Электронная библиотека » Yoram Kaniuk » » онлайн чтение - страница 5

Текст книги "Adam`ın dirilməsi"


  • Текст добавлен: 29 октября 2022, 12:40


Автор книги: Yoram Kaniuk


Жанр: Современная зарубежная литература, Современная проза


Возрастные ограничения: +16

сообщить о неприемлемом содержимом

Текущая страница: 5 (всего у книги 16 страниц) [доступный отрывок для чтения: 5 страниц]

Шрифт:
- 100% +

Amma indi Cenni Gilboanın çiçəkləri haqqında, gitarayla oxunan mahnını dinləyir. Öz düşüncələriylə

məşğuldur, Adamınkılardan xəbərsizdir, ona dəli kimi vurulduğunu deyir öz-özünə. Əslində bundan utanmır. Hətta qürur duyur, öz eşqindən və qüvvətindən qürur duyur. Bir daha özünə xatırladır: mənimlə əsla evlənməz. O xəstədir, sağalmayacaq qədər xəstədir. O saxtakardır və ölür. Fəqət nə

vaxt Adam yaxşılaşıb klinikadan buraxılsa, özünün öldüyünü, ayı kimi qış yuxusuna gedib bütün bədəninin uyuşduğunu hiss edir. İşləyir, amma gülümsəmir. Yatağında tək yatır, heç yuxu da görmür. Amma Adam klinikaya qayıdan kimi Cenni təzədən dirilir. Adamın təkcə özünə, həyatına, bədəninə, saxtakarlığına yox, hər addımındakı dolaylı ölümə, ağzından çıxan hər sözə aşiq olduğunu bilir. Əgər ölümün həqiqiliyi olmasaydı Cenni həyatdan, özündən uzaqlaşmağa davam edən həyatdan qorxacaqdı. Amma belə bir həyatın, ölümünə

doğru bu cür qərarlılıqla gedən birinin bədənində mümkün olmadığı üçün Adamın ölümünü də sevir. Və Adam hər şeydən çox bunu təqdir edir. Cenni onu təkcə otağında, ya da istirahət otağında, ya da yemək zalında və ya bayırda, ağacların arasında yox, yolun ən sonunda, həyatın sərhəddində gözləyir.

81


Şvester əkizlərinin böyüyü Adamın klinikaya qayıtdığını eşidəndə təpədən dırnağacan titrədi. Özündən iki dəqiqə qırx bir saniyə kiçik olan bacısıyla klinikada yaşayırdı (bir dəfə sözləri dua kimi dodaqaltı pıçıldayaraq “bu taleydi!”

demişdi), özü ölsə də, Kleveland morqunda soyuyan meyiti üstündə gedən söz-sözhbətlər səngimək bilməyən xanım Sizlinqin vəsiyyətinə görə burada yaşayırdı. Vəsiyyətnamə

Xanım Sizlinqin klinikanın həyətində, öz diliylə desək

“Tanrının özünü göstərəcəyi yerin yaxınlığında” basdırılmaq istədiyini göstərirdi. Qohumları önəmli bir bəhanə gətirərək sonuncu maddənin bütün bölümü şübhə altına saldığını iddia etmişdilər. Bu cür iş vəkil Conatan R. Giloneyin Klevelanddakı ofisinin vəkilləri üçün qəribə və sarsaqcasına idi. Həmişə iş

müqavilələri və daşınmaz əmlak sənədləriylə işləyən vəkillər indi Tanrı vəhylərinin hüquqi anlamını araşdırırdılar. Əcəba belə bir teorem modern zamanda işlənə bilər, yoxsa belə

şeylər keçmişdə qalıb? Bu vəkillər bir-birini diddikcə və

onların müştəriləri – xanım Sizlinqin uşaqları və qohumları –

“anamızın keçici dəliliyi” və “hörmətli qohumumuz” deyə

təkrarladıqca Conatan R. Giloney təxminən bir ildir ki, davam edən bu məzhəkəni dinləmək, xanım Sizlinqin meyiti isə

soyuq morqda yatmaq zorundaydı. Xanım Sizlinq klinikanın xərcləri üçün böyük bir məbləğ ayırmışdı, ancaq Şvester əkizləri üçün də xüsusi maddə yazmağı da unutmamışdı.

İndi Şvester əkizi gözəl çiçəklər toplayıb Miles Devis, sünnətçi Volfovitz və başqalarıyla birlikdə Adamın otağının qapısında dayanıb və xəyalında getdikcə yaxınlaşan Məsihin ayaq səslərini eşitməyə başlayıb. Çünki xanım Sizlinq və

Şvester əkizi Adam Steynlə ilk dəfə qarşılaşandan bu yana, ali bir tapşırığı yerinə yetirməyin ona həvalə olunduğunu anlamamışdılarmı? Bunu açıq-açığına deməmişdilər, sadəcə

82


bir-birinə baxıb, sevinc və coşğun xoşbəxtliyin guruldamağına şahid olmuşdular. Adam onların bu böyük xəyalını gerçəkləşdirmək tapşırığını o gün qəbul etmişdi və doktor Qrosla Cenninin bütün səylərinə baxmayaraq bu barədə öz fikrini heç açıqlamamışdı. Xanım Sizlinq Adamın seçilmiş

olduğu inancındaydı. O andan da adamın “müjdəçi” olduğuna və ulusun təmsilçisi olduğuna inanmışdı; Adam bunu bilsin və

ya bilməsin! Və bəzən, belə bir ruh halına düşəndə Adam pəncərənin qabağında dayanın bayıra baxdığı halda birdən çevrilib gözlərini Şvester əkizinə çevirir və nəfəsi kəsilə-kəsilə danışırdı: “Əmin deyiləm, amma içimdə qəribə bir hiss var..

Onun

gəldiyini. .

eşidirəm. .”

Şvester

əkizi

həyəcanlanırdı, otağına qaçıb (çox vaxt film ulduzlarını və bu kimi şeyləri düşünən) bacısını oyandırırdı, ikisi bir yerdə

hansısa bir müqəddəslik hissiylə ipək gəlinlik paltarlarını geyinir, başlarına da çiçəkli taclarını qoyurdular.

Sonra Adam Şvester əkizini xəyal qırıqlığına uğradırdı: “Səhv anlamışam! Hələ yox!” Qadın da “Saman ələkdən keçməyib hələ, Tanrının vəhylərinə aparan yol günahlardan təmizlənməyib, şeytan hücuma başladı və

iblislər təzə əngəllər hazırladılar,” deyirdi. Adam da, “Səbrlə

bunların da öhdəsindən gələcəyik, sevimli Şvesterim, çünki Onun ayaq səsləri eşidilir, və O gələcək! Böyük gün yaxındadır! Gecikə bilər, amma gələcək! Bütün hesablamalara görə çox yaxındadır!” deyib onu sakitləşdirirdi.

Və baxın, dünən Adam geri qayıdıb, Qurtuluşu müjdələyəcək adam, qayalıqların arasında dayanıb Tanrının sözlərini eşidəcək o adam. Üç gün öncə gördüyü yuxuda bir mələk

gəlib

yatağının

kənarında

oturmuş,

ayaq

barmaqlarından ikisini sığallamışdı, hətta bir az qıdıqlamışdı da və o güləndə mələk demişdi: “Raçel, Raçel, Adam geri 83


dönür, Böyük gün yaxındadır!” Sabahısı gün Adamın həqiqətən qayıtdığını eşitmişdi.

Beləcə Şvester əkizi, əlində çiçək tutub, ağlayıb mahnı oxuyaraq Adamın qapısı ağzında diz çökmüşdü indi. “Bir şəlalə!” deyir Miles Devis. “Bu qadın və Tanrısı! Tanrı heçdir.

Bu dünyanın cəmi varolma okeanında bir su damcısından başqa bir şey deyil. Bu bəxtsiz kürənin nə özəlliyi var ki? Ya da seçilmiş insanların? Ya da Tanrının özünün? Bu qədər vaxt hardaydı o?”

Topal Natan Aharoni “Siqaret almağa getmişdi,” deyir gülə-gülə.

Qapının dalında bir sürü insan dayanıb. Adamın yenə

xəstəlindiyini eşidib onu görməyə gəliblər. adam gözləri bağlı halda, sərin koridordakı öyrəşdiyi musiqi səsinə fikir verməyərək qapının dalındakı səs-küyə qulaq asır. Fikirləri qarmaqarışıqdır. Bədəni ağrıyır və bilir ki, Cenni onlara qapını açıb açmamaq mövzusunda qərarsızdır.

“Yaxında ağrılarımız Onun oturacağına toxunacaq,”

deyə dua edir Şvester əkizi; səsi Adamın eşidə biləcəyi qədər yüksəkdir, “və qapılar açılacaq və Tanrı üzünü göstərəcək günəşin vurduqlarına, qollarında mavi nömrələr olanlara, şeytan tərəindən nömrələnmişlərə və sən, Adam, ayağa qalxıb dinləyəcəksən və anlayacaqsan və eşitdirəcəksən və

qurtaracaqsan və Qurtuluşu çağıracaqsan.”

Mənmi? Bu təlxəkmi? Bu saxtakarmı? Tanrım, yaxşı ki yoxsan, yaxşı ki xeyli əvvəl ölmüsən, əgər elə olmasaydı mütləq bu qorxunc məsumiyyət üçün məni cəzalandırardın.

“Eeeiiiyyy!” Adamın qışqırığı kilidlənmiş ağzını güclə açır.

Hamı bu səsə donub qalırlar. Miles qışqırır: “Cenni, nə edirlər ona?” Və gözlərində nifrətlə, heç nə hiss etmədən, cənnətə

minnətdarlıq sözləri mızıldanan və üzü qəlbindəki 84


görüntünün şüalarıyla parıldayan Şvester əkizinə baxırlar.

Cenni qapını açır, qapını açarkən Tanrının açığa çıxışının köhnə doğum sancılarını çəkmə nöqtəsində olan müqəddəs Şvester əkizini yerə yıxırdır və koridor boyunca qaçır. Ona yol verib sonra içəri baxırlar.

“Kəsin bu ağrını!” Adam qışqırır. “Öldürün məni!” Ağzı köpüklənir, ikiyə qatlanıb, qışqırır, amma yarıaçıq gözü onları izləyir və istehza edir. Miles bunu görüb bir anlıq heyrətinə

rəğmən gülümsəyir. Necə olur ki, bu adam bir gözüylə ağrı içində qışqırarkən digəriylə çoxbilmiş kimi gülə bilir?

Cenni koridorun aşağısına qaçır; sünnətçi Volfovitz öz-özünə danışırmış kimi fısıldayır: “Yanğın var! Yanğın!” və

bir an qəhqəhə çəkir, amma həmin an da kəsilir qəhqəhəsi.

Tutmasının təsirindən oyanmış Şvester əkizi koridorda qaçan Cenniyə baxır. “Lilit! Zibil!” Amma bu biri tərəfdən də

Qurtuluşa gedən yolun Lilitlərlə, Aşmodailərlə, çox Cennilərlə

dolu olduğunu bilir. Şvester əkizinin xəfif bığları var. Bir dəfə

öz fikrincə kişilərin, üzünü gözəlləşdirən xəfif bığı olan qadınları sevdiklərini demişdi Adama. “Həqiqi bığ yox,”

demişdi qalın kişi səsiylə, sonra həmin şirin gülüş və incə

səslə əlavə etmişdi: “Çox balaca, xəfif bığcıq.”

Üst dodağında bığdan əsər-əlamət olmayan kiçik Şvester əkizi, tam əksinə, bacısının dulluğunun əsil səbəbinin

– və bunun nəticəsi olaraq da əgər dul qalıb Afrikaya getməsəydi və Afrika həşəratlarının özünü nə qədər sevdiklərini kəşf etməsəydi heç doğmayacaq olan Tanrıdan gələn vəhy həvəsinin – bu bığ olduğunu iddia etmişdi. “İnanın mənə,” demişdi, daha doğrusu qışqırmışdı, “o bığ onu dul qoydu! Əri Yakob Natan yaxşı adam idi. Arvadını sevdiyini də

deyə bilərik. Amma bircə şeyə nifrət edirdi, o da arvadının bığıydı.” Sonra kiçik bacı bir dəfə Xəmirsiz bayramında, 85


sərxoş olandan sonra kişinin öpüş haqqında boşboğazlıq etdiyini danışmışdı gülə-gülə; kişi bir dəfə arvadını öpdüyünü və atasını öpübmüş kimi hiss etdiyini demişdi. . yataqda imişlər, uşaq həsrəti çəkirmişlər. Kişi əhlikef adamdı və hər səhər işə gedəndə bəlkə bir möcüzə baş verər deyə evdə bəzi ipucları qoyardı: masanın üstündə qadınlar üçün artıq tükləri təmizləmə alətləri, yatağın yanındakı komodun üstünə gözəl, bənzərsiz, rəngarəng cihazlar; bunların işə yaramadığını görən yazıq kişi üz qırxmaq üçün kremlər, lezvalar, hətta Tel-Əvivə gəlmiş alverçidən aldığı ən son marka elektrikli üzqırxan da qoymuşdu, hər yerə – şkaflara, soyuducuya, arvadının çantasına, dərman qutusuna. Hələ bir dəfə keks xəmirinin üstünə qoymuşdu lezvanı və arvadı bir qutu leanı da keksin içində bişirmişdi. Bütün bunlar getdikcə bezdirdi kişini, ağrı və hirslə doldurdu onu. Amma arvadına gəlincə, bu mövzuda danışmaq istəmirdi daha. Onun üçün bu mövzu bağlanmışdı. Çünki ərinin sırf əyləncə xatirinə onunla əyləndiyini və qəlbinin ta dərinliyində onun xəfif bığını sevdiyini düşünürdü. “Bu arada, kişi,” kiçik bacı ilan qıvrılmasına oxşayan səslə söhbətinə yekun vurdu, “ən sonunda arvadı bığını qırxmadığı üçün öldü.”

İndi hamı doktor Naçvalterlə bir yerdə qayıdan Cenniyə yol verir. Onlar girəndən sonra qapı yarıaçıq qalır.

Boylanıb nə olduğunu görə bilərsiniz.

Doktor Naçvalter Adamın bədənini çərtir. Adam Steynin ayağından qan açılır. Cenni çarpayının yanında dayanıb dərin-dərin düşünür. Onun gözlərində hər şey qəribədir: qapının ağzındakı qalabalıq, Adamın ona etdiyi zarafat, doktor, öz istəyinin əleyhinə inkişaf edən öz düşüncələri, qəlbindəki fırtına. Çarpayıya çıxıb balaca bir qız olmaq, Adamın üzünü, bədənini oxşamaq istəyir.

86


Düşüncələrindən kənarda, doktorun bayıra çıxdığını eşidir.

Şvester əkizlərindən böyüyünün ayaqlarını sürüyərək otağına geri qayıtdığını eşidir. Hər kəs gülləri, şokoladları, ürək isidən açıqcaları gətirib şkafın üstünə qoyur. Adama baxıb başlarını yellədirlər, sonra da gəldikləri kimi çıxırlar. Və Cenni, Adam nə zaman geri dönsə o zaman hiss etdiyi eşqi, özünü də

çaşdıran şəhvət dolu eşqi hiss edir. O qanuntanımazlığın özünü əzilmiş bir günahkarın qayğısız coşğusuyla necə

qapladığını hiss edir. Və qorxunc şeylər, yasaqlanmış sözlər demək istəyir. Ağlamaq və ruhunun sirlərini a.kara çıxarmaq istəyir.

Otağı dolduran hürüşmə səsi uca vən qorxunc idi.

Arxa planda çalınan musiqiyə baxmayaraq bu hürüşmə səsi tük ürpərdici şəkildə aydın eşidilirdi.

“Bu nədir?” Otaqda sadəcə ikisi qaldığı üçün bu sualın ona yönəldiyini bilir Cenni. “Bu hürüşmə nədir?” Adam soruşur.

“Nə hürüşmə?” Cenninin ağlı hələ uzaqlardadır, çox uzaqda, öz-özünü də çaşdırır, qüruru tapdanıb. Gözləri işıldayır. Bu görkəmdə necə gözəl göründüyünü bilir. Amma fahişənin balası Adam ona baxmır.

“İt hürür? İtin burada nə işi var?”

Hə, Cenni sualı eşitdi, nə üçün də eşitməsin? Adamın lap yanında dayanmayıb? Yanında, otağında, pəncərədən görünən çılpaq səhraya qarşı dayanıb, Adam üçün ürəyi getmirdi? Amma ona nəsə olurdu və Cenni bunun nə

olduğundan əmin deyildi. Birdən dərin düşüncələrdən ayılır, bədəni dartılır, əzələləri gərilir və səbəbini bilmədən mahnı oxumaq istəyir. Cenni, həyatım, ağzını açıb mahnı oxumaq asandır. Və beləcə, sanki uzaqlarda bir yerdə tək-tənhaymış

kimi, amma hər halda Adamın verdiyi sualı eşidəcək 87


uzaqlıqda mahnı oxumağa başlayır. Nə üçün bura it gətiriblər? Hansı cəsarətlə! Hələ bunu qəsdən eləmək lap qabalıqdır! Buna qarşı çıxacaq! Xanım Sizlinqin vəsiyyətinə

görə – bu bic Qros ona işgəncə vermək istəyir, Adam görə

gətizdirib o itləri bura, çünki Qros itlər haqqında, Adamın uzun bir kabus olan həyatı haqqında bəzi şeylər bilir: Adamın bütün həyatı, məşhur təlxək Defol-Steyn, Defol-Yəhudi, Judenraus Steyn yoldaşlığıyla yerdən, bir qabdan yemək yeyən, yeməyini parça-parça edən üç yüz altmış beş iyvermiş, hürən, bitli itlə keçən qorxunc bir ildən ibarət idi.

Herbert pəncərə qabağındakı yerində gülməyə

başlayır. Cenni heç nə eşitmir. Nə Adam Steynin gözlərinin dolduğunu, nə də Herbertin güldüyünü görür. Balmumundan düzəldilmiş heykəl kimi dayanıb Cenni. Dayanıb və mahnı oxuyur. Hansı mahnını oxuyur Cenni? Cenni bir sevgi mahnısı oxuyur. Yaxşı, nə üçün sevgi mahnısı oxuyur Cenni? Tanrı bütün cavabları bilir. Nə üçün Herbertin güldüyünü, Adamın inlədiyini, itin hürdüyünü eşitmir Cenni? Çünki Cenni sevgi mahnısı oxuyur:

Parıldayar yaşıl gözlərin,

İki zümrüd daşı kimi.

Qəlbimin dinlənilməsi lazımdır.

Yuvamdan çox uzaqsan sən.

Könlüm görür bir xəyalı,

Ümidimin yaşatdığını.

Həsrət çəkir yaşılına

Zümrüd rəngli gözlərinin.


Adam hirslənib, əsəbləri gərilib, ağzı əyilib. Kükrəyir:

“Hanı bu it? Sən, bəsdir dişlərini qıcırdatdın. Nə edirsən?

88


mahnı oxuyursan?” Adam qorxub, hürüşmə onu dəhşətə

gətirib. Amma Cenni sevincli mahnısına uyub, onu eşitmir.

Ancaq birdən Cenni mahnı oxuduğunun fərqinə varıb dayanır və Adamın otağın ortasında dayanıb qışqırdığını görür. Öz-özünə, mənimlə danışır, deyir.

“Adam, özünə gəlmisən. Özünü necə hiss edirsən?”

“Yaxşıyam. Ağrı çəkirəm. Mahnı oxumağı haçan öyrənəcəksən?”

Cenni qızarır. “Mahnı oxuduğumu hiss etmirdim. Nə

oldu?”

“İt. Qros bura it gətirib. Məni öldürmək üçün.”

“Mən heç nə eşitmədim.”

“Oyun çıxarmaqla məşğul idin çünki. Get Qrosa de ki, bura it yeri deyil.”

“Özün get, Adam.”

“Nə oldu, Cennim mənim?” Adamın səsi dəyişir, yalvarır. Üzü yumşalır, Cennini çaşdıran yumşaqlıqla işıldayır.

Cenni istəmədən gülümsəyir. “Sənə baxırdım. Balaca bir krizis keçirdin.”

“Hər şeyi gördüm. Yatmamışdım.”

“Amma heç nə demədin.”

“Deməli bir şeyim yox idi.”

Cenni əlini onun yanağına yaxınlaşdırır, sığallamaq istəyir. Adam Cennini qucaqlayır, ağzını öz ağzına tərəf çəkir və quru dodaqlarına fısıltıyla deyir: “Səni öpəcəyəm, həyatım, amma əvvəlcə bu itləri çıxar buradan.”

“Bu pis başlanğıcdır, Adam.”

“Səndən qaçmayacağam.”

Geri dönür, iki addım atır, şkafı açıb kostyum götürür.

Cenninin qabağında pinjamasını çıxarıb kostyumunu geyinir.

Qapıya tərəf gedəndə Cenni də dalınca qaçır.

89


“Eşidirsən?”

İtin ulamağı Adamı yerinə mıxlayır. Bir anlıq xalçaya yapışmış kimi dayanır. Rəngi ağarır. Gözləri hədəqəsindən çıxacaq indi, bəbəkləri yerində oynayır.

“Eşidirəm.”

“Bu biabırçılıqdır. Sənə deyirəm bu biabırçılıqdır.”

“Adam, sən xəstəsən. Gücsüzsən. Bir az öncə sənə iynə

vurublar. Ayağını sarıyıblar. Sən yat, mən həll edərəm. .”

“Sən?”

Və Adam hürüşmə səsinə tərəf qaçır.


4. HÜRÜŞMƏ SƏSİ

Aydın koridor boyunca morqa aparılan bir qadını düşünür. Çox heyif, deyir öz-özünə, amma onun qurtuluşuna, vəkillərin bacarıqsızlığı ucbatından donmuş halda yatan xanım Sizlinqimizin qurtuluşuna heç bir ümidi yoxdur. Hələ

də hürüşmə səsi eşidir, onu çağırırlar. Xatırlayırsan? Gretçen 1943-c ildə, film pərdəsinin dalında tanış olduğu qadın deyildi artıq. O filmə baxmağa gəldi və əvəzinə səni tapdı.

Səni sevdi. Sən skripkanı çalanda o Çarli Çaplin kimi əsasını oynatdı. Və ya bəlkə Harold Llyod, ya da V. C. Fields idi. Hər halda sənə gülümsəmədən tamaşaçını necə güldürəcəyini öyrədən dahi idi o. Ah, sənin o hiylələrin! Sənə “dahi”

deyirdilər. Düz üzünə deyirdilər. Komandir Kleyn taleyini dəyişdirdi. “Bu adam qalacaq!” deyə elan etdi. Ağlına görə

yox, sehrbazlığına, inanılmaz hərəkətlərinə, bu səkkizinci, doqquzuncu, onuncu hissinə görə. Arvadın öldü! Böyük qızın öldü! Kiçik qızın Rut qaçıb həyatını qurtarmaq məcburiyyətində qaldı. Və ona görə, xeyirxah Kleynə görə

90


Berlindəki gözəl malikanəni tərk etməli oldun. Özünü itə ver, o sənin üçün hürdü. Komandir Kleyn Reksin yeməyini gətirib

– üstündə bir az ət olan sümüklər – yerə qoyur və

Varşavadan, Volfların malikanəsindən gətirdiyi gözəl kresloya otururdu. O kreslonu Volflar onu qonaq kimi dəvət edib Berlindəki hər tamaşaya bilet aldıqları günlərdən sonra gətirmişdi. Əziz Con, Şıltaq qız, Lotte Lenyayla üç qəpiklik opera (möhtəşəm tamaşaydı!). Hə, daha sonra evlərinə getdi və kresloya oturdu. Rahat kresloları həmişə sevmişdi. Buna görə kim onu günahlandıra bilər ki? Rahat kresloları kim sevməz? Komandir Kleyn həmin rahat kresloya oturan kimi frauleyn Klopferi çağırır, balaca yançağını, xaki rəngli ipəkdən tikilmiş təmiz ətəyini gərən yançağını dizlərinin üstə oturdur, onu sığallamağa başlayır və səni çağırırdı. Və sən anlaşmaya görə diz üstə, gülümsəyərək sürünürdün (bu da anlaşmanın bir hissəsiydi). Dörd ayaq üstə Reksə tərəf sürünüb burnunu onun burnuna sürtürdin, xeyirxah Kleyn və frauleyn Klopfer də gülürdü. Reksə yaxınlaşan hər yəhudi eyni cür qarşılanırdı, azı dişlərlə! Diri-diri parçalanmaq! Amma səni yox. Reks səni bağışladı. Yeməyini səninlə paylaşmaq məcburiyyətində qalsa da səndən xoşu gəlirdi. Siz ikiniz, dörd ayaq üstə oturub əti sümüklərdən ayırırdınız. Frauleyn Klopferin bəyaz dərisi, boz gözləri və gözəl, qısa sarı saçları vardı. Deyəsən müharibədən sonra Berlində, ya da Münhendə balaca bir dükan açıb.

Onunla bir daha qarşılaşmamısan. Amma həmişə haçansa açacağı dükandan danışardı. Kassa aparatını, çek kağızlarını düşünməkdən xoşu gəlirdi. Əgər haçansa qarşılaşsaydınız mütləq sevinərdi, səni yaxşı qarşılayardı. Bir yerdə çox şeylər yaşamısınız. İyrənc leş qoxusu. Və daha sonra məqsədsiz gəzintilər.

O it hələ də hürür. Boğazını kəsəcəyəm onun. Nə

91


üçün? Bu çox bayağı intihar olmazmı? Mən ölümümü çox incə

şəkildə planlaşdıracağam. Komandir Kleyndən bəzi şeylər öyrənmişəm.

İt əhliləşdirilmiş vəhşidir. İt insanlara həm nifrət edir, həm də onları sevir. İt islah edilə bilər, buna görə də aldığı tərbiyədən qurtula bilməz; amma yenə də nifrət edər. Yazıq baxışlı axmaq, o itdir. Hədsiz sədaqət, o itdir. Arabir gözlərində çoxbilmişliklə şəfqətin qarışığı, o itdir. İnsanları gözünü qırpmadan öldürə bilərsən – Kleyndən soruş –, amma ingilislər Frankfurtu bombalayıb SPCA binasını dağıdanda və

hardasa yüz dənə iti öldürəndə, öz oğulları müharibədən kor və şikəst qayıdan analar, Frankfrutlu analar ağladı.

Ölüm qorxusu yox, təkcə həyat qorxusu olduğu üçün mənasız olan dünyada – hə, çox insan yanlış şeylərdən qorxar

– bir it mənanın mərkəzindədir.

Doctor Qrosun intiqamı da itdir?

Adam Steynə hürən it və Adam iliklərinəcən dəhşət içindədir, Adam öz-özünə dedi.

Yolda Adam gizlətdiyi yerdən cin şüşəsini (Befater) çıxarır, bir qurtum içir və özünü bir az rahatlamış hiss edərək şüşəni yerinə qoyur, sonra bağlı qapıları keçib hürüşmə səsi gələn tərəfə qaçır. Hürüşmə səsi də onunla bir yerdə qaçır; sonunda arxasından hürüşmə səsi gələn qapıya çatır.

Adam qapının ağzında dayanır, qulaq asır. Ürəyi tup-tup atır. İçəri qaranlıqdır.

Söhbət it ulamasından gedirsə səs tonlarını ayıra bilən Adam, otaqda dəhşətə düşmüş, Adamın gəlişindən dəhşətə

düşmüş itin həyəcanını hiss edir. Qorxmuş heyvanları səsindən tanıyır Adam. Əgər istəsəydi it kimi cavab verə

bilərdi ona. Rekslə ət yeyəndə iki yoldaş kimi danışmağa adət etməmişdimi? Amerikanlar gələn gün komandir Kleyn Reksi 92


zəhərləmişdi. Daha sonra görüşəndə Adam belə demişdi. O

vaxtlar komandir Kleyn müharibə vaxtı Treblinkaya sürgün edilmiş Sami dilləri professor berlinli Dr. Veisdi. Özü belə

deyirdi. Yəhudi idi – Adam ona rəsmi sənədlərdə yəhudi olmağı nəsib etmişdi. Gözə göz, dişə diş, qisasa qisas. Amma Kleyn-Veis qapının dalındakı it kimi qorxmuşdu. Balaca mənzilini döşəyəndən sonra bir də heç yerə getmədi.

Adamdan başqa bir adam da görmədi. Adam hər gün ona az miqdarda xərclik gətirdi, o da oturub Sami dillərini öyrəndi.

Adam fikirləşirdi ki, o akatca və ugaritcə bilsə, Cənubi Amerikada, hətta İsraildə hansısa universitetdə işə düzələ

bilər. Haçansa, yəhudi olmaqla qalmayıb yaşayan bir yəhudi olduğu üçün özünə bəslədiyi nifrətin əvəzi olaraq qabağa verəcəkdi onu. Həyatının qalan hissəsini yəhudi kimi yaşamağa məhkum olunmuş alman! Və komandir Kleynin yəhudi olmağın nə demək olduğunu öz üstündə hiss etməsi…

Komandir Kleyn özüylə bir mərmi gəzdirirdi. Adam bunun səbəbini bilmirdi. Amerikanlara tuşlanan, amma açılmayan bu mərmini çəkic kimi işlədirdi. Sami dilləriniöyrəndiyi və

Adamı qarşıladığı – hər gün təxminən on dəqiqə – vaxt xaric, onunla mıx vururdu. Adam onun gündəlik xərcliyini amerikan qoruyucusunun içində gətirirdi – iki itin, Adamla Reksin eyni sümüyü dişləməyini izləyib zövq almağına kömək etməyi üçün frauleyn Klopferi qucağına oturdan birinin payına düşən də bu idi. İki burun, bir sümük. Belə, boş vaxtlarını otağının divarlarına mıx vurub və vurduğu mıxlara ugaritcə, alcatca, fenikecə, ibranicə, süryanicə və babilcə qəribə cümlələr yazılmış balaca kağızlar asaraq keçirirdi. Hə, mıxları o mərmiylə vururdu. Adam da gülürdü ona. Bir dəfə cınab Kleyn-Veis mərmiylə mıx vuranda ev sahibəsi içəri girdi və

gördüyündən ürəyi getdi. İsrailə gedənəcən Adam, Kleynə

93


qoruyucu içində xərclik aparmaq üçün hər gün on dəqiqəsini ayırdı. Ondan sonra gündəlik xərcliyi olmayan komandir Kleyn – yəni Dr. Veis necə oldu, bilinmir.

Qatı qaranlıq bir az azalır, Adam yavaş-yavaş görməyə

başlayır. Artıq otaqdakı bir neçə əşyanı ayırd etmək mümkündür: bir stul, bir pəncərə, bir şkaf, bir zəncir. İt pəncərənin solunda divara zəncirlənib. Üstü tamamilə əskiylə

örtüldüyü üçün hansı cinsdən olduğunu demək imkansızdır; əskidə deşik var, it oradan baxır.

Tibb bacısı Qoldin bir siniylə qapıya yaxınlaşır, sinidə

dala-qabağa gedib-gələn bir nimçə var, Adamı kənara itələyir, yeməyi otağa atır, pis iy gəldiyi üçün üzünü büzüşdürür və

çıxır. Adam bu pis iyin fərqində deyil. İllər öncə buna alışdığı üçün hiss etmir. Qoldin heç vaxt it olmayıb, amma Adam olub.

Adam indi nəzarət pəncərəsindən içərini izləyir. İt yerindən tərpənmədi. Mırıldanır, divardakı boyanı cırmaqlayır. Sonra dikəlir, yeməyə tərəf əyilir, üzünü əyir, hürür, pəncəsiylə

yeməyi qarışdırır, əskinin altına itələyir və bayaqkı yerinə

qayıdır.

Artıq Adam Steynin gözləri qaranlığa alışdığı üçün əskidəki deşikdən ona baxan iti görə bilir. Nə üçün bu qədər qorxub? Bir dəfə Yafada bir itə meskalin vermişdilər, it özünü itirmişdi. Bir anlıq quyruğunu tutmağa çalışan bir pişiyin karikaturasına dönmüşdü. Nə məzhəkəydi! Qarnının üstündə

sürünmüşdü, miyovuldamışdı, sonra da damdan tullanıb ölmüşdü.

“Nə üçün o əskinin altında gizlənirsən? Adın nədir?”

Əski zəlzələ kimi hürür.

Səssizcə yanında dayanan Cenni əlini uzadıb Adamın çiyninə toxunur. Fəqət Adam gözlərini itdən ayıra bilmir.

“Sən kimsən?” Adam üzgündür. Nəyinsə yolunda 94


getmədiyini hiss edir; burnu nəsə qəribəlik olduğunu duyur.

Buradakı pis qoxu bir az qeyri-adidir, içində bir az insan qoxusu var və xoşagələn it qoxusundan bir az yoxsuldur.

Sonra başına vurur. Tərəddüd etmək olmaz, bu itdir, it qiytafəsinə bürünmüş canavardan başqa bir şey deyil. Dörd ayaq üstündə dayanıb hürə bilər, amma gözləri insan gözləridir.

“Gəl, Adam, gəl gedək buradan!” Cenni onu çəkib aparmağa çalışır. Ondan ötrü qorxur. Adamın üzündə əzab var.

“Yox.”

Canavar burnunu əskidəki deşiyə yapışdırıb yenə

Adama hürür. Sən də mənə getməli olduğumu deyirsən? Nə

üçün? Mən də sənin qədər üzgünəm. Adamın qulaqları, ya da ürəyi başqa bir səs tutur. Canavar təkrar səs çıxarır və Adam heç vaxt deyilməyən sözləri və sirrləri təxmin etmə

bacarığıyla o səsi anlayır. O səs bu qədər sadədir: üsyan edən bir uşaq. Uşaq üsyanda amalına gedən yolu seçməz, vicdanı təmizdir. Uşaq artıq çıxara bilməyəcəyi bir maska taxıb. Bu xəbər Adam Steyni çaşdırıb qorxudur. Təməl varlığı saxtakarlıq olan bir canavardan başqa hər şeyə hazırdır. Birisi özündən də uzağa qaçmağı bacarmışdı? Bu xədim Qrosun sürprizi və intiqamıdır? Qaçmaq istedadı, aldatmaq istedadı, ikinci siması halına gələn saxtakarlıq istedadı Adamınkından daha üstün olan birini klinikaya gətirən o idi?

İt öz qaranlıq guşəsində büzüşüb. Adam Steynin onu canavar hesab etdiyindən xəbərsiz halda titrəyir. Adam nəzarət pəncərəsini hirslə çırpıb otağına tərəf gedir. Ağrılar heyrətli dərəcədə azalıb. Bir daha qısa müddətlik sağalıb.

Arxada qoyduğu gözəl Lilit unudulub.

Otağına girir, qapını Cenninin və bütün dünyanın 95


üzünə çırpır. Əşyalarına baxır. Gitarasını çıxarır. Şubertin

“The Trout” əsərini dınqıldadır. Musiqi ona rahatlıq hissi verir. Anası haçan “The Trout”u mızıldansa anasıyla atasının hələ də bir-birini sevdiyini bilər və özünü əminlikdə hiss edərdi. Şiddətli, ildırımlı bir fırtınada olsa da. Bəzi əşyalarına baxır. Plastilin. Sabah bəzi şeylər düzəldəcək. Bir baş

düzəldəcək. Plastilinlə işləməyi xoşlayır, palçığı xatırladan yapışqanlığından xoşu gəlir, çirk kimi dırnaqlarının arasına dolmağından xoşhallanır. Herbert gedib, yox olub. İndi Adam sakitdir. Ürək döyüntüləri də düzəlib. Adam yaxşılaşıb. Bir günlük, iki günlük də olsa yaxşılaşıb. Cəhənnəmin yolu belə

yaxşılaşmalarla tikilib. Adam mahnı oxuyur, mahnını zamanın arxasında qalmış və Almaniyanın ən böyük təlxəyi tərəfindən boğulmaq istəyən pansion sahibəsinin köhnə ləhcəli almancasıyla oxuyur. Hə, bu onun arzusuydu! Şübhəsiz.

Zaman bölünüb çoxalarkən, it olmağın mənasını bilməyən babasına tərəf dönür. Balaca bir evdə yaşayır və onları yandıran Yaradana sitayiş eləyirdi. Nə qədər gülməlidir.

Adam otağından çıxanda qapısını artıq kilidləmir.

Cəlladbaşı doktor Natan Qrosun əmrinə amadədir, artıq o da xanım Sizlinqin klinikasındakı başqaları kimidir. Adam mətbəxə girir. Nəhəng, dəbdəbəli və soyuq bir mətbəx. Yemək zalında günorta naharı davam edir. Hər kəs yaşıl örtüklü və

üstündə duz, istiot, bir qrafin su, xardal, acı sous, sirkə və

zeytun yağı olan kiçik stolların dalında oturub. Aşpaz Pyer Lotti axşam yeməyi üçün şokoladlı pudinq hazırlayır. Adamın dediklərini nə eşidir, nə də anlayır, amma onun istədiyi şirniyyatı verir. “Buyur, götür!” Şirniyyatı ona uzadıb incə

bığlarının altında nəsə mızıldanır və ustalıqla diqqət tələb edən işinə davam edir: Mousse au chocolat a la Arad.

Pəncərənin qabağına, itin yanına qayıtmamışdan və iti 96


şirniyyatla öldürməmişdən öncə Adam yemək yeməlidir.

Müvəqqəti yaşayanlar da yemək yeməlidir. Bu bioloji faciədir.

Bunu bilir, bilir, bilir. Herbert, əl çək məndən! Şirniyyat canavar üçündür. Bu mənim işimdir. Bəlkə indi bir müddətlik yoxa çıxmağı bacardın. Heç kim gülməz! Gülərlərmi?

Geniş yemək zalı sarı rənglənib və gözəl çilçıraqlar asılıb. Divarlarda gizlədilmi səsgücləndiricilərdən xəfif musiqi axır. Xörəkpaylayanlar yaxşı xidmət etmək üçün stolların arasında qaçırlar. Qoxular adamın ağlını başından alır.

Qovrulmuş soğanın və sousların qoxusu zalın hər tərəfindəki vazlara qoyulmuş qərənfillərin qoxusuna qarışır. Hər stolda dörd adam oturub. Həmişə belə olub, dörd nəfər. Bu, indi cəsədi Kleveland morqunda dondurulan xanım Sizlinqin əmriydi. (Artur bir dəfə soruşmuşdu: “Klevelandda işıq sönsə

necə olacaq?”)

Adam böyük Şvester əkizinin yanında oturur. Hamı onunla salamlaşıb gülümsəyir. Adam yoldaşlarına, kefini soruşanlara əl yelləyir. Aldıqları güllər və açıqcalar üçün minnətdarlığını bildirir onlara. Arturun yanında oturan qadının bir əli havadadır; sol əliylə yemək yeyir, sağ əliylə

göyüzünü tutur. Sünnətçi Volfovitzin yanında oturan Zukermanın yaraşıqlı Rube kimi bir çox düşməni var. Cənab Zukerman şübhəylə ətrafa baxır və sehrbazlıq edirmiş kimi çəngəli sol əlindən sağ əlinə sürətlə atır.

Doktorların masanın gülüşmə qopur. Yəqin ki, hansısa, ola bilsin doktor Fabrikant, yüz bir dəfə danışdığına baxmayaraq yenə eyni lətifəni danışıb. Amma təzə gələn doktor da oradadır. Nəzakət xatirinə gülürlər demək ki.

Qonaqlar üçün ayrılan iki stol kondisionerlərin, dadlı yeməklərin, gözəl şərabın, musiqinin və xidmətin dadını çıxaran səliqəli geyimli adamlarla doludur. Ancaq bir neçə

97


nəfər Reablitasiya və müalicə klinikasına yemək yeməyə

dəvət edilə biləcək qədər şanslıdır. Növbənizi gözləməlisiniz.

Öncə Beer Şeva aristokratiyası – atom reaktorundakı adamlar, elm adamları – daha sonra mühafizə işçiləri, mühəndislər, Aradın qocaları və son olaraq adi adamlar. Qalın pərdələr bayırı görünməz edib bəyaz dağları, isti dalğasını, küləyi, qartalları gizlədir.

Əyninə qara köynək və qırışmış papaq geyinmiş

depresiyalı xəstə olan gənc oğlan sarı dəstəli yemək bıçağını Adamın nimçəsinin altında gizlədir. Adamı Auçhausen düşərgəından tanıyan xanım Tamir gənc oğlanın yemək yeməsinə kömək edir. Qonaqlar xanım Tamirə fikir vermir.

Baxmaqdan utanırlar. Qarınları acdır, Pyer Lottinin gözəl yeməklərinin dadına baxmaq üçün xeyli vaxt bu dəvəti gözləyiblər, iştahları qaça bilər. Xanım Tamir zarafatcıl doktorların və Faslı xörəkpaylayan qızların gözünün qabağında qaşığı tamamilə boş olan şorba nimçəsinə salır.

Gənc oğlan da aşkar can sıxıntısıyla qaşıqdakı havanı udur.

Təkbaşına yemək üçün cəsarəti yoxdur. On doqquz yaşındadır. Bədəninin suyu quruyanacan bir il sərasər ağlayıb. İndi daha ağlamır, amma heç kim də bunun səbəbini bilmir. Qadın öz işini sevir. Doktor Qrosun dediyi kimi, müalicəsinin yarısı bundan ibarətdir. Gecələr onu damardan bəsləyirlər; indisə könülsüz də olsa havanı udur. Eyni zamanda Adam hürüşmə səsinə qaıtmaq üçün həvəslə, tez-tez yeyir.

Pyer Adama yaxınlaşıb bir şərabın dadına baxmaq istəyib-istəmədiyini soruşur. Adam şərabın dadına baxır, dodaqlarını marçıldadır və “Mmmmmmmmm,” deyir. Pyer barmağıyla işarə edir və xörəkpaylayan qız uzun ayaqlı qədəhlərə şərab süzür.

98


Pyer Lottinin şöhrəti onsuz da dünyacadır. Bir dəfə

The New York Timesdə yayınlanan bir məqalədə, müxbir klinikada yediyi yeməyin həyatında yediyi ən yaxşı yeməklərdən biri olduğunu bildirmiş və Pyer Lottinin İsraildəki, bəlkə də Ağdəniz bölgəsindəki ən yaxşı aşpaz olduğunu əlavə etmişdi. Cəsədi hələ də Kleveland morqunda soyuyan, klinikanın hər cəhətdən qüsursuz olmağını istəyən –

həm də çox istəyən – mərhumənin də istədiyi bu idi.

İllər öncə klinika hələ tikilməkdə ikən xanım Sizlinq Şvester əkiziylə Yafadakı xəstəxanaya, klinikanın baş həkimi olacaq doktor Qrosla görüşməyə getmişdi. Xanım Sizlinq doktor Qros və başqa doktorlarla danışıb maraqlandığı şeylər barədə sual verərkən axşam yeməyi verildi. Gənc doktorlardan biri, Josin Levi adlı fransız qaçqını Fransa İnqilabının şərəfinə qədəh qaldırdı. 14 iyul, Bastiliya günü idi, inqilabın 170-ci ildönümü idi. Xanım Sizlinqə görə Fransa inqilabı III Corcun hakimiyyətini yıxan və qadınlı-kişili hamını elektrik stuluna göndərən kommunistlərin axmaq və qəddar işğalı idi. Həmçinin İosif Stalinin iqtidar nərdivanına çıxıb yəhudiləri yox etdiyini də xatırlayırdı. Bu səbəbdən xanım Sizlinq gənc fransız qaçqınının sözlərini eşidən kimi üzünü qırışdırdı, rəngi ağardı və bütün bədəni titrədi. Doktor Josin Levi nə demək istədiyini açıqladı, xanım Sizlinq də indiyəcən inqilabı səhv anladığını başa düşüb bütün fransız mədəniyyətinin və inqilaba qədəh qaldırdı. Şvester əkizi də

Внимание! Это не конец книги.

Если начало книги вам понравилось, то полную версию можно приобрести у нашего партнёра - распространителя легального контента. Поддержите автора!

Страницы книги >> Предыдущая | 1 2 3 4 5
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации