Текст книги "Qu quşunun yuvası"
Автор книги: Talib İbrahimov
Жанр: Современная зарубежная литература, Современная проза
Возрастные ограничения: +16
сообщить о неприемлемом содержимом
Текущая страница: 1 (всего у книги 2 страниц) [доступный отрывок для чтения: 1 страниц]
Qu quşunun yuvası
Talib İbrahimov
Tərcüməçi: Aslan Quliyev
Hər dəfə sən kitab oxuyanda
əlindəki kitaba görə ağaclar sevinir və
ölümdən sonrakı həyata inanırlar.
Köhlən nəşriyyatı
Buraxılışa məsul: Nizami Əlisoy
Əsərin orijinal adı: Гнездо кукушки
Tərcüməçi: Aslan Quliyev
Redaktor: Günel Haşımlı
Yekun oxunuş: Soltan Səmidli
Talib İbrahimov. Qu quşunun yuvası.
Bakı, “Köhlən” nəşriyaytı, 2019, 65 səh.
Qırğız yazıçısı Talib İbrahimov 1940-cı ilin 27 dekabrında Bişkek şəhərində anadan olub. Qırğızıstan Dövlət universitetini və Moskvadakı Ali Ssenari kurslarını bitirib. Əsasən kino sahəsində fə-aliyyət göstərib. Ssenariləri əsasında bir neçə film ekranlaşdırılıb. Həmçinin özü də bir neçə filmə quruluş verib. Yazıçılığa yaşlı vax-tında, təqaüdə çıxandan sonra başlayıb. 2006-cı ildə rusdilli yazıçı-lar arasında keçirilən “Русская Премия” mükafatının laureatı olub (“Qoca və mələk” povestlər toplusuna görə). 2016-cı ilin 25 mayında vəfat edib.
© Köhlən Nəşriyyatı / 2019 ISBN
facebook.com/kohlanpress
instagram.com/kohlanpress
twitter.com/kohlanpress
055 3599923 / 050 2229511
.
Qu quşunun yuvası
Həmin gün mən vərdiş elədiyim kimi günəş doğ-mamışdan xeyli əvvəl yuxudan oyandım. Səssizcə otaq-dan sivişib çıxdım, hiss olunmadan dəhlizlə keçib, qapı-nı ehtiyatla taybatay açaraq, təbiətin səsləri ilə gicəllən-miş halda artırmada donub qaldım. Gah tez-tez, həris-liklə, gah da tədricən yalnız uzaqdan nəvazişlə və ismət-lə bir-birinə toxunaraq, gah da yenidən bir-birinə to-xunmağa tələsərək, təlaşla, bütün gücləriylə budaqları gövdədən qoparmaq ehtirasıyla alışıb yanaraq, yarpaq-lar ağaclarda lərzəyə gəlir, otlar güclə eşidiləcək tərzdə, nəfəsini tutaraq xışıldayır, sərçələr şənlənərək səsləri gəldikcə şirin-şirin və fədakarcasına cikkildəşirdilər.
İlahi, bəlkə də mən sübhdən oyanıb, otağın darıs-qallığından göyün hüdudsuzluğunun altına çıxmaq və artırmada bir anlığa günəş şəfəqləri kimi parlaq sevinclə donub qalmaqdan ötrü yaşayıram. Yalnız bir anlığa. Sonra isə səslərin müxtəlifliyi, səslərin çoxluğu, günəşin ovsunlayıcı hərəkəti və günün sakitcə sona çatması. Sonra isə mənim sabaha qədərki boz, fərəhsiz həyatım. Mən gərginliklə dartınmış boynumu fırlayıb sərçələri təqlid eləyərək cikkildədim. Əlbəttə, mənim səssiz ürə-yim və boğazım yalnız yeməyi içəri ötürmək üçün yara-dılıb, daha səs çıxartmaq üçün yox, amma sübhün bol səslərinə öz səsini qatmağı təsəvvür eləmək necə də şi-rindir. Əgər kimsə mənim gücsüz gücənmələrimi görər-sə gülməli görünməyim deyə özümü cuşə gətirmədim. Mən sadəcə gülümsədim – mənə belə yaxşı idi.
Arxacı açdım, gecə ərzində yorulub əldən düşmüş qoyunlar həyətə səpələndilər. Mən onları dağın ətəyinə doğru qovdum, adəti üzrə çoban ordan sürünü otlağa aparırdı.
Balaca təpənin üstündə iki qoca oturmuşdu, yanla-rında qoyunlar otlayırdı. Onlar da sürünü gözləyirdilər. Həmişə olduğu kimi gözlərini mənə zillədilər. Mən baş əydim, baxışlarımı endirdim, onların bütün sonrakı da-nışıqlarını eşitməyə məhkum edilmiş halda gözləyirdim.
– Salam, əzizim! – qocalardan biri cavab verdi.
– Salam, gözəlçə! – digəri dilləndi.
– Sən necə də şuxsan!
– Ona da olmasa, kimə şirin söz lazımdır…
– Bizim hər birimizə şirin söz lazımdır.
– Ona məxsusən, – ikinci qoca köks ötürdü.
– Niyə? – birinci qoca gözlərini qıydı.
– Onu Allah cəzalandırıb – laldır… Doğrudu, eşi-dir, amma hər halda dərdi böyükdür…
– Bəs bizim çərənləməyi bacarmağımızın nə faydası var?
– Sən qəribə adamsan…
– İnsanların başına bəla öz dillərindən gəlir, – bi-rinci qoca gülümsədi. – Belə ki, yaxşı düşünsən, onun xoşbəxt adam olduğunu görərsən.
– Sən də belə xoşbəxt olsaydın.
Birinci qoca sözünü deyərkən çeçəyib öskürdü. Sonra onlar səssizcə oturdular, bəd dillərin insanın başı-na gətirdiyi bəlalar haqqında kədərli xatirələrə daldılar.
– Mən bilirəm sən onunla niyə mehriban rəftar elə-yirsən, – birinci qoca hiyləgərcəsinə gözlərini qıydı. Gö-rünür revanş hərisliyi onun qocalmaq bilməyən heysiy-yatına rahatlıq vermirdi.
– Çərənləmə!
– Bilirəm. Bilirəm, niyə ah çəkirsən… – birinci qoca mənalı tərzdə sözünü uzatdı.
– Niyə? – ikinci qoca sadəlövhcəsinə soruşdu.
– Sən onu yoldan çıxartmaq istəyirsən! – ikinci qo-ca qalib halda səsləndi.
– Ox!… Utanmaz it!.. Sən necə belə danışa bilər-sən?.. – ikinci qoca hirslə dedi və ayağa qalxaraq kənara çəkilib, nifrətlə tüpürdü.
Artıq sürü yaxınlaşırdı, çobanın səsi, qırmancının şaqqıltısı eşidilirdi. Mən qoyunlarımı sürüyə qoşdum və evə qayıtdım. Bir-birlərindən bir qədər aralıda dayan-mış qocalar arxamca boylanırdılar.
Mən evə yaxınlaşanda qardaşım Qasım yoncanı ça-lırdı. O mənə ötəri gülümsədi, mən də ona. Çardağın altına gedib quru çırpılardan sındırdım, ocağa hazırladı-ğım gözlükləri yığaraq kibriti alışdırdım. Çırpılar alov-lanıb yanmağa başladı.
Yanan ocağa baxmağı xoşlayıram. Əvvəlcə alışıb yanan çırpılar gücləri tükəndiyindən sanki sönür, amma iki-üç nazik çırpı alovlanır, çırpıların ətrafından qatı tüstü qalxır, sobanın girişini tutur və birdən alov sevin-cək, qarşısıalınmaz bir güclə çatırdayaraq, sarı-qırmızı rəngli dillərini göstərməyə başlayır, hər şeyə qalib gələn əsl alov. Mənə bu proses həmişə nəyisə xatırladır, amma nəyi – başa düşə bilmirəm.
Birdən ququ quşu quqquldadı. Bir, iki, üç… Sonsu-za qədər.
Şəfqətlə və qüssəli bir uzaqlıqda sanki əlçatmayan bir müdrikliyin zirvəsindən artıq açılan səhərə şəfəq sa-çan günün reallığında diqqətini cəlb eləməyəcək hansı-sa qüssəli həqiqəti xatırladır. Mən quqquldamağa başla-dım, əvvəlcə cəsarətsiz halda, utanaraq, amma özümü mənasız insanlıq xüsusiyyətlərindən ayırmadan, tədri-cən, alışıb yanaraq, fədakarcasına, bütün varlığımla uç-mağa çalışaraq, cəld, gözəl, lap elə kəsilmiş budaqların arasındakı özünü ifadə eləməyi də elə nəfəs almaq kimi bir xoşbəxtlik hesab edən quşa dönürəm.
Yəqin ki, kənardan mən ağlını itirmiş birisi kimi görünürəm: yaşı qırxa çatmaq üzrə olan qadın oturub və qatlanmış ayaqlarının üzərində özünü əsdirərək, başı-nı arxaya əyib, ağzını açıb yumur, hələ bir əllərini də quş qanadları kimi yelləyir. Bütün bu zaman ərzində də səsini çıxartmır!..
Amma neyləmək olar, səsimin tutulması mənim günahım deyil. Kimsə çiynimə toxunur. Boylanıb baxı-ram. Qardaşım arvadı Rəqiyyə gülümsəyərək mənə ba-xır. Onun əlində vedrə var.
– Qazanı su ilə doldur! – o dedi.
Mən başımla işarə eləyərək soruşdum: axı nəyə gö-rə?
– Saçını yu. Sonra paltarlarını dəyiş. Qonaqlarımız olacaq…
Mən çiyinlərimi çəkdim: bəs bunun mənə nə dəxli?
– Qonaqlar sənə görə gəlirlər, – Rəqiyyə mənalı tərzdə dedi.
Onun məni lağa qoyduğunu düşünərək gülümsə-dim. Amma Rəqiyyə mənə qüssəylə baxırdı və deyəsən zarafat eləyənə də oxşamırdı.
– Hansı qonaqlar? – mən baxışlarımla soruşdum.
– Görəcəksən, – o köks ötürdü.
Mən geyindirilmiş, keçindirilmiş halda öz otağımda oturmuşdum və həyətə baxırdım. Alma ağacının altında qonaqları gətirən madyan bir ayağını götürüb o birisini qoyurdu. Sobanın üstündə tüstülənən qazanın ətrafında qonşu qadınlar vurnuxurdular, gülürdülər, zarafat elə-yirdilər və bu bayram canlanması məni sıxırdı. Mənim üçün burda tək oturub qonaqların nə münasibətlə gəl-dikləri haqda düşünüb əzab çəkməkdənsə, qazanın ya-nında olmaq və ya bostana kartofun alağını eləməyə getmək daha asan olardı. Amma Rəqiyyə mənə həyətə çıxmağı qadağan eləmişdi. Otur, – o demişdi, – bu gün orda sənsiz də keçinərlər.
Qapının ağzında Rəqiyyə göründü.
– Gedək! – o dedi.
Biz qonaq otağına gəldik, burda qonaqlar oturmuş-dular.
– Otur! – Rəqiyyə dedi və mənimlə yanaşı oturdu.
Üzərinə araq şüşəsi və qəlyanaltı düzülmüş dəstər-xanın fəxri yerində qocalar oturmuşdular, qoca arvad və əlli yaşlı kişi.
Onlar diqqətlə mənə baxırdılar. Hamı susmuşdu. Qasım oturaraq üzünü məndən çevirmişdi və belə görü-nürdü ki, o bunu bilərəkdən eləyir. Sükut uzanırdı, otaqda boğucu bir ab-hava var idi.
– Demək, məsələ belədir, – Qasım öskürərək sözə başladı. – Bu mənim bacımdır. Allah ona hər şey verib: baş da, əl də, amma, – o dərindən ah çəkdi, – dilini alıb. Uşaqlıqda onu it qorxudub və beləcə lal olub… O vaxt-dan da mənim sevimli bacım… Eh!.. Hansı həkimlərin və ara həkimlərinin yanına getmədik, hə… – qardaşım ümidsiz halda əlini yellədi.
– Sən artıq yüzüncü dəfədi bu haqda danışırsan! – Rəqiyyə dedi. – İş haqda danış!…
Qoca kişi və qoca arvad başlarını razılıqla tərpətdi-lər, kişi isə sınayıcı baxışlarını mənə zillədi.
– Bermet! – Qasım dedi.
Mən ona baxdım, o isə qorxaqcasına baxışlarını ya-yındırdı.
– Bacarmıram! – o Rəqiyyəyə işarə eləyərək dedi. – Sən de!.. Axı sən onun üçün doğma anası kimisən…
– Bermet! – Rəqiyyə dedi və mən ona baxdım. O susdu, sözləri çətinliklə bir-bir seçərək birdən sözə baş-ladı. – Hə, sən özün de! Yoxsa adamlar elə düşünərlər mən baldızımı başımdan eləmək istəyirəm, amma Allah şahiddi, mən yalnız onun xoşbəxt olmasını istəyirəm!..
– Doğrudu, – qoca arvad astadan dedi. – Özün de!
– O hamısını eşidir, – Qasım qonaqlara tərəf dön-dü. – O quş kimidi.
– Qasım! – Rəqiyyə onun sözünü kəsdi.
– Bermet! Sənin üçün elçi gəliblər, – nəhayət mə-nim zavallı qardaşım deyə bildi.
Mən yandan qoca kişiyə, bu qoca şəhvətpərəstə baxdım. Bütün həyatım boyu mənim üçün ancaq ağıl-larını itirmiş qocalar elçi gəlirlər! Aman Allahım, onlar necə də məni boğaza yığıblar!.. Doğrudanmı mən bun-dan artığına layiq deyiləm?
Yəqin ki, mənim baxışlarım yaxşı heç nə vəd elə-mirdi, buna görə də qoca qurcuxdu və hətta əliylə mə-nimlə öz arasında bir pərdə çəkirmiş kimi hərəkət elədi.
– Nişanlı o deyil, mənəm! – kişi dedi.
Mən baxışlarımı ona doğru çevirdim. Bir anlığa biz bir-birimizə baxdıq, sonra kişi birdən göz vurdu və əliy-lə sinəsinə vuraraq baş barmağını yuxarı qaldırdı. Bunu gözləmədiyimdən şaqqanaq çəkdim.
Mənim arxamca digərləri də güldülər.
– Ay axmaq! – qoca yüngülcə kişinin kürəyini şap-pıldatdı. – Lap uşaqsan!..
Başını yırğalayaraq yenə də gülümsədi.
– Nəydi, olmaya sən elə güman eləyirsən o heç nə başa düşmür?! – Qasım özünü təhqir olunmuş hesab eləyirdi. – O hər şeyi başa düşür!…
– Bəyəm mən nəsə dedim? – kişi günahkar halda dilləndi.
– Onda nəyə görə sən dərhal onunla belə eləyirsən? – Qasım barmaqlarını aralayaraq tərpətməyə başladı.
– Hə, mən özümü itirdim… Onlar kimi necə danış-maq lazım olduğunu bilmədim, – kişi özünə haqq qa-zandırdı.
– Bəlkə sən onu ələ salmağı qərara aldın? – Qasım əl çəkmirdi.
– Bağışlayın məni, mən axmağı, – kişi başını aşağı saldı.
– Bir halda axmaqsan, onda nəyə görə…
– Qasım! – Rəqiyyə qardaşımı dümsüklədi.
– Gəlin gəlinin sağlığına içək! – qoca qədəhi qaldı-raraq onları tələsdirməyə başladı.
Hamı qədəhini qaldırdı və tələsik içdilər. Kişi bir qurtum da içmədən qədəhini süfrəyə qoydu.
– Bəs sən niyə içmirsən? – Qasım soruşdu. – Bəlkə gəlin xoşuna gəlmir?
– Çox xoşuma gəlir, – kişi qürurla cavab verdi.
Mən minnətdarlıq hissiylə ona baxdım və baxışla-rım onun baxışları ilə qarşılaşanda tutuldum.
– Onda axıra qədər iç! – Qasım əmr elədi.
– Hörmətli qaynım, siz televizora baxırsız? – kişi soruşdu.
– Hə, nə olsun?
– O olsun ki, əgər içərsənsə uşaqların alasəfeh olar-lar. Ya siz bacınız uşaqlarının alasəfeh olmalarını istəyir-siz?
– İstəmirəm!…
– Düz də eləyirsən!.. Mən də elə düşünürəm. Hör-mətli qaynım, mən əvvəllər ərköyünlük eləyərdim, belə deyim də, bu araqciyəzlə həddimi aşardım… Amma ev-lənməyi qərara alan gündən dilimə bir damcı da vurma-mışam!.. Artıq yarım ildir. Mən istəyirəm, – kişi mənə doğru boylandı, – bizim sağlam və ağıllı uşaqlarımız ol-sun.
Mənim sanki qulaqlarım tutulmuşdu. Uşaqlar… Mənə imkansız görünən arzum. Mən hələ də həyəcan-dan titrəyirdim.
– Mən hələ sənin qaynın deyiləm, – Qasım tərslik eləyirdi. – Sən elə güman eləyirsən məni bu madyanla satın aldın, bu idbar madyanla?!
Qasım həyətdə dayanan madyanı göstərdi.
– Qasım! – Rəqiyyə qışqırdı və qonaqlara doğru döndü. – Siz bizi bağışlayın, əziz elçilər! Adam kimi adamdır, amma içdimi, idarəolunmaz olur! Çərənləyir, ağzına nə gəldi danışır…
– Boş şeydi, – qoca dedi, – biz hamımız eləyik.
– Mənə vəkil lazım deyil! – Qasım adaxlıya tərəf döndü. – De görüm səni orda necə…
– Asan, – kişi yavaşdan dedi.
– Asan, de görüm sən nəyə görə lalla evlənməyi qə-rara aldın?
– Bütün həyatım boyu dilsiz-ağızsız qadınla evlən-məyi arzulamışam.
– Amma o tamam danışmır.
– Daha da yaxşı.
– Yalan deyirsən! – Qasım yumruğunu süfrəyə vur-du. – Birbaşa deyərdin, sənə pulsuz işləyəcək işçi lazım-dır!
– Aman Allah, mən səninlə neyləyim?! – Rəqiyyə ucadan səsləndi.
– Səsini kəs! – Qasım arvadının başına çımxırdı, sonra isə Asana doğru döndü, Asanın sirsifəti dəyişmişdi. – Bəlkə mən yalan dedim?
– Hə, – Asan qətiyyətlə dedi.
– Nəyə görə?
– Mən beş nəfərin əvəzinə işləməyə alışmışam. Uşaqlıqdan. Mənə arvad lazımdı, daha qul yox.
Qasım fikirli halda başını aşağı saldı və inamsız hal-da “hm” dedi.
– O əməkdar şaxtaçıdı. Bir yığın ordeni var, – qo-canın səsi eşidildi. – Təqaüdə çıxıb, onlarda təqaüdə tez çıxırlar, aulda elə bir ev tikib ki… Təsərrüfatına hamı həsədlə baxır…
– Bunu mən artıq eşitmişəm, – Qasım dedi. – Sən bağışla, amma anam rəhmətə gedəndə bədbəxt bacımın qayğısına qalmağı mənə vəsiyyət eləyib… Nə qədər əli-min altındadır, kimsə ona barmağını toxundura bilməz! Amma o indi ərə gedir və mən də bilmək istəyirəm, ki-mə gedir, bu adam nəyə görə onunla evlənməyi qərara alıb? Mən bunu bilməliyəm də?
– Hə, – xeyli sükutdan sonra Asan dedi. – Mən da-nışaram…
– Sən bir də bağışla, – Qasım dedi. – Özün də başa düşürsən, əgər o belə olmasaydı, mən bu sualları ver-məzdim…
– Başa düşürəm, – Asan onun sözünü kəsdi.
Qasım günahkar halda məni qıyqacı süzdü.
– Bu on-on beş il əvvəl olub, – Asan sözə başladı, – mən məzuniyyətdəydim və bir dəfə necə oldusa atla si-zin aulun içindən keçib gedirdim. Birdən qeyri adi gözəlliyi olan gənc bir qız gördüm. Qız vedrəylə su apa-rırdı və ayaq saxlayıb mənə yol verdi. Mən qızı nəzərdən keçirtmək üçün atı saxladım, qız tutuldu və qıpqırmızı oldu, baxışlarını yerə dikdi, mənimsə ürəyim sıxıldı, – o öskürdü, bir qədər susdu, sanki davam eləməyə dəyərmi deyə düşünürdü, sonra sərt şəkildə başını dik tutdu. – Hə, hə, mənim ürəyim sıxıldı və mən düşündüm – aman Allahım, bu qadın hansı xoşbəxt oğlanın qisməti-nə düşüb, hansı xoşbəxtin! Mən həmən adama hədsiz qısqanırdım, hədsiz… Sonra mən öyrəndim ki, qız laldır və heç vaxt ərdə olmayıb. Mən qıza yazığım gəldiyindən az qala ağlayacaqdım və ürəyimə elə bil tikan sancıldı. Nəyə görə, mən düşündüm, nəyə görə minlərlə qadının, qadının yox, hətta itin, bəd və dəyərsiz itin belə ona sa-diq olan əri, erkəyi var, onunsa yoxdu? Elə o vaxtdan da bu arzu ürəyimi deşir, həmən gənc qızı xatırlayıram və o tikan ürəyimi deşir.
O daha nəsə dedi, mənsə ürəyim yerindən çıxmasın deyə əlimi sinəmə sıxıb ayağa sıçradım və qaçaraq otaq-dan çıxdım. Həyətə can atırdım, amma ordan kobud qadın səsləri gəlirdi və dönüb öz otağıma girdim. Özü-mü divanın üstünə atdım. Mən özümdə deyildim. Ürə-yim mator kimi vururdu, hər yerdə hiss olunurdu. Diz-lərimdə, divanın arxasından bərk-bərk yapışmış bar-maqlarımın ucunda və hətta mənə elə gəlirdi ki, divan da möhkəm zərbənin taktları altında titrəyir. Üzümü soyutmaq üçün əlimlə üzümü tutdum, amma barmaq-larım da istiydi. Yalnız yandırırdı.
Sonra güzgüyə yaxınlaşdım, qocalmağa başlayan si-fətimə xeyli baxdım. Qırışlar, yorulmuş heyvanın gözlə-rindəki kədər. Ah! Yəqin bu kişinin gözəl ürəyi var idi və o çox qəribə adamdı. Amma deyəsən səfeh adama oxşamırdı, qəribə adamdı. Əlbəttə, kim tərəddüd elə-mədən deyərdi ki, mən qeyri adi gözəlliyi olan qızam? Ha-ha-ha! Çiynimə toxundular.
– Gedək! – Rəqiyyə dedi. – Uşaq kimi otaqdan qa-çırsan…
Mən gözüm yaşarıncaya qədər hədsiz pərt olaraq, başımı yırğaladım.
– Gedək!.. Onlar sənin sözünü gözləyirlər. Ona ge-dəcəksən, ya da getməyəcəksən. İstənilən halda mən sə-ni sevirəm!
Rəqiyyə məni öpdü.
Biz iki təkərli arabada gölün sahilinə yaxın olan yolla gedirdik. Mən xeyirxah, sevimli Rəqiyyənin mə-nim üçün yığdığı çamadanlarla və yüyənlə yanaşı ətirli otun üzərinə uzanmışdım və ovsunlanıbmış kimi gölün mavi, zərif səthinə baxırdım. Mən dünyada bunca gö-zəllik olduğunu və bu qədər çox suyun bir yerə yığıldı-ğını heç vaxt təsəvvür eləməzdim və sanki onu fincanla sonsuza qədər dağ vadisinə tökmək olardı.
Asan yüyəni buraxaraq irəliyə baxır və astadan oxu-yurdu:
Mənim taqətdən düşmüş qəlbim, sənsiz yaşaya bilmir,
Yorulmadan, gecə və gündüz hər yerdə səni axtarır.
Sən günəşin şəfəqi kimisən, göydə ulduz kimisən,
Əlimi yelləyib gedə bilmirəm, yüyənim sənin əlindədir.
Asan son sözləri oxuyanda mənə doğru döndü. Mən gülümsədim. Aman Allahım, nəyə görə mənə belə xoşbəxtlik qismət elədin? Hətta ən ağlasığmaz arzula-rımda belə nə vaxtsa qüruba enən günəşin şəfəqləri alt-da heyranedici dərəcədə gözəl olan gölün sahili ilə öz ərimlə yanaşı gedəcəyimi və ərimin indiki kimi nəvazişlə gözlərimin içinə baxıb məhəbbət haqda mahnı oxuyaca-ğını təsəvvür eləməzdim.
– Gözəldir? – Asan soruşdu.
Mən başımla təsdiqlədim, sonra öz sevincimi izhar eləməyimdən narazı qaldığımdan qollarımı geniş açdım, sanki bu intəhasız genişliyi qucaqlamaq istəyirdim.
– Mənim evim… bizim evimiz lap gölün sahilində-dir.
Mən sevinclə qaşlarımı endirdim.
– Hə, lap gölün sahilində! – mənim sevindiyimdən bəxtiyar olaraq ucadan səsləndi. – Bostanın lap qurtara-cağında. Bu…ux! Balıq şappıltı ilə üzdü!.. Təsəvvür eləyirsən?!
Mən başımla təsdiqlədim, sifətim dalğın bir təbəs-sümdən işıqlandı. Asan arabanı kəndlərarası dar yola döndərdi.
– Mənim auluma axşam gedərik, – o dedi. – Dedi-qodu istəmirəm… İndisə gedək, gölə baxarsan, əl-üzünü yuyarsan. Yaxşımı?
Sifətim sevincdən işıqlanmış halda başımla təsdiqlə-dim.
Biz qumun üzərində oturmuşduq, ayaqlarımızın al-tında dalğalar şappıldayırdı. Onlar elə bil canlıydılar. Məndə belə hiss vardı ki, sanki böyük və güclü birisi məni əlinə götürüb yüksəklərə-yüksəklərə qaldırmış və ehtiyatla nağılın içinə endirmişdi.
– Arvadım savadlı idi. Mühəndisdi, – Asan dedi. – Doğrudu, əvvəlcə buna görə elə də lovğalanmırdı, hər halda mən ondan beş-altı dəfə çox qazanırdım, sonra onu rəhbər işə irəli çəkdilər və beləcə yüksəlməyə başla-dı!.. Bütün bunlar hardan çıxdı? Hə, onu irəli çəkdilər, mən belə düşünürəm, işinə görə yox, qəşəngliyinə gö-rə… Ağına-bozuna baxmadan mənə xəyanət edirdi!.. Əlbəttə, mən onu yaxalaya bilməmişdim, həm də necə yaxalayasan?.. Amma hər şey göz qabağındaydı. Düş-mənimə belə həyatı arzulamıram!.. Rəhbərlikdə öz ar-vadlarını qısqanan kimi onu bir-birlərinə qısqanırdılar!.. Allah eləməsin paytaxtdan hansısa vəzifəli şəxs təşrif buyursun, qarşılayan yüksək çinli adamların arasında birinci cərgədə o olacaqdı, ax sənin ananı! Mənsə özümü axmaq yerinə qoymuşdum, neyləyə bilərdim – üç oğ-lum var idi, bir-birinin ardınca olmuşdular, onları ata bilməzdim axı. Onu ata bilərdim, bəs onları necə atım? Onlara deyə bilməzdim ki, sizin ananız qəhbədir… Onu utandırmağa cəhd eləyirdim, necə deyim sənə, elə əl-ayağını dağıdırdı, belə məlum olurdu hər şeydə günah-kar mənəm. Özümü ən axırıncı insan yerinə qoyaraq beləcə bütün həyatımı yaşadım, hərçənd ki, adamlar arasında hörmət, izzət görürdüm, necə olmuş olsa da əməkdar şaxtaçı idim! Amma mühüm olan başqalarının səni necə qəbul eləmələri yox, sənin özünün özünü necə qəbul eləməyindir. Elə deyilmi, hə? Bircə təsəllim bu idi, oğlanlarım böyüyürlər, yaraşıqlı, ağıllı…
Asan susdu. Arıq boğazında xirtdəyinin necə çətin-liklə hərəkət elədiyi aydın görünürdü. Mən ona baxdıq-ca əzab çəkirdim. Mənim əzizim, mən düşünürdüm, sən hansı əzablara düçar olubsan, sən ən yaxşı, ən xeyirxah insansan. Mən sənin üçün ölməyə hazıram, sənin böyük ürəyin üçün – axı indiyə kimi heç kim, heç kim nəinki mənimlə evlənməyə razı olmuş, heç beləcə insan kimi söhbət də eləməmişdi…. Mənim əzizim!.. Asan köks ötürdü.
– Oğlanlarım böyüdü. Anaları kimi onlar da mənə nifrət eləyirdilər. Anaları onlar üçün nəfəslikdəki işıq idi, mənsə kötük! Mən təqaüdə çıxdım və düşündüm. Allahım, bax budur, mən bütün ömrümü yaşadım və onu həyət iti kimi yaşadım, öz şəxsi evimdə həyət iti ki-mi! Axı nəyə görə, nəyə görə mən özümü belə amansız cəza ilə cəzalandırıram?! – Asan dərindən ah çəkdi və sözünü bitirdi. – Bax, üç ildir onlardan bir səs-səda yox-dur, onlar məndən imtina elədilər, mən də onlardan…
O mənə baxdı və diksindi.
– Bermet, sənə nə oldu?!
Mən hıçqırdım, ağladım və üzümü əllərimlə ört-düm. Mənə nə olmuşdu, bilmirəm, adətən mən diqqət eləyir, hıçqırmamağa çalışıram, bunun qulağımı necə ağrıtdığını bilirəm.
– Ay səni, sərçəciyəz! – o mənim başımı sığallaya-raq gülümsədi. – Həyatımda ilk dəfədi kiminsə mənə yazığı gəlir! Yoxsa hamı tələb eləyirdi… Di bağışla mə-ni, daha danışmayacağam… Mən bunu qəsdən, sənin mənə yazığın gəlsin deyə… Görürsən mən necə hiyləgə-rəm?!
Mən göz yaşları içində gülümsədim.
– Mən çox hiyləgərəm! – o şənlənərək ayağa sıçra-dı. Ağız-burnunu əyərək hansısa anlaşılmaz bir rəqs elə-yirdi, görünür məni əyləndirdiyini güman eləyirdi.
– Oh, mən necə də hiyləgərəm, necə də hiyləgərəm ki, özüm-özümü heç vaxt aldada bilmirəm!
Mən bu qəribə kişiyə baxırdım, qürub göyün yarısı-nı qıpqırmızı alov rənginə bürümüşdü, ləpələr isə köv-rək ağ daraqlar şəklində köpüklənirdi və mən həyatım-da heç vaxt olmadığım kimi şad və sakit idim. Asan təngənəfəs olub oturdu.
– Gedək? – məndən soruşdu.
Mən başımla təsdiqlədim.
– Sən necə də gözəl insansan! – o dedi.
Mənim baxışlarım dumanlandı.
– Sən ot kimisən, – o dedi. – Ot kimi iddiasız və ot kimi təmənnasız. Mən səni incitməyəcəyəm, bax, özün də görəcəksən…
Mən gözlərimi yumaraq ona qulaq asırdım və bir-dən alışıb yanan sobada alovun nəyə oxşadığını başa düşdüm. Əvvəlcə iki-üç çırpı oğrun-oğrun alovlanır, sonra üçüncüsü və budur alov qarşısıalınmaz halda şölə-lənir! Bu qarşısıalınmaz alov mənim ürəyimə oxşayırdı! Mən büsbütün alovlanıb yanırdım.
Mən ehtiyatla onun əlini sığalladım.
Mən iki nəfərlik enli çarpayıda uzanmışdım və gər-gin halda gecənin səslərinə qulaq asırdım. Sükut qulaq dəlirdi, yalnız arada hardasa it hürürdü, bir də həyətdə quzu mələyirdi.
Qapı çırpıldı və yaxınlaşan addım səsləri eşidildi. Mən gecə işığını söndürərək başımı ədyalın altında giz-lədim.
– Bermet! – Asan pıçıltı ilə çağırdı.
Mən susmuşdum və tərpənmirdim. Nəfəsimi tuta-raq donub qalmışdım. Asan addımlarını ehtiyatla ata-raq çarpayıya yaxınlaşdı. Oturdu.
– Bermet! – o bir daha pıçıldadı.
Mən nəfəs almağa qorxurdum. O ədyalı qaldıraraq uzandı və mən çox soyuq olan ayağın ayağıma toxundu-ğunu hiss elədim. Diksindim, amma tərpənmədim, hət-ta qımıldanmadım da. O mənimlə yanaşı uzanmışdı, demək olar mənə toxunmurdu, sonra ədyalı başımdan qaldırdı.
– Boğularsan!
Mən arxamı ona çevirdim. O mənim çiyinlərimi, si-nəmi sığallayırdı.
Sanki məni elektrik cərəyanı vururdu, amma mən başımı hərləndirən, hədsiz dərəcədə şirin olan bu həzdən inildəməmək üçün özümü ələ aldım. Titrəyərək yalvarış dolu baxışlarımı yuxarı qaldırıb ona baxdım.
– Qorxma! – o mehribancasına dedi. – Axı mən sə-nin ərinəm, başa düşürsən, qanuni ərinəm!
Mən gözlərimi yumdum. O məni öpdü. Mən hiss elədim ki, huşumu itirirəm. O ləzzətli vəhşi isə hey sı-ğallayır və öpürdü.
– Qorxma!.. Bu qorxulu deyil… Başa düşürsən, bu lazımdı, di deyək, alma yemək kimi, şirəli almanı, hər şey də bütün bundan keçir, hər şey, rəhbərdən tutmuş axırıncı avaraya qədər… Bu hətta yaxşıdır. Şirindir, dünyada ən şirin şeydir!.. Başa düşürsən? – o qızğınlıqla pıçıldayırdı. Mənsə ölümcül dərəcədə utanaraq, üzül-müş halda başımı bulayırdım.
– Bunsuz uşaq olmaz. Başa düşürsən?.. Mənsə qız istəyirəm! Gözəl və ağıllı qız, daha o düdəmələr kimi yox! Başa düşürsən? Sakitləş!… Bax belə!.. Afərin!.. Ağıllı qız!..
Mən ağrı hiss elədim, ani olaraq, payız milçəyi san-carkən keçirdiyim ani ağrıya bənzər və nəsə iri və isti – yəqin günəş şüası beləcə özünə yol tapır, daha doğrusu damdakı deşikdən qaranlıq saraya düşür, – mənə daxil oldu, sanki ilk anda məni bütünlüklə, boğazıma qədər doldurdu. Hətta nəfəs almaq da çətin idi. Nəfəsim kə-silmiş halda gözlərimi geniş açmışdım və Asanın əzab-dan dəyişmiş sifətini görürdüm, o aşağı yuxarı hərəkət eləyir, gözləri iki qara ulduz kimi işıldayır, sanki dağa dırmaşırmış kimi nəfəs alırdı.
– Gözlərini yum! – o pıçıldadı. – Mən bu mələk gözlərinə baxmaq istəmirəm! Yum! Bu işlə məşğul olanda hamı belə eləyir…
Mən gözlərimi yumdum və adamı kor eləyən günəş işığında yaşıl otların üzəriylə bir-birlərini qovaraq, gah ağlayan, gah gülən, gücsüz ayaqlarını yerə döyən uşaq-ları gördüm.
Mən artıq nəsə möhkəm və isti şeyin içimi sona qə-dər dolduraraq içimə daxil olmasına və az qala içimdən çıxmasına dözürdüm və birdən başa düşdüm ki, o nə vaxt ki, içimdən çıxmaq istəyir, mən onun içimdən ta-mam çıxmasını heç istəmirəm və buna görə də özümü cəld irəli verdim ki, onu qarşılayım, yenidən içimi dol-dursun və hər dəfə də onunla qarşılaşmaq üçün acgöz-lüklə tələsirdim, çünki bu mənə əvvəllər heç vaxt hiss eləmədiyim xoş bir hiss bəxş eləyirdi.
– Afərin! – o qızğınlıqla pıçıldadı.
Tərifdən ruhlanaraq mən bütün gücümlə cəhd elə-yirdim, amma sanki içimdə bir bomba partlayışı hiss elədim – az qala huşumu itirəcəkdim, – bədənimin hər bir hissəsinə hər tərəfdən yandırıcı qığılcımlar sancılır, mənim yazıq bədənimi titrəməyə məcbur eləyirdi. Mən movuldayaraq ağzımın suyunu ətrafa sıçradırdım. Ovuclarım, üzüm, mənim rahatlanan bütöv bədənim is-ti olmuşdu, sanki isti gündə günorta çağı birbaşa günə-şin yandırıcı şüaları altında uzanmışdım.
– Ağıllı qız! – Asan üzümdən öpərək pıçıldadı.
Mən gözlərimi yumaraq uzanmışdım. Bu şirin part-layışın əsəri keçmişdi və mən utanırdım.
– Mən əminəm, bizim qızımız olacaq, – Asan pıçıl-dadı.
Mən əllərimlə üzümü örtdüm. Yuxuya gedərkən günəş işığına qərq olmuş yaz çəmənliyində balaca bir qızı görürdüm, qız qəhqəhə ilə gülərək mənə doğru qa-çırdı:
– Ana….a!..
Mən yuxudan oyananda bütün otaq birbaşa pəncə-rədən süzülən günəş şüalarına qərq olmuşdu. Günəş do-ğana qədər yatdığıma heyrətlənmişdim. Həyatımda heç vaxt belə möhkəm yatmamışdım. Ayağa sıçradım, yün-gül, cəld idim, o uzaq yeniyetməlik illərimdə olduğu ki-mi və hətta özüm də buna heyrətləndim ki, sanki uzun illər ərzində səhərlər yuxudan əzgin halda oyanmamış-dım. Güzgüyə yaxınlaşdım, güzgüdən mənə diqqətlə baxan qadını mən də diqqətlə nəzərdən keçirməyə baş-ladım. Bu mən deyildim, hansısa başqa bəxtəvər, gözəl qadın idi! Doğrudu, illər onun sifətində öz izlərini qoy-muşdu, amma hər halda o gözəl qadındı… Mən dilimi bu qadına göstərdim, o da mənə. Mən gülümsədim, o da gülümsədi…
Mən güzgünün yanında dayanmışdım, pəncərədən Asanın süpürgə ilə həyəti süpürdüyünü görürdüm. Cəld geyindim, ona kömək eləmək üçün çıxmaq istəyəndə incik, oynaq qadın səsi məni saxladı.
– Təbrik edirəm sevimli arvadınla birlikdə!
– Sağ ol, – Asan cavab verdi.
Pəncərədən boylandım, dolu bədənli gənc qadındı, əlini belinə vurmuşdu, istehzalı gülüşlə Asana baxırdı, Asansa ona əhəmiyyət vermədən həyəti süpürürdü. Mən özümü daldaya verdim.
– Cavan arvadına yazığın gəlir?!
– Ona necə də yazığım gəlməsin. O yeganə…
Gənc qadın “hm” deyərək dayanmışdı, karıxıb qal-mışdı, sonra nəhayət dilləndi:
– Deyirlər sənin bu arvadın laldır?
– Düz deyirlər, – Asan sakit halda cavab verdi. Gö-rünür onun bu sakitliyi qadını özündən çıxartdı.
– Axmaq! – qadın qışqırdı. – Aulda sənin arxanca hoppana-hoppana gələcək nə qədər cavan, normal, əli-ayağı yerində olan dul qadın var, sənsə gedib dünyanın o başından lalı gətirdin? Ya bəlkə sənə mənlə olmaq xoş gəlmirdi?
– Yavaş! – Asan pıçıldadı. – Sənin ərin, uşaqla-rın…
– Nə olsun?
– Di onlarla yaşa.
– Ax sən!
– Mən də insan kimi yaşamaq istəyirəm. Bütün hə-yatım boyu özgə arvadlarının arxasınca qaçan deyi-ləm… Axı mənim ömrüm qüruba gedir…
– Mən bilirəm sən nəyə görə lalla evlənibsən! – gənc qadın qalib səslə səsləndi. – Bilirəm!
– Bu mənim işimdir.
– Sən! – gənc qadın nəşəli bir sevinclə ləzzət alaraq döşəyirdi. – Sən öz mədəni arvadının acığına evlənibsən! Sən ondan qisas almaq istəyirsən!
– Yum ağzını! – Asan sifətini bozardaraq qışqırdı. – Qulaq as əzizim, xoşluqla rədd ol, get!
– Oh-oh! Nə yaman qorxdum!
Bununla belə gənc qadın astadan deyinərək həyəti tərk elədi:
– Nankor it, it, it!
– Dayan! – Asan onu səslədi.
– Nə lazımdı?
– Gəl sən məni bağışla, – Asan ona qaşqabaqlı hal-da baxırdı və onun duruşundan qadının qarşısında alçal-dığı hiss olunurdu.
– Allah bağışlasın.
– Bilirsən, sən mənim arvadıma elə də…
– Tapmaca deyirsən?
– O eşidir, dilini dinc qoy!
– Onun eşitməsi necə də gözəldir! Demək, ona sə-nin qoçaqlıqlarını eşimək səadəti qismət olacaq! Ha-ha-ha!
– Səfeh!
Asan qəzəblənmiş halda süpürgəni fırlamağa başla-dı.
Biz alma ağacının altında oturub səhər yeməyini yeyirdik. Asan elə hey məni nəzərdən keçirirdi, hələlik mənim əbədi sükutuma alışa bilmirdi.
– Bura sənin xoşuna gəlir? – nəhayət o soruşdu.
Mən başımla təsdiqlədim. Əvvəlcə sadəcə başımı tərpətməklə, sonra isə sevinclə, ona necə sevindiyimi göstərməliydim, mənim sadəcə başımla təsdiq eləməyi-mi o soyuq rəftar kimi qəbul eləyə bilərdi. Danışa bilən adamların fikrincə, ifrat lazım olmayanda biz lalların fikrini astadan, etinasız bildirməyə haqları yoxdur.
– Bax, göl ordadır!
Mən gördüyümü işarə elədim. O gülümsədi. Bu da bizim bütün söhbətimiz. Mən onu məyus eləməkdən hədsiz qorxurdum. Di neyləyə bilərdim?! Evdəki kimi oxuyum və rəqs eləyim? Amma orda mənim əzizlərim Qasım və Rəqiyyə var idi, onlar məni sevir, bir uşaq ki-mi münasibət bəsləyirdilər. Onlar məni ərköyün eləmiş-dilər və mən orda hər cür uşaq hərəkətlərinə yol verə bi-lərdim. Bəs o bunu necə qəbul eləyərdi? Mən cürətsiz halda və günahkarcasına onu süzürdüm, bir halda belə darıxdırıcıdırsa neyləmək olar…
– Nuş olsun!
Həyətə bir qarı girdi, dünənki elçiydi. O bardaq gətirmşdi.
– Əyləşin, xala! – Asan hədsiz sevindi.
– Mən sizə süd gətirmişəm, – qarı dedi və bardağı stolun üstünə qoydu. Mənim yanağımdan öpdü. – Ne-cəsən, əzizim?
Mən düşünmədən baş barmağımı irəli verdim. Qa-dın pıqqıldadı. Asan da qəhqəhə ilə güldü. Onları se-vinclə nəzərdən keçirərək mən də sevinclə, amma özü-mü saxlayaraq güldüm. Allah eləməmiş başım qızışardı, onda mənim gülüşüm qaqqıltıya çevrilərdi.
– Allah eləsin sizdə həmişə yaxşı olsun! – qarı deyib fikrə gedərək susdu, sonra köks ötürdü və sifətini ol-duqca qayğılı bir ifadə almış halda davam elədi. – Asan möhkəm kişidir, təmizdir, əlləri qızıldır, əlindən hər iş gəlir, yalnız Allah ona xoşbəxtlik göndərməyib. Onu bu mədəni ilan məhv elədi…. Roza…
Внимание! Это не конец книги.
Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?