Текст книги "Poeziya ulduzları"
Автор книги: Tanrıverdi Əliyev
Жанр: Современная зарубежная литература, Современная проза
сообщить о неприемлемом содержимом
Текущая страница: 1 (всего у книги 3 страниц) [доступный отрывок для чтения: 1 страниц]
TANRIVERDİ ƏLİYEV
POEZİYA ULDUZLARI. şeirlər
MÜƏLLİF HAQQINDA
Tanrıverdi Niyaməddin oğlu Əliyev 2003-cü il 17 iyun tarixində Bakı şəhərində anadan olmuşdur. Atası I Qarabağ müharibəsi əlili, anası ibtidai sinif müəllimidir. Tanrıverdi 2009– 2015-ci illərdə Hacıqabul şəhər 8 saylı humanitar fənlər təmayüllü məktəb-liseydə orta təhsil almışdır. İbtidai siniflərdə oxuyan vaxtlarda babasının dəstəyi ilə məscidlərdə ərəb-fars dillərini mənimsəmiş, dini müəyyən qədər öyrənmişdir. Orta məktəbdə oxuyarkən onda Azərbaycan klassik şeirlərinə, xüsusən də Nizami Gəncəvi yaradıcılığına böyük maraq oyanmışdır. O, 20152018-ci illərdə Şirvan İstək Liseyində təhsilini davam etdirmişdir. İlk şeirini də məhz liseydə, 7-ci sinifdə oxuyarkən yazmışdır.
Yer üzündə alimlər çoxdur,
Sayı-hesabı yoxdur.
Alim olmaq istəsən əgər,
Çoxlu elm öyrənəsən gərək.
Alimlər elm öyrənib, alim olub,
Heç kəs durduq yerdə alim olmuyub.
Elm ucaldır həmişə insanı,
İnkişaf etsə, saxlar zamanı.
Liseydə təhsil aldığı zamanlarda gənc şairimizin Şah İsmayıla və onun yaradıcılığına rəğbəti artmışdır. O, Xətayinin həyatını araşdırmağı və şeirlərini təhlil etməyi sevmişdir. O zaman lisey yoldaşları və müəllimləri ilə kitablar oxumuş, araşdırmalar aparmışdır. Şair orda özünə sadiq dostlar tapmışdır. Müəyyən vaxtdan sonra o, dostlarına belə bir şeir həsr etmişdir:
İndiki zamanda var əsil dostlar,
Onlara kürək dayamaq olar.
Sədaqətli dostdur Hüseyn mənə,
Alı da yaxındır bizim Hatəmə.
Ceyhuna Kənandır ən yaxın qardaş,
Bizim uşaqlardır bir-birinə sirdaş.
Mehriban eləsin Allah sonacan,
Ürəkdədir onlar həmişə, hər zaman.
Şeirdən də göründüyü kimi, şair öz dostlarını səmimi qəlbdən çox istəmişdir.
2018-ci ildə İstək liseyi öz fəaliyyətini dayandırdıqdan sonra Tanrıverdi yenidən öz orta məktəbinə qayıdaraq, orada təhsilini davam etdirmişdir. Abituriyent zamanlarında dünya və Azərbaycan ədəbiyyatı ilə dərindən maraqlanan şair əruz vəznini də öyrənməyə çalışmışdır. Gənc şairimizin şeirləri və məqalələri vaxtaşırı “Mədəni İrs” qəzetində nəşr olunmuşdur.
Onu da qeyd edək ki,Tanrıverdi öz şeirlərini “Fateh” təxəllüsü ilə qələmə alır. Mənasını belə izah edir: “Fateh” öz kəlməsi ilə qəlbləri fəth edən anlamındadır”. O, məktəbi bitirdikdən sonra Azərbaycan Dillər Universitetinin filologiya fakultəsinə daxil olmuşdur. Hal-hazırda həmin universitetin I kurs tələbəsidir.
Gənc şairimiz Tanrıverdiyə müvəffəqiyyətlər arzu edirik!
DEYİMLƏR
1. Şah İsmayıl Səfəvi elə bir şahdır ki, o ölkə yıxdığına görə yox, ölkə qurduğuna görə təhqir olunur.
2. Cahil ilə savadsız fərqli-fərqli anlayışlardır. Savadsız odur ki, müəyyən bir elmdən anlayışı yoxdur, ya da az anlayışı vardır və bilmədiyini qəbullanır. Cahil isə heç nədən anlayışı olmaya-olmaya, özünü alim kimi aparır. Belə şəxslər bilmədiklərini boyunlarına almazlar.
3. Şeytan heç vaxt pisliyi pis kimi tanıtmaz. O, pisliyin zahirini insanın nəfsinə uyğun formada bəzədikdən sonra insana tanıdar. Aqil insanlar ilk öncə batini araşdırar, cahil insanlar isə zahiri gözəlliyə aldanar.
4. İnsan maddi varlıq olduğu üçün mücərrəd aləmdəki gələcəyi görə bilmir. Onda bu qənaətə gəlirik ki, ya insan maddi aləmdən mücərrəd aləmə keçsin, ya gələcək mücərrəd aləmdən maddi aləmə keçsin, ya da ki, maddi varlıq olan insan mücərrəd ruhundan istifadə eləsin. Fikrimcə, insanın maddi aləmdən mücərrəd aləmə keçməsi ölməkdir. Gələcəyin maddi aləmə keçməsi indiki zamandır, yəni artıq gələcək sayılmır. Maddi cismdəki mücərrəd ruhdan istifadə etmək də 6-cı hissin oyanması, bəsirət gözünün açılmasıdır.
5. İsti su başqa olur, qaynamış su başqa. İsti su zahirdə qaynamış suya oxşaya bilər, lakin həqiqi qaynamış su deyil. İnsanlar da belədir: boş-boş danışıb, zahirdə özünü aqil insan kimi göstərənlər var. Ancaq onlar əsl batində aqil insan deyillər. Çünki aqil insan az danışır.
6. Biz İslama yəqinliklə iman gətirdik.Yəqinlə yox. Hər kim ki, İslama yəqinlə iman gətiribsə, o şəkk etmiş olur.
7. Etdiyiniz duaların gec qəbul olmasının təqsirkarı Allah deyil, günahlarınızdır.
8. Təqvalı dostu olan şəxs həm bu dünyada, həm də axirət dünyasında heç vaxt zülm çəkməz.
9. Yəqinliyə əsaslanmayan hər bir fikir batildir.
10. İnsan müstəhəb əməlləri ilə öz gələcək müqəddəratını və axirətini kamilləşdirir, günah və bəyənilməyən çirkin əməllərlə isə pisləşdirir.
11. Mən tanıdığım Allah o Allahdır ki, qədimdə radikal bütpərəst olan Misiri indi müsəlman dövlətə döndərdi.
12. Tənqid etməzdən əvvəl tənqid edəcəyiniz insanı və istifadə edəcəyiniz sözləri yaxş-yaxşı düşünün. Əks halda istifadə edəcəyiniz sözlər təhqir, tənqid edəcəyiniz insan qanmaz ola bilər.
13. Ürək ağrısı ilə qəlb ağrısı bir-birindən ayrıdır. Ürək ağrısı bədəni, qəlb ağrısı isə ruhu xəstə edir.
14. Söz elə kəsərli bir şeydir ki, doğru yerində işlənsə, sevənləri qovuşdurar, yanlış yerdə işlənsə, sevənləri bir-birinə düşmən edər.
15. Eşqə əminliklə inanan şəxs ona iman gətirər.
16. İslam dininin özündə bir problem yoxdur. Problem üç şeydədir: bir o dini səhv anlayanda, bir o dini səhv yaşayanda, bir də radikal məzhəblərdə.
17.Toyun yasa döndüyünü görmüşdüm, lakin yasın toya döndüyünü görməmişdim. Onu da əsgərlərimiz yaşatdılar.
18. Sən ol Dəclə, mən Fərat, Şəttül-Ərəbdə qovuşaq.
19. Mərhəmətsiz insanların qəlbləri dar, başları taxtadır.
20. Zalımlarla münasibətim o qədər soyuqdur ki, isti Ekvator ölkələrini dondura bilər.
21. Əcəb hamı Allahdan çox bilir, Qiyamət gəlməmiş onun-bunun inancını, əməlini mühakimə edir.
22. Əruz vəzni ismi-əzəm kimidir: hər kim ki, ondan bir bəhr belə bilsə, möcüzələr yaradar.
23. Əhli-beyt(ə) qədər çox hikmətli hədisi xəzan kimi səpələmişdir ki, Şeyx Kuleyni onun bir hissəsini öz səbətinə toplaya bilmişdir.
24. Gözələ gözəl hədiyyə verdim ki, gözəlliyin zatına xələl gəlməsin.
Dini-fəlsəfi şeirlər
ALLAH
Əzəldən belədir dünyada qanun,
Allahın sözüdür xəlqi-kafünun.
Allahdır laməkan, heç hara sığmaz,
Allahın qadını, kişisi olmaz.
Allah istəsə, olar hər zaman,
Allah əmr etsə, tar olar kaman.
Allahın zatında elm edib təcəlli,
Onun öz zatındadır pak ədaləti.
İstəyən Allahı görər hər zaman,
Pak qəlblə görünər həmişə, inan.
Qəlbi kor olanlar görməz Allahı,
Görmədiyi məbuda etməz imanı.
Allahın sözüdür ən gözəl kəlam,
Hədis də kəlamdır, ona da inan.
Allahın işidir yaradıb-qurmaq,
Onun da əmridir İslama uymaq.
Allah qədimdir, əzəldən var idi,
Heç nədən doğulub, doğulmaz idi.
Allahın nişanı vardır hər yerdə,
Bəsirətin pak olsa, görə bilərsən.
Verdiyi nemətə şükür et ki sən,
Sonradan min qatın ala biləsən.
Allah yaratdığın sevir hər zaman,
Sən də sev Allahı, olsun tam tamam.
İbadət etməkdir sevməyin yolu,
Allahı sevənin yaxşıdır sonu.
Allah eyləyirsə bizlərə hörmət,
Biz də hörmət edib, qazanaq hikmət.
Allah hörmətinin sirridir təqva,
Möminin hörməti çoxdur hər zaman.
Hörmət çox olsa, dua olur qəbul,
Möminin duası məqbuldur, məqbul.
Duanın önünə sədd çəkir günah,
Günahkar duası gec qəbul olur, ah.
Allah duamızı qəbul eyləsin,
Bizi behişt ilən müjdələsin.
Allah ayırmasın bizi haq yoldan,
Əməl dəftərimiz verilməsin soldan.
Ey Allah, xəstələrimizə eylə şəfa,
Məzlum insanlara vermə sən bəla.
Dostları bir-birinə yaxın eylə,
Onlara qardaşlıq əqdini söylə.
Sevənləri biri-birinə qovuşdur,
Pis niyyətləri aradan sovuşdur.
Ömrün uzun eylə yaxın qohumların,
Bəxtlərini xoş eylə dost-tanışların.
Geri qaytar itirilmiş torpaqları,
Düşmənə verginən ağır bəlanı.
Hər kəsin duasın tez qəbul eylə,
Hamının duasına xeyirlər söylə.
Fateh deyər, bu şeiri oxuyan söyləsin amin,
Allah-Təala da dayansın arxamızda zamin.
MƏNƏM
Bu fələyi yoxdan var edən həqqi-Rəhman mənəm,
Qiyamət günündəki o məhşəri-mizan mənəm.
Yerin, ərşin əsasın qoydum, xəlq etdim insanı,
Musa ilə İsanı, Əhmədi yaradan mənəm.
Mən laməkanam, həm də ki, ta əzəldən var idim,
O qüdsi taxtı-tacım olan ərşi-məkan mənəm.
Mənim zəatımdadır xəlq eylədiyim hər məfhum,
Bu böyük on səkkiz min aləmə sığmayan mənəm.
Ədalət bünyadımdadır, kamil elm də həmçinin,
Xəlq eylədiyim canlıya mehriban olan mənəm.
ƏSRAR DEYİLMİ?
Ey bəni-Adəm, xəlq olmağın zatı əsrar deyilmi?
Möcüzeyi-Rəbbin əsrar olması əsrar deyilmi?
Ünsüri-çardan künfəyakünlə yarandı Adəm,
Bir qətrə cünubdan insan doğulması əsrar deyilmi?
Atəşi-isnan maddəsindən yaranıbdı pak su,
Suyun atəşi-isnandan yaranması əsrar deyilmi?
Möcüzeyi-eşq pərvanədir, fırlanır əşaqətək,
Əhli-beyt eşqin qəlbə dolanması əsrar deyilmi?
Əlinin cəhanə, İmam Zamânın qeybə sığmağı
Rəsulallahın meraca qalxması əsrar deyilmi?
Möcüzə kəlmeyi-Rəbbin yerləşməsidi Quranə,
Ərşin yek kainatə sığışması əsrar deyilmi?
Məhəbbət lütfüdür bizi bizə təslim eyləyən,
Məhəbbətin yar qəlbinə sığmağı əsrar deyilmi?
Kəlmeyi-Bismillahın məkani-zəbanə sığması,
Dostun çar hərfdəki sirri-sifatı əsrar deyilmi?
Cəmi-cismin zatındadır kərdən genişlənmək,
Yürəyin istidən sıxılması əsrar deyilmi?
Gözəlliyin kiçicik zahirdə təşəkkül tapması,
Ətri-behiştin xəndanə sığmağı əsrar deyilmi?
Ey Fateh, ismi-əzəmdən bir hərf möcüzələr qılar,
Bir hərfin möcüzələr yaşatması əsrar deyilmi?
MƏNƏM, MƏN
Bu günahkar insan bilsin, daim haqq olan mənəm, mən.
Covşəni kəbirdəki min bir ad sahibi Rəhman mənəm, mən.
Mən İbrahiməm ki, Nəmrud atəşi məni yaxmaz,
Musa kimü dəryanı ikiyə paralayan mənəm, mən.
O zəatı əsrarla dolu əhd sandığı məndədir,
Davud mən idim, Zəburu yazan mənəm, mən.
Süleyman ibni Davudam ki, olun xəbərdar,
Bir üzüklə Bilqeysi qəlbə salan mənəm, mən.
Yusif ibn Yəqubam, nurani cəmal sahibiyəm,
Zəkəriyyayam, bir çöpü hərəkatə salan mənəm.
Mən məqbərdə olsam belə, yardım eyləyərəm,
Xızıram, hər zəman imdadə cəld qaçan mənəm, mən.
Ol İsmi-azəmin hər hərfindən xəbərdaram ki,
Bir beyt ilən möcüzəzat yaradan mənəm, mən.
Hər yaranan məxluqat fanidir bu həyatda,
Aləmlərdə sonsuz olaraq yaşayan mənəm, mən.
Zülqərneyn İskəndərəm, şücaətim pürrdür, bil,
Yəcuci-Məcucu həbsə pərçim salan mənəm, mən.
Eşq pərvanəsiyəm , bir sözlə aşiq oldu hamı mənə,
İqtidarı əzəl, heç kəsə möhtac olmayan mənəm.
Əhməd kimi məsumam ki, möcüzəm Quran,
Qəməri bölüb ərşdən fərşə qalxan mənəm, mən.
Mən o mənəm ki, mənim ismimi anda verənlər,
Məndən səvayı yox Tanrı tək olan mənəm, mən.
Nuhun gəmisiyəm ki, xilasın yolu məndədir,
İsayi Məsihəm, ölünü diri yapan mənəm, mən.
Fatihədən ta Nasadək ayət məzhərimdədir,
Ol müqəddəs haqq olan təhrifsiz Quran mənəm, mən.
Təxəllüsüm Fatehdir ki, bunu bilsin bu cəhan,
Bir beyt şeirlə xəlqi əfsunlayan mənəm, mən.
DEMİŞƏM
Mən cahanı yoxdan var eyliyənə Rəhman demişəm,
Yüz on dörd súrəli pak kitabə Quran demişəm.
Axirətzəman Rəsuliallahə Əhmədi-Muxtar,
Həq Xəlifeyi-İslam Əliyə İmam demişəm.
Kafir ilə münafiqin yandığı yerdi cəhənnəm,
Müttəqilər məkanına cənnətu-rizvan demişəm.
Möminlər qardaşdır kəlmeyü-Allaha istinad,
Qardaş arasında nifaq salana Şeytan demişəm.
Ey Fateh, hər əqldə bir zərrə şüur olan deyil adam,
İnsanlığı dərk eyləyənə mən İnsan demişəm.
MƏNDƏDİR
Ey abidlər, gəlin mənə, həqqi-iman məndədir,
Hidayət olan gəlsin, on iki imam məndədir.
Məni məni-qəlbindən mən eyləyən varsa əgər,
Gəlsin mənə sarı, çünki, ədli-mizan məndədir
Məşuq isən, yarın qəlbindən dəf edibsə səni,
Gələrsən bu tərəfə, qəmi-pünhan məndədir.
Gər yaradanın surətin görmək istəyən varsa,
Baxsın mənə sarı, çün surəti-Rəhman məndədir.
Ümmül-kitab zatına kimdəsə varsa şəkkiyyat,
Hüsni-cəmalıma baxsın, ayəti-Quran məndədir.
Öyrənin dini-dünyəvi elmi təkamülçün,
Fəqət zati-elm ilə kamili-insan məndədir.
Öncə günah eyləyib, ardınca tövbə qılanlar,
Mən edirəm, nəhy əz münkər, pürri-savab məndədir.
Hidayət yolunu bulmaq istəyən kəslər,
Əmr be məruf edirəm, müstəhəbi-nişan məndədir.
Siz çəkirsiniz həsrəti-hicran Mehdi üçün,
Fateh çəkmir, çünki Mehdiyi əz-Zaman məndədir.
YA HÜSEYN
Внимание! Это не конец книги.
Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?Популярные книги за неделю
-
Похождения бравого солдата Швейка
Самое популярное произведение чешской литературы, роман Ярослава Гашека «Похождения… -
Карл Маркс (1818-1883) – выдающийся немецкий политический мыслитель, общественный…
-
Бакалавр медицины Питер Блад, обвиненный в государственной измене за то, что, верный…
-
Вышедший после смерти Теодора Драйзера заключительный роман «Трилогии желания» –…
-
Великолепно оформленное, богато иллюстрированное издание. Яркие, выразительные,…
-
«На маяк» – книга категорически необычная. Два дня, разделенные десятилетним промежутком…
-
«Записки о Галльской войне – это исторические заметки легендарного римского полководца и…
-
Писатель-классик, писатель-загадка, на пике карьеры объявивший об уходе из литературы и…
-
Элизабет Гаскелл – известная британская писательница, вставшая в один ряд с сестрами…
-
Творчество английского поэта-романтика лорда Джорджа Гордона Байрона (1788–1824) сыграло…
-
Ло Гуаньчжуна, ставшего в Китае почти легендой, считают автором 6 классических китайских…
-
Переиздание культового романа. Философия и социальные проблемы мира «без…
-
«Русские женщины» – это сборник поэм и стихотворений Николая Некрасова, классика русской…
-
Известный роман Джеймса Оливера Кервуда «Бродяги Севера» – одно из лучших произведений…
-
Эмиль Золя – основоположник натурализма в литературе, автор двадцатитомной эпопеи…
-
Филип К. Дик – классик научной фантастики, автор-новатор, который добавил жанру новое…
-
Леопард с вершины Килиманджаро
Ленинградская школа фантастики дала жанру многие славные имена. Георгий Мартынов, Илья… -
«…Выворачивать наизнанку базовые категории реальности наподобие пространства и времени…
-
После трагических событий прошлого Изабель не может найти себе места в родном городе. В…
-
Жан Грандье, шестнадцатилетний француз, сказочно разбогатевший в свои 15 лет на Аляске,…
-
Гавайи – рай для туристов, солнце, океан, пальмы… Люди давно забыли, что древние боги,…
-
Ударные военные романы, написанные настоящим знатоком жанра. Российские спецслужбы…
-
«Кто ж ты все-таки, Райнер? Не немец, хотя – целая Германия! Не чех, хотя родился в Чехии…
-
Писатель-классик, писатель-загадка, на пике карьеры объявивший об уходе из литературы и…