Электронная библиотека » Bəhram Çələbi » » онлайн чтение - страница 2

Текст книги "Oğru müharibələri"


  • Текст добавлен: 27 декабря 2022, 12:20


Автор книги: Bəhram Çələbi


Жанр: Публицистика: прочее, Публицистика


Возрастные ограничения: +16

сообщить о неприемлемом содержимом

Текущая страница: 2 (всего у книги 15 страниц) [доступный отрывок для чтения: 5 страниц]

Шрифт:
- 100% +

“QAZ”-ın həyətində qətl

…Manveli (“Şaşa”, “Moldovan”) elə “QAZ”-ın həyətində – işlədiyi anbarın qarşısında güllələmişdilər. 9 May – Qələbə bayramı günü olmasına baxmayaraq, zavoda gəlmişdi. Manvel kimə isə üç yeşik “xırda ehtiyat hissələri” hazırlamışdı. Qapının girişindəki bordyurda arxası üstə uzanmışdı. İkicə atəşlə “sovet milyonçusu”nu o dünyaya göndərmişdilər. Güllələrdən biri ürək nahiyəsindən, digəri isə gicgahından vurulmuşdu. Başındakı güllə yarasının ətrafında güclə seziləcək nazik eksentrik çevrələr qaralırdı. Kontrol atəş yerinə yetirilmişdi. Barmağındakı iri qızıl üzüyə, cibindəki “volodya”larla dolu lopatnikə toxunmamışdılar.

Zavodun girişindəki keşikçi dəstəsi, həyətdə tarakan kimi qaynaşan nəzarətçilər nədənsə atəş səsini eşitməmişdilər.

Qırx səkkiz yaşlı “Moldovan” Qorkinin ən hörmətli adamlarından biri idi. Var-dövləti başından aşıb-daşan bu arıq, sısqa adam ehtiyat hissələri anbarında çalışmaqla yanaşı, ətrafdakı qəsəbələrdə öz sexlərini və şəhərin girişindəki avtomobil təmiri emalatxanasını yaratmışdı.

Üç srok səriyəndən sonra Kiyevdən gəlmişdi “Moldovan”. Qısa boyu, yastı kürəyi, uzun saçları vardı. Həddindən artıq çevik idi. Adama elə gəlirdi ki, həmişə nədənsə narahatdır, kimdənsə ehtiyat edir. Ömrünün iyirmi bir ilini kiçmanlarda, zonda xərcləmişdi və son vaxtlar kim kefini, əhvalını xəbər alırdısa, “Dünyada məndən xoşbəxti yoxdur”, – deyirdi.

Qanuni oğru deyildi, heç avtoritet kimi də tanınmırdı. Sonuncu srokunda yaxşı oturduğuna görə Moskvadakı bratvaları onu şərtlə Qorkidə “QAZ”a calaya bilmişdilər. Moldovan qazancının tən yarısını tubiklərə qrev verməyi boyun olmuşdu. Şaşanın yazdığı molyavada 50 faiz sözlərinin altında barmağını deşərək çıxardığı qanla xaç işarəsi cızmışdı. Altı il istər zavodda, istərsə də şəhərdə ona “gözün üstə qaşın var” deyən olmamışdı. Şaşanın sərvəti artdıqca artsa da, qrevin miqdarı əvvəlki rəqəmlərdə ilişib qalmışdı.

Arvadı, bir qızı, bir oğlu olduğu halda, iki yerdə məşuqə də saxlayırdı.

Rayon milis idarəsi və prokuror Laura Qafarova iki aydan artıq istintaq aparsa da, qətlin üstünü aça bilmədiklərindən, iş dayandırılmışdı.

Kriminal aləmin adamlarına elə qətlin birinci günü bəlli oldu ki, Manveli uşaqlarının anası sifariş verib. “Sovet milyoneri” son altı ayda iki yerdə mənzil almışdı və hər birində məşuqə saxlayırdı. Və son altı ay müddətində on dörd il bundan əvvəl – Moldaviyadakı kiçmandan çıxandan sonra evində məskən salıb yaşadığı, özündən səkkiz yaş böyük, keçmiş zeçka Daryanın yanına getmirdi. Darya nə az, nə də çox, düz doqquz il Sibirin Omsk vilayətindəki lagerdə vorovixa oturmuşdu və kriminal aləmdə onun nüfuzu Moldovandan qat-qat çox idi. Moldovanın “QAZ”da qaz vurub qazan doldurmasının da səbəbkarı Darya olmuşdu. Vorovixa uşaqlarının çörəyi yavan deyil, yağ-povidlo sürtüb yeməsi xatirinə Manveldən ötrü həm Kiyev qruplaşmasına, həm də Lujnikidə böyük nüfuz sahibi olan avtoritetə ağız açmışdı.

Moldovanın qətli ilə bağlı zavodda işləyən 76 sabiq zek şübhə altına düşdüyündən onların hamısı prokurorluqda və milis şöbələrində dindirilmişdi. Onlardan biri də İqor Boqdanov idi. Onu şəhər prokurorluğunda Laura Osmanovna dindirirdi.

– Adın?

– İqor…

– Familiyan?

– Boqdanov.

– İlk cinayəti nə vaxt və harada törətmisən? – prokuror kənarlarını qatlayaraq yazdığı izahat kağızından başını qaldırmadan soruşdu.

– Elə doğulduğum gün, ana bətnindən azad olan kimi cinayət eləmişəm, – deyən İqor gözlərini qıyaraq gülümsədi.

Laura Osmanovna nəzərlərini qaldırıb hirsli-hirsli İqora baxdı:

– Bura prokurorluqdur, cavan oğlan, bazar deyil. Danışığına fikir ver! – hirslə pıçıldadı.

– Düz deyirəm, yoldaş prokuror. Məgər ictimai yerlərdə dava-dalaş salmaq, haray-həşir qoparmaq, qışqırmaq qanun pozuntusu deyilmi? – Boqdanovun üzünü geniş təbəssüm işartısı bürüdü. – Doğulan kimi elə bərkdən qışqırmışam ki, isselitellər də, sestralar da, hətta anam da səksənib. Lepila mənim ayaqlarımdan tutub başıaşağı sallayaraq yumşaq yerimə şillələr vururmuş və birdən mən ağrılara dözməyərək qışqırmağa, söyməyə başlamışam.

– Bəs detkolona, özü də lap ciddisinə hansı əməlinə görə düşmüsən? – Laura Osmanovna özünü ciddi saxlamağa çalışsa da, təbəssümünü gizlədə bilməyərək soruşdu. – Qroznı detkolonuna, adətən, qatilləri, qatı cinayətkarları göndərirlər.

– Kafedə birisi “antilopama”22
  sevgilimə


[Закрыть]
sataşmışdı, yaşladım, – İqor başını aşağı salıb, təəssüf hissi ilə əlavə etdi. – Bədbəxtlikdən çuvak kopıta otdal. Balaca cib bıçağı ilə onu qorxutmaq istəyirdim.

– Dünən saat on iki ilə üç arasında harada olmusan?

– Dostlarımla “Bakı” restoranında idik. On birdən düz saat beşədək. Bunu bizimlə oturan devaxalar da təsdiqləyə bilər. Məndə həmin müddət üçün alibi dəmir kimidir.

– Məclisdəki dostlarının adlarını sadala! – Laura Osmanovna “Bakı” restoranının adını eşidəndə bir qədər tutulsa da, tez özünü ələ alıb davam etdi, – qızların da ünvanlarını, adlarını demək lazım gələcək.

– Qızları bu işə calaşdırmayaq, yoldaş prokuror. Tələbələrdir. Yataqxanada olurlar. Dilə-dişə düşərlər, institutda narazılıq yaranar.

– Mənə iş öyrətmə, cavan oğlan! Dostlarının adını, ünvanlarını de görək!

– Həmyerlim Əlizadə, bir də Saşa, Aleksandr – xoxol. Üç nəfər biz idik, üç də zolotoy dukat. Onu da deməliyəm ki, biz ümumi zaldakı stol arxasında əyləşdiyimizdən əriniz Ruslan (Rüstəmi tanış-bilişləri Ruslan kimi çağırırdılar) restorana girib-çıxdıqca dəfələrlə bizi görüb. Hətta stolumuza yaxınlaşaraq mənimlə salamlaşıb da.

– Rüstəm səninlə salamlaşıb? – prokuror qrafindən büllur stəkana su süzüb bir neçə qurtum aldı, izahatın yazılışını saxladı.

– Mən bütün həyatım boyu Rüstəmə minnətdar olacağam. Qorkiyə gəldiyim ilk gündən əlimdən tutub, kömək edib, işə düzəldib məni. Ölənədək bu yaxşılıqlarını unutmaram.

– Bütün bunlara baxmayaraq, mən həmin qızlardan, tələbələrdən də izahat almalıyam, – Laura Osmanovna dərindən nəfəsini dərib sınayıcı nəzərlərini İqorun sakit, təmkinli, bir qədər də özündənrazı sifətinə zilləyərək pıçıldadı.

– Buyurun, nə qədər kefiniz çəkir dindirin, ancaq yataqxanada.

Bu qarayanız, sağlam, iri qonur gözlü gəncin səsi, danışıq tərzi və bütün hərəkətləri təkəbbürlü olduğunu aşkarca göstərirdi. Baxışlarında nə isə bir inciklik, narazılıq oxunurdu.

“İqorda dəmir iradə var” deyənlər yanılmırdı.

Qətl və oğurluqda İqor iştirak etməsə də, nakolkanı məhz o vermişdi və dönə-dönə tapşırmışdı ki, meyitin üstündən heç nə götürülməsin…

PODELNİK RAFAEL

Rafa bir il bundan əvvəl İqorla tanış olmuşdu. Ondan iki il əvvəl isə Tiraspolda siqaret-araq mafiyasının xod gedən “Kent”i və onun məşuqəsini qətlə yetirmişdi.

Bakatinin dövründə İttifaqda xaos, özbaşınalığın baş alıb getdiyi zaman Moldaviya və Tiraspolda qətllərin sayı-hesabı yox idi. Tiraspolda ərzaq qıtlığına camaat birtəhər dözürdüsə, siqaret və spirtli içkilərin çatışmazlığı hay-küyə səbəb olmuşdu. Və birdən həm siqaret, həm də araq peyda oldu. Bunları “Kent” təşkil etmişdi və iki həftə ərzində milyonlara sahib çıxmışdı.

Rafa onda həbs düşərgəsindən yenicə qayıtmışdı. Bir müddət özünü gah bazara, gah da müxtəlif kommersiya nöqtələrinə vursa da, heç bir nəticəsi olmadı. Hamı öz qohum-tanışı ilə işləməyə, kommersiya sirlərini dörd qıfıl arxasında saxlamağa çalışırdı.

Rafanın nakolkasında yağlı tikə “Kent” idi. Ehtiyatla onu güdməyə, milyonerin xobbisini öyrənməyə girişdi. “Kent” gündüzlər yoxa çıxır, gecədən xeyli keçmiş texnikumda ingilis dili fənnini tədris edən məşuqəsinin mənzilinə gəlirdi.

“Kent”i rahat qəbul etsin deyə “anqliyskaya ledi” nənəsini qaş qaralanda qonşu mənzilə ötürürdü. Qarını hər şeydən çox səhərisi gün mənzilə qayıdarkən stolun üstündə qalan şirniyyat maraqlandırırdı.

Səhərisi gün mənzilə qayıdan qarı dəhşətli mənzərə ilə qarşılaşmışdı. Yataq otağının yarımaçıq qapısı qarşısında qan gölməçəsi içində anası necə doğubsa, həmin qiyafədə bir kişi uzanmışdı. Qan onun həm döş qəfəsindən, həm də başından axmışdı. Qarı meyiti görüb bir qədər qorxsa da, yenidən qonşu mənzilə qayıdıb olay haqqında danışmağa özündə güc tapmışdı.

Milis orqanından və prokurorluqdan gələn əməliyyatçılar otağa daxil olanda qarının dili tutulmuşdu.

Vəhşicəsinə öldürülmüş “Kent”in bədənində başqa işgəncə izləri də aşkar edilmişdi. Güllələnməzdən əvvəl onun ayaqları arasına qızdırılmış ütü ilə sığal çəkilmişdi. Yanbızındakı ləkə də qaynar ütünün yeri idi.

Yataq otağında isə ingilis dili müəlliməsinin meyiti vardı. Əlləri və ayaqları çarpayıya sarınmış qadının ağzına dürməklənərək özünün kolqotkası dürtülmüşdü. Qətl çox amansız, soyuqqanlıqla yerinə yetirilmişdi. Mənzildə əməlli-başlı şmon aparılmışdı. Hətta qadının üzərində uzandığı döşək bir neçə yerdən cırılmış, içərisindəki pambığın bir hissəsi bayıra çıxarılmışdı.

Qətlə yetirilənin şəxsiyyətini elə oradaca müəyyənləşdirmək mümkün olmuşdu. “Kent” həm Daxili İşlər orqanına, həm də prokurorluq əməkdaşlarına dan verdiyinə görə onu hüquq-mühafizə orqanlarının bütün işçiləri tanıyırdı.

İstintaq briqadası cinayət işi üzərində dörd ay baş sındırsa da, heç bir nəticə əldə edə bilmədi. Mənzildən götürülən barmaq izləri heç bir kateqoriyaya uyğun gəlmirdi.

İngilis dili müəlliməsinin mənzilindən 60 min dollar əsginas və xeyli brilyant, qızıl-zinət əşyaları tapan Rafa elə həmin gecə Tiraspoldan çıxmağa müvəffəq olmuşdu. İki gündən sonra Rafa artıq Sankt-Peterburqda idi. Mehmanxanada qeydiyyatdan çəkinərək yerli qızlardan biri ilə tanış olan Rafa düz bir il sərasər onun mənzilində yaşamış, şəhərdə avtomobil hissələri mağazası açmışdı.

Yaraşıqlı oğlan idi Rafa. İlk görüşdən qadınlarda xoş, diqqətcil obraz yaradan qara saçlı, hündürboylu oğlan zəriflərin ağıllarını başdan çıxarmağın mahir ustası idi.

Hər gün bahalı restoranlar, eyş-işrət məclisləri Rafanın “Kent”dən oğurladığı sərmayəni bir il müddətinə heçə endirmişdi. Artıq piştaxta arxasında özü, yaxud məşuqələrindən biri dayanmalı olurdu. Rafa özü Qorki şəhərinə yollanır, oradan ehtiyat hissələri alıb gətirirdi. Belə səfərlərdən birində o, İqorla tanış olmuşdu.

Hər ikisinin bircə amalı var idi. Asan yolla pul qazanmaq və hər gecə eyş-işrət məclisləri qurmaq.

QORKİNİN SOYUQ QIŞI

Stol başında oturan uşaqlar uzun müddət ac qalmış canavar dəstəsi kimi yeməyə daraşmışdı. Lakin hərə öz düşüncəsi, fikri ilə məşğul idi.

İqorun qapıda görünməsi ilə onların hamısının sinəsindən “ura”ya bənzəyən ah çıxdı. Onu həm sevir, həm də ondan qorxur və çəkinirdilər. Çünki İqor daim qızarmış halda olan gözlərilə həmsöhbətini yeyirdi. “Boq” hirsli olanda gözlərindən şimşək çaxırdı. O, heç kəsə fikir vermədən sürətli addımlarla zalı keçib Rafaelin yanındakı boş stula əyləşdi. Başını qaldırıb tərs-tərs Fedyaya baxdı, hirsindən dodaqları əsirdi. Rafa aradakı gərginliyi ortadan götürmək üçün cürət edib:

– Bir şey alınmadı, “Boq”? – lap astadan soruşdu.

İqor azacıq qanrılaraq aşağıdan-yuxarı nifrət və ikrahla köməkçisinə baxdı. Aman, Allah! Onun gözlərindən çıxan qığılcımlar Rafanı karıxdırdı.

– Eybi yox, evdə tapıldığı vaxt da olar, – dişlərini qıcıyaraq fışıltıya bənzər səslə dilləndi. – Я ему покажу где раки зимуют!33
  Mən ona yerini göstərərəm


[Закрыть]
– və qəflətən yumruğunu stola çırparaq: – Qurtarın pirşestvonu, iş var! – qışqırdı.

Vaflyoşnik “iş var” kəlməsini eşidəndə ağzında çeynədiyini tələsik udub stola dirsəkləndi. Rafa da aşağı dikdiyi baxışlarını qaldırdı, ehmalca “Bizona” göz vurdu.

– Gedirik Revazdan dan qoparmağa. Bəli, bəli… Fedyanın xozyainindən! – İqor qədəhindəki arağı qaldırıb gözləri bərabərində saxladı, stol başındakıları bir-bir süzdükdən sonra içkini yavaş-yavaş sümürüb rişxəndlə gülümsədi. – Əclafdır sənin xozyainin, Fedya. Elə bilir ki, Pıkinin kolpakı altında gizlənibsə, heç kim ona toxuna bilməz. Onun ofisindən çıxanda bizə bir taçka lazım olacaq. Naqiş, bu işi sənə həvalə edirəm. Yaxşı olar ki, “Volqa” çırpışdırasan. İki-üç saatlıq işimiz olacaq, sonra atacağıq.

– Bəs buna Pıkin necə reaksiya verəcək? Fikirləşmisən? Dodik v leqavku ne lomanetsya? 44
  kommersant milis şöbəsinə müraciət etməz?


[Закрыть]
– Rafa böyük təəccüblə sualları dalbadal yağdırdı.

– Çətin… Şef bilir ki, başdan-ayağa zibilin içindədir. Mentovkaya şikayət etsə, tüklərini qaz kimi yoluşdurub buraxacaqlar. Зачем ему связаться с ментами55
  Onun milislərə ilişməyinə lazımdır


[Закрыть]
, əgər onlara da altuşki vermirsə, o, həmin dəqiqə Volodyaya xəbər çatdıracaq. Əgər biz icazə versək… Bizə də bəhanə üçün elə bu lazımdır. Yoxsa Pıkin heç vəchlə bizi yaxınına buraxmayacaq.

İqor öz düşündüyü planından vəcdə gələrək şən halda gülümsündü, Fedyaya tərəf dönüb: – Sən bayırda, stremkada dayanarsan, – dedi.

Fedyanın qoğalsayağı yağlı sifəti acımış xəmir kimi şişdi, nə isə demək istədi, amma onu kəkələmə tutdu, aralı qalmış ağzından s


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации