Электронная библиотека » Talib İbrahimov » » онлайн чтение - страница 2

Текст книги "Qu quşunun yuvası"


  • Текст добавлен: 29 октября 2022, 11:40


Автор книги: Talib İbrahimov


Жанр: Современная зарубежная литература, Современная проза


Возрастные ограничения: +16

сообщить о неприемлемом содержимом

Текущая страница: 2 (всего у книги 2 страниц)

Шрифт:
- 100% +

– Xala! – Asan xəbərdarlıq edici tərzdə dilləndi.

– Mən artıq yüz ildi sənin xalanam! Bəlkə aldadı-ram?.. Olmaya sən Bermetlə iki gün yaşamaq istəyir-sən?.. Qoy hər şeyi bilsin.

– Mən ona hər şeyi danışmışam.

– A…a, onda başqa məsələ… – qarı dodaqlarını çeynədi, görünür nəyisə xatırladı, sonra çaparaq, onun danışıq tərzi belə idi, əlavə elədi. – A…a, bax mən sənə nə demək istəyirdim!.. Bax özünü bu qonşu qadından gözlə!

– Xala, sən özündən nələr uydurursan?

– Mən nə danışdığımı bilirəm.

– Sən nəyi bilə bilərsən?

– Bütün aul bilir! Bircə onun ərindən başqa. Sənsə utanmaz, onun ərini içirdirsən, özünsə… Tfu! Gözlərim səni görməsəydi! Hələ bir danışır da, sən nəyi bilə bilər-sən! Mən hər şeyi bilirəm! Axmaq deyiləm!

– Xala, bəsdir!

Asan əzab çəkərək qarıya baxırdı.

Mənim ona yazığım gəlirdi. Ona işarə və hərəkət-lərlə göstərdim ki, qonşu qadını gördüm, o Asana ya-raşmır və nə olacaq, olacaq, qərara aldım zarafat eləyim. Belə qurtardım ki, guya mən o qonşu qadından yüz də-fə yaxşıyam və indi Asan hətta qonşu qadına tərəf boy-lanmayacaq da. Onlar mənim zarafatımı ciddi qəbul eləsinlər deyə gülümsədim də. Onlar gərgin bir maraqla mənim hərəkətlərimə baxırdılar.

– O nə deyirdi? – qarı Asandan soruşdu. – Sən heç olmaya onun dilini başa düşürsən?

– Bəs necə! Çox gözəl başa düşürəm.

– O nə deyirdi?

Mən mühüm bir görkəm alıb izah eləməyə başla-yan Asandan gözlərimi çəkmirdim.

– O deyirdi qonşu qadından çox yaxşıdır və sən na-haq yerə məni söyürsən, çünki mən bütün bizim vila-yətdə ən yaxşı adamam.

Mən güldüm, əllərimi bir-birinə vurdum, özümü azad və qandalları açılmış birisi kimi hiss eləyirdim, özümü mənim əzizlərim Qasımın və Rəqiyyənin yanın-da olduğu kimi ərköyün uşaq hesab eləyirdim.

– Bu doğrudu ki, sən hamıdan yaxşısan, – qarı ah çəkdi. – Adam kimi adamsan, deməsən də aydındı. Bəs o hardan bizim vilayəti tanıyır…

Qarı təsirlənmiş halda mənə baxırdı, Asan isə gü-lürdü.

– Əssəlamü əleykum! Səni bütün qəlbimlə təbrik eləyirəm Asan qardaş!

– Evinizin ruzisi, bərəkəti əskik olmasın!

Ucadan təbrik eləyərək həyətə yaşlarını müəyyən eləmək mümkün olmayan kişilər daxil oldular: biri arıq və gözəl, o birisi isə gombul və eybəcərdi.

Kişilər stolun arxasına keçdilər və stolun üstünə bir şüşə araq qoydular.

– Buna görə də gəldik, Saykap bacı, çünki Asan qardaşı hamıdan çox sevirik! – Arıq kişi dedi və Asana göz vurdu.

– Biz araqla gəlmişik, sizi ruhlandırmağa! – gom-bul əlavə elədi və arağı qədəhlərə süzdü.

– Mən içmirəm, – Asan qaşqabağını töküb dedi.

– Biz özümüz içərik. Sizin və sizin arvadınızın, gö-zəllikdə tayı-bərabəri olmayan qadının sağlığına! – arıq dedi və qırğı gözlərini mənə dikdi.

– İçin və çıxın gedin! Əl-ayağa dolaşmayın, bəs qə-dər işimiz var, – Saykap xala mənə tərəf dönüb dedi. – Gedək mənimlə qab-qaşıq gətirək. Adam çox olacaq, sizinki bəlkə də bəs eləməyə…

– Xala, bəlkə toy lazım deyil? – Asan dedi. – Hər halda biz cavan deyilik…

Mən də işarəylə Saykap xalaya toyun lazım olmadı-ğını bildirdim.

– Lazımdı, – Saykap xala inadla dedi. – Adamların xeyir-duası olmadan həyatınızda xeyir tapa bilməzsiniz. Sən evinə inək yox, arvad gətirmisən, – erkən gələn qo-naqlara tərəf döndü. – Sizsə yığışın! Biz qayıdanda izi-niz-tozunuz burda olmasın!


Yarım saatdan sonra Saykap xala ilə mən qədəhləri və boşqabları qucağımıza alaraq bizim həyətə girəndə ucadan gələn sərxoş səslər eşitdik.

– Ay sən, Asan qardaş! Ay afərin!.. Sən igid yox, super igidsən!..

– Yox, o bakirə qızların super ovçusudur!

– Bakirə qızı şaqqıldadıb sındırmaq üçün super ov-çuya verdilər!

Mən özümü evin küncünə verdim və donub qal-dım. Alma ağaclarının arasına çəkilmiş paltar asılan ip-dən qanlı döşəkağı asılmışdı və arıqla gombul üzlərini qanlı döşək ağına doğru döndərərək araq içirdilər. Mən cansız adam kimi qabları yerə buraxdım, neyləyəcəyimi bilmirdim, yerə girməyə belə hazırdım.

– Gəlin mən sizi qucaqlayım! – arıq əllərini silərək mənə tərəf cumdu. – Həyatımda ilk dəfə canlı bakirə qız görürəm. Toxunmaq olarmı?!

– Mən sənə toxunaram! Rədd olun, köpəklər!

Saykap xala süpürgəni götürərək gombulla arığın üzərinə cumdu, onları vuraraq həyətdən qovdu. Hələ də dairəvi stolun arxasında oturan Asanın yanına qaçdı:

– Nədi, ağlını itiribsən?

– Nəyə görə mən ağlımı itirmşəm?

– İçdin?

– Nəyə görə də içməməliyəm?

– Ah, axmaq, qoca axmaq, di mən səninlə neylə-yim?!..

Asan ona əhəmiyyət vermədən qədəhi aşırdı, sifə-tini büzüşdürdü.

Mən cəld alma ağaclarına doğru qaçdım, döşəkağı-nı ipdən qopardıb hara gəldi qaçmağa başladım.

Yalnız gölün sahilində özümə gəldim. Ağlayaraq və heç nə görməyərək qarşıma baxırdım. Bilmirəm nəyə görə, ancaq mən hədsiz dərəcədə incimişdim. Mən bilir-dim ki, gənc qızlar ər evinə bakirə gəldikləri ilə çox öyünürlər, düşən hər fürsətdə bunu digərlərinin də nə-zərinə çatdırmağa tələsirlər. Bu onlarda bütün digər lə-yaqətləri ilə birlikdə aşkarca həyati üstünlükləri idi. Mə-nə isə ağır gəlirdi. Mənmi heç kimə lazım olmayan ba-kirəliyimlə fəxr eləməliydim? Bakirəliyim mənim indiyə kimi yaşadığım əlil həyatımın şəhadətnaməsi idi. Gözlə-rim önündə qanlı döşəkağı və dişlərini ağardan, iyrənc gülüşlə gülən gombul və arıq yellənirdilər…

Üfüqlərə qədər sakit və əbədi su idi. Bu ucsuz-bu-caqsız suda bütün günahları bağışlaya bilən elə bir rəhmdillik, sakitlik və etibarlılıq var idi ki, mən tədri-cən sakitləşirdim. Çömələrək oturdum və əlimi suya sal-dım.

– Bermet! Ay…y Bermet! – hardasa yaxınlıqda Saykap xalanın səsi eşidildi.

Mən geri boylanmadan suyu ləpələndirməyə davam eləyir və alışıb yanan sifətimi soyudurdum.

Günəş dağ zirvələrinin arxasına əyilirdi, amma sə-ma hələ aydın və işıqlı idi. Alma ağaclarının arasındakı bütün yaşıl çəmənlik boyu stolların üzərinə örtülmüş dəstərxanlar dünənki qonaqlıqdan qalmışdı. Mən qabla-rı tələsik çardağın altına yığırdım ki, sonra yuyum. Sər-xoş Asan dəstərxanlar boyunca səntirləyərək gəzişirdi.

– İndi bu toy adlanır?… Murdarlar! İçdilər, tıxışdır-dılar və əkil… Mənim zavallı arvadıma kömək eləsəydi-lər barı… Mənim sevimli arvadıma…

O yarımçıq bir şüşə tapdı və içindəkini stəkana süz-dü. Mən dayanıb ona baxmağa başladım. Baxışlarımızı toqquşdu.

– Sənin sağlığına! – o dedi. – Daha içməyəcəyəm.

Mən üzümü çevirib boşqabları çardağın altına daşı-mağa başladım. Qazanın qapağını qaldıraraq suyu bar-mağımla yoxladım. Sonra sobaya odun qoydum. Alo-vun sönməməsinə nəzarət eləyirdim.

Çirkli qabları aparmaq üçün növbəti dəfə bağa qa-yıdanda Asan artıq tamam sərxoş idi. O ağlayırdı.

– Roza! – o qışqırdı. – Sən nəyə görə mənim həya-tımı məhv elədin?! Axı mən səni sevirdim, ölüm qabağı sonuncu udumluq hava kimi sevirdim!

O hıçqırıqlardan boğulurdu. Mən yerimdəcə donub qalmışdım və ona baxırdım. Ürəyim sıxılırdı. O nəhayət məni gördü.

– Bura gəl! – məni çağırdı.

Mən də varlığımı heyrət və ağrı sarmış halda nə ölü kimi ölü, nə də diri kimi diri ona yaxınlaşdım. O mənim əlimdən yapışdı və gözlərimin içinə baxaraq sifəti əzab-lardan, ümidsizlikdən eybəcərləşmiş halda qızğınlıqla və hərarətlə danışmağa başladı:

– O nə vaxt evə gəlirdi, mən hiss eləyirdim, başa düşürdüm ki, kiminləsə olub. Başa düşürsən, olub. On-ların bu dəstəsində həmişə harasa gedirdilər. Gah əkin-biçinə, gah yığma-mığmaya, gah təbliğata-məbliğata, gah da hansısa axmaq bir işə, sanki adamlar onlarsız ke-çinə bilməzdilər. O mənim başa düşdüyümü anlayırdı. Di gəl azacıq işarə eləyən kimi qancıq elə qışqırırdı, elə bil ətini kəsirdilər, özünü təhqir olunmuş hesab eləyir, demək, sifətimə, sifətimə vurur, vururdu.

Mən iyrənc adamsa, onu öldürmək əvəzinə, bu şil-lələri sevirdim! Bir də! Bir də! Üzümü yandırır, ax necə də yandırır, ax necə də şirindi! Şirin…di! Sonra mən onun vuran əllərini öpür və məni bağışlamasını xahiş eləyirdim və elə bil o məni bağışlayırdı. Amma soruşu-ram, məni nəyə görə bağışlamalıydı?! Ona görə ki, mən bu pozğun adamların sevimli arvadımla yatmalarına icazə verir və buna göz yumurdum?! Ax necə də ağrı-dır…

O mənim əlimi buraxdı və büzüşdü, sanki birdən içini dartıb çıxartdılar. Ağlamağa başladı.

– Ah, Roza, Roza, sən nədən ötrü məni cəzalandır-dın?! Sən nəyə görə məndən oğlanlarımı aldın?! Mən yer üzündə tək qaldım! Tək!

Mən dözülməz ağrıdan qışqırmamaq üçün hər iki əlimi ağzıma saldım.

Donquldayan və hıçqıran Asana bir xeyli baxdım. Mən onun indiyə qədər də keçmiş arvadı Rozanı sevdi-yini başa düşdüm.

Amma mən onu sevirdim və heç nə məni sevgim-dən döndərə bilməzdi. O, adamların arasında yeganə adamdı ki, məni almışdı, məni insan kimi dəyərləndir-mişdi və hər nə olmuş olsa belə onun yanında olacaq-dım.

Mən ona kömək eləmək istəyirdim. Amma necə eləməyi bilmirdim. Ürəyim parçalanırdı.

Kartofların alağını eləyirdim və varlığıma fərəhsiz düşüncələr hakim kəsilmişdi.

– Bermet! – məni səslədilər.

Başımı yuxarı qaldırdım. Yaxınlıqda, bostanın kə-narında at belində Kərim atanı, elçiliyə gələn həmən qocanı gördüm.

– Asan hardadır?

Mən çiyinlərimi çəkdim.

– Hələ də içir?

Mən başımı aşağı salıb köks ötürdüm.

– İncitmir ki?

Mən başımı ağır-ağır yırğaladım, sanki sərt hərə-kətdən başımın yerindən qopacağından ehtiyat eləyir-dim.

– Ürəyinə salma! O içməyi atacaq, sonra uzun müddət dilinə bir damcı da vurmayacaq. Başqaları hər gün zəhərlənirlər… mən onunla danışaram… Ah, Alla-hım, mən neyləyə bilərəm? – artıq qoca sakitcə ah çək-di. Mən susurdum.

Kərim ata bir də ah çəkdi, sonra hirslə atını qamçı-layıb getdi.

Axşam mən çarpayıda uzanıb səssizcə ağlayırdım. Hətta burnumu çəkməyə də qorxurdum. Bu burun çək-mə gecənin yumşaq səssizliyini özünün xoşa gəlməz sə-siylə qorxudur, dağıdırdı.

Sərxoş səslər eşidilirdi. Mən diksindim və özümü ələ alaraq qulaq verməyə başladım.

Dəhlizdə işıq yandı, sonra ayaq səsləri eşidildi, san-ki saysız-hesabsız ayaq səsləriydi və kimsə dedi:

– Divana birbaşa!

Təngənəfəs adamların töyşüməsi, yıxılan bədənin boğuq tappıltısı.

– Ağırdı!

– Buqay!

– Gedək! Nəydi?

– Gəl onun bakirəsini əldən keçirək, hə?

– Sən nə danışırsan?

– Hə nəydi? Normaldı. O mənim arvadımı eləyirdi, mən də onun arvadını. Bununla da hesablaşacağıq.

– Yox!

– Gedək! Təsəvvür eləyirsən, getdik! – və hm…m! Ha-ha-ha!

– Bəs oyanarsa?

– Top da atılsa oyanmaz.

Yataq otağının qapısı səssizcə açıldı, içəri işıq zolağı düşdü. Mən divardan dekorativ qamçını götürdüm. Ağır, möhkəm, yaxşıca sarınmış qamçıydı.

– Tap, tap, tap!

İki tutqun kölgə mənə tərəf sürünürdü.

– Sən nəsə görürsən?

– Hə. Birinci mən!

Mən gecə işığını yandırdım, qamçını başımın üzəri-nə qaldırdım. Arıq və gombul işıqdan gözləri qamaşmış halda mənim çarpayımın yanında donub qalmışdılar. Arıq şalvarının aşağı salmışdı. Qolaylanıb qamçını onun çılpaq arxasına vurdum. O ətini kəsirmişlər kimi qışqır-dı və arxaya, qapıya doğru sıçradı. Gombula toxunub onu yerə yıxdı və onlar yıxıldılar.

– Lap sənin ananı! – onlardan kimsə söydü.

Mən onları qamçı ilə rəhmsizcəsinə qamçılayırdım.

– Lazım deyil!.. Biz zarafat eləyirdik!..

– Mən sənə dedim axı lazım deyil!

Vəhşi bağırtılarla digər otağa qaçdılar. Mən də on-ların arxasınca. Evləndikdən sonrakı bütün incikliyimi, nifrətimi bu zavallılardan çıxırdım.

– Nə olub? – Asan ayağa sıçradı, ifadəsiz gözlərini silir, ayaqları üstə inamsız halda səntirləyirdi. Arıq və gombul onun yanından sivişərək həyətə qaçdılar.

Mən onların arxasınca qaçdım – nəhəng ayın işığı altında dayandım və özümə gəldim. Arıq və gombul yoxa çıxdılar, yaxınlıqda itlər kəsik-kəsik hürürdülər.

Ay mənə müdrikcəsinə və qüssə ilə baxırdı. Bəlkə də tənə ilə. Birdən mənə nəsə oldu. Taqətim çəkildi və mən diz çökərək qızğınlıqla işarə ilə danışmağa başla-dım:

– Ey müdrik və xeyirxah ay! Yalnız sənin məni eşit-məyə və başa düşməyə hövsələn çatar. Çünki insanlar danışa bilmək bacarıqları ilə qürur duyurlar, mənə isə həmişə anlaşılmayan olmaq kimi miskin bir qismət ya-zılıb… Mən sevirəm. O, dünyadakı insanların ən yaxşı-sıdır! O isə indiyə kimi də öz arvadını sevir. Ey, müdrik və xeyirxah ay, elə elə ki, o məni qovmasın!

Ay mənə sakit və etinasız halda baxırdı, mən evə doğru tələsdim.

– Vur! Döy məni! – mən otağa girəndə Asan pırt-laşıq başını mənim qabağıma əyib dedi. Mən ona baxır-dım. Ona işarə və mimikaların dili ilə nə deyə bilərdim. Mən yalnız ona baxa və gözlərimlə danışa bilərdim. Bu gözlər isə deyirdi – mən səni sevirəm, mənə ağırdır, dö-zülməz dərəcədə ağırdır ki, sən ən yaxşı insansan, amma özün özünü qiymətləndirə bilmirsən. Əgər sənin sərxoş-luğa qurşanmağının səbəbi mənəmsə, mən gedərəm. Mən hər şey eləyərəm. Təki sənə yaxşı olsun.

Asan baxışlarını endirdi.

Onun yanından keçərək öz otağıma getdim.

Mən artırmaya ayaq basdım və dayandım. Asan ar-xası mənə tərəf qollarını geniş açaraq yoncanı dəryazla çalırdı. Dəryazı var gücü ilə fırlayaraq gedir, özündən arxada yol kimi enli bir zolaq qalırdı. Onun necə işlə-məsinə baxmaq məni sevindirirdi. Neçə gündən sonra ilk dəfə gülümsədim. Rahatlanmış və şən halda. Neçə gündən sonra ilk dəfə olaraq sərçələrimin qayğısız cik-kildəşmələrini eşitdim və ilk dəfə günəşin alovlu qanad-larını dalğa kimi üfüqlərə sərdiyini gördüm. Sərçələri yamsılayaraq cikkildədim və şənlənmiş halda sobaya doğru qaçdım.

Günəş artıq yüksəyə qalxmışdı, Asan isə yorulmaq nə olduğunu bilmədən elə həmən gücüylə və ölçülü ad-dımlarıyla tarla boyu addımlayırdı. Mən alçaq, dairəvi stolun üzərinə çayniki, stəkanları, boşqabları, qaşıqları qoydum və Asanı çağırmağa qaçdım.

Mən tarlayla gedir, təzə biçilən otun adamı sərxoş eləyən qoxusunu ciyərlərimə çəkir və gülümsəyirdim. Asana yaxınlaşdım. O mənə fikir vermədən çalırdı. Mən onun qarşısında, birbaşa sıx otluqda dayandım. O mənə çatmağa bir neçə metr qalmış başını yuxarı qaldırdı.

– Çal! – mən gülüşümlə işarə elədim. O gülümsə-mədən başını yırğaladı. Gedək səhər yeməyinə! – mən işarə elədim. O, dəryazı yerə qoydu, mənə baxmadan yanıma gəldi, biçilmiş yerlə gəlirdi.

Mən pərt oldum, ay səfehəm ha, yoncanı tapdalayı-ram, sıçrayıb biçilmiş yerə çıxdım. O dayandı və qaşqa-baqlı halda torpağa baxmağa başladı. Onun əlindən ya-pışdım. O məni nəzərdən keçirtdi. Onun baxışları əz-gin, özünü günahkar hiss eləyən birisinin baxışlarıydı. Mən işarə eldim ki, o yaxşıdı, afərin ona ki, qısa müd-dətdə bu qədər otu biçib. O gülümsədi.

– Sən yaxşısan, – o dedi. – Məni bağışla, qoca ax-maq, səni incitdim.

Mən sadəlövhcəsinə və xoşbəxtcəsinə gülümsəyərək başımı yırğaladım.

– Mən daha içməyəcəyəm, – o qətiyyətlə dedi və mənə baxdı. Mən onun ağır əlini qaldırıb ovcundan öp-düm. O əlini çəkmədi, yalnız necəsə qəribə baxışlarla bir müddət mənə baxdı. Sanki onun mənə yazığı gəlir-di. Yox, mən onun gözlərindən ürəyinin döyüntülərini oxudum, özgə heç nə.

Axşam otaqda tək oturub televizora baxırdım, Asan isə həyətdə dolaşırdı, qoyunları yerbəyer eləyirdi. Televizorda hansısa opera gedirdi.

Ucaboylu və bəzənib-düzənmiş qadın bir xeyli öz qüssəli və tənəli mahnısını oxuyurdu, kişi isə özünə haqq qazandırmağa çalışır, əllərini irəli uzadır, diz çö-kür, ayağa qalxır, ora-bura qaçırdı. Həyəcanla, sifətin-dəki əzablı ifadəylə, yaşlı gözləriylə. Yenidən qeyri adi dərəcədə gözəl olan qadın səsi sel kimi axıb tökülür və kişi isə avaralanmağına son qoyub, yerində donub qalır-dı.

Mən operanın təsiri altına düşmüşdüm və özüm də hiss eləmədən ayağa qalxdım, özümü müğənni qadına oxşadaraq, onun mimika və işarələrini təkrar eləyərək oxumağa başladım. Birdən ekrandakı müğənni qadın kimi təkəbbürlə dönüb susanda – indi kişi oxumalıydı – Asanı gördüm. O müğənnini təqlid eləyərək oxuyur, əlini mənə uzadırdı. Daha doğrusu o da səsini çıxartma-dan ağzını açıb yummağa başladı. Mən titrədim, amma özümü əlçatmaz hesab eləməyə davam elədim, müğənni qadın kimi. Sonra müğənni qadın oxumağa başlayanda mən də oxumağa başladım, Asan isə kişi müğənni kimi qüssəli görkəm alaraq donub qaldı. Beləcə biz bir-biri-mizi əvəz eləyərək oxuduq. Doğrudu, iki dəfə Asan unudaraq səsini çıxartdı, amma mən sifətimi turşudaraq qulaqlarımı sıxdım və o da yadına salaraq səssiz oxuma-ğa başladı.

Nəhayət biz ekrandakı kişi müğənni ilə qadın mü-ğənni kimi qucaqlaşaraq donub qaldıq. Ürəklərimiz elə ucadan döyünürdü ki, ekrandan gələn alqış səsələrini belə batırırdı.

– … Bir ilə yaxın xəstəxanada yatdı, indi isə evdə-dir, – oğlan Asana baxaraq susdu.

– Gəzir? – Asan soruşdu.

– Yox. Əlil arabasıyla hərəkət eləyir, bu da şəkli, – oğlan daxili döş cibindən fotoşəkli çıxardıb stolun üzəri-nə qoydu. Asan hətta şəklə doğru belə baxmadı.

– Çay süz! – Asan boş stəkanı götürüb mənə uzat-dı.

– Mən artıq toxam, sağ ol, çox dadlıydı! – oğlan mənə gülümsədi. Onun çox cazibədar sifəti var idi.

– Sən bunu mənə xəbər vermək üçün gəldin? – Asan soruşdu.

– Yox.

– Onda nə üçün?

– Necə olsa, sən mənim atamsan.

– A-a, yadınıza düşdü?

– Mən onsuz da unutmamışdım.

Onlar bir-birlərini süzərək susdular. Mən həyəcanla onları seyr eləyirdim. Ata və oğul idilər, amma yad adamlar kimi danışırdılar.

– Bəs sən necə yaşayırsan? – Asan sanki yumşalmış halda soruşdu.

– Müxtəlif cür.

– Bu cavab deyil.

– Hm… Az əmək haqqı ilə bizim zamanda necə yaşamaq olar?

– Bəs arvadın neyləyir, sərinlənir?

– Ata, sən uşaq kimisən! O anama baxır. Anam ta-mamilə köməksizdir, mən indicə sənə bu haqda danış-dım!

– Bəs uşaqların necədir? – bir qədər fasilə verəndən sonra Asan soruşdu.

– Xəstələnirlər. Bronxit… Bura, gölün sahilinə gə-tirməyi arzulayırdım, amma pulu hardan tapasan…

– Mənim də pulum yoxdur, – Asan onun sözünü kəsdi.

– Mən səndən pul istəmirəm.

– Onda danışma!

– Yaxşı, – oğlan itaətlə razılaşdı və mənim ürəyim sıxıldı. Allahım, kasıblıq bizi necə itaətkarlaşdırır.

– Bəs sən onu Bolatın yanına niyə göndərmirsən? Onun cəmi-cümlətanı bir oğlu var, həm də mənzili də genişdir…

– Onun arvadı anamı evinin kandarından belə bu-raxmır.

– Aydındı. Bəs Daniyar?

– O özü yataqxanalarda gün keçirdir…

– A-a, – Asan uzun-uzadı ah çəkdi və birdən hirs-ləndi. – Sən nəydi, məni silkələməyə gəlibsən?! İş hey-vanınız yadınıza düşdü? Mən hər şeyi sizin üçün qoy-dum! Evi, maşını, hər şeyi, hər şeyi, sonuncu qəpiyinə qədər! Sizdən lüt-üryan çıxdım! Amma siz məni burda da tapdınız! Quyruğunuz qapı arasında qalanda yadını-za düşdüm!

– Ata!

– Hə, hə, haçan buranız yanmağa başladı, xatırladı-nız! – Asan stolun üstündən şəkli götürüb kənara fırıl-datdı. – Ürəyimi yumşaltmaq üçün şəkil gətirib!

– Ata, özünə gəl!

– Onu əlillər evinə ver, əyər çətindisə! Yedizdirirlər, içizdirirlər, ona daha nə lazımdı?!

– Əlvida! – oğlan ayağa qalxdı və həyətdən çıxıb getdi.

– Əlvida! Məni də rahat buraxın! Qocalığımda heç olmaya yaşamağa imkan verin!

Mən qulaqlarım tutulmuş, yarımcan halda otur-muşdum. Bu mənim üçün çox qorxunc idi.

Sonra Asan harasa getdi. Axşamın özünə qədər ürə-yimə qarışıq fikirlər damaraq onu evdə gözlədim. Sonra Saykap xalagilə getdim.

– Görməmişəm. Sən narahat olma! Qayıdacaq, ha-ra gedə bilər! Sən onu məftun eləyibsən, – dedi və meh-ribancasına gülümsədi.

Mən tutuldum və ürəyim möhkəmcə çırpındı. “Elə-yə bilsəydim”, – deyə düşündüm.

– Elədi ki, var, – Saykap xala sanki ürəyimdən ke-çənləri oxuyaraq dedi. – Mən ki görürəm. İndi o ölən gününə qədər sənin donunun ətəyindən yapışıb qopma-yacaq…

Sonra mən o biri tərəfdəki qonşumuzgilə getdim. Həyətdə arıq oturmuşdu və kətməni saplayırdı. Məni görüb üzünü çevirdi.

– Bəlkə arvadların yanında veyllənir? – arığın arva-dı fikrini dedi. – Qoca olmağına qocadır, amma diri-başdır! Onun şalvarından iki əlli yapış.

Öz həyətimizə qayıtdım. Bağdan Asanın atdığı şəkli tapdım. Diqqətlə şəkli nəzərdən keçirtdim. Şəkil-dəki əlli yaşlarında olan dolu bədənli gözəl bir qadındı. Əlil arabasında oturmuşdu və qürurla mənə baxırdı. Mən şəkli xalatımın cibinə qoydum.

Nəhayət özümü itirmiş halda Asan üçün baxmağa gölün sahilinə getdim. Artıq qaranlıq düşürdü, dalğalar güclərini toplayaraq səs-küylə sahilə doğru gəlirdilər. Birdən Asanı gördüm. Qaya parçasının üstündə otur-muşdu, qaya eyni ilə pencəyinin rəngində olduğundan onu dərhal görə bilməmişdim.

Mən onun yanına qaçdım. O arxası mənə, üzü gölə tərəf oturmuşdu, oturmuş, başını çiyinlərinə qısmışdı. Mən onun yanına qaçanda o qımıldanmadı. Mən qorx-dum – onun çuxura düşmüş gözlərində necə də bir kə-dər vardı. Cürətsiz halda onun ayaqlarının yanında oturdum və əlimi dizinin üstünə qoydum. O təbəssümlə dodaqlarını azacıq araladı, ancaq bundan onun sifətində əzablı bir ifadə yarandı.

Mən cibimdən onun arvadının şəklini çıxartdım və işarə ilə başa saldım ki, onu bura gətirmək lazımdı. Asan diksindi, gözlərini mənim gözlərimə, əllərimə, do-daqlarıma zillədi. Mən yenə də göstərdim ki, onu gətir-mək, mütləq gətirmək lazımdı. O mənə qəribə, hansısa özgə baxışlarla baxaraq susdu. Mənsə uğur qazandığımı hiss eləyərək bir daha göstərdim ki, nəvələrini də öz ya-nına gətirməlisən, qoy onlar gölün sahilində möhkəmlə-nib bərkisinlər və qışda öskürməsinlər…

Biz bir-birimizə baxırdıq və quşlar kimi bir-birimi-zin gözlərini diqqətlə oxumağa cəhd eləyirdik. Başa dü-şürdüm ki, təklifim onun ürəyincə olub, sifəti əvvəlki tək anlaşılmaz olsa da, işıqlanmışdı.

Mən sahildəki qumluqda rəqs eləyirdim, əgər o bədbəxt arvadını və nəvələrini gətirərsə necə xoşbəxt olacağımı bütün gücümlə göstərməyə çalışırdım.

Elə rəqs eləyirdim, sanki mənim yaşayıb yaşama-mağım bundan asılı idi.

Nəhayət nəfəsim kəsildiyindən dayandım və yerim-də donub qalaraq sual dolu baxışlarımı ona dikdim.

– Yaxşı, – o dedi və dodaqlarında azacıq da olsa tə-bəssüm hiss olundu. – Sərcəcik, ot saplağı…

Mən sevincdən titrəyərək ona lap yaxınlaşdım, mə-həbbətlə gözlərinin içinə baxdım.

– Gətirəcəksən? – şadlanaraq gözlərimlə soruşdum.

Birdən nəsə qorxunc bir hadisə oldu, onun sifəti ağ-rı tutmalarından dəyişməz hala düşdü, bir neçə an bun-dan əvvəl gözlərində işaran mərhəmət hissi sanki nifrətə dönüb ildırım kimi çaxdı. Mən yerimdə səntirlədim.

– Yox! – o ayağa qalxaraq dedi. – Allah onu alçaq-lığı üçün cəzalandırıb, mənsə Allahdan mərhəmətli de-yiləm. Allahdan yaxşı olmağa haqqım yoxdu.

İçimdə hər şey bir-birinə qarışdı. İnamsız halda ona baxırdım, hələ də ümid eləyirdim ki, o əslində düşündü-yünü demir. Amma onun sifəti, gözləri amansız idi, bir göz qırpımında insanı dəyişmişdilər. Mən onun əllərin-dən yapışdım.

– Yox. Mən onu gətirməyəcəyəm, – o sakit danış-mağa çalışaraq dedi.

Mən özümü ağlamaqdan güclə saxlayırdım, onun mənim dilimi bilmədiyini unudaraq işarə eləyirdim ki, sən allahdan yaxşısan. O məni başa düşdü.

– O bütün həyatı boyu sənin və mənim kimi ax-maqların hesabına yaşayıb! – nifrətlə və hiddətlə qəhqə-hə çəkdi. – O hər cür alçaqlığı eləsin, amma əvəzində ona yaxşılıq eləsinlər! O bircə damcı da minnətdarlıq eləmədən, başqalarının yaxşılığı hesabına yağışın altında çimməyə vərdiş eləyib! Qoy heç olmaya bircə dəfə əzab çəksin! Bəlkə başqalarının necə əzab çəkdiklərini başa düşdü, hə?! Allah neylədiyini bilir!

Sarsılmış halda ona baxır və onu tanıya bilmirdim, bu özgə, kinli, qəddar adamdı. Başqa bir insanın bəd-bəxtliyinə belə sevinmək günah idi. Mən işarə elədim, o sənin uşaqlarının anasıdır, nəvələrinin nənəsidir.

– O qəhbədir! – gözlərini ağardaraq nifrətlə dedi.

Mən onu görməmək üçün gözlərimi yumdum.

– Başa düşdün?! Qəhbədir! – o getdikcə daha da azğınlaşırdı. – O yaşadığı murdar həyatı boyu elədiklə-rinin əvəzini alıb!

Özüm də bilmədim bu necə alındı, mən onun sifə-tinə bir şillə vurdum. Sonra qulaqlarım tutulmuş halda, ürəyim parçalanmış halda ağlayaraq sahil boyunca qaç-dım.

Mən çarpayıda uzanmışdım, yaşamaq istəmirdim. Çöldə gecə idi və axıra qədər çəkilməmiş pərdənin kün-cündən ay və ulduzlar içəri boylanırdı, qızılı göy boşlu-ğunun rəngi qaçmış tutqun fonunda ağacların təpələri görünürdü.

Asanın həyətdə necə gəzişdiyini eşidirdim. Siqaret çəkir, öskürür, yenə gəzişirdi, nəhayət evə keçdi.

Mən tamam sıxılmışdım, ilan kimi qisas almaqdan həzz alan bu yad adamla görüşməkdən qorxurdum.

– Bermet! – o çağırdı.

Cavab vermədim, daha doğrusu harda olduğumu bircə qımıldanmaqla belə biruzə vermədim. O işığı yan-dırdı. Mən qorxu içində ona baxırdım.

– Bermet! – o titrək səslə dedi və mənə doğru ad-dımladı.

Mən qorxudan movuldayaraq onun əlindən çıxdım və o biri otağa qaçdım, bura qaranlıq idi. Küncə qısıl-dım.

– Bermet! – o qorxmuş halda qışqırdı və mənim ar-xamca qaçdı.

Mən movuldayır və var gücümlə onu özümdən uzaqlaşdırmaq istəyirdim, o isə məni qucaqlayaraq sa-kitləşdirməyə cəhd eləyirdi.

– Bermet, qorxma! Bu mənəm! Sakit ol, sərçəciyə-zim!

Mən movuldayır və onu özümdən uzaqlaşdırırdım. Birdən o məni buraxdı və hıçqırdı.

– Məni bağışla! Mən əclafam! Bağışla!

Daha çox qorxaraq mən divana sıçradım.

– Bağışla! Mən yaşamağa haqqı olmayan birisiyəm, kinli və kiçik adamam! Bağışla! – o dizləri üstə mənə doğru iməklədi və qarşımda elə baş əydi ki, alnı döşə-məyə dəydi.

– Məni atma! Əgər sən məni atıb gedərsənsə, mən ölərəm! – o ağlayırdı.

Sonra başını mənim qıçıma söykədi və ağladı, elə bərkdən ağlayırdı ki, iri cüssəsi titrəyirdi, adətən toyu-ğun başını ani bir hərəktlə üzüb atandan sonra o beləcə pırtıldayır. Mənim ona hədsiz dərəcədə yazığım gəlirdi və mən də ağlamağa başladım. Sonra özümə gələrək onun başını, çiyinlərini sığallamağa başladım, onun ürə-yini tutmaq və saxlamaq istəyirdim, belə qüssənin və peşmançılığın şiddətindən ürəyinin dözməyib yerindən qopacağından qorxurdum.

Sübh tezdən mən Asanı yola salırdım. Onun əlində almayla dolu səbət var idi. Onunla yanaşı cəld, yüngül-cə addımlayırdım, mənə elə gəlirdi qollarımı açaramsa quş kimi uçaram.

O məni öpdü və avtobus dayanacağına doğru get-di. Mən dayanıb onun arxasınca baxırdım. Yola düşən enişdə o dayandı. Gülümsədi. Cavabında mənim gözlə-rim parıldadı. Sonra onu təqib elədim, o dönüb təpənin arxasında yox olana kimi və yalnız bundan sonra, o ta-mami ilə gözdən itəndən sonra öz bağıma qayıtdım. Qu quşu quqquldayırdı. Sevgi və fərəhlə, mənə elə gəlirdi, bu səs balaca quşun səsi deyildi, sadəcə olaraq büllur sə-hərin ürəyinin vurmasının, döyünməsinin səsiydi. Mən öz rəfiqəmə züy tutdum. Fədakarcasına.

Səhərə və həyata görə mən də bu quş kimi sevinir-dim. Mən quqquldayırdım.


Страницы книги >> Предыдущая | 1 2
  • 0 Оценок: 0

Правообладателям!

Это произведение, предположительно, находится в статусе 'public domain'. Если это не так и размещение материала нарушает чьи-либо права, то сообщите нам об этом.


Популярные книги за неделю


Рекомендации