Электронная библиотека » Yoram Kaniuk » » онлайн чтение - страница 2

Текст книги "Adam`ın dirilməsi"


  • Текст добавлен: 29 октября 2022, 12:40


Автор книги: Yoram Kaniuk


Жанр: Современная зарубежная литература, Современная проза


Возрастные ограничения: +16

сообщить о неприемлемом содержимом

Текущая страница: 2 (всего у книги 16 страниц) [доступный отрывок для чтения: 5 страниц]

Шрифт:
- 100% +

veriblər. İkisi dəmiryolu qayçılarını idarə edir, o birilər tamaşaçılardır; fikir verirlər, həyəcanlanıb qışqırırlar.

Başlarına bələdçi papağı qoyublar. Burası da bəllidir ki, Adamın yerinə keçib onun yoxluğunda filmləri seçən və

eləməməli olduğu yüzlərlə şeyi edən Artur Fine indi qrupun lideridir. Diqqətli və gərgindir, qayçını idarə edir. Qısa boylu, iti burunlu və yaşıl gözlüdür. Bütün fikrini qatara verdiyi üçün Adamı görmür. Ancaq Adam Arturun onu görən ilk adam olacağını bilir; bu səbəbdən qapı ağzında dayanıb gözləyir. Fərq edilməyən varlığının getdikcə baş bələdçinin kefini necə pozduğunu görür; ta ki, ən sonda Arturun yaşıl gözləri yuxarı qalxıb qapı ağzındakı o gözqamaşdıran köynəyi, geniş dövrəli qara papağı axtarıb tapana qədər – və

sonra Arturun əlləri titrəməyə başlayır. Gözlərini qırpır.

27


Oyunu davam etdirmək üçün əlindən gələni edir. Fəqət o birilərinin bu səhnəni görməsini əngəlləyəcək bir möcüzənin baş verməsi üçün də yalvarır. Adam Steyni ətrafında görmək istəmir. Adam Steyn neçə aydır burada hökm sürən sakitliyi məhv edəcək. Mövcud vəziyyəti öz xeyrinə alt-üst edəcək və

Arturu bir küncə sıxışdıracaq. Bunu bilir. Artur eyni anda həm qorxur, həm də həyəcanlanır. Pedala bacardığı qədər möhkəm basır və körpünü idarə edən mağara tərsinə çevrilir, qatar təzədən tunelə girir. Onsuz da hər kəs Adamı görüb artıq. Açıq qapının ağzındakı səssizlik otağın içinə dolur, sonra hər kəs Adama yaxınlaşır, onu salamlayır, kürəyini şappıldadır. Artur Fine qatar stolunda təkbaşına qalıb. Qatar sürətlə keçəndə lokomotiv qıpqırmızı qığılcımlar buraxır; amma Arturun gözləri olub-keçəni qaçırmır; siması dəyişib, üzünə hüzn çöküb; alnında soyuq tər damlaları puçurlanıb.

Ağlamağa hazırdır; varlığı balacalaşır. O böyük masanın qırağından yapışır və o qədər silkələyir ki, qatar relslərdən çıxır. Ffffft! Lokomotiv çabalayır. Çox qızışıb, çox zorlanıb; qığılcım buraxır. Amma qatar tərpənmir. Yaydan çıxan təkərlər daha tərpənmir. Kədərli bələdçi, Adam öz-özlüyündə

deyir. Bu cür möhtəşəm qarşılanmağına baxmayaraq hələ də

ora, masanın yanında dayanan adama baxır. O göz Arturu sıxıb sıxışdırır, canından bezdirir, neştərləyib iynələyir; amma eyni zamanda yazığı gəlir ona.

Səs-küy kəsiləndən sonra Adam qrupa göz gəzdirir; onların hamısını səssizcə süzüb, sonra da Artur Fineyə baxa-baxa üzünə dünyaca sevilən professional adamaldadanın həmişəki ifadəsini verib gülümsəyir və təntənəli səslə deyir:

“Baxın, hələ burada olduğunuza sevindim. Amma sizə

deməliyəm ki, bu dəfə bura başqa üzlə gəlmişəm. Başqa sözlə

desək, gətirmədilər, özüm gəldim. Öz azad iradəmlə bura 28


girdim. Səhiyyə Nazirliyi tərəfindən bu klinikada nələr olur mövzusunda bir araşdırma aparmağım istənilib. Dünyanın bilməyini istəyirəm. Dünyanın xanım Sizlinqin bu saxta məbədini idarə edən nemfomanların və başqa manyakların elədiyi müalicələri bütün təfərrüatlarıyla öyrənməyini istəyirəm. İstəyirəm ki. .”

“Bu araşdırmanı aparmaq üçün sənə kim səlahiyyət verib:” Artur onun sözünü kəsir. Qatar hələ də yerindən tərpənməyib. Artur bu sualın ona çox baha oturacağını bilir.

İndidən Adamın gözləri onu parçalayır; Artur ölür, ölüm acısını çəkir.

Adam gözlərini yerdən qaldırıb gülümsəyir,

“Prezident, Artur.”

“Anladım,” Artur mızıldanır, “Prezident.”

“Məni yanına dəvət etdi, Kurvosier içdik və mənə dedi ki.. Öz aramızdır, həqiqətən şahanə ofisi var – mavi telefonlar!” Adam ondan bunu gözlədiklərini bilir; bu qəbildən bir şey deməyini gözləyirdilər. Onu birbaşa Tanrının göndərdiyini də deyə bilərdi və ya işinin Arad şəhəri üçün beş

illik plan düzəltməli olduğunu söylərdi. Amma qara gözləri parıldayaraq orada dayananda etibarlı bir saxtakar olmaqdan ötrü, sadəcə hadisəyə bağlı qalmaqla kifayətlənməyib, eyni zamanda həddindən çox təmtəraqlı etməmək üçün diqqətli olmalı olduğunu da bilir.

Qısa boylu bir qadın ona yaxınlaşır, barmağını sorur.

Adam onun barmağına yüngülcə toxunur və qadın ağzı açıq vəziyyətdə qalır, dodaqlarının arasından iki qızıl dişi görünür.

“Adam, Kolumbun yəhudi olduğunu bilirdin?”

“Hə, xanım Lipovitz, əsil yəhudiydi; Həm yəhudiydi, hələ başqa şey də var; düzünə qalsa, prinsip etibarilə. .”

gözləriylə qalabalığı hipnoz edərək davam edir: “İstənilən 29


məntəqədə belə, davam etməkdə olan hər hansı bir gedişatı dayandırıb deməli olduğu şeyi deyə bilirdi; öz dövrünün sahibi olduğunu və ağzından çıxan hər sözü minlərlə insanın alqışladığını deməyə ehtiyac yoxdur; yəhudi, xanım Lipovitz, hələ yenə də var, amma əslində, bunun çox da mənası yoxdur, mənası çox azdır. İtalyanlara çox da güvənmirəm, kim olduqları aydındır; buna baxmayaraq gettoları icad ediblər.

Şimali Nigeriyada ayaqlarınızı kəsərlər və bağırsaqlarınıza atəş açarlar, amma orada başqa cür danışarlar.

Buqələmundurlar, bu cürdür italyanlar; bununla bərabər indi hər şeyin yoluna düşəcəyinə şübhə etmirlər.”

Dərslərə, klinika üçün hazırladığı və hamının səbirsizliklə gözlədiyi kurslara haçan başlayacağını soruşurlar.

Çox yaxında dərslərə başlayacağına söz verir. Birisi, əvvəllər Rehovotdakı Leumi bankında məmur olan cənab Feyqelblom qulağına pıçıldayır fısıldayaraq: “Bax, iki yüz altmış dollarım var, yatırmağa layiq bir şey var?”

“Amerika Tel&Tel”, deyə Adam əminliklə cavab verir.

Sol gözü hələ də Arturun üstünə gedib gəlir. Lokomotiv yerindən tərpənməyib. Üstündəki deşiklərdən qığılcımlar tökülür. Bütün maşın titrəyib vızıldayır, amma qatar tərpənmir. “Amerika Tel&Tel keçən ay yüzdə 2-3 artdı. Pulu mənə ver.. ” Feyqelblom pencəyinin cibindən çıxardığı pulları ona verir, Adam kağız əskinasları sayıb cibinə soxur. Bütün gözlər – qara gözlər, mavi gözlər, boz gözlər, kədərli gözlər –

Adamın barmaqlarına dikilib, o barmaqların professional sürətinə heyrandır. Adam Steyn nə etsə onları heyran qoyur.

Bir neçə il öncə, xanım Sizlinqin klinikası açılmamışdan qabaq, xəstəxana Yafadaykən Adam birinci dəfə Qros həkimin yanına aparılmış və divarda, Freyd 30


həkimin qızıl çərçivəli portretinin yanında asılmış çox gözəl bir ərəb süvari qılıncını görmüşdü. Bu gözəl qılınc gümüş

rəngli metaldan hazırlanmış və rəngli mərmərlə bəzədilmişdi.

Qılıncın eynən vəhşi çölü xatırladan əntiqə görünüşü Adamı elə həyəcanlandırmışdı ki, əlini uzadıb barmağıyla qılınca toxunmağa başlamışdı.

Qros həkim oturub gözlərini bağlamış Adamı necə

izlədiyini əsla unutmayacaqdı. Adam əliylə hiss etməyə

davam etdi – korlaşmış şəkildə, ağzı cansız bir maneken kimi sözləri və adları tək-tək deyərkən hekayəni danışan əslində

əlləriydi. Ojeh Əl Kafir, Əl Ariş, ağ şəhərdə bir küçə, bir dəniz sahili, yanında çayxana olan məsçid, sonra birdən-birə

qarışıqlıq, səs-küy və döyüşən iki adam – Adam Qros həkimə

qışqırdı: “Qılıncın sahibi yanlış adamı öldürdü!” Qros həkimin rəngi qaçdı, dərindən nəfəs alıb güneyə doğru irəliləyən və

İran körfəz bölgəsi Ədənə, Birobidcana, o gümüşü dağlara, İranın ulu dağlarına yetişən Adama baxdı. Adam birdən-birə

ingiliscə qışqırdı: “Sultan öldü, yaşasın Kral V Corc həzrətləri!” Qros həkimin atası türk ordusunda xidmət etmiş, sonra, 1925-ci ildə Britaniyada polis olaraq işləməyə

başlamış, xidmətini yerinə yetirərkən Adamın haqqında danışdığı bütün yerləri gəzmişdi.

Qros həkim məmnuniyyətlə gülümsəməyə başladı.

Birdən Adam danışmağı kəsdi və dişlərini qıcayaraq ətrafa baxdı. Nə olurdu? Nəsə onu əngəlləyir, hansısa bir söz boğazında ilişib, heç cür çıxmır. Bu onun üçün böyük çətinlik və sıxıntı idi. Ən sonda danışdı: “Rut. Səbəbini açıqlamaq istəmirəm, amma ağzımdan çıxmaq istəyən sözcük Rut.”

“Sənə nə oldu, Adam?” O möhtəşəm çöllərdən ayrılıb doktor Freydin portretinin, xəstələrinin zehinlərində

gizlənmiş ibtidai dünyayla oxşarlığı rədd etdiyi, özünəxas 31


atmosferi olan öz ofisinə qayıtdı doktor Qros. “Adam, nə oldu sənə?”

“Heç nə bilmirəm,” Adam dedi. “Rut mənim qızımın adıydı. Burada axtardığım odur, bilmirsinizmi? Xəyanət etdiyimdir o. Amma o qılınc sizindir. Mənim qızımla nə

əlaqəsi var?” Doktor Qros da heç nə bilmirdi. Zahirən heç bir bağlantı yox idi. Rut kimdir? Doktor Qros çox çalışsa da bunu başa düşə bilmədi. Daha sonra anasından, atasının ondan öncə bir ingilis arxeoloji səfəriylə İsrailə gəlib Cenin yaxınlığında qazıntı apararkən gənc Qrosa aşiq olan Cenni Paker adlı bir ingilis qadınla ailə qurduğunu öyrəndi.

O köhnə qəsəbənin yaşlıları qadını “Moabiteli Rut”

( Lüt peyğəmbərin oğlu Moabın soyundan gələn – red. ) deyə

çağırır və arxasınca hirslə başlarını yellədirdilər: “Qros türk ordusunda xidmət etdi və xristian qadınla evləndi.” Qadın bu pıçıldaşmalara davam gətirməyib Londona qaçmışdı. Qrosun atasının sonradan Qrosun anası olacaq qadınla evliliyi də

ondan sonra gerçəkləşmişdi. Bu qılınc – anası bunu həsrətlə

və gözlərindəki heç vaxt sağalmayan qırmızılıqla danışmışdı –

o xristian qadının, Rutun hədiyyəsiymiş.

Qapı açılıb Cenni Qrey içəri girəndə, Adam Feyqelblomun pulunu cibinə soxmuşdu, Artursa hələ də boşu-boşuna lokomotivi düzəltməyə çalışırdı. Soyuq və sərt görünüşlü, nişastalanıb ütülənmiş ağ iş paltarı geyinib. Saçları səliqəylə

daranıb,

gözəl

üzü

qalabalığın

diqqət

mərkəzindədir. Soyuq gözləri Adama dikilib. Otağa sakitlik çökür. Adam onun varlığını hiss etsə də ona tərəf çevrilmir.

Kimin bu otağı soyuducu kimi soyuda biləcəyini bilir. Yenə də

onun varlığını qəbul etməyəcək; hələ yox. Hər şey müəyyən bir düzənə görə davam etməlidir, qaydalara əməl etmək lazımdır; bu həqiqəti anlayıb alqışlayaq ilk adam da özüdür.

32


Təbii ki! Xəstələr ondan qorxduqları üçün Cenniyə bu cür baxırlar. Bilirlər ki, o və Adam. . bilirlər ki, o – ona nə olub ki?

Adama aşiq olub? O soyuq mərmər heykəl? Adam sadəcə

ondan istifadə edir. Oynayır onunla. Yox, onu sevir, o da Adamı sevir. Amma sevməyə öyrəncəli deyil. Xəstəxananın tibb bacısı sağalması mümkün olmayan birinə aşiq ola bilməz.

Müqəvva kimidir. Amma gözəldir. Mərmər soyuqluq. Ona nifrət etdiyi üçün Adamı sevir. Yox, sevdiyi üçün nifrət edir.

Cenninin onu gözlədiyini bilməyən varmı? Son iki ayda qayıtmağı üçün dua edirdi.

Öyrəndiyimiz adi danışıqlar. Qrupu basqı altında saxlayan qorxu, sonda birtəhər ağızlarını açıb danışırlar, yarımçıq, düzənsiz sözcüklər tökülür ağızlardan. Adam onları açıq kitab kimi oxuya bilir. Arxası Cenniyə olduğu halda üstündə qatar olan masaya yaxınlaşır. Oradadır, gözəlim mənim, mən də insafsızam, ona arxamı çevirəcəyəm. Bütün gözlər Jennidən stola tərəf gedən Adama dönür.

Artur Adamın gəldiyini görür. O saat pedalları yoxlayıb bütün düymələrə basaraq, sonra da qatarı hirslə

qamarlayıb masanın ətrafında qaçır, amma lokomotiv yerindən tərpənmir. Həddindən çox yüklənmiş relslərdən səs gəlir. Lokomotiv ulayan canavar kimi qığılcımlar buraxır.

Qatar yırğalana-yırğalana işləyir. Elektrik axını çıxış yolu axtararaq qatarı oynadır; cənnətlə yerüzü arasında sıxılıb qalmış ildırım kimi. Artur artıq qatardan əl çəkir. Sinifdə

qalan şagird kimi qollarını yana açıb dayanır; utanmış və

incimiş halda, yanaqlarının cizgiləri qabarır, incə burnu qartal dimdiyini xatırladır. Adam onunla üz-üzə gəlmək istəmir.

Hamının onu izlədiyini, atdığı hər addımı güddüyünü bilir.

Bacardığı qədər laqeyd şəkildə lokomotivi götürüb işığa tutur, altındakı kiçik bir detalı əlləşdirir və lokomotivi yerinə qoyur.

33


Sonra tunelin girişinə baxan yoxlama qülləsindən görünən qırmızı kartonu dartır yavaşca, masanın bir ayağını xəfifcə

təpikləyir və o dəqiqə Jenniyə yaxınlaşır; hələ də onu görməyibmiş kimi davranır. Jenniyə çatıb salamlaşmaq üçün əlini qaldırdığı an, bax elə həmin an, sanki o şəkildə

planlaşdırılıbmış kimi qatar hərəkət etməyə başlayır.

Qorxudan ağaran Artur qatarın titrəməsiylə özünə

gəlir. Üzü ifadəsiz, bədəni qabağa əyilmiş halda masanın yaşıl üzünü sığallayır. Sonra bədənini düzəldib gözlərindən yaş

axıda-axıda otağın bir küncünə gedir; o birilər hələ də

hərəkətsiz dayanıblar, gözlərini sırayla Arturdan Adama döndərirlər. Artur asılqandan qızıl düyməli yaşıl rəngli solmuş əsgər köynəyini götürüb geyinir. Başına əzik, köhnə, solğun qoruqçu papağı qoyur, boynuna da uşaq şərfi dolayır, hazır olandan sonra keçib salam verir; salamlaşma əsnasında gözləri quruyur, üzü əvvəlki vəziyyətə düşür, koridora çıxanda sükunət onu bürüyür.

Açıq qapıdan onun enerjiylə, hətta bəlkə də sevinclə

addımladığını görə bilirlər. Sanki hansısa bir əylənmək istəyi ona hakim kəsilib və arxa planda da sırf onun üçün marş

çalınır. Utandığını elan edən bu şokolad əsgərdən hamının gözləri qamaşır; ta ki, o tini burulub gözdən itənəcən.

Adam qolunu Cenninin qoluna dolayır. Cenni ona gülüşünü lütf edir, çünki bu kiçik mərasimin onun üçün, yalnız onun üçün oynanıldığını bilir. Birlikdə koridora çıxırlar; arxada, həmin otaqda isə səssizlik sona çatır, gurultu qopur, səslər bir-birinə qarışır, qatar lokomotivin qabağında qığılcımlar çıxararaq yoluna davam edir və hər kəs bilir ki, Adam Steyn həqiqətən evindədir.

Reablitasiya və müalicə klinikasının koridorları, daha öncə Yafada yerləşən və artıq var olmayan köhnə

34


xəstəxananın kif qoxulu və ziqzaqlı koridorlarına oxşamır.

Yafada keçmişin qoxusu hər şeyi işğal edərdi. Divarlar həmişə

keçmiş zamanların peşmanlığını çəkib yad dövlətləri və

işğalçıları düşünürmüş kimi görünərdi. Kim bilir, bəlkə eyni salonda, onu təzədən inşa etdirib quruluşunu bərpa edən Süleyman şah dayanıb şahzadəsini gözləmişdi. Və ya bəlkə

şərəfinə kəsik başlardan ehram düzəltdilməsini əmr edən qəddar İbrahim paşa, xəstələri hamılıqla (cəmisi iki min adam) qətl etdirən Napoleon və küçələrdə adamları qamçılayaraq gəzən, şəhərin damlarında vali Filipin qızı Maria Mabelin ilə sevişən Yafa hökmdarı hirsli Əbu Naat və

onların oğlu, Ermənistanın ta o tayından gələn o gözəl və

heyran buraxmağı bacaran qadın Jezabelin əri Sampad. .

hamısı da bu rütubətli koridorlarda tarix boyunca, İsrail torpaqları boyunca, yerüzündəki ilk insan Adəmin inşa etdiyi bu diyar – əzəmətli Nuhun basdırıldığı diyar, qayaları üstündə

yunanların, əfsanəyə görə bir ulduza çevrilən Andromedanı bağladığı diyar – boyunca addımlamışdılar. Və minlərcə ordu tərəfindən işğal edilmiş, fəqət bircəciyi tərəfindən belə fəth edilməmiş bu diyar üzərində o ulduz hələ də asılıb parıldamaqdadır.

Amma xanım Sizlinqin reablitasiya və müalicə

klinikasında hər şey təptəzə və tərtəmizdir. Hətta o işıq qurğuları, arxa plandakı musiqi, dayanmadan işləyən kondisioner, iti künclər, ayaq səslərini udan qara xalçalar, bir ucu tavana dirənən, bir-birinin ardınca düzülən yüzlərlə

pəncərə, görünməyən lampalardan süzülən işıq, görünməz səsgücləndiricilərdən gələn musiqi, qapılar, divarlarla eyni rəngdə olduğu üçün nəzərə çarpmayan radiatorlar, işıqlar şəffaf və aydınlıqdan süzülüb gəldiyi hesab oluna biləcək şəkildə quraşdırıldığı üçün nəzərə çarpmayan tavan – hamısı 35


möhtəşəmdir. Bütün məkan sanki heç bir insan məhfumu, insan yaşayışı, insan hissiylə əlaqəsi olmayan bir qurğu tərəfindən düzəldilib. Sadəcə orada dayanıb durub: şan-şövkətsiz, şirin, rahat, xəyal gücündən uzaq, adi bir kütlə.

Əsəbinizə toxunmadığı üçün depresiyadan xilas edir. Bu arada bayırda, divarların o tərəfində vəhşi qum fırtınası şiddətlə cövlan edir. Bayırda çılpaq qayalar bu sığınacağa baxır və külək dərələrə, təpələrə hücum edir. Bayırda bəmbəyaz bir günəş ağacsız, çəmənsiz, ağ, yeni bir şəhərdən çox da uzaqda olmayn bir səhranın üzərində inləyir. Ancaq indi sakitcə addımlayan Adam üçün səs-küy tamamilə kəsilib, divarların o tərəfindəki fırtına tamamilə susub, Arturun hikkəsi “İki nəfərlik çay” mahnısını çalan çox duyğulu skripkalar tərəfindən basdırılıb.

Adam və Cenni bircə kəlmə də danışmırlar. Hələ də bu görüşün yaratdığı şokun təsirindədirlər. Üstəlik, Adamı doktor Qrosun yanına aparmaq Cenninin vəzifəsidir. Qros Adamı gətirməyi özəlliklə Cenniyə tapşırıb. Bu doktor hər şeyi bilir.

“Lütfən onu bura gətir,” dedi, Cenniyə baxa-baxa ağır bədənini ağ kabinetindəki ağ kreslosuna yerləşdirdi və sırtıq-sırtıq güldü. Həmin an Cenni doktora nifrət etsə də səsini çıxarmayıb Adamı axtarmağa getdi.

İstirahət otağında onu görən kimi hər şey pəncərədən uçub getdi: protokol, qaydalar, olmuşlar, olacaqlar, hər şey.

Cenni xəyalında Qrosu baltayla xədim etdi və bundan böyük bir zövq aldı.

“Adam, sıxma!” Cenni deyir və gülümsəməyi ağzından bütün üzünə yayılır. Kağızdan düzəldilmiş dişi pələng ( Çin mədəniyyətində görünüşcə güclü, amma həqiqətdə zəif varlıqları xarakterizə edən deyim – red. ) kimi, özü özünə

36


yapışmış milçək yapışqanı kimi hiss edir özünü. Təbii ki, bu yaraşıqlı kişidən əslində istədiyi getməyini saxlayıb onu divara dayaması, sıxışdırması, ağzını ağzına yapışdırıb dilini sanki açıq bir dəniz və ya okeandaymış kimi ağzının içində

gəzdirməsidir.

Qapının qabağında dayanırlar. Qapıdakı balaca plastik lövhənin üstündə QƏBUL: DOKTOR NATAN QROS yazılıb.

Adam kartı birinci dəfə görürmüş kimi oxuyur. Sözlərdəki hərfləri, sarı plastikin üstünə həkk olunmuş balaca qara yazını diqqətlə incələyir. Cenni yanında dayanıb, üzü az qala ağ qapıya toxunacaq. Adam başını əyib ağzını Cenninin çılpaq boynuna toxundurur. Cenni üzünü bircə santimetr də qırağa çəkmir. Adamın əli cəld onun paltarının altına girir və Cenni zövqlə mızıldanmağa başlayanacan onu oxşayır. Cenninin üzü qapıya o qədər yaxındır ki, artıq bulanıqlaşmış yazını oxuya bilmir. Adamın əlləri bədənində dolaşır. Belindən sinəsinə və

təkrar belinə, sonra da yançağına. Bircə dəfə ora toxunan kimi Adamın barmaqları bəyaz dərini elə çimdikləyir ki, Cenninin başı o balaca lövhəyə dəyir və qapının dalından bir səs deyir:

“Girin!” Başı əzilən Cenni bu səsdən elə çaşır ki, az qalır qışqırsın. Doğrudan da arxaya sıçrayır, Adam Steyn gülür.

Cenni o saat ətrafa baxır, yaxınlıqla heç kim yoxdur ki, onları heç kim görmədi ki; üzü qızarır. Adam qəhqəhə çəkib onu izləyir və gözləyir. İndicə Cenninin də davranışının dəyişəcəyinə,

qəhqəhə

çəkib

güləcəyinə,

üzünün

işıldayacağına, özünün də o parlaq çöhrəyə göz dikib utancaqlığın o parlaq üzə süzülməsini görəcəyinə əmindir.

Ancaq o zaman təkrar daxili rahatlığına qovuşacaq. “Adam, heç yaxşı eləmədin,” Cenni deyir. Amma həm də gülür, öz sözlərinə gülür – və budur həmin qadın, əndişəylə gözlədiyi 37


qadın. İçəridəki səs bir az daha yüksəkdən “Girin!” deyə

təkrar edir.

Adam Cenninin üzünün hər tərəfinə, hər bir arzu, tutqu ifadəsinə, işıldayan gözlərinə, atəşli dodaqlarına baxır.

Bu arada Cenni təzədən həyəcana qapılıb, ətrafı gözətləyir.

Sonra bədənini çimdikləyən əli tutub barmaqlardan bədəninin dadını yalayır. Buz kimi olan gözləri Adama yalvarır. Adamın məqsədi də bu idi – indi Cenninin gözlərinə

baxıb zəfər və məğlubiyyətin, arzu və günahın qeyri-adi qarışığını kəşf edir onlarda və deyir: “Yenə bir yerdəyik, sevgili xanım.”

“Hə, Adam, toxun mənə.”

Və Adam ona incəliklə toxunur, üzünü sığallayır; amma tam qucaqlaşdıqları və Cenninin gözəl, təzə-tər əndamını qucaqladığı an qapını döyüb səslənir: “Mənəm, Adam Steyn!”

“Gir içəri artıq! Bayaqdan gözləyirəm!”

Adam qapını açıb otağa girir. Cenni küskün şəkildə

yarıaçıq qapının ağzında dayanır. Adam təbii ki, onu içəri dəvət etməyəcək. Doktor Qros da həmçinin. Dağılmış saçlarını yığır, əlini qərarlı şəkildə gəzdirib ətəyini düzəldir, öz-özünə

nəsə mızıldanır.

Dolu bədənli, özünə güvənən, qara gözlü, getdikcə

artan dazlığını ört-basdır etmək üçün ara-sıra daranması lazım gələn sarımtıl saçlı, qoca qorilla kimi gəzən böyük bədənli doktor Natan Qros yekə masanın dalında oturub Adama gülümsəyir.

Adam içində sadəcə bir qüvvət zərrəsi buraxaraq onu əhatə etmiş kölgələrə qarşı əlindən gəldiyi qədər şiddətlə

mücadilə etməyə hazırlaşır. Koridorda, qara xalçanın üstündə

müqəvva kimi dayanıb duran və nə edəcəyini bilməyib sadəcə

38


içəri baxan Cenniyə tərəf ani bir baxış atır. Həmin an gözlənilməyən bir şey olur. Qros öskürür, Cenni isə koridorda siqaret çəkən bir uşaq görür. Üzünün ifadəsi dəyişmiş halda uşağa tərəf dönür və hirsli səslə koridorda siqaret çəkməməyi əmr edir. Uşaq qorxur, əlləri titrəyir. Siqareti sol ayaqqabısının üstünə salır və sağ ayaqqabısıyla tapdalayıb söndürür. Siqaretin kötüyü bir neçə saniyə ayaqqabısının üstündə qalır. Uşaq ətrafa baxır və sonra gücü gəldiyincə

qaçır. Hirsli Cenni siqaret kötüyünü yerdən götürün cibinə

qoyur, o biri cibindən çıxardığı yaylıqla xalçanı silir. Adam qəhqəhə çəkir, Qros isə ona baxıb soruşur: “Nə üçün qapını bağlamırsan, Adam?”

Adam cavab vermir. Doktor Qrosun hökmlü səsindən yaxınlaşan təhlükəni hiss edən heyvan kimi əzələlərinin gərildiyini hiss edir. Bu otaqda onun şansı yoxdur. Bunu bilir.

Neçə dəfə qışqırıb divarları yumruqlayıb burada? Büzüşür, çünki qaçmağa yeri yoxdur. Həm də heç yoxdur. Bayaq dayandığı kimi dik dayana bilmir. Doktor Qros Adamın xasiyyətini bilir, buna görə də kiçik məsələlərdə onunla mübahisə etmir. Lırt bədənini masanın dalından qaldırıb qollarını sallayaraq qapıya tərəf gedir və özü bağlayır.

Masaya tərəf gedəndə Adamın ucadan, amma öyrəşmədiyi səslə “Hələ də bu cür diqqətlisən, doktor?”

dediyini eşidir.

Doktor Qros kreslosuna rahatca oturub qabağa əyilir, gərnəşir, əllərini masanın üstündə boydan-boya açıb deyir:

“Adam! Qancığın balası, cəhənnəm ola bilərsən!”

“Nə üçün?” Adam getdikcə hirslənir. “Nə üçün?” Qros bir anlıq dikəlir və həmsöhbətinə baxır: “Bəlkə orada bir az nəzakət öyrənə bildin.”

“Yox, əsla. Düzələn iş deyil.” Adam sözlərinə bir az 39


soyuqqanlıq qatmağa çalışır. “Bu mənəm, Qrosum, balam.

Öyrənə bilmərəm mən. Gözlərin görür də, hə? Yenə gəldim, oğlum,

Qrosum

mənim!

Darıxmışdın

mənimçün?”

Gülümsəməyə çalışır. “Bu dəfə ev sahibəsi xanım Edelsonun şikayətləri səbəbindən bura gətirilmişəm. Hamısı da yalan idi!

Aman! Yalan danışmağın nə mənası var? Onu boğmaq istəmişəm? İstəmişəm! Bu arada, onun da adı Rutdur, ananın adı kimi.”

“Anam yox, Adam, atamın birinci arvadı və düzünə

qalsa onun da adı Rut yox, Janna Parker idi.”

“Atan bic idi, amma sən dürüstsən.” Adam əllərini çarpazlayıb otaqda gəzişir. “Diqqətlə dinlə, Qros balam; onun ev sahibəsi olmağı önəmli deyil, düzdür? Sənin arvadın və ya o birinci anan tərəfindən də göndərilə bilərdim bura. Heç bir fərqi olmazdı! Bizim məsələmizdə yaşlı bir bakirənin nə

önəmi var ki?”

“Bu sənin məsələndir, Adam. Bütünlüklə sənin.”

“Bizimdir, Qros, bizim. Sənin və bizim – biz eyni hekayənin iki fərqli tərəfiyik. Kim olduğumu unutma. Mən orada idim”. Və “orada” sözünü xüsusilə vurğulayıb gözlərini Adama dikir. “Bilirəm ki, insanları öldürərsən, havanı yox, və

var olmayan, orada olmayan bir uşağı öldürə bilməzsən. Hər pulun iki tərəfi var, səninki və mənimki – boynuna al. Rut Edelson

heç

olmasaydı

da

məni

burada

yenə

gözləməyəcəkdin? Cavab ver!”

Doktor Qros kreslosuna yayxanıb gözləyir. Adam danışığını tezləşdirir, səsi qalınlaşır, birdən boynunun damarları pırtlayır:

“Bura bax, Qros, bu bürokratik sərsəmliyə son verəsən bəlkə?” Adama elə gəlir ki, yer, öz yeri, üzərində

dayandığı ya da üzərində dayanmağa çalışdığı, üzərindən 40


yıxılmamağa çalışdığı, bax buradakı o yer ayağının altından çəkilir. İndicə bir yumaq kimi dönməyə başlayacağını hiss edir və yarı boğuq, yarı titrəyən səslə “Yazmağa başla, nə

gözləyirsən?” deyir. “Adımı, yaşımı, sosial vəziyyətimi, işimi, nömrəmi, qolumdakı nömrəni, pasportumu yaz, onsuz da hamısını bilirsən, məni otağıma göndər, bu axmaq məzhəkəyə

son qoyaq. Guya bilmirsən? Tək ümidim otağımın təzədən boyadılmasıdır. Rəngsazlar həmişə başdansovdu işləyirlər.

İndi bazara təzə plastik boya gəlib. Daha köhnə rənglərdən istifadə etmək zorunda deyilsiniz. Təzələrdən işlədin! Yaz bunu da bir tərəfə, Qrosum mənim; plastik boya! Yafada –

xatırlayırsan, Ziqmund? – Yafada divarlara dırmaşan hörümçəklər görürdüm, amma sən, doktor Natan Ziqmund Qros, mənə bunun ancaq alkoqol alışqanlığı səbəbindən gözümə görünən qarabasma olduğunu deyirdin. Hə, sənin qərarın bu idi, mənim balaca Tanrım. Amma axırda bunu sənə

sübut etdim – və inan ki, sənin vəziyyətinə qarşı anlayışım və

ilk anana bəslədiyim güclü acımaq duyğusu səbəbindən bu mənə ağrı verdi; amma o hörümçəklərin həqiqi olduğunu, ağrılarımın da həqiqi olduğunu sübut etdim. Bir də siçovullar, böyük siçovullar, Hz. İbrahimin vaxtından qalma tarixi canlılar. Halbuki sən “Bir dənədən başqa ola bilməz, cəmi bir dənə siçovul var! Və o tək siçovul da qarabasmadan başqa bir şey deyil” demişdin. Xatırlayırsan? O vaxt sənə açıqlamışdım, gözümün qabağından keçən həqiqətən də bir siçovuldu və o da öldü. Sonra onun yoldaşları, yüz dənə siçovul onu dəfn etdi və həmin yüz siçovul ölmədi.”

Adam doktor Qrosun onun sözlərini önəmsəmədiyini bilir. Bu onu incidir, rahatsız edir. Səsi təkrar sərtləşir: “Qros, oğlum, balacam mənim, bu iyrənc səssizliyini pozub bir söz de.”

41


“Adam, bura neçə dəfə gəlmisən?”

Adam ona baxa-baxa qalır. Əgər edə bilsəydi, lazımlı qüvvəti, cəsarəti olsaydı gülməyə başlayacaqdı – və az da gülməyəcəkdi. “Neçə dəfə? Beş-altı. Üç dəfə Yafada. Bəlkə də

iki dəfəydi. Yadımda deyil. Amma bu əsilzadə, möhtəşəm xanım Sizlinqin sığınacağına ikinci gəlişimdir. Yoruldum, otağıma göndər məni.”

Və indi soyulmuş soğan kimi qalır, onu qoruyan qabığı olmadığı üçün, tibb bacısı Cenni üçün oynadığı Dorian Qrey rolunu da oynaya bilmir, həqiqi üzünü göstərir Adam – qırışıq üzlü, yanaqları başdan-başa oyuq, alnı dərin qırışlı, bədəni balacalaşmış və bütün varlığı aşağılanmış, yorğun, bitkin bir adam.

“Məni otağıma göndər.. ”

“Yox, Adam!” Doktor Qros səsinə sevgi və şəfqət qatmağa çalışır. “Səbəbini başa düşməlisən. doğrudan, suallarıma cavab verməyə çalış, bu vacibdir!” Doktor Qrosun gözləri ağ divardan asılmış rəsm əsərinə dikilib.

“Başa düşmürəm,” Adam fısıldayır. “Başa düşmürəm.

Əmin olduğum tək şey budur ki, sən hər zaman kibrit yandırıb burada, bu qapının ağzında dayanırdın. Elə də çox bacarıqlı Tanrı deyilsən. Burada neçə kibrit yandırmısan, əziz Qrosum? Amma içinin dərinliyində. .” bu nöqtədə Adam necəsə bacarıb üzündəki yenilmək və bitkinlik ifadəsinə bir az gülümsəyə biləcək qədər qalib gəlir, “içinin dərinliyində

mənə nə önəm verirsən ki? Bösböyük adamam. Dünən doğulmamışam ki.”

“Başa düşmürəm.” Doktor Qros yüksək səslə düşünür, depresiyaya düşdüyü halda gülməli və tikanlı danışmaq üçün hələ də əlindən gələni edən Adam Steynin xətri üçün yox, divardakı rəsmin hər iki tərəfindən asılmış, biri Qüds 42


universitetinin,

o

birisi də

Vyana

universitetinin

diplomlarının xətri üçün. Çox nəfis şəkildə qara çərçivəylə

dövrələnmiş doktor Freydin portretinin xətri üçün. Kitabları möhtəşəm dəriylə üzlənmiş, içində cürbəcür sualların – hətta bəzi cavabların da – gizlədildiyi kitab rəfinin xətri üçün. “Nə

üçün sənə necə kömək edə biləcəyimizi kəşf etməmişik, bilmirəm? Doğrudan da dünən doğulmamısan, öz vəziyyətini anlayan, ağıllı, yaşlı-başlı adamsan; buna baxmayaraq dünən eləmək istədiyin. .”

“Bax, Qros.” Adam sözləri tüpürür sanki. İnkvizisiya məhkəmə sədrinin gözləri onu yox etmədən öncə

tələsməlidir. “Yaxşı adamsan, hətta bəlkə lap yaxşı. Yaxşı adam. Bu klinikanın başçısı qoyulmağın boş-boşuna deyil. Bir az da qabağa gedib dünyada qalan yaxşı adamların axırıncılarından olduğunu da bütün qəlbimlə deyə bilərəm.

Ancaq, bəzi məsələlərdə gülməli olursan. Əksər yaxşı adamlarda olduğu kimi, sənin də bir az axmaqlığın var.

Komandir Kleyn buna atəşli liberalizm deyərdi. Belə atəşli tiplər o qədər ağıllıdır ki, bilginliklərində bayağı bir axmaqlıq var, amma mənim vəziyyətimdə günəşə və ya incə bir sözə

inanmaq mənasızdır. Möcüzələr olmayan bir dünyada möcüzələrə inanırsan. Və daha pisi, möcüzələrə ancaq inanmaqla qalmayıb, onlara bel də bağlayırsan. Bax elə bu ikiüzlülükdür. Üstəlik simasızlıqdır da. Bu həqiqətən yaradılışın qanunlarının tapdalanmasıdır. Və bu səbəbdən də

günahdır həm də. Sənə ən gözəl illərimi verdim. Sənin üçün sadəcə tibbi araşdırmalar üçün vasitə idim, psixoloji, müalicə

olunmalı – necə deyirsən de – amma sən uğursuz oldun, çünki baş verməli olan möcüzə olmadı. Və indi, uğursuzluğa düçar olandan sonra mənə baxıb nə üçün soruşmağa cəsarət edirsən. Halbuki həqiqətən məni cəhənnəmə atmağa qərar 43


vermisən. Daha nə gözləyirsən?”

“Bütün bunlara necə qərar verdin, Adam?”

“Səni açıq bir kitab kimi oxuya bildiyimi unutma, doktor. Bu səhər iki dənə qaynadılmış yumurtayla qızardılmış

çörək yediyini oxuya bilərəm üzündən. Üzündən dünən gecə

kirayə eviniz haqqında arvadınla mübahisə etdiyinizi də

oxuya bilərəm. Maşınının təkəri partladığı üçün səhər avtobus dayanacağından yanacaqdoldurma stansiyasına piyada gedib oradan klinikaya zəng vurduğunu, birinin gəlib səni götürməsini istədiyini oxuyuram gözlərindən. və üzündə

məni cəhənnəmə göndərməyə qərar verdiyini oxuyuram.

Mənimçün fərqi yoxdur, amma bu möcüzə kəlməsinin mənası nədir? Möcüzəvi nə deməkdir, əzizim Qros? Uğursuzluq sənindir, mənim yox. Məni qurtarmaq sənin işindir, mənim yox. Uğursuzluğa düçar olmaq mənim taleyim idi, hekayənin mənə aid olan tərəfi budur. Amma klinika sənindir. Xeyli büdcən, gözəl maşının, evin, mükəmməl doktor qrupun, elmi ədəbiyyatın, ən son kəşflərin, universitetlərin var. Bəs mənim nəyim var? Ancaq özüməm. Və xəstəyəm, təlxək vəziyyətindəyəm və ölmək üzərəyəm, ölürəm. Parça-parça.

Və sən bu çarxı dayandırmaq, ölümü əngəlləmək üçün heç nə

eləmədin. Mən bunu eləyə bilərdim, amma eləmək istəmirəm, sənsə eləməlisən, amma eləyə bilmirsən. İmkan ver otağıma gedim, Ziqmund, yorğunam və ölmək üzərəyəm. Çox yaxında.

Bu sadəcə zaman məsələsidir, zamansa bizim aramızda nədir ki? Doks markalı saatını parçala və gedib bir ağacdan as özünü. Ancaq bu tərəflərdə heç ağac yoxdur, telefon dirəyindən istifadə et. Müalicən tam olaraq iflasdadır, oğlum Qros.”

Doktor Natan Qros Freydin kədərli gözlərini və Vyana diplomunun üstündəki bəzəkli imzanı tədqiq etməyi kəsib 44


təkrar Adama baxır. Kirpiklərinin arasından görünməyə

çalışan təbəssüm Adama klinikanın pəncərəsindən görünən çılpaq dağların, ağ qayalıqların, təpələrin arasından yüksələn səhra günəşini xatırladır. Bir günah sandığı. Bir dəhşət qutusu. Nəfəssiz qaldığı üçün göz yaşlarıyla intihar edən bir sarsaq. Çaqqala çevrilən bir milçək, dəhşəti örtən bir zarafatdan ibarət olan sülh quşu göyərçin. Adamın plastmas aslanın üzünə yapışdığını xəyal etdiyi şüşə göz kimi. Adam bir dəfə səhradan pələng ovlayacağam deyə düşünmüşdü. Kağız pələnglər. Bədəvilər, dəvələr, qatırdırnağı, uğuldayan ağac kötükləri. Və birdən, qolları mavi nömrəli adamlar üçün ev.

Əzab striptizi. Soyunaraq, əzərək, parçalayaraq, bu qanmaz Qrosa tüpürərək. Ağrı çəkməyi öyrənməlisən. Yox, ağrı çəkməyə layiq olmağı öyrənməlisən. Ağrı çəkməyə layiq olmaq üçünsə alnında Kabilin işarəsini böyütməyin lazımdır.


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации