz. Obyektiv olsaq, vəziyyətə düzgün, ədalətli yanaşsaq, hər şeyi öz adı ilə çağırsaq, azərbaycanlıların Rusiyanın ictimai-siyasi-mədəni həyatında az görünmələ-rinə, Rusiyanın ictimai-siyasi-mədəni həyatında zəif iştirak etmələrinə bu cür qiymət verilməlidir: məsuliyyətsizlik, tənbəllik, cahillik…

X. adlı ümumiləşdirilmiş bir adam, bir obraz təsəvvürünüzə gətirin. Bu X. adlı adam Sibirdə təyyarəyə, qatara minib Azərbaycana sünnət toyuna gəlir. Ona üç kitab verirsən və xahiş edirsən ki, bunu apar yaşadığın şəhərin kitabxanasına ver. Başlayır nağıl danışmağa. Dəsmal götürüb ağlamağa. Filankəsə qarpız mürəbbəsi, bəhmənkəsə badımcan şorabası, dayımoğluna xalça, əmimoğluna piti qabı aparmalıyam. Yüküm çoxdur, bağışla, kitabları apara bilməyəcəm. Qərəz, qarpız mürəbbəsinə, badımcan şorabasına, xalçaya, piti qabına, hər şeyə yer var, təkcə üç kitaba yer yoxdur. Sonra da şikayətlənir ki, bizimkilərə münasibət yaxşı deyil. Bizə göysatan, bazar adamı kimi baxırlar. Ay qardaş, əyri oturaq düz danışaq, sən qəzet, jurnal oxumursan, ictimai-siyasi hadisələrlə maraqlanmırsan, teatra, muzeyə getmirsən, bəs səni necə tanımalıdırlar? Axı neçə dəfə yazmaq olar ki, yaşadığınız ölkədə nəşr olunan qəzetləri, jurnalları oxuyun, ictimai-siyasi hadisələrlə maraqlanın, teatra, muzeyə gedin, siyasi partiyalara üzv olun, uşaqlarınızı rəsm, rəqs, nə bilim idman dərnəklərinə göndərin…

Yaxın bir dostumun danışdığı əhvalatı sizə olduğu kimi nəql edəcəm. Deməli, dostum Rusiyanın N. şəhərində məhşur bir yazıçının ev muzeyinə gedir. İş elə gətirir ki, muzeydə işləyən qadınla söhbət etməyə başlayır. Birdən onların arasında belə bir xoşagəlməz dialoq yaranır:

– Siz hansı millətdənsiniz?

– Azərbaycanlıyam.

– Ola bilməz?

– Niyə ola bilməz? Atam da azərbaycanlıdır, anam da.

– Mən iyirmi ildir bu muzeydə işləyirəm, burada ilk dəfədir azərbaycanlı görürəm.

Halbuki, həmin o N. şəhərində minlərlə azərbaycanlı yaşayır. Belə çıxır ki, N. şəhərində yaşayan azərbaycanlılardan bircəciyi bircə dəfə də olsun, o ev muzeyinə getməyib. Necə getsinlər? Axı onlar bir zamanlar o evdə yaşayan və yaradan yazıçını tanımırlar. Yazıçını tanımırlarsa, onun ev muzeyinin yolunu da tanımayacaqlar. Ümumiyyətlə, onlar ev muzeyi deyilən bir şeyin var olduğundan yerli-dibli xəbərsizdirlər. Onlar bilmirlər ki, ev muzeyinə gedirsən, yazıçının yaşadığı evə, bir zamanlar istifadə etdiyi əşyalara baxırsan, əgər icazə varsa zərər vermədən ev əşyalarına toxunursan, dünən, bu gün, sabah haqqında düşünürsən, qabiliyyətin, mərifətin çatırsa övladlarına da yazıçı haqqında məlumat verirsən, beləliklə, övladında yazıçının həyat və yaradıcılığına bacardığın qədər maraq, həvəs oyadırsan. Belə olur, insan belə yetişir. İnək, qoyun kimi cütləşib artıb-törəməklə iş bitmir. Təkcə qida təmin etməyə, ətraf mühitdən, təhlükələrdən qorunmağa qalsa, bunu şüursuz heyvanlar da bacarır. Özü də insandan qat-qat daha yaxşı bacarırlar. Şüursuz heyvanlar instinktiv olaraq balalarını qorumaq üçün özlərindən qat-qat güclü, təhlükəli heyvanların üstünə atılırlar. Yəni, insanlar balalarını yeməklə, geyimlə təmin etməklə çox da qürrələnməsinlər. Deməsinlər böyütdüm, evləndirdim, indi də nənə, baba olmuşam. Bəs mədəniyyət məbədlərinin, mədəniyyət ocaqlarının yollarını onlara kim öyrətməli idi? Bunu niyə etməmisən? Deməli, sən insan yox, tərəvəz böyütmüsən.

Məmə yeyəndən pəpə deyənə qədər hər kəsə birdəfəlik aydın olmalıdır ki, bütün sahələrdə – ticarətdə, kinoda, siyasətdə, ədəbiyyatda, müsabiqələrdə, festivallarda şəxsi münasibət, şəxsi tanışlıq vacib şərtdir. Hər bir sahədə şəxsi tanışlıq, şəxsi münasibət ciddi əhəmiyyət daşıyır. İşinizin, gücünüzün adı nədir? Niyə gedib siyasi partiyalara doluşmursunuz? Qarışqa şirəyə darışan kimi siyasi partiyalara daraşmaq lazımdı. Kim hansı ölkədə yaşayırsa elə günü sabah təbiətinə, baxışlarına uyğun siyasi partiya tapıb, ora üzv yazılmalıdır. Siyasiləşmək, siyasiləşmək, yenə də siyasiləşmək!

Polşada kitabım nəşr olundu. Polşada yüzlərlə azərbaycanlı yaşayır. Yorğanı öz üstümə çəkmək kimi görünməsini istəməzdim, məni doğrudan da bir sual maraqlandırır. Polşada yaşayan azərbaycanlılardan neçəsi gedib kitabımı aldı? Yəqin ki, lap uzağı beş nəfər.

Yaxınlarda bu mövzuda bir dostumla söhbət edərkən, o maraqlı bir söz dedi: Onlar səni ümümiyyətlə tanımırlar.

Niyə tanımırlar? Bəs kimi tanıyırlar? Müğənniləri, meyxanadeyənləri, yoxsa falçıları, avtoşları… Mənə nifrət etmək olar, söymək də olar. Hamının sevimlisinə çevrilmək kimi bir dərdim, missiyam, öhdəliyim yoxdur, amma gəlin açıq danışaq, məni tanımamaq o deməkdir ki, adam ölkəsinin ictimai-siyasi-mədəni həyatından tamam xəbərsizdir. Belə də ki, dərindən götürsək, məni tanımayan adam, özünü tanımır.

Strasburqda fəaliyyət göstərən “Kəpəz” nəşriyyatının kitabları Fransadan savayı İsveçrənin, Belçikanın və Lüksemburqun kitab mağazalarında da satılacaq. “Kəpəz” nəşriyyatının rəhbəri Nicat Kazımovla şəxsi tanışlığım yoxdu. Yaddaşım məni aldatmırsa, səhv etmirəmsə, heç vaxt qarşılaşmamışıq. Əmimoğlu deyil, dayımoğlu deyil, sadəcə bilirəm ki, faydalı işlə məşğuldur. Nələrsə etməyə çalışır. İnanıram ki, bu templə, bu həvəslə işinə, fəaliyyətinə davam etsə, mütləq nələrsə edəcək. İnadkarlıq, ardıcıllıq hər bir sahədə olduğu kimi nəşriyyat sahəsində də gec və ya tez, öz sözünü deyir.

Lüksemburqu çıxaq, Fransada, İsveçrədə, Belçikada N. qədər azərbayacanlı yaşayır. Görəsən onlardan neçə nəfəri gedib “Kəpəz” nəşriyyatının nəşr etdiyi kitablardan alacaqlar. Lap uzağı on nəfəri. Bax ona görə xiyar əyri bitir. Amma əslində almalıdırlar, oxumasalar da, evin bir küncünə atsalar da, almalıdırlar. Təbii, aldıqları kitabları oxusalar daha yaxşı olar. Belə danışmağa hamı danışır, konkret işə, fəaliyyətə gələndə qolunu çırmalamağa hazır iki-üç adamı güclə tapırsan. Hərə bir bahanə ilə aradan çıxır. Uzun sözün qısası, Nicat Kazımova hansı münasibət bəsləməklərindən aslı olmayaraq “Kəpəz”ə hamıdan əvvəl azərbaycanlılar dəstək verməlidir. Dəstək verməlidir ki, nəşriyyat daha da ayağa qalxsın, fəaliyyətini daha da genişləndirsin, hansısa bir uğura imza atsın.

Şeyx Şamillə əlaqəli folklora çevrilmiş bir əhvalat var. Deyirlər, bir dəfə Şeyx Şamildən soruşurlar ki, necə oldu bu qədər adamı başına yığa bildin. Əhvalata görə Şeyx Şamil belə cavab verir. Deyir ki, hər dəfə evə gələndə arvadım hörmət əlaməti olaraq ayağa qalxırdı. Arvadımın mənə hörmət etdiyini görəndə, uşaqlarım mənə hörmət etməyə başladılar. Ailəmin mənə hörmət etdiyini görəndə, qonşularım mənə hörmət etməyə başladılar. Qonşularımın mənə hörmət etdiyini görəndə, bütün aul mənə hörmət etməyə başladı. Bütün aulun mənə hörmət etdiyini görəndə, qonşu aullar mənə hörmət etməyə başladılar. Beləliklə, adamların hörmətini qazandım, bu qədər adamı başıma yığa bildim.

Əhvalat yadımda belə qalıb. Dəqiqləşdirməyə ehtiyac görmədim, yadımda necə qalmışdısa eləcə də yazdım.

Əlbəttə, bu əhvalatda böyük bir hikmət vardır, anlayanlar bilər və gözünün ucuyla görənlər ibrət dərsi götürər!

S. Baycan: “Dahi olmaq istəyirəm”. G. Ağayev: “Biləsuvarda doğulan dahi olmaz”

Seymur Baycan: Bir rəssam kimi Hitlerin rəsmlərinə qiymət verməyini xahiş edirəm.

Gündüz Ağayev: Əvvəla çox doğru deyirsən ki, Hitlerin rəsmlərinə qiymət ver. Tanınmış, sözünü sənətdə demiş rəssam haqqında danışsaydıq, biz həmin rəssamın ümumi yaradıcılığı haqqında rahat danışardıq. Hitlerə isə bunu şamil etmək olmaz. Onun üçün “Hitlerin rəsmləri” söz oyunu yerində işlədilir. Hitlerin çəkdiyi demək olar ki, bütün rəsmləri ilk addım sayılır və rəsmlərdə qeyri-peşəkarlıq daha çox hiss olunur. Deyə bilərsən ki, məsələn, Anri Russo da ömrü boyu peşakırlığı tam öyrənməyib. Bəli, Russo peşəkarlığı öyrənməyib, necə bacarıbsa elə də çəkib. Sadəcə Russo ömrünün sonuna kimi yaradıcılığına davam edib. Sənətində ortaya iradə qoyub. Primitivizm cərəyanının yaranmasında rolu olub. Hitler haqqında isə bunu demək olmur. Bəlkə də davam etsəydi, o da başqaları kimi uğur qazanardı. Hitlerin Birinci Dünya Müharibəsində çəkdiyi bəzi rəsmlərində naivlik hiss olunur. Yəni həmin rəsmlərdə daha geniş ürək var. Bəlkə də müharibənin dəhşətlərini öz gözəri ilə gördüyün-dən şüuraltı olaraq özü də bilmədən o rəsmləri çəkib. Bəlkə də yanılıram. Ola bilsin müharibədə rahat şəraiti olmadığı üçün bu rəsmləri detallı işləməyib. Hər halda siyasətdə necə yarımçıq idisə, rəsmləri də elə görünür. Həm texniki, həm də mövzu baxımından. Mövzu demişkən, onun rəsmlərində əsasən tarixi binalar, qəsrlər təsvir olunub. Vyana Rəssamlıq Akademiyasına daxil ola bilməyən Hitlerə rektorluq məsləhət görüb ki, sənədlərini memarlığa versin. Adamlar fikirləşiblər ev, bina çəkirsə yəqin memarlığa sevgisi var. O, isə razı olmayıb. Çünki hər şeyi yenidən başlamalı idi.

S.B.: Söz oyunu dedin. Nə söz oyunu? Bunu hardan çıxartdın? Niyə hər şeyi qəlizləşdirməyə, müəkkəbləşdirməyə, hər şeydən mütləq bir məna çıxarmağa çalışırsınız? Sadə mövzularda sadə yazılar yazıram, çox vaxt adamlar həmin yazılardan tamam başqa mənalar çıxarırlar. Ola bilsin adamlar o cür sadə mövzularda yazılar yazıla biləcəyinə inanmırlar, fikirləşirlər ki, yox e, burda mütləq nəsə başqa məna var. Ya da sadə mövzularda yazılar yazıla biləcəyini qəbul edə bilmirlər. Düşünürlər hər şey qəliz, mürəkkəb, bəlağətli, əndrabadi olmalıdı.

Yadımdadır “İtirilmiş toyuqların axtarışında” yazısını yazandan sonra Əli Novruzov bir az isterik tonda demişdi ki, sən son vaxtlar modernizmə qarşı müharibə elan etmisən. Gülmək tutmuşdu məni. Nə modernizm, nə müharibə… Sadəcə mövzusuna uyğun olaraq yazıya “İtirilmiş toyuqların axtarışında” adı qoymuşdum. Vəssalam. Marsel Prusta sataşmaq, modernizmə müharibə elan etmək fikri heç ağlımın ucundan belə keçməyib. Mən kiməm ki, modernizmə müharibə elan eləyim. Mən heç bilmirəm modernizm nə deməkdir. Bilmədiyim şeyə qarşı necə müharibə elan edə bilərəm? Yeri gəlmişkən, mənə seksist, seksist deyirlər. Lap bu yaxınlara qədər elə bilirdim ki, mənə tərif deyirmişlər. Yaxınlarda seksist sözünün mənasın öyrənmişəm. Çox pis oldum. Niyə mənə elə deyirlər bilmirəm…

Dünyada zəhləm gedən beş şey varsa, bu beş şeydən biri söz oyunudur. Bilmək istəsən söz oyunu tərbiyəsizlik sayılır. Nəsə…

Rəssamlıq Akademiyasına qəbul ola bilməməsini daima Hitlerin başına vururlar. Elə bil Hitler Azərbaycanın N. rayonunun M. kəndində qırmızı lentli xonçalarla, zurna-balabanla ərə gedib, toy gecəsi qız çıxmayıb. Hətta yazılanlara və deyilənlərə inansaq ibnə ingilislər Hitleri əsəbləşdirmək, onun rəssam kimi uğursuzluğuna işarə vurmaq üçün, ona çox pis çəkilmiş rəsmlər göndərirmişlər.

Biz, ənənələri zəif olan ölkədə böyümüşük. Çox bərbad təhsil almışıq. İyirmi yaşda bilməli olduğumuz şeyləri qırx yaşda öz gücümüzə zorla öyrənirik. Bunun nəticəsində gücümüz maksimum bir sahədə nələrisə öyrənməyə çatır. Başqa sahələrdə tam axsayırıq. Uzun sözün qısası, demək istəyirəm ki, rəssamlıq sənəti haqqında məlumatlarım çox səthidir. Bununla belə düşünürəm ki, Hitler rəssam kimi yoluna inadla davam etsəydi, sahib olduğu o temperamentlə, o emosiya, o dəliliklə çox güman iyirminci əsrin tanınmış rəssamlarından biri olacaqdı. Sənətdə inadkarlıq, ardıcıllıq, iradə vacib şərtdir. Heminquey deyirdi ki, inadkarlığım məni yazıçı etdi. Yuxarıda bu suala qismən cavab vermisən. Amma istərdim daha geniş danışasan. Hitler rəssam kimi yoluna davam etsəydi, təxm


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации