Электронная библиотека » Софья Прокофьева » » онлайн чтение - страница 1

Текст книги "Sarı çamadanın sərgüzəştləri"


  • Текст добавлен: 16 ноября 2022, 07:20


Автор книги: Софья Прокофьева


Жанр: Современная зарубежная литература, Современная проза


сообщить о неприемлемом содержимом

Текущая страница: 1 (всего у книги 2 страниц) [доступный отрывок для чтения: 1 страниц]

Шрифт:
- 100% +

Sofya Prokofyeva

Sarı çamadanın sərgüzəştləri

povest

Birinci fəsil

Uşaq həkimi

Həkimi yuxudan parlaq günəş şuaları və uşaqların gülüşü oyatdı. Uşaq həkimi gün boyu bu gülüşə qulaq asa bilərdi. Bu onun üçün dünyanın ən xoş səsi idi.

Uşaqlar həyətdə oynayıb, gülürdülər.

Aşağıdan yuxarıya vaxtaşırı bozumtul su damcıları qalxırdı. Sanki həyətin ortasında böyük balina uzanmışdı. Əlbəttə, uşaq həkimi bunun mümkün olmadığını, əslində, bağban Anton əminin laləzarı suvardığını yaxşı bilirdi.

Uşaq həkimi özünü əzgin hiss edirdi. Son günlər işi çox idi. Gecələr kitab yazırdı. Kitabın adı belə idi: “Oğlan uşağının normal inkişafında ədalətli mübarizənin rolu”.

Gündüzlər uşaq poliklinikasında işləyir, nahardan sonra isə kitabı üçün məlumat toplayırdı. Küçələri və meydanları gəzir, bəzən qaranlıq bloklara girir, hətta nərdivan altına da baxırdı.

“Nə yaxşı ki, bu gün poliklinikaya getməyəcəm! – deyə həkim düşündü, – Ya dincələcəm, ya da kitabımın yeddinci fəslini yekunlaşdıracam. Bu günə cəmi iki çağırışım var. Düzdür, bir çağırış daha ağırdır: bu kədərli Tomadır…”

Bu an qapının zəngi çalındı. Uşaq həkimi qapıya yaxınlaşıb onu açdı. Qapının kandarında ana vardı. Təbii ki, o, həkimin anası deyildi. O, hansısa qızın və ya oğlanın anasıydı. Ancaq ana olduğu dəqiq idi. Bu onun iri kədərli gözlərindən bəlliydi.

Həkim dərindən nəfəs alıb kiminsə anasını kabinetə dəvət etdi. Əslində, o, yaxşı anaydı. Həkim bunu həmin dəqiqə bildi. Bu cür analar yəqin ki, bir qədər ciddi olurlar. Digər tərəfdən baxanda belə ana övladının ağaca dırmanmağına, ayaqyalın gölməçələrdə qaçmağına icazə verərdi.

“Maraqlıdır, görəsən, dava etmək barədə nə fikirləşir? – deyə uşaq həkimi düşündü, – Onun fikri “Oğlan uşağının normal inkişafında ədalətli mübarizənin rolu” adlı kitabım üçün vacib olardı.”

– Bilirsinizmi, həkim… – ana həyəcanla sözə başladı. Onun gözləri zülmət qara və bədbəxt idi. Halbuki, o gözlər parıldamağı bacarardı. – Bilirsiniz… Sizi mənə məsləhət gördülər. Mənim Petya adlı oğlum var… Cəmi doqquz yaşı var. O çox xəstədir. O… Başa düşürsünüz… O… qorxaqdır…

Büllur göz yaşları ananın yanaqlarından süzüldü. Sanki yanaqlarında iki muncuq sallanırmış kimi təəssürat yaranırdı. Necə təsirləndiyi hiss olunurdu.

Uşaq həkimi utandığından üzünü çevirdi.

– Səhər tezdən… – ana sözünə davam edirdi, – Başa düşürsünüz, elə ki oyandı… ya da məktəbdən qayıdan kimi… axşam isə…

– Belə-belə işlər, – həkim dedi, – Bir dəqiqə, bir dəqiqə. Yaxşısı budur, siz mənim suallarıma cavab verin… Məktəbə tək gedir?

– Ötürürəm və qarşılayıram.

– Bəs kinoya?

– Yarım ildir getməyib.

– İtlərdən qorxur?

– Hətta pişiklərdən də… – ana sakitcə deyib, hönkürtü ilə ağladı.

– Aydındır, aydındır! – həkim dedi, – Heç nə olmaz. Müasir təbabət… Siz sabah poliklinikada qəbuluma gəlin. Qəbulunuzu saat on iki üçün qeyd edərəm. Bu vaxt sizə uyğundur?

– Poliklinikaya? – ana özünü itirdi, – Bilirsiniz, o getməyəcək. Heç cür razılaşmayacaq. Məcburən apara bilmərəm, axı… Necə düşünürsünüz? Mən fikirləşdirdim ki… siz bizim evə gələsiniz. Yaxınlıqda yaşayırıq. Yüz iki nomrəli avtobusla…

– Yaxşı, yaxşı… – deyən uşaq həkimi təəssüflə yazı masasına baxdı, – Onsuz da Lermontov prospektinə, kədərli Tomanın yanına getməli idim.

Beləliklə, uşaq həkimi dərmanlarını bir qədər kiçik çamadana yığmağa başladı. Çamadan orta ölçülüydü. Nə təzə idi, nə də köhnə. Parlaq qıfıllı, sarı rəngliydi.

– Bir dəqiqə, bir dəqiqə, unutmaq olmaz… Bu kədərli Toma üçün gülüş tozudur. Çox təsirli dərmandır. Əgər bu da kömək etməsə… Demək… bir şüşə antibaltin. İstidafədən əvvəl çalxalamaq lazımdır… Bu isə boşboğaz üçündür… Bax, bu isə sizin Petya üçündür.

– Bağışlayın, həkim… – ana yenə utana-utana dedi, – Siz onsuz da mənə xəcalət verirsiniz. Ancaq… Petya heç bir dərman içmir. Qorxur. Qazlı su fışıldayır deyə onu da içmir. Şorbasını dayaz boşqabda çəkirəm. Dərin boşqabda yeməkdən qorxur.

– Təbiidir, təbiidir… – həkim fikirli halda mızıldadı.

– Siz bunu təbii hesab edirsiniz? – heyrətdən ananın gözləri bərələ qaldı.

– Bu hazırkı xəstəlik üçün təbiidir, – həkim kağız qutusuna nəsə tökə-tökə cavab verdi, –Bu cür uşaqlara dərmanları konfet formasında verirəm. Görürsünüzmü, çəhrayı bağlamadakı ən adi konfeti ən qorxaq uşaqlar belə cəsarətlə ağızlarına qoyurlar.

Uşaq həkimi və ana küçəyə çıxdılar. Küçədə hər şey əla idi! Günəş isti, külək sərin, uşaqlar şən, yaşlılar sevincəkdilər. Maşınlar sürətlə harasa gedirdi.

Ana və uşaq həkimi avtobus dayanacağına yaxınlaşdılar. Sarı hasarın arxasında səmayadək ucalan televiziya qülləsi vardı. O, çox gözəl və çox hündür idi. Yəqin, rayonun bütün oğlan uşaqları hər gecə yuxularında həmin qülləni görürdülər. Düz yuxarısında isə parlaq işıq yanırdı. İşıq elə parlaqdı ki, bir dəqiqə ona baxmaqdansa, bir saat ara vermədən Günəşə baxmaq daha yaxşı olardı.

Qəfildən işıq söndü. Məhz bundan sonra yüksəklikdə hansısa bir qara qarışqanın qurdalandığını görmək mümkün oldu. Daha sonra həmin qara qarışqa aşağıya doğru süründü. Aşağı endikcə daha da böyüyürdü. Elə bu zaman aydın oldu ki, o, əslində, qarışqa yox, göy kambinezon geyinmiş işçidir. Sonra sarı hasarda hansısa qapı açıldı və işçi əyilərək oradan çıxdı. İşçinin əlində sarı çamadan vardı. Üzü günəşdən qaralmış gənc işçinin gözləri açıq-maviydi.

“Bəlkə, gözlərinin açıq-mavi olması belə yüksəklikdə işləməsi ilə bağlıdır? – uşaq həkimi düşündü, – Əlbəttə, yox. Mən sadəlövh kimi düşünürəm.”

– Mən qocanı bağışlayın! – uşaq həkimi gənc işçiyə müraciət etdi, – Sizin cəsarətli olduğunuzu demək istəyirəm!

– Nə danışırsınız… – gənc işçi bir qədər utandı və sanki bir anda yeniyetmə uşağa döndü, – Hansı cəsarəti nəzərdə tutursunuz?

– Bu qədər yüksəklikdə işləməyinizi. İcazə verin, əlinizi sıxım! – uşaq həkimi həyəcanla dedi. Əlindəki sarı çamadanı yerə qoyub gənc işçinin əlini sıxdı.

Gənc işçi də öz sarı çamadanını yerə qoyub həkimin əlini sıxdı.

– Yəqin ki, uşaq vaxtı dalaşmağı sevmisiniz. Səhv düşünmürəm ki?

Gənc işçinin yanaqları qızardı. O ətrafında növbəyə dayanmış insanlara baxaraq cavab verdi:

– Bəli, olub… Belə axmaqlıqları xatırlamağın nə mənası var ki?

– Bu axmaqlıq deyil! – uşaq həkimi dilləndi, – Elmi cəhətdən.... Ancaq bu haqda danışmağın yeri deyil. Ən vacibi odur ki, sizin cəsarətiniz var. Cəsarət isə…

– Bizim avtobus gəldi, – ana sakitcə həkimə dedi. Amma bu sözü elə səslə dedi ki, uşaq həkimi o dəqiqə ona baxdı. Ananın bənizinin tamamilə ağardığını, sanki bir anlıq daşa döndüyünü gördü. Düşünmək olardı ki, o, ana yox, ananın heykəlidir. Parıldamağı bacaran gözləri isə daha da kədərli idi. Uşaq həkimi günahkarcasına başını əyib sarı çamadanını yerdən götürərək avtobusa mindi.

“Ax, mən sınıq termometrəm! – düşünən uşaq həkimi anaya baxmamağa çalışdı, – Onun yanında cəsarətdən danışmaq necə də axmaq hərəkətiydi. Mən həkiməm, ancaq amansızlıqla yarasına od basdım. Özü də elə yaxşı anadır ki… Ax, mən yararsız .... ax mən…”

İkinci fəsil

Qorxaq oğlan

Ana qapını açdı və həkimi qaranlıq dəhlizdən işıqlı otağa ötürdü. Sanki otağa günəş boylanırdı. Hələ bu da azmış kimi çilçıraq yanırdı. Tumbanın üstündəki masaüstü lampalar da bərq vururdu. Masanın üstündə isə əl fənəri yanırdı.

– Petenka! – ana sevgi və nəvazişlə səsləndidi, – Bu mənəm! Haradasan?

Çarpayının altında kimsə tərpəndi. Sanki orada böyük ilan vardı.

– Petenka! Mən buradayam, – ana yenə nəvazişlə dedi, – Heç kimi səni incitməyə qoymaram. Zəhmət olmasa, çıx!

Çarpayının altından oğlanın başı göründü. Həkim Petkaya baxıb gülümsədi. Onun xoşuna gəlməyən uşaqları müalicə etməyi sevmirdi, Petka isə ilk baxışdan xoşuna gəldi. Yəni Petka bütünlüklə yox, təkcə başı. Bədəni isə hələ də çarpayının altındaydı. Petkanın yaxşı çənəsi, hərəsi bir yana baxan qulaqları, burnunda isə dörd gözəl çili vardı.

– Çıx, çıx! – uşaq həkimi sevincək dedi, – Çarpayının altı qaranlıqdır. Günəşə çıx.

Petka qarnı üstündə sürünə-sürünə çıxmağa çalışdı. İndi o böyük ilandan çox quyruqsuz kərtənkələyə oxşayırdı.

– Tez ol, döşəmədə uzanmağın nə mənası var?! – həkim dedi, – Bilirsənmi, döşəmədə bəzən siçanlar gəzir.

– Qalx, Petenka, qorxma! – ana yenə sakit və səbrlə dedi.

Petka ayağa qalxdı. İndi o quyruqsuz kərtənkələyə yox, yaxşı uşağa oxşayırdı. Həkim Petkanın sağına-soluna keçib təcrübəli gözləri ilə onu müşahidə etdi.

– Qollarını yığ, baxım, görüm, əzələlərin nə vəziyyətdədir.

Petka yazıq-yazıq anasına baxdı və titrəyən əlləri ilə yumruğunu sıxdı.

– Elə də pis deyil! Hətta çox yaxşıdır! – həkim razılıqla dedi, – İndisə yerində hoppan!

Petka hoppanmaq yerinə oturacağın söykənəcəyindən yapışdı. Elə möhkəm tutdu ki, barmaqları don vurmuş kimi ağardı.

– Hoppan, oğlum, hoppan! – ana sakitcə dedi, – Xahiş edirəm. Bu müalicə üçün lazımdır.

Petka narazılıqla anasına baxıb yerində hoppandı. Necə hoppanırdısa, döşəmə ilə Petkanın ayaqları arasına heç körpə uşağın çeçələ barmağı da girməzdi.

– Əla! Əla! – deyən həkim oturacaqda əyləşdi, – Vəziyyət nəzarətsiz olsa da, ağır deyil. Yüz qram “Əsl cəsarət” konfeti yesə, sağlam olacaq. Görərsiniz. Elə bu dəqiqə konfeti yeyib həyətdə gəzməyə gedəcək.

Ananın gözləri sözün əsl mənasında parıldadı.

“Hə, hə. Mən yanılmamışam. Ananın gözləri parıldamağı bacarır” – deyə həkim düşündü.

– Yəni bu həqiqətdir? – ana xoşbəxtlikdən güldü. – Elədirsə, mən işə gedirəm. Onsuz da kifayət qədər gecikmişəm. Hələ yolboyu qaçmalı olacağam. Getməmişdən əvvəl qonşuya tapşıracam ki, mən gələnə kimi Petkaya baxsın.

– Qonşu olmaz! Qətiyyən olmaz! – uşaq həkimi ciddi-ciddi tapşırdı, – Mən qonşulara qarşıyam. Bu, ancaq mane ola bilər. Özüm onun “Əsl cəsarət” konfetini necə çeynəyəcəyinə və udacağına nəzarət edəcəyəm. Hər şey qaydasında olacaq!

– Anacan! – Petka pıçıldadı.

– Qorxma, oğlum. Həkimə qulaq asmaq lazımdır.

– Ana, getmə! – deyən Petka ağladı.

– Axı həkimin dediklərini özün də eşitdin. Hər şey yaxşı olacaq!

Bu sözlərdən sonra ana oğlunu öpüb, həkimin əlini sıxaraq işə tələsdi. Ananın gözləri xoşbəxtlikdən parıldayırdı. Uşaq həkimi sarı çamadanı qaldırıb masanın üstünə qoydu. Sonra qıfıllarını hər iki baş barmağı ilə fərqli istiqamətlərə dartdı. Qıfıllar möhkəm şaqqıldadı və çamadan açıldı. Həkim qəfildən qışqırdı və heyrətdən ağzı açılmış timsaha baxırmış kimi çamadana baxdı. Sonra əlləri ilə saçlarından yapışıb ağzını açdı. Elə ki ağzını bağladı, əllərini də aşağı saldı. Sarı çamadanın içindəkiləri masanın üstünə tökdü. Çamadandan boz rəngli qalın kitab və qara şüşəli metal qalxan düşdü. Kitabın cildində iri hərflərlə “Elektro-qaynaqçı” yazılmışdı.

– Çamadan… – həkim qorxudan ağarmış dodaqları ilə dedi, – Mənim deyil!

Petka qorxudan ağlamağa başladı. Həkim Petkaya fikirli baxıb dedi:

– Bu çamadan həmin cəsarətli oğlanındır. Deməli, mən öz çamadanımı yox, onun çamadanını götürmüşəm. Mənim çamadanımdasa əsl cəsarət konfetləri var… O-o-o…

Həkim durduğu yerdə elə səs çıxartdı ki, sanki sahib olduğu bütün dişləri eyni anda ağrımışdı.

– Bu konfetləri yalnız qorxaqlar yeyə bilər. O cavan oğlan isə onsuz da çox cəsarətlidir. Əgər cəmi bircə dənə konfet yesə, o daha çox cəsarətlənəcək və onda… Yox, yox! Onu təcili tapmaq lazımdır! Bax, kitabda yazılıb: “Valentin Vedyorkin” Təcili qaçmalıyam! – həkim qışqırdı, – Sənsə, Petka, burada ananı gözlə!

Ancaq Petka var gücü ilə həkimin qolundan yapışdı. Göz yaşları yanağından qulaqlarına düşür, sırğa kimi sallanırdı. Həkimin ağ xalatının qolu az qalırdı cırılsın. Bir az da keçsəydi, həkim Valentin Vedyorkinin axtarışına bir qollu ağ xalatda gedəcəkdi.

– Mən tək qalmayacam! Qorxuram! – deyən Petka hönkürtü ilə ağladı.

– Onda mənimlə gəl!

– Sizinlə də getməyəcəm! Qorxuram!

– Bəs daha çox nədən qorxursan – burada qalmaqdan, yoxsa mənimlə getməkdən?

– İkisindən də!

– Seçim et!

– Seçim etməkdən qorxuram!

– Qərar ver!

– Qərar verməkdən qorxuram!

– Cəld ol!

– Cəld olmaqdan qorxuram!

– İstəyirsən, səni qonşuya aparım? Adı nə idi?

– Katya xala.

– Harada yaşayır?

– Bilmirəm.

– Hansı evdə olur?

– Bilmirəm.

– Gedək, onu axtaraq!

– Axtarmaqdan qorxuram!

– Belə davam etsəm, axşam düşəcək! – deyə qışqıran həkim qapıya cumdu, – Mənsə daha gözləyə bilmərəm!

Üçüncü fəsil

Valentin Vedyorkin və onun nənəsi

Valentin Vedyorkin mənzilin ortasında dayanmış, iki cüt mavi gözləriylə tavana baxırdı. Tavanda sarı ləkə vardı. Təzə mənzilin ağ tavanında belə ləkənin yeri yox idi.

– Axıdır, – deyən Anna Petrovna ah çəkdi, – Axşam yenə yağış yağmışdı deyə yenə axdı.

Anna Petrovna bəstəboy, sakit və xoş bənizli qarıydı. Onun mehriban baxışı, ağzı və qaşları vardı. Hətta burnu və yanaqları da mehriban idi.

– Nənə, komendantla danışmalıydın, – Valentin Vedyorkin ah çəkərək tavana baxdı.

Anna Petrovna xırda, mavi gözlərini nəvəsinə zillədi:

– Mən də danışmaq istəyirəm, ancaq o istəmir, – təəssüflə dedi, – Odur, skamyada oturub…

– Qoy, mən danışım!

– Yox,yox, Valiçka! Sən odlu-alovlu adamsan, – Anna Petrovna qorxdu, – Səsin də bir az qalındır. Qonşuları narahat edərsən. Çaya qənd salanda çay qaşığı ilə elə qarışdırıram ki, qonşumu narahat etməyim. Bəlkə, qonşu dincəlməyə çalışır, bəlkə, bu gün u

Внимание! Это не конец книги.

Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!

Страницы книги >> 1
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации