Текст книги "Keçmişdən gələn səslər"
Автор книги: Болеслав Прус
Жанр: Современная зарубежная литература, Современная проза
Возрастные ограничения: +16
сообщить о неприемлемом содержимом
Текущая страница: 7 (всего у книги 25 страниц) [доступный отрывок для чтения: 8 страниц]
Hüdudsuz etibarın toxumlarının kasıblıq doğurması qəribə zəmindir!
Pan Yanın xeyli sayda cəmiyyət istedadları vardı: dəblə geyinirdi və zəriflik nümunəsi idi, cəmiyyətdə böyük dilavərliklə və nəzakətlə söhbət aparmağı bacarırdı, minlərlə başqa qabiliyyətlərə malik idi, lakin, təhlükə barəsində fikirləşməyərək, uşaq kimi, odla oynayırdı, yanğın törədəndə isə qaçıb gedirdi.
Uşaqları tullamaq qərarına gəldiyinə görə, arvadını ümidsizliyə çatdırmaq və onların hamısını bir parça çörəksiz qoymaq üçün getmirdi, – xeyr, həmişəki kimi, sadəcə, xoşagəlməzliklərdən qaçmaq istəyirdi. Ailəyə təskinlik vermək və sakitləşdirmək, xidmətçi və nökərlərin gözünə baxmaq, yeni sahibin mülkə sahib olmağa başlamasını görmək, – bir sözlə, müflis rolunda çıxış etmək – yox, bu onun zövqünə uyğun deyildi.
“Burda, yerində onlara heç nə ilə kömək edə bilmərəm, – deyə düşündü, – yalnız indi mənə ən çox gərək olan sakitliyimi itirərəm. Səhnələrdən qaçaraq, hər şeyi şəhərdə yoluna qoymaq, arvadını hara yerləşdirməyi fikirləşmək və onda hər şey barəsində ona yazmaq daha yaxşısı deyilmi? Əgər pis xəbərlər yaxşılarla birlikdə gəlsə, başqaları malikanəni tutanda hara getməli qayğısı zavallıya əzab verməyəcək…”
Şübhəsiz, işgüzar mühakimələrdir, bununla belə, pan Yanın kefi pozulmuşdu. O bütün bunlarda hansısa saxta not olduğunu hiss edirdi. Bəlkə, arvadı və uşaqları ilə qalmalı idi, çünki qadına, üstəlik də xəstə qadına məsləhət və köməksiz tək qalmaq çətin olacaq. Bəs Anelka nə deyəcək?
Həm də özünün bu guşəsi qəlbinə elə əziz, elə etibarlıdir, elə xoşuna gəlir ki! On beş il əvvəl arvadı ilə birgə bu kabinetdə neçə dəfə bütöv saatlar keçirmişdi! Pəncərə arxasındakı cökə ağacı o vaxt daha nazik idi və belə budaqlı deyildi. Pəncərədən nohurun günəşdə parıldayan hamar səthi görünürdü, indi isə kollar onu kölgələyib. Orada, şabalıd ağacının altında, – onda hələ belə çürük deyildi, – Anelka daim dayənin əllərində gəzirdi. Uzun göy paltarda, ağ ağız suyu döşlüyündə və ləçəkdə gəlinciyə bənzəyirdi. Tez-tez atasını pəncərədə görüb, əllərini ona uzadırdı…
Bəs bu yollarla nə qədər qonaq gəzmişdi! Sanki yaxşıca baxmağa dəyərdi – və burda yellənmiş qadın paltarlarının izini bağda görərdin. Əgər yaxşı dinşənilərsə, kim bilir – çoxdan səslənmiş gülüş, zarafatlı və zərif sözlər, sevənlərin donan ahları havada səslənməzmi ?
Ah, bura necə gözəldir! Torpağın hər qarışı canlanmış xatirələr kitabıdır… O isə burdan həmişəlik gedir! Bundan belə ev və bağ boyu gəzən əziz kölgələr dəhşətli xəyallar olacaq və yad insanları qorxudacaq.
Bəs o necə olacaq? Axı insan, sanki, iki yarıdan ibarətdir: bir yarı onun evi, tarlası, bağı, digəri o özüdür. Əgər torpaqdan çıxarılmış ağac quruyursa, keçmişinin ən gözəl hissəsini həmişəlik olaraq bu malikanədə qoyub getmiş o necə olacaq?.. O, başqa dünyaya gedəcək, tamamilə başqa, yeni adam, kürəyindən çanağı qoparılmış və əzabla yenisini yaratmalı olan ilbiz olacaq. Bu yenisi daha rahat olacaqmı, ya da heç olmasa, əvvəlkindən daha pis olmayacaq ki?..
Ağaclarda, divarlarda neçə ruh olduğu heç kəsə məlum deyil. Onlarla həmişəlik vidalaşanda cansız əşyaların necə hay verdiyini eşitmirik.
Təkərlərin taqqıltısı pan Yanı ayıltdı. O, ətrafına baxmayaraq, çamadanı qapdı və çıxdı.
Artırmada ona Anelka rast gəldi.
– Ata, sən gedirsən?
– Bir neçə… Bir günlüyə, artıq deyil, – onu öpərək, belə dedi.
Qızın dodaqları soyuq idi.
Pan Yan kolyaskaya əyləşdi. Onda bir an sonra evin uçacağı və onda qalan hamını altında dəfn edəcəyi hissi vardı.
– Tərpət!
– Görüşənə kimi, ata!
– Ancey, getdin!
Atlar kolyaskanı silkələyərək, yerlərindən elə götürüldülər ki, pan Yanın başı oturacağın söykənəcəyinə dəydi. Tezliklə ev gözdən itdi. Artıq xidməti tikililər uçaraq, yan keçirdilər. Xiyabanlarla gedirdilər. Budur onlar, onun əkilməmiş, başına buraxılmış tarlaları… Yenə bağ göründü, evin damı, mezonindəki (yarımmərtəbədəki – tərc.) , indi qarşısında Anelkanın dayandığı pəncərə sayrışdı. Budur, artıq hər şey arxada qaldı. Pan Yan yüngüllüklə ah çəkdi.
– Əzizim, mənə qulaq as, – o, arabaçıya belə dedi, – qırmancını daha yaxşı gər, yoxsa atların başlarını aşağı dikiblər, insanlar onların hansısa araba yabıları olduğunu fikirləşə bilərlər!
Sonra siqar çəkməyə başladı – və əla əhval-ruhiyyəyə gəldi. Arvadı, Anelka, keçmişin xəyalları, hamısı orada, arxada qaldı. Oh!.. Yalnız geriyə boylanmamalı!..
Yan keçənlər təzim edirdilər. Yolun yanında duran daxmanın qarşısında gənc ana balaca oğlunu əyləndirirdi. Kolyaskanı görərək, körpəni dizinin biri üstünə əyləşdirdi və ayaqlarını tappıldadaraq, oxudu:
Pan atla gedir, hop, hop!
Kəndli isə panın izilə, top, top!
Pan Yan bu ailə idilliyasının görünüşündən səmimi həzzlə gülümsədi. Onun üzərində günəş işıldayır və torağay süzür, ətrafdakı tarlalar həyatla nəfəs alırdı. Yalnız orda, uzaqdakı təpənin, bağın arxasında sahibsiz ev qalmışdı, mezoninin pəncərəsində isə Anelka atasının artıq böcəkdən böyük görünməyən kolyaskasının ardınca baxırdı.
Çıxarılmış diş ağrımır. Qaçqın tərk etdiyi adamların dərdini hiss etmir.
DOQQUZUNCU FƏSİL
Kənddə həyəcan. Qayda sərçələri qorxudur
Pan Yanın getməsinin ertəsi günü Yuzef Qjib araq ardınca meyxanaya daxil oldu. Burda Şmulun həmişəkindən daha susqun və fikirli arvadını və öz qıcığını xidmətçi qıza keçirərək, hələ keçən həftə onun tərəfindən deyil, kimsə gələnlərdən biri tərəfindən sındırılmış qədəhə görə onu söyən Şmulun özünü tapdı.
Qjib kandarı aşan kimi, Şmul istehzalı təbəssümlə ona müraciət etdi:
– Hə, ağa, sevinin! Yeni mülkədarınız olacaq…
– Nə olar, bəlkə də olacaq, – deyə Qjib dərhal tutularaq, hay verdi.
– Indi kənddə şərab zavodu və dəyirman da qurarlar…
– Bizə nə dəxli var. Bu sizin, Şmul, əlinizədir: siz ki dəyirmanı icarəyə götürmək istəyirdiniz.
Şmul partladı:
– Bu dəyirman, meşə sizin olduğu qədər mənim olacaq! Eh, axmaqlar, özünüzə bədbəxtlik çağırdınız…
– Hansı bədbəxtliyi? – deyə həyəcanlanmış Qjib soruşdu.
– Bəs siz bilmirsiniz? Pan bütün malikanəni almana satır və o dedi ki, icarə haqqını məndən dərhal alacaq, gələn il isə meyxanadan qovacaq.
– O sizə olacaq, bizim nəyimizə gərək?
– Sizin də işiniz pis olacaq: alman faydalandığınızın heç yarısından da istifadə etmək hüququna malik olmadığınızı artıq öyrənib.
– Yox a…
– Alın sizə “yox a”! Burda heç bir “yox a” yoxdur, sənəd, cədvəl var. Pan meşəbəyilər və tarla gözətçiləri tutmağa pulu olmadığına görə sizə sərbəstlik vermişdi. Siz də istədiyinizi edirdiniz, üstəlik, ondan meşəyə görə hərəyə beş morq tələb edirdiniz. Indi isə… əsla! Heç iki morq da almayacaqsınız!
– Görərik! – deyə Qjib donquldandı. – Əgər şvab bizi incitməyi fikirləşsə, duruş gətirərik…
– Sizi o incitməyəcək – siz əvvəlki panı incidirdiniz, yenisi isə yalnız özününkünü götürəcək. Komissarı, rəhbərliyi gətirəcək… Qoy sizlərdən kimsə meşədə artıq budaq sındırsın – dustaqxanaya otuzduracaq, bitdi. Sizə yaxşı oldu… özünüz günahkarsız! – deyə Şmul bitirdi.
– Biz ki istəmirdik…
– Istəmirdiz? Siz, Yuzef, o bazar günü razılaşmaq lazım olmadığı yox, əgər razılaşılarsa, yalnız beş morqa razılaşmaq lazım olduğu barədə hamıdan ucadan qışqırırdınız. Oleyaj sizi necə dilə tuturdu! Bax,, o, ağıllı kəndlidir, sizin isə bir quruşluq da ağlınız yoxdur…
Qjibin kefi pozuldu. O, dörd butılka araq almaq istəyirdi, amma belə xəbərləri eşidib, yalnız üçünü aldı, evə qayıdaraq, bütün qonşuları dolaşdı və Şmuldan eşitdiyini onlara çatdırdı.
Kişilər qüssələndilər, ya da söyüş və hədə ilə ürəklərini boşaltdılar. Ancaq bunun onları mülkədarla razılaşmaya meylləndirməkdən ötrü Şmulun uydurması olduğunu sayanlar da var idi.
Amma artıq o biri gün hətta ən dayanıqlı nikbinlər də ruhdan düşdülər. Səhər ertədən quberniya şəhərindən almanlar – tam üçü – gəldilər və kəndi nəzərdən keçirməyə başladılar. Onlar malikanəyə girmədilər, əvəzində bütün meşəni, çayı və kəndli tarlalarını yoxladılar.
Kənddə onları görən kimi kişi, qadın və işaq izdihamı ardlarınca düşdü. Ancaq almanlar onlara heç bir diqqət göstərmirdilər.
– Oy, bu, xoşluğa deyil! – kişilərdən biri belə dedi. – Bizim pan, ona girişəndə yalnız bəzən inciyirdi, bu şalvarlılar isə hey qaqqıldayır və pıçıldaşırlar – yəqin, bizə gülürlər…
– Bəlkə onlardan hansınasa təkərin ox mili ilə xaç çəkməli?
– Allah səni saxlasın! Axmaq, görmürsən, üstlərində necə borular daşıyırlar? Qolaylanmağa macal tapmazsan ki, səni yerə uzadar!
Almanlar gedəndə heç meyxanaya baş belə çəkmədilər, kişilər məsləhətləşərək, malikanəyə nümayəndə heyəti göndərmək qərarına gəldilər. Ən hörmətli üç sahibi: bazar günü başqalarını mülkədarla alver fikrindən döndərən, indi isə fikrini dəyişmiş Qjibi, ən əvvəldən müqaviləni imzalamağı məsləhət görən Şimon Oleyajı və arvadının komandanlıq etdiyi həmin pırtlaşıq kilkəbaş Yan Sametsi seçdilər, – onu torpağı kənddəkilərin hamısınınkından çox olduğuna görə seçdilər.
Qjib və Oleyaj toplanışda idi, Yan isə yox idi: bu vaxt o, evdə əyləşmiş və arvadının əmrilə uşağı yelləyirdi. Hər iki deputat, ardlarıınca isə daha bir neçə kişi və xeyli arvad onun yanına yönəldi.
Oleyaj malikanəyə barışığa getdiklərini və cəmiyyətin onu, Yanı da sanballı şəxs kimi nümayəndə seçdiyini pırtlaşığa elan etdi. Yekunda o soruşdu:
– Hə, necədir? Gedirsinizmi, kirvə?
Yan susqun halda qalxdı, kiçik anbara getdi və ordan təptəzə kaftan çıxardı. Amma bir qolunu geyməyə macal tapmamış arvadı qışqır-bağır qaldırdı:
– Hələ bu nədir! Sən, gözüsulu (Yanın gözləri hələ də ağrıyırdı), hara hazırlaşmısan? Müqavilə imzalamağı sənə göstərərəm! Otur və Zoskanı yellət!
Izdiham susurdu, pəncərələrdən və qapıdan arvadlar maraqla baxırdılar. Yan isə nəyə qərar verməyi bilməyərək, dayanmışdı: kaftanın qollarını geyməlimi, yoxsa onu çiynindən tullamalımı.
Arvadı onun tərəddüd etdiyini görərək, oxlovu qapıb, onunla ərini çırpmağa başladı.
– Ay səni, gözüsulu, pinti, qoca kaftar! Gənc arvadı yalnız kef üçün aldığını fikirləşirsən! Haydı, beşiyin yanına əyləş! Uşaq istəyirdin, yellət!
Gah öndən, gah da arxadan sıçrayaraq, hey döyəcləyirdi.
Yanın saçları alnına töküldü. Kişi susqunluqla onları geriyə atdı, kaftanı geyindi – və birdən ovuclarına tüpürərək, arvadının başından necə yapışır, necə sürüməyə başlayır! Ilahi, burda nələr oldu! Yaylıq küncə, oxlov ocaq səkisinə uçdu, oradan iki küpə döşəməyə çırpıldı.
– Durun! Bəsdir, Yan! – deyə qadınlar qışqırırdılar.
– Vurun, kirvə, yalvarana kimi çırpın! – kişilər belə məsləhət görürdülər.
Yan heç kəsin məsləhətinə qulaq asmır və öz düşüncəsilə hərəkət edirdi. Arvadını doyunca əzişdirərək, sonda uzunboğaz çəkmə ilə böyrünü təpiklədi və küncə tulladı. Sonra kaftanı düymələdi, qurşaqlandı, təzə şapka qoydu və soyuqqanlılıqla dedi:
– Hə, kirvələr, əgər belə qərar çıxarılıbsa, malikanəyə gedək.
Kişilər ancaq başlarını buladılar və bir-birinə pıçıldadılar:
– Qoca necə də zirək imiş!
– Hə, hələ qollarında qüvvə var!
– Oho! O buğda parçını qoltuğu altında aparar!
Nümayəndələr getdilər, qadınlar isə qaldı. Yanın arvadı döşəmədə uzanaraq, həzin-həzin və ahənglə oxşayıb, ağı deyirdi:
– Oy, müqəddəs Çenstoxovo anası, nə baş verir? Kirvələr, gördünüzmü? Mənim qocamın içinə cin girib! Onu dörd il döyəclədim – bir dəfə də səsini çıxarmadı. Hər şeydə məni dinlədi, bu gün isə adamların qarşısında belə biabır etdi! Oy, niyə mən bədbəxt dünyaya gəldim!
– Haqlısan! – qonşu qadınlardan biri belə dedi. Mənimki də beşinci ildə vurmağa başlasaydı, mənə də ağır olardı.
– Oy, sən yazığa acıyıram, – başqa bir arvad zərər çəkmişə təsəlli verirdi. – Ən sakit kişi də canavardır: qurd insan ətinin dadına baxmayınca dincdir. Əgər artıq Yan da ipindən qırılmışsa, indi allahın verən günü səni çırpacaq.
Malikanəyə doğru yolda üç deputat indicə işdən qayıtmış Qaydanın (o, arabaçılıqla məşğul idi) yanına girdilər və hər şeyi əvvəldən axıra kimi ona danışdılar.
Qayda dəhşətdən hətta əllərini bir-birinə vurdu.
– Ah, kafir! Psyakrev! – deyə səsləndi. Üçüncü gün tarlanın korlanmasına görə məndən sonuncu üç manatımı soydu, qıza çörək almağa pul yox idi və o təkcə soyuq kartofa oturdu. Indi isə bütün kəndi belə bir dərdə saldı!
– Kimə-kimə, ancaq sizə, kirvə, onsuz yüngül olacaq, – deyə Oleyaj əlavə etdi.
Qayda qaşqabağını salladı.
– Mənə nə? Məni pan deyil, atlarım yedirir, – o donquldandı.
– Bəlkə, hələ hər şey yaxşıya doğru dönəcək, – Qjib belə dedi. – Panidən onun ardınca adam göndərməsini xahiş edək və müqaviləni imzalayaq. Heç olmasa üç morq – heçnədənsə hər şey yaxşıdır, hələ üstəlik də, alman var.
–Doğru olan həqiqətdir, – Qayda təsdiq etdi. Mənim beş morqum var, əgər üç də əlavə edilərsə, tam səkkiz olacaq: bax, onda adam pan malına göz dikməyə də bilər.
– Bax, görürsünüz! Axı imzalamaq gərək olduğunu bazar günü sizə dedim! Siz isə iş pozulana kimi uzatdınız. Indi hamı başını itirib, qorxudan vurnuxur. Bunda yaxşı nə var? – Oleyaj belə dedi.
Qayda əsəbiləşdi.
– Təkcə bizə deyil, ona da pis olacaq! Əgər mülkü satsa, heçnəsiz qalacaq. Bax, Şimon, bizim uzatdığımızı deyirsiniz. Bəs o uzatmırdı? Nə və necəni izah etməkdən ötrü nə vaxtsa kəndli ilə adam kimi danışdığı olmuşdumu, sorğu-sual etmişdimi? Yox! Yalnız istehza etməyi və qürurlanmağı bilir, indi isə tutar-tutmaz şəhərə çapıb və orda başımıza bəla hazırlayır. Lənətə gəlmiş!
Deputatlar Qayda ilə vidalaşdılar və asta-asta malikanəyə doğru addımladılar. Qayda isə, onları yola salaraq, vərdişlə əlini qoltuğuna salıb, dəhlizdə dayandı və gah bağa, gah da pan evindən sağda uzanan həyət tikililəri sırasına baxdı.
“Eybi yox! – incikliklə öz-özünə donquldandı. – Əgər nə abrın, nə də həyan yoxdursa, yalnız bizə deyil, sənə də pis olacaq!”
Tezliklə Anelka üç kişinin onunla danışmaq istədiyi xəbərilə anasının yanına yüyürdü. Anası çətinliklə kreslodan qalxdı və artırmaya çıxdı.
Kişilər paninin əlini öpərək, yerə qədər təzim etdilər və Oleyaj işə keçdi:
– Pani xanım, acizanə xahiş edirik, bizə belə naxoşluq etməyin, sizin və bizim mülkiyyəti almana satmayın. Axı biz artıq, demək olar, razılaşmışıq və hər təsərrüfata dörd morqa meşə barəsindəki kağızı imzalayarıq.
– Siz nə barədə danışırsınız? – deyə pani təəccübləndi.
– Bütün kəndin danışdığı və öz gözlərimizlə gördüyümüz barədə. Bu gün burda hasısa üç şalvarlı vardı, tarlaları gəzirdilər.
– Yuxunuzamı girib?
– Rəhm edin, pani, – deyə Oleyaj etiraz etdi. – Onları hamı gördü və öz dillərində necə donquldadıqlarını da eşitdi…
– Bəlkə, bu hansısa gəlmə adamlar imiş?
– Hansı gəlmələr! Hər yeri, meşəni, çayı dolaşdılar, sadəcə, gözlərilə baxmırdılar, hansısa gözlüklərlə baxırdılar, hətta bədənimizdən üşütmə keçdi…
Pani ilk heyrətdən özünə gələrək, fikrə getdi.
– Satış barəsində mənə heç nə məlum deyil, – dedi. – Bax, iki-üç gün sonra ərim qayıdacaq, onda onunla danışarsınız. Heyf, belə uzun müddət uzatdınız və imzalamadınız…
– Indi biz özümüz də razı deyilik, – Qjib belə cavab verdi. – Axı pan bizə heç nə deməmiş, bütün vaxt ərzində bir kəlmə də kəsməmişdi… Biz sülh və razılıq xatirinə üç morq yarım götürməyə də hazırıq.
– E… hətta üçə də! – indiyə kimi susan Yan əlavə etdi: o, kilkəsindən utanaraq, sütunun arxasında gizlənmişdi.
– Deməli, siz, xanım pani, bizə görə pan qarşısında çalışarsınız? – deyə Oleyaj soruşdu.
– Əlbəttə. O gələn kimi, onunla danışacağam, artıq imzalamağa razı olduğunuzu deyəcəyəm…
– Razıyıq, razıyıq! – deyə nümayəndələr xorla təsdiq etdilər, Yan isə əlavə etdi:
– Şvablara yalnız qəbir üçün torpaq verərik, buna, hətta havayısına da, heyfslənmərik. Ancaq qoy öz şvab təsərrüfatları ilə soxulmasınlar!
Nümayəndələr yenə təzim etdilər və paninin əlinə doğru əyildilər. Geriyə yolda yenə də Qaydaya tərəf döndülər və indi Yan birinci olaraq öz fikrini bildirdi:
– Camaat, mənə belə gəlir, mülkədarımız, nə isə, biclik edir, – görürsünüz, mülkü satdığını, hətta, arvadına da deməyib. Axı arvadın atasından qalıb. Axı burda qocalar kişinin deyil, qadının atasının və babasının torpağa malik olduğunu xatırlayırlar.
– Bərbad işdir! – deyə Oleyaj donquldandı.
– Bəli, görünür, elədir, – Yan davam etdi. – Əgər o bu barədə doğma arvadına da xısıldamayıbsa və sakitcə şvablarla razılaşırsa, – deməli, yaxşı heç nə gözləmə! Onu barmaqlarına dolayacaqlar və o, hətta istəməsə belə, satışdan qaça bilməyəcək.
– Vəba! – deyə Qayda söydü.
– Bəlkə, özümüz onun yanına. şəhərə gedək? – deyə Qjib təklif etdi.
– Bunun mənası yoxdur! – Qayda hövsələsizliklə etiraz etdi.– Əgər o satmağı fikirləşibsə, almanlar özləri almaq istəməsələr, satacaq. Onu tanıyıram! Dəfələrlə çox lazım olsa da, məni on iki il işə götürmədi!
Qayğılı kişilər getdilər. Qayda isə hələ də öz daxmasının qarşısında dayanmışdı. Yalnız onlar artıq kəndə çatanda ağır-ağır pan xidməti binalarına tərəf getdi.
Bağın çəpəri arxasındakı kollar sərçələr üstlərinə yapışdıqlarına görə boz görünürdü. Qayda ətrafa baxdı və heç kəsin onu görmədiyinə əmin olaraq, odun parçasını kolluğavızıldatdı.
Həmin andaca sərçə buludu uca səslə yerindən qalxdı, başı üzərindən uçub keçdi və anbarın, tövlənin və pəyənin damlarına endi.
Qayda sakitcə güldü. Irəli getdi və yenə kollardakı quşları qorxutdu. Onlar da bütöv dəstə ilə həyət tikililərinin damlarına uçdular.
–Heç nəyi satmayacaqsan! – deyə Qayda yumruğu ilə pan evinə sarı hədələyərək, donquldandı.
O hər yerdə sərçələri qorxudaraq, bağdan keçdi. Onlar damların üstünə uçanda dişlərini ağardaraq, öz-özünə təkrar etdi: “Satmayacaqsan, yox!” Evə qayıdaraq, balaca anbarda axtarıb, böyük qov parçası tapdı və onu qurumasından ötrü hələ isti olan sobanın üstünə qoydu.
ONUNCU FƏSİL
Ananın təxmini. Yenə də sərçələr
Ev sahibinin və mürəbbiyənin getməsindən sonra malikanə daha da tutqun oldu. Subay şəxs olan təsərrüfat müdiri hətta heç kəslə vidalaşmadan, gecə şələ-küləsini yığışdırıb, aradan çıxdı. Gedəcəyini çoxdan elan edən lakey indi meyxanadan çıxmırdı və öz şeylərini satıb, içirdi. Muzdurlar ağanın, artıq üç aydır ki, onlara məvacib ödəmədiyindən şikayətlənərək, günlərlə bekarçılıq edirdilər. Əgər daha xeyirxah olanlar dilsiz-ağızsız mal-qaraya acıyaraq, onlara bir-iki ovuc navala atmasaydılar və içmələri üçün quyuya tərəf qovmasaydılar, bütün heyvanlar aclıqdan və susuzluqdan gəbərərdi.
Bufetxanadan olan qız gündə iki-üç dəfə gəlir, paninin otaqlarını süpürür, nahar, yaxud samovar verir, yuyunmaq üçün su gətirirdi – yalnız onu görürdülər! Xidmətçilərə çoxdan bəri pul ödənilmədiyini və onları pis yedirdiklərini bilərək, nə Anelka, nə də onun anası daha çoxunu tələb etməyə cəsarət göstərmirdilər.
Anelka səhərdən axşama kimi, hətta otaqlarında gecələməklə, anasına və Yuzekə xidmət edirdi.
Anası yataqda uzanır, ya da kresloda əyləşirdi və adətən, hansısa kitabı oxuyurdu, susqun və süst Yuzek isə əlinə düşənlə əylənirdi. Anelka isə, mürəbbiyənin “Öyrən!” göstərişini xatırlayaraq, əvvəlki gün bölgüsünə əməl edirdi və özü-özünə dərs verirdi. Dərslikdə “burdan və bura” qeyd edərək, hamısını əzbər öyrənir və mürəbbiyənin boş stulu qarşısında dərsə cavab verirdi. Tarixi, coğrafiyanı, qrammatikanı bu cür öyrənirdi. Amma müəllimənin qeydləri, tərif və gündəlikdə qiymətləri olmadan öyrənmək tamamilə maraqsız oldu.
Anelka məşğul olarkən tez-tez qonşu otaqdan zəng səslənirdi. Qız artıq uzaqdan qışqıraraq, ora qaçırdı:
– Indicə gəlirəm, ana!
– Ma chere (əzizim), mən süd verməsindən ötrü lakeyə zəng etdim…
– Lakey yoxdur, ana…
– Ah, doğrudur, mən unutdum… Yəqin, meyxanada əyləşib…
– Süd də yoxdur, bu gün inəklər sağılmayıb…
Pani göz yaşlarına batdı:
– Ilahi, ilahi! Bu Yaseçek mənimlə nə edir!.. Belə vaxtda getmək onun üçün necə də ayıb deyil! Xidmətçilər şıltaqlaşıb. Evdə aclıqdır, əgər aşpaz qadın acımasından dolayı bizə nahar hazırlamasaydı, hamımız ölərdik…
O ağlayaraq, yenə mütaliəyə daldı, Anelka isə məşğul olmağa getdi. Ancaq təqribən on beş dəqiqə sonra yenə zəng çalındı, qız anasının yanına qaçdı və həmin səhnə kiçik variantlarla təkrar olundu.
Anelkanın sevimli məşğuliyyəti sərçələri yedirmək və Karusla oynamaq idi.
Gündə üç dəfə mezonindəki pəncərəyə dəstə ilə quşlar uçub gəlirdilər. Artıq karniz onlara dar idi və daha cəsarətlilər otağa uçub gəlirdilər. Davakarlar qonşularını dimdikləyir, güclü zəifi itələyirdi. Necə bir civilti və cikkilti ucalırdı! Yemi necə də tələsik dimdikləyirdilər, başlarını necə d
Правообладателям!
Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.Читателям!
Оплатили, но не знаете что делать дальше?