Текст книги "Adam`ın dirilməsi"
Автор книги: Yoram Kaniuk
Жанр: Современная зарубежная литература, Современная проза
Возрастные ограничения: +16
сообщить о неприемлемом содержимом
Текущая страница: 3 (всего у книги 16 страниц) [доступный отрывок для чтения: 5 страниц]
Doktor Qros İsrailin Fələstin olan vaxtlarında, Qüds şəhərində
bir erməni kilsəsinin arxasındakı balaca evdə doğulub.
Gülməli adamdır; Cenni koridorda siqaret söndürəndə o məni cəhənnəmə yollayır. Yorğunam. İmkan ver rahatlıqla ölüm.
Doktor Qrosun gözləri yaşla dolur; Adama görə bu gülməlidir, iyrəncdir, çünki doktor indi elə ifşa olundu ki, Adam ona olan bütün nifrətini dondura və günəş çıxıb buzları əridənəcən səssiz qala bilər. Lənətə gəlsin bu göz yaşları, lap biixtiyar axsalar belə Adamın tamaşasını korlayır bu göz yaşları. Qros güclə də olsa gülümsəyir və qırıq səslə danışır:
“Üzgünəm, Adam, bütün qəlbimlə üzr istəyirəm, Adam.”
Adamın dayandığı yerdə, solunda sarı günəş
pəncərədən baxır. Adam o günəşlə təkdir. Xanım Sizlinqin dondurucu havalandırma sistemiylə dövrələnmiş halda günəşdən aralı düşsə də, günəşin qüvvətini hələ də hiss edir Adam. Div boyda qum və palçıq sahələrinə, qayalıqlara və
45
vadilərə, Qızıl dənizə qədər uzanan gözəlliyə, üfüqdəki maviliyə toxunan Edom dağlarına qəddarlıqla vurur günəş.
Adam indiyəcən görmə və eşitmə qabiliyyətlərini itirmişdi demək olar ki, özünəinamını isə tamamilə itirmişdi. Sadəcə
anlaşılmaz yumşaq bir mızıltı çıxara bilir, yad, amma tanış; Qertçen xalanın “Qəhvə hazırdır!” deyən səsi. Adam heç yerdə
deyil. Qolundakı nömrələr çillərə dönüb. Fiçtedən bir fəsil, yada Heynedən bir şeir oxuyur. Doktor Qrosun üzü parlaq pəncərə şüşəsinə qarşılıq film lenti kimi görünür ona. Üzü solğunlaşıb, gözəl gözləri yuvalarında fırlanır. Göz qapaqları tez-tez qırpılır. Adamın bədəni tərləyir. Eyni anda həm üşüyür, həm də istilənir. Bir dəqiqə içində çökmədən öncə
bədəninin bağışlanması üçün yalvarmaq istəyərdi. “Gedə
bilərsən,” doktor Qros sözünü deyib kreslosunda itir. “Sonra görüşərik.. ”
Adam sözləri eşitmir, amma səs tonunu, titrəyişini duyur. Arxasını çevirib getməyə başlayır. Yerə yıxılır, durur, üzü çirklənir. Gərnəşir, bədənini düzəldir, özünü axmaq kimi hiss edir. Dörd ayaq üstünə düşüb hürmək istədiyini bilir.
Komandir Kleynin gülməkdən ürəyi gedərdi. Amma bu zövq ona çox görülüb. Müharibə sona çatıb. Kleyn bu günlərdə Veis adıyla xatırlanır. Adam da artıq yerdə sürünmür. Veis indi Berlində balaca bir otaqda yaşayır və əgər Adamın itkin qızından gələn bu məktub olmasaydı Adam bu lənətəgəlmiş
torpaqlara, bu Qroslar ölkəsinə öldürsən də gəlməzdi.
Cenni
artıq
koridorda
deyil.
Gizli
səsgücləndiricilərdən yumşaq bir musiqi eşidilir: “Yox deməklə nə bildirirsən?” Təzə otağına, təzə iqamətgahına tərəf, qaşla göz arasında tükənəcək həyatına doğru ağır-ağır addımlayır. Qurtuluş və ölüm qabaqdadır. Beyninin hələ
işləyən bir nöqtəsində tək yolunun ağrı çəkmək olduğunu 46
bilir. Heç kim ondan başqa bir şey gözləmir. Onu yaxşılaşdırmağa çalışmayacaqlar, ölməyə qoyacaqlar. Əslində
mənə yaxşılıq edirlər, deyir öz-özünə. Ancaq bir az da günahkarlıq duyğusu var, sanki onlardan özünü sağaltma şansını əsirgəyibmiş kimi.
Adam Sten Aradda, səhrada, günəşin altında, Ölü dənizin dibində, bədəvi karvanlarının yaxınlığında, xanım Suzlinqin sintetik evindəki təzə otağında ölmək üçün yola çıxır. Səhrada heç ümid yoxdur. Necə olursa, ölülər ən yaxşı yeməkləri yeyib ölürlər. İnsanı dəli edən böyük ziyafət. “Ata!”
qışqırır və musiqi onun qışqırığını udur. “Məndən daha yaşlısan, oğlum. Daha yaşlısan.”
Xalça səsini udur. Burada hər şey elə düzəldilib ki, hansısa bir sıxıcılıq Adamın ağrısını əmir, onu alçaldır, bütün varlığına qarşı çıxır. Qrosun öz kiçik fikirləri var və bunun üçün onu günahlandıra bilməzsən. Bacarıqsızlıq qeyri-adi bir şey deyil, əslində bir çox böyüklüklər bacarıqsızlığa bağlıdır.
Hə, bunu bilir. Öz atası və onun atası və onun atasının atası, hər biri yəhudi olmayanlar tərəfindən “Cuhud” deyə
adlandırılmış müəyyən bir qərib qəbilənin üzvləri deyildilərmi?
Son qüvvəti də qan kimi, yıxılmış bir çəndən boşalan su kimi axıb gedərkən öz-özünə “Bu halımda da məni düzəldə
bilməyəcəklər. Özüm öz ağam olacağam. Doktor Natan Ziqmund Qros məni qaşıqla yedizdirə bilməyəcək,” demək üçün son cəsarətini toplayır.
Doktor Qros kreslosuna yayxanıb çılğın xəstəsini düşünür və öz-özünə deyinir: “Burada ikinci dəfədir, dörd dəfə Yafada, eləyir üç il. Ona faydamız olmadı, tamamilə
haqlıdır. Onu qurtarmaq bizim vəzifəmiz idi; onun heç bir öhdəçiliyi yoxdur. O bir kələkbazdır; məndən daha çox 47
şıltaqdır, Cennidən də. Gəlir, lokomotivi düzəldir, Arturu incidir, Cennini sığallayır, məni günahlandırır, bir kitab kimi oxuyur məni; amma hər halda yaşlı bir qadını boğub öldürməyə çalışdı. Hə, bunu ağlımda saxlamalıyam. Dahi deyil o, adam boğan canidir, qatildir, qatil psixdir, səfil axmağın biridir, saxtakardır. Qəlbinin içində məzarlıq satın alıb və düz ora gedir. Dayanmadan. Hələ yaşayırmış kimi görünən cəsəddir o və mənim də onu ölümə aparan çarxı dayandırmağım lazımdır, amma necə? Heç bir yolu yoxdur.
Kitabıma
yazmalıyam,
gündəliyimə,
tələbələrimin
dəftərlərinə, Ziqmunda göndərəcəyim məktuba: Heç bir yolu yoxdur, uğursuzluğa düçar olduq. Yüz il sonra Adam Steynə
və onun kimilərinə nə etməli olduğumuzu biləcəyik. İndisə
bacarmadığımızı etiraf etməkdən başqa yolumuz yoxdur. Və
mən, tibbin Tanrısı bu etirafı edirəm.” Və Qros cəzalandırılmış əsgər kimi farağat dayanıb gülümsəyir –
ağrıyla, yoxsa çarəsizliklə gülümsədiyi isə bilinmir.
2. XANIM SİZLİNQ
1960-cı ilin gözəl, isti və unudulmaz bir günündə, dolu bədənli, toppuş üzlü, gözləri siçan gözlərinə oxşayan bir qadın qaçaraq Lod hava limanının salonuna girdi. Əynində
üstü güllü köhnə bir paltar və başında kənarsız həsir papaq vardı. Onu qarşılamağa heç kim gəlməmişdi. Gömrük məmurları da onu ayaqlarının altına qırmızı xalça salıb şərəfli qonaqlar
üçün
ayrılmış
salona
dəvət
etmədilər.
Çamadanlarını qurdaladılar, bir məmurdan digərinə
göndərdilər, sənədlərində bəzi uyğunsuzluqlar tapdılar və
yolçu salonun girişindəki beton kölgəliyə çıxıb kürəyini Dövlət turizm idarəsinin şüşələrindəki möhtəşəm İsrail 48
posterinə söykəyəndə, qadın, fiziki mənada islaq bezə
dönmüşdü, amma ruhən qorxusuz idi.
Ziyarətinin ilk günlərini bələdçili turlarda keçirdi.
Onun gözündə memarlığın şah
əsəri olan Dan
mehmanxanasında qaldı. Mehmanxananın yanındakı çimərlik ona çox da təsir etmədi, çünki Tel-Əviv çimərliyi cəlbedici görünmür. Ancaq xanım Sizlinq İsrailə gözəllik və cəlbedicilik axtarmaq üçün gəlməmişdi, həyatına məna qatmaq üçün gəlmişdi. Bu səbəbdən bu cür kiçik qüsurları heç vecinə də
almadı.
Bir maşın kirələyib Coni Benvenisti adlı sürücüylə
ölkənin hər yanını gəzdi. Sarı saçlı sürücü ona bacısı Zeldanın uşaq iflicindən ölən oğlunu xatırladırdı. Bu səbəbdən burnu üzünə yayılmış kimi görünən, onu əyləndirmək üçün yol boyu Bethovenin hansısa simfoniyasını fitlə çalan bu qarabuğdayı, incə, uzun boylu sürücüdən xoşu gəlmişdi. Xanım Sizlinqin bildiyinə görə Bethoven Bonnda doğulan, kar, Karnegi Hollda ya özü çalmış, ya da əsərləri çalınmış bir bəstəkar idi. Xanım Sizlinq Kole Porter və Qerşvin üçün əldən gedirdi, Fred Astair və Jozef Kottendən də xoşu gəlirdi – amma rəhmətlik bacısı oğlunun xatirəsi üçün Coni Benvenistini bağışladı və şikayət etmədi. Coni Benvenisti ona İsrailin keçmiş gözəl günlərindən danışdı. Səhranın fəthindən, bütün ağacları əkən Yəhudi Fondundan danışdı. Coni ona peyğəmbərlərin mağaralarını, Hz. İbrahimin qayasını, Şimon Makabenin ağacını, Zealotların mağaralarını, Nuhun nəvəsi Cuşun, Yefinnenin oğlu Kalebin, Giledin oğlu Yəftanın, rahibə Sara və kralın basdırıldığı dağ
yamacını göstərdi. Nasır şəhərinin yolunda İsanın ailəsinin gəzdiyi yerləri göstərdi. Yaqubun sınıq nərdivanını, başının altına balış yerinə qoyduğu daşı, Eksodus Kibutzunu göstərdi
– amma bütün səyahətin zəfər tacı, şimaldakı bir pansionda, 49
Kənanın oğlu Arinin Cəlilənin qayalıqlarında sevişdiyi qadını göstərməyi oldu.
Demək olar başqa heç kimlə danışmadı xanım Sizlinq, sadəcə uşaq iflicindən ölən və indi də təpədən dırnağa, Cəlilədən Nəcəfəcən bütün İsraili dolaşan, fitlə Bethoven çalan və gündəlik olaylar, Vyetnam, sədr Eysenhover və
cənub əyalətlərindəki zəncilərin çətinlikləri ilə bağlı olduqca qarmaqarışıq fikirlər irəli sürən bacısıoğlunun əyləncəli danışıqlarına verdi özünü bütünlüklə.
Xanım Sizlinqin özəl istəyi olmadığı üçün, maşına gedəndə və ya düşəndə Dan mehmanxanasının qapıçısı gözəl gümüşü qaşlarını qaldırmağa da çalışmırdı və xanım Sizlinq tələsik onun qabağından keçirdi. Qapıçıya görə – ölkənin digər yerli sakinləri üçün olduğu kimi – xanım Rebekka Sizlinq, Kleveland, Ohiodan olan isimsiz turist idi sadəcə, ağdərili və
yəhudi olan, İsraildə təxminən 10.8 gün qalacaq, gündə 20.60
dollar xərcləyəcək, xatirə əşyalar, sənət əsərləri, dini əşyalar, cəvahirat və digər məhsullar alacaq, 124 fincan qəhvə içəcək və qarsonların qabalığından şikayət edəcək 130.148 yəhudi turistdən biri. Ancaq o biri tərəfdən də xanım Sizlinq, Amerika yəhudisi turistlərin İsrail restoranlarındakı yeməkləri dadlı hesab edən 53.4-ü və asanlıqla da ağdərili turistlərin çox şey gözləməyən, bu səbəblə də çox şey gözləyən və xəyal qırıqlığına uğrayan yüzdə 5.5-ə daxil olmayan yüzdə 2.9-u arasında olacaqdı. Amerika siqareti (Marlboro) çəkəcək və ən sonda, ziyarətin son günündə
Yafadakı köhnə mallar satılan bazarı kəşf edib oradan iki Əcəm boyunbağısı, quş formasında düzəldilmiş ərəb qolbağı və bir Yəmən üzüyü alan yüzdə 18-ə qatılacaqdı. Və oteldə, hədiyyə mağazasında acgözlük edib ortasında rahibə Raçefin məzarının şəkli olan mavi-yaşıl bir tabaq alacaqdı – hansısa 50
qohumu və ya tanışı üçün, ya da heç bir səbəb olmadan.
Üstəlik Amerika yəhudilərinin beş il ərzində İsraili təkrar ziyarət edəcək yüzdə 22-si arasında olacaqdı.
Ölkəni başdan-başa gəzəndən sonra bir gün xanım Sizlinq, çantasının altını üstünə çevirib rəfiqəsi Şandinin ona zəng etmək üçün verdiyi, hansısa nazirlikdə işləyən Zuter adlı müəyyən bir məmurun telefon nömrəsini tapdı. “Uzaq qohumumdur,” demişdi Şandi, “həyatda heç görməmişəm, amma bilirsən, atası. . yəni mənim əmim – qohum qohumdur da, necə olur olsun, elə deyil? Ona buradakı ailəsindən nə
üçün salam göndərməyək ki?”
Telefonda xanım Sizlinqin səsini eşidən kimi Zuter adlı bu məmurun miqreni tutdu. Bir tərəfdən, sıxıcı olacağı yəqin olan bir Amerika turistiylə nə üçün vaxt itirsin? Amma başqa bir tərəfdən də ailə ailəydi və bu qadın Klevelanddakı qohumlarının yaxın dostu olduğunu iddia edirdi və əgər bir gün vəzifə icraatıyla bağlı İsraildən kənarda bir yerə təyin edilsə, yolu Klevelanda düşsə, indi göstərdiyi ev sahibliyi hörmətlə xatırlanmazdımı? Bax, hadisə bu cür inkişaf etdi, məmur Zuter xanım Sizlinqi sabahısı gün başqa bir məmurun Qüdsdəki evində düzənlənəcək ziyafətinə dəvət etdi.
Məmur Zuter rəsmi görəvini nazirlikdə yerinə
yetirirdi və xanım Sizlinq nazirlikdə başqa idarələrdə
edilməyən nələrin edildiyilə maraqlandı. Zuteri götürmək üçün ofisinə gedəndə eynən onun kimi, onun etdiyindən daha çox heç nə etməyən yüz dənə başqa məmur da görmüşdü orada; amma bunu da demək lazımdır ki, Zuterin elədiyindən daha azını eləmək də qətiyyən imkansızdı.
Məmur Zuterin evindəki ziyafətdə İsrail dövlətinə
kənardan edilən qatqı və yardımlar – ad vermək lazımdırsa, Yəhudi Fondu və bənzərləri – və İsraildəki Amerika 51
yəhudilərinin işləmələri mövzusunda gedən səmimi bir danışıq əsnasında, xanım Sizlinq, qaba və toppuş üzlü, solğun paltarlı və həsir papaqlı bu qadın cəsurluqla danışdı və öz düşüncəsinə görə, hər kəsin bu ölkəyə yatırım eləməli olduğunu dedi. “Şanssız qardaşlarımız üçün,” dedi,
“Avropadakı soyqrımdan qurtulan, ərəb gettolarından qaçıb bura, uca Tanrının öz israilliləri üçün seçdiyi İsrail torpaqlarına gələn ya da gətirilən o yazıq varlıqlar üçün.”
Ətrafındakı insanlar güldülər, içkilərini qaldırıb onun sağlığına və yaxşılığına içdilər, amma Sizlinq onların səsindəki lağı tutdu və güclü bir səslə və üzündə, atəşin havasına uyuşan bir ifadəylə dedi: “Sizə gündəlik ruzinizi verənlərə qarşı bir az hörmət göstərin!” Danışanda bəzi gənc məmurların üzlərinin ildırım vurmuş kimi heyrət içində
olduğunu gördü. Sonra sinəsinə vurdu; məmurlardan birinin Tarzan filmində Çitadan gördüyü hərəkətin eynisiydi bu; məmur özünü saxlaya bilməyib qəhqəhəylə gülməyə başladı və gülüşü qadının bir saniyə öncəki qızğın sözlərinin üzlərinə
vurduğu o utancı silib süpürdü.
Fəqət xanım Sizlinq asanlıqla geri çəkilmədi.
Hökumətlə tək bağlantısı olduğunu dediyini Zuter adlı məmurun “bu qədər qısa zamanda gözümün bəbəyi halına gələn” bu ölkəyə pul bağışlamaq üçün ona kömək etməyini tələb etdi. Məmur Zuter, qohumları tərəfindən sırf başına bəla olsun deyə göndərdiyi bir ağıldankəmlə qarşılaşdığını sezdiyindən, onun yazacağı çeki şəxsən prezidentin özünə
verməyi boynuna götürdü. Hər kəs yaxşı niyyətlə gülüşdü, amma əllərindəki qədəhlər də titrədi, xanım Sizlinq stula oturub çantasından qəhvəyi rəngli çek dəftərini çıxardı, birindən qələm istədi – öz Vaterman qələmini Tel-Əvivdəki mehmanxanada qoymuşdu – və yazdı: “İsrail hökumətinə altı 52
milyon dollar və sıfır sent.” Çantasından balaca möhür qutusunu götürdü, yumru mürəkkəbqabına batırdı, üfürdü və
imzasının yanını möhürlədi: Rebekka Sizlinq.
Hər kəs çekə göz atdı; gözlərini qırpıb güldülər. Sonra məmur Zuter çeki cibinə soxub xanım Sizlinqin yanından uzaqlaşdı; ziyafət qurtaranacan da bir daha onu görmədi.
Xanım Sizlinq Tel-Əvivə qayıtdı; bu arada məmur Zuter bircə çekə atılan bir qələm zərbəsiylə hər gün nazirliyin ikinci mərtəbəsindəki bapbalaca otağa sıxılıb qalan tanınmaz kişi olmaqdan çıxmışdı; indi Qüdsdə əyləncə və gülüşmələrin qaynar nöqtəsiydi.
Ziyafətdən ziyafətə, evdən evə gedən xanım Rebekka Sizlinqin əhvalatını danışırdı – onu necə axtarıb tapdığını, necə evinə gəlib “bəxtsiz qardaşlarımız üçün” hər kəsin bir şey eləməli olduğunu dediyini. Hamı güləndə, uyğun anın gəldiyinə qərar verən məmur Zuter, əzik çeki cibindən çıxarıb hər kəs gülməkdən qırılana, yaxşı vaxt keçirənə qədər əldən ələ gəzdirirdi. Məmur Zuter həyatında birinci dəfə diqqət çəkib vacib sima olmuşdu. Qısası xanım Sizlinq onu sanki məzardan
çıxarmş,
cəhənnəmdən,
unudulmuşluqdan
qurtarmışdı və təbii ki, Zuter qəlbinin dərinliyində bunu bilirdi və minnətdarlığını bildirmək üçün ona bir buket gül göndərməyi düşünürdü, amma heç vaxt göndərmədi.
Sezmişdi ki, adı hər kəsin dilindəykən – kim bilir? – bəlkə də
bacarıqlarına uyğun bir işə təyin edildi. Onsuz da adını yəhudiləşdirməmişdimi, dəbə uyğun geyinməyi, hətta sadəcə
işarələr, eyhamlar və ara-sıra boğazını arıtlayıb danışmağı öyrənməmişdimi? Yaxında məşhur ola bilməzdimi. . varlı ola bilməzdimi görəsən? Kim bilir?
Çox keçmədən paytaxt Qüdsdə dövlət məmurlarının toplantılarında, ofislərində, parlamentin bufetində və ya 53
hansısa idarə bölümündə hərkəsin qəhqəhə çəkməsi üçün birinin sadəcə ciddi üzlə “xanım Rebekka Sizlinq” deməyi kifayət idi.
Ancaq Adam Steyn və doktor Qros və Artur Fine və
Miles Devis və sünnətçi Volfovitz və digər bir çoxunu qurtaran hadisə və ya möcüzə, Rut Liçtensteyn adlı bir qızın bu ziyafətlərdən birinə dəvət edilməsi oldu. Rut bütün hekayəni dinlədi, hər kəslə birlikdə güldü, çekin əldən ələ
gəzdiyi o an gəlincə də çekə baxdı və çaşqınlıq içində gec də
olsa hər şeyi anladı. O adı eşitmək ona heç bir təsir etməmişdi, amma imzanı görmək hafizəsinin bir küncündə, Klevelanddakı qohumlarıyla keçirdiyi bir axşamı xatırlatmışdı ona. Orada xanım Sizlinq adında biri haqda çox şey danışılmışdı. Hə, indi adı xatırlayırdı; Amerikadakı ən zəngin qadının, polad zavodlarının, ətir istehsal edən şirkətlərin sahibi olan, siqaret firmalarında minlərlə hissəsi, Nebraskada sürü-sürü maralı, Akron, Ohioda maşın təkəri fabriki olan, başqa sözlə bir imperatorluğa sahib bu qadının yaşadığı səfil evi şəhərin kənarına aparıb onun özünə də göstərdiklərini.
Heç nəyə baxmayaraq, divarlarında qəza nərdivanları olan, köhnə, bərbad bir evdə yaşayırdı qadın, evin təpəsində də
sanki atəşkəs elan edirmiş kimi ağ bayraqlı sınıq bir dirək vardı. Kiminlə atəşkəs? “Qadın Tanrıya atəşkəs elan edir,”
deyə Liçtensteynin qohumlarından biri zarafat etmişdi.
Hamısını xatırlayırdı indi.
Rit Liçtensteyn məmur Zuterin yaxın dostu idi; vaxtikən aralarında evliliklə bağlı söz-söhbət də olmuşdu, nu səbəbdən bir az şirinliklə ondan çeki almağı bacardı – ancaq bircə günlük. İşlədiyi Maliyyə nazirliyi idarəsində nazirin qapısını döydü və qısa bir açıqlamadan sonra çeki çantasından çıxarıb onun gözləri önündə yellətdi. Nazirin üzü 54
bir buqələmun kimi rəng dəyişdirdi, eyni anda altı telefonla birdən danışmağa başladı və hələ heç kim heç nə anlamadan altı parlaq qara rəsmi hökumət limuzini Tel-Əvivdən Dan mehmanxanasına tərəf tam sürətlə yola çıxdı.
Xanım Sizlinqin üzündə onlar üçün hazır gülümsəmə
vardı, gələcəklərini bilirdi. İsrailə gəlib Dan mehmanxanasına ayaq
basmağıyla
bu
tanınmış
adamların
önündə
dayanmaqları arasında hardasa bir ay fərq olduğu həqiqətini unutmağa qərar vermişdi. Ölkədə olduğu bu müddət ərzində
adətlərini öyrənmişdi, ayrıca qəlbi ruhunu qurtarmaqda və
həyatına məqsəd tapmaqda qərarlıydı. Üstəlik dövlət məmuru Zuterin evindəki ziyafətlə Dan mehmanxanasının qapıçısının ağzı açıq vəziyyətdə otel müdirinin yanına 222
nömrəli otaqdakı xanımın adi qadın olmadığı xəbərini verməyə qaçmağı arasında. . yəni o zamanla bu zaman arasında çox önəmli bir qarşılaşma baş vermiş və xanım Sizlinqin həyatını bütünlükdə dəyişmişdi.
Bundan bir həftə, cəmi bir həftə əvvəl xanım Sizlinq Şvester əkizlərinin böyüyüylə tanış olmuşdu.
Şvester əkiziylə qarşılaşdığı gün dəhşətli isti dalğası gəlmişdi. Ləhləyən quşların Tel-Əvivin dayanılmaz isti havasında süzüldükləri və yerlərində fırlanıb dayandıqları görünmüşdü. İnsanlar əvvəldə də az olan səbrlərini tamamilə
itirmiş, bir-birini söyüb danlayırdı. Xanım Sizlinq İbn-Qabirol prospektindəki bir kafedə oturub istidən çaşırdı; gözləri dodaqlarının üstü xəfif bığla örtülü altmış yaşlarında bir qadına dikilmişdi. Qadın balaca stolda oturmuşdu, əynində
yun paltar vardı, üzü çobanyastığı qədər təzə-tər idi, ləzzətlə
fincandan buxarlanan çayını içirdi. İstidən özünü itirən və
susuzluqdan az qala qurumuş xanım Sizlinq qadına tərəf əyildi və içində çəkingənlikdən çox qışqırıq izləri olan bir 55
səslə dedi:
“Bağışlayın, xanım, narahat etmirəm ki, sizi?”
“Yox, o nə sözdür, heç də etmirsiniz.”
“Sizdən bir söz soruşa bilərəm?”
“Lütfən, buyurun. Mən bunun üçün buradayam.
Sualları cavablandırmaq üçün.”
Qadın xanım Sizlinqə maraq və həvəs dolu nəzər salıb buxarlanan çayından qurtumladı.
“Günün bu istisində necə olur ki, burada oturub belə
təzə-tər görünə bilirsiniz? Lütfən qüsuruma baxmayın, amma necə. . necə olur ki, belə havada yun paltar geyinib qaynar çay içirsiniz, həm də heç tərləmirsiniz?”
Şvester əkizi böyük parlaq gözlərini ona tərəf çevirdi, gülümsədi, buxarlanan çay dolu fincanı nəlbəkiyə qoyub əlinə
götürdü və xanım Sizlinqin stoluna keçdi, son dərəcə ciddi bir səslə: “Hamısı inanc məsələsidir,” dedi.
“İnancmı?” bunu anlamaq çox önəmli olduğundan xanım Sizlinq də anlamağa çalışdı. Olduğu yerdən, Tel-Əviv dərin sularda üzürmüş kimi görünürdü; tamamilə o suların altında qalmış, kütləsiz və varlıqsız, əsəbi, sisli və ahəngsiz.
“Hər şey nə düşündüyünüzdən asılıdır” dedi nazik bığlı qadın. “Məsəlçün götürək məni,” isti çayından bir qurtum içdi, “Mən, xanım, Tanrını düşünürəm.”
“Hı. ?”
“O gecə-gündüz ağlımdadır.” Danışmağa başladı Şvester əkizi və dayanmaq bilmədi. Onların qarşılaşmağı taleyin bir şıltaqlığıydı. Bu iki qadın bir-birinin marağını çəkmişdi. On dəqiqə sonra dostlaşmış, yarım saat sonra isə
bir-birlərinə qəlblərini açmışdılar və aralarında heç bir maneə qalmamışdı. Şvester xanım Sizlinqə özündən iki dəqiqə qırx bir saniyə kiçik olan əkiz bacısından da danışdı və
56
bacısının Tanrı mövzusunu çox da ciddiyə almadığından da şikayətləndi. Tanrı təbii ki, sevgi və insanın öz bədənini unudaraq köklənməsi deməkdi. Hə, onun bir fikri vardı illərdi ki, bu fikri düşünürdü. Rəhmətlik əri vəfat edib ona balaca, amma etibarlı bir pansion miras qoyandan bu yana. Bax elə
bu məqamda Şvester əkizinin bığları titrədi və gözlərində bir alov göründü. Birdən-birə ləzzəti, dadı və sevinci birinci dəfə
kəşf edən balaca qıza dönən xanım Sizlinqin diqqətindən qaçmadı bu görüntü. Sözgəlişi Şvester dedi ki, bir neçə il öncə
Afrikaya getmişdi. Cənnətin özü olan nöqtəyə çatmaq arzusundaydı. Oranı öz gözləriylə görmək istəyirdi. Yuxuda Afrikaya getməyini məsləhər görən bir mələk görmüşdü, buna görə həyatında dəyişiklik, ruhunu təzələyən bir şey axtarmaqdaydı. O zaman əlli iki yaşındaydı hələ. Özündən iki dəqiqə qırx bir saniyə kiçik olan bacısı onunla bir yerdə
getmək istəməmişdi. O səbəbdən yola təkbaşına çıxdı və
uşaqların “İtmiş cənnət” dedikləri dağın yerləşdiyi Keniyadakı balaca qəsəbəyə çatdı. Balaca bir komada qaldı və
gecə, yatmağa uzananda həşəratlar onu dişlədilər; bütün gecəni ağrı içində fırlandı, yata bilmədi. “Çünki o vaxt,” deyə
açıqladı xanım Sizlinqə, “İman mənə açıqlanmamışdı hələ.”
Bədəni qanını sovuran həşəratların ovuna dönmüşdü və
gecəni elə keçirdi. Sabahısı gün özünü qorumaq üçün nəsə
eləməli olduğuna qərar verdi. Bir xırdavatçı dükanına gedib altı dənə dəmir qab aldı. Bütün günü “İtmiş cənnət” adlı yerdə
gəzdi. Gecə dəmir qablara qaz yağı doldurub döşəyinin ətrafına düzdü və kibritlə yandırdı. Titrəyən altı işıqda yatdı.
Doğrudan bu hiylə sayəsində bir neçə saat yuxu yata bildi. Bu vaxt Şvester əkizi qəribə tappıltı səsinə oyandı. Dəmir dama tökülən yağışın səsinə oxşayırdı. Gözlərini açsa da nəsə bir şey görə bilmədi. Altı yağ dolu qab çatırtıyla yanmağındaydı.
57
Birdən bədəninə nəyinsə batdığını hiss etdi, sonra daha bir dənə, sonra daha bir dənə. Axırda bu tapmacanın cavabını tapdı: sonsuz həşərat karvanı, yekə Afrika həşəratları, otağın bir divarından yuxarı dırmaşıb tavan boyu sürünürdülər.
Tavanın ortasına, yanan qabların arasına çatdıqları vaxt özlərini qadının üstünə buraxırdılar, üzünə, əllərinə, ayaqlarına – bütün bədəninə düşürdülər.
O anda, yuxulu olmağına baxmayaraq, bədəninin dişlənmiş yerləri ağrıya-ağrıya bu hadisənin onu aşan önəmini anladı: bu həşəratlar onun bədəninə qarşı hiss etdikləri dərin bir sevgi üzündən, barrikadanı aşıb onun insan bacarığını şıltaqlıqla dəf edərək onun yanına gəlirdilər.
Şvester əkizinin bədənini heç bir kişi həqiqətən sevməmişdi.
Bunu bilirdi, özünü aldatmırdı. Amma indi! Bu böcəklər bədəninə coşqun bir arzu duyaraq, həqiqiliyini əmərək onunla sevişirdilər. Və bu sevgiləri səbəbindən özünün ağrı çəkməyinə baxmayaraq möcüzəli bir şəkildə onların sevgisinə qarşılıq verməyi öyrəndi. Onlarla danışdı; öncə
divarlar, sonra da tavan boyu irəliləyib sonunda tərli bədəninə hücum edən və onu iynə yağışına tutan o çoxsaylı sevgilisinə şəfqətlə baxdı. Onları gücü tükənə qədər sevməyi arzuladı; onların sevgisi onun da içində sevgi cücərtmişdi.
Orada, Keniyada, bir komadakı pis qoxulu yatacaqda, meşədə, dünyanın qəlbində, dünyadakı ilk insan olan Adəmin bir vaxtlar yaşadığı yerdə, inancın ruhunun dərmanı olduğunu, ya da başqa cür desək, özünün də bilmədiyi bir səbəbdən Tanrının təkrar görünməsini təşkil etməyin öz tapşırığı olduğunu dərk etdi.
“Və bu torpaqların möcüzəsi Tanrının möcüzəsidir,”
dedi onu diqqətlə dinləyən xanım Sizlinqə. “Bax elə burada Tanrı özünü göstərdi, tam burada taleyim müəyyən olundu, 58
onun sözləri burada dilə gətirildi – yox, burada, İbn Gabirol prospektində yox.” Güldü bir az və soyumaqda olan çayından bir qurtum içdi, “Burada yox, orada, günəşin altında, səhrada, qayalıqların, mağaraların arasında, böyük, qumluq torpaqlar boyunca – ucu-bucağı olmayan yerdə,” daha da həyəcanlanaraq davam etdi: “Künclər yox, yalançılıq yox, incə
rənglər yox. Hər şey qəddar, kəskin, olduğu kimi. Elatdan yuxarı getdim, oranın hər yerini gəzdim. Onun ruhu hələ də
yaşayır, orada bunu hiss edirsən. Onun gücünü, qəddarlığını, özünü. . mağaralarda, qayalıqlarda,” və Şvester əkizi çeçələ
barmağına qırmızı üzük saldığı qırışıq əliylə masanın üstünü döyəcləyirdi, “orada hər şey boşdur, köhnədir, amma yenə də
görkəmlidir.”
Qəfildən üzü ruhundakı aclığı üzə çıxardı və bu duyğulu üzə baxan xanım Sizlinqin gözləri doldu. “Və orada, o bozqırda,” deyə Şvester əkizi fısıltıyla, nəsə bir sirr açırmış
kimi davam etdi, “o kimsəsizlikdə, təpələrin və daşların, qurumuş çay yataqlarının və qumların arasında, yüksək və
ölümsüz qayalıqlara qazılmış möhtəşəm şəkillər arasında –
orada Tanrı danışdı, ölmüş yanardağların kraterlərindən, vadilərin qatmaqarışıqlığından, qartalın uçuşlarından gələrək danışdı O; orada özünü göstərdi çölün görkəmi olan tanrı.
Peyğəmbərlər ora getdilər, bir ulus yaradıldı, birliyi, qanunları, ritmləri, ulusluğu, günləri oradan gəldi. O ulus əxlaq, qüvvət dərslərini orada öyrəndi və orada – orada İbraahimlə sözləşmə təkrar qüvvəyə minəcək.”
Xanım Sizlinq qanının beynindən axdığını hiss edib əllərini uzatdı, masanın üstündə açdı, başını əllərinə söykəyib hıçqırmağa başladı. Şvester əkizi gözlərinin qabağındakı bir xəyala, səhranın üzərində havada dönən müqəddəs bir halqaya dikilmiş vəziyyətdə yaşlı amerikalı qadının saçlarını 59
düzəltdi və davam etdi: “Əzizim, bu peyğəmbərlər sizcə kim idi? Universitet professorları? Hökumət məmurları? Turizm şirkətinin nümayəndələri? Deyim sizə kim olduqlarını.” Bu yerdə səsi yüksəlib qalınlaşdı: “İnsanlar əcaibdir. Amma Tanrı onları sevdi, onlarla danışdı. Siyasətçilərlə yox, şahlarla yox –
dəlilərlə danışdı. Onlar ürəyiyumşaq adamlardı.” Xanım Sizlinq bir az sakitləşdi. Dikəlib gözlərini sildi. Nə gözəl sözlərdir! Hə, bax bu cür sözlər üçün, belə sözləri eşitmək üçün gəlmişdi bu torpaqlara. Bezgin qarson qıza buzlu kofe sifariş verdi, bir də krem şantili dondurma. Yox, kökəlməkdən qorxmurdu. Gözlərini ruhu indi çox uzaq bir dünyada uçan Şvester əkizinə çevirdi.
“İnanın mənə, madam,” Şvester əkizi dedi, “səhra Tanrının sarayıdır. Orada Onu doğrudan da hiss edə
bilərsiniz. Onun gücünü görərsiniz. O dərə yataqlarının önündə bacımın dinimizi alçaldan gəvəzəlikləri quruyub gedər. Orada Tanrı həyatdadır – mağaraların içində, uçan şahinlərin yolu üzərində, qartal qanadlarının gərginliyində, inanılmaz istidə, yolunu dəyişməyən sonsuz bəyazlıqdadır, nəfəs alır. Və təkrar özünü göstərib ağlı qaçanlarla danışacaq!
Onlar başa düşəcəklər, Onu görəcəklər. Amma kimdir onlar, bizim ürəyiyumşaq dəlilərimiz? Deyin mənə!”
Xanım Sizlinq bilmirdi. Sarı rəngli çöplə buzlu qəhvəsini içəndə qartalların, çox böyük qartalların Tel-Əvivin istidən buxarlanan evlərinin üstündə uçduğunu gördü.
“Mən deyim. Bura gələn, geri dönən hər birimiz.”
İndisə daha öncə heç kimin eşitmədiyi maraqlı bir zarafat etmiş kimi, şeytanca, yaramaz bir gülüş parıldadı qadının gözlərində. O an xanım Sizlinqin gözləri önünə “Üçüzlərin üçüncüsü” cinayətini araşdıran Perri Masonun ( Perri Mason –
Erle Stanley Gardner tərəfindən yazılmış kitabların baş
60
qəhrəmanı, hüquqşünas. Sonralar radiopyeslərin və kinoların da baş qəhrəmanı olmaqla ekranlaşdırılıb – red. ) görüntüsü gəldi.
“Biz bir millətik,” dedi Şvester əkizi. “Tanrısına xəyanət etmiş bir millət. Və bunun üçün ola biləcək ən böyük bədəli ödədik – toz və duman olduq. Qaynımın oğlu diri-diri basdırılanda səkkiz yaşında idi. Geridə nə qaldı, nə qoydular?
Əsəbləri pozulmuş, zavallı, ümidsiz kütlə. Onlar yaxşıdır?
Bilmirəm. Gözəl qəribəlikdir. İki və ya dörd hissəyə bölünmüş
adamlar – Robinvitzlər, Spigel ailəsi, ingilis dili müəlliməsi xanım Spring; hamımız gündüzləri dincəlməyib əsnəyirik, pul qazanırıq, evlər tikirik, sürətlə çalışırıq, amma gecələr böyük evlərimizdə, müasir binalarımızda, qəşəng maşınlarımızda yuxusuzluqdan əziyyət çəkirik; gecələr kabuslar görüb qışqırırıq, çünki şeytan qollarımızı mavi nömrələrlə
nişanlayıb. Gecənin bir aləmi bu ağlaşmalar, qışqırıqlar nə
üçün bu torpaqlarda eşidilir, bilirsiniz, sevgili xanım Sizlinq?
Bu nömrələrin hamısı qışqırıb ağlayırlar, çünki bütün bunların nə üçün, necə, nə qədər, nə zaman, haracan olduğu mövzusunda anlayışları da yoxdur. Ağlayırlar, çünki qaçmaq mümkün deyil. Təhqir incidər. Sürgündəki Tanrının, bir yad varlığın oturduğu göyüzünün altında, Avropanın ən inkişaf etmiş fabrikində xammal olduğumuzu bilmək – bunu qavramaq bizi dəlicəsinə sevindirir. Bu cür aşağılanmışıq! Bu səbəbdən bu ölkəni yer üzündəki ən böyük dəlixanaya çevirdik. Sizə deyirəm, bunlardan, gecələri ağlayan dəlilərdən, qayaların arasındakı qurumuş çay yatağına girib orada Tanrının dostluğa qəbul edib danışdığı biri çıxacaq. Və bu danışıqlar, qarşılıqlı deyilən sözlər o dəlini yaxşılaşdıracaq.
Kaş ki, bir milyon dollarım olaydı. Əlbəttə, ağ elədiyimi bilirəm. Hansımızın bir milyon dolları var ki? Ərimdən qalan 61
pansiondan ayda altı yüz dollar gəlirim olur, o pulla bacıma baxmalı, ara-sıra məzarlığa da çələng göndərməliyəm.
Qiymətlər də artır. Amma əgər pulum, çoxlu pulum olsaydı, burada, səhrada bir bina tikdirərdim ki. .”
Xanım Sizlinq nə istədiyini bilən qadın idi. Şvester əkizinin dediyi sözlər xanım Sizlinqin beyninə təsir etdi. Ürəyi beyniylə davadan özünü necə saxlayacağını bilmirdi. Hə, eşitdiklərindən təsirlənmişdi, amma xanım Sizlinq təkcə
hisslərlə yaşayan qadın deyildi. O ana qədər bütün həyatının, bütün çalışmağının qazancının sıfır olduğunu və indi, həyatının payızında ona çox gözəl bir əməl gerçəkləşdirmə
şansı verildiyini hiss edib dinlədi, dinlədiklərini qavradı.
Dinlədi, düşündü, təkrar dərin-dərin düşündü və nə etməli olduğunu tapdı.
Maliyyə naziri və yanındakılar masanın kənarında oturub barmaqlarıyla stolu döyəcləyirdilər. Xanım Sizlinq danışmağa başladı: “Bu altı milyon başlanğıcdır sadəcə. Sizə
sənaye mərkəzləri və başqa lazımlı şeylər tikdirəcəyəm, amma əvvəlcə dəlixana, belə deyək ağıl xəstəxanası tikdirmək istəyirəm. Səhrada modern bir klinika. Sizə harada tikdirmək istədiyimi deyəcəyəm, siz də icazə alacaqsınız mənim üçün.
Fikrinizə də, köməyinizə də ehtiyacım yoxdur. Bura qaça-qaça gəlmisiniz? Çox tələsirdiniz? Narahat görünürsünüz. Amma mən bir işə girişdimsə orada hər şey düzgünlüklə gedər.”
Onlarsa “Xanım Sizlinq, bizim sənaye bölgələrində
sənaye artımına ehtiyacımız var, qaçqınları yerləşdirmə
çətinliyi də var; tanklar, traktorlar lazımdır.. ” dedilər.
“Ehtiyac duyduğunuz onlardır?” Xanım Sizlinq dedi.
“Mən bu sistemdə təzəyəm hələ, sizsə bu sistemin üzvləri olduğunuzu da bilmirsiniz hələ. Bütün İsrail bunun üzvüdür.
İndi mənim istədiyimi eləyib Amin deyəcəksiniz. Çünki 62
təklifimi iki qatına qaldırıram. On iki milyon. Altı milyon klinika üçün, altısı da sizə rüşvət. Təklifim budur. Başqa yolunuz yoxdur. Ağıllı yəhudilər Amerikaya köçdülər, ya da Avropada öldülər. Axmaqlar və qəhrəmanlarsa hələ də
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?