Электронная библиотека » Vurğun Əyyub » » онлайн чтение - страница 3

Текст книги "Romantizm və romantika"


  • Текст добавлен: 29 октября 2022, 11:40


Автор книги: Vurğun Əyyub


Жанр: Зарубежная публицистика, Публицистика


Возрастные ограничения: +16

сообщить о неприемлемом содержимом

Текущая страница: 3 (всего у книги 12 страниц) [доступный отрывок для чтения: 3 страниц]

Шрифт:
- 100% +

Azərbaycan romantiklərinin bu fikirləri Avropa və rus roman-tizminin nümayəndələrinin fikirləri ilə yaxından səsləşirdi. Təsa-düfi deyil ki, 19-cu əsrdə italyan romantikləri də tələb edirdilər: “Şair sadəcə olaraq təlim görmüş natiq deyil, insan, vətəndaş və insansevər olmağa borcludur.” (128, 68) Şair-vətəndaş ideyası de-kabrist romantizmi üçün də çox səciyyəvi olmuşdur. (99) Azər-baycan romantiklərinin şair-vətəndaş haqqında fikirlərinin ital-yan və rus romantiklərinin ideyaları ilə üst-üstə düşməsi təsadüfi sayılmamalıdır. Çünki vətəndaşlıq həqiqi sənətin əsas və həlledi-ci şərti, vətəndaş olmaq hər bir əsl sənətkarın borcudur.

Deyilənlərdən belə bir nəticə çıxartmaq olar ki, sənətkarın və-təndaşlıq mövqeyi barədə fikir və mülahizələr Azərbaycan ro-mantiklərinin ədəbi-estetik görüşlərində mühüm yer tutmuş, on-ların hər hansı sənətkara qiymət verməsində vətəndaşlıq əsas meyar olmuşdur.

II FƏSİL

AZƏRBAYCAN ROMANTİK LİRİKASINDA

VƏTƏNDAŞLIQ PROBLEMİ

Artıq təsdiqlənmiş faktdır ki, sənətdə romantizm cərəyanını inqilablar və milli azadlıq hərəkatları doğurur. Hələ 1868-ci ildə Karl Marks Fridrix Engelsə məktubunda yazmışdı ki, romantizm “fransız inqilabına və onunla bağlı maariflənməyə bir reaksiya idi.” (116,44) Romantizmin muasir tədqiqatçısı da Marksın bu fik-rini davam etdirərək yazırdı: “Romantizm dövrü-böyük və kiçik Avropa inqilabları, milli-azadlıq hərəkatı dövrü idi.” (105,19)

20-ci əsr Azərbaycan romantizmi də, V.İ.Leninin “mübarizə ili”, “dəli il” – deyə xarakterizə etdiyi 1905-ci il inqilabının nəti-cələrinin təsiri ilə yaranır və bütöv cərəyan kimi formalaşır. 1905-ci il inqilabının dünya əhəmiyyətindən danışan V.İ.Lenin yazırdı: “Rus inqilabı bütün Asiyanı hərəkətə gətirmişdir. Türkiyədə, İranda, Çində olan inqilablar sübut edir ki, qüdrətli 1905-ci il üs-yanı dərin iz buraxmışdır və onun təsiri, yüz milyonlarla adam-ların irəliyə hərəkətində özünü göstərən bu təsir aradan qaldırıla bilməz.” (60, 367)

Azərbaycan romantizminin ən qabaqcıl nümayəndələrinin (M.Hadi, A.Səhhət, A.Şaiq, H.Cavid) yaradıcılığı da 1905-ci il in-qilabının təsirini, “oyanmış Asiya”nın tarixi-ictimai mənzərəsini, inqilabi əhval-ruhiyyəsini romantizmin poetikası daxilində əks etdirirdi. Zülm və milli təzyiq altında inləyən Azərbaycan xalqı-nın ictimai azadlıq və nicat, qardaşlıq, bərabərlik, xoşbəxt həyat haqqında arzuları inqilab illərində daha cəsarətlə, kəskin şəkildə irəli sürülürdü. Həmin dövrə, ictimai-sosial çağırışlara cavab ki-mi yaranmış Azərbaycan romantik lirikası birinci növbədə vətən-daşlıq idealları ilə silahlanır. Azərbaycan romantizminin vətən-daşlıq xarakteri özünün bədii ifadəsini məhz lirikada qabarıq su-rətdə tapa bilir. Çünki tədqiqatçıların da təsdiq etdiyinə görə, liri-ka romantizmdə özünün çiçəklənmə dövrünü keçirir. Məsələn, görkəmli ədəbiyyat nəzəriyyəçisi və romantizmin tədqiqatçıların-dan olan N.Qulyayev yazır ki: “İnsanın daxili dünyasını açıb gös-tərən lirik poeziya öz misilsiz yüksəlişinə romantizmin bərqərar olması dövründə gəlib çatır.” (100,144)

İnqilabi demokratizmin və vətəndaşlıq ideallarının qüvvətli olması 20-ci əsr Azərbaycan romantik lirikasının vətəndaşlıq sə-viyyəsini şərtləndirirdi. Dövrün ən irəlidə gedən cərəyanı olan tənqidi realizmlə eyni zamanda mövcudluğu, onunla qarşılıqlı əlaqə, həmrəylik şəraitində mövcud olması, həyatın cari və sosi-al-siyasi məsələlərini işıqlandırmaq baxımından tənqidi realizmin ona təsiri də romantak lirikamızın vətəndaşlıq məzmununu artı-rırdı. Digər tərəfdən, Avropa romantizmindən fərqli olaraq Azər-baycan romantizmi maarifçilik ideologiyasına qarşı olmamış, ək-sinə ondan bəhrələnərək inkişaf etmişdir. Maarifçilik isə vətən-daşlıq hisslərinin güclü olması, milli özünüdərkə çağırışla xarak-terizə olunur. Bu da fikrimizi sübut edir ki, “vətən”, “millət”, “vətəndaşlıq sözləri bizim ədəbi-ictimai fikir tarixində ilk sosial izahını böyük Azərbaycan maarifçisi M.F.Axundovun yaradıcılı-ğından alır. (83,15-16) Rus çarizminin milli zülmünün güclənmə-si, imperializmin süquta uğraması dövrünün maarifçiliyi sözsüz ki, 19-cu əsr maarifçiliyi ilə eyni ola bilməzdi. Azərbaycan roman-tikləri maarifçiliyin məhz imperializmin süqutu dövrünə məxsus idealları zəminində özlərinin ideya-fəlsəfi baxışlarını yaradırdı-lar. Maarifçiliyin romantik sənətkarların qəlbinə doğma olan, əqi-dəsinə uyğun gələn idealları romantik bədii inikasda xüsusi bir forma alırdı. Bu baxımdan Y.Qarayevin aşağıdakı fikri maraq do-ğurur: “Romantikləri, ümumiyyətlə, maarifçilik yox, onun icti-mai-milli qeyrətlə və vətəndaşlıq idealları ilə bağlı motivləri cəzb edirdi. Burada tənqid edilən qafilliyin və avamlığın məzmunu da dəyişirdi: o, ictimai avamlıq, vətəndaşlıq qafilliyi, bilavasitə milli inqilabi şüur nadanlığı şəklində irəli sürülürdü.” (55)

Türkiyə romantizminin görkəmli nümayəndələrinin, xüsusilə T.Fikrətin yaradıcılığı ilə Azərbaycan romantiklərinin yaxından tanışlıqları da onların vətəndaş-şair kimi formalaşmalarında az rol oynamamışdır. Ümumiyyətlə, azadlıq, inqilab, maarif mə-sələlərinin – bir sözlə, Azərbaycan romantiklərinin bədii tədqiqata cəlb etdikləri vətəndaşlıq problemlərinin işlənilməsində T.Fikrə-tin onlara güclü təsiri duyulmaqdadır.

XX əsr Azərbaycan romantiklərinin yaradıcılığında vətəndaş-lıq lirikası yuxarıda yığcam şəkildə göstərdiyimiz bir tarixi-icti-mai, ideya-fəlsəfi zəmində formalaşmışdır. Biz bu fəsildə yazıçı-nın vətəndaşlıq mövqeyi barədə Azərbaycan romantiklərinin ədəbi-estetik görüşlərində irəli sürdükləri prinsiplərə bədii yara-dıcılıqlarında nə dərəcədə əməl etdiklərini izləyəcəyik. Bəri baş-dan deyək ki, romantiklərimizin ədəbi yaradıçılıqlarında bədii təhlil obyektinə çevirdikləri problemlər onların ədəbi-estetik gö-rüşlərində qoyulmuş məsələlərdən qat-qat geniş və əhatəlidir. Həm də poeziyada vətəndaşlıq hədsiz dərəçədə geniş anlayışdır. Biz bu vətəndaşlığın Azərbaycan romantiklərinin vətəndaşlıq liri-kasında daha qabarıq və köklü işlənmiş motivlərini təhlil obyek-tinə çevirmək fikrindəyik.

a) Vətənpərvərlik və humanizm

XX əsr Azərbaycan romantiklərinin vətəndaşlıq lirikasında əsas, aparıcı motivlərdən biri vətənpərvərlikdir. Vətən məhəbbə-ti ideyasını öz yaradıcılıqlarında yüksək bir səviyyəyə qaldıran Azərbaycan romantikləri “Hübbül-vətən-minəl-iman” (Vətəni sevmək iman sahibi olmaq deməkdir) – deyən “Quran” ayəsinə əsaslanırdılar. Vətənpərvərlik klassik poeziyamızın da sevimli motivlərindən olmuşdur. Əsrimizin başlanğıçında isə bu elə bir güclü ideya motivinə çevrildi ki, romantik lirikanın əksər mövzu istiqamətlərinə də təsir etdi. Tədqiqatçı İ.Həbibov bu cəhəti “inqi-lablar dövrünün murəkkəb hadisələri, xalqın, ölkənin taleyi, yerli istismarın və xarici müdaxilənin güclənməsi” (46,13) ilə izah edir. Romantiklər dövrün real həyat hadisələrinə – inqilablara, impe-rialist müharibələrinə də vətən məhəbbəti ideyası prizmasından münasibət bəsləmişlər.

Romantik şairlərimizin yaradıcılığında vətənpərvərlik əsasən iki tip şeirlərdə daha qabarıq əksini tapmışdır:

1. Mövzusu təbiətdən götürülmüş, Vətənin təbii gözəlliklərini təsvir edən şeirlərdə.

2. Vətənin taleyindən bəhs olunan şeirlərdə.

Birinci qism şeirlərdə təsvir və tərənnüm xarakteri güclüdür. Şairlər bir tərəfdən Vətənin təbii gözəlliklərini rəsm edir, digər tə-rəfdən həmin gözəlliyin doğurduğu hiss-həyəcanı tərənnümlə məşğul olurdular. Bəzən isə bu iki cəhət şeirdə qaynayıb-qovu-şurdu. Ona görə də İ.Həbibovun yuxarıdakı fikrinin davamı kimi deyilmiş “klassik poeziyadakı vətənin tərənnümü motivlərini bu mərhələdə vətənin taleyi problemi əvəz etmişdi” (seçdirmə mənim-dir-V.Ə) (46,13) mülahizəsi ilə razılaşmaq mümkün deyil. Ro-mantik lirikanın inkişaf mənzərəsinə diqqətlə nəzər saldıqda, hər iki motivin yanaşı bədii təcəssümünü görürük. Əvvəla ona görə ki, romantik şairlərdə vətənin tərənnümü, yoxsa vətənin taleyi? – dilemması olmamışdır. Onlar vətəni tərənnüm edərkən elə vətə-nin taleyini düşünmüşlər. Təkcə A.Səhhətin vətən təbiətinin gö-zəlliklərinə həsr edilmiş şeirlərinə diqqət yetirmək kifayətdir. İkincisi də, vətəni tərənnüm etmək – vətən məhəbbətinin poeziya-da tərənnüm xarakterli təzahürüdür. Təsadüfi deyil ki, tədqiqatçı özü də vətən məhəbbətinin, onun taleyi və nicatı barədə düşün-cələrin davamı kimi qiymətləndirdiyi vətən təbiətinin müxtəlif mənzərələrini əks etdirən peyzaj lirikasından da geniş danışmış-dır.

Azərbaycan romantik lirikasında, xüsüsilə A.Şaiq və C.Cab-barlı yaradıcılığında təbiət lövhələri bəzən insanın ictimai vəziy-yətini, daxili aləmini açmaq üçün rəmzə çevrilir, lirik qəhrəmanın əhval-ruhiyyəsinin qabarıqlaşdırılması üçün vasitə rolunu oyna-yır. A.Şaiqin “Qış gecəsi” şeirində (30, II, 28) xəstə uşaqla qəmli ananın acınacaqlı taleyindən söhbət açılır. Şair ana və balanın tənhalığını, çıxılmaz vəziyyətini daha təsirli vermək üçün təbiətin də sərt məqamını seçir. Ana-balanın köməksizliyi, məzlumluğu ilə kəskin təzad təşkil edən qış gecəsinin müdhişliyinin təsviri in-sana qarşı mərhəmət hissi oyatmaq üçündür.

C.Cabbarlının “Boranlı qış gecəsi”ndə də təxminən eyni vəziy-yətlə rastlaşırıq. O da Şaiq kimi təbiətin amansız anını təsvir etdi-yi hadisəyə,vermək istədiyi məna və ideyaya uyğun seçmişdir. Xəstə ana ilə xəstə övladın köməksizliyi müqabilində təbiət yum-şalmaq əvəzinə öz amansızlığını sanki birə-beş artırır.

Əsir külək yenə vəhşi kimi guruldayaraq,

Vıyıldayır, bağırır, artırır da dəhşətini.

Vurur, yıxır, dağıdır, sındırır,uçaldır səs,

Bəşər vücuduna san göstərir ədavətini. (2,167)

Göründüyü kimi hər iki şeirdə hadisə də, təbiətin məqamı da, ideya da eynidir. Bu isə gənc Cabbarlıya A.Şaiq yaradıcılığının tə-siri ilə bağlıdır. (Bu barədə bax: 71, 10-11)

Təbiətə üz tutmaq, orada rahatlıq axtarmaq – bütövlükdə ro-mantizmə xas olan tipoloji bir xüsusiyyətdir. Lakin Azərbaycan romantizmində təbiəti kulta çevirmək meyli zəifdir. Təbiət hadi-sələri, ona məxsus detallar heç də həmişə simvolikaya, rəmzləş-dirməyə xidmət etməmişdir. Bu cəhət nəzərə alınmadığındən bə-zi tədqiqatçılar istisnasız olaraq peyzaj lirikasının bütün nümunə-lərində ictimai simvolika axtarmaq istəmişlər. Məsələn, İ. Həbi-bov tədqiqatında “şəhər peyzajı” (46, 20) ifadəsi işlədir. O, A.Səh-hətin “Şamaxı zəlzələsi” və H.Cavidin “Bakıda” şeirlərini doğu-ran ictimai-iqtisadi amillərin rolunu göstərməklə rus ədəbiyyat-şünaslığından götürdüyü həmin ifadəyə milli ədəbiyyatünaslığı-mızda da vətəndaşlıq vəsiqəsi verə bilir. Etiraz doğuran cəhət isə odur ki, tədqiqatçı “Şamaxı zəlzələsi” şeirinə ictimai don geydir-məyə çalışmış, konkret fakta istinad edə bilməsə də, orada “inqi-labi çaxnaşmaya simvolik işarələr” (46, 21) axtarmağa can atmış-dır. Halbuki şeir sözün müstəqim mənasında zəlzələdən sonra Şamaxının düşdüyü vəziyyəti göz önündə canlandırır. A.Səhhət “Şamaxı zəlzələsi”ində doğma şəhərinin təbii gözəlliklərinin yer-lə yeksan olmasından və biçarə xalqa kömək göstərilməməsindən doğan kədər, pərişanlıq hisslərini ifadə etmişdir.

Təbiət lövhələrindən bəhs edən şeirlərin çoxunda insan ilə təbiət arasındakı təmasdan, ünsiyyət və əlaqədən doğan hiss-hə-yəcanlar əksini tapır. Şeirlərdə hökm sürən əhval-ruhiyyə isə gah şadlıq, gah da kədər motivi ilə müşayiət olunur. Azərbaycan ro-mantikləri təbiət lövhələrini rəssam istedadı ilə müşahadə edir, rəssam ustalığı ilə onları söz vasitəsilə rəsm edirdilər. Belə şeir-lərdə təbiət canlı bir varlıq kimi onları ovsunlayırdı. Şairlər təbi-ətdə öz daxili aləmlərinin əks-sədasını axtarmır, əksinə təbiətin onların daxili aləmində doğurduğu əks-sədanın, heyranlığın təs-virinə üstünlük verirdilər. A.Səhhətin “Yay səhəri” şeiri dediklə-rimizə sübut ola bilər:

Od tutub qırmızı atəşlə yenə yandı üfüq,

Şəfəqin qırmızı rəngilə işıqlandı üfüq.

Bir qədər çaydan uzaq, od qalamış dağda çoban,

Oyadır öz sürüsün otlaya yaylaqda çoban.

Yumşaq göy çəmənin üstə düşüb şeh gecədən,

İsti yoxdur, hələ var bir balaca meh gecədən.

Ağ dumanlar ucalır göy üzünə dağlardan,

Çox sərindir havası, keçmə bu yaylaqlardan. (28,1,76)

“Yay səhəri” şeirində bu cəhəti dəqiq müşahidə edən K.Talıb-zadə yazır: “Peyzaj lirikasının gözəl nümunələrindən olan bu parçada heç bir süni, xeyali, qondarma fikir və duyğu yoxdur. Şa-ir yay səhərini gördüyü və duyduğu kimi, bütün təbii xüsusiy-yətləri və əlamətləri ilə təsvir edir.” (74, 172) Doğrudan da, Səh-hət həmin şeirində səhərin bir anını zəngin boyalarla canlandır-mağa, təbiətlə insanın vəhdətini əks etməyə ustalıqla müvəffəq olmuşdur. Şair burada fərdi müşahidələrinə, canlı naturadan alı-nan ilk təəssürata əsaslandığından uqurlu şeir yarada bilmişdir.

H.Cavidin “Dəniz tamaşası” şeirində də təbiət şairin diqqətini filosof, moralist kimi, dünyanın əzablarından qaçmaq üçün siğı-nacaq məskəni kimi deyil, şair-rəssam kimi cəlb etmişdir. Y.Qara-yenin belə bir fikri ilə razılaşmaq lazımdır ki, “Dəniz tamaşası” şeirində “dəniz ilk dəfə idi ki, doğrudan da “tamaşa” hədəfinə çevrilirdi. O, bizim romantik şeirdə ruhun rəmzi, fikrin simvolu olmayan ilk təbii saf təbiət mənzərələrindən biridir.” (55,121)

Bu baxımdan həmin şeirlə A.Səhhətnn “Dərya kənarı” şe-rinin müqayisəsi maraqlıdır. Səhhət dənizi gecə yarısı təsvir edir. Onun lirik qəhrəmanı həyatdan, ”qəmli dövrandan” bezdiyinə görə dərya kənarına gəlmiş, öz daxili aləmi ilə dəniz arasında uy-ğunluq axtarır, qəmini onunla bölüşmək istəyir. Cavid isə dənizi oxucuya romantiklərimizin tez-tez müraciət etdikləri bir vaxtda – günəşin qürub etdiyi zamanda təqdim edir. Bu təqdimatda dəni-zin sakit və tufanlı dəmlərinin romantik təsviri ilə üzləşirik. Bu-dur, dəniz sakitdir:

Günəş qürub eləyir, göy…mühitimiz gömgöy…

Göz işlədikcə könül uçmaq üzrə çırpınıyor,

Günəş qürub eləyir; göy…fəza, dəniz gömgöy…

Uzaqda, yalnız üfüqlərdə var bir aləmi-nur. (3,1,74)

Lirik qəhrəmanın uşaqkən cənnət haqqında eşitdiyi əfsanələr, indi qüruba qarşı dənizi seyr edərkən ona həqiqət kimi görünür. Çünki dəniz öz rəngləri, əlvanlığı, gözəlliyi ilə cənnəti xatırladır. Çünki:

Qürubə qarşı dəniz səhneyi-lətafət olur,

Qüruba qarşı dəniz başqa bir qiyamət olur. (3,1,74)

Lakin dənizin sakitliyi uzun çəkmir. Azacıq keçməmiş “çıldı-rıb qudurur dəniz”:

Uca dağlar qədər, əvət qocaman,

Dalğalar gurlayıb gəlir hər an.

Gəmi sərsəmləyib bu fırtınadan,

Bağırır sanki istəyirdi aman.

Yüksəlir, yüksəlirdi ərşə qədər,

Alçalır, alçalırdı fərşə qədər. (3, 1, 76)

Əgər şeirdə dənizin müxtəlif anlarının təsvirindən sonra mü-əyyən düşünncələr gəlirsə, bu da dənizin gözəlliyinin şairdə do-ğurduğu fikir və arzulardır. Göründüyü kimi, dəniz bədii obraz kimi Səhhətə və Cavidə başqa-başqa məqsədlər üçün lazım ol-muşdur. Ümumiyyətlə, onu da deyək ki, dəniz və okean roman-tizm ədəbiyyatında tez-tez müraciət olunan obrazlardandır. Bu mövzunun köklü işlənməsi romantizmlə bağlıdır. (136, 224) Hə-min cəhət Azərbaycan romantizmində də qabarıqdır.

Təbiət mövzusunda yazılmış şeirlərdə real müşahidə və detal-lar bəzi tədqiqatçılara həmin əsərlərin realist üslubda yazıldığı fikrini söyləmək üçün əsas olmuşdur. Şeirdəki təbiət lövhələrinin reallığı hələ onun təsvir üsulunun realist olması demək deyildir. Təsvir və ifadə vasitələrinin parlaqlığı, bütün şeir boyu davam edən romantik pafos, dərin lirizm həmin şeirlərin romantik üs-lubda yazılmasını söyləməyə haqq verir.

Romantik poeziyada təbiət şairin vətənpərvərlik duyğularının mənbəyi, vətən gözəlliklərinin bir parçasıdır. Yuxarıda misal gə-tirdiyimiz şeirlərdə şairlərin vətən məhəbbəti təbiət lövhələrinin gözəlliyini şeirin obyektinə çevirmələri ilə izah olunur. Sözsüz ki, bu təkcə romantik şairlərin məhəbbəti olmaqla məhdudlaşıb qal-mır, oxucunun qəlbində də vətənpərvərlik duyğuları oyadır.

Azərbaycan romantikləri peyzaj lirikasının nümunələrini yara-darkən, birinci növbədə, vətəni sevən, onun təbii gözəlliklərinin qədrini bilən vətəndaşlar tərbiyə etməyi nəzərdə tuturdular. Bu, əlbəttə, Azərbaycan romantizminin maarifçilik xüsusiyyətindən irəli gəlirdi. A.Səhhət “Vətən” (1914) şeirində Qafqazın təbii gö-zəlliklərindən romantik bir dillə söhbət açandan, öz ölkəsini “dünya üzrə bimisli bibədəl yer” adlandırdıqdan sonra oxucula-rının qəlbində məhəbbət duyğularını coşdurmaq üçün onlara be-lə sualla müraciət edir:

Bu cür gözəl məmləkəti kim sevməz?

Bunca firavan neməti kim sevməz?

Mən vətəni canım kimi sevərəm,

Ruhum, ətim, qanım kimi sevərəm. (30,1,81)

A.Şaiqin “Dağlar sultanı” şeirində də demək olar ki, eyni məq-səd izlənir:

Gözəl olur bizim elin yaylağı,

Gül-çiçəkdir bu yerlərin otlağı.

Bir cənnətə bənzəyir hər bucağı,

Durna gözü kimi vardır bulağı. (30, II, 42)

H.Cavid də məktəblilərə həsr etdiyi “İlk bahar” şeirində ilk baharın gəlişilə doğma torpağında yaranmış gözəllikləri təsvir edərkən, yəqin ki, kiçik yaşlı uşaqlarda vətən məhəbbətini tərbiyə etmək məqsədini izləmişdir:

Bahar, bahar gəlmiş, yenə ilk bahar;

Güllər, çiçəklər gülər,quşlar oynar.

Göyün altun saçlı qızı nur saçar.

İnsanların tutqun könlünü açar. (3,1,44)

Yuxarıdakı nümunələrdə romantik şairlərin vətən məhəbbəti təsvir üsulu ilə ortaya çıxmışdır. Onlar vətənin maddi nemətləri – dağ, meşə və bulaqları haqqında iftixarla danışmış, həmin tor-pağa məxsus vətəndaş olmaları ilə fəxr etmişlər.

Romantik poeziyada təsvir üsulundan başqa, vətən məhəbbə-tini birbaşa tərənnüm üsulu da geniş yer tutur. İkinci tip şeirlərdə romantik şair konkret obyektin, səhnənin təsviri ilə məşğul ol-mur. O, açıq şəkildə, monoloqvari özünün vətənə olan sonsuz məhəbbətini ifadə edir. A.Səhhətin “Ey vətən, getmə ki, əldən ge-dəriz”, “Vətən” (1909), A.Şaiqin "Vətənə qayıdarkən", H.Cavidin “Olubdu qəlbimə hakim mənim məlali-vətən” misrası ilə başla-yan qəzəli, M.Hadinin “Ah, kimsəsiz vətən”, “Ümid səhneyi-ta-maşeyi-həyatın ruhudur”, “Yadi-Vətən”, “Qürbət ellərdə yadi-Vətən" şeirləri həmin üsulla yaradılmışdır. Adını çəkdiyimiz şeir-lərdə müşahidə olunan yeni keyfiyyətlərdən biri odur ki, vətənlə vətənpərvər lirik qəhrəman arasındakı münasibət məşuqla aşiq arasındakı məhəbbəti xatırladır. Vətən Leyli misallı bir ünvana – lirik qəhrəman isə vüsal, gözəllik, azadlıq eşqi ilə çağlayan Məc-nuna çevrilir. Vətən taleyinin doğurduğu narahatlıq, ayrılıq əzabı və qorxusu lirik qəhrəmanı əsil Məcnun yanğısı ilə fəryad qopar-mağa məcbur edir:

Olubdu qəlbimə hakim mənim məlali-vətən,

Başımda şur ilə məskən salıb xəyali-vətən.

Vətən, vətən deyərək hər diyarə səs salıram,

Düşərmi bircə dilimdən mənim məqali-vətən.

Vətən məhəbbətini əmr edibdi peyğəmbər,

Xoş ol kəsə ona həmdəm olub vüsali-vətən. (3,I, 66)

“Vətən sevgilidir” – klassik ədəbiyyatımızda arabir rast gəldi-yimiz bu fikir romantik lirikada daha sıx şəkildə deyilmişdir. Li-rik qəhrəman klassik ədəbiyyatımızdakı aşiq kimi vətən həsrətilə qovrulur, onun vüsalına çatmaq arzusu ilə çırpınır, fəryad qopa-rır, nalə çəkir. Vətən Səhhət üçün “sevgili məhbub”, “sevgili ca-nan”dır. Eyni ilə belə münasibəti bir az sonra lirik qəhrəmanla azadlıq (hürriyyət) pərisi arasında da muşahidə edəcəyik.

Romantiklərin vətənin taleyindən bəhs edən şeirlərində bir qayda olaraq, qəm-qüssə, pərişanlıq motivləri qabarıqdır. Bu və-tənin taleyini düşünən, onu azad və cah-cəlallı görmək istəyən vətənpərvər, vətəndaş şairin kədəridir. M.Hadi yaradıcılığındakı kədərin ictimai məzmununu aydınlaşdıran ədəbiyyatıünas Ə.Mirəhmədovun aşağıdakı fikri dəqiq deyilmişdir: “Söz yox ki, bu sadəcə müşkülpəsəndlik, dərd-qəmə aludəçilik deyildi; tarixi şəraitdən doğan, Hadi ilə bərabər bütün XX əsr şeirinə, “arizi qəmlər əlindən ürəyi şişmiş” Sabirə, “öz yurdunda bir qəribdən seçilməyən Cavidə”, “vətəni görmədim məramımca” – deyən Şai-qə, “Sınıq saz”ında qəmli mahnılar çalan Səhhətə də xas olan də-rin sosial məzmunlu bir kədər idi.” (66, XXV)

Romantik poeziyada vətənin taleyi barədə ilk “həyəcan təbili” A.Şaiqin “Vətən” və A.Səhhətin həmin şeirə yazdığı cavab mək-tubunda çalınır. Hər iki şeirdə Vətənin dərd və ələmlər məskəni-nə çevrilməsindən, onun zülmətə və möhnətə həmdəm olmasın-dan, övladlarının naxələfliyindən hüznlü-hüznlü söhbət açılır. A.Şaiq yazır:

Ey çeşmimin önündə mücəssəm, vətən, vətən!

Qəlbim kimi ələmlərə həmdəm vətən, vətən!

Baxdıqca həsrət ilə o solğun camalına,

Çeşmimdə tər görsənir aləm vətən, vətən!

Axşam-səhər o gül üzünü isladan nədir?

Göz yaşlarınmı, yoxsa ki, şəbnəm? Vətən, vətən! (30, II, 7)

A.Səhhət öz şeirinə birbaşa Şaiqə sualla başlayır. O da qələm dostu kimi Vətən dərdi ilə alovlanır:

Şaiqa, neyləsin axır, söylə biçarə vətən?

Tapmayır səhhət üçün dərdinə bir çarə vətən.

Yoxdur ümmidi-şəfa hali-pərişanında,

Oxşayır çox belə bir xəstəvü bimarə vətən. (28, I, 159)

Səhhətin “Vətən” şeirində fərqli cəhət burasındadır ki, şair və-tənin bu hala düşməsinin səbəbləri üzərində düşünür: onun bir səbəbini artıq vətənin qüdrətinin azalması, qeyrətli oğullarının olmamasında, digər səbəbini isə islama və Qurana itaətdən uzaq-laşmaqda görür. Lakin qiymətli cəhət burasındadır ki, şair ümi-dini itirmir, vətən dərdlərinin çarəsini keçmişlərdən, uzaqlardan, mövhumi qüvvələrdən yox, inqilabi çaxnaşmalar məskəninə çev-rilmiş Bakıdan gözləyir:

Yenə bu dərdlərin çarəsi Bakıdan olur,

Çeşmi-ümmid tutubdur ora həmvarə vətən.

Vətənin illətinə beyti-şəfadır Bakı,

Bu məkandan tapacaq çarə dili-zarə vətən. (28, I, 160)

Zamanında bizim ədəbiyyatşünaslıq Azərbaycan romantiklə-rinin, eləcə də Səhhət yaradıcılığının bu qiymətli cəhətini doğru olaraq aydınlaşdırmış və dəyərləndirmişdir. Ədəbiyyatşünas K. Talıbzadənin aşağıdakı fikri bu baxımdan yerinə düşür: “Keç-mişə ehtiramla yanaşı, onu idealizə meyli, müasir cəmiyyətə nif-rət və etiraz, vətənin həm keçmişi, həm də gələcəyi baxımından cəmiyyətin kəskin tənqidi, xüsusən, gələcəyə böyük ümid təkcə bu şeirdə ifadə olunan əhval-ruhiyyəni yox, bütünlükdə Səhhətin romantik poeziyasının ideya-bədii məzmununu çox yaxşı xarak-terizə edir.” (74, 85-86)

A. Səhhət yaradıcılığının sonrakı illərində də Vətənin taleyini bir an da yaddan çıxarmamış, əsl vətənpərvər olaraq dönə-dönə onun dərdlərindən söhbət açmış, həmvətənlərini doğma yurdu abadlaşdırmağa, səadətə çatdırmağa çağırmışdır. “Nidayi-millət, yaxud amali-vətənpərvəranə”, “Fəryadi-intibah”, “Dəvət” və başqa şeirləri fikrimizin təsdiqi üçün misal göstərmək olar.

Vətənin faciəvi taleyinin doğurduğu vətəndaşlıq narahatlığı romantik lirikanın ən aparıcı siması olan M.Hadi yaradıcılığında daha geniş bədii əksini tapmışdır. Tragik vətən obrazı bir an da şairi rahat buraxmayaraq onun yaradıcılığında silsilə şeirlərin baş mövzusuna çevrilmişdir. Hadinin tədqiqatçısı bu cəhəti çox doğ-ru olaraq müşahidə etmişdir: “Şair (M.Hadi – V.Ə.) özünün ən qabaqcıl fikirlərini vətənlə bağlayır, ən qüvvətli məcazlarını vətə-ni tərənnüm edərkən işlədir. Bir sözlə “vətən” surəti Hadi şei-rinin məhvər oxudur.” (67, 43)

Əgər biz Səhhətin vətən mövzusunda yazılmış şeirlərində nis-bətən sakit əhval-ruhiyyə, nikbin fəlsəfi çağırışla qarşılaşırıqsa, Hadi öz şeirlərində fəryad qoparır, ağı deyir. Şairi fəryad qopar-mağa məcbur edən vətənin düşdüyü acınacaqlı vəziyyətdir, onun sosial və əxlaqi faciələrə məhkum olmasıdır.

Vətən seylabi-istibdaddən viran olub yeksər,

Vətən övladı qürbət içrə sərgərdan olub yeksər,

Vətən əhrar üçün bir guşeyi-zindan olub yeksər,

Vətən gülşənsarası bir muğilistan olub yeksər,

Vətən bülbülləri sər ziri-pər, nalan olub yeksər.

Vətən bir dəşti-həvləngizü ğulistan olub yeksər. (7, I, 92)

“Vətən” sözünün hər misranın əvvəlində təkrarı oxucunu hər an onun haqqında düşünməyə səsləyir, şairin coşub çağlayan dərdlərini, etirazlarını vahid ünvana yönəldir. Başqa bir şeirində Hadi “Vətən” sözünü rədif vəzifəsində işlədir:

Ey atəşi-cəhalətə büryan olan vətən!

Pirayeyi-ülumdan üryan olan vətən!

Ey dideyi-təhəssürü giryan olan vətən!

Baxdıqca əhlinə ürəyi qan olan vətən!

Ey kövsəri-maarifə ətşan olan vətən! (7,I,94)

Bir parçasını nümunə göstərdiyimiz “Ah, kimsəsiz vətən” şeiri adından başlayaraq, biri-birindən dəhşətlə səslənən obrazlar vasitəsilə vətənin acınacaqlı, ürək dağlayan mənzərəsini gözü-müz qarşısında canlandırır. Hər bir misranın özülünü təşkil edən romantik qrotesklər şairin vətəndaşlıq iztirablarının miqyasını göstərir.

Romantik şeirimizin başqa bir nümayəndəsi Ə.Səbur da “Ah, vətən” şeirində yazırdı:

Könlümü yıxdı fəna-mülkündə mövcü-istirab,

Ay gözüm, qan ağla! Şurayi-vətən oldu xərab.

Nasiri qəm mülkünə aləmi-sultan intixab

Etdilər…Əfsus! Olamaz bir dəm azadməhən.

Ah! İstibdad ilə məhv oldu əbnayi-vətən. (24, 5)

Bu tipli şeirlərin yazılması bir tərəfdən vətənin həqiqətən dö-zülməz faciələrə məhkum olmasını göstərirdisə, digər tərəfdən romantiklərimizin başqa şairlərə olan, onların istedadını vətən-daşlıq problemlərinin bədii həllinə səfərbər edən, vətən mövzu-sunu poeziyada ön mövqeyə çıxaran mtsbət təisiri demək idi.

Romantiklərin vətəndaşlıq lirikasında vətənin taleyi ilə millə-tin və şairin şəxsi taleyi eyni ictimai-əxlaqi zərbələrə məruz qalır. Romantik şair öz şəxsi taleyinin fonunda vətən və millətin dərd-lərindən söhbət açır. Hadi şeirlərinin birində vətənin və özünün bəxtini bir gözəlin qara saçlarının rəngi ilə müqayisə edir:

Mən, tellərin və bir də vətən-bəxtiqarəyiz,

Mənən biriz, əgərçi müğayir ibarəyiz.

Bizdən də, sevgilim, vətən aşüftəhaldır!..

Ümmidimiz nihalı dəfini-ləyaldır! (7, I, 204)

Uğurlu tapıntı olan qaralıq (qara rəng yas, dərd, çıxılmazlıq rəmzidir, qəmin sonsuzluğundan xəbər verir) şairin, gözəlin və vətənin taleyini birləşdirir. Sonrakı misrada isə şair vətənin dər-dini öz dərdinin fövqünə qaldırır.

Hadinin “Bir əməlim” şeiri də şəxsi xoşbəxtliyini vətən və mil-lətin xoşbəxtliyində axtaran şairin arzu, əməllərinin istiqamətini, ideya-məzmun dəyərini təyin etmək baxımından maraqlıdır. Şei-rin əvvəlində şair onu qəmli, məyus edən, könüldə bəslənən bir əməli olduğunu deyir. Şeirin hər bəndində həyatının bir qəmli sə-hifəsini açan Hadi bildirir ki, onu “mükəddər edən” əməli nə eşq dərdi, nə ustadının kəmşüurluluğu, nə də addımbaşı fəlakətlərə duçar olmasıdır. Sona qədər gizli qalan, şairin şəxsi faciəsinin, dərdlərinin fövqündə dayanan həmin əməlin mahiyyəti ancaq şeirin sonunda açılır:

Bilirsinizmi nədir məncə nüxbeyi-amal?

Könüldəki əməlim millətin səadətidir.

Bu, arzularımın müntəhayi-qayətidir.

Edərmi millətim ehrazi-şani-alülal?

Ey vətən! Ey pəriyi-vicdanım!

Kəsmə bizdən nigahi-şəfqətini,

Eylə ilqa dilə məhəbbətini,

Səni sevmək deyilmi imanım?

Dili məhzun edən bu halətdir,

Qıldım izhar iştə həsrətimi,

İstərəm bəxtiyar millətimi.

Qəlbdə bəslənən bu niyyətdir. (7, I, 44-45)

Deməli, şairin qəlbində bəslədiyi niyyəti, arzusu millətin bəx-tiyarlığıdır. Doğrudan da, “Bir əməlim” şeiri Hadi poeziyasının başlıca ideya-estetik əsasının yuksək bədii ifadəsi, şairin proqram səciyyəli əsəridir.” (67, 42)

Hadinin vətən və millətin taleyinə həsr edilmiş başqa şeirləri də (“Yazıq millət”, “Vətən”, “Əksi ənini-vətən”, ”Zümzümati-təhəssürat, yaxud qarışıq xəyallar" və s.) onların səadəti, gələcəyi üçün keçirilən təşviş və narahatlıqla doludur.

İmzasını qoymuş miləl övraqi-həyatə,

Yox millətimin xətti bu imzalər içində (7, I, 129)

– misralarını şairin mənsub olduğu millətə yuxarıdan aşa-ğı baxması, onun varlığını inkar etməsi kimi qəbul etmək olmaz. Bu misraların, eləcə də bütöv şeirin yüksək bədii-estetik səviy-yəsi, ifrat kəskinliyi, fəryadlı avazı vətəndaş şairin daxili ağrısın-dan, xalq taleyinin onun qəlbində yaratdığı əzabdan doğmuşdur. Həmin misralar millətin sabahını ayaq altına salmaq, heçə endir-mək yox, daha parlaq, işıqlı görmək ehtiyacından doğmuşdur.

Azərbaycan romantiklərinin lirikasında vətən mövzusu, və-tənpərvərlik motivləri o dərəcədə rəngarəng, əhatəlidir ki, onla-rın hərtərəfli elmi tədqiqi, ideya-estetik xüsusiyyətlərinin üzə çı-xarılması ayrıca tədqiqat işinin materialıdır.

Azərbaycan romantiklərinin vətən və xalq haqqında düşüncə-ləri onların yaradıcılığının humanist mahiyyətini açır. XX əsrin əvvəllərində xalqın daha çox istismara məruz qalması şəxsiyyət azadlığını, onun toxunulmazlığını sənətin baş problemlərindən birinə çevirir. Rus çarizminin öz istilaçı məqsədlərini həyata ke-çirmək naminə xalqları bir-birilə vuruşdurması, I dünya mühari-bəsinin bəşəriyyəti kütləvi edama sürükləməsi Azərbaycan ro-mantik lirikasında humanizm ideyalarını gücləndirmişdi. Ona görə də Ə.İbadoğlunun aşağıdakı fikri tam obyektivdir: “XX əsr Azərbaycan romantik ədəbiyyatın ümumbəşəri əhəmiyyətini əsa-sən üç amildə axtarmaq lazımdır: humanizmində, vətənpərvərli-yində və xəlqiliyində.” (51, 15)

Bəs humanizm ideyası nədir? “Bu, insan ləyaqətinin müdafiə edilməsi ideyası, insansevərlik ideyası, insanda xeyirxah hisslərin bəslədilməsi ideyasıdır.” (81, 178) Bu mənada əsil ədəbiyyat tarix boyu həmişə humanist mahiyyətdə olmuşdur. İnsanın insan tərə-findən istismar edildiyi, əzildiyi, bəşər övladının digərinə qənim kəsildiyi, kütləvi qırğınların dünyanı qan dənizinə döndərdiyi, xalqların birinin digəri üzərində ağalıq iddiasına düşdüyü, şovi-nist hisslərin tüğyan etdiyi hər bir zamanda əsil sənət özünün hu-manizm bayrağını ucaltmış, gur səslə antihumanizmə qarşı mü-barizə silahı olmşdur. Hər bir epoxanın özünəməxsus humanist görüşləri olmuşdur. Yarandığı epoxanın bədii əksi olan ədəbiyyat da hər bir dövrdə başqa məzmun və keyfiyyətdə olan humanist görüşlərlə silahlanmışdır.

Bizim orta əsr sənətkarlarının humanizmi daha çox təmiz mə-həbbətə, şirin vüsala can atan, lakin uğursuzluqdan faciəvi vəziy-yətə düşən, müxtəlif dinlərin dəmir pəncəsi altında əzilən Aşiq obrazına münasibətdə meydana çıxmışdır. Yəni klassik ədəbiyya-tımızda humanizmə möhtac insan obrazı Aşiq obrazında təcə-ssüm etmişdir. XX əsrin əvvəllərində isə romantik lirika yeni key-fiyyətlər qazanmışdı.

Azərbaycan romantiklərinin humanizmi ilə ilk dəfə olaraq onların məzlumların həyatına həsr etdikləri şeirlərində rastlaşı-rıq. Bizim milli romantizmdə məzlumluq mövzu-sdan işlənilmə-sinə türk şairi T.Fikrətin dərin təsiri vardır. Bu təsirin izlənilməsi üçün türk şairinin “Xəstə uşaq” (6, 23-24), “Ana” (6, 28), “Verin zavallılara” (6, 29), “Orucluq sədəqəsi” (6, 30) kimi şeirlərinə bax-maq kifayətdir. O da diqqəti cəlb edir ki, A.Şaiq T.Fikrətin digər şeirlərilə yanaşı “Xəstə cocuq” şeirini də “Gülzar” dərsliyinə (29, 45) daxil etmişdi. Bu baxımdan H.Cavidin “Bakıda”, “Bir rəsm qarşısında”, “Kiçik sərsəri”, “Öksüz Ənvər”, “Türk əsirləri”, “Məzlumlar üçün”, “Sevinmə, gülmə, quzum” şeirlərini misal gə-tirmək istərdik. Bu şeirlərdə şair əzilən kütlənin, mərhəmət və qayğıya möhtac olan insanların tərəfdarı kimi çıxış edir.

Внимание! Это не конец книги.

Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!

Страницы книги >> Предыдущая | 1 2 3
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации