Электронная библиотека » Cəlil Məmmədquluzadə » » онлайн чтение - страница 5

Текст книги "Seçilmiş əsərləri"


  • Текст добавлен: 27 декабря 2022, 12:20


Автор книги: Cəlil Məmmədquluzadə


Жанр: Современная русская литература, Современная проза


Возрастные ограничения: +16

сообщить о неприемлемом содержимом

Текущая страница: 5 (всего у книги 44 страниц) [доступный отрывок для чтения: 13 страниц]

Шрифт:
- 100% +

– Məhəmmədhəsən əmi, bu vaxt niyə burda oturmusan?

– Dadaş, şəhərdə adam var, gözətdiyirəm. İndilərdə gərək gələ.

– Yaxşı, gələn gələcək da. Bəli, görükür ki, çox vacib adamdı.

– Xeyr, Xudayar bəy bu gün eşşəyi minib aparıb şəhərə. Eşşəyi də göndərəcəyəm dəyirmana. Odu ki, oğlanı göndərmişəm. Hələ ki, nə eşşək gəlib, nə oğlan.

Məhəmmədhəsən əmi, söz yox, eliyə bilərdi ki, bu kişiyə qısaca cavab verib, heç ortalığa eşşək fəqərəsi gətirib söhbəti uzatmasın. Amma Məhəmmədhəsən əmi qəsdən bu cür cavab verdi.

Məhəmmədhəsən əmi eşşəyin söhbətini saldı ki, görsün bu kişi nə deyəcək. Aya bu da bilirmi ki, Xudayar katda eşşəyi işlətməkdən ötrü aparıb, ya yox? Bu kişinin cavabı Məhəmmədhəsən əminin halına lap müvafiq oldu. Kişi cavab verdi ki:

– Çox yaxşı. Xudayar katda eşşəyi yemiyəcəkdi ki, dübarə eşşəkdən ötrü şəhərə adam getsin.

Məhəmmədhəsən əmi lap işin əslini bilməkdən ötrü söhbəti lap açdı və belə başladı:

– Doğrusu, bu gün Xudayar bəy eşşəyi apardı şəhərə, amma sonra mən belə eşitdim. – Yəni övrət sözüdü, heç inanmaq da olmaz. – Mən yəni belə eşitdim ki, guya yəni Danabaş kəndindən bir eşşək istiyiblər ki, aparıb şəhərə, oradan Heydərxan körpüsünə sal daşısınlar. Odur ki, bir az xofə düşdüm. Çünki eşşək dəyirmana gedəcəkdi, o səbəbə mən də Əhmədi göndərdim ki, əlbəttə eşşəyi gətirsin. Bundan ötrü oturmuşam…

Kişi çox təəccüblə qulaq verirdi. Məhəmmədhəsən əmi sözünü qurtaran kimi bir az gülümsünüb cavab verdi:

– A kişi, bu nə sözdü? Necə Heydərxan körpüsünə sal daşıyacaqlar? Xa-xa-xa… A kişi, doğrudu, Heydərxan körpüsünü qayıtdırırlar, amma dəxi bir eşşək istəmirlər ki! Heydərxan körpüsünə Danabaş kəndindən yüz manat xərc istəyirlər. O sözləri hər kəs sənə deyib, lap yalan deyib. Başını divara döyüb! Dur gedək, a kişi, heç nahaq yerə burda mətəl olma. İndi bu saat elə Xudayar bəy də gələr, eşşəyini də gətirər. Dur, dur gedək.

Məhəmmədhəsən əmi genə bir yola səmt baxıb, “ya Allah” dedi, durdu ayağa. Və haman şəxs ilə düşdülər yola və üz qoydular kəndin içinə.

Küçə dolu idi qaramal və qoyun-quzu sürüsü ilə, hava yavaş-yavaş istəyirdi qaranlıqlamağı.

– Məhəmmədhəsən əmi, sən Allah, o sözü hələ sənə kim deyib?

– Xeyr, yalan sözdü. Mən özüm bilirəm yalan sözdü. Niyə, mən axmaq deyiləm ki! Bir eşşək ilə körpü tikilər? Bu sözü də yəni özgəsi demiyibdi, elə Xudayar bəyin övrəti deyibdi. Xeyr, yalandı. Mən özüm bilirəm ki, yalandı…

– A kişi, belədi da! Xa-xa-xa… Bunu bayaqdan deyəydin da, rəhmətliyin oğlu! Mən indi mətləbi başa düşdüm. Belə bilirsən nə var, Məhəmmədhəsən əmi? Mən axı, özün də bilirsən ki, Xudayar bəygilin qonşusuyam. Xudayar bəy mən bilirəm niyə bu gün şəhərə gedib. O, iki mətləbdən ötrü gedib. Axı bilmirəm bilirsən, ya yox? Axı Xudayar bəy Zeynəbi istiyir.

– Necə Zeynəbi?

– A kişi, niyə tanımırsan? Kərbəlayı Heydərin övrətini da! Bə, istiyir! Sən bilmirsən, çoxdan istiyir! Elə Kərbəlayı Heydər ölən gündən. Bəli, Xudayar Zeynəbi istiyir. Amma nə Zeynəb gəlir, nə də ki, Xudayar bəyin arvadı razı olur. Bu gecə qışqırıqları göyə qalxmışdı. Odu ki, səhər Xudayar bəy durub arvadına deyib ki, gedirəm səni boşuyam. İndi Xudayar bəy də Zeynəbi almaqdan ötrü gedib, ya da ki, arvadını boşamaqdan ötrü. Yox, sözüm orda deyil… Sözüm orasındadır ki, Xudayar bəyin arvadı şeytanın birisidir. O qəsdnən elə deyib ki, Xudayar bəy eşşəyi apardı Heydərxan körpüsünə sal daşısınlar. Helə deyibdi ki, sən eşşəyi vermiyəsən. Acığnan helə deyibdi ki, sən eşşəyi vermiyəsən. Acığnan helə deyib. Yəqin belədir.

Məhəmmədhəsən əmi və haman şəxs yetişdilər küçənin başına. Haman şəxs çöndü sağ tərəfə və Məhəmmədhəsən əmi xudahafiz deyib və haman şəxsin atasına qəlbində rəhmət oxuyub, üz qoydu öz evinə gəlməyə…

Məhəmmədhəsən əmi qapını açdı ki, girsin evə. Gördü ki, ev qaranlıqdı. Övrətini çağırıb, bir səs eşitmədi. Genə çağırdı, genə cavab eşitmədi. Qapını örtüb, qayıtdı həyətə və elə bildi ki, övrəti gedib görəsən hansı qonşuların evinə, bir az söhbət eliyib ürəyi açılsın. Məhəmmədhəsən əmi həyəti bir qədər dolanıb, çıxdı küçə qapısının ağzına. Çünki tövləsinin ağzı küçə qapısına yavıq idi, gördü ki, tövlədən bir ağlamaq səsi gəlir. Gəldi tövlənin qapısını açıb, görsün ağlamaq səsi haradan gəlir. Qapını açan kimi aşkar arvadının səsini tanıdı. Başını içəri uzadıb çağırdı:

– İzəd!2121
  “İzzət” sözünün təhrif olunmuş tələffüzüdür


[Закрыть]

Ağlamaq səsi kəsildi, amma cavab gəlmədi. Məhəmmədhəsən bir də çağırdı. Genə səs gəlmədi. Məhəmmədhəsən əmi bir də çağırdı. Övrəti İzzət acıqlanmış cavab verdi:

– Nə var, nə deyirsən? Gözün kordu, görmürsən ki, mənəm?!

– İzzət, ağlıyırsan? Deyəsən mənim qulağıma ağlamaq səsi gəldi.

İzzət cavab vermədi. Əvvəl bir fınxırdı, sonra tövlədən çıxdı eşiyə. Ər və övrət üz qoydular evə tərəf. Gəldilər evə. İzzət çırağı yandırdı, gətirib qoydu bucaqdakı deşiyə və özü gedib oturdu qaranlıq bucaqda. Məhəmmədhəsən bir qədər ayaq üstə durub, gəldi oturdu palaz üstə və dalını da dayadı yükə.

– İzzət, doğrudan pəyədə ağlıyan sən idin?

Övrət cavab vermədi.

– İzzət, pəyədə axı mən bir ağlamaq sədası eşitdim, sən idin ağlıyan?

İzzət cavab vermədi.

– Elə sən idin ağlıyan. Nahaq yerə ağlıyırsan və ürəyini sıxırsan; çünki mən elə bu saat yol üstə idim. Şəhərdən gələn var idi. And içirdi ki, Xudayar bəy eşşəyi bu saat gətirəcək. And içirdi deyirdi ki, doğrudu Heydərxan körpüsünü qayıtdırırlar, amma nəinki Danabaş kəndindən bir eşşək istiyiblər, bəlkə Danabaş kəndindən yüz manat pul istiyirlər. O kişi ki, mənə bu sözləri deyirdi, and içirdi ki, elə bu saat Xudayar katda eşşəyi gətirəcək. Deyirdi elə özüm gördüm. Vallah, doğru deyirəm.

– Cəhənnəmə gələcək, gora gələcək! Mənim oğlumun ayaqları indi qabar olubdu. Mənim nə vecimə eşşək gəldi, ya gəlmədi. Cəhənnəmə gəlsin, gora gəlsin! Əhməd tez gəleydi. Mən elə Əhmədin fikrinə qalmışam, yoxsa eşşək cəhənnəmə gəlsin, gora gəlsin!

– Arvad, vallah o kişi deyirdi ki, elə bu saat gələcəklər. Axı o kişiyə nə olubdu durub yalandan desin? Olmasa deməz ki! And içirdi deyirdi mən onları özüm ikisini də bazarda gördüm; yəni Xudayar bəyi də, Əhmədi də. Deyirdi elə mən çıxdım gələm, onlardan soruşdum bə siz nə vaxt gedirsiniz? Mənə dedilər ki, elə indi biz də gəlirik. Mən gəldim, onlar da qaldılar ki, gəlsinlər.

Övrət bir söz demədi. Durdu ayağa, bir ah çəkdi, genə bir fınxırdı və dizliyinin qırağıynan burnunu silib, gəldi kürsünün yanına, bir neçə quru lavaş götürüb, yığdı sol əlinin üstə və aparıb çömbəldi qapının ağzında və başladı çörəkləri sulamağı.

Məhəmmədhəsən əmi:

– İnşallah, indi gələrlər, – deyib durdu ayağa və başmaqlarını geyib, gəldi durdu arvadının yanında.

İzzət çörək sulamaqdan qurtaran kimi Məhəmmədhəsən kürkünü götürüb çıxdı eşiyə və bir az keçdi, gəldi və qapının ağzında çömbəlib, başladı dəstəmaz almaqlığı. Əvvəl əllərini yudu, sonra üzünü və sonra qollarını. Hər bir suyu tökəndə deyirdi: “Bismillah”. Dəstəmazı qurtarıb və məs çəkib, gəldi bir taxçadan möhür tapıb, qoydu palazın üstə və başladı namazı.

İzzət də genə gedib bucaqda oturub, çənəsini qoymuşdu dizlərinin üstə. Məhəmmədhəsən əmi azanı və iqaməni oxuyub, keçdi həmdə və qülhüvəllahı zikr eləyib, istəyirdi əyilsin rükua, birdən qapı açıldı və Əhməd zəif və naxoş kimi girdi içəri. Məhəmmədhəsən əmi əvvəl hər iki əllərini göyə qalxızıb, bərk “allahü-əkbər” – dedi. İzzət sevincək qalxdı yerindən və çağırdı:

– Əhməd!

Əhməd evə girən kimi naxoş adamlar kimi divara dayanıb alçaq səs ilə dedi:

– Vay, ana!

Məhəmmədhəsən əmi səbr eləyə bilməyib, ikinci səcdədə namazı yarımçıq qoyub özünü tulladı Əhmədin yanına. Ər və övrət hərəsi Əhmədin bir qolundan yapışıb, biri deyir: “Bala, niyə elə eliyirsən?”, o birisi deyir: “Bala, haran ağrıyır?”

İzzət deyir:

– Qadan alım, Əhməd, niyə oturmursan?

Məhəmmədhəsən deyir:

– Bala, bə eşşək necə oldu?

Məhəmmədhəsən əmi Əhməddən eşşək necə olmağını soruşan kimi, İzzət uca səs ilə onun üstə çığırıb başladı yamanı:

– Ay eşşək verənin atası tünbətün düşsün! Ay eşşək satanın atasına lənət! Ay o eşşəyi görüm ilan vursun! Mənim balam burda az qalır ki, ölsün, hələ durub eşşək əhvalatı salır ortalığa.

Məhəmmədhəsən əmi bir söz demədi. Əhməd də divara dayanıb, gah “vay” deyir, gah “ox” deyir. Axırı güclə və artıq yalvarmaqlıq ilə və o üzündən-bu üzündən öpməklik ilə İzzət Əhmədin qolundan yapışıb, gətirib oturtdu palaz üstə ki, oğlan rahatlansın.

Bir qədər dincəlib Əhməd, Məhəmmədhəsən əminin və İzzətin təvəqqəsinə görə başladı şəhərə gedib gəlməkliyinin əhvalatını nağıl eləməkliyi. Başladı əvvəl yorulub yol üstə neçə yerlərdə oturmaqlığından və sonra necə gəldi şəhərə və karvansaraçı ilə dava eləməkliyindən. Sonra genə şəhərdə o yanı-bu yanı gəzib, Xudayar bəyi axtarmaqlığından və axırı genə yorula-yorula, yolun üstə bəlkə on-on beş yerdə otura-otura gəlib Danabaş kəndinə çıxmaqlığından.

Əhməd nağıl eliyə-eliyə hər bir söz arasında bir and içirdi. Bir söz deyirdi, bir deyirdi “vallah”; bir söz deyirdi, bir deyirdi: “imam Hüseyn haqqı”; bir söz deyirdi, bir deyirdi: “imam Rza haqqı”, “cənab əmirin Zülfüqarı haqqı”. Əhmədin nağlı qurtardı və üzünü tutdu anasına:

– Ana, nə bişirmisən?

– Bala, bir zad yoxdu, elə yavan çörəkdi… Əgər istiyirsən, qatıq da var, gətirim.

– Hi-hi-hi, mən qatıq yemirəm. Niyə, bir az aş bişirəydin da!

– Bala, nə bilim, elə bu qalmaqal lap başımızı qatdı. Qoydu ki, görək nə qayırırıq? Neylək, bu gün qatıq ye, sabah inşallah, əlbəttə sənə aş bişirərəm.

İzzət bir qədər çörək və qatıq gətirib, qoydu oğlunun qabağına. Oğlan başladı yeməyə. Ər və övrət durdular namaza.

Məhəmmədhəsən əmi namazı övrətindən tez qurtarıb, gəldi oturdu oğlunun yanında və başladı onun kefini və halını soruşmağı. Oğlan başını aşağı salıb, ancaq yeməyə məşğul idi. Məhəmmədhəsən əmi oğlandan cavab almayıb genə soruşurdu.

– Bala, şəhərdə nə var, nə yox?

Əhməd deyəsən istədi bir söz desin, amma çünki ordları dolu idi xörəknən, mümkün eliyə bilmədi cavab versin. İzzət namazdan qurtarıb üzünü tutdu ərinə səmt və tərhnən2222
  Acıqla, kəskin


[Закрыть]
ona başladı nəsihət eləməyi ki, uşağa əziyyət verməsin.

Məhəmmədhəsən əmi nəsihəti qəbul edib, çəkildi kənara və təsbehi götürüb başladı çevirməyi. Çevirə-çevirə alçaqdan bir dua vird eləyirdi. İzzət durdu ayağa və yavaş-yavaş çadirşəbini atıb kürsünün üstə, bir neçə sulanmış çörək də gətirib qoydu ortalığa və ərini çağırdı ki, yavıq çəkilib çörək yesin. Məhəmmədhəsən əmi genə övrətinin sözünə baxıb, çəkildi dəstərxanın başına. Əhməd qatığı yeyib, qabı lap təmizləmişdi. Məhəmmədhəsən əmi qabı çəkdi qabağına və istədi çörəyini batırsın qatığa. Əhməd başladı hırıldamağa. Məhəmmədhəsən əmi özü də oğluna baxıb başladı gülməyi. Amma İzzət üzünü turşudub yapışdı məzəmmətin ucundan:

– Ay yazıq, səndə ar-namus harda idi? Mən sənin yerinə olsam, ağlaram ey, nəinki hırıldaram!

– Axı mənə niyə deyirsən, oğluna de da. Mən gülürəm, ya o gülür?

– Niyə, oğluma niyə deyirəm? Sən sabah yox, biri gün ziyarətə gedirsən, ya oğlun gedir? Oğlumun nə vecinə?! Sən gərək fikrə qalasan ki, yoldaşların çıxıb gedib kərbəlayı olacaqlar, amma sən arvad kimi oturacaqsan evdə.

– İnşallah, mən də gedərəm. Mən onlardan kəm deyiləm ki, mən qalım, onlar getsinlər.

İzzət dinmədi, başını saldı aşağı və başladı yeməyə. Əhməd yorğunluq cəhətə oturduğu yerdə yıxıldı yan üstə, atası ona diqqət tutdu ki, çörək ortalıqda olan vaxt adam yatmaz. Əhməd qulaq asmadı.

Məhəmmədhəsən əmi və övrəti çörək üstə idilər. Birdən Əhməd üzüquylu yıxılıb başladı ağlamağı.

– Bala, niyə ağlıyırsan? – Atası bu cür soruşdu.

Əhməd bir cavab verməyib ovunmadı. İzzət Əhmədin yanına sürüşüb, əlini qoydu oğlunun çiyninə və başını əydi onun başının üstə.

– Bala, Əhməd, niyə ağlıyırsan?

Əhməd ağlaya-ağlaya bu cür cavab verdi:

– Mənim eşşəyimi… Vay, vay, vay!.. Mənim eşşəyimi! Mənim eşşəyimi! Mənim eşşəyimi!.. E.. e.. e… Mənim eşşəyimi!..

İzzət genə başını əyib, oğlunu başladı dilə tutmağa.

– Bala, ağlama, ağlama, bala… Eşşək yiyəsinin atası tünbətün düşsün! Niyə eşşəyi verirdi ki, indiyə kimi eşşək çöldə-bacada qaleydi.

– E… e… e… mənim eşşəyimi, mənim eşşəyimi, mənim eşşəyimi!

İzzət lap hirslənib, üzünü tutdu Məhəmmədhəsən əmiyə səmt və çığıra-çığıra başladı:

– Dur axı get, dur get gör axı eşşək necə oldu? Eşşək gəlməsə, mənim balam yuxu yuxuluyacaq? Dur get gör axı eşşək necə oldu? Gör o Ömər oğlu Ömər eşşəyi neylədi?

– Mən indi hara gedim?

– Sən indi cəhənnəmə get, gora get! Hara gedəcəksən? Get gör bəlkə o köpək gəlib, oturub evində? Bəlkə eşşəyi gətirib? Kim bilsin gətirib ötürüb həyətlərinə. Yəni olar deyirsən elə millətdilər ki, xalqın malını gətirib genə sahibinə tuşralar?2323
  Tapşıralar


[Закрыть]

Məhəmmədhəsən əmi “ya Allah” deyib durdu ayağa və Əhməd səsini kəsdi. Müxtəsər, Məhəmmədhəsən əmi getdi. Xudayar bəyi evlərindən soruşdu. Dedilər ki, gəlməyib. Genə şəhər yoluna səmt çıxdı, bir şey görmədi. Kor-peşman qayıtdı gəldi evinə və bilmədi ki, necə evə girib desin ki, hələ eşşək gəlməyib. Bir qədər durdu küçə qapısının ağzında, sonra girdi tövləyə. Tövlə qaranlıq idi. Bir şaqqıltı gəldi. Məhəmmədhəsən sevincək “çöçə” elədi; guya eşşəyi çağırır.

Bu heyndə İzzət həyətdə imiş; Məhəmmədhəsən əminin tövlədə “çöçə” səsini eşidib, elə bildi ki, eşşək gəlib; sevincək uca səs ilə oğlunu çağırdı ki, ona müjdə xəbəri versin.

– Əhməd, muştuluğumu ver, eşşək gəldi.

Əhməd evdən ildırım kimi həyətə qaçıb, sevinə-sevinə və ləhliyə-ləhliyə gəldi anasının yanına.

– Ana, hanı eşşək? Buy-buy, mənim eşşəyimi, mənim eşşəyimi, mənim eşşəyimi! Ana, hanı eşşək?

– Bala, gəl, gəl gedək. Dədən eşşəyi qatdı pəyəyə.

Ana və oğul tələsik qaçdılar tövləyə səmt. İzzət bəlkə otuz ildir ki, belə zirək qaçmamışdı. Pəyənin qapısına yetişcək Əhməd özünü soxdu içəri və əvvəl dədəsini çağırdı.

– Dədə!

– Nədi, bala?

– Mənim eşşəyimi! E… e… e… Mənim eşşəyimi! Dədə, hanı mənim eşşəyim?

– Bala, hələ eşşək gəlmiyib. Bilmirəm o köpək oğlu niyə indiyə kimi gəlib çıxmadı?

Əhmədə ta bu söz bəs idi. “Vay” deyib tövlənin qapısının ağzında özünü çırpdı yerə. İzzət qüssədən və Məhəmmədhəsən əmi hirsindən başladılar Əhməd kimi ağlamağı.

Ta sübhədək nə Əhməd yuxuluyub, nə İzzət, nə də Məhəmmədhəsən əmi.

VII

Əl-həmdü lillahil-ləzi əhəllət nikahə təzvicə və hərrəməz-zina və sifahə və səlatü və səlamü əla xeyri xəlqihi Məhəmmədin və alihi-əcməinə əlləzi əz-həbəllahü ənhümür-ricsə və təhərrəüm təthirən. Əmma bədu əl-həmdü və səna… fəqət çaləllahü təbarəkə və təalafi kitabihil–Kərim və fürqanihil-əzim. Əzzə mən qailin əuzü billahis-səmiil-əlim minəş-şeytanir rəcim və ənkihül-əyama min kum vəs-salehin min ibadikum və əsaikum ənyəkunu füqaraə yuğnihümü-lahü min fəzlihi vəllahü vasiün əlim: ənkəhtül-mərətəl-məlumətə lirəcülil-məlumi ələs-südaqil-məlumi qəbültün-nikahə lir-rəcülil-məlumi ələs-südaqil-məlumi ənkəhtül-mərətəl-məlumətə lir-rəcülil-məlumi ələs-südaqil-məlumi qəbiltün-nikahə lir-rəcülil-məlumi ələs-südaqil-məlumi ənkəhtül mərətəl-məluhə lir-rəcülil-məlumi ələs-südaqil-məlumi ənkəhtül mərəfəl-məlumətə lir-rəcülül-məlumı əfəs-südaqıl-məlumı-qəbiltün-nikahə lir-rəcülil-məlumi ələs-südaqil-məlum. Zəvvəc tül-mərətəl-məlumətə lir-rəcülil-məlumi ələs-südaqil-məlum, Qəbiltül-təzvicə lir-rəcülil-məlumi ələs-südaqil-məlum.

Ənkəhtü-və zəvvəctü-mərətəl-məlumətə lir-rəcülil-məlumi ələs-südaqil-məlum. Qəbiltü-nikahə vəttəzvicə lir-rəcülil-məlumi ələs-südaqil-məlum.

Ənkəhtü Zeynəbə li-Xudayar bəy ələs-südaqil-məlum qəbiltü-nikahə li-Xudayar bəy ələs-südaqil-məlum. Zəvvəctü Zeynəbə li-Xudayar ələs-südaqil-məlum. Qəbiltü-təzvicə li-Xudayar ələs-südaqil-məlum. Ənkəhtü və zəvvəctü Zeynəbə li-Xudayar ələs-südaqil-məlum. Qəbiltü-nikahə və təzvicə li-Xudayar ələs-südaqil-məlumi.

Bəzəni daimi dadəm Zeynəbra bər Xudayar. Bər mehri-məlum bəzəni dili qəbul nəmudəm bər Xudayar bər mehri-məlum.

Daimi övrətliyə verdim Zeynəbi Xudayara 50 manat mehr üzərinə. Daimi övrətliyi qəbul elədim Xudayara 50 manat mehr üzərinə.

Allahhümmə! Əllif beynəhüma bihəqqi Məhəmmədin və alihi və bihürməti surətil-“fatihə”!

Qazı fatihə surəsini oxuyub, “Allah mübarək eləsin” – deyib, əlindəki kəbin kağızını qoydu qabağına və üzün


Страницы книги >> Предыдущая | 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 | Следующая
  • 0 Оценок: 0

Правообладателям!

Данное произведение размещено по согласованию с ООО "ЛитРес" (20% исходного текста). Если размещение книги нарушает чьи-либо права, то сообщите об этом.

Читателям!

Оплатили, но не знаете что делать дальше?


Популярные книги за неделю


Рекомендации